10
Tarixin başlanğıc anı – era adlanır.
Dünyada iki
era
–
müsəlman (hicri) və
xristian (miladi) eraları geniş
yayılıb.
Azərbaycanda uzun müddət
müsəlman erası və
ya
hicri era
işlənib (hicri era 622-ci
ildə Məhəmməd
peyğəmbərin Məkkədən Mədinəyə hicrət-köç etməsi ilə
başlanıb. Buna
görə də hicri era Məhəmməd
peyğəmbərin adı ilə bağlıdır. Hicri era ilə vaxt Ay (qəməri)
və Günəşlə (Şəms) ölçülür.
Hazırda
xristian erası geniş yayılıb. Bu era Isa
peyğəmbərin adı ilə bağlıdır (Milad «anadan olma»).
Hazırda Azərbaycanda xristian erasından istifadə edilir.
Başlanğıc nöqtəsinə
qədər olan hadisələrdən
danışarkən
«eradan əvvəl» (e.ə.) sözü işlənir. Başlanğıc
nöqtəsindən sonrakı hadisələr isə bizim eraya (b. e.)
aiddir. Məsələn, İsa peyğəmbərin anadan olması güman
edilən I əsrdən bizim era başlanır. I əsrdən əvvəlki dövr
isə eramızdan əvvəl hesab edilir.
Eramızdan əvvəl
baş vermiş hadisələr minillik,
yüzillik, bizim dövrümüzə yaxınlaşdıqca isə illərlə ölçülür.
Hal-
hazırda Azərbaycan tarixinin dövrləşdirilməsi
ictimai-
iqtisadi formasiyalar üzrə aparılır.
Bu dövrlər
aşağıdakılardır:
1. İbtidai icma quruluşu, 2. Quldarlıq, 3.
Feodalizm, 4. Kapitalizm, 5. Sosializm
Dostları ilə paylaş: