9
Ümumelmi metodlar bütün elmlərdə qəbul
edilib tədqiq olunan metodlardir. Sintez və analiz,
induksiya və deduksiya, təsviri və kəmiyyət təhlili və b. bu
qəbildəndir.
Məxsusi elmi metodlar dedikdə,
əsasən bu və
ya digər elmə aid olan metodlar nəzərdə tutulur. Burada
tarixi müqayisə, tarixi-genetik, retrospektiv, tarixi
tipologiya
kimi metodlar ayrılır.
Tarixi müqayisə tədqiq olunan hadisənin
oxşarı tutuşdurulması
və xüsusiyyətinin müəyyən
edilməsini nəzərdə tutur.
Tarixi
genetik
metod
tədqiqat obyektini
yarandığı vaxtdan inkişafının əsas mərhələlərini öyrənir.
Retrospektiv metod
müasir
dövrdən keçmişə,
nəticədən səbəbə baxışı ifadə edir.
Tarixi
tipologiya
öyrənilən
hadisə
və
proseslərin əsas əlamət və göstəricilərinə görə təsnifatını
nəzərdə tutmaqla, onların daha dərindən öyrənilməsinə
köməklik göstərir.
Dostları ilə paylaş: