Азярбайжан республикасы дахили ишляр назирлийи


  Azərbaycanda monqol əsarəti



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə23/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   19   20   21   22   23   24   25   26   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

4. 
Azərbaycanda monqol əsarəti. 
Sual 1. 
Ərəblərin Azərbaycanı işğal etməsi. Azərbaycan 
Xilafətin tərkibində. Ərəb əsarətinə 
qarşı Azərbaycan xalqının azadlıq 
mübarizəsi 
VII əsrin 40-cı illərində Azərbaycan yeni bir 
işğalçının – ərəblərin hücumuna məruz qaldı. Ərəblər 
Ərəbistan yarımadasında yaşayırdılar. Ön Asiyada 
qulda
rlıq cəmiyyətlərinin böhrana öz təsirini Ərəbistan 
yarımadasında da göstərdi. VII əsrin sonu VIII əsrin 
əvvəllərində 
Ərəbistanda 
feodal 
münasibətləri 
yaranmağa başladı. Bu zaman bütpərəstliyin əksinə 
olaraq vahid allahlığı təbliğ edən yeni bir din – Islam
meydana gəldi. Onun banisi Məhəmməd peyğəmbər 
(s.ə.s) idi. Islamı (ərəbcə itaət deməkdir) qəbul edənlər 
müsəlman adlandırılmışdır. Bu dinin əsas ehkamları 
Quranda (ərəbcə qiraət deməkdir) əsaslandırılmışdır.


56 
Ərəb dövlətinin yaranması, onun işğalçılıq 
müharibələri ilə eyni bir vaxtda düşmüşdür. Qabaq 
Asiyada mövcud olan iki böyük dövlət – Iran və Bizans 
arasında gedən uzun sürən müharibələr onları taqətdən 
salmış, ərəb istilalarına əlverişli şərait yaranmışdır. Ərəb 
dövlətinin ilk işğalçılıq müharibələrinə şəxsən Məhəmməd 
başçılıq etmişdir. Onun ölümündən (632) sonra 
hakimiyyətə keçmiş dörd xəlifənin dövründə (Əbubəkr 
632-
634, Ömər – 634-644, Osman- 644-656, Əli – 656-
661) ərəb işğalları daha da genişlənmişdir. Əbubəkrin iki 
illik hakimiyyəti zamanı islam dini Ərəbistanda 
sabitləşmiş Suriya və Iraqın işğalına başlamışdır. Onun 
ölümündən sonra vərəsəlik asanlıqla həll edilmiş onun 
varisi təyin etdiyi Ömər hakimiyyətə keçmişdir. 
Ömərin 10 illik hakimiyyəti dövründə Xilafət daha 
da 
möhkəmlənmiş 
və 
işğalçılıq 
planları 
genişləndirilmişdir. Iraq, Suriya, Misir işğal edilmişdir. O, 
Islamın möhkəmlənməsinə və yayılmasına xüsusi diqqət 
vermişdir. Yarmuq (636) döyüşündə Bizans qoşunları 
məğlub edilmiş Suriya ələ keçirilmişdir. Bundan sonra 
ərəb qoşunları Irana yol açdı. 638-ci ildə Kadsiyyə 
yaxınlığında Iran qoşunları məğlub edildi. Iraqın əsas 
hissəsi tutuldu. 642-ci ildə Nəhavənd döyüşündə ərəblər 
ikinci böyük qələbə qazandılar. Sasanilərin paytaxtı 
Mədinəyə yol açıldı. Iranın daxilində olan çəkişmələr 
qüvvələri birləşdirməyə imkan vermirdi. 
Sasani hökmdarı II Yezdəgird Mədaini mühasirəyə 
alan ərəb qoşunlarına qarşı sərkərdə Rüstəmin başçılığı 
ilə 80 min qoşun göndərdi. Iran qoşunlarının tərkibində 
alban dəstələri də var idi. Mədainin 4 aylıq mühasirəsi 
Iran qoşunlarının məğlubiyyəti və sərkərdə Rüstəmin 
öldürülməsi ilə başa çatdı. Ərəblərə qarşı mübarizədə 
alban hökmdarının oğlu gənc sərkərdə Cavanşir və onun 
20 minlik atlı dəstəsində iştirak edirdi. Alban tarixçisi 


57 
Musa Kalankaytuklu yazır ki, Qadisiyyə döyüşündə 
Cavanşir böyük qəhrəmanlıq göstərmiş şəxsən iki döyüşə 
girmiş düşmənlərdən ikisini yerə sərmiş, özü bir neçə 
yerdən yaralanaraq düşmənin təqibi altında Dəclə çayını 
üzüb keçmişdir. Ona bayraq, iki qızıl mizraq, qalxan, 
kəmər, qılınc bağışlamış, başına tac qoymuşdur. Lakin 
sasanilərin məğlubiyyətindən sonra Cavanşir Albaniyaya 
qayıtmışdır. 
Ərəb qoşunlarının zərbələri altında məğlub edilmiş 
Iran qoşunlarının qalıqları şimala-Arana soxuldular. Onlar 
Bərdəni ələ keçirmiş və əhalini qarət etmişdir. Cavanşir 
o
nları məğlubiyyətə uğratmış və Albaniyadan qovmuşdur
(Cavanşir Sünnik və Iberiya ilə ittifaqa girmişdir). 
Cavanşir Albaniyanı müstəqil idarə etməyə başlamışdır. 
651-52-
ci illərdə Iran feodalları yenidən Albaniyaya 
soxulsa da məğlub edilmişdir. 
Iran torpaq
larını ələ keçirdikdən sonra ərəblər 639-
cu ildə Cənubi Azərbaycana soxuldular. Onlar burada 
ciddi müqavimətə rast gəldilər. 
Azərbaycan qoşunlarına mərzban Isfəndiyar ibn 
Ferruxzad başçılıq edirdi. Lakin vuruşmada ərəblər qalib 
gəlmiş, Isfəndiyar isə əsir düşmüşdür. 644-cü ildə 
bağlanan müqavilənin şərtinə görə, azərbaycanlılar 
ərəblərin hakimiyyətini qəbul etmədi, vergi verməli, hər bir 
ailə bir sutka ərzində əsgərini saxlamalı idi. Bunun 
müqablində ərəblər yerli əhalinin dilində, adət-ənənəsinə 
toxunmaya
caqlarını 
öhdələrinə 
götürürdülər. 
Ərəb 
ordusunda xidmət edənlər həmin ilin vergisindən azad 
edilirdilər. 
Ərəb qoşunları Azərbaycandan getdikdən sonra 
ölkənin əhalisi 645-ci ildə üsyan qaldıraraq bağlanmış 
müqavilədən imtina etdilər. Sərkərdə Valid ibn Ükbənin 
başçılığı ilə ərəb ordusu yenidən Azərbaycana soxuldu. 
Azərbaycan ikinci dəfə ərəblər tərəfindən işğal edildi. 


58 
646-
cı ildə bağlanılmış yeni müqaviləyə görə hər il 
xilafətə 800 min dirhəm xərac verməli idi. Bukeyr ibn 
Abdullah başda olmaqla ərəb qoşunları Muğana soxuldu. 
Muğanı işğal edərək əhali üzərinə vergi qoydu. Sonra isə 
Dərbənd üzərinə hücum etdi. Dərbənd hakimi Şəhriyar 
da danışıqlara girərək onu cizyə verməkdən azad etdilər, 
əvəzində Dərbənd keçidinin qorunmasını ona tapırdılar. 
642-
ci ildə xəlifə Ömər Süraqə ibn Əmirin başçılığı ilə 
Bukeyrin köməyinə Dərbəndə yeni qoşun hissələri 
göndərdi. Xəzərlərlə döyüşdə Süraqə öldürüldü. Ərəb 
qoşunlarına başçı təyin olunmuş Əbdürrəhman ibn Rəbiə 
də döyüşlərdə öldürüldü. Albaniyanın ərazisi xəlifə 
Osmanın dövründə işğal edildi. Sərkərdə Salman ibn 
Naxçıvanı 
ələ 
keçirdikdən 
sonra 
Şəki 
Gorus 
istiqamətində hücum edib Beyləqana soxuldu. Beyləqan 
ələ keçirildi, əhali üzərinə xərac və cizyə vergisi qoyuldu. 
Rəbiə Beyləqandan Bərdəyə gəldi. Bərdə əhalisi şəhərin 
darvazalarını bağlayıb bir neçə gün ərəblərə müqavimət 
göstərdi. Ərəblər ətraf kəndləri qarət etməyə başladılar. 
Bərdə əhalisi Beyləqanlıların bağladığı şərtlərlə müqavilə 
bağladılar. Albaniyanı işğal etdikdən sonra Salmanın 
dəstələri Şəmkiri tutmuş, Kür çayını keçərək Qəbələni ələ 
keçirmiş, Dərbədə hücum etmişdir. Bu zaman xəzərlər 
ərəb qarnizonunu Dərbənddən qovub çıxarmışdılar. 
Salmanın bşçılıq etdiyi ərəb qoşunları Dərbəndi ələ 
keçirdi. Baş verən döyüşdə xəzərlər qələbə çatdı. 
Salman isə öldürüldü. Salmanın 40 nəfər könüllüsü də 
burada öldürüldü. Onların qəbiri sonralar ziyarətgaha 
çevrilmişdir. 
Azərbaycanlılar ərəblərə asanlıqla tabe olmamış, 
onlara ciddi müqavimət göstərmiş, xərac və cizyə 
verməkdən boyun qaçırmış, Islam dinini qəbul etməkdən 
imtina 
etmişlər. Lakin 90 illik mübarizədən sonra ərəblər 
Azərbaycanın istilasını çatdırmışlar.


59 
Ərəblər istila etdikləri ölkələri köhnə qaydada idarə 
edirdilər. Bu idarə qaydaları isə daha çox vergi toplamaq 
və islam dinini yaymaqdan ibarət idi. İslam dini əhaliyə 
zorla qəbul etdirilmirdi. Lakin VII əsrin əvvəllərində islam 
dini Azərbaycanda hakim dinə çevrildi. Hakim sinif dinini 
daha tez qəbul etmişdir. Ona görə ki, tacir və sənətkarlar 
bu dini qəbul etməklə öz mövqelərini möhkəmləndirirdilər. 
Onlara bir sıra güzəştlər edilirdi. Əvvəllər islam dinini 
qəbul edənlər əlavə vergilərdən azad edilirdi. Ona görə 
də kəndlilər və şəhər yoxsulları və islam dini qəbul 
etməkdə maraqlı idilər. Xəlifə Ömərin verdiyi qanuna görə 
islamı qəbul edən kəndlilər müəyyən müddətə xəzinədən 
illik pul mükafatı alırdılar. Lakin bu müvəqqəti bir hal idi.
Ərəblər Almaniyaya hücum edən zaman Cavanşir 
atasının arzusunun əleyhinə olaraq onlara qarşı 
mübarizəyə başladı. Əks halda o, ölkənin qaydalarını və 
öz ailə üzvlərini ərəblərə girov verməli idi. Cavanşirin 
atası ərəblərin gücünü düzgün qiymətləndirir və onların 
vassallığını qəbul etməyi üstün tutur. Cavanşir isə 
ərəblərə tabe olmaq istəmir. O, ərəblərə qarşı 
mübarizədə Bizans imperatoru II Konstantinlə ittifaqa 
girdi. Xilafət kimi güclü düşmənə qarşı Bizansın Cavanşir 
kimi bir müttəfiqə ehtiyacı vardı. Odur ki, 654-cü ildə 
Cavanşirlə Konstantin görüşmüş, hər iki tərəfi 
maraqlandıran məsələləri həll etmişdilər. Cavanşirlə 
Konstantinin ikinci görüşü 660-cı ildə olmuşdur. 
662-
ci ildə Bələncər yaxınlığında ərəbləri məğlub 
etdikdən sonra qənimət və qarət məqsədi ilə Albaniyaya 
soxuldular. Cavanşir Kür sahilində onları məğlub edib 
geri qaytardı. 665-ci ildə xəzərlər daha böyük qüvvə ilə 
Albaniyaya soxuldular. Onlar Araz çayına qədər 
irəlilədilər və çoxlu mal-qara ələ keçirdilər. Cavanşir 
Xəzər xaqanı ilə sülh bağladı və onun qızı ilə evləndi. 
120 min mal-
qara və 7 min at geri aldı. 


60 
Siyasi hadisələrin sonrakı gedişi Cavanşiri öz 
siyasətində dəyişiklik etməyə məcbur etdi. Bizans 
imperiyasının xilafətə nisbətən çox zəif olduğuna görə 
Cavanşir ərəblərə yaxınlaşmağa daha üstün tutdu. Eyni 
zamanda xəzərlərin hücumlarından qorunmaq üçün daha 
güclü müttəfiq lazım idi.
Artıq bu zaman xilafətin daxilində də bir sıra 
hadisələr baş vermişdir. Osmanın (644-656) hakimiyyəti 
dövründə xilafətdə bir sıra narazılıqlar baş vermişdir. 
Osmanın siyasətinə qarşı narazılıqlar başladı. Xəlifəliyə 
Məhəmməd peyğəmbərin əmisi oğlu, həm də qızının əri 
Əli keçməyə cəhd göstərir. Osmandan narazı olanlar 
Mədinədə onu mühasirə etdilər. Suriyadan ona kömək 
göndərilsə və vəziyyət dəyişmədi. Osman öldürüldü, 
hakimiyyətə Əli gətirildi. Suriya hakimi Müaviyə onun 
hakimiyyətini tanımadı. 657-ci ildə Əli ilə Müaviyə 
qüvvələri arasında müharibə başladı. Lakin döyüşdə 
tərəflər müvəffəqiyyət qazana bilmədi. Üstünlük isə Əlinin 
tərəfdarlarında idi. 661-ci ildə Əli Küfədə yuxarı feodal 
zadəganlarına qarşı duran, islamın əsas cərəyanlarından 
biri olan xaricilərin göndərdiyi Əbdürrəhman ibn Mücəm 
tərəfindən öldürüldü. Bundan sonra 661-ci ildə hakimiyyət 
Əməvilər sülaləsindən Müaviyə və onun oğlu Yezidin 
əlinə keçdi. Əməvilər sülaləsi (661-750) zamanı xilafətin 
işğalçılıq planları daha geniş şəkil aldı. Müaviyənin ilk 
tədbiri paytaxtı Mədinədən Dəməlqə (Şama) köçürmək 
oldu. 
Əməvilərin istilaları zamanı alban hökmdarı 
Cavanşir Xilafətin vassallığını qəbul etməyi qət etdi. Bu 
məqsədlə Cavanşir iki dəfə xəlifə Müaviyə ilə 
görüşmüşdür. Onun birinci dəfə 667-də Şama getməkdə 
məqsədi xilafətdən vassal kimi asılılığı qəbul etməkdə 
Albaniyanı ərəb ordularının qarətindən xilas etmək idi. 
Cavanşirin bu düzgün addımı sonrakı üç ildə öz ölkəsini 


61 
istilaçıların qarətindən xilas etmiş oldu. Üç ildən sonra 
670 ildə Müaviyə Cavanşiri yenidən Şama dəvət etdi. 
Xəlifə Cavanşirə hədiyyələr verməklə Sünik knyazlığının 
idarə edilməsini ona tapşırdı. Həmçinin Atropatenin
hakimiyyətini də ona təklif etdi. Cavanşir xəlifənin son 
təklifindən imtina etmiş, onun ölkəsi üzərinə qoyulan 
vergini azaltmağı xahiş etmişdir. Onun xahişi yerinə 
yetirildi. Albaniya üzərinə qoyulan vergilər 1/3 qədər 
azaldıldı. Cavanşirin ağıllı siyasəti ölkəsini Iranlıların, 
Bizanslıların, Xəzərlərin və ərəblərin qarətindən müvəffəq 
olsa da xilas edə bildi. Xəlifə Müaviyə Cavanşirin 
nüfuzunu nəzərə alaraq Albaniyanın daxili müstəqilliyinə 
toxu
nmamışdır. Müvəffəqiyyətli xarici siyasət nəticəsində 
ölkənin müstəqilliyini saxlamağa nail olan Cavanşir 
daxildə mərkəzi hakimiyyəti möhkəmləndirmək üçün iri 
feodal əyanlara qarşı uzun müddət mübarizə aparmalı
olmuşdur. Cavanşir 681-ci ildə bizanspərəst əhvali-
ruhiyyəli əyanların qəsdi nəticəsində öldürülmüşdü.
Onun ölümündən sonra ölkədə hakimiyyət üstündə 
kəskin mübarizə başlanmışdır. Bu mübarizədə əyanlar və 
ruhanilərdən kəskin mübarizə başlanmışdır. Bu 
mübarizədə əyanlar və ruhanilərdən başqa “slahlı 
camaat” da iştirak etmişdir. Əyanların və ruhanilərin 
nümayəndələri paytaxt Bərdəyə toplaşaraq katolikos 
Yelizarın məsləhəti ilə Cavanşirin qardaşı oğlu Varaz 
Trdatı hakimiyyətə gətirdilər. Xəlifə I Yezid onun
hakimiyyətini təsdiq etdi. 
Varaz Trdat ha
kimiyyətə keçən kimi xəzərlərin 
ordusu Alp-
İltverin başçılığı ilə Xaqanın qohumu 
Cavanşirin intiqamını almaq bəhanəsi ilə Albaniyaya 
soxuldu. Onlar Kür boyu irəliləyərək Uti vilayətini tutdular. 
Ölkəni qarət etdilər, çoxlu mal-qara ələ keçirdilər, çoxlu 
əsir götürdülər. 681-də Trdat katalikos Yelizarı məktubla 
Xaqanın hüzuruna göndərdi. O, məktubda onlara 


62 
sədaqətlə itaət edəcəyini bildirir və Cavanşirin 
ölümündən albanların əlinin olmamasına inandırmağa 
çalışırdı. Yelizar Xaqanla sülh bağlamağa nail oldu. 
Varaz Trdat xəzərlərlə vəziyyəti nizama saldıqdan 
sonra Bizans bac verməkdən imtina etmək qərarına 
gəldi. Bu məqsədlə o, danışıqlar aparmaq üçün 699-cu 
ildə Konstantinopola getdi. Imperator II Yustinian ondan 
üz döndərib xilafətdə yaxınlaşmış Varaz Trdatın 704-cü 
ilə qədər əsir saxladı. Bu müddətdə Albaniyanın 
hökmdarı Şəruyə olmuşdur. 704-cü ildə Varaz Trdat 
Albaniyaya qayıtdı. Albaniya bu dövrdə ancaq ərəblərə 
bac verirdi. Ərəb-Bizans müharibəsinin başlanması ilə 
Xəlifə Ermənistana Məhəmməd ibn Mərvanın başçılığı ilə 
qoşun göndərdi. Ərəblərin cəza dəstələri Albaniyaya 
gəldi. 705-ci ildə knyaz Şeruyə Dəməşqə göndərildi və 
orada öldürüldü. Bununla mehranilər sülaləsinin 
hakimiyyətinə son qoyuldu. Ölkənin idarə edilməsi ərəb 
canişinlərinə tapşırıldı. 
Xəlifə I Valid (705-715) vaxtında ərəblərlə xəzərlər 
arasında müharibələr kəskin xarakter aldı. Xəlifə 
Albaniya Gürcüstan və Ermənistanda Bizanpərəst 
hakimləri təmizləməyi qərarı aldı. Məhəmməd ibn Mərvan 
bizans-
erməni qonşularını darmadağın etdi. Ərəblərlə 
xəzərlər arasında bir əsrdən artıq gedən müharibələr 
əsasən Azərbaycan ərazisində getmiş, əhali qarət 
olunmuş, ölkənin iqtisadiyyatına ziyan dəymişdir. 
Ərəblər siyasi və dövlət təşkilatı cəhətdən və 
sasanilərdən geri qalırdılar, ona görə də onlar işğal 
et
dikləri onlara qədər mövcud olan qaydalarla idarə 
etməyə məcbur idilər. Xilafət əsarət aldığı geniş ərazini 
idarə etmək üçün əmirliklər sistemi yaratmışdır. Ərəblərin 
hücumu zamanı Azərbaycanın şimal hissəsi, Sünik, 
Gürcüstanın bir hissəsi xəzərlərin əlində idi. Birinci 
inzibati bölgü aparılan zaman xilafətin ərazisi baş 


63 
əmirliyə bölünmüşdür. Iran, Gürcüstanı, Ermənistan, Kiçik 
Asiya ərazisinin bir hissəsi dördüncü əmirliyə daxil idi. 
Abbasilərin dövründə Azərbaycan üçüncü əmirliyə daxil 
edilmişdi. Əmirliklər mahallara bölünürdü. Hər bir mahal 
12 rayondan (nahiyə), hər bir rayon isə 12 kənddən ibarət 
idi. Iri şəhərlər mahal mərkəzləri seçilirdi. Azərbaycanın 
Bərzənd, Beyləqan, Şamaxı, Qəbələ, Şəki, Miyanə, 
Urmiya, Təbriz, Sərab və s. şəhərləri mahal mərkəzləri 
idi. 
Hər bir əmirliyin başında xəlifə tərəfindən təyin 
olunmuş canişin dururdu. O, əmirliyin inzibati idarəsinə 
başçılıq etməklə yanaşı, qoşunların da komandanı 
hesab edilirdi. Bütün mülki və hərbi hakimiyyəti onun 
əlində toplanmışdır. Əmirin rəhbərliyi altında xüsusi 
tapşırıqları icra edən məlumatlar var idi. Amil-mülki hakim 
və vergilərin toplanmasına baxırdı. Amil-mülki xüsusi 
tapşırıqları icra edən məlumatlar var idi. Amil-mülki hakim 
və vergilərin toplanmasına baxırdı. Qazı-məhkəmə 
işlərinə və vəqf idarələrinə nəzarət edirdi. Ərəblər işğal 
etdiyi ölkçələri idarə edən məmur aparatını təmin etmək 
üçün islamı qəbul etmiş və könüllü surətdə xilafətə qulluq 
göstərmək istəyən yerli əyanların xidmətlərindən istifadə 
edirdilər. Lakin ərəblər dövlət idarələrinin mürəkkəb iş 
formalarına yiyələndikdən sonra yerli əyanları tədricən 
dövlət işlərindən uzaqlaşdırırlar. 
Azərbaycan ərazisində xilafətin əsas dayağı ərəb 
əyanlarından və silahlı qüvvələrdən ibarət idi. Yerli 
əyanlar isə bir sıra imtiyazlardan məhrum olub, idarə 
işlərinə 
buraxılmırdı. 
Ərəblər 
Azərbaycanda 
öz 
mövqelərini möhkəmləndirmək üçün buraya çoxlu ərəb 
tayfaları köçürürdülər. Ərəblər Azərbaycanın Beyləqan, 
Bərdə Naxçıvan kimi strateji əhəmiyyəti olan şəhərlərdə 
hərbi saxlayırdılar. Onlardan xilafətə qarşı başlayan 
üsyanları, iğtişaşları yatırmaqla, asayişi bərpa etmədə, 


64 
Bizans və xəzərlərin hücumlarını dəf etməklə istifadə 
edirdilər. 
VII-
VIII əsrlərdə ərəb cəmiyyətində feodal 
münasibətləri Iran, Azərbaycan və orta Asiyaya nisbətən 
zəif inkişaf etmişdir. Ona görə də ərəblər tutduqları digər 
ölkələrdə olduğu kimi Azərbaycanda sasanilərin vergi 
sistemini saxladılar. Fərq orasında idi ki, ərəblər 
Azərbaycanın istila edilməsinin ilk çağlarında vergiləri 
ayrı-ayrı şəxslərdən deyil, bütün ölkədən alırdılar. 
Albaniya əhalisi xristian olduğundan xəlifənin xəzinəsinə 
iki adam verdi-
cizyə və xərac verirdi, müsəlmanlar isə 
cizyədən azad idilər. Müsəlmanlardan yalnız onda bir 
vergisi alınırdı. Xəlifə Haşımın vaxtında Azərbaycanda da 
ərəblərin vergi siyasəti dəyişdirildi. Belə ki,725-26-cı 
illərdə Xəlifənin göstərişi ilə Azərbaycanda əhali, torpaq, 
mal-
qara və digər əmlak siyahıya alındı. Həmin siyahıya 
alınmadan sonra tətbiq edilən yeni vergi sistemində 
əhalidən başqa rahiblərdən və cizyə alınmağa başladı. 
Vergilərin sayı və məbləği artırıldı. Əhalinin üzərinə 
sənətkarlıq məmulatı vergisi, kəbin vergisi kimi əlavə 
vergilər qoyuldu. Vergilər o dərəcədə artırıldı ki, təkcə 
yoxsullar deyil, bir çox yerli əyanlar da ondan əziyyət 
çəkməyə başladılar. Ərəb əyanları qul əməyindən istifadə 
edirdilər. Bu isə feodal münasibətlərinin ləng inkişafına 
səbəb olurdu. Ərəblərin işğalı zamanı əsir və yerli 
əhalinin çox hissəsi qula çevrilmişdir. Onlar vergiləri 
vaxtında (ödəməyindən) ödəməyənləri və qul halına 
salırdılar. 
Xəlifə Harun ər-Rəşidin (786-809) dövründə 
vergilər daha da artırıldı. Azərbaycan əzalisindən alınan 
müxtəlif vergilərin miqdarı artırıldı. Hakimlər heç bir şeylə 
hesablaşmır, yerli əhalini qarət edirdilər. Müsəlman 
olmayanların vəziyyəti daha ağır idi. Buna görə də əhali
öz ata-baba yurdlarını buraxır və dağlara qaçırlar. 


65 
Ərəblər qaçanların mülklərini öz əllərinə keçirirdilər. 
Ərəblərin 
həqarətlə 
uluc 
(avam) 
adlandırdıqları 
Azərbaycan kəndliləri əhalinin ən ağır istismarına məruz 
qalan hissəsi idi. Xərac ödəməyə əkin sahələrində 
məhsulun 25 faizini, suvarılan sahələrdə isə 50 faizini 
təşkil edirdi. Islamı qəbul etməyənlər cizyə verirdi. Islamı 
qəbul edənlər isə xüsusi rüsum-xüms verməli idilər. 
Müsəlman ruhanilərinin xeyrinə onda bir – zəkat  
toplanılırdı. Xəlifənin gəlirini artırmaq üçün 725-ci ildə 
Azərbaycanda 15 yaşına çatmış bütün əhali üzərinə vergi 
qoyuldu. Ümumiyyətlə, Azərbaycandan 4 min, Muğandan 
300 min dirhəm vergi alınırdı. Ifrat dərəcədə ağır olan 
vergiləri verə bilməyənlər döyülür, qızmar günəş altında 
saxlanılır, başqalarına yağ tökülür, qula çevrilir, mal-
qarası əlindən alınırdı. 
Xilafətin hakimiyyəti dövründə torpaq üzərində 
aşağıdakı mülkiyyət formaları mövcud idi. Azərbaycan 
işğal 
edildikdən 
sonra 
torpaqların 
və 
suvaran 
sistemlərinin çox hissəsi xilafətin mülkiyyətinə çevrildi. 
Ərəblərin hakimiyyəti dövründə Azərbaycanda feodal 
torpaq mülkiyyət formasının üstün növü divan (dövlət) 
torpaqları idi. Vərəsəsiz ölənlərin, dövlət işlərindən kənar 
edilən məmurların torpaqları dövlət torpaqlarına qatılırdı. 
Bu torpaqlardan əldə edilən gəlir dövlət üzərinə, sarayın 
xərclərinə, 
orduya 
sərf 
olunurdu. 
Azərbaycan 
torpaqlarının mühüm hissəsi Ərəbistandan Azərbaycan 
ərazisində köçürülmüş ərəb ailələrinə paylanılmışdır. 
Azərbaycana ərəblərin köçürülməsinə Əməvilər dövründə 
başlanılmışdır. Xilafət ərəb ailələrini Azərbaycana 
köçürür, onları torpaqla təmin edir, oturaq həyata 
köçməklə, birinci növbədə, burada özlərinə ictimai dayaq 
yaradırlar, hakimiyyətlərini möhkəmləndirirlər. Digər 
tərəfdən xəzinəni təqaüd vermək xərclərindən azad 
edirdilər. Bəlazuri yazır ki, ərəblər Azərbaycanı zəbt edən 


66 
zaman “iki mahaldan” (Kufə və Bəsrədən) və Suriyadan 
ərəb tayfaları ora gətirildi və onlardan hər biri bacarığı 
qədər torpaq tutdu. Bəziləri isə ərəb olmayanların 
to
rpağını satın alırdılar. Bundan əlavə, kəndləri qorumağı 
onlara həvalə edirdilər. Beləliklə, həmin kəndlərin əhalisi 
onların qulluqçusu oldu. Yenə də Bəlazuri bildirir ki, 
ərəblər Dərbəndi aldıqdan sonra oraya xilafət torpaqlarını 
xəzərlərin hücumundan qorumağa qadir olan çox güclü 
qarnizon saxlayırdılar. Dərbəndə Suriya əhalisindən 20 
min əsgər köçürdü və onlara müəyyən maaş təyin etdi.
Ərəblər Bərdə, Beyləqan, Qəbələ, Qazax və digər alban 
şəhərləri 
ətrafındakı 
torpaqları 
eyni 
qayda 
ilə 
tutmuşdular. Ərəblər üçün imtiyazlı şərait yaradılmışdır. 
Muğan, Şirvan və Mil düzünün münbit torpaqları onlara 
verilmişdi. Ərəb əyanları qısa müddətdə Azərbaycanda 
geniş torpaq sahələri və feodal-asılı kəndlilərlə təmin 
edildilər. 
Azərbaycanda yerli feodal əyanlarının irsi 
mülkiyyətində olan torpaq mülkləri qalmaqda idi. Ərəblər 
belə torpaq sahiblərini mülk, öz sahiblərini isə malik 
adlandırırdılar. Mülklər irsən keçir, onu satmaq, 
bağışlamaq mümkündür. 
Torpaq mülkiyyət formalarından biri iqta (kəsik) idi. 
Dövlət işlərində və orduda xidməti müqabildə ayrı-ayrı 
şəxslərə verilmiş torpaq sahələri iqta adlandırılırdı. Iqta 
sahibi ona verilmiş torpaqların gəlirini mənimsəyəirdilər. 
Dövlət işlərindən və ordudan azad edilən şəxslər iqtanı 
geri qaytarmalı idilər. Bəzi hallarda iqtanı geri qaytarmalı 
idilər. Bəzi hallarda iqta irsi hala keçirdi. 
Torpaq mülkiyyət formalarından biri vəqf torpaqları 
idi. Bu torpaqlar müqəddəs yerlərə (Məkkə, Mədinə), 
məscid və mədrəsələr üçün ayrılırdı. Vəqf torpaqları 
müsəlman dini idarələrinin ixtiyarında idi. 


67 
Torpaqlar icmada birləşmiş kəndlilər tərəfindən 
becərilirdi. Onlar su, otlaq, meşələrdən birlikdə istifadə 
edir, təsərrüfatı birlikdə becərirdilər. 
Xilafətin soyğunçu vergi siyasəti və məmurların 
özbaşınalığı, 
dəhşətli 
istismar 
və 
hüquqsuzluq 
Az
ərbaycan xalqının vəziyyətinin dözülməz dərəcədə 
ağırlaşmasına səbəb olmuşdur. Xalq kütlələrinin ərəblərə 
qarşı azadlıq mübarizəsi genişlənmişdi. 
Belə bir zamanda VIII əsrin ortalarında xilafətdə 
sülalə mübarizəsi qızışmışdı. Belə ki, xəlifə Əlinin 
zamanında 
dayandırılmış 
işğalçılıq 
müharibələri 
Əməvilərin dövründə davam etdirildi. Xilafətin ərazisi 
Atlantik okeanından Hind çayına, Xəzər dənizindən Hind 
çayına qədər uzanırdı. Əməvi xəlifələrinin göstərdiyi 
fəaliyyət 
əsas 
etibarilə 
mərkəzləşməyə 
doğru 
yönəldilmişdir. Ərəblərin imperiyası o qədər geniş idi ki, 
onun birliyi mümkün deyildi. Imperiyanın sərhədləri 
genişləndikcə itaət altına alınan xalqların sayca az olan 
istilaçılara qarşı narazılığı da artırdı. Onlar itaət altına 
aldıqları xalqlara zülm edib onları əməyə, dözülməz 
dərəcədə ağır vergi ilə var-yoxdan çıxarmağa və onlarla 
özlərindən 
aşağı 
insanlar 
kimi 
rəftar 
etməyə 
başlamışdılar. Xalq kütlələrinin narazılığının artdığı bir 
vaxtda Əməvilərə qarşı güclü bir müxalifət meydana 
çıxdı. Bu müxalifət üç cərəyandan ibarət idi. Onlardan biri 
belə hesab edirdi ki, dövlətdə ali hakimiyyət, yalnız ilamın 
banisi Məhəmmədin kürəkəni xəlifə Əlinin varislərinə 
mənsub olmalıdır. Bu qrup nümayəndələri özlərinə şiə 
(qrup, partiya) adlandırmışlar. Şiələrin dediyinə görə Əli 
və onun varislərindən olan 12 nəfər (imam) 
qüsursuzdular. Əsil xəlifə və imam da bunlar hesab 
edilməlidir. Beləliklə, şiələr Əli və onun nəslindən olanlar 
irsi ali hakimiyyət və peyğəmbərlik prinsipini təcəssüm 
etdirirdilər. 


68 
Ikinci cərəyan xaricilər (gəlmələr) idilər. Əməvilər 
sülaləsinin hökmranlığı zamanı xaricilər müxalifətə 
keçərək onlara qarşı mübarizəyə başladılar. Hətta onlar 
Kufə və Bəsrədə əməvilərə qarşı üsyan qaldırdılar. 
Azərbaycanda bu hərəkatın xeyli tərəfdarları var idi. 
Onlar xəlifə hakimiyyətinin irsən keçməsi haqqında 
mövcud olan qaydanı qanunsuz hesab edir və dövlət
başçısının yalnız peyğəmbərin tərəfdarları tərəfindən 
deyil, bütün müsəlmanlar tərəfindən seçilməsini tələb 
edirdilər. Bu prinsipə əsasən onlar xəlifəni icma 
mənafeyinin müdafiəçisi hesab edirdilər. Xəlifə icmanın 
üzvləri tərəfindən seçilməli idi. Ona görə yüksək xəlifəlik 
vəzifəsinə islam ehkamlarını bilən hər bir mömin 
müsəlman, hətta zənci, yaxud həbəş qul da seçilə bilər. 
Hətta onlardan bəzisi belə güman edirdi ki, müsəlman 
icması və ya xəlifəsiz yaşaya bilər. Xarici jurnalistlərin 
fikrincə xəlifə seçilmiş olan ruhani icması xəlifənin 
yeritdiyi 
siyasət 
müsəlmanların 
əksəriyyətinin
mənafeyinə uyğun gəlmədikdə onu istədiyi vaxt 
vəzifədən götürər, hətta öldürə bilər. Göründüyü kimi, 
xaricilərin təklifi daha da demokratik və ədalətli idi. 
Üçüncü cərəyan peyğəmbərin əmisi Abbasın 
varisləri idilər. Onlar ləyaqətli həyat keçirməklə çoxdan 
bəri müsəlmanların hörmətini qazanmışdılar. Əməvilərə 
qarşı getdikcə qüvvətlənən müxalifətə Abbasiləri bu fikrə 
gətirmişdilər ki, Əməvi xəlifələrini devirib onların yerini 
tutmaq lazımdır. Bu məqsədlə onlar əməvilərə xüsusi ilə 
nifrət bəsləyən Xorasanda əlverişli zəmin tapdılar. Onlar 
xalq kütlələrini öz tərəfinə çəkmək üçün mötədil vədlər 
verdilər. Onlar belə vəd edidilər ki, hakimiyyəti ələ 
keçirsələr vergiləri azaldacaq və xalqın vəziyyətini 
yaxşılaşdıracaqlar. Şiələrin içərisində parçalanmanın 
əmələ gəlməsi Abbasiləri xeyli gücləndirdi. Abbasilər 
əslən Iranlı olan çox bacarıqlı Əbu-Müslümün köməkliyi 


69 
ilə öz məqsədlərinə çatdılar. 750-ci ildə Abbasilrin 
nümayəndəsi Əbül Abbas əs-Səffah (750-754) Kufə 
məscidində 
xəlifə 
elan 
edildi. 
Əməvilərin 
son 
nümayəndəsi II Mərvan qohumları ilə birlikdə edam 
olundu. 
Xilafətin daxilində hakimiyyət uğrunda mübarizənin 
qızışdığı bir vaxtda–VIII əsrin ortalarında xilafətə qarşı 
tabe olan ölkələri üsyan bürüdü. 732-742-ci ildə Şimali 
Afrikada bərabərlərin üsyanı baş verdi. 747-ci ildə Orta 
Asiyanı Əbu-Müslümün başçılığı ilə əməvilərə qarşı güclü 
üsyan baş verdi. Bu üsyanlarda bir vaxtda 748-752-ci 
illərdə Azərbaycanı, Ermənistan və Gürcüstan xilafətə 
qarşı üsyan bürüdü. 
748-
ci ildə Beyləqanda başlamış üsyan tezliklə 
ölkənin bir sıra vilayətlərini, xüsusi ilə Ərdəbil vilayətini 
əhatə edirdi. 
Yerli feodal əyanların başçılıq etdiyi bu üsyanlarda 
Əməvilər sülaləsinin siyasətindən narazı qalan ərəb 
mənsəb sahibləri də iştirak etmişdilər. Beyləqandakı 
üsyana yerli hökmdar Vard Ibr Səfvan başçılıq edirdi. 
Ərəb əmiri Əbu Cəfər ibn Məhəmməd üsyanın 
rəhbərlərindən bir neçəsini hesab etdi. Bu vaxt yeri 
feodallardan Babən ibn Mənsurun, Habib ibn Sədəqin və 
başqalarının 
başçılıq 
etdikləri 
üsyançı 
dəstələri 
Beyləqana yaxınlaşaraq şəhər əhalisinin köməyilə qalanı 
mühasirəyə aldılar. Onlar nərdivanlardan istifadə edərək 
qal
a divarlarının üstünə qalxdılar və şəhərə daxil oldular. 
Üsyançılar ərəb qarnizonunu qılıncdan keçirib əmiri əsir 
aldılar. Bütün məhbusları azad etdilər. Bu qələbədən 
sonra onlar Bərdə üsyançılarının köməyinə gəldilər. 
Bərdədəki ərəb əmiri Asim ibn Yezidin qoşunlarını 
məğlub edib özünü öldürdülər. Üsyanı yatırmaq üçün 
göndərilən xəlifə Mərvanın ordusu məhv edildi. Üsyan 
Azərbaycanın qalan vilayətlərini də bürüdü. 


70 
Vaxtilə Ərəbistandan köçürülmüş çoxlu ərəb ailəsi 
Şəmkirdə yerləşdirilmişdi. Yerli əhalinin torpağı hesabına 
təmin olunmuş ərəblər şəhər ətrafındakı Azərbaycan 
ailələrinin istismarı hesabına firavan həyat keçirirdilər. 
Burada ərəblərə hər cür imtiyazlar verilmişdir. Şəmkir
ətrafındakı kəndlilər 752-ci ildə üsyan qaldırırlar. 
Üsyançılar ərəblərin bir hissəsini qırsalar da qələbə çala 
bilmədilər. Üsyan tezliklə yatırıldı. 
Göründüyü kimi əsarət altına alınmış xalqların 
təzyiqi altında və ərəb cəmiyyəti daxilində mübarizənin 
kəskinləşməsi nəticəsində əməvilər sülaləsinin 80 illik 
hakimiyyətinə son qoyuldu. Hakimiyyəti Abbasilər sülaləsi 
ələ keçirdi. Abbasilər baş vermiş üsyanları amansızlıqla 
yatırmağa başladılar. 
Azərbaycan, Ermənistan və Gürcüstana əmir təyin 
olunmuş Məhəmməd ibn Sül Beyləqanın itaət etməyən 
əhalisinə amansız divan tutdu və onları şəhərin 
yaxınlığındakı Gilab qalasına çevirməyə məcbur etdi. 
Sərkərdə Salehin başçılıq etdiyi ərəb qoşunları 
üsyançıların son sığınacağı olan bu qalaları məhv etdi. 
VIII əsrin ortalarında baş verən üsyanlar, 
genişlənən xalq hərəkatı Əməvilər sülaləsinin süqutuna 
səbəb oldu. Lakin ərəb əsarətinə son qoya bilmədi. 
Bununla belə Abbasilərin amansız cəza tədbirləri xalqın 
mübarizə ruhunu qıra bilmədi. VIII əsrin 90-cı illərində və 
IX əsrin birinci qərinəsində xilafəti sarsıdan xalq hərəkatı 
baş verdi. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin