Son tunc-
erkən dəmir dövründə (e. ə. XIV-VII
əsrlər) E. ə. II minilliyin ortalarına aid külli miqdarda
çoxnövlü hücum və müdafiə silahlarının tapılması
tayfalararası
müharibələrin
geniş
miqyası
və
amansızlığından
xəbər
verir.
Dəmir
istehsalının
31
başlanğıc mərhələsində (e. ə. XII-XI əsrlər) əmək alətləri
ilə yanaşı, çoxlu silah düzəldilməsi cəmiyyətin
silahlanmasına imkan yaratmışdı.
E. ə. II minilliyin sonunda Azərbaycanda soyuq
üfürmə texnikasına əsaslanan dəmir istehsalına
başlanmışdı. Metallurgiya və metalişləmə sənəti yüksəliş
keçirirdi. Sənətkarlıqda dabbaqlıq (gön- dəri), toxuculuq
sahələri də mühüm yer tuturdu.
Beləliklə, ibtidai cəmiyyət daxilində mülki
bərabərsizliyin, ictimai təbəqələşmənin və xüsusi
mülkiyyətin yaranması, sənətkarlığın müstəqil peşəyə
çevrilməsi, icma daxilində birgə əmək, birgə əmlak və
birgə yaşayış qaydalarının pozulmasına gətirib
çıxartmışdı. Azərbaycanda qəbilə icmasının və icma
təsərrüfat formasının dağılması prosesi e. ə. II
minilliyin sonu-
I minilliyin başlanğıcında başa
çatmışdı.
Sual 2.
Azərbaycan ərazisində tayfa ittifaqları.
Manna dövləti.
E.ə. III-I minilliklərdə Azərbaycanın ərazisində
lulube, kuti, mehri, dalay, kumurdiy, manna, amard,
maten, kaspi, alban, uti, qarqar, sak və s. tayfalar
yaşamışlar. Azərbaycanın cənub ərazisində tayfa
ittifaqlarının yaranması prosesi daha intensiv olmuşdu. III
minilliyə aid akkad mixi yazılarında lulube və kuti tayfa
birləşmələri haqqında məlumat verilir. Bu tayfalar Qədim
Şərqin siyasi həyatında fəal iştirak etmişlər.
Lulubelərin adı ilk dəfə e.ə. XXIII əsrin ikinci
yarısında
Akkad hakimi
Naramsinin
kitabəsində
çəkilmişdi. Onlar Mesopotamiyada yaşamış tayfalarla sıx
əlaqədə olmuşlar.
32
Lulubelərdən cənubda kutilər məskən salmışlar.
Onların adı ilk dəfə Naramsinin kitabəsində çəkilmişdi.
Lulbelərə nisbətən kutilər daha fəal siyasət yürütmüşlər.
E.ə. III minilliyin sonunda Mesopotamiyaya soxulmuş
kutilər, Akkad dövlətini süquta uğradaraq 91 il orada
hökmranlıq
etmişdilər.
Akkad
dövlətini
süquta
uğradandan sonra kutilər Mesopotamiyada uzun müddət
möhkəmlənə bilməmişdi. E.ə. 2109-cu ildə kutilər oradan
çıxarılmışdı. Keçmiş məskənlərinə qayıdan kutilər
sonralar şimala doğru yayılmışlar.
E.ə. minillikdə Azərbaycan ərazisində bir sıra
tayfalar birləşib tayfa ittifaqları yaratmağa başlamışlar.
Cənubi Azərbaycanda tayfa birləşməsi prosesində
Manna tayfası xüsusi fəallıq göstərmişdi. Manna tayfası
Urmiya gölü sahilində yaşayan tayfalar öz ətrafında
birləşdirə bilmişdi.
Urmiya gölü sahilində yaranmış kiçik dövlətlər bu
ərazini öz ətrafında birləşdirə bilməlidir. Bu birləşmə
prosesini e.ə. IX əsrin ikinci yarısında yüksəlməyə
başlayan Manna tayfası başa çatdırdı və Azərbaycan
ərazisində ilk dövlət olan Manna dövləti yaradıldı. Manna
Assuriya, Urartu və Elamla yanaşı Şərqin mühüm
dövlətlərindən biri olmuşdu. Manna dövlətinin yaranması
Cənubi Azərbaycan ərazisində yaşamış tayfaların
iqtisadi-
ictimai inkişafının nəticəsi idi.
Manna quldarlıq dövləti olub, irsi hakimiyyətə malik
hökmdarlar tərəfindən idarə olunmuşdu. Dövlətin
mərkəzi şəhəri Izirtu, ilk hökmdarı Udaki olmuşdu.
E.ə. IX əsrdə yüksəlməyə başlayan Urartu dövləti
tezliklə Assuriya və Manna dövlətlərinin rəqiblərindən
birinə çevrilmişdi. Manna dövləti uzun müddət Urartuya
qarşı mübarizə aparmış və öz varlığını qoruyub
saxlamışdı. Həmçinin Assuriya və Urartuya qarşı
mübarizədə Manna güclü hərbi qüvvə yaratmışdı.
33
III Tiqatpalasarın (e.ə.745-727-ci illər) dövründə
Azərbaycanın şərqə doğru işğalları genişlənmişdi. O,
Midiyaya hücum edərkən Mannanın cənubundan
keçmiş, lakin onun torpaqlarına toxunmamışdı. Görünür
həmin vaxt Assuriya Manna ilə dostluq münasibətində
olmuşdu. E.ə. 743-cü ildə III Tiqlatpalasar Urartu
qoşunlarını məğlubiyyətə uğramışdı. Bundan istifadə
edən Manna hökmdarı Iranzu öz sərhədlərin xeyli
genişləndirmişdi. E.ə. VIII əsrin 40-20-ci illərində Manna
dövləti iqtisadi və siyasi cəhətdən çiçəklənmə dövrünü
keçirmişdi. Onun sərhədləri şimalda Araz çayına, şərqdə
təqribən Xəzər dənizinə, cənubda Dilyala və Kiçik Zab
çaylarının yuxarı axarına, qərbdə isə Urmiya gölü
sahilinədək uzanırdı. Manna dövləti həmin dövrdə olar
ki, müasir Cənubi Azərbaycanın bütün ərazisini əhatə
edirdi. Iranzunun hakimiyyətinin son illərində onun
mövqeyi zəiflədi. Ayrı-ayrı vilayət hakimlərin mərkəzi
hakimiyyətə tabe olmaq səyləri gücləndi.
Iranzunun ölümündən sonra, e.ə. 719-716-cı
illərdə onun varisləri arasında hakimiyyət uğrunda
mübarizə kəskinləşdi. Mannanın daxili işlərinə qonşu
dövlətlər qarışmağa başladılar. Iranzunun böyük oğlu
Aza hakimiyyətə keçdikdən sonra atasının siyasətini
davam etdirərək Assuriya ilə dostluq əlaqələrini
möhkəmləndirmişdi. Lakin ölkənin bir sıra əyalətlərin və
Urartu tərəfdarları Azanın siyasətinə qarşı çıxdılar, qiyam
qaldırdılar. Aza öldürüldü. Öz müttəfiqini itirməklə
razılaşmayan Assur çarı II Sarqon hücum edib
qiyamçılara divan tutmuşdu və hakimiyyətə Iranzunun
digər oğlu Ulusunu çıxarıldı. Yaranmış vəziyyətdən
istifadə edən Urartu çarı I Rusa Mannaya soxulmuş və
onun 22 qalasını tutmuşdu. Çıxılmaz vəziyyətdə qalan
Ulusunu
Assuriyadan
uzaqlaşaraq
Urartu
ilə
yaxınlaşmağa məcbur olmuşdu.
34
E.ə. 714-cü ildə Assur çarı II Sarqon Urartu ilə
müharibəyə başladı. O, Manna hökmdarı Ullusunu ilə
görüşüb Urartuya qarşı ittifaq yaratmışdı. Döyüşlərin
birindi Urartu çarı I Rusa məğlub olduğuna görə özünü
öldürmüşdü. Mannanın Urartu tərəfindən tutulmuş
qalaları geri qaytarılmış, onun qərb sərhədləri
genişlənmişdi.
Sarqonun
kitabələrində
Manna
hökmdarlarını öz müttəfiqi adlandırmışdı. E.ə. 713-cü
ild
ən sonra Assuriyaya vergi verməkdən imtina edən
Manna müstəqil siyasət yürütmüşdü.
E.ə. VIII əsrin sonu – VII əsrin əvvəllərinlə skiflərin
hücumu ilə Ön Asiyada siyasi vəziyyət dəyişmişdi.
Dərbənd keçidi vasitəsi ilə II Azərbaycan ərazisinə
soxulan skiflərin bir hissəsi Kür və Araz çayları arasında
məskunlaşmış, digər hissəsi isə Ön Asiyaya yayılmışdı.
Azərbaycan ərazisində məskən salmış skiflər
mannalarla birlikdə Assuriyaya qarşı müharibələrdə
iştirak etmişdilər (Skiflər haqqında ən çox məlumatı
Herod
ot vermişdi). Sonralar isə skiflər Assuriyanın
müttəfiqinə çevrilmişdi.
E.ə. əsrin ikinci yarısında böyük qüvvəyə malik
olan skiflər Azərbaycanın Kür və Araz çayları arasında
öz çarlıqlarını yaratmışdırlar.
Dostları ilə paylaş: |