342
yerləşən milli ordunun suvari alayı da qoşuldu. Birləşmiş
hərbi qüvvələrinin başında peşəkar hərbçi Əhmədiyev və
Hafiz Əfəndi dururdular. Onlar iyunun 7-də Qaxa daxil
oldular. Qumıx çayı ətrafında düşməni məğlub etdilər.
Iyunun 16-
da Qarabağdan Qırmızı Ordunun hərbi
qüvvələri təcili Zaqatalaya keçirildi və iyunun 18-də şəhər
yenidən işğal olundu.
1920-
ci ilin yayında Şəmkir qəzası Müşkürlü kəndi
ətrafında üsyan baş vermişdi. Burada 29 kişi, 49 qadın
şəhid olmuşdu. Üsyan yatırılmışdı.
Cavanşir qəzasında Sultan bəyin başçılığı ilə üsyan
ba
ş vermişdi. Avqustda Lənkəranda da üsyan məğlub
edildi.
Bolşevik
rejiminə
qarşı
müəssisələrdə,
neft
sənayesində sabotaj, tətillər təşkil edilirdi. Bakıda «Yanar
ürək» adlı diversiya qrupu fəaliyyət göstərirdi.
Bu dövrün üsyanları məğlubiyyətə uğradı, çünki onlar
bir-
birilə əlaqədə olmadan vahid mərəkəzdən idarə idarə
olunmadan, müxtəlif vaxtlarda və plansız keçirilirdi, onlar
ümumi xalq üsyanına çevrilmədi və əvvəlcədən
məğlubiyyətə məhkum idi.
Dostları ilə paylaş: