347
1922-
ci il martın 12-də Azərbaycan, Gürcüstan və
Ermənistan Mərkəzi Icraiyyə Komitələrinin səlahiyyətli
konfransı və respublikalar arasında ittifaq müqaviləsini
təsdiq etdi. Hərbi işi, maliyyəyə, xarici ticarətə, yollara,
rabitə vasitələrinə, əksinqilabla mübarizəyə rəhbərlik
edən ittifaq soveti və iqtisadi siyasəti müəyyənləşdirən Ali
Iqtisadi Şura təşkil olundu. Zaqafqaziyadakı müstəqil
r
espublikaların hüquqlarının əllərindən alınmasında
növbəti mərhələ bu respublikaların Federativ Ittifaqının
əvəzinə bir dövlət Zaqafqaziya Sovet Federativ Sosialist
Respublikası (ZSFSR) yaradılması oldu.
Zaqafqaziya
Sovetlərinin
Bakıda
keçirilmiş
I
qurult
ayında (1922, 10-13 dekabr) ZSFSR Konstitusiyası
qəbul edildi. Ali orqan Zaqafqaziya Mərkəzi Icraiyyə
Komitəsi seçildi. MIK Rəyasət Heyətinin sədrləri
Azərbaycandan
S.Ağamalı
oğlu,
Gürcüstandan
M.Sxakaya və Ermənistandan S.Ambarsumyan oldular.
MIK-nin sess
iyasında Zaqafqaziya Xalq Komissarları
soveti seçildi.
1922-
ci il dekabrın 30-da Moskvada SSRI Sovetlərinin
qurultayında RSFSR, Ukrayna SSR, ZSFSR və
Belorusiya SSR SSR Ittifaqında «könüllü surətdə»
birləşdilər. N.Nərimanov SSRI Mərkəzi Icraiyyə Komitəsi
sədrlərindən (dörd sədrdən) biri seçildi.
Dostları ilə paylaş: