363
70-80-
ci illərdə respublikanın neft maşınqayırma
sənayesi öz inkişafının
yeni mərhələsinə daxil olmuş,
sahənin strukturunda ciddi dəyişikliklər baş vermiş, əsas
sexlər yenidən qurulmuş, yeni istehsal sahələri işə
salınmışdı. 1985-ci ildə Dərin dəniz özülləri zavodu,
1983-
cu ildə Qroznı-Bakı neft kəməri istifadəyə verilmişdi.
“Yenidənqurma” və Azərbaycan. Dağlıq Qarabağ
konflikti.
Artıq 80-ci illərin ortalarında sovet ölkəsinin
ictimai-
siyasi, iqtisadi və mənəvi həyatında
böhran
yaranmışdı. Böhranlı vəziyyətin simptomları hələ 70-ci
illərin ortalarından görünürdü, - elmi-texniki tərəqqi
ləngiyirdi, sənayedə avadanlığın mənəvi aşınması,
infrastrukturun
zəifliyi,
təbii
ehtiyatlar
hasilatının
çətinləşməsi və bahalaşması, maddi ehtiyatlar qıtlığının
meydana gəlməsi təzahür edirdi.
Hakim üsuli-idarənin mənəvi dayağı olan kommunist
ideologiyası iflasa uğramaqda idi. Onun təbliğ etdiyi
ehkamlarla qurulmuş cəmiyyət, "böyük gələcək"
haqqında uydurma iddialarla həyat həqiqətləri arasında
zi
ddiyyətin dərinləşməsi böhranın
mühüm səbəblərindən
biri idi.
Dünya dövlətlərinin mövcud satış və xammal
bazarlarını, tranzit imkanlarını yeni real qüvvələrə
müvafiq yenidən bölüşdürmək cəhdləri də SSRİ-nin
iflasını sürətləndirirdi. Onu növbəti böhranlı vəziyyətdən
qurtarmaq üçün 80-ci illərin ikinci yarısında cəhdlər
göstərildi. Sovet İttifaqı Kommunist Partiyasına rəhbərliyi
ələ keçirdikdən sonra həqiqi siyasi məqsədini eklektik
ideoloji və dövlətçilik sistemi
yaratmaq cəhdləri ilə
pərdələyən M.S.Qorbaçov Mərkəzi Komitənin 1985-ci il
Aprel plenumunda iqtisadi və sosial-mədəni tərəqqinin
"sürətləndirmə konsepsiyası"nı irəli atdı. Elmi-texniki
tərəqqini, cəmiyyətin maddi-texniki bazasını inkişaf
etdirmək, istehsal münasibətlərini təkmilləşdirmək, bütün
364
icti
mai,
siyasi
və
ideoloji
təsisatlar
sistemini
fəallaşdırmaq, "insan amilinin rolunu yüksəltmək" üçün
sözdə təşəbbüslər edildi.
Əməyin təşkili, təsərrüfat
hesabının tətbiqi, çoxukladlı iqtisadiyyatı, eləcə də icarə
sistemini, kooperasiyanı inkişaf etdirmək, müxtəlif
mülkiyyət formalarına əsaslanan təsərrüfatlara bərabər
imkanlar yaratmaq haqqında
qanun və qərarlar qəbul
olundu. Lakin onların işləməsi üçün münasib şərait
yaranmadı. Əvvəlki direktiv aktlar kimi, bu qanun və
qərarlar da gözlənilən nəticələri vermədi.
Hələ güclü olan rəqiblərinə zərbə vurmaq üçün
"islahatçılar" Sov.İKP MK-nın 1987-ci il Yanvar
plenumunda yeni siyasi xətt - "aşkarlıq
və demokratiya
xətti"inin qəbul edilməsinə nail oldular. Əvvəllər stalinizm,
20-30-
cu illərin partiya liderlərinə qarşı terror, sosializm
quruculuğunun "Lenin prinsipləri"ndən sapınmalar ciddi
tənqid olundu. Partiyanın totalitar idarəçilik metodları,
qeyri-
humanist, milli ayrı-seçkiliyə əsaslanan, xalqları
parçalamaq, düşünən beyinlərdən məhrum etmək,
insanları mütiləşdirmək, robotlaşdırmaq
siyasəti ifşa
olundu. 1988-
ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin
sədri vəzifəsini ələ keçirdikdən sonra Qorbaçov partiya
amirliyinə qarşı daha ciddi addımlar atmağa başladı.
1989-
cu ildə ilk dəfə çoxmandatlı sistem əsasında
SSRİ xalq deputatları seçkiləri təşkil olundu və təbii ki,
deputat
mandatlarının
çoxunu
Dostları ilə paylaş: