partokratlar
aldı.
Azərbaycandan seçilən SSRİ xalq deputatlarının da
hamısı partnomenklatura siyahısından idilər. Buna
baxmayaraq, öz işinə 1989-cu il mayın 25-də başlamış
SSRİ xalq deputatlarının I qurultayında "qeyri-formal"
deputatlar da sanballı bir qrup təşkil edə bildilər, bu da
siyasi müxalifətin formalaşmasına şərait yaratdı.
"Yenidənqurma" iqtisadiyyata ciddi zərbə vurdu,
cəmiyyəti
"siyasiləşdirdi",
Kommunist
Partiyasının
365
nüfuzunu sarsıtdı və imperiyanı daha dərin böhrana
saldı. Mərkəzdənqaçan qüvvələr gücləndi, buna qarşı
Moskva müxtəlif məkrli tədbirlərə əl atdı, respublikalar
arasında konfliktlər, münaqişələr sərtləşdi. Türkdilli
xalqların Türkiyə Respublikasına təbii meyli şovinistlər,
xüsusən qatı erməni millətçiləri tərəfindən potensial
təhlükə kimi qiymətləndirilirdi. Hakim dairələrdə yüksək
vəzifə və nüfuz sahibi olan Heydər Əliyev M.Qorbaçovun
sonralar etiraf etdiyi kimi, "yenidənqurma prosesini,
demokratikl
əşmə prosesini çox qızğınlıqla, ürəkdən
bəyənməsinə", "Siyasi Büronun fəal üzvü və son dərəcə
ciddi rəhbər" olmasına baxmayaraq, nəinki 1987-ci ilin
oktyabrında idarəçilikdən uzaqlaşdırıldı, hətta xalqın
gözündən düşməsi üçün böhtançı təbliğat obyektinə
çevrildi.
Qarabağ münqaşisənin başlanması. Moskva
mərkəzdənqaçan qüvvələri zəiflətmək üçün ənənəvi
"parçala, hökm et" siyasətindən daha geniş istifadə etdi,
milli münaqişələri qızışdırdı, xalqlar arasında qanlı nifaq
saldı. İmperiyanın müxtəlif bölgələrində əvvəldən
məharətlə
hazırlanmış
milli
münaqişə
ocaqları
alovlandırıldı.
"Yenidənqurma"nın
elan
olunmuş
cəlbedici
məqsədləri Azərbaycan xalqında, xüsusən ziyalılarda
ümidlər doğurmuşdu. Xalq arasında demokratik ideyalar
yayılırdı. Bundan narahat olan mərkəz mühüm geosiyasi
dəyəri olan Azərbaycanı və deməli, bütün Cənubi
Qafqazı əldə saxlamaq üçün yenidən uydurma "Dağlıq
Qarabağ problemi"ni qızışdırdı.
80-
ci illərin ikinci yarısında, SSRİ-də "yenidənqurma"
prosesini mərkəzdənqaçan qüvvələr fəallaşdırdığı vaxt
erməni amilindən "Bəla imperiyası"nı dağıtmaq istəyən
dövlətlər də geniş bəhrələnməyə çalışdı.
366
Həm Rusiya, həm də Avropa tərəfindən himayə
olunduqlarını görən erməni millətçiləri türk soyqırımına,
terrora əsaslanan qanlı siyasətlərini - "Böyük Ermənistan"
dövləti yaratmaq kimi sərsəm xülyanı reallaşdırmaq
cəhdlərini yenidən fəallaşdırdılar.
Rəsmi Moskva 1987-ci ilin noyabrında Parisdə dövlət
başçısının əsabələrindən biri olan akademik Abel
Aqanbekyanın dili ilə Qarabağ hərəkatına müsbət
münasibətini, qeyri-rəsmi olsa da, bütün dünyaya
bildirməkdən
çəkinmədi.
Aqanbekyan
"Humanite"
qəzetinin 1987-ci il 18 noyabr tarixli sayında dərc
olunmuş müsahibəsində Dağlıq Qarabağın Ermənistana
verilməsinin məqsədəuyğun olmasını və bu barədə
dövlət başçısına təklif verdiyini bildirdi.
"Qarabağ" komitəsinin Azərbaycanda, xüsusən Dağlıq
Qarabağda uzun müddət gizli fəaliyyət göstərən yerli
təşkilatı "Krunk" adı altında açıq fəal mübarizəyə
başlamışdı, "Miatsum" (birləşmə) hərəkatı genişlənirdi.
1988-
ci ildə Ermənistan SSR ərazisindən, öz dədə-
baba yurdundan -
185 kənddən və başqa yaşayış
məntəqələrindən 230 min azərbaycanlı qovuldu, 15
mindən çox kürd və bir neçə min rus Ermənistandan
çıxarıldı. Ermənistan, demək olar ki, monoetnik bir
respublikaya çevrildi. Bunun üçün əvvəlcədən xüsusi
silahlı dəstələr hazırlanmışdı. Ermənistanın Qafan və
Mehri rayonlarında bu cinayətkarların vəhşi əməllərindən
yaxa qurtaran ilk qaçqınlar 1988-ci il yanvarın 25-də
Azərbaycana pənah gətirdilər. Qaçqınların yeni dəstələri
fevralın 18-23-də təqiblərdən can qurtarıb Azərbaycana
gəldilər.
1988-
ci il fevralın 12-də Yerevanda böyük antitürk
mitinqi keçirildi. "Ermənistanı türklərdən təmizləməli",
"Ermənistanda ermənilər yaşamalıdır!" və başqa millətçi
şüarlar səslənirdi. Fevralın 21-də erməni vandalları
367
Yerevanda qalmış son məscidə hücum edib onu
dağıtdılar. Azərbaycan aşıq sənətinin dahisi Ələsgərin
qəbri təhqir edildi. Böyük şair Səməd Vurğunun abidəsi
uçuruldu. Azərbaycanlılara qarşı terror 1988-ci ilin
əvvəllərində Vedibasarda xüsusən genişləndi. Döyülmüş,
alçaldılmış, heç yerdən köməyi olmayan 4000 nəfər
adam ev-
eşiyini atıb piyada, ayaqyalın-başıaçıq, böyük
çətinliklərlə qarlı dağ keçidlərini aşıb Azərbaycana
gəlməyə məcbur oldu.
Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətindəki
ermənilər bundan ruhlanaraq daha fəal siyasi aksiyalar
keçirməyə başladılar.
1988-
ci ilin əvvəllərindən Xankəndində erməni əhalisi
ardı-arası kəsilməyən kütləvi mitinqlər, nümayişlər
keçirirdi. Fevral ayının 15-18-də vilayətin, Şuşadan
başqa, bütün rayon sovetlərində sessiya keçirildi və
DQMV-
nin Azərbaycan SSR tərkibindən çıxarılıb
Ermənistan SSR tərkibinə verilməsini təklif edən qərarlar
qəbul olundu. Mitinqçilərin tələbi ilə fevralın 20-də Vilayət
Sovetinin sessiyası DQMV-nin Azərbaycan SSR
tərkibindən çıxarılıb Ermənistan SSR tərkibinə verilməsi
haqqında qərar qəbul etdi. SSRİ Ali Sovetindən xahiş
edildi ki, bu məsələni müsbət həll etsin. Moskva
münaqişəni daha da qızışdırdı. Sov.İKP MK Siyasi
Bürosunun Bakıya gəlmiş üzvü sərhədləri dəyişdirməyin
yolverilməzliyindən danışır, Yerevana gedən üzvü isə
DQMV-
dəki separatçılığa haqq qazandırırdı.
Azərbaycan Respublikasının suveren hüquqlarının
tapdalanmasına Moskvanın, Azərbaycan rəhbərliyinin
qəti tədbirlərlə cavab vermədiyini görən Azərbaycan xalqı
böyük həyəcan içində idi. Kortəbii mitinqlər, etiraz
nümayişləri keçirilirdi.
368
1988-
ci il fevralın 21-də vilayətin Əsgəran rayonunda
ermənilərin iki nəfər azərbaycanlını öldürməsi, 19 nəfərin
yaralanması vəziyyəti daha da gərginləşdirdi.
Dünya ictimaiyyəti gözündə öz əməllərinə haqq
qazandırmaq üçün ermənilər 1988-ci il fevralın 28-də
Sumqayıtda Eduard Qriqoryanın fəal iştirakı ilə fitnəkarlıq
törətdilər.
Bütün Azərbaycan xalqı bu fitnəkarlığı, onun
müəlliflərini və icraçılarını ciddi lənətlədi.
Ermənilər istəklərinə nail oldular. Onlar bu faciəni
ağlasığmaz
uydurmalarla
bəzəyib,
beynəlxalq
ictimaiyyətdə azərbaycanlılara qarşı mənfi münasibət
yaratmağa çalışdılar.
Sumqayıt
fitnəkarlığından
sonra
Ermənistanda
hökumətin və "Qarabağ hərəkatı" liderlərinin mütəşəkkil
şəkildə təşkil etdiyi qanlı antitürk hərəkatı daha da
genişləndi. Bu işdə yaxşı silahlandırılmış erməni qeyri-
formal hərbi birləşmələri fəal iştirak etdilər.
Erməni millətçilərinin azərbaycanlılara qarşı qanlı
əməlləri nəticəsində Ermənistanda bir nəfər də
azərbaycanlı qalmadı. Onların son nümayəndələri -
Nüvədi kəndinin əhalisi 1991-ci il avqustun 8-də bir gün
içərisində sovet əsgərlərinin köməyi ilə Ermənistandan
qovuldu. Azərbaycanlılar sonradan Ermənistan dövlətinin
ərazisi olmuş doğma torpaqlarında tam soyqırımına
məruz qaldılar.
Ermənistanda
azərbaycanlılara
qarşı
törədilən
cinayətlərin
Moskvada,
habelə
müvəffəqiyyətlə
aldadılmış dünya ictimaiyyəti tərəfindən soyuqqanlılıqla
qarşılanması Dağlıq Qarabağda separatçıların əl-qolunu
daha da açdı.
Ermənistan SSR Ali Soveti 1988-ci il 15 iyun tarixli
qərarı ilə kobudcasına Azərbaycanın daxili işinə
qarışaraq, DQMV-ni Ermənistanın tərkibinə qəbul etməyə
369
razılıq verdi. Azərbaycan SSR Ali Soveti XI çağırış VII
sessiyası 1988-ci 17 iyun il tarixli qərarı ilə DQMV Xalq
Deputatları Soveti sessiyasının 20 fevral tarixli qərarını
qeyri-
qanuni akt kimi qiymətləndirdi. İyunun 21-də Vilayət
Xalq Deputatları Sovetinin fövqəladə sessiyası SSRİ Ali
Sovetinə müraciətlə Dağlıq Qarabağın Ermənistan SSR-
ə verilməsini xahiş etdi. İyulun 12-də Vilayət Sovetinin
sessiyasında DQMV-nin Azərbaycan SSR tərkibindən
çıxması barədə qeyri-qanuni qərar qəbul olundu.
Moskvanın səlahiyyətli nümayəndəsi A.Volskinin iki
xalq arasında kompromis yaratmaq adı altında
ermənipərəst missiyası vəziyyəti daha da gərginləşdirdi.
SSRİ Ali Soveti Rəyasət Heyəti vəziyyəti nizama
salmaq üçün Azərbaycanın hüquqlarını yenidən kobud
surətdə pozaraq 1989-cu il yanvarın 12-də "Azərbaycan
SSR-in DQMV-
nin xüsusi idarəçilik formasının tətbiqi
haqqında" qərar qəbul etdi. A.Volskinin başçılığı ilə
Muxtar Vilayət Xalq Deputatları Soveti, onun İcraiyyə
Komitəsi hüququnda birbaşa Moskvaya tabe olan
müvəqqəti Xüsusi İdarə Komitəsi (XİK) təşkil edildi, bütün
dövlət və ictimai orqanların səlahiyyəti dayandırıldı. XİK
vilayətdə qayda-qanunu bərpa etmək əvəzinə onu
Azərbaycana
bağlayan
iqtisadi
əlaqələrinin
tam
qırılmasına, azərbaycanlıların buradan qovulmasına,
ermənilərin silahlanmasına və quldur dəstələrində
birləşməsinə şərait yaratdı. 1989-cu il iyunun 13-dən
başlayaraq vilayətdə azərbaycanlılar yaşayan məntəqələr
blokadaya alındı. Sovet ordu hissələrinin köməyi ilə
erməni quldurları -"saqqallılar" Xankəndindən bütün
azərbaycanlıları-14 min nəfəri qovub çıxartdılar.
Azərbaycan demokratik qüvvələrinin təkidli tələbi ilə
SSRİ Ali Soveti 1989-cu il noyabrın 28-də Dağlıq
Qarabağda Xüsusi İdarə Komitəsini ləğv etdi. Vilayətin
idarəsi SSRİ Ali Soveti xüsusi komissiyasının nəzarəti
370
altında Azərbaycan SSR Təşkilat Komitəsinə tapşırıldı.
Lakin yenə mərkəz tərəfindən qəti tədbirlər görülməməsi
erməniləri yeni təhrikçi hərəkətlərə şirnikləndirirdi.
Ermənistan SSR Ali Soveti isə 1989-cu il dekabrın 1-də
"Ermənistan SSR-ə Dağlıq Qarabağı birləşdirmək
haqqında" qeyri-qanuni qərar qəbul etdi. Xankəndində
Ermənistanın dövlət bayrağı qaldırıldı. İdarəçilik işləri,
müəssisələr bu respublikanın nazirlik və baş idarələrinə
tabe edildi.
İmperiya milli münaqişəni daha da dərinləşdirirdi.
Lakin bu yolla imperiyanın xalqlar üzərində ağalığını
saxlaması artıq mümkün deyildi. Onun süqutu gündən-
günə yaxınlaşırdı. İmperiyanın pəncəsindən xilas olmağa
çalışan xalqın tələbi ilə 1991-ci il avqustun 30-da
Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar
sessiyasında respublikanın dövlət müstəqilliyinin bərpa
edilməsi haqqında bəyanat və xüsusən sentyabrda bu
barədə Konstitusiya aktının qəbulu ilə əlaqədar Dağlıq
Qarabağ münaqişəsi daha da kəskinləşdi. Bu münaqişə
Ermənistanın əli ilə Azərbaycana qarşı aparılan
təcavüzkar müharibəyə çevrildi.
Dostları ilə paylaş: |