partiya komitəsinin, hökumət orqanlarının fəaliyyəti
dayandırıldı. Müvəqqəti Müdafiə Komitəsi təsis olundu.
Bütün bunlar hakimiyyət böhranının, Moskva
canişininin respublikadakı hadisələrə nəzarəti tam
itirməsinin təzahürü idi. Bununla barışa bilməyən mərkəz
1990-
cı il yanvarın əvvəllərindən Azərbaycanda müxtəlif
qoşun hissələri, cəza dəstələri yerləşdirdi. SSRİ müdafiə
naz
iri D.Yazov gizlicə Gəncəyə gəlmiş, vəziyyətlə tanış
olmuş və respublika rəhbərliyinin də təklifləri nəzərə
alınmaqla
"Tayfun"
adlı
qanlı
əməliyyat
planı
hazırlamışdı.
Erməni
millətçilərinin
təhrikçilik
hərəkətləri,
Azərbaycanın
sərhəd
kəndlərinə,
DQMV-də
azərbaycanlılar yaşayan kəndlərə silahlı basqınlar isə
getdikcə artırdı.
Bu hadisələrə müxtəlif vasitələrlə şərait yaradan
Moskva öz istəyinə nail olmuşdu. Siyasiləşmiş insanların
çoxu AXC-nin 1990-cı il yanvarın 6-7-də keçirilmiş
konfransında yeni seçilmiş İdarə Heyətində üstünlük
təşkil edən "liberallar"ın deyil, "radikallar"ın ardınca
gedirdi. Yanvarın 12-də "radikallar" Milli Müdafiə Şurası
(MMŞ) təşkil etdilər. Məqsəd mövcud özünümüdafiə
dəstələrini birləşdirmək, yeni hərbi dəstələr yaratmaq və
erməni hərbi birləşmələrin hücumlarının qarşısını almaq
idi. Respublikanın rəhbərliyi də gəncləri MMŞ-nin köməyi
ilə milis dəstələrinə cəlb edərək silahlandırıb cəbhəyə
göndərməyə, müəssisələrdə fəhlə drujinaları təşkil
etməyə çağırırdı.
AXC-
ni dağıtmaq, "demokratik hərəkatı" boğmaq üçün
müvafiq vaxt yetişmişdi. Təhrikçilər fəallaşırdılar.
Yanvarın 13-də Bakıda bir erməninin iki azərbaycanlını
378
öldürməsinə cavab olaraq erməni talanları başlandı. 56
nəfər öldürüldü, 112 nəfər xəsarət aldı. Talançı dəstələrin
azğın əməllərinə nə yerli hüquq mühafizə orqanları, nə
də o zaman Bakıda olan SSRİ Daxili İşlər Nazirliyinin 12
minlik silahlı qüvvəsi mane olurdu. Onlar milli
münaqişəyə qarışmamaq əmri almışdılar.
Əhalinin köməyi ilə ermənilərin çoxu evlərdə,
məscidlərdə, hərbi hissələrdə sığınacaq tapdı. Talanların
qarşısı MMŞ özünümüdafiə dəstələrinin gücü ilə yanvarın
15-
də, demək olar ki, alınmışdı. MMŞ dəstələri şəhərə
nəzarət edirdilər.
1990-
cı il yanvarın 13,15,16, 17 və 18-də Azərbaycan
KPMK-
nın büro iclaslarında respublikadakı vəziyyət
müzakirə edilmiş, çıxış edənlər - Ə.Vəzirov, A.Mütəllibov,
V.Polyaniçko, E.Qafarova, M.Məmmədov, V.Hüseynov
və başqaları, habelə Bakıda olan Y.Primakov və yüksək
rütbəli Moskva hərbçiləri güc tətbiq olunması vacibliyini
bildirmişdilər. Etiraz edən və ya başqa təklif verən
olmamışdı.
1990-
cı il yanvarın 15-də Ə.Vəzirov Moskvaya
göndərdiyi teleqramda tələb edir ki "Antisovet, antipartiya
şüarları ilə mitinq edən ekstremistlərin liderləri dərhal
məsuliyyətə cəlb edilməlidirlər. Bunun üçün hüquqi
əsaslar vardır". Ertəsi gün Ə.Vəzirov yenə "ağalarına"
teleqram vurub bildirir ki, müxalifətin əlində çoxlu silahın
olması Azərbaycanda sosialist quruluşunun məhvinə
gətirib çıxaracaq və buna görə də dərhal güc tətbiq
olunmalıdır. Elə bu vaxt Azərbaycan SSR Nazirlər
Sovetinin Sədri A.Mütəllibov Moskvaya teleqram
vurmuşdu ki, respublikanın SSRİ güc nazirlikləri hərbi
kontingentini qeyri-
qanuni silahlı birləşmələri tərksilah
etmək
üçün
əməliyyat
keçirəcəkləri
müddətdə
yerləşdirmək və ərzaqla təmin etmək imkanı vardır.
379
Xalqa, demokratik qüvvələrə tutulacaq divana hüquqi
don geyindirmək üçün fövqəladə vəziyyət elan olunması
vacib idi. Ə.Vəzirov yanvarın 14-də AKP MK bürosunda
müzakirə etdikdən sonra çağırdığı Azərbaycan SSR Ali
Soveti Rəyasət Heyəti iclasında "Azərbaycan SSR-in
DQMV-
də vəziyyətin normallaşdırılması sahəsində
təxirəsalınmaz
vəzifələr
haqqında"
qərar
qəbul
edilməsinə nail oldu. Qərarda DQMV və zəruri olarsa,
ona bitişik rayonlarda və sərhəd boyunca fövqəladə
vəziyyət elan olunması və mərkəzdən lazımi köməklik
göstərilməsi üçün SSRİ Ali Soveti Rəyasət Heyətinə
müraciət olunması nəzərdə tutulurdu. Azərbaycan Ali
Soveti Rəyasət Heyətinin müraciətinə əsasən SSRİ Ali
Soveti Rəyasət Heyəti yanvarın 15-də "DQMV və bəzi
başqa rayonlarda fövqəladə vəziyyət elan olunması
haqqında" fərman verdi. Azərbaycan SSR Ali Sovetinə
təklif edildi ki, Bakı və Gəncə şəhərlərində, eləcə də
başqa yaşayış məntəqələrində qadağan saatları tətbiq
edilməsi də daxil olmaqla hər cür lazımi tədbirlər görsün.
Respublika hökuməti iflic vəziyyətində idi. Respublika
Dövlət Təhlükəsizlik Komitəsinin sədri Moskvaya
göndərdiyi şifrəli teleqramlarda bildirirdi ki, respublika
xaos vəziyyətindədir, qiyam ərəfəsindədir, qətiyyətli
tədbirlər görülməsə, Azərbaycan əldən gedə bilər.
İmperiya buradakı hakimiyyət böhranından, bəzi
ölkələrdə olduğu kimi, Bakıda da Sovet hakimiyyətinin
devriləcəyindən, beləliklə, Azərbaycanı itirəcəyindən
qorxub Bakı ətrafına əlavə qoşun hissələri, ağır texnika
gətirməyə başladı. MMŞ-nin təşəbbüsü ilə şəhərin
girəcəklərində və Bakı qarnizonu hissələrinin ətrafında
əhali yük, minik maşınlarını, avtobus və trolleybusları
yan-
yana düzüb barrikadalar qurdu, piketlər təşkil etdi.
Yollarda 26 maneə yaradıldı. Şəhərdəki qoşun
380
hissələrinin, o cümlədən Salyan kazarmalarının yolu
kəsildi.
Bakının hərbi komandanlığı, buna heç bir ehtiyac
olmadığı halda, xalqa tutulacaq divana cavab olaraq
adamların rusdilli əhaliyə, ilk növbədə hərbçi ailələrinə
zərər yetirəcəyindən qorxub onları Azərbaycandan
çıxarmağa başladı.
Rəsmi Moskvanın Bakıya göndərdiyi emissarları -
SSRİ Ali Soveti İttifaqlar Sovetinin sədri Y.Primakov və
Sov.İKP MK katibi A.Girenkonun AXC-nin "liberal" və
"radikal" qanadları nümayəndələri ilə ayrı-ayrılıqda
görüşləri müsbət nəticə vermədi.
Yanvarın 17-dən AKP MK binası qarşısında izdihamlı
mitinq başlandı, ümumi tətil elan olundu. Tələb edildi ki,
Moskva Ermənistanın Azərbaycana ərazi iddialarına qəti
son qoysun, imperiyanın Bakıya və ətrafına yığdığı
qoşunlar Dağlıq Qarabağa və daim erməni basqınlarına
məruz qalan sərhəd bölgələrinə göndərilsin.
Mitinqçilər xalqa xəyanətdə təqsirkar bildikləri
respublika partiya, sovet və hökumət başçıları üçün
simvolik dar ağacları düzəltmişdilər. Onlar AKP MK birinci
katibi vəzifəsinə öz namizədlərini irəli sürürdülər. Xalqın
Moskvanın təyin etdiyi canişini istefaya göndərmək,
yerinə öz nümayəndəsini gətirmək tələbi qəti rədd edildi.
A.Girenko açıqca bildirdi ki, respublika rəhbərliyini
Sov.İPK MK deyil, kütlənin dəyişməsi yolverilməzdir.
Mərkəz Naxçıvanda da xalqa divan tutmaq məqsədi
ilə fövqəladə vəziyyət elan edilməsi üçün təzyiqlər
göstərirdi. Yanvarın 18-də Şərur rayonu Kərki kəndinin
işğalı vəziyyəti daha da gərginləşdirdi. Xalqın tələbi ilə
yanvarın 19-da Naxçıvan MSSR Ali Soveti Muxtar
Respublikanın SSRİ tərkibindən çıxması haqqında qərar
qəbul etdi. Məqsəd Azərbaycanda baş verən hadisələrə,
381
sovet ordusunun qanlı əməllərinə dünya ictimaiyyətinin
diqqətini cəlb etmək idi və bu, müəyyən rol oynaya bildi.
1990-
cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət
Heyəti yanvarın 20-də saat 00-dan "Bakı şəhərində
fövqəladə vəziyyət tətbiq edilməsi haqqında" fərman
verdi.155 Xalqı qəfildən yaxalamaq, ona divan tutmaq,
qırğın törətmək üçün qoşunlardan istifadə ediləcəyi,
aman verilməyəcəyi, habelə ən başlıcası fövqəladə
vəziyyətin elan olunacağı vaxt gizli saxlanıldı. Fövqəladə
vəziyyət və komendant saatı vaxtının elan edilməsi qanlı
planları poza bilərdi. Buna görə də AXC İdarə Heyəti
komendant saatı tətbiq olunduğu təqdirdə orduya
müqavimət göstərmədən piketləri götürmək haqqında
qərar qəbul etmişdi.
Xalqa məlumat verilməsin deyə yanvarın 19-da saat
19.27-
də Azərbaycan Televiziyasının enerji bloku
Dostları ilə paylaş: |