Азярбайжан республикасы дахили ишляр назирлийи


Sual 2.  Azərbaycan Respublikasının daxili siyasəti



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə146/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   142   143   144   145   146   147   148   149   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Sual 2. 
Azərbaycan Respublikasının daxili siyasəti 
(1993-2013-
cü illər). 
 
İqtisadı böhranla mübarizə. Neft strategiyası. 
Yeni İpək Yolu. SSRİ-də 80-ci illərin ikinci yarısında 
başlanan siyasi proseslər müttəfiq respublikaların, o 
cümlədən Azərbaycanın da iqtisadiyyatına və sosial-
m
ədəni həyatına ağır zərbələr vurdu. İstehsal azalır, 
iqtisadi tənəzzül dərinləşirdi. Respublikaların iqtisadi 
əlaqələri pozulmuşdu, müqavilə öhdəliklərinə əməl 
olunmurdu. Azərbaycan iqtisadiyyatının xammal və 
materiallara tələbatı cəmi 40 faiz ödənilirdi. Müəssisələrin 
istehsal gücündən yalnız 25-30 faiz istifadə olunurdu. 
Sumqayıt boru-prokat zavodunun altı marten sobasında 
iş dayandırılmışdı. Demək olar ki, bütün sahələrdə əsas 
istehsal vasitələri mənəvi və fiziki cəhətdən köhnəlmişdi. 
Respublikada sənayenin aparıcı sahəsi olan neft 
sənayesində vəziyyət ağır idi. Mədənlərdə 4000-dən çox 
neft 
quyusunda 
hasilat 
dayanmışdı. 
Qazma 
dəzgahlarının 80 faizi işləmirdi. 1992-ci ildə 11, 1996-cı 
ildə isə cəmi 9 milyon ton neft çıxarılmışdı. Mövcud 
perspektivli dəniz yataqlarının istismarına başlanması 
üçün xeyli investisiya tələb olunurdu. 
Ümumi daxili məhsul hər il orta hesabla 18-20, 
sənaye məhsulu 20-25, kənd təsərrüfatı məhsulu isə 7-


405 
10 faiz azalırdı. Dövlət büdcəsi böyük kəsirlə icra 
olunurdu. 
Prezident Heydər Əliyev tez bir zamanda dövlət 
intizamını gücləndirib, siyasi sabitliyin yaranmasına nail 
oldu və iqtisadi tənəzzülün qarşısını almaq üçün ciddi 
tədbirlər görməyə başladı. Bazar iqtisadiyyatının 
formalaşmasına münasib şərait yaratmaq məqsədilə 
qanun, fərman və qərarlar qəbul edildi. Prezident 1994-
cü il aprelin 5-də xarici ticarəti sərbəstləşdirmək haqqında 
Fərman verdi. Xarici iqtisadi əlaqələr liberallaşdırıldı, 
həm fiziki, həm də hüquqi şəxslərə azad surətdə xarici 
ticarət 
hüququ 
verildi. 
1997-ci 
ilin 
yanv
arında 
respublikada ixrac vergisi ləğv olundu. 1994-cü ilin may 
ayında respublikanın maliyyə vəziyyətini yaxşılaşdırmaq 
üçün qəti addımlar atıldı. 1994-cü ilin əvvəllərindən milli 
valyuta - 
manat respublika ərazisində yeganə ödəniş 
vasitəsi elan olundu. Prezidentin 14 may 1994-cü il 
Fərmanı ilə kredit siyasəti ciddiləşdirildi. Banklararası 
valyuta birjasının işi nizama salındı.
İstehsalı inkişaf etdirmək üçün respublikanın 
kifayət qədər investisiya imkanları yox idi. Xarici kapitalı 
cəlb etmək məqsədilə "açıq qapı" siyasəti yeridilməyə 
başlandı. Xarici investorlara və kreditorlara təminat verən, 
onları müdafiə edən qanunlar qəbul olundu. Gömrük 
vergiləri sərbəstləşdirildi və aşağı salındı. Xarici 
sərmayələrə immunitet haqqında Qanun qəbul edildi.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin