Ordu quruculuğu. Heydər Əliyevin yenidən
rəhbərliyə gəldiyi vaxtdan əvvəlki bütün iqtidarlar, demək
olar ki, əsil mənada Azərbaycan ordu quruculuğu ilə
məşğul olmurdular. Onların səriştəsiz siyasəti nəticəsində
respublika ərazisinin 20 faizi düşmən əlinə keçmişdi.
Ermənilər "torpağı viran qoymaq" taktikasından istifadə
edirdilər. İşğal olunmuş ərazilərdə evlər, müəssisələr,
kommunikasiya vasitələri, təbii sərvətlər talan edilir,
dağıdılır, yandırılırdı. Müharibədə 20 min azərbaycanlı
şəhid olmuş, 100 min nəfər yaralanmış, 5 min nəfər əlilə
401
çevrilmişdi. Qaçqın və köçkünlərin sayı milyon nəfəri
ötmüşdü.
Azərbaycan Ordusu bərbad vəziyyətdə idi,
parçalanmışdı, hərbi hissələr ayrı-ayrı siyasi qrupların
təsiri altına düşmüşdü. Silah, sursat, geyim və ərzaqla
təminat yarıtmaz halda idi. Korrupsiya geniş yayılmışdı.
Xalq orduya yadlaşır, fərarilik artırdı. 1991-1992-ci illərdə
ordunu 30 min döyüşçü özbaşına tərk etmişdi.
Prezident Fərmanı ilə 1993-cü il noyabrın 1-də
Dövlət Müdafiə Şurası yaradıldı. Onun həmin gün
keçirilən ilk iclasında ordu quruculuğu, müdafiə
məsələləri geniş müzakirə olundu, müvafiq qərarlar qəbul
edildi.
Prezident Heydər Əliyev 1993-cü il noyabrın 2-də
televiziya və radio vasitəsilə xalqa müraciət etdi, onu
ölkənin qeyrət və azadlığı uğrunda birləşib düşmənə
qarşı mübarizəyə qalxmağa çağırdı.
Prezidentin çağırışı xalqı silkələdi, hərəkətə gətirdi,
orduya
könüllü
yazılanların
sayı
minlərlə
idi.
Könüllülərdən
ibarət
taburlar
yaradılıb
cəbhəyə
göndərildi. Əfqanıstanda xidmət etmiş keçmiş döyüşçülər
Prezidentə müraciət edib, alay yaratmaq təşəbbüsü irəli
sürdülər. Bu təcrübəli döyüşçülərdən ibarət hərbi hissə
yaradıldı.
1993-
cü il noyabrın ortalarında cəbhələrdə intensiv
hücuma başlamış ermənilər Azərbaycan Ordusunun
güclü müqavimətinə rast gəldilər. Dekabrın ortalarında
Beyləqan istiqamətində milli ordunun əsgərləri böyük
rəşadət göstərdilər. Birinci tabura hücum edən 15
düşmən tankının 7-si məhv edildi. Azərbaycan
döyüşçüləri
hücuma
keçib
30
km
irəlilədilər.
Minomyotçular komandiri Akif Xanəliyev döyüşdə 50-yə
qədər düşmən əsgərini məhv etdi. Xankəndi tərəfə
kəşfiyyata getmiş hərbi hissə qəfildən düşmənlə üzləşsə
də, mərdliklə vuruşmuş, ermənilər xeyli itki vermişdilər.
402
Etibar İsmayılov tank əleyhinə qumbara ilə özünü
düşmənə köməyə gələn tankın altına ataraq onu partlatdı
və həyatı bahasına döyüşçü yoldaşlarını ölümdən xilas
etdi. Ölümündən sonra ona Azərbaycanın Milli
Qəhrəmanı adı verildi.
1994-
cü il yanvarın 5-də Azərbaycan Ordusu
müvəffəqiyyətli
əməliyyatlar
nəticəsində
Füzuli
rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsini, 22
kəndi işğaldan azad etdi, hücumu genişləndirib Cəbrayıl
rayonu ərazisinin bir hissəsini, Kəlbəcər rayonunda
Bozlu, Təkəqaya, Babaşlar, Qanlıkənd, Çənli, Susuzluq,
Qasımbinəsi, Yanşaqbinə, Yanşaq, Bağırsaq, Qamışlı,
Bağırlı yaşayış məntəqələrini azad etdi.
1993-
cü il dekabr - 1994-cü il yanvar döyüşlərində
düşmən 4 min əsgər və zabit, 50 zirehli texnika, 15
artilleriya qurğusu və s. itirdi. Azərbaycan tərəfinin itkisi
bundan 1-
1,5 dəfə az idi.
Ordunun möhkəmlənməsi, NATO-ya tərəf əməli
addımlar respublikada müstəqilliyin dönməzliyinə şərait
yaradırdı. Bunun qarşısını nəyin bahasına olursa-olsun
almaq
istəyən
nüfuzlu
imperiyapərəst
qüvvələr
ermənilərə köməyi daha da artırdılar. Bu səbəbdən 1994-
cü ilin fevralında Kəlbəcərdə uğurla həyata keçirilməyə
başlanan
"Murovdağ"
əməliyyatı
məğlubiyyətlə
nəticələndi.
Rusiya 1994-
cü ilin aprelində regionda mövqelərini
qoruyub
saxlamaq,
qoşunlarını
atəş
xəttində
yerləşdirmək, ağlasığmaz siyasi və iqtisadi güzəştlər əldə
etmək məqsədilə Azərbaycana münasibətdə alçaldıcı bir
saziş layihəsi təklif etdi.63 Azərbaycanı artıq Ermənistan
tərəfindən bəyənilmiş bu layihə ilə razılaşmağa məcbur
etmək üçün aprelin 10-dan ermənilər bütün cəbhələrdə
güclü hücuma başladılar. Azərbaycan Ordusu düşmənin
hücumunu müvəffəqiyyətlə dəf etdi. Goranboy rayonunun
403
Talış və Gülüstan kəndləri uğrunda döyüşlərdə
Azərbaycan əsgərləri qalib gəldilər, düşmən 150 əsgər və
zabitini itirib geri çəkildi. Tərtər rayonunun İlxıçılar və
Göyarx kəndləri tərəfdə gedən ağır döyüşlərdə düşmənin
200-
dən çox canlı qüvvəsi məhv edildi. Lakin arxalı
ermənilər Ağdam rayonunun daha 18 kəndini, Ağdərə
bölgəsində bir neçə kəndi işğal edə bildilər. Bərdə üçün
ciddi təhlükə yarandı. Azərbaycan Ordusu buraya əlavə
qüvvələr gətirməklə düşmən hücumunun qarşısını aldı və
əks-hücuma keçib bir neçə yaşayış məntəqəsini azad
etdi. Bel
əliklə, imperiyapərəst qüvvələrin təklif etdiyi plan
-
döyüşən tərəflərin ayrılmasında ATƏM-in iştirakı
olmadan yalnız Rusiyanın vasitəçiliyini nəzərdə tutan
plan baş tutmadı. Bu işdə ABŞ-ın və ATƏM-in Minsk
qrupunun mühüm rolu oldu.
Azərbaycan öz suverenliyinə hörmət çərçivəsində
qonşu Rusiyanın atəşkəsə nail olmaq sahəsində
səylərindən də imtina etmədi. 1994-cü il mayın 8-də
münaqişədə iştirak edən tərəflərin, o cümlədən Dağlıq
Qarabağın azərbaycanlı və erməni icmalarının, habelə
Rusiya Federasiyasının bu niyyətini təsdiq edən Bişkek
protokolu Azərbaycan Respublikası tərəfindən də
imzalandı.
Azərbaycan Respublikası Prezidenti Heydər
Əliyevin uğurlu diplomatiyası, milli ordunun yaradılması
və güclənməsi nəticəsində düşmən və onun havadarları
artıq münaqişəni zorakı vasitələrlə həll etmək cəhdlərinin
perspektivsizliyini dərk edirdilər. 1994-cü il mayın 12-də
cəbhələrdə atəşkəsə nail olundu.
Gündəlik dövlət qayğısı sayəsində Azərbaycan
Ordusu getdikcə inkişaf etdi, müasir hərbi texnika və
bacarıqlı kadrlarla təchiz olundu, silahlı qüvvələrin şəxsi
heyətinin döyüş qabiliyyəti artdı, hərbi hissələrdə nizam-
intizam möhkəmləndi. Bu işdə Azərbaycanın NATO ilə
404
sülh naminə tərəfdaşlıq proqramı çərçivəsində həyata
keçirilən tədbirlərin, qardaş Türkiyə Respublikası
hərbçilərinin köməyi böyük idi. Azərbaycan xalqının
orduya yardımını tənzimləmək məqsədilə 2002-ci il
avqustun 17-
də Prezident Heydər Əliyevin Fərmanı ilə
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım
Fondu" təsis edilmişdi.
Dostları ilə paylaş: |