Азярбайжан республикасы дахили ишляр назирлийи


Partiyası sıralarından çıxdı



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə143/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   139   140   141   142   143   144   145   146   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi


Partiyası sıralarından çıxdı.
İmperiya hakimiyyətinin yuxarı eşelonlarında 
mühafizəkar qüvvələrin müqaviməti getdikcə güclənirdi. 
Onların səmərəli fəaliyyəti üçün inflyasiyanın sürətlə 
artması, əhalinin vəziyyətinin gündən-günə pisləşməsi 
münasib şərait yaradırdı. 1991-ci ilin iyununda SSRİ Ali 


389 
Sovetinin qapalı iclasında mühafizəkarların liderləri 
Nazirl
ər Kabinetinə fövqəladə səlahiyyətlər verilməsini 
t
ələb etdilər. Bu, baş tutmadı. İrticanın növbəti hücumu 
18-
19 avqust dövlət çevrilişi cəhdində təzahür etdi. Onun 
başçıları Forosda (Krımda) istirahət edən M.Qorbaçovu 
"neytrallaşdırıb", Dövlət Fövqəladə Vəziyyət Komitəsi 
(QKÇP) təşkil etdilər və "demokratikləşdirmə"nin, 
"yenid
ənqurma"nın çıxılmaz vəziyyətə saldığı imperiyanı 
iflasdan qurtarmaq üçün bütün hakimiyyəti öz əllərinə 
aldılar. Kommunist Partiyası bu çevrilişi müdafiə etdi.
Qiyamçılar səhv etmişdilər, onlar iri şəhərlərdə 
demokratik 
qüvvələrin 
güclü 
olduğunu 
nəzərə 
almamışdılar. Avqustun 19-da Rusiya prezidenti Boris 
Yeltsinin başçılığı ilə bütün demokratik qüvvələr birləşib 
qiyama qarşı ayağa qalxdılar. 
Azərbaycanda da demokratik qüvvələr "hərbi 
xuntanın" - Dövlət Fövqəladə Vəziyyət Komitəsinin 
qanunazidd fəaliyyətinə qarşı çıxdılar. Lakin iqtidar 
çevrilişə tərəfdar olduğunu bildirdi. 
Az
ərbaycan Respublikası Ali Sovetinin xalqın 
t
ələbi ilə çağırılmış növbədənkənar sessiyası 1991-ci il 
avqustun 
30-da 
saat 
13.30-da 
Az
ərbaycan 
Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi 
haqqında bəyanat - "Azadlıq Bəyannaməsi" qəbul etdi.
Naxçıvan MR Ali Məclisi 1991-ci il sentyabrın 3-də 
dəfələrlə namizədliyini geri götürməsinə baxmayaraq, 
Heydər Əliyevi xalqın təkidli tələbi ilə Ali Məclisin sədri 
seçdi. 
1991-
ci il sentyabrın 8-də Azərbaycanda prezident 
seçkiləri keçirildi. Demokratik qüvvələr bu seçkiləri boykot 
etdilər. Prezident seçkiləri Naxçıvan MR ərazisində 
keçirilmədi. 8 sentyabr seçkilərinin nəticələrinə görə 
A.Mütəllibov yenidən prezident elan olundu. 


390 
N
əhayət, 1991-ci il oktyabrın 18-də Azərbaycan 
Respub
likası Ali Sovetinin sessiyasında "Azərbaycan 
Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya 
Aktı" yekdilliklə qəbul edildi. 
Lakin Az
ərbaycan iqtidarı hələ də imperiyanın 
iflasdan xilas olacağına və öz hakimiyyətini qoruyub 
saxlaya bil
əcəyinə ümidini itirmirdi. Respublikanın dövlət 
müstəqilliyinin bərpası haqqında Konstitusiya aktının 
referendumla t
əsdiq edilməsi uzadılırdı.
1991-
ci il dekabrın 8-də Brest şəhəri yaxınlığındakı 
"Viskuli" iqamətgahında Rusiya Federasiyası, Ukrayna və 
Belarus respu
blikaları rəhbərləri Müstəqil Dövlətlər Birliyi 
(MDB) yaradılması haqqında müqavilə bağladılar. 
"Belovejsk sazişi" adlı müqavilədə SSRİ-nin hüquqi 
subyekt kimi mövcudiyyətinə son qoyulduğu elan olundu. 
Brest "üçlüyü" keçmiş SSRİ-yə daxil olan respublikaları 
da bu birliyə qoşulmağa dəvət etdi. 
Azərbaycan Respublikasında dekabrın 29-da 
ümumxalq səsverməsi keçirildi. Referendum bülleteninə 
bir sual yazılmışdı: "Siz Azərbaycan Respublikasının 
Dövlət Müstəqilliyi haqqında Azərbaycan Respublikası Ali 
Sovetinin 
qəbul 
etdiyi 
Konstitusiya 
Aktına 
tərəfdarsınızmı?" Səsvermə hüququ olanların 95 faizdən 
çoxu referendumda iştirak etdi. Azərbaycan xalqı 
yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar 
çıxdı. 
1992-
ci il mayın 27-də Milli Məclis Azərbaycan 
Respublika
sının Dövlət Himnini (musiqisi Üzeyir 
Hacıbəyovun, sözləri Əhməd Cavadındır), 1993-cü il 
fevralın 23-də isə üçrəngli dairəvi qalxan üzərində, içində 
alov olan səkkizguşəli ulduz təsvirli Dövlət Gerbini təsdiq 
etdi. 
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 
möhkəmləndirilməsi və güclü xarici siyasət aparmasının 


391 
müvəffəqiyyəti onun dünya birliyi ölkələri tərəfindən 
tanınmasından, diplomatik münasibətlər qurulmasından 
daha çox asılı idi.
Doğrudur, dövlət müstəqilliyinin elan edilməsindən 
keçən iki il ərzində xarici siyasət sahəsində müəyyən 
uğurlar 
qazanılmışdır, 
ancaq 
dövlətimizin 
möhkəmləndirilməsi üçün bunlar kifayət edə bilməzdi. 
Belə ki, 1991-ci ildə Azərbaycan Respublikası İslam 
Konfransı Təşkilatına üzv qəbul olunmuş və BMT 
Təhlükəsizlik Şurasının 1992-ci il 14 fevral tarixli müvafiq 
tövsiyyəsilə və bu təşkilata üzv qəbul olunmaq barədə 
Azərbaycan Respublikasının ərizəsinə baxıldıqdan sonra 
BMT Baş Məclisi 1992-ci il martın 2-də özünün 46-cı 
sessiyasının 
82-ci 
plenar 
iclasında 
Azərbaycan 
Respub
likasının Birləşmiş Millətlər Təşkilatına üzv qəbul 
olunması barədə qətnamə qəbul etmişdi. 112 dövlətin 
adından irəli sürülmüş bu qətnaməyə BMT-nin bütün 
üzvləri yekdilliklə səs vermişdilər. Həmin ilin mart ayının 
4-
də Almaniya bundestaqının, başda Hans Yozef Fokel 
olmaqla 
sosial-
demokrat 
deputatlarından 
ibarət 
nümayəndə heyətinin Azərbaycana səfəri müsbət addım 
idi. Səfər zamanı iki ölkə arasında dip-lomatik əlaqələrin 
yaradılması və səfirliklərin açılması məsələləri müzakirə 
olunmuşdur.
Azərbaycanın Müstəqillik Aktı qəbul edildikdən 
sonra qarşıda hələ çətin və mürəkkəb vəzifələr dururdu. 
Bir tərəfdən erməni təcavüzü genişlənir, torpaqlarımız 
işğal edlir, digər tərəfdən isə ölkə daxilində hakimiyyət 
uğrunda siyasi çəkişmələr güclənir və nəticədə xalq ağır 
itkilər verirdi.
Azərbaycan xalqının və Azərbaycan dövlətinin belə 
ağır bir vaxtında erməni silahlı qüvvələri hücumlarını 
davam etdirərək Azərbaycanın ərazilərini və torpaqlarını 
dalbadal işğal edirdilər. Bu zaman Azərbaycanda 


392 
yaradılan yeni –yeni müdafiə və könüllü dəstələri erməni 
silahlı qüvvələrinə ciddi və inadlı müqavimət göstərsələr 
də ancaq istənilən nəticələr alınmırdı. 1991-ci ilin 
noyabrında rayon və şəhər özünü müdafiə dəstələri 
yaradıldı. Tərkibi yerli əhalidən ibarət olan bu dəstələrə 
tabur 
komandirləri başçılıq edirdilər. Onlar yerli rayon və 
şəhər icra hakimiyyət başçılarının hərbi məsələlər üzrə 
müavinləri idilər. Bundan başqa Bakı, Gəncə, Laçın, 
Göyçay, Ucar, Ağdam və Mingəçevirdə xüsusi təyinatlı 
dəstələr yaradıldı. Onlar ikili tabeçilik prinsipinə, yəni həm 
rayon icra hakimiyyətinə və həm də Müdafiə Nazirliyinə 
tabe idilər. Bu ikili tabelik təbii ki, işə mane olurdu.
Beləliklə, respublikanın hərbi və müdafiə sistemində 
vahid komandanlığın olmaması ciddi uğursuzluğa gətirib 
çıxardı. 1991-ci ilin dekabrında erməni silahlı qüvvələri 
Kərkicahanı işğal etdi. 1992-ci ilin yanvarında Qaybalı 
kəndi işğal edildi. Həmin vaxt uğursuz Daşaltı əməliyyatı 
hərbi siyasi böhranı dərinləşdirdi. Azərbaycan müdafiə 
sistemində mövcud böhrandan istifadə edən erməni 
silahlı qüvvələri 1992-ci ilin fevralında Malıbəylini, Aşağı 
Quşçuları, Yuxarı Quşçuları işğal etdilər. 
Erməni silahlı yaraqlıları Rusiyanın Xankəndində 
olan 366-
cı motoatıcı alayının hərbi texnikasından və 
canlı silahlı qüvvələrindən istifadə edərək 1992-ci il 
fevralın 26-da Xocalı şəhərini işğal etdilər. 9 min nəfər 
əhalisi olan Xocalı şəhəri erməni vəhşiləri tərəfindən 
yerlə yeksan edildi.Erməni cəlladları öz alçaq və 
yaramaz hərəkətləri, qanlı cinayətləri ilə bəşər tarixində 
Xocalı soyqırımını törətdilər. Erməni vəhşiliyi nəticəsində 
613 nəfər Xocalı sakini şəhid oldu, 1275 nəfər əsir 
götürüldü, 487 nəfər şikəst oldu. Şəhid olanların 106 
nəfəri qadın, 83 nəfəri isə azyaşlı uşaq idi. Erməni 
vəhşiləri törətdiyi bu cinayətdə 56 nəfər xüsusi qədarlıqla 
və amansızlıqla diri-diri yandırılmış, başlarının dərisi 


393 
soyulmuş, başları kəsilmiş, gözləri çıxarımılş, hamilə 
qadınların qarınları süngi ilə deşik-deşik edilmişdi. Erməni 
cinayətkarları meyitlər üzərində dilə gətiriləsi mümkün 
olmayan təhqiramiz həqarətlər törətmişdilər. 
Erməni silahlı qüvvələri 1992-ci ilin mayında Şuşa 
və Laçını da işğal etdilər. Azərbaycan xalqının belə ağır 
vəziyyətində ölkənin başı üzərini təhlükəli bir vəziyyət
aldı. Həmin dövrün ətraflı təhlilini verən Heydər Əliyev 
demişdir: «Vəziyyət elə təhlükəli xarakter almışdır ki, 
1991-
ci ildə yaranmış müstəqil dövlətimiz qəsdən və 
yaxud səriştəsizlikdən yaranan idarəsizlik nəticəsində 
real itirilmək təhlükəsi ilə üz-üzə qalmışdı. Beləliklə, 
1991-1993-
cü illər Azərbaycanın müstəqillik tarixində 
nəinki itirilmiş illər hesab olunur, həm də bu illərdə 
Azərbaycan «ölüm, ya olum» dilemması qarşısında 
qalmışdı. 
Erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarını 
işğal etdikləri bir zamanda Azərbaycanda hakimiyyəti ələ 
keçirmək və hakimiyyət uğrunda mübarizə ehtirasları 
qızışırdı. 1992-ci il martın 5-6-da Azərbaycan 
Respublikası Ali Sovetinin fövləqadə sessiyasında 
A.Mütəllibov istefa verdi. Həmin sessiyada Ali Sovetin 
Sədri Elmira Qafarova da istefa verdi, onun yerinə 
deputat Yaqub Məmmədov seçildi. Az sonra mayın 14-də 
Ali Sovetin sessiyası azlıqda qalan demblokun etirazına 
baxmayaraq Ayaz Mütəllibovu vəzifəsinə qaytardı. Lakin 
mayın 15-də Azərbaycan Xalq Cəbhəsinin fəallarının 
təzyiqi ilə A.Mütəllibov vəzifədən uzaqlaşdırıldı və o, 
gizlincə Rusiyaya qaçdı. Ali Sovetin mayın 18-də 
keçirilmiş sessiyasında Ali Sovetin sədri Y.Məmmədovun 
istefası qəbul edildi. Bu vəzifəyə bir qrup deputatın təkidli 
tələbi ilə İsa Qəmbərovla yanaşı Heydər Əliyevin də 
namizədliyi irəli sürüldü, lakin guya Naxçıvanla telefon 
əlaqəsi yaratmaq mümkün olmadı və buna görə də 


394 
İ.Qəmbərov Azərbaycan Ali Sovetinin Sədri seçildi. 1992-
ci ildə iyunun 7-də keçirilmiş prezident seçkilərində AXC 
sədri Əbülfəz Elçibəyin qalib gəldiyi elan olundu. 
Beləliklə, 
AXC-Müsavat 
cütlüyü 
Azərbaycanda 
hakimiyyəti ələ keçirdi.
Bir illik hakimiyyəti dövründə AXC-Müsavat cütlüyü 
ölkənin idarə etməkdə acizlik, zəiflik və səriştəsizlik 
göstərdi. Naşı adamlar hakimiyyətə gətirildi. İxtisaslı 
kadrlar vəzifədən uzaqlaşdırıldı. Ölkənin ayrı-ayrı 
yerlərində siyasi qüvvələr hakimiyyəti ələ keçirmək üçün 
fəallaşdılar, hətta silahlı çıxışlar etməyə başladılar. 
Gəncədə, 
Qazaxda, 
Lənkəran, 
Masallı, 
Astara 
bölgələrində və digər yerlərdə silahlı dəstələr hakimiyyəti 
ələ keçirməyə cəhd göstərdilər.
Azərbaycanın nicatını və qurtuluşunu məhz 
Heydər Əliyevdə görən Azərbaycan ziyalılarının 91 nəfəri 
1992-
ci il oktyabrın 16-da «Səs» qəzeti vasitəsilə Heydər 
Əliyevə «Azərbaycan Sizin sözününü gözləyir» müraciət 
etdi. 
YAP-
ın təsis konfransının Bakıda keçirilməsinə 
i
mkan vermədilər. Buna görə də konfrans 1992-ci il 
noyabrın 21-də Naxçıvan şəhərində keçirildi. Heydər 
Əliyevin rəhbərliyi ilə YAP-ın yaradılması Azərbaycan 
xalqının ictimai-siyasi həyatında və tarixi müqəddəratında 
mühüm rol oynadı. 
1993-
cü ilin yazında Azərbaycanda ictimai-siyasi 
vəziyyət gərginləşdi, hakimiyyət böhranı dərinləşdi, 
vətəndaş qarşıdurması təhlükəli həddə çatdı və əslində 
vətəndaş müharibəsi təhlükəsi yarandı. 1993-cü ilin may-
iyun aylarında Azərbaycanda yaranan kriminal vəziyyət 
ölkəni iflic vəziyyətinə saldı. Ciddi və dərin sosial iqtisadi 
və hərbi siyasi böhran yarandı. Artıq vətəndaş 
müharibəsi başlanmış, günahsız adamlar öldürülmüşdü. 
Cənub bölgəsində Talış Muğan Respublikasının 


395 
yaranması haqqında xəbərlər bütün Azərbacyan xalqını 
ciddi 
narahat etməyə başladı. Ölkə fəlakət qarşısında idi. 
Azərbaycanın müstəqilliyi sual altında idi. Bir çox 
hakimiyyət strukturları iflic vəziyyətinə düşdü. İş o yerə 
çatdı ki, Azərbaycanın Baş naziri, Milli Məclisin Sədri, 
bütün güc nazirliklərinin rəhbərləri istefaya getdi. Əslində 
ölkə heç bir qurum tərəfindən idarə olunmurdu. Ölkə od 
içində idi. Gəncədə başlanan qiyam vətəndaş 
müharibəsinin başlanmasından xəbər verirdi. Başlanmış 
təhlükəli proseslərin qarşısını almaqda gücsüzlüyünü 
dərk edən iqtidar son anda kömək üçün HeydərƏliyevə 
müraciət etdi. Öz acizliyini duyan Ə.Elçibəy hakimiyyəti 
xalqın tələbi ilə hesablaşmaq məcburiyyətində qalaraq 
Heydər Əliyevə müraciət etməli oldu və öz şəxsi 
təyyarəsini Naxçıvana göndərdi. Lakin Heydər Əliyev 
yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıtmaq 
fikrində olmadığını bildirərək bu təklifi qəbul etmədi. 
İyunun 7-8-də Naxçıvana göndərilmiş xüsusi təyyarə ilə 
Bakılya gəlməkdən imtina edən bu dahi şəxsiyyət 
respublikada vəziyyətin getdikcə daha da gərginləşərək 
dövlətçilik üçün təhlükəli xarakter kəsb etməsini və xalqın 
arzusunu nəzərə alaraq Ə.Elçibəyin təkidi ilə nəhayət, 
iyunun 9-
da Bakıya gəldi. 
Heydər Əliyev böyük bir cəsarət nümayiş etdirərək 
Gəncəyə getdi, hadisələrlə yaxından tanış oldu, 
adamlarla görüşdü, ağsaqqal tövsiyyələrini verdi və 
yaranmış problemlərin həlli yollarını müəyyənləşdirdi. 
Sonra Bakıya qayıdıb Ali Sovetdə millət vəkilləri 
qarşısında ətraflı məlumat verdi. Elə həmin gün iyunun 
15-
də yekdiliklə Ali Sovetin (Milli Məclisin) Sədri seçildi. 
Həmin gün Azərbaycan xalqının tarixinə milli Qurtuluş 
Günü kimi daxil oldu. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin