Азярбайжан республикасы дахили ишляр назирлийи


Heydər Əliyevin hakimiyyətə gəlməsi. Ölkədə



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə144/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   140   141   142   143   144   145   146   147   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Heydər Əliyevin hakimiyyətə gəlməsi. Ölkədə 
siyasi sabitliyin yaradılması. Yaranmış gərgin tarixi 


396 
şəraiti xalq, dövlət və bütün insanlar çox gözəl anlayırdı. 
Belə bir zamanda dövlətçiliyi qorumağa qadir şəxsiyyət 
yalnız Heydər Əliyev ola bilərdi. Belə ağır bir zamanda 
millətə tarixi və şanlı keçmişinin varlığını anladan, milli 
yaddaşını oyadan məhz Heydər Əliyev şəxsiyyəti - milli 
lider ola bilərdi. Xalq yanılmamışdır və çox gözəl anlayırdı 
ki, onu belə ağır bəladan ancaq və ancaq Heydər Əliyev 
möcüzəsi xilas edə bilərdi. Heydər Əliyev Naxçıvandan 
Bakıya Azərbaycan dövlətinin rəhbəri kimi deyil, xalqın 
milli lideri kimi, xalqın və dövlətçiliyin xilaskarı kimi 
gəlmişdi. Bakıya gələrkən Heydər Əliyev çox ciddi və 
ziddiyyətli problemlə, ağır siyasi durumla, kəskin ictimai, 
siyasi və iqtisadi böhranla üzləşdi. Ordu yox idi. 
İqtisadiyyat dağılmışdı, cəbhədə uğursuzluqlar kəskin 
hərbi-siyasi böhran yaratmışdı, könüllü hərbi birləşmələr 
mərkəzə tabe olmaq istəmirdilər, vahid və mərkəzi 
komandanlıq yox idi, Bakıda isə güc strukturları və 
hakimiyyət rəhbərləri öz vəzifələrini «dondurmuşdular». 
Bir sözlə, ölkədə anarxiya siyasi hakimiyyət böhranı 
hökm sürürdü. Bakıya gələn kimi dərhal öz şəxsi həyatını 
təhlükədə qoyaraq və böyük bir cəsarət nümayiş 
etdirərək Gəncəyə getdi, hadisələrlə yaxından tanış oldu, 
adamlarla görüşdü, ağsaqqal tövsiyələrini verdi və 
yaranmış problemlərin həlli yollarını müəyyənləşdirdi. 
Sonra Bakıya qayıdıb Ali Sovetdə millət vəkilləri 
qarşısında ətraflı məlumat verdi. Elə həmin gün iyunun 
15-
də yekdiliklə Ali Sovetin (Milli Məclisin) Sədri seçildi. 
Həmin gün Azərbaycan xalqının tarixinə milli Qurtuluş 
Günü kimi daxil oldu. İyunun 24-də Milli Məclis respublika 
prezidentinin səlahiyyətlərini Ali Sovetin sədri Heydər 
Əliyevə həvalə etdi. 1993-cü ilin oktyabrın 3-də 
ümumxalq 
səsverməsi 
yolu 
ilə 
Azərbaycan 
Respublikasının Prezidenti seçildi. 


397 
Vətəndaş müharibəsini dayandırmaq məqsədilə 
Heydər Əliyev heç bir siyasi idarəçilik bacarığı olmayan, 
xarici dövlətin xüsusi orqanlarının və revanş almaq 
istəyən qüvvələrin əlində oyuncağa çevrilmiş, lakin real 
silahlı gücə malik S.Hüseynovu öz sayıq nəzarəti altında 
baş nazir vəzifəsinə təyin etdi. Güc nazirliklərinə rəhbərlik 
ona tapşırıldı. 
Heydər Əliyev iqtidarında yüksək vəzifələr tutsa 
da, öz məqsədinə nail ola bilməyəcəyini dərk edən 
S.Hüseynov qərargahı Gəncədə yerləşən Səhra Cəbhə 
İdarəsi yaratdı. Burada R.Qazıyev və iyunun 15-də 
Lənkəranda hakimiyyəti hərbi hissələrin köməyi ilə 
devirmiş, cənub bölgəsinə faktiki rəhbərlik edən 
Ə.Hümbətovla birgə dövlət başçısını hakimiyyətdən əl 
çəkməyə məcbur etmək planlarını həyata keçirməyə 
cəhd etdi. 
1993-
cü ilin yayı və payızında hərbi müxalifətin 
cinayətkar satqınlığı nəticəsində Azərbaycanın ərazi 
bütövlüyünə yeni zərbələr endirildi. İyulun 23-də səhər 
əsasən özünümüdafiə taburlarının gücü ilə 43 gün 
düşmənlə qanlı döyüşlər aparmış Ağdam şəhəri işğal 
olundu. 
Cənub bölgələrində separatçılıq edən qüvvələrlə 
münasibəti sivil qaydada nizama salmaq istəyən Heydər 
Əliyev Ə.Hümbətovla görüşməyi qərara aldı. Bu görüşdə 
"səlahiyyətim avtomatımdır" -deyən Hümbətov davakar-
ultimativ iddialar irəli sürdü. S.Hüseynova geniş 
səlahiyyətlər verilməsini, Ali Sovetin sessiyasını çağırıb 
A.Mütəllibovu öz vəzifəsinə qaytarmağı tələb etdi və qəti 
rədd cavabı aldı.
1993-
cü il avqustun 7-də respublikanın cənub 
bölgələrində üzdəniraq "Talış Muğan Respublikası" 
(TMR) yaradıldığı elan olundu. "Hökumət" təşkil edildi. 
Rusiya, İran və Belarus dövlətlərinə, BMT-yə müraciət 


398 
edib bu q
ondarma qurumu tanımağı xahiş etdilər. Təbii 
ki, cavab almadılar. 
Yerlərdə baş verən kortəbii mitinqlərdə əhali 
Ə.Hümbətovun silahlı quldur dəstəsinin ləğv olunmasını, 
qondarma "TMR"-
i tanımadığını bəyan edirdi. Heydər 
Əliyev xalqın dəstəyinə arxalanaraq məsələni dinc 
vasitələrlə həll etməyə üstünlük verdi. Xalqın və dövlət 
qüvvələrinin birliyi sayəsində avqustun 23-də separatçılar 
dövlətin gücü ilə məğlub edildilər. Ə. Hümbətov qaçdı, 
"TMR" ləğv olundu. 
Satqınların və köhnə iqtidara sadiq hərbi hissələrin 
təxribatı nəticəsində avqustun 18-də Cəbrayıl, 23-də 
Füzuli, 31-də Qubadlı rayonları işğal olundu. Mühasirəyə 
düşmüş Zəngilan rayonu oktyabrın 29-30-da düşmən 
əlinə keçdi. 
Ölkənin müstəqilliyinə qənim kəsilmiş, xaricdən 
idarə olunan qüvvələrin hakimiyyəti ələ almaq üçün heç 
nədən çəkinmədiyini görən xalq Heydər Əliyevin 
ətrafında daha sıx birləşməyə başladı. Milli Məclisin 
qərarı ilə 1993-cü il avqustun 29-da prezident Ə.Elçibəyə 
etimad haqqında referendum keçirildi. Referendumda 
iştirak edənlərin 97,5 faizi prezidentə etimadsızlıq 
göstərdi. 
1993-
cü il oktyabrın 3-də Azərbaycan xalqı Heydər 
Əliyevi alternativ əsasla, səs çoxluğu ilə Azərbaycan 
Respublikasının Prezidenti seçdi. 
Prezident 
Heydər 
Əliyevin 
Azərbaycanın 
müstəqilliyinin ardıcıl və dönməz olduğunu təsdiqləyən 
uğurlu daxili və xarici siyasəti düşmənləri ciddi narahat 
edirdi. Onlar paytaxtda və respublikanın digər iri yaşayış 
məntəqələrində siyasi sabitliyi pozmaq üçün hər vasitəyə 
əl atırdılar. 
Cəmiyyətdə vahimə yaratmaq üçün 1994-cü il 
sentyabrın 21-dən 22-nə keçən gecə Təhlükəsizlik 


399 
Nazirliyi 
istintaq 
təcridxanasından 
dövlətə 
qarşı 
cinayətlərdə ittiham olunan bir neçə cinayətkar qaçırıldı. 
Sentyabrın 29-da daha bir neçə cinayət aktı törədildi. Ali 
Sovet sədrinin müavini A.Cəlilov və Prezident yanında 
Xüsusi İdarə rəisi Ş.Rəhimov qətlə yetirildilər. Xüsusi 
Təyinatlı Polis Dəstəsinin əvvəllər müəyyən hərbi 
xidmətləri olsa da, pozucu qüvvələrin təsiri ilə artıq 
cinayət yoluna düşmüş 30-a qədər "döyüşçüsü" oktyabrın 
2-
də Respublika Prokurorluğu binasına soxuldu. Daxili 
işlər nazirinin müavini Rövşən Cavadov 40 nəfərlik silahlı 
dəstə ilə nazirliyin binasına hücum edib dəf olunduqdan 
sonra prokurorluğun binasına, qardaşının rəhbərlik etdiyi 
dəstəyə köməyə gəldi.
Prezident Heydər Əliyevin apardığı danışıqlar 
nəticəsində Cavadov qardaşları öz tərəfdarları ilə 
prokurorluğun binasını tərk etdilər. Bu, hərbi qiyam 
cəhdinin başlanğıcı idi. Oktyabrın 4-də Gəncədə 
S.Hüseynovun tərəfdarlarından ibarət 300-ə yaxın silahlı 
adam şəhər İcra Hakimiyyəti binasını və başqa strateji 
obyektləri ələ keçirdi. Bu zaman paytaxtda iki hərbi 
hissənin əsgərləri artilleriya qurğularını Prezident sarayı, 
Ali Sovet və Müdafiə Nazirliyi binalarına tuşlayıb əmrə 
müntəzir dayanmışdılar. Oktyabrın 4-dən 5-ə keçən gecə 
Prezident H.Əliyev Azərbaycanın müstəqil dövlətçiliyini 
müdafiə etmək üçün radio və televiziya ilə xalqa müraciət 
etdi. Onun çağırışı ilə, gecə yarısı olmasına baxmayaraq, 
qısa bir vaxtda on minlərlə adam Prezident sarayı 
qarşısına toplaşdı.33 Qiyamçılar Prezident sarayına 
h
ücuma cəsarət etmədilər. Prezidentin həyata keçirdiyi 
tədbirlər qiyamçılara qüvvələrini birləşdirməyə imkan 
vermədi. 
Qiyam və dövlət çevrilişi qəsdində günahkar olan 
S.Hüseynov 
hakimiyyətdən 
kənarlaşdırıldı, 
Azərbaycandan Rusiyaya qaçdı. 1996-cı ildə isə 


400 
R
usiyada həbs olunub respublikaya gətirildi və məhkum 
edildi. 
Martın 12-dən 13-nə keçən gecə Ağstafa və 
Qazaxda Xüsusi Təyinatlı Polis Dəstəsi əməkdaşları 
(omonçular) qiyam qaldırıb dövlət idarələrini zəbt etdilər. 
Martın 15-də omonçular Bakıda Nizami rayon polis 
idarəsinə silahlı basqın etdilər və dəf olundular. 
Prezidentin 16 mart tarixli fərmanı ilə Xüsusi Təyinatlı 
Polis 
Dəstəsi 
ləğv 
edildi 
və 
onun 
Bakıdakı 
əməkdaşlarından silahı könüllü təhvil verib, "8-ci km" 
qəsəbəsindəki bazalarını tərk etmək tələb olundu. 
Cavadov qardaşları Prezidentin münaqişəni dinc yolla 
həll etmək istəyinə məhəl qoymadılar. Onlar bazada 
toplanmış silahlıları dörd hücum qrupuna bölüb, martın 
16-dan 17-
nə keçən gecə Prezident sarayı, Dövlət 
Teleradio Şirkəti və Daxili İşlər Nazirliyi binalarını tutmaq 
üçün həmlə ilə mühasirəni yarıb şəhərə çıxmağa 
çalışdılar. İqtidarın fövqəladə tədbirləri, hökumət 
qüvvələrinin çevik hərbi əməliyyatları nəticəsində dövlət 
çevrilişi cəhdi bu dəfə də baş tutmadı.
Sonralar da qanuni hakimiyyəti devirmək, 
Prezidenti fiziki cəhətdən məhv etmək və başqa siyasi 
terror cəhdləri baş verdi və hər dəfə respublikanın hüquq-
mühafizə orqanları tərəfindən qətiyyətlə dəf edildi. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin