Азярбайжан республикасы дахили ишляр назирлийи



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə147/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   143   144   145   146   147   148   149   150   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Neft 
stra
tegiyası. Azərbaycan Respublikası 
iqtisadiyyatının böhrandan çıxarılması və inkişaf 
etdirilməsində neft sənayesinin dirçəldilməsi, müasir 
texnologiyalar əsasında yenidən qurulması mühüm 
əhəmiyyət kəsb edirdi. Prezident Heydər Əliyevin 
rəhbərliyi ilə Azərbaycanın yeni dövlət neft strategiyası 
hazırlandı və uğurla həyata keçirilməyə başlandı. Bu, 
Azərbaycan neft sənayesində yeni eranın başlanğıcı idi. 


406 
1994-
cü il sentyabrın 20-də Bakının "Gülüstan" 
sarayında ADNŞ ilə ABŞ, Böyük Britaniya, Norveç, 
Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, Yunanıstanın iri 
neft şirkətləri daxil olan konsersum (sonralar bu 
konsersuma Yaponiya şirkəti də qoşuldu) arasında Xəzər 
dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" 
yataqlarının və "Günəşli" yatağının bir hissəsinin birgə 
işlədilməsi və hasil olunan neftin pay şəklində 
bölüşdürülməsi haqqında 30 illik saziş imzalandı. Bu 
müqavilə dünyada "Əsrin müqaviləsi" adı ilə məşhurlaşdı 
(2001 -
ci ildən başlayaraq Prezidentin Fərmanı ilə həmin 
gün respublikada "Neftçi günü" kimi bayram edilir). 
Razılığa görə, investisiyanın 80 faizini konsersum qoyur, 
Azərbaycanın ümumi gəliri çıxarılacaq neftin qiymətinin 
80 faizi miqdarında müəyyən olunurdu. Bundan əlavə, 
hasil olunacaq səmt qazı tam Azərbaycanın ixtiyarına 
verilirdi. 
1996-
cı il iyunun 4-də Xəzərin "Şahdəniz" yatağının 
birgə işlədilməsi haqqında ADNŞ ilə Böyük Britaniya, 
Norveç, Türkiyə, Rusiya, Fransa və İranın neft şirkətləri 
konsersumu müqavilə imzaladılar.
1996-
cı il dekabrın 14-də Xəzərdə "Dan ulduzu" və 
"Əşrəfi" yataqlarının birgə işlədilməsi üzrə ABŞ, Səudiyyə 
Ərəbistanı və Yaponiya, 1997-ci il yanvarın 13-də 
"Lənkəran-dəniz" və "Talış-dəniz" yataqlarının birgə 
istismarı üzrə Fransa neft şirkətləri ilə ADNŞ arasında 
sazişlər bağlandı. 
1997-ci il avqustun 1-
də Vaşinqtonda - "Ağ Ev"də 
ABŞ-ın qabaqcıl neft şirkətləri ilə ADNŞ arasında Xəzər 
dənizinin 
Azərbaycan 
sektorundakı 
"Abşeron", 
"Naxçıvan", "Oğuz" və "İnam" neft yataqlarında birgə iş 
barədə üç yeni müqavilə imzalandı. 
Ümumiyyətlə, 1994-2001-ci illərdə ADNŞ 14 
ölkənin 32 neft şirkəti ilə 21 müqavilə imzaladı. 2001-ci 


407 
ildə bu şirkətlərə servis xidməti göstərən 400-ə qədər 
xarici şirkət fəaliyyətdə idi. Bu müqavilələr çərçivəsində 
Azərbaycana 60 milyard dollar həcmində investisiya 
qoyulması nəzərdə tutulurdu. Bu müddətdə xarici neft 
şirkətləri müqavilələr üzrə işlərin həyata keçirilməsi üçün 
6 milyard dollara qədər investisiya qoymuşdu. 
1997-
ci il noyabrın 12-də "Əsrin müqaviləsi" üzrə 
neftin hasilatına başlanıldı. Bu hadisə Bakıda böyük 
təntənə ilə qeyd edildi. 
Bu müqavilə üzrə əsas işlərin birinci fazasının 
başlanması üçün Xəzər dənizindən Aralıq dənizinə qədər 
uzanan, ildə 50 milyon ton neft nəql edə biləcək, 
uzunluğu 1760 km olacaq iri diametrli Bakı-Tibilisi-
Ceyhan əsas neft ixrac kəmərinin tikintisi haqqında saziş 
əldə olunması vacib idi. 
1999-
cu il noyabrın 18-də İstanbulda "Xam neftin 
Azərbaycan Respublikası, Gürcüstan Respublikası və 
Türkiyə Cümhuriyyətinin əraziləri ilə Bakı-Tbilisi-Ceyhan 
əsas boru kəməri vasitəsilə nəql edilməsinə dair" saziş 
imzalandı. Bu zaman Azərbaycan, Türkiyə, Gürcüstan, 
Qazaxıstan və ABŞ-ın dövlət başçıları tərəfindən verilən 
"İstanbul Bəyannaməsi" layihənin yüksək səviyyədə 
dəstəkləndiyinə sübut oldu. 
2002-ci il avqustun 1-
də bu kəmərin tikilməsi və 
idarə edilməsi üçün BTCKO (Bakı-Tbilisi-Ceyhan) şirkəti 
təsis edildi. 2002-ci il sentyabrın 18-də kəmərin təməli 
qoyuldu. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin