408
1995-
ci ilin fevral ayında "Aqrar islahatların
əsasları" və "Kolxoz və sovxozların islahatı haqqında"
qanunlar qəbul edildi. Bu mühüm qanunların
həyata
keçirilməsi
ilk
növbədə
torpağa
mülkiyyət
münasibətlərinin yenidən müəyyənləşdirilməsindən çox
asılı idi. 1995-ci ilin mart ayında "Dövlət Aqrar İslahatı
Komissiyası" yaradıldı.
1996-
cı il iyulun 16-da ölkənin aqrar sektorunda
radikal bir
addım atıldı.
Prezident Heydər Əliyevin
rəhbərliyi altında hazırlanan, onun təfəkkürünün və siyasi
iradəsinin məhsulu olan "Torpaq islahatı haqqında"
Qanun qəbul edildi. Bu qanuna görə, bütün postsovet
respublikalarından
fərqli olaraq, torpaq sosial ədalət
prinsipinə əsasən kənddə yaşayan vətəndaşların xüsusi
mülkiyyətinə pulsuz verildi. Respublikanın
vahid torpaq
fondu əsasında üç - dövlət, bələdiyyə və xüsusi torpaq
mülkiyyəti forması müəyyən olundu.
Bütün rayonlarda
torpaq istifadəçilər üzrə inventarlaşdırıldı və iqtisadi
cəhətdən qiymətləndirildi. Özəl qurumların tələbatını
təmin etmək üçün 1996-cı ilin iyul ayında Aqrar kredit
kassaları təşkil olundu.
2001-
ci ilin əvvəllərində 1 milyon 329 min 285 ha
torpaq
özəlləşdirilmiş, kənddə yaşayan 830 min ailədən
818 mini (3 milyon 238 min adam) torpaq payını almışdı.
1996-
cı ilin oktyabr ayında "Sudan pulla istifadə haqqında
Əsasnamə" qəbul olunması meliorasiya xidmətlərinin
yaxşılaşmasına imkanlar açdı. Meliorasiya qurğularının
bərpası və genişləndirilməsinə başlanıldı.
Dostları ilə paylaş: