Азярбайжан республикасы дахили ишляр назирлийи


Azərbaycanın iqtisadi və siyasi həyatında yeni



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə151/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   145   146   147   148   149   150   151   152   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Azərbaycanın iqtisadi və siyasi həyatında yeni 
mərhələnin 
başlanması
(2003-2013-
cü 
illər)
Azərbaycanın daxili sabitliyinə, yüksək iqtisadi, siyasi, 


414 
elmi, mədəni inkişafına və düzgün xarici siyasət 
strategiyasına nail olan Heydər Əliyev kimi böyük tarixi 
şəxsiyyətdən sonra ölkəni idarə etmək asan məsələ 
deyildi. Bu missiyanı yalnız Azərbaycan reallıqlarını 
düzgün qiymətləndirə bilən və Heydər Əliyevin siyasi 
kursunu layiqincə davam etdirməyə qadir olan şəxs 
yerinə yetirə bilərdi. 
Belə bir vəziyyətdə 2003-cü il oktyabr ayının 15-də 
Azərbaycan Respublikasının Prezidenliyinə alternativ 
əsasda keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyası 
sədrinin birinici müavini İlham Əliyev böyük səs çoxluğu 
ilə qələbə qazandı. O, prezident seçildikdən sonra 
Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirəcəyni 
bildirərək respublikanın taleyüklü məsələlərinin həllinə 
cəsarətlə girişdi. İlk olaraq ölkə başçısı 24 noyabr 2003-
cü il tarixli «Azərbacyan Respublikasında sosial iqtisadi 
inkişafın sürətləndirilməsi tədbirləri haqqında» fərman 
imzaladı. Az bir müddət ərzində xalq təsərrüfatının bütün 
sahələrində müsbət irəliləyişlər özünü göstərdi. 
Bunun ardınca Prezident İlham Əliyev 11 fevral 
2004-
cü il tarixli «Azərbaycan Respublikası regionlarının 
sosial-
iqtisadi inikşafı Dövlət Proqramının təsdiq edilməsi 
haqqında (2004-2008-ci illər)» fərman verdi. Əsl fəaliyət 
proqramına çevrilən bu fərmanda irəli sürülən vəzifələrin 
həyata keçirilməsi regionların kompleks inkişafına, 
infrastruktur sahələrinin yenidən qurulmasına, yeni 
istehsal 
və 
emal 
müəssisələrinin, 
obyektlərin 
yaradılmasına, iş yerlərinin açılmasına, əhalinin həyat 
səviyyəsinin daha da yüksəldilməsinə təkan verdi. Belə 
ki, son 10 il ərzində ümumi daxili məhsul istehsalında 8 
dəfə, o cümlədən sənayedə 2,8 dəfə, kənd təsərrüfatında 
1,5 dəfə, inşaat sektorunda 7 dəfə, nəqliyyat və İKT 
sektorunda 3,2 dəfə, xarici ticarət dövriyyəsində 8,8 dəfə 
artım olmuşdur. Bundan başqa son 10 il ərzində 


415 
iqtisadiyyat real ifadədə 3,4 dəfə artmış, qeyri-neft 
sektorunda 2,7 dəfə artıma nail olunmuşdur. Prezident 
İlham Əliyevin 10 illik hakimiyyəti dövründə dövlət 
büdcəsi 19 dəfə artmışdır. 
2013-
cü ilin yanvar-sentyabr aylarında ÜDM-in 
real artım tempi 5.4% təşkil etmiş və cari qiymətlərlə 42.7 
milyard manat olmuşdur. Adambaşına düşən ÜDM-in 
həcmi 4606.7 manat (5871.4 ABŞ dolları) təşkil etmişdir. 
ÜDM-də qeyri-dövlət bölməsinin payı 2005-ci ildə 77,8%-
dən 2012-ci ildə 81,5%-ə yüksəlmişdir. 
Respublikamızda qeyri neft sektorunun inkişafına 
da xüsusi diqqət yetirilməsi nəticəsində bir sıra 
müəssisələr, o cümlədən Bakıda yüksək keyfiyyətli 
müxtəlif gön-dəri məmulatları istehsal edən «Gön-dəri» 
ASC, Şamaxıda müasir standartlara cavab verən, 
müxtəlif ölçülü televizorlar istehsal edən Türkiyə, Cənubi 
Koreya və Çin ilə birgə müəssisə olan «Star LTD» 
zavodu, İmişlidə şəkər istehsal edən «Azərbaycan şəkər 
İstehsalat Birliyi» MMS, Astara və Şəkidə elektrik enerjisi 
istehsa
l edən mobil tipli stansiyalar, Gəncə və Şamaxıda 
avtomobil zavodları istismara verilmişdir. 
Azərbaycan 
2013-cü 
il 
fevralın 
8-də 
ilk 
kommunikasiya peykini orbitə çıxarmışdı
Uğurla həyata keçirilən məqsədyönlü iqtisadi 
siyasət nəticəsində bütün sahələrdə olduğu kimi kənd 
təsərrüfatının inkişafına da xüsusi diqqət yetirilmiş, 
sahibkarlığa qayğı isə dövlətin vacib məsələsi kimi 
gündəmdə olmuşdur. 
«Aqrar 
bölmədə 
lizinqin 
genişləndirilməsi 
sahəsində əlavə tədbirlər haqqında» Azərbacyan 
Respublikası Prezidentinin 2004-cü il 23 oktyabr tarixli 
sərəncamı aqrar sahədə qarşıda duran başlıca 
vəzifələrdən biri istehsalçının zəruri kənd təsərrüfatı 
texnikası ilə təchizatının yaxşılaşdırılması, keyfiyyətli 


416 
məhsul yetişdirilməsi və onun itkisiz yığılması məqsədini 
nəzərdə tutur. 
Fərmanda 
irəli 
sürülən 
vəzifələrin 
həyata 
keçirilməsi nəticəsində 2003-cü illə müqayisədə 2006-cı 
ildə taxıl istehsalı 3 faiz, pambıq istehsalı 33,7 faiz, tütün 
istehsalı 24,8 faiz, kartof istehsalı 25,4 faiz, tərəvəz 
istehsalı 4,5 faiz, yumurta istehsalı 12,3 faiz, yun istehsalı 
5.5 faiz, iribuynuzlu mal-
qaranın, qoyun və keçilərin sayı 
isə 9,1-9,5 faiz artmışdır. 
Respublikamız üçün önəmli əhəmiyyət kəsb edən 
və ümummilli liderimiz Heydər Əiyevin səyi nəticəsində 
ərsəyə gələn Bakı-Tbilisi-Ceyhan neft ixrac boru 
kəmərinin 2006-cı ilin may ayında istismara verilməsi 
Prezident İlham Əliyevin ən böyük nailiyyətlərindəndir.
Bundan başqa Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin 
çəkilişi uğurla başa çatdırılmış və artıq 2007-ci ilin birinci 
rübündən başlayaraq «Şahdəniz» yatağından çıxarılan 
Azərbaycan qazı bu qaz kəməri vasitəsilə ixrac edilməyə 
başlamışdır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişi 
isə 2007-ci il fevralın 7-də Tbilisidə Azərbaycan, 
Gürcüstan və Türkiyənin dövlət başçılarının görüşündən 
sonra artıq reallaşmışdır. 
Bakıda avtomobil yollarında tıxacların qarşısını 
almaq üçün beynəlxalq standartlara cavab verən 
körpülərin və yeraltı keçidlərin tikintisi uğurla davam 
etdirlir. 
TRASEKA 
proqramı 
çərçivəsində 
fəaliyyət 
göstərən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi əsas 
beynəlxalq dəhlizlərdən birinə çevrilmişdir. Son üç il 
ərzində dəhlizin Azərbaycan hissəsində 133,3 milyon ton 
və ya nəqliyyat sektorunda bütün daşımaların 35,4 faizi 
qədər yük daşınmışdır. Hazırda bu dəhliz vasitəsilə yük 
daşımasında dəmir yolu nəqliyyatı 59,2 faiz, avtomobil 
nəqliyyatı 26,7 faiz, dəniz nəqliyyatı isə 14,1 faiz paya 


417 
malikdir. 
Ölkədə fəaliyyət göstərən hər beş müəssisədən 
biri kompüterə malikdir və bu müəssisələrdə çalışan 60,2 
min işçi kompüterdən, 11,1 min işçi isə internetdən 
istifadə edir. Hazırda əhalinin hər 100 nəfərindən 56-sı 
kompütüer, 70-i internet istifadəçisidir. 
Ümumiyyətlə ötən dövrdə regionların sosial 
iqtisadi inkişafı Dövlət Proqramının uğurla yerinə 
yetirilməsi nəticəsində bir sıra mühüm əhəmiyyət kəsb 
edən yeni dövlət və müştərək müəssisələr yaradılmışdır 
ki, bu da respublikada işsizliyin aradan qaldırılması 
yolunda önəmli rol oynamışdır. Belə ki, 2003-cü ilin 
oktyabrından 2007-ci ilin birinci rübünədək Azərbaycanda 
535 min yeni iş yeri açılmışdır ki, onun da əksəriyyəti 
daimi iş yerləridir. Həm də yeni iş yerlərinin 83 faizi 
regionlarda açılmışdır. Uğurla həyata keçirilən bu cür 
iqtisadi siyasət dövlətin qarşısında duran əsas 
vəzifələrdən biri kimi kəndlə şəhər arasındakı fərqlərin 
aradan qaldırılması və əhalinin sosial vəziyyətinin 
yaxşılaşdırılması yolunda mühüm addım olmuşdur. Məhz 
Azərbaycan iqtisadiyyatının dünyada analoqu olmayan 
sürətlə inkişafı nəticəsində 2007-ci ilin birinci rübündə 
büdcədən 
maliyyələşən 
təşkilatlarda 
çalışanların 
maaşları 25-30 faiz artmış, minimum əmək haqqı 50 
manat, orta pensiya isə 60 manat olmuşdur. Ölkənin 
valyuta ehtiyatları da artaraq 4 milyard 100 milyon dollar 
təşkil etmişdir. 
Ötən müddət ərzində ölkə iqtisadiyyatının inkişafı 
ilə yanaşı səhiyyə, elm, təhsil, mədəniyyət, ədəbiyyat 
sferalarında, həmçinin milli-mənəvi, dini dəyərlərin 
qorunması və möhkəmləndirilməsi istiqamətində də 
mühüm uğurlara nail olunmuşdur. Bu yönümdə müvafiq 
fərmanlar, sərəncamlar imzalayan Azərbaycan Prezidenti 
İlham Əliyev mühüm tədbirlərin və açılış mərasimlərinin 


418 
iştirakçısı olmaqla yanaşı, respublikamızın bütün 
bölgələrinə səfərlər etmiş, yüzlərlə sənaye, istehsal 
müəssisələrinin, məktəblərin və digər bu kimi obyektlərin 
açılışında iştirak etmiş, əhali ilə birbaşa ünsiyyət 
yaratmışdır. 
Səhiyyənin inkişafı dövlətin qarşısında duran ən 
mühüm vəzifələrdən biri kimi daim diqqət mərkəzində 
olmuşdur. Belə ki, son üç ildə respublikamızın müxtəlif 
regionlarında müasir tipli avadanlıqlarla təchiz edilmiş 
xəstəxanalar, diaqnostika mərkəzləri, ambulatoriya-
poliklinika müəssisələri tikilib istifadəyə verlimiş və bunun 
üçün dövlət büdcəsindən 279,6 milyon manat vəsait 
xərclənmişdir. 
Son 
illər 
səhiyyənin 
inkişafının 
sürətləndirilməsi sahəsində bir sıra qanunlar və dövlət 
proqramları qəbul olunmuşdur. Bütün bunlar respublika 
səhiyyəsinin gələcək inkişafına öz təsirini göstərəcəkdir. 
Xalqımızın həyatında təhsilin önəmli rol oynadığını 
diqqətdə saxlayan ölkə başçısı bu sahənin inkişafına 
xüsüsi qayğı göstərmişdir. Buna görədir ki, son 10 il 
ərzində təhsilə çəkilən dövlət xərcləri 7,6 dəfə artırılmış, 
408,2 min yerlik ümumtəhsil məktəbi, 9780 yerlik 
məkətəbəqədər təhsil müəssisəsi tikilmişdir. Məktəblərin 
87,2 %-
I kompüterlə təmin olunmuşdur. 
Təhsildə ən mühüm nailiyyətlərdən biri kimi onu 
qeyd etmək lazımdır ki, bütün I-XI-sinif şagirdlərinin 
dərsliklərlə pulsuz təminatı başa çatdırılmış, məktəblərin 
bəziləri kompüterlərlə təmin edilmiş və bu iş üğürla 
davam etdirilir.
Ötən müddət ərzində tələbə mübadiləsinə də 
xüsusi diqqət yetirilmişdir. Ölkə başçısının 2007-ci il 16 
aprel tarixli «2007-2015-ci illərdə Azərbaycan gənclərinin 
xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın təsdiq 
edilməsi barədə imzaladığı fərman bu sahəyə olan 
diqqətin bariz nümünəsidir. Son 10 ildə dövlət xətti ilə 


419 
xaricdə təhsil alanların sayı 2,6 dəfə çoxalmışdır. 
Son 10 ildə dövlət büdcəsindən elmə çəkilən 
xərclər 10,2 dəfə artmışdır. 
Bu dövrdə mədəni quruculuq sahəsində də 
mühüm addımlar atılmışdır. Yeni parklar və istirahət 
guşələri salınmış, Avropa standartları səviyyəsində 
otellər, ticarət və xidmət obyektləri yaradılmışdır. 
Kitabxanalar və teatr binaları yüksək səviyyədə təmir 
ndilmiş, tanınmış dövlət, elm və mədəniyyət xadimlərinin 
yubileylərinin keçirilməsi üçün prezident fərmanları 
imzalanmışdır. 
Ölkə rəhbərliyinin idmana olan qayğısı nəticəsində 
mühüm nailiyyətlər qazanılmışdır. Ölkədə idman 
qurğularının sayı 12% artmışdır. 
İdmançılarımız Olimpiya oyunlarında, dünya və 
Avropa çempionatlarında, beynəlxalq yarışlarda idmanın 
ayrı-ayrı növlərində böyük uğurlar qazanmışlar. Bir sıra 
beynəlxalq yarışların, Avropa və dünya çempionatlarının 
Azərbaycanda keçirilməsi ölkə idmanının nüfuzundan 
xəbər verir. İdmançılarımızın qazandıqları medalların sayı 
4,2 dəfə artmışdır. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin