409
2000-
ci ildə 4,2 trilyon, 2001-ci ildə 5,7
trilyon manata
çatdırıldı. 2002-ci ildə bu, 1 milyard 200 milyon dollar
təşkil
edirdi.
Ümumiyyətlə,
1996-2002-ci
illərdə
iqtisadiyyata
12
milyard
dollar
investisiya
cəlb
olunmuşdu.
1994-1995-
ci illərdə neftayırma zavodlarında
qurğular modernləşdirildi. Qaz emalı zavodu yenidən
quruldu.
1996-
cı ildə Bakıda qoz-fındıq emalı, yağ, "Koka-
Kola", 1999-
cu ildə "Pepsi-Kola" sərinləşdirici içki
zavodları açıldı. 1997-ci ildə Sumqayıt "Azərboru"
İstehsalat Birliyində (keçmiş boru-prokat zavodu) hər biri
10 tonluq 5 yeni elektrik sobası quraşdırıldı.
Burada
nasos kompressor boruları ilə yanaşı, beynəlxalq
standartlara uyğun Batters yivli qoruyucu boru istehsalı
təşkil olundu. Avropada ən böyük, 150 tonluq marten
sobası yenidən işə salındı. Sumqayıt
və Gəncə
alüminium zavodları, Daşkəsən alunit mədəni tədricən
işə düşməyə başladı.
2002-
ci
ildə
Şəmkir-Yenikənd
Su-Elektrik
Stansiyası, Abşeronda "Şimal" Dövlət Rayon Elektrik
Stansiya
sının enerji bloku, 1 saylı Bakı İstilik-Elektrik
Mərkəzində
yeni
qaz-turbin
elektrik
qurğusu,
"Azərneftyağ" İstehsalat Birliyində bitum qurğusu və s.,
2001-
ci ildə "Kaspian-Fiş" balıq məhsulları istehsalı
müəssisəsi, Bakı elektroqaynaq
səhmdar cəmiyyətinin
Bakı poladtökmə zavodu (Bakı elektroqaynaq zavodu
bazasında), qaz zavodunda yeni, müasir emal qurğusu,
İran vasitəsilə Naxçıvan MR-ə
elektrik enerjisi tranzit
etmək üçün 51 km-lik İmişli-Parsabad elektrik xətti və s.
işə salındı.
Beləliklə, 1996-cı ildən respublikanın sənayesində
tənəzzülün qarşısı alındı. Əgər 1991-1994-cü illərdə
sənaye məhsulu istehsalı orta hesabla 20-24 faiz
410
azalırdısa, 1997-2002-ci illərdə sənaye istehsalı 23,2 faiz
artdı.
Kənd təsərrüfatında keçirilən islahatlar da çox
səmərəli oldu. Əgər 1991-1994-cü illərdə bu sahədə
istehsal hər il 15-20 faiz azalırdısa, 1997-2002-ci illərdə
51 faiz artmışdır. 2002-ci ildə əvvəlki illərdə heç vaxt
olmadığı qədər - 2 milyon 200 min ton (1995-ci ildəkindən
2 dəfə çox) taxıl, 700 min ton (1995-ci ildəkindən 3,9 dəfə
çox) kartof istehsal edildi. Ölkədə çəltik istehsalı bərpa
edilməyə, şəkər çuğunduru istehsal olunmağa başlandı.
Respublikada iqtisadi tənəzzülün qarşısı 1995-ci
ildə alındı. Dirçəliş başlandı. Əgər 1991-1994-cü illərdə
ümumi daxili məhsul ildə orta hesabla 20-25 faiz
azalırdısa, 1996-2000-ci illərdə 39 faiz artmışdı. 2002-ci
ildə ölkədə 29,6 trilyon manatlıq (6,1 milyard dollar)
ümumi daxili məhsul istehsal edilmişdi.
İqtisadi dirçəliş ölkənin
maliyyə vəziyyətini xeyli
yaxşılaşdırdı.
1996-2002-ci
illərdə
Azərbaycan
Respublikasının dövlət büdcəsinin gəlirləri 2,2 dəfə
artmışdı. 2003-cü ildə dövlət büdcəsi 1 milyard 200
milyon dollar həcmində (1994-cü ildəkindən 17 dəfə çox)
müəyyən edilmişdi. Dövlət büdcəsinin kəsiri durmadan
azalırdı: 1996-cı ildə o, cəmi 3 faiz 2001-ci ildə isə 0,1
faiz təşkil etmişdi.
Ölkənin valyuta ehtiyatları 2002-ci ildə 1 milyard
374 milyon dollara çatmışdı ki, bu da 1993-cü ildəkinə
nisbətən 103 dəfədən çox idi.
Beləliklə, Prezident Heydər
Əliyevin müdrik daxili
və xarici siyasəti sayəsində Azərbaycan Respublikasının
iqtisadiyyatı dərin böhrandan, tənəzzüldən qurtardı.
Dostları ilə paylaş: