411
proses
90-
cı
illərin
ikinci
yarısında
xüsusən
intensivləşmişdi. 1995-ci il iyun ayının 2-də Milli Məclisin
qərarına
əsasən
Azərbaycan
Respublikasının
Konstitusiyasını hazırlamaq üçün Prezident Heydər
Əliyevin sədrliyi ilə 33 nəfərdən
ibarət Konstitusiya
Komissiyası təşkil edildi. Komissiyanın hazırladığı
"Azərbaycan Respublikasının Konstitusiyası" - müstəqil
Azərbaycan dövlətinin ilk Əsas Qanunu 1995-ci il noyabr
ayının 12-də referendumla qəbul olundu.
Azərbaycan
Respublikası
Konstitusiyası
maddələrinin üçdə bir hissəsi (158 maddədən 48-i) insan
hüquqlarına və onların təminatlarına həsr edilmişdi.
Hakimiyyət bölgüsü konsepsiyasına uyğun olaraq
Konstitusiya təsbit etdi ki, icra hakimiyyəti Azərbaycan
Res
publikası
Prezidentinə mənsubdur, qanunverici
hakimiyyəti Azərbaycan Respublikasının Milli Məclisi,
məhkəmə hakimiyyətini isə müstəqil məhkəmələr həyata
keçirirlər.
1998-ci
il
aprelin
28-
də Naxçıvan MR-in
Azərbaycan
Respublikası
Konstitusiyası
əsasında
haz
ırlanmış yeni Konstitusiyası Muxtar Respublikanın Ali
Məclisində qəbul edildi və həmin il dekabrın 29-da
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən
təsdiq olundu.
2002-ci
il
avqustun
24-
də
referendumla
Konstitusiyaya edilmiş dəyişikliyə
görə Milli Məclisə
seçkilər daha da demokratikləşdirildi, "mojaritar və
proporsional" seçki sistemi ləğv edildi, ümumi "mojaritar"
seçki sistemi müəyyən olundu. 2009-cu il martın 18-də
keçirilən
referendumla
Konstitusiyaya
edilmiş
dəyişikliklərlə
Əsas
qanun
zamanın
tələblərinə
uyğunlaşdırıldı.
412
1995-
ci il noyabrın 12-də müstəqil Azərbaycan
Respublikası parlamentinə mojaritar (100 deputat) və
proporsional (25 deputat) sistemlə ilk seçkilər keçirildi.
Qanunların sivil dünya dövlətlərinin hüquqi dövlət
quruculuğu ənənələrinə, beynəlxalq hüquq normalarına,
Avropa Şurası və dünya
demokratik qanunvericilik
təsisatlarının tələblərinə uyğun hazırlanması üçün
Azərbaycan Respublikası Prezidenti yanında 1996-cı ilin
fevral ayında xüsusi "Hüquqi İslahatlar Komissiyası"
yaradılmışdı.
1998-
ci ilin fevral ayında Azərbaycan Prezidenti
Heydər Əliyev "İnsan və vətəndaş hüquqlarının və
azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər
haqqında" fərman verdi. 1998-ci il iyunun 18-də "İnsan
hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq
edildi, bu sahədə həyata keçirilən tədbirlərin səmərəliliyini
artırmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının
İnsan Hüquqları İnstitutu yaradıldı, beynəlxalq qurumlarla
əməkdaşlığın daha da inkişaf etdirilməsi,
mütəxəssis
kadrlar hazırlanması üçün əməli addımlar atıldı.
2001-
ci
ilin
dekabrında
Azərbaycan
Respublikasının Milli Məclisi "İnsan hüquqları və əsas
azadlıqlarının müdafiəsi haqqında" Konvensiyanı və onun
1, 4, 6 və 7 saylı protokollarını təsdiq etmək barədə
Qanun və "Azərbaycan Respublikasının insan hüquqları
üzrə müvəkkili (ambudsman) haqqında" Azərbaycan
Respublikasının Konstitusiya Qanununu qəbul etdi. 2002-
ci ildə respublikada Ambudsman İnstitutu yaradıldı.
1998-ci
il
avqustun
6-
da
"Azərbaycan
Respublikasında söz, fikir və mətbuat azadlığının təmin
edilməsi sahəsində əlavə tədbirlər haqqında"
Prezident
Fərmanı ilə hələ 1992-ci il aprelin 12-də Y.Məmmədov və
1993-
cü il aprelin 15-də Ə.Elçibəy iqtidarları dövründə
sərbəst
informasiya
fəaliyyətinə
qoyulmuş
413
məhdudiyyətlər aradan qaldırıldı, mətbuatda və digər
kütləvi informasiya vasitələrində dövlət sirlərini qoruyan
idarə, senzura ləğv edildi.
Azərbaycan Respublikası Şərqdə ölüm cəzasını
ləğv etmiş ilk ölkə oldu. 1993-cü ildən burada ölüm
cəzasına faktiki moratorium qoyuldu. 1996-cı ildə
Pre
zident Heydər Əliyev Cinayət Məcəlləsində 21-ci
maddənin sanksiyasından ölüm cəzasını
götürmək
təşəbbüsünü irəli sürdü. Qadınlara və 65 yaşından yuxarı
kişilərə ölüm cəzası qadağan edildi. 1998-ci ilin fevral
ayında Prezidentin təşəbbüsü ilə respublikada ölüm
hökmü tamamilə ləğv olundu.
Dövlətçiliyin
təmin
olunmasının
mühüm
vasitələrindən biri də hüquq-mühafizə orqanlarının inkişaf
etdirilməsi və möhkəmləndirilməsi idi.
1997-
ci
ilin
oktyabr
ayında
"Konstitusiya
Məhkəməsi haqqında" Azərbaycan Respublikasının
Qanunu qəbul edildi. 1998-ci ildə Konstitusiya
Məhkəməsi təşkil olundu.
2002-
ci ilin avqustunda Konstitusiyaya edilmiş
dəyişikliklərə
görə
hər
bir
şəxs
Konstitusiya
Məhkəməsinə müraciət edə bilərdi.
2002-
ci ilin sentyabr ayından
Azərbaycanda
üçpilləli məhkəmə sistemi formalaşdı. Yeni, ikinci
instansiya -
apellyasiya məhkəməsi yarandı.
Yeni Konstitusiyanın tələbinə görə, ölkədə
demokratik cəmiyyətin mühüm elementi kimi yerli
özünüidarə - seçkili bələdiyyələr
sistemi qurulmağa
başlanmışdı. 1999-cu il dekabr ayının 12-də Azərbaycan
Respublikasında ilk bələdiyyə seçkiləri keçirildi. Beləliklə,
Azərbaycan yeni inkişaf yoluna qədəm qoydu.
Dostları ilə paylaş: