383
Yanvarın 21-də Heydər Əliyev Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyinə gələrək burada təşkil
olunmuş, 6 minədək adamın iştirak etdiyi izdihamlı
yığıncaqda çıxış etdi, bu ağır günlərdə yaralı, heç yerdən
kömək almayan doğma xalqı ilə birgə olduğunu bildirdi.
O, çıxışında və verdiyi müsahibələrdə 20 Yanvar
faciəsinə siyasi qiymət verdi, əliyalın xalqın qırılmasını
hüquqa, demokratiyaya,
humanizmə zidd, mərkəzin və
respublika rəhbərlərinin günahı üzündən yol verilmiş
kobud siyasi səhv kimi ifşa etdi. H.Əliyev çıxışında qeyd
etdi ki, "Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində
ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında
zəruri tədbirlər görülsə idi,
gərginlik indiki hala çatmaz,
tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il
yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə
nəticələnən hərbi müdaxilə üçün zəmin yaranmazdı".
Ölkə rəhbərliyini ciddi tənqid edən Heydər Əliyev ona
yarınan respublika başçılarının da yarıtmaz fəaliyyətini
ifşa etdi və göstərdi ki, Vəzirov "bu
yüksək vəzifədə
olduğu
müddətdə...
Azərbaycanda
vəziyyəti
sabitləşdirmək üçün heç nə etməmişdir. Əksinə, səhv
addımları, yaramaz iş üslubu, yanlış siyasi manevrləri ilə
xalqla öz arasında uçurum yaratmışdır". Heydər Əliyev
qorxmadan imperiya rəhbərlərini "qatillər" adlandırırdı.
Azərbaycan, Bakıda fövqəladə vəziyyət olmasına
baxmayaraq, yanvarın 22-də şəhidlər ilə vidalaşdı.
Paytaxt matəm libası geyinmişdi. Respublikada üç gün
matəm elan olunmuşdu. Azadlıq meydanında izdihamlı
matəm mitinqi keçirildi. Mitinqdə və dəfn mərasimində
milyona qədər insan iştirak edirdi. Bu, azadlıq, haqq,
ədalət, demokratiya yolunda müqəddəs şəhidlərə
ehtiramın, habelə Moskvanın qanlı əməllərinə qarşı
etirazın ifadəsi idi.
Küçələrdə, AKP MK binası
divarlarında "Qorbaçov cəlladdır!", "Rədd olsun Sov.
384
İKP!", "İşğalçılar, rədd olub gedin!" və b. şüarlar
yazılmışdı. Partiya biletlərindən tonqallar qalanmışdı.
Şəhidlər şəhərin ən uca yerində - Dağüstü parkda
dəfn edildi.
Xalqa qarşı sovet ordusunun qanlı cinayətləri isə hələ
bitmək bilmirdi. Sovet ordusunun tam döyüş hazırlıqlı
qoşun
hissələrinin
Ermənistandan
Naxçıvana
yeridilməsinə cəhd göstərildi, lakin xalq bunun qarşısını
aldı. Siyasi çevriliş edilmiş bölgələrdə ordunun köməyi ilə
kommunistlərin hakimiyyəti bərpa olundu. Ordu hissələri
Lənkərana yeridildi.
Gizlicə respublikadan qaçmış Ə.Vəzirovun
yerinə
Moskva yanvarın 24-də Ayaz Mütəllibovu Azərbaycan KP
MK-
nın birinci katibi vəzifəsinə gətirdi.
İmperiya rəhbərləri, onların yerli əlaltıları istədiklərinə
nail oldular. Bakıda fövqəladə vəziyyət, komendant saatı
tətbiq edildi. AXC MMŞ dağıdıldı, bir çox fəal cəbhəçilər
həbs olundu, ölkədən qaçdı, qeyri-leqal işə keçdi.
İmperiyanın şovinist rəhbərliyi qanlı əməlləri ilə
Azərbaycan xalqının iradəsini qıra bilmədi,
özünün
dayağı olan Kommunist Partiyasını
, Sovet hakimiyyətini
xalqın
gözündən
daha
da
saldı,
bəzilərində
"yenidənqurma"ya olan ümidi puç etdi, təsdiq etdi ki,
imperiya üçün respublikanın suverenliyi, xalqların
ləyaqəti heç nədir.
1990-
cı ilin Qanlı Yanvarı Azərbaycan xalqı üçün
təkcə
böyük faciə deyildir, ləyaqətini qorumaq üçün
mübarizə aparmağa, bu yolda qurban verməyə hazır olan
xalqın tarixində şərəfli bir səhifədir.