Xalq hərəkatını boğmaq cəhdləri. Qanlı yanvar. AXC liderlərinin 1989-cu ilin payızından başlayaraq
düşünülməmiş addımlar atması, türkçülüyə meyllərini
açıq ifadə etməsi də imperiya rəhbərlərini çox ciddi
narahat edirdi. Mərkəz belə bir təşkilatın hakimiyyətə
gəlməsinə heç vəchlə razılaşa bilmirdi.
Təcrübəsiz və hakimiyyətə can atan siyasi liderləri
"radikallar"a və "liberallar"a bölüb xalq hərəkatını
daxildən parçalamaq, seçkiləri fövqəladə vəziyyət,
komendant
saatı
şəraitində
keçirməklə
yenə
"kommunistlərin" qalib gəlməsinə nail olmaq üçün məkrli
siyasət aparılırdı.
Cəlilabadda 1989-cu il dekabrın 8-dən fasiləsiz
mitinqlər, tətillər başlandı. İnzibati orqan işçiləri xalqın
tərəfinə keçdi. Xalqın tələbi ilə raykomun 57 gün əvvəl
təyin olunmuş birinci katibi istefa verdi. Yeni katib
paytaxtdan göndərildi. Rayonda hakimiyyətə gəlmək
istəyənlər yenidən adamları qızışdırdılar. Vəziyyəti
nizama salmaq üçün dekabrın 27-də rayona gətirilən
milis dəstələri həbslər keçirdi. Qəzəblənmiş əhali hücum
edib raykomun, milisin binalarını dağıtdı, rəhbərləri döyüb
376
qovdu. Toqquşmalarda 150-dən çox adam yaralandı.
Dekabrın 29-da burada "Xalq hökuməti" adlandırılan
hökumət fəaliyyətə başladı. Müvəqqəti Təşkilat Komitəsi
və Milli Müdafiə Şurası yaradıldı.
İnsanlar
Cənubi
Azərbaycanda,
İran
İslam
Respublikasında yaşayan qan qardaşları, qohumları ilə
mədəni və iqtisadi əlaqələri, gediş-gəlişi bərpa etmək
tələbi ilə dəfələrlə rəhbər orqanlara müraciət etmişdi.
Naxçıvan MSSR kimi aztorpaqlı respublikada 17 min
kv.
m münbit torpaq sahəsi sərhədlə tikanlı məftillər
arasında qalmışdı. Bu zonadakı qədim qəbiristanlığa və
ziyarətgaha getmək mümkün deyildi. Lakin vəziyyəti
düzgün qiymətləndirməyən rəhbər dairələr tədbir
görməyə tələsmirdilər. "Sərhəd hərəkatı" isə genişlənirdi.
1989-
cu ilin dekabrında Naxçıvan MSSR-də sərhəd
boyu 9 minə qədər adam toplanmış, çadırlar qurulmuş,
tonqallar qalanmışdı. Xalq cəbhəsi dekabrın 23-də
sərhəd dəstəsinin komandirinə ultimatum göndərib
dekabrın 31-dək sərhəddən adamların müəyyən
qayd
alarla keçməsinə, qohum-qardaşları ilə əlaqə
saxlamasına imkan yaratmasını tələb etdi. Lakin razılıq
əldə olunmadı.
İmperiyanın rəhbərliyi haqq-ədalətin bərqərar edilməsi
uğrunda səsini qaldıran xalqa divan tutmağa hazırlaşırdı.
Sərhədlərin pozulması bəhanəsi də onun planlaşdırdığı
qanlı qırğına bəraət ola bilərdi. Buna görə də
sərhədçilərə müqavimət göstərməmək əmri verilmişdi.
Dekabrın 31-də saat 12-də Araz çayı boyu 137 km
Sovet-
İran sərhədində həyəcanlar başlandı. Sərhəd
qurğuları dağıdıldı. Hər iki tərəfdən sahildə toplanmış
adamlar Arazı keçib görüşdülər. 1990-cı il yanvarın 7-də
isə SSRİ-Türkiyə Respublikası sərhəddində həyəcanlar
baş verdi. Yanvarın 18-də Biləsuvar və Cəlilabad
rayonlarında sərhəd qurğuları dağıdıldı.
377
1990-
cı il yanvarın 11-də AXC Lənkəran şöbəsinin
qərarı ilə gecə raykom, daxili işlər şöbəsi, rabitə qovşağı,
mətbəə və digər dövlət müəssisələri mühasirəyə alındı,