Азярбайжан республикасы дахили ишляр назирлийи


Azərbaycan mühacirəti müharibə illərində. Milli



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə132/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   128   129   130   131   132   133   134   135   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Azərbaycan mühacirəti müharibə illərində. Milli 
legionların yaradılması. Müharibənin başlanması, ilk 
vaxtlarda alman-
faşist ordularının müvəffəqiyyətləri ilə 


356 
əlaqədar azərbaycanlı döyüşçülərin bir hissəsində yeni 
bir düşüncə tərzi yaratdı və onlar itirilmiş müstəqilliyi 
bərpa etmək uğrunda mübarizəyə başlayaraq sanki 
bolşevik Rusiyasından və Stalindən intiqam almaq 
istəyirdilər. Sovet rejimi ilə razılaşmaq istəməyən bir çox 
azərbaycanlı döyüşçülər qəsdən əsir düşür və 
Azərbaycanın milli istiqlalını yenidən bərpa etmək ümidi 
ilə alman əsgərləri ilə birlikdə bolşevizmə qarşı birgə 
mübarizə aparırdılar. Eyni zamanda bolşevik istilasından 
sonra Almaniyada və digər Avropa ölkələrində mühacir 
olmuş azərbaycanlılar Vətən həsrəti ilə yaşayırdılar. 
Mühacirlər əsir düşmüş azərbaycanlıların içərisində 
ayrıca milli legionların yaradılması və ən mühümü isə 
Almaniyanın Azərbaycanın müstəqilliyinin tanıması 
istiqamətində intensiv iş aparırdılar.
Milli legionların yaradılmasında görkəmli vətənpərvər, 
xalqını və Vətənini sevən mayor Əbdürrəhim bəy 
Fətəlibəyli-Dudənginskinin böyük xidmətləri olmuşdur. O, 
Baltikyanı döyüşlərin birində almanlara əsir düşmüş və 
1941-
ci ilin noyabrında Hitlerə məktub yazaraq 
Azərbaycan legionlarının yaradılması fikrini bildirmişdi.
Rozenberqin təklifi illə Hitler 1941-ci il dekabrın 22-də 
Milli legionların yaradılması haqqında əmr verdi. 1942-ci 
ilin baharında Milli legionların yaradılması işinə başlandı. 
İlk legionlar işğal altında olan Polşada yarandı. 
Legionlara rəhbərlik edənlərin 20-25 faizi alman zabitləri 
idi. Həmin legionlarda 1941-ci ildə Almaniyaya dəvət 
olunan M.Ə.Rəsulzadənin «Ucrəngli bayraq» əsəri əldən-
ələ gəzirdi. Sabiq legionçulardan Məhəmməd Gəngərli və 
Kərrar Ələsgərlinin məlumatlarına gorə «Boz qurd», 
«Cavad xan», «Aslan» və b. taburlarda qruplaşdırılan 
Azərbaycan legionerlərinin sayı 70 mindən cox idi.


357 
Bütün legionerlər alman forması geyinməyə məcbur 
edilirdi. Lakin onların sol qollarında üçrəngli bayrağımız 
və ay-ulduz həkk olunmuş fərqlənmə nişanı var idi. 
Bu döyüşlərdə F.Dudənginski xüsusilə fərqlənmişdi. 
Azərbaycanlı 
legionerlərin 
bu 
uğurları 
alman 
komandanlığı tərəfindən yüksək qiymətləndirilmişdi. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin