Азярбайжан республикасы дахили ишляр назирлийи


Müharibə illərində milli diviziyaların və legionların



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə131/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   127   128   129   130   131   132   133   134   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Müharibə illərində milli diviziyaların və legionların 
yaradılması, azərbaycanlı döyüşçülərin cəbhədə, 
partizan və antifaşist müqavimət hərəkatında iştirakı. 
Müharibənin elə ilk dəqiqələrində faşist ordularının 
basqınına məruz qalmış əfsanəvi Brest qalasının 
müdafiəsində 40 nəfərdən çox həmyerlimiz iştirak 
etmişdi.
Böyük Vətən Müharibəsi illərində Azərbaycanda 
yaradılan dörd milli diviziya – 77-ci, 223-cu, 402-ci və 
416-
cı diviziyalar şərəfli döyüş yolu kecərək Azərbaycan 
xalqının və Böyük Vətən Müharibəsi tarixinə qızıl hərflərlə 
daxil oldu. Bu diviziyalardan başqa 227-ci və 271-ci 
diviziyalar da komplektləşdirildi ki, onların da şəxsi 
heyətinin 30%-dən 70%-ə qədəri azərbaycanlı idi. 
Simferopolun azad edilməsində göstərdiyi qəhrəmanlığa 
görə 77-ci diviziyaya SSRİ Ali Soveti Rəyasət Heyətinin 
24 aprel 1944-
cu il tarixli Fərmanı ilə «Simferopol 
diviziyası» fəxri adı verilmiş, onun şərəfinə Sapundağda 
abidə ucaldılmışdı. Suvorov ordenli 77-ci diviziya 
müharibə illərində 10.900 km-lik döyüş yolu keçmiş, 
yüzlərlə kənd və şəhəri faşistlərdən azad etmişdir. 
416-
cı Suvorov ordenli Taqanroq atıcı diviziyası 1942-
ci il noyabrın 30-dan 1945-ci il mayın 2-dək olan dövrdə – 
27 ay fasiləsiz vuruşmalarda 2500 km-dən artıq şərəfli 


355 
döyüş yolu keçmiş, 7900 kv.km–lik Sovet ərazisini 
düşməndən azad etmiş, 40 çayın uzərindən adlamış, 
düşmənin 22 mindən artıq canlı qüvvəsini məhv etmiş, 
5474 nəfəri əsir götürmüş, onlarla tankını, 195 topunu, 
210 pulemyotunu, 31 minomyotunu, 800 atəş nöqtəsini, 
68 anbarını məhv etmiş, 17 tank, 8 özüyeriyən qurğu, 
297 top, 1067 əl pulemyotu, 818 avtomaşın, 240 parovoz 
ələ keçirmişdi. 416-cı diviziyanın 8 döyüşçüsü Sovet 
ittifaqı Qəhrəmanı adını almış, 11 nəfəri Lenin ordeni, 
358 nəfəri Qırmızı Bayraq ordeninə layiq görülmüşdü.
Ukrayna ərazilərinin alman – faşist işğalçılarında azad 
olunmasında fəal iştirak edən 223-cu Azərbaycan 
diviziyası Bolqarıstanın, Macarıstanın, Rumıniyanın, 
Yuqoslaviyanın azad edilməsində böyük xidmətlər 
göstərmişdir. Bu diviziya Yuqoslaviyanın paytaxtı Belqrad 
uğrunda göstərdiyi rəşadətə gorə “Belqrad diviziyası” 
fəxri adına layiq görülmüşdü. 223-cu diviziya 3660 km 
qəhrəman döyüş yolu keçmiş, 8200 kv km ərazini 
işğalçılardan azad etmiş, düşmənin 55 min əsgər və 
zabitini məhv etmiş, faşistləri ağır itkilər verməyə məcbur 
etmişdir. 
271-
ci 
Azərbaycan 
diviziyası 
Polşanın 
və 
Çexoslovakiyanın faşistlərdən təmizlənməsi uğrunda 
aparılan 
döyüşlərdə 
fərqlənmişlər. 
1943-cu 
ilin 
sentyabrında 
”Donetsk” 
əməliyyatında 
göstərdiyi 
rəşadətə gorə 271-ci diviziyaya fəxri “Qorlovka“ adı 
ve
rilmişdi.
Şəxsi heyətinin 70 faizə qədəri azərbaycanlı olan 227-
ci atıcı diviziya Taman yarımadasının faşistlərdən azad 
edilməsində fərqləndiyinə gorə ona «Temyurq» fəxri adı 
verilmişdi.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin