353
və müasir hərbi təcrübəyə
malik olan alman-faşist
orduları, «Barbarossa planı» əsasında ildırım sürətilə
SSRİ-yə 3 istiqamətdə – «Şimal», «Mərkəz» və «Cənub»
istiqamətlərdə hücuma keçdi, çox qısa zamanda
Pribaltikanın, Ukrayna
və Belarusiya SSR-nin xeyli
hissəsini, Krımı ələ kecirdi, Moskva istiqamətində
irəliləməyə başladı. Almaniya Barents dənizindən Qara
dənizədək 5 min kilometrlik cəbhə boyu irəliləyirdi.
Beləliklə, SSRİ üçün Böyük Vətən Müharibəsi başlandı
və SSRİ xalqları 1418 gün ağır sınaqlara,
dözülməz
məşəqqətlərə, qəhrəmancasına sinə gərdi.
«Edesveys» planına görə Qafqazın işğalı feldmarşal
Listin «A» qrupu ordusuna tapşırılmışdı. Həmin plana
görə Qafqaz 5 işğal rayonuna bölünməli idi. Onlardan biri
də Azərbaycan rayonu idi. Qafqaz uğrunda döyüşlərdə
«Ost» planında Bakının işğalı 1941-ci il sentyabrın 25-nə
müəyyən edilmişdi.
ABŞ və İngiltərənin Qafqaz
siyasətində Azərbaycan
və Bakı neftinə sahib olmaq marağı özünü qabarıq
göstərirdi. ABŞ və İngiltərə hər vasitə ilə Azərbaycana və
Bakıya yiyələnməyə, onu özünün nüfuz dairəsinə
çevirməyə
ciddi
cəhdlər
göstərirdilər.
Onların
hazırladıqları «Vilvet» planına görə Sovet ordusu
Qafqazdan çıxarılıb Stalinqrada aparılmalı,
burada isə
faşistlərə qarşı ingilis-amerikan hərbi hissələri vuruşmalı
idi. Beləliklə, Azərbaycan və xususən Bakı nefti istər
düşmən qüvvələrinin və istərsə də «müttəfiqlərin» xarici
siyasət diplomatiyasında və işğalcılıq planlarında
diqqət
mərkəzində idi.
Müharibənin ilk günündən Azərbaycan xalqı «Hər şey
cəbhə ucun, hər şey qələbə ucun!» şüarı ilə alman
faşizminə qarşı mübarizəyə qalxdı. 1941-1945-ci illərdə
Azərbaycandan orduya 700 minə qədər adam səfərbər
olunmuşdu ki, onların 11 mindən çoxu qadın idi.
354
Ölkədə istehsal edilən neftin 70-75%-ni,
aviasiya
benzini istehsalının 85-90%-ni Bakı verirdi. Ümumiyyətlə,
müharibə illərində Bakı neftçiləri 75 milyon ton neft, 22
milyon ton benzin, 22 milyon ton sürtgü yağları, 6,5
milyard kubmetr qaz
istehsal etmişdilər.
1941-1943-
cu illərdə Azərbaycan xalqı
ölkənin
müdafiə fonduna 15,5 kq qızıl, 952,5 kq gumuş, 311
milyon manatlıq istiqraz verdi, müharibə dövründə 1,5
milyard manatlıq istiqraz və lotereya aldı, tank və təyyarə
dəstələri fonduna 230 milyon manat pul ayırdı.
Dostları ilə paylaş: