Əlyazması hüququnda



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə13/23
tarix05.11.2022
ölçüsü1,15 Mb.
#67565
1   ...   9   10   11   12   13   14   15   16   ...   23
isgenderzade-tural

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
7
 
http://referat.ilkaddimlar.com/d_word_refe_malkr_4388.doc
 


44 
 
2.2. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sığorta Nəzarəti 
Xidməti və onun fəaliyyətinin təhlili 
Sığorta fəaliyyəti olduqca məsuliyyət tələb edən bir iĢdir. Sığorta Ģirkətləri 
özlərinin deyil, digər Ģəxslərin pul vəsaitinə sərəncam verir. Milyonlarla vətəndaĢın 
həyatı, sağlamlığı və daĢımazəmlakı ilə əlaqədar maddi vəziyyəti onlardan asılı ola 
bilər. Əlbəttə ki, iri məbləğdə, özü də baĢqasının vəsaitləri ilə iĢləyən Ģəxslərin yüksək 
savad , təcrübə və Ģəxsi xarakterlərə malik olması vacibdir. Bu baxımdan sığortaçının 
maliyyə dayanıqlığının və yüksək ixtisaslı kadr heyətinin, habelə səmərəli daxili 
nəzarət mexanizminin mövcudluğu tələb olunur. 
Məhz bütün bu səbəblərdən sığorta sektorundakı fəaliyyətə nəzarət edən dövlət 
orqanı mövcuddur ki, həmin orqana qanunvericilikdə sığorta nəzarəti orqanı deyilir. 
Əvvəlki fəsillərdə sığorta nəzarəti orqanının bəzi imtiyazları haqqında məlumat 
verilmiĢdir. 
Lakin 
sığorta 
nəzarəti 
orqanının 
iĢi 
sığorta 
Ģirkətlərinin 
lisenziyalaĢdırılması və vətəndaĢların Ģikayətlərinə baxılması ilə bitmir. 
Sığortalıların ərizə və Ģikayətlərinə baxılması: Sığorta nəzarəti orqanının 
fəaliyyətinin əsas hədəflərindən biri sığortalıların hüquq və mənafelərinin 
müdafiəsidir. Belə ki, sığortaçı tərəfindən hüquqlarının tapdalandığını hesab edən hər 
bir Ģəxs Ģikayət ərizəsi ilə sığorta nəzarəti orqanına ərizə ilə müraciət edə bilər. Bunun 
üçün sığortalılar və (və ya) sığorta olunanlar sığorta Ģəhadətnaməsində qeyd olunan 
ünvana rəsmi Ģəkildə müraciət etməlidirlər. Sığorta nəzarəti orqanı rəsmi Ģəkildə daxil 
olan hər bir Ģikayət ərizəsini araĢdırır və əgər sığortalının hüquqları pozulubsa və 
ərizəsi əsaslıdırsa, bu zaman onun pozulmuĢ hüquqlarının bərpa olunması müvafiq 
tədbirlər həyata keçirir. 
Hüquqi sənədlərin tərtib oluması. Sığorta nəzarəti orqanı yalnız sığortaçıların 
deyil, təkrarsığortaçıların və sığorta vasitəçilərinin də fəaliyyətinə nəzarəti həyata 
keçirir. Sığorta nəzarəti orqanı eyni zamanda sığorta fəaliyyətini tənzimləmək üçün 


45 
normativ hüquqi bazanın, yəni qanun layihələrinin hazırlanmasında, qaydaların 
və digər tənzimləyici sənədlərin qəbul edilməsində ixtisaslaĢmıĢ bir orqandır. 
RazılaĢaq ki, bu sahə ilə müstəsna olaraq məĢğul olduğu üçün bazarın və vətəndaĢların 
maraq və mənafelərini həmin layihələrdə nəzərə almaq sığorta nəzarətinin həyata 
keçirilməsinə birbaĢa daxildir. O, bu sənədləri hazırlayarkən beynəlxalq təcrübəni, 
xüsusilə də müasir mütərəqqi tendensiyaları öyrənərək nəzərə alır, bunun üçün sığorta 
sahəsində beynəlxalq təĢkilatlara üzv olur, beynəlxalq tədbirlərdə, təlim kurslarında 
iĢtirak edir, dünyada tanınmıĢ və təcrübəli sığorta mütəxəssisləri ilə əməkdaĢlıq edir, 
onların bilik və təcrübəsindən yararlanmaq üçün məsləhətləĢmələr aparır və öyrənilən 
mütərəqqi təcrübələri yerli Ģəraiti nəzərə almaqla tətbiq edir. 
LisenziyalaĢdırma. Ġndi isə sığorta nəzarəti orqanının nəzarət prosesində hansı 
məsələlərə diqqət yetirdiyinə baxaq. Bir çox digər kommersiya müəssisələrindən fərqli 
olaraq sığorta Ģirkəti təsis edilərkən yalnız dövlət qeydiyyatından keçməsi tələb 
olunmur. O adi bir müəssisə deyil. Üzərinə götürdüyü öhdəlikləri ödəmək üçün kifayət 
qədər maliyyə vəsaitinə malik olmalı, Ģirkəti idarə edəcək Ģəxslərin bu sahədə müvafiq 
biliyi, təcrübəsi, habelə müəyyən Ģəxsi keyfiyyətləri olmalıdır, Ģirkətin yaxın bir neçə 
ildə həyata keçirəcəyi fəaliyyəti planlaĢdırılmalıdır. Sığortaçının bütün bu və digər 
tələblərə 
cavab 
verməsini 
təmin 
etmənin 
ən 
optimal 
vasitəsi 
kimi lisenziyalaĢdırma çıxıĢ edir. Sığorta fəaliyyəti ilə məĢğul olmaq niyyətində olan 
hüquqi Ģəxs qanunda lisenziya almaq üçün nəzərdə tutulan bütün tələblərə cavab 
verməsini təsdiq edən sənədləri sığorta nəzarəti orqanına təqdim etməlidir.
8
(3) 
Yoxlamaların aparılması. Beləliklə, yarandığı ilk andan müvafiq orqanın 
nəzarətində olan sığortaçı öz fəaliyyətini həyata keçirmək üçün ilk növbədə maliyyə 
sabitliyinə malik olmalıdır. Bu o deməkdir ki, müĢtərilərinə qarĢı olan bütün 
öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirməsi üçün sığorta Ģirkətinin sərəncamında 
daim lazımi məbləğdə maliyyə vəsaitləri olmalıdır. Əks halda, hər hansı bir sığorta 
Ģirkətinin iflasa uğraması nəticəsində çoxlu sayda insanların, habelə müəssisələrin 
hüquqları pozula bilər. Bunun qarĢısının alınması üçün qanunvericiliklə sığortaçıların 
8
Bağırov D.A. Maliyyə. dərslik. Bakı , 2006, 412səh


46 
maliyyə dayanıqlığının və ödəmə qabiliyyətinin qorunub saxlanması ilə bağlı 
normativlər, kapitallarının minimum məbləğinə qoyulan tələblər, habelə sığortalılardan 
toplanan sığorta haqlarının etibarlı investisiya edilməsi qaydaları və s. müəyyən edilir 
ki, bütün bunlara riayət edilməsi sığorta nəzarəti orqanının nəzarəti altındadır. 
Sığortaçıların bu qaydalara və digər müvafiq qanunlara əməl edib-etməməsini, 
eləcə də maliyyə dayanıqlığının qanunvericiliyə uyğun təmin edilib-edilməməsini 
müəyyən etmək üçün nəzarət orqanı Ģirkətlərdən hesabatlar alır, onlarda müntəzəm 
yoxlamalar aparır. 
Vəzifəli Ģəxslərin uyğunluğuna nəzarət. Sıgorta nəzarəti orqanı həm də 
sığortacıların rəhbər vəzifələrində çalıĢan Ģəxslərin iĢə uyğun gəlməsi məsələsini də öz 
nəzarətində saxlayır. Hər bir sığorta Ģirkəti öz rəhbərlərini təyin etməzdən əvvəl 
nəzarət orqanı həmin vəzifələrə namizədlərin təhsilinin və iĢ stajının uyğunluğunu, 
iqtisadi və mülkiyyət sahəsində cinayət(və ya cinayətlər) törədib-törətməməsini 
müəyyən etmək üçün araĢdırmalar təĢkil edir. 
Daha sonra həmin Ģəxslər sığorta haqqında biliklərini təsdiq etmək üçün 
müvafiq imtahandan keçməlidir. Sığorta nəzarəti orqanı yalnız imtahandan uğurla 
keçən və qanuna uyğun təhsilə və iĢ təcrübəsinə malik olan namizədin müvafiq rəhbər 
vəzifəyə təyin olunmasına razılıq verir. 
Sıgorta vasitəcilərinə nəzarət. Sıgorta bazarında yalnız sıgortacıların rəhbər 
vəzifələrinə namizədlərin deyil, bu bazarda mühüm rol oynayan sıgorta vasitəcilərinin 
də keyfiyyətinə nəzarət olunur. Bildiyiniz kimi sıgorta vasitəciləri, yəni sıgorta 
agentləri və sıgorta brokerləri sıgortalılarla sıgortacıları əlaqələndirməklə 
kifayətlənməyib, onların sıgorta müqaviləsini baglamaq və hansı öhdəliklərlə 
imzalamaq qərarlarına təsir göstərə biləcək Ģəxslərdir. 
Siz hansı həyat sığortası Ģirkətilə, hansı sığorta növü üzrə, hansı Ģərtlərlə 
müqavilə bağlamaq haqqında düĢünərkən bir vasitəçiyə ehtiyacınız olacaq. Çünki bu 
məsələləri izah etmək onların birbaĢa vəzifəsidir. Həmin vasitəçiləri tapmaq o qədər də 
çətin deyil, belə ki, sığorta bazarının professional iĢtirakçılarının reyestrini aparan 
sığorta nəzarəti orqanının saytında sığorta agentlərinin və brokerlərin də reyestri 


47 
yerləĢdirilir. Reyestr cədvəlində müvafiq əlaqə məlumatlarını götürməklə əlaqə 
saxlayaraq sizi maraqlandıran sualları verə bilərsiniz. Hətta əgər sığortaçı sığorta 
vasitəçisinə müvafiq səlahiyyət veribsə, sığortaçının özü ilə görüĢmədən belə sığorta 
vasitəçisi ilə müqavilənizi rəsmiləĢdirə və sığorta haqqını ona ödəyə bilərsiniz. 
Sığorta nəzarəti orqanı yalnız yaĢ, vətəndaĢ qüsursuzluğu və qanunda nəzərdə 
tutulmuĢ digər tələblərə uyğun olan və həmin orqanın keçirdiyi attestasiya 
imtahanlarından müvəffəqiyyətlə keçmiĢ Ģəxslərə sığorta agenti və sığorta brokeri 
fəaliyyətini həyata keçirmək icazəsi (lisenziyası) verir. Sığorta vasitəçiləri qismində 
fiziki Ģəxslərlə yanaĢı, hüquqi Ģəxslər də fəaliyyət göstərir. 
Sığorta qaydalarına nəzarət. Sığortalıların mənafelərinə zidd sığorta 
müqavilələrinin bağlanmasının qarĢısını almaq məqsədilə sığorta nəzarəti orqanı Ģirkət 
tərəfindən hazırlanan sığorta qaydalarının qanunvericiliyə və sığortalıların mənafeyini 
pozmayan təcrübəyə uyğunluğuna nəzarət edir. Bildiyimiz kimi sığorta qaydaları 
müqavilənin tərkib hissəsi olur. Bu səbəbdən onun Ģərtlərinin qanunvericiliyə və 
sığortalının maraqlarına uyğun olması tələb olunur. 
Qaydalar bu orqan tərəfindən nəzərdən keçirilərək razılaĢdırıldıqdan sonra 
sığortaçı həmin qaydalar əsasında müvafiq növ üzrə sığorta müqavilələri müqavilələr 
bağlamaq hüququna malikdir. 
Sanksiyalar. Sığortaçı öz fəaliyyətində qanunvericiliyin və ya sığorta nəzarəti 
orqanının tələblərini pozduqda, nəzarət orqanı ona qarĢı sanksiyalar tətbiq edir. Bu 
sanksiyaların tətbiq edildiyi hallar və qaydalar qanunvericilikdə ətraflı Ģəkildə öz 
əksini tapıb. Bu o deməkdir ki, hər bir sığortaçı öz hərəkətlərinin və ya 
hərəkətsizliklərinin onun üçün hansı mənfi nəticəyə gətirib çıxaracağından 
xəbərdardır. Sığortaçıya məlumdur ki, fəaliyyətində ciddi qanun pozuntuları aĢkar 
edildikdə, vətəndaĢların hüquqlarının və qanuni maraqlarının pozulduğu hallarda 
lisenziyasının qüvvəsinin məhdudlaĢdırılması, dayandırılması, hətta ləğvi ilə belə 
üzləĢə bilər. 
Sığorta bazarının səmərəli, etibarlı, ədalətli və sabit tərzdə fəaliyyət göstərməsi 
və sığorta sektorunun dayanıqlı inkiĢafı ücün ölkədə sığorta tənzimlənməsi və sığorta 


48 
nəzarəti sistemi mövcud olmalıdır.Hal-hazırda respublikamızda dövlət sığorta nəzarəti 
orqanı funksiyasını Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti həyata 
keçirir. Dövlət Sığorta Nəzarəti Xidməti Azərbaycan Respublikası Prezidentinin 9 
fevral 2009-cu il tarixli fərmanı ilə sığorta fəaliyyəti sahəsində dövlət tənzimləməsini 
və nəzarətini, sığortalıların, sığortaçıların və sığorta bazarının digər professional 
iĢtirakçılarının, habelə bu sahədə dövlətin hüquq və mənafelərinin qorunmasını təmin 
etmək məqsədilə yaradılmıĢdır. 

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin