Əlyazması hüququnda



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə16/23
tarix05.11.2022
ölçüsü1,15 Mb.
#67565
1   ...   12   13   14   15   16   17   18   19   ...   23
isgenderzade-tural

Şəkil 2.3 
 
Sığorta nəzarətinin məqsədi və for-maları “Sığorta haqqında” Azərbaycan 
Respublikasının qanununda öz əksini tapmıĢdır. Sığorta fəaliyyətinə dövlət nəzarəti 
sığorta haqqında qanunvericiliyin Ģərtlərinə əməl edilməsi, sığorta xidmətlərinin dügün 
təĢkil edilməsi və səmərəli inkiĢaf etdirilməsi, sığorta edənlərin, sığortalıların, digər 
tərəflərin və dövlətin hüquq və mənafelərinin təmin edilməsi, qorunması məqəsdilə 
həyata keçirilir.
 


65 
Fəsil III. Sığorta fəaliyyətinin səmərəliliyin artırılmasında nəzarət 
sisteminin təkmilləşdirilməsi istiqamətləri 
 
3.1 Sığorta fəaliyyətinin səmərəliliyin artırılmasında dövlət maliyyə 
nəzarətinin müasir tələblər səviyyəsində qurulması və effektivliyin artırılması 
metodları 
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan 2020: gələcəyə baxıĢ” 
ĠnkiĢaf Konsepsiyasının hazırlanması barədə Sərəncamına uyğun ĠnkiĢaf 
Konsepsiyasının layihəsinin hazırlanması üzrə həyata keçirilən iĢlər geniĢ vüsət 
almaqdadır. Bu mənada iqtisadiyyatın mühüm infrastruktur sahəsi olan maliyyə 
nəzarəti sistemində öz konseptual həllini gözləyən problemlərin tədqiqi xüsusi 
əhəmiyyət kəsb edir. 
Müasir Ģəraitdə iqtisadi inkiĢafın sürətləndirilməsi və onun səmərəliliyinin 
yüksəldilməsi, istehsal proseslərinə elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqi və 
resurslardan səmərəli istifadənin təmin olunması ön plana çəkilir. Belə bir Ģəraitdə 
bütün növ məsrəflərin və əldə edilmiĢ nəticələrin uçotunun düzgün qurulması, istehsal 
proseslərinin və əldə edilən nəticələrin hərtərəfli təhlili və onların hesabatda doğru-
düzgün əks etdirilməsi iqtisadi inkiĢafın təminatverici bir amili kimi diqqət çəkir. Son 
illərdə ölkəmizdə mühasibat uçotunun və hesabatlığın islahatına, auditin və maliyyə 
nəzarətinin beynəlxalq standartlara uyğun qurulmasına xüsusi diqqət yetirilməsi də 
müəyyən mənada bu amillə əlaqədardır. Azərbaycan Respublikasının Prezidenti Ġlham 
Əliyevin sözləri ilə desək: “Biz bütün maliyyə sistemində Ģəffaflığı təmin etməliyik və 
belə olan halda, Azərbaycanda həm korrupsiyanın aradan qaldırılması məsələsi öz 
həllini tapa bilər, həm də xərclər Azərbaycanın iqtisadiyyatının inkiĢafına daha 
məqsədyönlü Ģəkildə xidmət göstərə bilər. Eyni zamanda, biz inflyasiyanın 
azaldılmasına da nail ola bilərik”. Bu istiqamətdə həyata keçirilən tədbirlərin əsas 
qayəsi Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasını, beynəlxalq 


66 
mühasibat və uçot standartlarının və beynəlxalq audit standartlarının ölkəmizdə 
reallaĢmasına zəmin yaratmaqdan ibarətdir. 
Yeni Ģəraitdə maliyyə nəzarəti təkcə pozuntuların qeydə alınması və onların 
aradan qaldırılmasına nəzarətin həyata keçirilməsi ilə məhdudlaĢa bilməz. Hər Ģeydən 
əvvəl, 
aĢkara 
çıxarılmıĢ 
kənarlaĢmaların 
yoxlanılan 
obyektdə 
iĢlərin 
yaxĢılaĢdırılmasına dair konkret təkliflərin və tövsiyələrin iĢlənib hazırlanmasına 
imkan verən səbəb-nəticə əlaqələrini müəyyənləĢdirmək zəruridir. Yəni nəzarət sadəcə 
olaraq yoxlama məqsədilə aparılmır, kənarlaĢmaları aĢkara çıxarmır, həm də onların 
(məsələn, pozuntu, oğurluq, səhvlər) meydana gəlməsinin qarĢısını alır, mənfi meyllər 
risqlərini azaldır. 
Mövcud nəzarət sisteminin təkmilləĢdirilməsi və nəzarət mexanizmlərinin bazar 
iqtisadiyyatının xüsusiyyətlərinə uyğunlaĢdırılması Ulu öndərimiz Heydər Əliyevin 
dövlət quruculuğu siyasətində daim diqqət mərkəzində saxlanılan məsələlərdən biri 
olmuĢdur. 
Beynəlxalq standartlara cavab verən nəzarət mexanizmini tətbiq etmək 
məqsədilə “Dövlət nəzarəti sisteminin təkmilləĢdirilməsi və sahibkarlığın inkiĢafı 
sahəsində süni maneələrin aradan qaldırılması haqqında” Azərbaycan Respublikasının 
Prezidenti tərəfindən imzalanmıĢ Fərman iqtisadiyyatımızda demokratik prinsiplərin 
bərqərar olunması baxımından müstəsna əhəmiyyət kəsb etmiĢdir. 
Azərbaycan Respublikasında dərin sosial-iqtisadi dəyiĢikliklərin getdiyi, büdcə 
və vergi intizamının möhkəmləndirilməsinin dövlət siyasətində üstünlük təĢkil etdiyi, 
azad və sosialyönümlü vətəndaĢ cəmiyyətinin bərqərar olduğu indiki Ģəraitdə maliyyə 
nəzarətinin, o cümlədən auditin rolu ikiqat artır. Bu mənada heç də təsadüfi deyildir ki, 
audit sisteminin islahatı “Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində 
islahatlar aparılması üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan 
Respublikası Prezidentinin Fərmanında müasir Ģəraitdə dövlət quruculuğunun dörd 
əsas istiqamətindən biri kimi qarĢıya qoyulmuĢdur. 
Azərbaycan Respublikasının azad, demokratik inkiĢaf yoluna qədəm 
qoymasından sonra ölkədə həyata keçirilən radikal iqtisadi islahatlar və idarəetmə 


67 
sisteminin təkmilləĢdirilməsi, xəzinədarlıq sisteminin yaradılması, nazirlik, komitə və 
baĢqa mərkəzi icra hakimiyyəti orqanlarında mövcud olan nəzarət-təftiĢ qurumlarının 
ləğv olunması, dövlət orqanlarına onların öz səlahiyyətlərinə aid olmayan yoxlamalar 
aparılmasının qadağan edilməsi və bu istiqamətdə ardıcıl Ģəkildə həyata keçirilən digər 
məqsədyönlü tədbirlər ölkədə beynəlxalq standartlara cavab verən maliyyə nəzarəti 
sisteminin qurulmasını zərurətə çevirdi. 
Azərbaycan maliyyə Ģəffaflığının təmin olunması, maliyyə nəzarətinin müasir 
dövrün tələblərinə uyğun qurulması istiqamətində yüksək hüquqi bazaya malik olan 
ölkələr arasında özünə layiqli yer tutmuĢdur. Korrupsiyaya qarĢı mübarizə üzrə Dövlət 
Proqramı, “ġəffaflığın artırılması və korrupsiyaya qarĢı mübarizə üzrə Milli 
Strategiya” və digər normativ hüquqi sənədlərin qəbul olunması onu göstərir ki, 
Azərbaycan dövləti tərəfindən ölkədə maliyyə Ģəffaflığının təmin olunmasına böyük 
əhəmiyyət verilir. 
Prezident Ġlham Əliyevin iqtisadi siyasətində Ģəffaflıq kateqoriyası onun 2007-
ci il 28 iyul tarixli sərəncamı ilə təsdiq edilmiĢ “ġəffaflığın artırılması və korrupsiyaya 
qarĢı 
mübarizə 
üzrə 
Milli 
Strategiya”da 
özünün 
sistemli 
həllini 
tapmıĢdır. Ümumiyyətlə, bütün sahələrdə olduğu kimi, Ģəffaflığın təminatı 
istiqamətində də Prezident Ġlham Əliyevin siyasəti öz sistemliliyi, kompleksliyi və 
dönməzliyi ilə səciyyələnir. 
Qeyd etmək lazımdır ki, maliyyə fəaliyyətinin qanuniliyini, səmərəliliyini və 
məqsədəmüvafiqliyini təmin etmək məqsədilə ölkədə maliyyə nəzarəti sahəsində həyata 
keçirilən iqtisadi islahatlar və dövlət quruculuğu çərçivəsində dəyiĢikliklər 
aparılmıĢdır. Bir tərəfdən mövcud nəzarət orqanları ləğv edilmiĢ, digər tərəfdən isə 
bazar iqtisadiyyatı tələblərini özündə ehtiva edən yeni qurumlar və fəaliyyət sahələri 
təĢəkkül tapmıĢ, dövlət maliyyə nəzarəti gücləndirilmiĢdir. 
Maliyyə nəzarətinin konseptual əsasları iĢlənərkən onun əsas vəzifə və 
funksiyalarının düzgün müəyyənləĢdirilməsi çox önəmlidir. Bu mənada fikrimizcə 
aĢağıda göstərilənlər diqqət mərkəzində olmalıdır: 


68 
1.Maliyyə resurslarının ayrılmasının və istifadə olunmasının qanuniliyini, 
məqsədəmüvafiqliyini, tamlığını, vaxta uyğunluğunu və məqsədli təyinatını aĢkara 
çıxarmaq; 
2.Ġqtisadi subyektlərin maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyindən, 
məqsədəmüvafiqliyindən və səmərəliyindən kənarlaĢmaları, həmin əməliyyatların 
uçotda əks etdirilməsinin düzgünlüyünü (qoyulmuĢ qaydalara uyğunluğunu), tamlığını 
və vaxta uyğunluğunu, hesabatın mötəbərliyini müəyyən etmək; 
3.Təsərrüfat subyektlərinin büdcə və büdcədənkənar fondlarla hesablaĢmalarının 
müəyyən edilmiĢ qaydada aparılıb-aparılmamasını təyin etmək; 
4.Əsas sərəncamçılar, icraçılar və büdcə vəsaitlərini alanlar tərəfindən dövlət 
vəsaitlərinin (təxsisatlarının) ayrılması, bölüĢdürülməsi, alınması, istifadə olunması və 
qaytarılması qaydalarına riayət edilməsinin yoxlanması; 
5.Bütün növdən olan tədiyələrin və təsdiq edilmiĢ büdcə təxsisatlarının düzgün 
və iqtisadi cəhətdən əsaslandırılmıĢ Ģəkildə bölüĢdürülməsinə nəzarət. 
6.Dövlət büdcəsinin və büdcədənkənar fondların gəlir və xərc maddələrinin 
icrasının tamlığına, vaxta müvafiqliyinə, struktur uyğunluğuna və məqsədli təyinatına 
nəzarət. KənarlaĢmaların aradan qaldırılması və bütövlükdə büdcə prosesinin 
təkmilləĢdirilməsi üzrə təkliflərin hazırlanması; 
7. Dövlət idarələrində, dövlətin tam və ya qismən iĢtirakı olan, yaxud dövlətin 
fəaliyyəti ilə bağlı olan (öz fəaliyyətində dövlət mülkiyyətindən istifadə edən, dövlət 
sifariĢlərini və vəzifələrini yerinə yetirən, dövlət tərəfindən təminatlar, zəmanət alan və 
digər formalarda təchiz olunan, dövlət hakimiyyəti orqanlarının verdiyi maliyyə və 
material vəsaitlərindən istifadə edən, dövlətin verdiyi vergi, gömrük və digər güzəĢt və 
üstünlüklərə malik olan və s.) təĢkilatlarda maliyyə vəziyyətinin, idarəetmə və nəzarət 
sistemlərinin səmərəliyinin qiymətləndirilməsi; 
8.Ġdarəetmənin və fəaliyyətin səmərəliyinin yüksəldilməsi, qeyri-rasional 
məsrəflərin qarĢısının alınması və maya dəyərinin aĢağı salınmasının ehtiyat 
mənbələrinin aĢkara çıxarılması variantlarının iĢlənib hazırlanması. 


69 
Son dövrlərdə dövlət maliyyə nəzarətinin cəmiyyətin həyatında rolunun 
durmadan artması çirkli pulların leqallaĢdırılması ilə mübarizədə özünü büruzə verir. 
Beynəlxalq təcrübə göstərir ki, kirli pulların yuyulmasının qarĢı tədbirlərin görülməsi 
və bu yöndə beynəlxalq səviyyədə dələduzluq hallarına qarĢı mübarizədə maliyyə 
nəzarəti və azad auditin birgə strategiya və taktikasının iĢlənib hazırlanması nəzarətin 
bu mühüm qolları arasında qarĢılıqlı əlaqənin səmərəli qurulmasından çox asılıdır. Son 
dövrlərdə bu istiqamətdə ölkədə sistemli və təsirli tədbirlərin həyata keçirilməsinə 
baxmayaraq bir sıra ciddi problemlər hələ də qalmaqdadır ki, bu da, öz növbəsində, 
maliyyə nəzarətinin təkmilləĢdirilməsi konsepsiyasında öz həllini tapmalıdır. 
Dövlət tərəfindən belə bir konsepsiyanın hazırlanması və onun əsasında 
ölkəmizdə obyektivliyin artırılması müasir dövrdə daha da vacib önəm kəsb edir. 
Fikrimizcə, çox sаhəli bir sistеmi özündə еhtivа еdən mаliyyə nəzаrətinin аyrı-
аyrı istiqаmətlərini təkmilləĢdirməkdən öncə ölkəmizdə mаliyyə nəzаrəti üzrə vаhid 
konsеpsiyа iĢlənib hаzırlаnmаlı və bu konsеpsiyаdа mаliyyə nəzаrətinin nəticəliliyinin, 
obyеktivliyinin Ģəffаflığının və аĢkаrlığının və professionallığın, azadlılığının 
vəeffektivliyinin , iqtisаdi inkiĢаfа və təhlükəsizliyə təminаtının əsаs istiqаmətləri, 
mаliyyə nəzаrətinin sərhədlərinin , formа və üsulları, nəzаrət təĢkilatlarının hüquqi 
stаtusu, mаliyyə nəzаrəti orqаnlаrı ilə digər dövlət idаrəеtmə orqаnlаrının əlаqələrinin 
kamilləĢdirilməsi, mаliyyə nəzаrəti sаhəsində mаrаqlаrın toqquĢmаsının qаrĢısının 
аlınmаsı, hаbеlə nəzаrət qurumlаrının fəаliyyətinin iqtisаdi mеxаnizmləri müəyyən 
еdilməlidir.
13
(3) 
Bizim fikrimizə görə maliyyə nəzarəti sisteminin təĢkili üzrə aĢağıdakı 
istiqamətlər konsepsiyada öz həllini tapmalıdır. 
1) Maliyyə nəzarətinin təsirlilik Ģərtlərinin tərtib olunması və tətbiq olunması; 
2) Maliyyə nəzarəti hüdularının geniĢ əhatəliliyi təmin etmək məqsədilə 
mütərəqqi seçmə əməliyyatlarının istifadəsi; 
3) Maliyyə nəzarətinin səmərəliliyinin yüksəldilməsi və efektivliyinin təmin 
olunması; 
13
Bağırov D.A. Maliyyə. dərslik. Bakı , 2006, 412səh


70 
4) Nəticəyə yönəldilmiĢ büdcələĢdirmə və keyfiyyətlilik auditinin 
geniĢləndirilməsi; 
5) Maliyyə nəzarəti orqanlarının Koordinasiya ġurasının təĢkil olunması; 
6) Nəzarət orqanlarının he-sabatlılığının tə-kmilləĢdirilməsi; 
7) Maliyyə nəzarəti prosedurlarında ĠT-in tətbiqi və elektron nəzarət (e-nezaret) 
sisteminin təĢkil olunması; 
8) Azad (kənar) auditorların dövlət büdcəsi maliyyə nəzarətinə cəlb olunması; 
9) Ma-liyyə nəzarəti statistikasının tərtib ollunmasə; 
10) Nəzarət orqanlarının fəaliyyətinin ə sinxronizasiyası və əlaqələndirilməsi v ; 
11) PeĢə etikası məcəlləsinin və peĢə fəaliyyəti standartlarının praktikada 
tətbiqinə dair metodik məsləhətlərin hazırlanması üzrə iĢlərin təĢkil olunması və onlara 
riayət olunmasının təmin edilməsi; 
12) Dövlət orqanlarında daxili nəzarət fəaliyyətinin səmərəliləĢdirilməsi; 
13) Kadr hazırlığı sisteminin dahad effeltivləĢdirilməsi; 
14) Dünya ölkəərinin təcrübəsininin öyrənilməsi və tətbiq olunması. 
Müasir Ģəraitdə nəzarət-maliyyə mexanizminin təĢkilinin ən vacib 
problemləridən biri müstəqil audit institutu ilə dövlət maliyyə nəzarəti arasında 
qarĢılıqlı əlaqənin qurulması və onun beynəlxalq təcrübəyə əsasən təĢkilinin təmin 
edilməsidir. 
Sığorta təĢkilatlarının fəaliyyətinə beynəlxalq standartlara uyğun olaraq
nəzarət etmək üçün dövlət nəzarətinin səməeəliliyi aĢağıdakı hallarda ola bilər: 
-Düzgün və tam maliyyə, mühasibat və digər məlumatlardan istifadə edilməsi 
-Nəzarətin vaxtaĢırı və tamlığı 
- Nəzarət tərəfindən sanksiyaların tətbiq edilməsində aktivlik və çeviklik. 
Nəzarət sisteminin daha effektiv təĢkil edilməsinə “Sığorta haqqında” 
Azərbaycan Respublikasının yeni Qanununqəbul edilməsindən və sığortaya aid 
digər(icbari sığortalar haqqında qanunlar da daxil olmaqla) normativ hüquqi aktların 
beynəlxalq standartlara uyğunlaĢdırılmasından sonra nail olmaq mümkündür. 


71 
Hazırda sığorta fəaliyyətinənə nəzarət sistemi Azərbaycamn Respublikasının
Maliyyə Nazirliyinin Dövlət Sığorta nəzarəti xidməti tərəfindən aparılır.O da sığorta 
fəaliyyətinin lisenziyalaĢdırılmasından baĢqa sığorta qanun vericiliyinin dəyiĢdirilməsi 
və ona əlavələr edilməsi üçün təkliflər, sığorta bazarının bütövlüyünə və onun 
gələcəkdə inkiĢaf etdirlməsinə təsir göstərən qanunlar və qanunverici aktlar hazırlayır. 

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin