Microsoft Word pedaqogika tarixi proqram esas son doc



Yüklə 384,24 Kb.
Pdf görüntüsü
səhifə2/22
tarix11.11.2022
ölçüsü384,24 Kb.
#68611
1   2   3   4   5   6   7   8   9   ...   22
hr pt

 
 
 
Elmi redaktor: İ.İ.ƏLİYEV- pedaqoji elmlər doktoru, professor 
M.H.AĞAYEV- pedaqoji elmlər namizədi, dosent 
 
Rəyçilər:
Pedaqoji elmlər doktoru, professor Sərdar Quliyev 
Pedaqoji elmlər namizədi, professor Mircəfər Həsənov

“PEDAQOGİKA TARİXİ”
fənni üzrə
P R O Q R A M
 (Bolonya prosesi, kredit sistemi üzrə ali pedaqoji məktəblərin bakalavr pilləsi 
üçün nəzərdə tutulmuşdur) 
 
Proqram Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq 
olunmuşdur (Azərbaycan Respublikası Təhsil Nazirinin 29.06.2010-cu il 
tarixli, 879№-li əmri ) 
 
 
BAKI - 2010 
 


__________Milli Kitabxana__________ 

4
İZАHАT VƏRƏQİ 
“Pedaqogika tarixi” tərbiyə, təhsil və pedaqoji fikrin yaranması və inkişafı 
haqqında elmdir. Dünya sivilizasiyasında pedaqogika tarixinin özünəməxsus yeri 
və əhəmiyyəti vardır.
Tarix boyu hər bir xalqın özünəməxsus maarif və mədəniyyəti, pedaqoji 
fikri və düşüncəsi olmuş və bunlar dünya elm və mədəniyyətinin inkişafına daim 
öz töhfələrini vermişdir. Bu mənada böyüyən nəslin təhsil və tərbiyəsi ilə bağlı 
yaranmış baxışları, nəzəriyyə və təcrübənin inkişafına təsir göstərən pedaqoji 
ideyaları yalnız bir xalqın müstəsna xidmətlərinin nəticəsi hesab etmək olmaz. Ona 
görə də xüsusi olaraq qeyd olunmalıdır ki, dünya pedaqoji fikrinin dəyərli 
nümunələri, qiymətli fikirlər təkcə ayrı-ayrı seçilmiş xalqa və ya millətə deyil, 
ümumilikdə bəşər mədəniyyətinə məxsusdur. Ona görə də bu tarixi-pedaqoji irs 
dünya xalqları tərəfindən eyni dərəcədə öyrənilməli, tədqiq və təbliğ olunmalıdır. 
Bu indiki dövrdə -təhsilin, pedaqoji elmin qloballaşdığı bir zamanda daha böyük 
aktuallıq kəsb edir. 
Sоn illərdə rеspublikаmızın həyаtındа gеdən köklü dəyişikliklər, təhsil 
sistemində aparılan geniş islahatlar, xüsusilə аli təhsil sisteminin həm məzmun və 
həm də formaca yeniləşməsi təbii olaraq fənn prоqrаmlarının, dərslik və dərs 
vəsaitlərinin də yeniləşməsini, təkmilləşməsini, fənlərin tədrisində yeni 
texnologiyalardan, fəal təlim metodlarından istifadə edilməsini tələb edir. Bu
sahədə pedaqogika elmi aparıcı mövqedə olmaqla bərabər pеdаqоgika fənninin 
özünün və onun müxtəlif sahələrinin, o cümlədən “Pedaqogika tarixi” fənninin də 
yeni tələblər əsasında, xüsusilə tədrisin Bolonya prosesi, kredit sisteminin tələbləri 
əsasında yenidən işlənməsi zərurətini meydana gətirmişdir. Fənnin proqramının 
yeni tələblər əsasında işlənməsi həmçinin tələbələrin bu fənn üzrə “Sərbəst işlər”in 
mövzularının müəyyənləşdirilməsinə, işin yazılma qaydaları haqqında metodik
göstərişlərə, habelə məşğələlərin yeni, interaktiv metodlarla təşkilinə və keçirilmə 
metodikasına ehtiyac yaratmışdır. Beləliklə proqramın işlənməsi məhz bu 
ehtiyacların ödənilməsi tələbindən irəli gəlmişdir.


__________Milli Kitabxana__________ 

5
Qeyd edək ki, “Pedaqogika tarixi” kursunun ali məktəblərimizdə tədrisi 
yarım əsrdən artıqdır ki, pedaqoji elmlər sistemində əsas fənlərdən biri kimi uğurla 
davam edir. Bu kurs keçən əsrin 50-ci illərində ali pedaqoji məktəblərin və 
pedaqoji təmayüllü bütün tip ali və orta ixtisas məktəblərində tədris edilməyə 
başlandı. O dövrdə və bir qədər daha sonrakı dövrlərdə də “Azərbaycan məktəb və 
pedaqoji fikir tarixi” fənni ayrıca bir fənn kimi tədris edilmədiyindən “Pedaqogika 
tarixi” kursunun içində Azərbaycan məktəb və pedaqoji fikri tarixi də tədris
olunurdu. “Pedaqogika tarixi” fənninin proqramlarında da bu hal özünü göstərirdi. 
Prof. Əhməd Seyidovun “Pedaqogika tarixi” dərsliyində də Avropa, Qərb, Şərq, 
Rusiya pedaqoji fikir tarixi verilməklə bərabər, həm də genişliyi ilə Azərbaycan 
məktəb və pedaqoji fikir tarixi də verilmişdir. Bu halı tamamilə düzgün, doğru və 
təbii hesab etmək olar ki, bu da fənnin məzmununa uyğun bir tərtibat, bir 
quruluşdur. Əlbəttə, ölkəmizdə hər hansı bir fənnin, elmin tarixi öyrənilirsə bunun
Azərbaycanla, öz doğma yerinlə bağlılığını təmin etmək daha düzgün hesab edilə 
bilər. Xüsusilə “Pedaqogika tarixi” kursu dedikdə - bu hər bir ölkənin, xalqın – 
dünyanın pedaqoji fikir tarixini nəzərdə tutur ki, Azərbaycan da bu dünyanın 
içindədir və ümumi pedaqoji fikir tarixi ailəsinə daxildir. 
Türkiyədə, Rusiyada nəşr edilmiş pedaqogika tarixi dərs kitablarında 
xarici ölkələrin pedaqoji fikir tarixi öyrənilməklə yanaşı öz ölkələrinin də 
pedaqogika tarixi həmin kitablarda öz əksini tapmışdır.
Keçən əsrin 70 –ci illərində akademik Hüseyn Əhmədovun təşəbbüsü ilə çox 
dəyərli, əhəmiyyətli, tədrisi bütün ali pedaqoji məktəblərdə vacib hesab edilən 
“Azərbaycan məktəb və pedaqoji fikir tarixi” fənni tədris planlarına daxil edildi. 
İlk proqramın müəllifi də və bu sahədə ilk dərsliyin və dərs vəsaitinin müəllifi də 
akademik Hüseyn Əhmədov oldu. 
Belə bir yeni fənnin tədrisi meydana gəldikdən sonra “Pedaqogika tarixi” 
fənninin tədrisində Azərbaycan pedaqoji fikir tarixinə dair mövzular xeyli 
dərəcədə azaldı, bəzən də tamamilə çıxarıldı.
Son dövrlərdə tədris planlarının tərtibində Ali məktəblərə müəyyən qədər 
sərbəstlik verildiyindən bir çox ali pedaqoji məktəblərdə yalnız “Pedaqogika 


__________Milli Kitabxana__________ 

6
tarixi” fənninin tədrisi nəzərdə tutulmuşdur. Bəzilərində isə fənn “Məktəb və 
pedaqoji fikir tarixi” adı ilə tədris planlarına daxil edilmişdir. Belə olan halda bu 
fənlərin tədrisində həm Avropa, Rusiya pedaqoji fikri, həm də Azərbaycan 
pedaqoji fikir tarixi tədris olunmalıdır. Bizim hazırladığımız “Pedaqogika tarixi” 
tədris proqramı da məhz bu zərurətdən meydana gəlmiş, burada baş verən boşluğu 
doldurmağa xidmətdən irəli gəlmişdir.
“Pedaqogika tarixi” kursunun tədrisi bir fənni kimi pedaqoji universitet və 
institutlarda tədrisi gələcək müəllim kadrlarının hazırlığında, onların peşəkar
pedaqoqlar kimi yetişməsində böyük əhəmiyyət kəsb edir. “Pedaqogika tarixi” 
kursu tələbələrin ümumdünya pedaqoji fikri haqqında biliyini artırır,
ümumpedaqoji dünyagörüşünü genişləndirir, onlar istər xarici, istərsə də öz 
ölkəsinin keçmiş pedaqoji irsini öyrənərək ona hörmətlə yanaşır və milli iftixar
hissi keçirirlər. 
Proqramın hazırlanmasında tarixi keçmişə, xüsusilə həm Avropa, həm 
Rusiya, həm də digər ölkələrin pedaqoji fikir tarixinə, o cümlədən Azərbaycan 
pedaqoji fikir tarixinə müstəqillik dövrümüzün prizmasından, yeni pedaqoji 
təfəkkür baxışından yanaşılmışdır. 
Proqramda bir çox tədris mövzuları yeniləşmiş, təkmilləşmiş, bir sıra yeni 
mövzular, daxil edilmiş, bəzi mövzular isə redaktə edilmişdir.
Proqramda ilk dəfə olaraq kredit sisteminin tələblərindən irəli gələn 
tələbələr üçün “Sərbəst işlər”in mövzuları, ədəbiyyat siyahısı və yazılma 
qaydaları, işin əvvəlindən sonunadək hazırlanma metodikası verilmişdir.
Bu kursun tədrisində tələbələr həm Avropa, həm Rusiya, həm də Azərbaycan 
pedaqoji fikir tarixinin keçən əsrin görkəmli nümayəndələrinin pedaqoji irsini 
öyrənir, həmçinin pedaqogika müəlliminin rəhbərliyi altında müаsir təhsil 
prоblеmləri ilə, dövrümüzün pedaqoq alimlərilə tanış olur, müqayisələr aparır və 
gələсəyə düzgün prоqnоzlаr vеrmək imkаnı qаzаnır. Necə ki, yaxşı demişlər,
keçmişi bilmədən bu günü və gələcəyi dəyərləndirmək olmaz. Tarix həqiqətin 
anasıdır. 


__________Milli Kitabxana__________ 

7
Tələbələr bu kursun öyrənilməsində həmçinin proqramda göstərilən “Sərbəst 
iş” mövzularından seçərək müstəqil elmi iş yazaraq biliklərini daha da 
genişləndirir və bu da öz növbəsində mövzunun daha da yaxşı mənimsənilməsinə 
kömək edir. 


Yüklə 384,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin