Arif MƏMMƏDLİ
BÖYÜK ELMİ ŞURADA
U
lu öndərin siyasi
kursunun layiqli
davamçısı Prezident İlham
Əliyevin diqqət və qayğısının
nəticəsində ölkə səhiyyəsində
uğurla aparılan islahatları, tibb
müəssisələrinin maddi-texniki
bazasının təkmilləşdirilməsini,
təchizat və kadr hazırlığı
ilə bağlı görülmüş işləri hər
bir Azərbaycan vətəndaşı öz
həyatında hiss edir.
Bütün bu görülmüş işlərin
məntiqi nəticəsidir ki, son 10 ildə
Azərbaycanın tibb müəssisələrində
böyrəkköçürmə əməliyyatları uğur-
la aparılır. Bu səbəbdən ölkəmizdə
böyrəkköçürmə əməliyyatlarının
sayı artırmışdır. Təkcə 2013-cü
ildə respublikada 60, o cümlədən
dövlət xəstəxanalarında 57 belə
əməliyyat icra olunmuşdur.
Mərkəzi Neftçilər Xəstəxana sının
(MNX) cərrahiyyə və orqan trans-
plantasiyası şöbəsinin həkimləri
bu günlərdə daha bir uğurlu
böyrəkköçürmə əməliyyatına imza
atmışlar. Xroniki böyrək çatış-
mazlığından uzun müddət əziyyət
çəkən 6 yaşlı Gəncə sakini Cavid
Axundova öz babasının böyrəyi
köçürülmüşdür. Həkimlər dializ
proqramına girmədən xəstənin
üzərində əməliyyat aparmışlar. Bu,
xəstəxana tərəfindən indiyədək
dializə girmədən aparılan 31-ci
əməliyyatdır. Donor əməliyyatı mü-
asir laparoskopik üsulla icra olun-
muşdur.
Qeyd edək ki, xroniki böyrək
çatışmazlığından əziyyət çəkən
insanların hemodializ müalicəsi
ilə təmin olunması da son illər
səhiyyənin qarşısında duran ən
çətin problemlərdən biri idi. Bu
problem də ölkə başçısının qayğı
və diqqəti nəticəsində öz həllini
tapmışdır. Hər il bölgələrdə yeni
mərkəzlər açılır. Hazırda respub-
likanın şəhər və rayonlarında
fəaliyyət göstərən 30 mərkəzdə
2300-dən artıq xəstə hemodia-
liz seansları və müvafiq dərman
vasitələri ilə tam həcmdə pulsuz
təmin olunur. Təkcə ötən ildə 9
yeni hemodializ mərkəzi açılmış və
bu müəssisələrdə 102 dializ apa-
ratı quraşdırılmışdır. Beləliklə, bu
müalicəni almaq üçün pasiyentlərin
növbə gözləmək problemi aradan
qaldırılmışdır.
Azərbaycanda tibb
müəssisələrinin maddi-
texniki bazasının
təkmilləşdirilməsi
böyrəkköçürmə
əməliyyatlarının uğurla
aparılmasını təmin
etmişdir
http://www.amu.edu.az
31 yanvar 2014-ъц ил
4
•
Artıq
5-ci
semestrdir
ki,
Azərbaycan
Tibb
Universitetində
kredit
sistemi ilə təhsil alan
tələbələrin test imtahan-
ları kompüter vasitəsilə
aparılır.
İmtahanları yüksək sə viy-
yədə təşkil etmək məqsədilə
universitetin 5 saylı korpu-
sunda iki kompüter zalı təşkil
olunub. Bu zallar son model,
güclü proqram təminatı olan
avadanlıqlarla təchiz edilib.
Zalları daimi nəzarət altında
saxlamaq üçün kameralar qu-
raşdırılıb.
İmtahanların gedişini iz lə-
mək məqsədi ilə ATU-nun
rektoru, millət vəkili, akade-
mik Əhliman Əmiraslanov
dəfələrlə virtual test mər-
kəzində olub, tələbələrlə görü-
şüb. Yanvarın 22-də bir daha
virtual mərkəzə gələn rektor
foyedə yenicə imtahandan
çıxmış bir qrup tələbə ilə aya-
qüstü söhbət etdi. O, bildir-
di ki, əvvəlki illərdə tələbələr
imtahanlardan qiymət almaq
üçün müxtəlif cür vasitələrə
əl atırdılar. “Bu da universite-
timizin qazandığı nailiyyətlərə
kölğə salır, nüfuzuna xələl
gətirirdi. İndi neçə ildir ki, im-
tahanların aparıldığı yerlər
vahid şəbəkədə birləşib və
hamı sərbəst şəkildə kompü-
ter arxasında əyləşib öz biliyini
nümayiş etdirir. Əgər imtahan
zamanı hər hansı bir neqativ
hal baş verərsə, dərhal infor-
masiyalar ötürülür və bunun
qarşısı tezliklə alınır. Artıq bir
şeyi anlamaq lazımdır ki, bu
sistemdə tələbəyə heç cür
kömək etmək mümkün deyil.
Tək variant odur ki, hər bir
tələbə yaxşı oxumalı, gündəlik
dərslərinə mükəmməl ha-
zırlaşmalı
və
imtahanlar-
da yüksək bal toplamalıdir”.
Sözünə dabam edən rektor
dedi ki, elektron imtahanların
keçirilməsi təhsildə elektron
vasitələrin, müasir informasiya
texnologiyalırının tətbiqi, elekt-
ron təhsilin həyata keçirilməsi,
dünya təhsil sisteminə inteqra-
siya, Boloniya prosesinin tam
tətbiqinə nail olmaq baxımın-
dan böyük əhəmiyyfət kəsb
edir.
Sonra Ə.Əmiraslanov im-
tahanların gedişini izləmək
məqsədi ilə virtual mərkəzdə
oldu.
Tələbələrlə qısa söhbət apa-
ran rektor yeni sistemi necə
qarşıladıqlarını
soruşduqda
onlar birmənalı olaraq bu sis-
temin daha əlverişli olduğunu
söylədilər. Tələbələr imtaha-
nın kompüter-test üsulu ilə
aparılmasını biliklərinin obyek-
tiv qiymətləndirilməsi baxımın-
dan ən optimal vasitə hesab
etdilər, heç bir subyektin im-
tahana müdaxilə etmək imka-
nının olmamasını müsbət hal
kimi dəyərləndirdilər.
İmtahanların yüksək sə viy-
yədə təşkilindən, həmçinin
ge dişindən razı qaldığını dilə
gətirən universitetin rəhbəri
tələbələrə təhsillərində müvəf-
fəqiyyətlər arzuladı.
İmtahanların gedişatı ilə bağ-
lı virtual test mərkəzinin rəh-
bəri, dosent Şahin Bay ramov
qəzetimizə
məlumat
verdi:
Hörmətli rek to ru muz, akade-
mik Əhliman Əmiraslanovun
universitetdə
qış
imta-
han sessiyasının müvafiq
təlimatlara və əsasnaməyə
uyğun keçirilməsini təmin
etmək məqsədi ilə imzaladı-
ğı əmr əsasında
2013-2014-
cü tədris ilinin qış imtahan
sessiyası dekabrın 28-dən
başlamışdır. Kredit sistemi
ilə 4500-ə yaxın tələbə qış
imtahan sessiyasında işti-
rak edəcəkdir ki, onlar da
müxtəlif fənnlər üzrə imtahan
verəcəklər. Artıq tələbələr bu
sistemə alışıb. Keçən illər qar-
şılaşdığımız problemlər ara-
dan qaldırılıb. Zalların qurulu-
şu və proqramları imkan verir
ki, biz eyni vaxtda eyni zalda
müxtəlif fakültələr üçün para-
lel imtahanlar keçirək. Yəni,
eyni fakültə tələbələri yanaşı
əyləşməyəcək. Və üstəlik, on-
lar müxtəlif fənlərdən imtahan
verəcəklər. Lap eyni fakültənin
eyni kursunun eyni fəndən im-
tahan verən iki tələbəsi yanaşı
düşsə belə, onların bir-birindən
köçürməsi alın mayacaq. Çün-
ki, test sualları fərqli variant-
larda olacaq. Kompüterləri də
elə düzmüşük ki, prosessorlar
yanda oturanın monitorunun
qarşısını tutsun.
Ş.Bayramov imtahanın şəffaf
və müdaxiləsiz keçməsi üçün
görülən digər tədbirlərdən də
danışdı: “İmtahanda iştirak
edəcək kompüterlərin informa-
siya çıxışı yoxdur, yəni onların
fleş və disk yerləri qapalıdır.
Həmçinin, bu kompüterlərin
şəbəkəyə çıxışı yoxdur. Hələlik
hansı mümkün variantlar ağlı-
mıza gəlibsə, onların qarşısını
almışıq”.
Mərkəz rəhbərinin söz lərinə
görə, ümumilikdə imtahan su-
alları çoxdur və hamısının ca-
vab variantlarını əzbərləmək
qeyri-mümkündür. Tələbə test
bankında tanış olduğu suallar-
dan yalnız 25-nə imtahanda
cavab verəcək. Yəni, tələbə
imtahana yaxşı hazırlaşsa,
bal toplaya biləcək: “Biz digər
universitetlərdə işlədilən proq-
ramlarla tanış olmuşuq. Onlar-
da tətbiq edilən proqramlara
dəyişikliklər edib keyfiyyətini
artırmışıq. Odur ki, imtahanın
yüksək səviyyədə və problem-
siz keçəcəyini düşünürük”.
Hər il olduğu kimi bu il də
proqramda yaxşılığa doğru
dəyişikliklər olub. Şəffaflığı
qoruyub saxlamaq üçün bir
sıra əlavə tədbirlər görülüb.
Xeyli fənnlər üzrə test bankı
yaradılıb. İndiyə kimi ayrı-ayrı
fənlərdən bütövlükdə 23 min
tələbə imtahan sessiyasında
iştirak edib.
I, II müalicə profilaktika
və hərbi tibb fakültələrini
bir fakültə kimi qəbul etsək
bu fakültələrdə təhsil alan
tələbələr üç bölmədə (azər-
baycan, rus və ingilis) 425
fənn üzrə imtahan veriblər.
Lakin bölmələri nəzərə alma-
saq həmin fakültələrin hər biri
ayrı-ayrılıqda 31 adda eyni
fəndən imtahan veriblər. Pedi-
atriya 8, tibbi- profilaktika 40,
tibbi biologiya 15, stomatolo-
giya 41, əczaçılıq fakültəsinin
tələbələri isə 30 adda fəndən
imtahan vermişlər.
Hazırda I və II müalicə-
profilaktika fakültələrinin V
və IV o cümlədən, Pediatriya
fakültəsinin sonuncu kursları
klassik üsulla imtahan veririlər.
Yerdə qalan bütün fakültələr
kredit sisteminin əsasında fev-
ralın 3-dək biliklərini elektron
test imtahanında sınayacaqlar
.
MƏNSUR
Tələbələr fevralın 3-dək biliklərini elektron test imtahanında sınayacaqlar
ATU-da qış imtahan sessiyası başa çatmaqdadır
Fotolar Cənnətalı Çingizindir
u Hazırda dünyada sağalmaz ciddi xəstəlikdən əziyyət çəkən hər
on nəfərdən yalnız birinə palliativ kömək göstərilir.
Palliativ
kömək
əzabların,
ağrıların,
xəstəliyin
simptomlarının
yüngülləşdirilməsinə, stressin aradan qaldırılmasına, eləcə də ailənin
dəstəklənməsinə yönələn köməkdir. Bu barədə Dünya Səhiyyə Təşkilatı
(DST) məlumat vermişdir. Təşkilat ilk dəfə “Ömrün sonunda palliativ köməyin
qlobal atlası”nı təqdim etmişdir. Hərtərəfli peşəkar kömək palliativ kömək
adlandırılır. Bu cür kömək müalicəsi məhdud və ya mümkünsüz olan insanın
həyatını yaxşılaşdırmağa çağırışdır.
Yeni tədqiqatda qeyd olunur ki, palliativ kömək ağrıların yüngülləşdirilməsi
ilə məhdudlaşmır. O həm də xəstənin özünə və yaxınlarına psixoloji, sosial və
mənəvi dəstək göstərilməsinə istiqamətlənmişdir.
DST bildirir ki, palliativ köməyə ehtiyacı olanların üçdə biri sağalmaz onkoloji
xəstəliklərdən əziyyət çəkir. Söhbət həm də şiddətlənən xəstəliyi olan, ürəyi,
ciyərləri, qaraciyəri, böyrəkləri və ya beyni zədələnmiş insanlardan gedir.
DST-in məlumatlarına görə, sağalmaz xəstələrin hər il iyirmi milyondan çoxu
palliativ köməyə ehtiyac hiss edir. Onların təxminən altı faizini uşaqlar təşkil
edir. Ağır xəstəliyin ilkin mərhələsində olan adamlar da buraya daxil edilsələr,
onda bu cür köməyə ehtiyacı olanların sayı 40 milyona çata bilər.
DST-in mütəxəssisləri diqqəti bu fakta cəlb edirlər ki, hazırda dünyanın
yalnız iyirmi ölkəsində pallaiativ köməyin lazımi sistemi inkişaf etmişdir.
u İtaliyanın “AGC Communication” xəbər portalında Azərbaycanda səhiyyə sahəsində
tətbiq olunan yeniliklərlə bağlı məqalə yerləşdirilmişdir.
Məqalədə bildirilir ki, Azərbaycan ilə İtaliya, Polşa və Litva arasında əsasən
elektrokardiaqramma və elektroensefaloqramma sahələrində yeniliklərin tətbiqinə dair
razılaşmalar əldə edilmişdir. Azərbaycanda bu istiqamətdə qazanılan nailiyyətlər Avropa
ölkələri tərəfindən yüksək qiymətləndirilir.
Məqalədə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun direktoru,
akademik Telman Əliyevin fikirlərinə də yer verilmişdir. T.Əliyev demişdir ki, azərbaycanlı
alimlər tərəfindən ürək-damar sistemi xəstəliklərinin yaranmasında gizli dövrün monitorinqi
üzrə texnologiya hazırlanmışdır. Bu yenilik səhiyyə sahəsində müsbət nəticələr əldə etməyə
şərait yaradacaqdır.
Yazıda AMEA-nın Kibernetika İnstitutunda artıq müvafiq texnologiya əsasında ürək-
damar sisteminin monitorinqinin eksperimental formasının tətbiq olunduğu bildirilir. Qeyd
edilir ki, institutun alimləri mobil telefonlar vasitəsilə bu xəstəliklərin gizli dövrünün, yaxud
dinamikasının monitorinqini həyata keçirmək üçün proqram hazırlamışlar. “Noise-monitorinq”
texnologiyası əsasında işləyəcək proqram avropalı ekspertlərlə birgə reallaşdırılacaqdır.
Hazırda yeddi Avropa ölkəsi səhiyyə sahəsində müvafiq texnologiyanı tətbiq etməyə maraq
göstərir.
Sağalmaz xəstələrin yalnız onda birinə palliativ kömək göstərilir
İtaliyanın “AGC Communication” xəbər portalında Azərbaycanda səhiyyə
sahəsində tətbiq olunan yeniliklərlə bağlı məqalə yerləşdirilmişdir
31 yanvar 2014-ъц ил
http://www.amu.edu.az
5
Hazırda bir sıra ali mək təblərdə im-
tahan sessiyaları müasir informasiya
texnologiyalarının tətbiqi nəticəsində
həyata keçirilir. Təbii ki, Azərbaycanın
təhsil sahəsinin inkişafı informasiya-
kommunikasiya texnologiyalarından
kənarda mümkünsüzdür. Yeni sistem
şəffaflığa nə dərəcədə təkan verəcək?
Ümumiyyətlə, bu sistemin üstünlüyü
nədədir? Bu suallara cavab axtardıq. İlk
müraciət etdiyimiz məkan Azərbaycan
Tibb Universiteti oldu.
Azərbaycan Tibb Uni ver si te tin də bu
yeniliklərin tətbiqi özünü nə dərəcədə
doğruldur? - sualını universitetin Virtu-
al Test Mərkəzinin direktoru Şahin
Bayramov belə cavablandırır:
- Yeni sistemin tətbiqi ən döğru
vasitədir. Bu sistemə keçid Azərbaycan
Tibb Universitetində artıq bir neçə ildir
tətbiq olunmaqdadır. Mən deyərdim
bu uğurlu iş metodologiyası ildən-ilə
təkmilləşir, tələbələrin bu sistemi daha
yaxşı formada qəbul edib imtahanı uğur-
la verməsi üçün bütün şərait yaradılıb.
Çünki burada heç bir kənar müdaxilə
yoxdur. Bu imhahan prosesində tələbə
qarşısındakı kompüterlə ona verilən
müddətdə baş-başa qalır. Ona heç kim
müdaxilə edə bilməz. Tələbə yalnız öz
biliyinə arxalanmalıdır.
Şahin Bayramov qeyd etdi ki, müa-
sir inkişaf istər təhsildə, istərsə də digər
sahələrdə daha çox müasir informasi-
ya-kommunikasiya texnologiyaların-
dan yüksək sə viyyədə faydalanmaqla
müm kün olur. Bu artıq özünü doğrul-
dan təcrübədir. Bu da informasiya tex-
nologiyaları sahəsinin bütün dünyada
olduğu kimi Azərbaycanda da kifayət
qədər strateji sahə kimi qəbul edildiyi-
nin əyani sübutudur. Artıq iqtisadiyyat-
da bu sahə ən önəmli sahələrdən biridir.
Bizim universitetdə bu yeniliklər son
illər sürətlə tət biq olunmaqdadır.
Universitetin maddi texniki ba-
zası getdikcə zənginləşən və müasir
standartlara cavab verən klinikala-
rı fəaliyyət göstərir. Burada yalnız
müalicə aparılmır, həm də müasir in-
formasiya-kommunikasiya texnologi-
yalarının köməyi ilə elmi araşdırmalar
aparılır. Xaricdəki elmi mərkəzlərlə
virtual şəkildə əlaqələr yaratmaq im-
kanları, fikir mübadiləsi aparmaq üçün
şərait yaranır. Bundan əlavə həmin
klinikalarda tədris prosesi həyata ke-
çirilir. Mənim qənaətimcə, müasir in-
formasiya-kommunikasiya texnologi-
yalarından yararlanmaq tibb təhsilinin,
ümumilikdə, Azərbaycanın təhsil sis-
teminin inkişafına, elmi yeniliklərin
bölüşdürülməsinə şərait yaradır. Mənim
fikrimcə, bizim tələbələrdə də bu müsbət
tendensiya davam edir. Onu qeyd edim
ki, Azərbaycan Tibb Universitetində
bu yeniliklərin tətbiqi uğurlu ad-
dımdır. Bu proses müsbət nəticələr
verməkdədir. İmtahanlarda sub-
yektiv müdaxilələri aradan qaldır-
mağın ən yaxşı yolu müsair tex-
nologiyaların köməyindən istifadə
edib kompüterlər vasitəsilə im-
tahanları
keçirməkdir.
Yəni
imtahanların gedişində insan
faktoru olanda istər-istəməz ob-
yektiv qiymətləndirmə çətin olur.
Hətta bu amillər bir sıra neqativ
məsələlərin ortalığa çıxmasına
səbəb olur. Deməli, ən optimal vari-
ant kompüterlər vasitəsilə imtahanın
təşkilidir və biz bu uğurlu təcrübəni
Tibb Universitetində təşkil edə bildik.
Tibb Universitetində İmta han lara
Nəzarət Qrupunun üzvü Hafiz Osma-
novun isə həyata keçirilən yeniliklər
barəsində fikirləri belədir:
- Bizim işimiz bu prosesləri yal-
nız müşahidə etməkdir. Tələbələrdən
hər kəs öz zamanında yaxınla-
şır və kompüter arxasında sərbəst
şəkildə testdə tətbiq olunan suallara
cavab yazır. Onlara hər hansı kənar
müdaxilələr qeyri-münkündür. Gör-
düyünüz kimi, hər bir tələbə yeni sis-
temin bu üstünlüklərindən istifadə
edir. 2005-ci ilin may ayında ölkəmiz
Boloniya bəyannaməsini imzalamış-
dır. Azərbaycan Tibb Universitetində
bu sistemə keçid tədricən gerçəkləşir.
Həmin sistemin tələblərinə uyğun ola-
raq kompüterlərlə test imtahan prose-
si bu gün təkmilləşərək aparılır. Vir-
tual şəkildə həyata keçirilən imtahan
prosesində tələbə yalnız öz biliyinə
etibar edir. Burada heç kimə güzəşt
olunmur. Yalnız bilik qiymətləndirilir.
Kompüter arxasında oturan tələbə yal-
nız öz gücünə arxalanaraq biliyini nü-
mayiş etdirir.
- Virtual test imtahanları hər han-
sı xoşagəlməzlikləri aradan qaldırıb
şəffaflığı təmin edə bilirmi?
- Təbii ki, bu mexanizm elədir ki, tam
şəffaflığı təmin etmək mümkündür.
Virtual test imtahanlarının ən böyük
üstünlüyü ondan ibarətdir ki, burada
qeyri şəffaflıq mümkün deyil. Biz də
də bu proses çox uğurla davam edir,
imhahan sistemi bütün xoşagəlməz
halları aradan qaldırmaqla tam forma-
da şəffaflığın təmin edilməsinə şərait
yaradır. Ümumiyyətlə, informasiya-
kommunikasiya texnologiyalarından
səmərəli şəkildə istifadə, həm imtahan-
da, həm tədris prosesində, həm də elmi
nailiyyətlərin mübadiləsində ən doğru
yoldur, optimal variantdır.
İndi isə söhbət etdiyimiz tələbələrin
bəzilərinin fikirlərini təqdim edirik:
Ələsgərli Çingiz:
Mən imtahanın bu
sistemlə keçirilməsinin tərəfdarıyam.
Bu bizim istəyimizə tam cavab verir.
Mən IV kursda oxuyuram. Artıq neçə
ildir ki, bu yeniliklər tətbiq olunur.
Oxuyan tələbə üçün bu yaxşı sistemdir.
Onu deyə bilərəm ki, burada heç bir
kənar müdaxilə etmək mümkün deyil.
Nəcəfova Sənubər:
Mən bu imtahan
sistemindən çox razı qaldım. Şübhəsiz
ki, il boyu hazırlaşan, oxuyan tələbə
üçün bu ən yaxşı vasitədir. Çünki bu-
rada insan faktoru, kənar müdaxilələr
sıfıra endirilib. Bu baxımdan mən yeni
bu sistemin müsbət tərəflərini hiss
edirəm. Ümid edirəm ki, subyektiv
müdaxilələrin aradan qaldırılması öz
müsbət nəticələrini verəcək.
Digər tələbə X.Zahidova isə bun-
ları dedi:
Bütün dərs ili ərzində ça-
lışan, oxuyan tələbə üçün heç bir
problemi yoxdur. Çünki bu imtahan
il boyu oxuduqlarımızın, qazanılan
biliklərin nəticəsidir. Ən əsası odur ki,
kənar müdaxilə yoxdur. Mən də belə
yeniliklərin tərəfdarıyam. Bu imtahan-
dan normal bal topladım. Bir sözlə, yeni
imtahan mexanizmindən razıyam.
Fact-info.az
u İnsanlıq qarşısında yaranan ən kəskin
problemlərdən biri - aclıqdır. İnsanlar üçün
əsas qida mənbəyi isə kənd təsərrüfatıdır.
Əkinçiliyin əsas istehsal qüvvəsi isə
məhsuldar torpaqlardır. Dünyada ümumi
əkin sahəsi 1 mlrd. 356 mln. hektardır.
Bütün insanları tam qida ilə təmin etmək
üçün isə 6 mlrd. 600 mln. ha yüksək
məhsuldar əkin sahəsi tələb olunduğu
iddia edilir.
Bundan əlavə, bəşəriyyətin bütün tarixi
ərzində yeni-yeni ərazilərdə məskunlaşması
müşahidə olunmuşdur. Bu zaman kənd
təsərrüfatı üçün daha əlverişli və münbit
torpaqlar mənimsənilmişdir.
Müasir dövürdə insanların məhsuldarlığa
yararlı torpaq ərazilərdə məskunlaşması,
ehtiyat üçün saxlanılan torpaqların qeyri-
əlvirişli torpaqlar olmasına zəmin yaratmışdır.
Dünyada əkinə yararlı torpaqların 50%-ə
qədəri dağılmaya və aşınmaya məruz qalır.
Böyük torpaq sahələrini yağışlar və daşqınlar
«yeyir», bu səbəbdən də münbit qatlar
yuyulur və sovrulur. Kənd təsərrüfatına yararlı
torpaqların böyük hissəsini şəhərlər zəbt edir.
Münbit torpaqlar tikintilərin, yolların, sənaye
obyektlərinin altında qalır. Beləliklə, əkinə
yararlı torpaqların sahəsinin mütləq azalması
baş verir.
Kənd təsərrüfatına yararlı torpaqlara
səhralaşma prosesi də böyük zərbə vurur. Bu
proses ən çox quraqlıq iqlimə malik əraziləri
təhlükə altına salır: bitki örtüyü məhv olur,
yüksək sürətlə torpağın erroziyasına və
yararsız hala gəlməsina zəmin yaranır. Son
nəticədə torpaqlar özünün ekoloji potensialını
tamamilə itirir. Səhralaşma prosesi ildə 6,7
mln. ha ərazini zəbt edərək, sürətlə gedir.
Hazırda 30 mln. km sahə (qurunun 19%-
i) səhralaşma təhlükəsi altındadır. Kənd
təsərrüfatına yararlı torpaqlarin sahəsinin
mütləq azalması ilə bərabər, əhali artımı ilə
bağlı nisbi azalması da baş verir.
Butün bunları nəzərə alaraq, Dünya birliyi və
BMT Təhlükəsizlik Şurası hərəkətə keçmişdir.
Və 1974-cü ildə «yaşıl inqilab» başlatmışdır.
Lakin bunun heç bir faydası olmamış, torpaq
sahələri sürətlə yararsız hala düşməkdə
davam emişdir. Bunun nəticəsindədə dünya
əhalisinin sayına uyğun təlabat ödənilməməyə
başladı. Bu isə 3 qrup insanın meydana
çıxmasına səbəb oldu. Bunlar: toxlar, yarıaclar
və aclardır. Belə ki, torpaqdan şuürsuz
istifadə dünya əhalisinin aclıq sayını gündən-
günə artırdı. Toxların sayını isə kəskin azaltdı.
Belə ki, dünya əhalisinin acları və yarımacları
minimum kaloriyə olan təlabatlarını belə,
ödəyə bilmirlər. Və buna görə də dünyada hər
il aclıq səbəbindən Yer kürəsində milyonlarla
insan tələf olur. Müasir dünya xəritəsində
ekvatordan hər iki tərəfə, Saxaradan cənuba,
demək olar bütün Afrikanı, cənub-şərqi
Asiyanı, Karib hövzəsi və cənubi Amerika
ölkələrini aclıq bürümüşdür. Dünyada hər
il 1mlrd. insan yarıac və ya aclıq həddində
yaşayır.
Bundan çıxış yolu isə ekoloqlara görə,
münbit torpaq sahələrinin tez bir zamanda
boşaldılmasıdır. Bununla əlaqədar olaraq
ABŞ-da insanlara torpaq satarkən, yalnız
qeyri-məhsuldar torpaq satmağa üstünlük və
diqqət ayrılır. Bu qayda bir çox ölkələrdədə
tətbiq edilir. Misal üçün: Çin, Afrika, İngiltərə,
Yaponiya və s. ölkələrdə belə yanaşma tətbiq
edilir. Çində isə, bundan əlavə torpaqdan
istifadə etmədən əhalinin aclarının və
yarımaclarının qidaya olan təlabatını ödəmək
üçün torpaqsız texnologiyalara üstünlük
verirlər.
(BMT-nin əhalinin qidaya olan
təlabatına istinad edilmişdir)
Yeni sistem şəffaflığa nə dərəcədə təkan verəcək?
Dostları ilə paylaş: |