Maddə 36. Azadolma məbləği və gözləmə müddəti
36.1.
Sığorta müqaviləsi ilə şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən
oluna bilər.
36.2.
Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta
ödənişi məbləğinə tətbiq olunur.
36.3.
Şərtli azadolma məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin
həcmi həmin məbləğdən çox olduqda, zərər məbləğindən azadolma məbləği çıxılmır.
36.4.
Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda, həmin məbləğ hər bir halda zərər məbləğindən
çıxılır.
36.5.
Sığorta müqaviləsində gözləmə müddəti nəzərdə tutulduqda, sığorta hadisəsi nəticəsində həmin
müddət ərzində yaranan itkilərin əvəzinin ödənilməsi sığortalının üzərində qalır.
36.6.
Şərtli gözləmə müddəti müəyyən edildikdə, sığorta hadisəsinin nəticələrinin həmin müddətə
bərabər və ya ondan artıq müddətdə davam etməsi şərti ilə sığorta tələbi və ya sığorta ödənişi sığorta
hadisəsinin baş verməsindən keçən həmin müddət qədər vaxt ərzində yaranan itkilərə də şamil edilir.
36.7.
Sığorta müqaviləsində şərtsiz gözləmə müddəti müəyyən edildikdə, sığorta tələbi və ya sığorta
ödənişi sığorta hadisəsinin baş verməsindən keçən həmin müddət qədər vaxt ərzində yaranan itkilərə
şamil edilmir.
Maddə 37. Valyuta haqqında qeyd-şərt
37.1.
Sığorta məbləğlərinin, azadolmaların və tələblərin xarici valyuta ilə ifadə olunduğu hallarda,
bütün ödənişlər Azərbaycan Respublikası Mərkəzi Bankının ödənişin həyata keçirildiyi tarixə və ya
ödənişə əsas verən sənədin tərtib edilməsi tarixinə olan rəsmi məzənnəsi əsasında Azərbaycan manatı ilə,
ya da Azərbaycan Respublikasının valyuta qanunvericiliyinə müvafiq olduğu hallarda hər hansı xarici
valyuta ilə həyata keçirilə bilər.
37.2.
Əgər sığorta ödənişinin verilməsi üçün əsas olan sənədlər Azərbaycan manatı və ya müqavilənin
valyutasından fərqli valyutada ifadə olunmuşdursa, sığorta müqaviləsinin ifadə olunduğu valyutaya
çevirmə Azərbaycan Respublikası Mərkəzi Bankının həmin sənədin buraxıldığı tarixə uyğun rəsmi
məzənnəsi əsasında həyata keçirilir.
Maddə 38. İş sirlərinin gizli saxlanılması
Sığortaçı, sığortalıya aid öyrəndiyi və ya iş prosesində öyrənəcəyi iş sirlərini gizli saxlamadığı halda
dəyən zərərə görə məsuliyyət daşıyır.
Maddə 39. Mübahisələrin həlli qaydası
Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq
danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan
Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.
Maddə 40. İddia müddəti
Sığorta şəhadətnaməsindən irəli gələn bütün tələblər Azərbaycan Respublikasının mülki qanunvericiliyi
ilə müəyyənləşdirilmiş müddətdə həll edilir.
«BakıSığorta» ASC Heyvanların sığortası qaydaları
15
SIĞORTA TARİFLƏRİ VƏ ONLARIN İQTİSADİ ƏSASLANDIRILMASI
Tarİf dərəcələri əsaslandırılarkən əvvəlcə netto-dərəcələr hesablanır. Netlo-dərəclərin
hesablanmasında aşağıdakı məlumatlardan istifadə edilir:
1)
Sığorta hadisəsinin baş vcrməsi ehtimalı (q) - 0,02;
2)
Bir sığorta müqaviləsi üzrə orta sığorta məbləği (So) - 1 000 manat;
3)
Bir sığorta hadisəsi üzrə orta sığorta ödənişi (Sö) - 700 manat;
4)
Bağlanılacaq sığorta müqaviləlorinin sayı (n) - 50.
!
Tn, Tə və Tr ilə müvafiq olaraq netto-dəracəni, onun əsas hissəsini və risk üstəliyini işarə edək. Netto-dərəcənin
əsas hissəsi 100 manat sığorta məbləğinə uyğun olaraq aşağıdakı düsturla hesablamr:
Tə = 100qSö/So = 0,02 * 100 * 700 / 1 000 = 1,4 manat.
Risk üstəliyini hesablamaq üçün təminat ehtimalını 0
,
95 götürək. Bu halda həmin ehtimala uyğun əmsal a = 1,645
olur. Risk Üstəliyi aşağıdakı düsturla hesablanır:
1/2
1/2
Tr = 1,2 * Tə * a * ((l-qV(nq)) = 1,4 * 1,2 * 1,645 * ((l-0,02)/(50 + 0,02)) - 2,73 manat
' Tn - Tə + Tr = 1,4 + 2,73 = 4,13 manat.
Tarif dərəcəsinin strukturu : netto-dərəcə - 70 %, yüklənmə - 30 %. O cümlədən, işlərin aparılması xərcləri - 28,7
%, sığorta sektorunda dövlət tənzimlənməsi və nəzarətinin həyata keçirilməsinin maliyyələşdrrilməsi - 0,3 %, tarif
mənfəəti - 1 %. Brutto-dərəcəni Tb ilə işarə edək. Onda brutto-dərəcənin hcsablanması dtisturuna əsasən
Tb - Tn /(1-0 - 4,13/(1-0,3) - 3,43 manat
Sığortanm şərtlərindən asılı olaraq tarif dərəcələri aşağıdakı həcmlərdə müəyyən edilir:
1)
İri buynuzlu mal-qara (südlük) - 1 - 8 %;
2)
İri buynuzlu mal-qara (ətlik) - 1 - 6 %;
3)
Xırda buynuzlu hcyvanlar - 2 - 8 %;
4)
Donuzlar-2,5-8%;