Anlayişlar əgər qaydaların məzmununda başqa cür nəzərdə tutulmamışdırsa, bu Qaydalarda istifadə olunan termin və ifadələr aşağıdakı mənaları daşıyır: Sığortaçı



Yüklə 355,81 Kb.
Pdf görüntüsü
səhifə3/4
tarix24.01.2017
ölçüsü355,81 Kb.
#6236
1   2   3   4

BÖLMƏ 7. ÖDƏNİLƏN ZƏRƏRLƏR 

Maddə 24. Ödənilən zərərlər 

24.1.


 

Sığortaçı, sığorta hadisəsi nəticəsində ortaya çıxan aşağıdakı xərcləri ödəyir: 

24.1.1.

 

sığorta obyektinə (sığortalanmış heyvanlara) dəyən zərər(lər)i; 



24.1.2.

 

heyvanların  sahiblərinin  üçüncü  şəxslər  qarşısında  məsuliyyəti  sığortalanıbsa, 



sığortalanmış  heyvanların  üçüncü  şəxslərin  səhhətinə  və  əmlakına  vurduqları  ziyana  görə  üçüncü 

şəxslərin iddiası ilə bağlı zərərlər. 



Maddə 25. Sığorta obyektinə (sığortalanmış heyvanlara) dəyən zərər  

25.1.


 

Sığоrtalanmış  heyvanlarla  bağlı  sığortalıya  (faydalanan  şəxsə)  dəyən  zərər  aşağıdakı  xərclərdən 

ibarətdir: 

25.1.1. sığortalanmış  heyvanlar  tələf/məhv  olduqda  (tam  məhv  olma)  -  sığorta  müqaviləsinə 

əsasən hər bir sığortalanmış heyvanın növünə və yaş qrupuna görə sığorta məbləği dairəsində;  


«BakıSığorta» ASC                                                                                                                  Heyvanların sığortası qaydaları 

 

10 



25.1.2. sığortalanmış  heyvanlar  baytar  rəyinə  əsasən  məcburi  kəs(dir)ildikdə  -  sığorta 

məbləğindən  artıq  olmamaqla,  ətin,  dərinin  və  qida  üçün  yararlı  əlavə  məhsulların  bazar  dəyəri 

miqdarında. Ətin və əlavə məhsulların qida üçün yararlı olub-olmamasını baytarlıq xidməti müəyyən edir. 

Əgər heyvanlar baytar rəyinə əsasən məcburi kəs(dir)ildikdə baytarlıq xidməti ətin və əlavə məhsulların 

qida üçün tam yararsız olduğunu təsdiq etmişdirsə, onda sığorta ödənişi bu Qaydaların 25.1.1 bəndində 

nəzərdə tutulmuş qaydada hesablanacaqdır.  

25.2.

 

Heyvanın tələf olduğu tarixdə sığortalının eyni növ və yaşda olan sığortalanmış heyvanlardan artıq 



sayda (miqdarda) heyvanı olubsa və hansı heyvanın sığortalandığını təyin etmək mümkün deyilsə, sığorta 

müqaviləsi  ilə  həmin  növdə  və  yaşda  olan  bütün  heyvanlar  üçün  müəyyən  edilmiş  sığorta  məbləği 

hadisənin  baş  verdiyi  tarixdə  sığortalının  malik  olduğu  bu  cür  heyvanların  faktiki  sayısına  bölünür.  Bu 

halda sığorta ödənişi bu Qaydaların 25.1.2 bəndi  nəzərə alınmaqla, tələf olmuş heyvanın üzərinə düşən 

məbləğdə ödənilir. Qalan heyvanlar müqavilənin qüvvədən düşmə tarixinədək müvafiq olaraq azaldılmış 

sığorta məbləğləri həddində sığortalanmış hesab olunur. 

25.3.

 

Tədarükçülər  tərəfindən  dərilərin  tam  yararsız  olması  səbəbindən  qəbul  edilmədiyi  hallarda 



təsərrüfatda  komissiyanın  sərbəst  formada  tərtib  etdiyi  məhv  edilmə  səbəbləri  göstərilməklə,  dərilərin 

məhv edilməsinə dair akt sığortaçıya təqdim edilir.       



Maddə 26. Üçüncü şəxslərə vurulmuş zərər  

26.1.  Bu  Qaydalar  və  sığorta  müqaviləsi  ilə  nəzərdə  tutulmuş  sığorta  hadisəsi  baş  verdikdə,  sığorta 

ödənişi,  sığortalıya  qarşı  irəli  sürülmüş  və  əsaslandırılmış  hesab  edilən  pretenziya  və  ya  məhkəmənin 

qüvvəyə  minmiş  qərarı  ilə  nəzərdə  tutulmuş  üçüncü  şəxslərə  vurulmuş  zərər  miqdarında  sığorta 

müqaviləsində təsbit edilən sığorta məbləği (sığortaçının məsuliyyət həddi) dairəsində müəyyən edilir.  

26.1.1. üçüncü şəxslərin əmlakına zərər vurulduqda, sığorta ödənişi, itirilən gəlir istisna olmaqla, 

əmlakın itkisi və zərər ilə əlaqədar zərərin miqdarına əsasən aşağıdakı miqdarlarda müəyyən edilir:   

a)  əmlak  tam  məhv  olduqda  -  sığorta  müqaviləsində  göstərilən  sığorta  məbləğindən  artıq 

olmamaqla, zərərə məruz qalmış əmlakın faktiki (həqiqi) dəyəri həcmində

b) əmlak və  yaxud onun hər hansı bir hissəsi zədələndikdə  - zərərə məruz qalmış əmlakın bərpa 

edilməsinə  (əvvəlki  vəziyyətinə  qaytarılmasına)  çəkilən  xərclər.  Əmlakın  bərpa  edilməsi  xərcləri 

hesablanarkən  təmir  üçün  zəruri  materialların  və  ehtiyat  hissələrinin  alınması  xərcləri  və  işlərin 

görülməsinə  ödənilən  haqq  nəzərə  alınır.  Əmlakın  bərpası  xərclərindən  təmir  prosesində  dəyişdirilən 

istifadəyə yararlı hissələrin, detalların və ləvazimatların qalıq dəyəri çıxılır. Təmir prosesində dəyişdirilən 

ayrı  hissələrin,  detalların  və  ləvazimatların  qalıq  dəyəri  sığorta  ödənişinin  məbləğindən  çıxılmalıdır. 

Bununla yanaşı istifadəyə yararlı qalıqların dəyəri sığorta hadisəsinin səbəb olduğu ucuzlaşma (köhnəlmə 

faizi) nəzərə alınaraq hesablanır.  

26.1.2. üçüncü şəxslərin səhhətinə zərər vurulduqda, sığorta ödənişinin miqdarı aşağıdakılara görə 

müəyyən edilir: 

a) səhhətinə vurulmuş zərər nəticəsində əmək qabiliyyətini itirmiş üçüncü şəxs(lər)in itirdiyi əmək 

haqqının (qazancın) miqdarı; 

b)  üçüncü  şəxs(lər)in  səhhətinin  bərpası  üçün  zəruri  olan  əlavə  xərclərin  (müalicə,  əlavə 

qidalanma,  dərmanların  alınması,  protez  qoyma,  kənar  şəxslərin  qulluğu,  sanatoriya-kurort  müalicəsi) 

miqdarı. 

26.1.3. üçüncü şəxslərin həyatına zərər vurulduqda, sığorta ödənişinin miqdarı aşağıdakılara görə 

müəyyən edilir: 

a) dəfn xərcləri; 

b)  ailə  başçısının  ölümü  ilə  əlaqədar  zərərin  əvəzini  almaq  hüququna  malik,  vəfat  etmiş  üçüncü 

şəxs  həyatda  olarkən  onun  öhdəsində  olan  və  onun  vəsaiti  hesabına  yaşamaq  hüququ  olan  şəxslərin 

üzərinə düşən hissədə (payda) vəfat etmiş şəxsin əmək haqqı (qazancı). 

26.2.  Sığortaçı  sığorta  məbləğinin  3  %  həddində  üçüncü  şəxslərin  irəli  sürdükləri  iddia  tələbləri  ilə 

əlaqədar vəkil haqqları  istisna olmaqla, məhkəmə işinin  gedişində  sığortalının  çəkdiyi  xərclərin  əvəzini 

ödəyir.  

BÖLMƏ 8. SIĞORTA ÖDƏNİŞİ 

Maddə 27. Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlər 

27.1.


 

Sığorta obyektinə dəyən zərərlərdə: 

27.1.1.

 

sığortalanmış heyvan(lar) tələf olduqda: 



 

hadisənin  baş  vermə  səbəbi  və  şəraiti  göstərilməklə,  hadisə  ilə  əlaqədar  müvafiq  səlahiyyətli 



orqanlarının arayışı və ya aktı;  

«BakıSığorta» ASC                                                                                                                  Heyvanların sığortası qaydaları 

 

11 



 

qida  üçün  yararlı  əlavə  məhsulların  (ətin,  dərinin)  satılmasından  əldə  olunan  gəlirləri  təsdiq 



edən sənədlər

 



tələf olmuş sığorta obyektinin foto şəkilləri. 

27.1.2.


 

sığortalanmış heyvan(lar) məcburi kəs(dir)ildikdə: 

 

məcburi kəs(dir)ilmənin səbəbini özündə əks etdirən baytarlıq xidmətinin qərarı (sərəncamı);  



 

baytarlıq  xidmətinin  qərarı  əsasında  qida  üçün  yararlı  əlavə  məhsulların  (ətin,  dərinin) 



satılmasından əldə olunan gəlirləri təsdiq edən sənədlər.  

27.2.


 

Sığorta  müqaviləsi  ilə  heyvanların  sahiblərinin  mülki  məsuliyyətinə  sığorta  təminatı  verildiyi 

hallarda,  sığortalanmış  heyvanların  üçüncü  şəxslərin  səhhətinə  və/və  ya  əmlakına  vurduqları  zərər  ilə 

əlaqədar sığortalıya qarşı pretenziyalar və ya məhkəmənin qüvvəyə minmiş qərarına əsaslanmış tələblər 

(bu  halda  aşağıda  göstərilən  sənədlərdən  başqa  məhkəmənin  qüvvəyə  minmiş  qərarının  surəti  də 

sığortalının ərizəsinə əlavə edilməlidir) irəli sürüldükdə: 

27.2.1. zərərçəkən  şəxsin  itirdiyi  əmək  haqqının  (qazancın)  əvəzinin  ödənilməsi  tələbi  irəli 

sürüldükdə: 

 

zərərçəkən şəxsin əmək qabiliyyətini itirmə müddəti və aldığı şikəstliyin, diaqnozun mahiyyəti 



göstərilmiş müvafiq müəssisənin tibbi rəyi;

 

 



 

zərərçəkən şəxslərin əmək qabiliyyətini itirmə dərəcəsini, o cümlədən əlillik qrupunu göstərən 



tibbi-sosial və ya məhkəmə-tibbi ekspert komissiyasının rəyi; 

 



zərərçəkən  şəxsin  qazancının  (pensiyanın,  əmək  haqqının,  təqaüdün)  miqdarını  göstərən  iş 

yerindən, sosial müdafiə fondundan və ya təhsil müəssisəsindən arayış;    

 

zərərçəkən  şəxsin  gəlirlərini  təsdiq  edən  və  itirdiyi  qazancın  hesablanmasında  nəzərə  alınan 



digər sənədlər.  

27.2.2. ailə başçısının ölümü ilə əlaqədar zərərin əvəzinin ödənilməsi tələbi irəli sürüldükdə: 

 

ölüm haqqında şəhadətnamə



 

həlak olmuş  şəxsin  öhdəsində olan və  onun vəsaiti hesabına  yaşamaq hüququ olan şəxslər və 



ailə üzvləri tərəfindən ərizə

 



ailə başçısının ölümü ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə zərərin əvəzinin 

hesablanması  üçün  həlak  olmuş  şəxsin  (aldığı  pensiya,  ömürlük  təqaüd,  rentalar  və  s.  bu  kimi) 

gəlirlərini təsdiq edən arayış; 

 



həlak  olmuş  şəxsin  sığorta  hadisəsinin  baş  verdiyi  tarixdə  öhdəsində  həddi-buluğa  çatmamış 

uşaqları olmuşdursa, doğum haqqında şəhadətnamə(lər);  

 

həlak  olmuş  şəxsin  öhdəsində  sığorta  hadisəsinin  baş  verdiyi  tarixdə  əlil  şəxslər  olmuşdursa, 



zərər  çəkmiş  şəxslərin  əlillik  dərəcəsini  göstərən  tibbi-sosial  və  ya  məhkəmə-tibbi  ekspert 

komissiyasının arayışı;  

 

həlak olmuş şəxsin öhdəsində sığorta hadisəsinin baş verdiyi tarixdə təhsil müəssisəsində təhsil 



alan  şəxslər  olmuşdursa,  zərərin  əvəzini  almaq  hüququ  olan  ailə  üzvünün  həmin  təhsil 

müəssisəsində təhsil alması barədə arayış;  

 

həlak olmuş şəxsin öhdəsində sığorta hadisəsinin baş verdiyi tarixdə kənar şəxslərin qulluğuna 



ehtiyacı olan şəxslər olmuşdursa, bunu təsdiq edən sosial təminat orqanının (tibb müəssisəsinin, 

yerli özünüidarə orqanının, məşğulluq xidmətinin arayışı) rəyi; 

 

həlak  olmuş  şəxsin  öhdəsində  sığorta  hadisəsinin  baş  verdiyi  tarixdə  onun  xəstə  qohumlarına 



baxmaqla  məşğul  olan,  işləməyən  ailə  üzvləri  olmuşdursa,  bunu  təsdiq  edən      sosial  təminat 

orqanının (tibb müəssisəsi, yerli özünüidarə orqanı, məşğulluq xidməti) arayışı.

 

27.2.3. həlak olmuş şəxsin dəfn xərclərinin əvəzinin ödənilməsi tələbi irəli sürüldükdə: 



 

ölüm haqqında şəhadətnamə; 



 

dini mərasimlə əlaqədar olan xidmətləri və dəfn üçün çəkilən xərcləri təsdiq edən sənədlər. 



27.2.4. üçüncü şəxsin əmlakına zərər vurulduqda: 

 



vurulan zərərin miqdarını təsdiq edən sənədlər; 

 



zərərə məruz qalan əmlakın foto şəkilləri. 

Maddə 28. Sığorta ödənişinin hesablanması və verilməsi qaydası 

28.1.


 

Sığortaçı  sığorta  müqaviləsi  ilə  təminat  verilmiş  hadisələr  baş  verdikdə,  sığorta  ödənişini 

sığortalının  ərizəsinə  (sığorta  tələbinə),  hadisə  ilə  əlaqədar  və  bu  Qaydaların  27-ci  maddəsinə  əsasən 

sığortaçının  tələb  etdiyi  sənədlərə  və  sığortaçının  nümayəndəsinin  tərtib  etdiyi  sığorta  aktına  əsasən 

ödəyir. 


«BakıSığorta» ASC                                                                                                                  Heyvanların sığortası qaydaları 

 

12 



28.2.

 

Sığortalanmış maraqlara vurulan zərərlərin həcmi müəyyən olunduqdan sonra sığorta ödənişinin 



hesablanması aşağıdakı yollarla həyata keçirilir: 

28.2.1.


 

qismən  sığorta  zamanı  -  vurulmuş  zərərlərə  sığorta  məbləğinin  sığorta  dəyərinə  olan 

nisbətində təminat verilir; 

28.2.2.


 

sığorta  müqaviləsində  azadolma  məbləği  nəzərdə  tutulduqda  -  azadolma  məbləği 

çıxılmaqla zərərlərə təminat verilir. 

28.3.


 

Ailə başçısının ölümü ilə əlaqədar üçüncü şəxslərə dəyən zərərin əvəzi həmin şəxslərlə razılaşma 

əsasında,  onların  qarşısında  məsuliyyət  daşıdığı  müddət  ərzində  sığortaçı  tərəfindən  müntəzəm  və  ya 

birdəfəlik ödənişlə ödənilə bilər.    

28.4.

 

Tələb olunan bütün sənədlər təqdim olunduqdan 15 gün ərzində sığortaçı sığorta ödənişini həyata 



keçirir və ya sığorta ödənişinin verilməsindən imtina edilməsi barədə sığortalıya (və ya faydalanan şəxsə) 

səbəbini yazılı surətdə göstərməklə məlumat verir.  

28.5.

 

Sığorta  hadisəsinin  baş  verdiyi  tarixdə  sığorta  obyektinə  münasibətdə  eyni  risklərdən  digər 



sığortaçılarla bağlanmış sığorta müqavilələri qüvvədə olmuşdursa, sığortaçı, sığorta ödənişini sığortaçı ilə 

bağlanmış  heyvanların  sığortası  müqaviləsi  üzrə  sığorta  məbləğinin  sığortalının  qüvvədə  olan  bütün 

sığorta müqavilələrinin sığorta məbləğlərinin cəminə olan nisbətində həyata keçirir.   

28.6.


 

Sığorta  hadisəsi  (zərərin  meydana  gəlməsi)  faktı  üzrə  cinayət  işi  açılıbsa  və  yaxud  məhkəmə 

prosesi başlayıbsa, sığorta ödənişinin verilməsi barədə qərar açılmış cinayət işi üzrə ibtidai (ilkin) istintaq 

orqanlarının  və  yaxud  məhkəmənin  qüvvəyə  minmiş  qəti  qərarının  qəbul  edilməsinə,  istintaqın  və  ya 

məhkəmədə işin baxılmasının sonunadək təxirə salına bilər.    

Maddə 29. Ödənilməmiş sığorta haqqının nəzərə alınması 

Əgər sığorta ödənişi verildiyi anda sığorta haqqı tam ödənilməmişdirsə, sığortaçı ödəniş zamanı sığorta 

haqqının ödənilməyən hissəsini hesablanmış sığorta ödənişi məbləğindən tutmaq hüququna malikdir. 

Maddə 30. Sığorta ödənişinin verilməsindən imtina  

30.1.


 

Aşağıdakı  hallarda  sığortaçı  sığortalıya  sığorta  ödənişini  verməkdən  imtina  etmək  hüququna 

malikdir: 

30.1.1.


 

sığortalının,  sığorta  olunanın  və  ya  faydalanan  şəxsin  (və  yaxud  onların 

nümayəndələrinin) qəsdi nəticəsində sığorta hadisəsi baş verdikdə; 

30.1.2.


 

bu Qaydaların 23.1.5-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının 

hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən 

məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda;    

30.1.3.

 

əgər  həmin  sənədlərin  olmaması  baş  vermiş  sığorta  hadisəsi  faktının  mövcudluğunu  və 



onun  səbəb  olduğu  zərərin  miqdarını  sübut  etmək  imkanını  vermirsə,  üçüncü  şəxslərin  qeyri-qanuni 

hərəkətləri  (sındırma  yolu  ilə  oğurluq,  soyğun,  qarət)  nəticəsində  sığortalanmış  heyvanların  tələf 

olmasına  və  ya  məcburi  kəsdirilməsinə  dair  səlahiyyətli  orqanlardan  alınmış  sənədlər  təqdim 

edilmədikdə; 

30.1.4.

 

sığorta  hadisəsinin  baş  verməsinə  və/və  ya  onun  səbəb  olduğu  zərərin  miqdarının 



artmasına gətirib çıxaran kobud dərəcədə laqeydliyə yol verdikdə; 

30.1.5.


 

sığortalanmış  heyvanlar  yararsız  (qısırlığın,  keçirilmiş  müxtəlif  xəstəliklərin  və  s. 

amillərin  səbəb  olduğu  məhsuldarlığın  azalması  ilə  əlaqədar  olaraq  heyvanların  sığortalının 

təsərrüfatında  saxlanılmasının  iqtisadi  cəhətdən  əlverişsiz)  hesab  edilib  məcburi  kəs(dir)ildikdə  və  ya 

kəsilməyə verildikdə;  

30.1.6.


 

sığortalı və ya faydalanan şəxs tərəfindən heyvanların saxlanılmasına dair ümumi olaraq 

qəbul edilmiş qaydalara və/və ya baytarlıq idarəsinin və digər səlahiyyətli orqanların göstərişlərinə əməl 

edilmədikdə,  həmçinin  sığortalanmış  heyvan(lar)  yaşlılıq  və  ya  yemsizlik  və/və  ya  tarazlaşdırılmamış 

yemlə(n)mə rasionu nəticəsində əldən düşməsi səbəbindən tələf olduqda; 

30.1.7.


 

sığortalının  risklə  əlaqədar  ona  məlum  olan  məlumatları  vermədikdə  və  ya  riskin 

dərəcəsini  və  yaxud  sığorta  hadisəsi  ilə  bağlı  şəraiti  müəyyən  etmək  üçün  mühüm  əhəmiyyət  daşıyan 

hallar barədə qəsdən yanlış məlumatlar verdikdə

30.1.8.

 

sığortalı riskdə baş verən əhəmiyyətli dəyişikliklər barədə sığortaçıya vəziyyəti öyrəndiyi 



və  ya  öyrənməli  olduğu  andan  24  saat  ərzində  yazılı  surətdə  bildirmədikdə  (bu  Qaydaların  23.1.3 

bəndinə əməl etmədikdə); 

30.1.9.

 

sığorta hadisəsinin və ya onun səbəb olduğu zərərlərin baş vermə şəraitinə dair sənədləri 



saxtalaşdırdıqda;     

«BakıSığorta» ASC                                                                                                                  Heyvanların sığortası qaydaları 

 

13 



30.1.10.

 

yerinə  yetirilmədiyi  təqdirdə  sığorta  hadisəsinin  baş  verməsinə  və  ya  zərərlərin 



həcminin  artmasına  gətirib  çıxarmış,  yaxud  da  sığorta  hadisəsinin  şəraitinin  düzgün  aydınlaşdırılması 

imkanlarını pozmuşdursa, sığortalı tərəfindən sığorta müqaviləsinə, bu Qaydalara və ya qanunvericiliyə 

əsasən ona həvalə edilən öhdəlik və şərtlərə əməl edilmədikdə; 

30.1.11.


 

sığorta müqaviləsi üzrə hər hansı bir iddia ortaya çıxan zaman sığorta obyektinin digər 

sığorta şirkəti tərəfindən eyni risklərdən sığortalandığı müəyyən edildikdə. 

30.2.  Bilavasitə və ya dolayısı ilə sığortalı tərəfindən mühüm şərtlərin yerinə yetirilməməsi səbəbindən 

sığorta  hadisəsi  baş  verdiyi  və  ya  zərərin  məbləği  artdığı  halda  sığortaçı  müvafiq  olaraq  sığorta 

ödənişindən  imtina  etmək  və  ya  zərər  məbləğinin  artdığı  həcmdə  sığorta  ödənişini  azaltmaq  hüququna 

malikdir. 

30.3.  Epizootik  vəziyyətlə  əlaqədar  Azərbaycan  Respublikasının  Kənd  Təsərrüfatı  Nazirliyi  yanında 

Dövlət  Baytarlıq  Xidmətinin  sənədləri  (yazılı  göstərişləri)  əsasında  heyvanların  məhv  edildiyi  hallar 

istisna olmaqla, sığortalının bu Qaydaların 23.1.5 bəndinin tələblərini yerinə yetirmədikdə, sığorta ödənişi 

verilmir.  

Maddə 31. Zərərin dəyməsində təqsirli olan şəxslər tərəfindən zərərin ödənilməsi 

31.1.


 

Əgər  sığortalı  vurulmuş  zərərlərə  görə  zərərin  əvəzini  zərərin  dəyməsində  təqsirli  olan  şəxsdən 

almışdırsa,  sığortaçı  yalnız  verilməli  olan  sığorta  ödənişi  məbləği  ilə  sığortalının  təqsirli  olan  şəxsdən 

aldığı məbləğ arasındakı fərqi ödəyir. 

31.2.

 

Sığortalıya  (faydalanan  şəxsə)  vurulmuş  zərərin  əvəzi  zərərin  dəyməsində  təqsirli  olan  şəxs 



tərəfindən tam ödənildikdə, sığortaçı sığorta ödənişini həyata keçirmir, həyata keçirdiyi halda isə sığorta 

ödənişi  sığortaçıya  qaytarılmalıdır.  Əks  halda  sığortaçı  sığortalıya  (faydalanan  şəxsə)  qarşı 

qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddia irəli sürmək hüququna malikdir.  

31.3.


 

Zərərvuran  zərərin  əvəzini  qismən  ödəmiş  olduqda,  sığortaçı,  sığorta  ödənişindən  ödənilmiş 

məbləğ həcmində imtina edir. 

BÖLMƏ 9. DİGƏR MÜDDƏALAR 

Maddə 32. Marağın keçməsi 

Sığorta  obyektinin  satılması  və  yaxud  onlara  hüquqların  digər  şəxsə  verilməsi  halında,  sığortaçının 

razılığı olmazsa, sığorta müqaviləsi ilə verilən sığorta təminatı, alıcıya və ya əmlaka hüquqları olan hər 

hansı digər şəxsə aid edilmir.  



Maddə 33. Subroqasiya hüququ 

33.1.


 

Subroqasiya  hüququ  sığorta  ödənişi  almış  şəxsin  ona  dəymiş  zərərə  görə  məsuliyyət  daşıyan 

üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə 

etmək hüququdur. 

33.2.

 

Faydalanan şəxsin  zərərvuran şəxsə qarşı zərərin  əvəzini ödəmək tələbi  (iddiası) ilə  bağlı hüquq 



sığorta  ödənişini  vermiş  sığortaçıya  subroqasiya  qaydasında  onun  verdiyi  sığorta  ödənişi  məbləğində 

keçir.  


33.3.

 

Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə 



olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. 

33.4.


 

Faydalanan  şəxs  zərərvuran  şəxsə  iddiadan  və  ya  tələbi  təmin  edən  hüquqlardan,  yaxud  lazımi 

sənədləri sığortaçıya verməkdən imtina etdikdə, sığortaçı zərərvuran şəxsdən subroqasiya qaydasında ala 

biləcəyi  məbləğ  həcmində  sığorta  ödənişi  verməkdən  azad  edilir.  Əgər  faydalanan  şəxsin  təqsiri 

ucbatından bu hüququn həyata keçirilməsi  mümkün olmazsa, sığortaçı  bütünlüklə və  ya qismən sığorta 

ödənişini vermək öhdəliyindən azad olunur və lüzumsuz yerə verilmiş sığorta ödənişinin qaytarılmasını 

tələb etmək hüququna malikdir. 

33.5.


 

Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə 

bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, 

dəyən  zərərə  görə  sığortalı  və  ya  faydalanan  şəxs  qarşısında  maddi  məsuliyyət  daşıya  bilən  digər  şəxsə 

qarşı istifadə edə bilər. 

Maddə 34. Qismən sığorta  

Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, müqavilədə müəyyən edilmiş sığorta məbləği 

sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin 

sığorta dəyərinə olan nisbətində ödəyir. 



«BakıSığorta» ASC                                                                                                                  Heyvanların sığortası qaydaları 

 

14 



Maddə 35. İkili (çoxqat) sığorta 

35.1.


 

Sığorta məbləği sığorta obyektinin (sığortalanan heyvanın) sığorta müqaviləsi bağlandığı andakı 

həqiqi  dəyərindən  -  sığorta  dəyərindən  çox  olduğu  halda  (ikili  və  ya  çoxqat  sığorta),  həmin  müqavilə 

sığorta məbləğinin sığorta dəyərindən artıq olan hissəsində etibarsızdır. 

35.2.

 

Sığorta  obyektinin  bir  neçə  sığortaçıda  sığortalanması  nəticəsində  sığorta  məbləğlərinin  ümumi 



cəmi  onun  sığorta  dəyərindən  artıq  olduğu  halda  (ikili  və  ya  çoxqat  sığorta),  bütün  sığortaçılar  yalnız 

sığorta dəyəri miqdarında məsuliyyət daşıyırlar. Belə halda hər bir sığortaçı özünün bağladığı müqaviləyə 

müvafiq  sığorta  məbləğinin  bütün  bağlanmış  müqavilələr  üzrə  ümumi  sığorta  məbləğinə  olan  nisbətinə 

mütənasib olan miqdarında məsuliyyət daşıyır. 

35.3.

 

Əgər sığortalanan heyvanların sahiblərinin məsuliyyəti bir neçə sığortaçıda sığorta edilibsə (ikiqat 



sığorta), hər bir sığortaçı özünün bağladığı müqavilədə müəyyənləşdirilmiş məsuliyyətinə müvafiq olan 

miqdarda məsuliyyət daşıyır. 



Yüklə 355,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin