Anlayişlar əgər qaydaların məzmununda başqa cür nəzərdə tutulmamışdırsa, bu Qaydalarda istifadə olunan termin və ifadələr aşağıdakı mənaları daşıyır: Sığortaçı



Yüklə 355,81 Kb.
Pdf görüntüsü
səhifə1/4
tarix24.01.2017
ölçüsü355,81 Kb.
#6236
  1   2   3   4

WD-LVS/001-2 

 

 



ANLAYIŞLAR

 

Əgər qaydaların məzmununda başqa cür nəzərdə tutulmamışdırsa, bu Qaydalarda istifadə olunan termin 



və ifadələr aşağıdakı mənaları daşıyır: 

Sığortaçı  -  «Sığorta  fəaliyyəti  haqqında»  Azərbaycan  Respublikasının  Qanunu  əsasında  sığorta 

fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan 

sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta 

ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs. 



Sığortalı  -  sığorta  haqqı  ödəyən,  sığorta  obyektinin  sığorta  etdirilməsində  sığorta  marağı  olan  sığorta 

müqaviləsinin tərəfi. 



Faydalanan şəxs - sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ olan şəxs. 

Sığorta  müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz 

qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən 

bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin 

təsbit edildiyi razılaşma.  



Sığorta  şəhadətnaməsi  -  sığorta  müqaviləsinin  bağlanması  faktını  təsdiq  edən,  sığortaçı  tərəfindən 

sığortalıya verilən sənəd. 



Sığorta obyekti sığortalının qanunazidd olmayan hər hansı əmlak mənafeyi. 

Sığorta  haqqı  -  risklərin  qəbul  edilməsi  və  ya  bölüşdürülməsi  müqabilində  sığorta  qanunvericiliyinə 

uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul 

məbləği. 

Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə 

müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi. 



Sığorta  riski  və  ya  risk  -  sığorta  obyekti  ilə  bağlı  itkilərin  və  ya  zərərlərin  yaranmasına  səbəb  olan 

hadisənin  baş  verməsi  və  ya  halın  yaranması  ehtimalı,  həmçinin  bu  ehtimala  qarşı  sığortaçının  üzərinə 

götürdüyü öhdəlik. 

Sığorta  hadisəsi -  qanunvericiliyə və  ya sığorta müqaviləsinə görə sığorta ödənişinin  sığortalıya  və  ya 

digər  faydalanan  şəxslərə  ödənilməsi  üçün  əsas  olan,  sığorta  müqaviləsinin  qüvvədə  olduğu  müddət 

ərzində baş verən hadisə və ya yaranan hal. 

Sığorta  tələbi  -  sığorta  hadisəsi  baş  verdikdə  sığortalının  və  ya  faydalanan  şəxsin  sığortaçıya  öz 

vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti. 



Sığorta  ödənişi  -  sığorta  hadisəsi  baş  verdikdə,  qanunvericiliyə,  həmçinin  sığorta  müqaviləsinə  uyğun 

olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası.  



Sığorta tarifi sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilən faiz 

dərəcəsi.  



Sığortanın müddəti sığorta risklərinin sığortalanmış hesab olunduğu müddət. 

Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə 

əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir.  



Əhəmiyyətli hallar müqavilə bağlanarkən bildirilməli olan, sığortaçının müqavilədən imtina etmək və 

ya  onu  məzmunu  dəyişdirilmiş  şəkildə  bağlamaq  qərarına  təsir  göstərə  bilən  və/və  ya  sığortalıya  yazılı 

şəkildə aydın və birmənalı sorğu verilmiş hallar (faktlar) əhəmiyyətli sayılır.  

Sığortanın ərazisi sığorta obyektinin sığortalanmış hesab olunduğu müəyyən coğrafi ərazi hüdudları. 

Mühüm şərtlər sığortaçıya sığorta ödənişini verməkdən imtina etmək və ya sığorta müqaviləsini ləğv 

etmək hüququ verən sığorta müqaviləsinin şərtləri. 



Üçüncü  şəxslər  -  sığortalı  ilə  yaxın  qohumluq  əlaqəsinə,  xidmət  müqaviləsi  öhdəliklərinə  və  əmək 

münasibətinə malik olmayan şəxslər.  



Yaxın  qohumlar  -  bu  Qaydaların  məqsədləri  üçün  ər,  arvad,  valideynlər,  övladlar,  övladlığa 

götürülənlər, bacılar, qardaşlar, ərin və ya arvadın valideynləri, bacıları, qardaşları. 



Qəza heyvanın tələf olmasına və ya bədən xəsarətinə gətirib çıxaran xüsusiyyəti, vaxtı və yeri birmənalı 

şəkildə təyin edilə bilən xarici amillərin gözlənilməz və ani təsiri. 



Məcburi  kəsdirilmə (məhv  etmə) -  sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalanmış heyvanın 

tələf olma təhlükəsi qaçılmaz olduqda və ya heyvanın gələcəkdə istifadəsi imkanını istisna edən epizootik 

və  ya  sağalmaz  (əlacsız  və  müalicəolunmaz)  xəstəliklərlə  mübarizə  ilə  əlaqədar  olaraq  keçirilən 

tədbirlərdə yalnız baytar həkiminin sərəncamı ilə həyata keçirilən öldürmə. 



«BakıSığorta» ASC                                                                                                                  Heyvanların sığortası qaydaları 

 



ÜMUMİ MÜDDƏALAR 

Bu  Qaydalar  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi,  “Sığorta  fəaliyyəti  haqqında”  Qanununa, 

digər  normativ  hüquqi  aktlarına  müvafiq  olaraq  işlənib  hazırlanmışdır  və  “Bakı  Sığorta”  ASC-nin 

bağladığı bütün heyvanların sığortası müqavilələrinin ayrılmaz tərkib hissəsi kimi qəbul edilir. 

Bu Qaydalarla müəyyən olunan sığorta növü heyvanların sığortası və ümumi mülki məsuliyyətin sığortası 

sinflərinə aiddir. 



BÖLMƏ 1. SIĞORTA MÜQAVİLƏSİNİN TƏRƏFLƏRİ 

Maddə 1. Sığortaçı 

Bu Qaydalara əsasən sığortaçı dedikdə «BakıSığorta» ASC başa düşülür. 



Maddə 2. Sığortalı 

2.1. 


Bu  Qaydalara  əsasən  sığortalı  dedikdə  sığorta  obyektinə  münasibətdə  əmlak  mənafeləri  olan  və 

sığorta  şəhadətnaməsində  adı  göstərilən  hər  hansı  bir  fiziki  (fəaliyyət  qabiliyyəti  məhdud  olan  və  ya 

fəaliyyət  qabiliyyəti  məhkəmə  tərəfindən  məhdudlaşdırılan,  eləcə  də  fəaliyyət  qabiliyyəti  olmayan 

şəxslərdən başqa) və ya hüquqi şəxs başa düşülür. 

2.2. 

Bu  Qaydalar  daxilində  sığortalının  hərəkətlərinə  onun  işçilərinin,  rəsmi  şəxslərinin,  o  cümlədən 



Azərbaycan  Respublikasının  qanunvericiliyinə,  «Sığorta  fəaliyyəti  haqqında»  qanuna,  sığorta 

müqaviləsinə,  vəkalətnaməyə  (etibarnaməyə)  və  ya  vəzifə  öhdəliklərinə  əsasən  sığortalı  adından  çıxış 

etmək səlahiyyəti olan digər nümayəndələrinin hərəkətləri də aid edilir. 

Maddə 3. Faydalanan şəxs 

3.1. 


Sığorta  müqaviləsi  sığorta  obyektinin  qorunmasında  maraqlı  olan  və  sığorta  hadisəsi  zamanı 

ödəniş almaq hüququ olan hər hansı başqa şəxsin - faydalanan şəxsin xeyrinə də bağlana bilər.  

3.2. 

Faydalanan şəxsin adı sığorta müqaviləsində göstərilməlidir.   



3.3. 

Sığorta müqaviləsinin faydalanan şəxsin xeyrinə bağlanması sığortalını müqaviləyə əsasən vəzifə 

və öhdəliklərindən azad etmir. 

3.4. 


Bu  Qaydalar  və  sığorta  müqaviləsi  ilə  sığortalıya  aid  edilən  bütün  müddəalar  sığortadan 

faydalanmaq niyyətində olan faydalanan şəxsə də eyni həcmdə aid edilir.  



BÖLMƏ 2. SIĞORTANIN OBYEKTİ 

Maddə 4. Sığorta obyekti  

Sığortalının  mülkiyyətində,  istifadəsində  və  ya  sərəncamında  olan  heyvanlar  ilə  bağlı  Azərbaycan 

Respublikasının  mövcud  qanunvericiliyinə  zidd  olmayan  əmlak  mənafeləri  bu  Qaydalar  daxilində 

sığortanın obyekti hesab olunur. 



Maddə 5. Sığortalana bilən heyvanlar  

5.1. 


Sığorta  müqaviləsində  başqa  hal  nəzərdə  tutulmamışdırsa,  sığortalana  bilən  heyvanlara 

aşağıdakılar daxildir: 

5.1.1.

 

6 aylığından 15 yaşına qədər inəklər; 



5.1.2.

 

1 yaşından 15 yaşına qədər camışlar; 



5.1.3.

 

6 aylığından 6 yaşına qədər öküzlər; 



5.1.4.

 

6 aylığından 6 yaşına qədər anac (dişi) qoyunlar və keçilər, 5 yaşına qədər qoçlar; 



5.1.5.

 

4 aylığından 4 yaşına qədər anac donuzlar, 5 yaşına qədər erkək donuzlar (qabanlar); 



5.1.6.

 

1 yaşından 18 yaşına qədər atlar, dəvələr, uzunqulaqlar, qatırlar, marallar; 



5.1.7.

 

4 aylığından xəzli heyvanlar və ev dovşanları; 



5.1.8.

 

5 aylığından yumurtlayan və ətlik quş cinsləri; 



5.1.9.

 

ixtisaslaşdırılmış təsərrüfatlarda (broylerlərdə) istehsal edilən (yetişdirilən) cücələr; 



5.1.10.

 

pətəkdəki arı ailələri; 



5.1.11.

 

heyvanat parkı, sirk, dekorativ, ekzotik və s. bu kimi heyvanlar, quşlar və sürünənlər (bu 



heyvanların  (quşların)  sığortalanması  üçün  yaş  həddlərindəki  məhdudiyyətlər  sığorta  müqaviləsi 

bağlanarkən sığortalı ilə sığortaçı arasında razılaşma ilə müəyyən edilir); 

5.1.12.

 

qeydiyyatda olan 3 aylığından 12 yaşına qədər pişiklər və ev, ov, gözətçi itləri.  



5.2. 

Sığortalana bilməyən heyvanlara aşağıdakılar daxildir: 

5.2.1.

 

xəstə,  travmaya  məruz  qalmış,  əldən  düşmüş,  doğumdan  əvvəlki  və  doğumdan  sonrakı 



vəziyyətlə  əlaqədar  olaraq  istifadə  edilməyən,  həmçinin  bruselyoz,  vərəm,  leykoz  və  digər  yoluxucu 

xəstəliklərə qarşı ən son aparılan müayinələrdən müsbət reaksiya aşkar edilmiş heyvanlar; 



«BakıSığorta» ASC                                                                                                                  Heyvanların sığortası qaydaları 

 



5.2.2.

 

yoluxucu  xəstəliklərə  tutulmama  xüsusiyyətinə  malik  heyvanlar  istisna  olmaqla,  karantin 



müəyyən edilmiş yerlərdə və ya təsərrüfatlarda olan heyvanlar; 

5.2.3.


 

fövqəladə vəziyyət elan edilmiş ərazilərdə olan heyvanlar.   



BÖLMƏ 3. SIĞORTA TƏMİNATI 

Maddə 6. Sığorta riskləri. Sığorta hadisələri 

6.1.


 

Aşağıdakı  halların  baş  verməsi  nəticəsində  sığorta  predmetinin  (sığortalanmış  heyvan(lar)ın) 

itkisi, tələf olması və ya məcburi kəsdirilməsi bu Qaydalara əsasən sığorta hadisəsi hesab olunur: 

6.1.1.


 

bütün  növ  adi  və  yoluxucu  xəstəliklər,  boğaz  olma,  doğum,  axtalama  və  ya  cərrahiyyə 

əməliyyatı aparılması; 

6.1.2.


 

təbii fəlakətlər: daşqın, fırtına, qasırğa, leysan, dolu, uçqun, zəlzələ, ildırım vurması, boran 

və (təsir gücünə və/və ya növünə görə) həmin yer üçün qeyri-adi hesab olunan digər təbiət hadisələri

6.1.3.


 

yanğın; 


6.1.4.

 

qəzalar: partlayış, elektrik cərəyanının təsiri, gün vurma və ya isti vurma, şaxtadan donma, 



boğulma,  zəhərli  otlardan  və  maddələrdən  zəhərlənmə,  ilan  və  ya  həşəratların  sancması,  vəhşi 

heyvanların  və  itlərin  hücumu,  suda  boğulma,  dərəyə  düşmə,  nəqliyyat  vasitəsinin  zərbəsi,  sığorta 

müqaviləsində nəzərdə tutulmuş müxtəlif növ tədbirlərdə iştirak zamanı və ya digər xarici təsirlərdən irəli 

gələn travmatik zədələnmələr;    

6.1.5.

 

üçüncü şəxslər tərəfindən sındırmaq yolu ilə edilən oğurluq, soyğun, qarət. 



6.2.

 

Sığorta  müqaviləsində  xüsusi  göstərildiyi  halda,  heyvanların  sahiblərinin  mülki  məsuliyyəti. 



Mülkiyyətində,  istifadəsində  və  ya  sərəncamında  olan  sığortalanmış  heyvanların  üçüncü  şəxslərin 

həyatına,  səhhətinə  və/və  ya  əmlakına  vurduqları  zərərlə  bağlı  sığortalının  zərərin  əvəzini  ödəmək 

öhdəliyinin yaranması bu Qaydalara əsasən sığorta hadisəsi hesab olunur.  

6.3.


 

Sığorta  təminatı  verilən  risklərin  və  hadisələrin  konkret  siyahısı  sığorta  müqaviləsində 

(şəhadətnaməsində) öz əksini tapmalıdır.    

Maddə 7. Sığorta təminatına daxil olmayan hallar (istisnalar) 

7.1. 


Sığorta müqaviləsində başqa hal  nəzərdə tutulmamışdırsa, aşağıdakı hadisələr nəticəsində dəyən 

zərərlər sığortaçı tərəfindən ödənilmir: 

7.1.1.

 

manqo,  saqqo,  at  vəbası,  heyvan  vəbası,  vərəm,  bruselyoz,  yoluxma  ciyər  ağrısı 



xəstəlikləri; 

7.1.2.


 

müharibə, hər cür hərbi əməliyyatlar və onların nəticələri;  

7.1.3.

 

vətəndaş  müharibəsi,  tədricən  xalq  üsyanlarına  və  ya  hərbi  qiyamlara  çevrilən  xalq 



iğtişaşları, əmək intizamsızlığı, terror aktları; 

7.1.4.


 

hər  hansı  atom  enerjisinin  tətbiq  edilməsi,  nüvə  partlayışı,  radiasiya  və  ya  radioaktiv 

çirklənmənin birbaşa və ya dolayı təsir(lər)i; 

7.1.5.


 

hər  hansı  hökumət  və  ya  yerli  hakimiyyət  orqanlarının  tapşırığı  ilə  heyvanların  müsadirə 

olunması, rekvizisiyası və yaxud məhv edilməsi

7.1.6.


 

sığortalının  (faydalanan  şəxsin)  qəsdən  edilmiş  hərəkət(lər)i,  o  cümlədən  qəsdən: 

səlahiyyətli  orqanlar  tərəfindən  heyvanların  saxlanması  və  yem  ver(il)mə  qaydalarının  pozulması, 

heyvanların  xəstələnməsi  faktı  üzrə  baytar  həkiminə  müraciətin  vaxtında  edilməməsi,  xəstəliklərlə 

mübarizə  məqsədi  daşıyan  profilaktik  tədbirlərin  keçirilməsi  üzrə  baytarlıq  xidmətinin  (idarəsinin) 

göstərişlərinin, eləcə də heyvanların kəsilməsi barədə sərəncamının yerinə yetirilməməsi;    

7.1.7.

 

heyvanların  kəsilmə  yerinə  daşınması,  kəsilməsi,  dərmanların  alınması,  xəstəliklərin 



nəticələrinin  ortadan  qaldırılması  üzrə  karantin  və  digər  tədbirlərin  keçirilməsi,  heyvanların  saxlanıldığı 

binaların və digər yerlərin təmir xərcləri, cərimələr, peniyalar, dəbbə pulu kimi dolayı xərclər.    

7.2. 

Mülki məsuliyyət sığortası sığortalının səbəb olduğu mənəvi zərərin, itirilən gəlirin (qazancın) və 



mənfəətin, əldən çıxan faydanın və s. bu kimi dolayı xərclərin ödənilməsinə şamil edilmir. 

Maddə 8. Sığortanın ərazisi 

8.1.


 

Bu sığorta, sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının 

ərazisində qüvvədədir. 

8.2.


 

Əgər sığorta müqaviləsində sığortanın konkret ərazisi göstərilmişdirsə, yalnız həmin ərazidə baş 

verən sığorta hadisələrinə sığorta təminatı verilir.  

8.3.


 

Sığortanın  ərazisi,  sığortaçının  bu  barədə  qabaqcadan  xəbərdar  edilməsi  və  onun  yazılı  surətdə 

razılığının alınması şərti ilə genişləndirilə bilər. 


«BakıSığorta» ASC                                                                                                                  Heyvanların sığortası qaydaları 

 



Maddə 9. Sığorta təminatının başlanması və sona çatması 

9.1.


 

Sığorta müqaviləsində başqa hal  nəzərdə tutulmamışdırsa, sığorta təminatı aşağıda qeyd  edilmiş 

hallarda başlanır: 

9.1.1.


 

bu  Qaydaların  6.1.2  -  6.1.5  və  6.2  bəndlərində  nəzərdə  tutulmuş  risklər  üzrə  sığorta 

müqaviləsi qüvvəyə mindiyi andan etibarən;  

9.1.2.


 

bu  Qaydaların  6.1.1  bəndində  nəzərdə  tutulmuş  risklər  üzrə  sığorta  müqaviləsi  qüvvəyə 

mindiyi andan etibarən ən az 10 təqvim günü keçdikdən sonra. 

BÖLMƏ 4. SIĞORTA MƏBLƏĞİ VƏ SIĞORTA HAQQI  

Maddə 10. Sığorta məbləği 

10.1.


 

Sığorta  məbləği  sığorta  müqaviləsi  bağlanan  zaman  heyvanların  saxlanıldığı  yerdə  (ərazidə) 

heyvanların  sığorta  (həqiqi)  dəyərindən  artıq  olmamaqla,  sığortalı  ilə  sığortaçı  arasında  razılaşma 

əsasında  müəyyən  edilir.  Hadisə  baş  verdiyi  zaman  sığortalanmış  heyvanların  sığorta  məbləği  sığorta 

(həqiqi) dəyərindən artıq olarsa, artıq olan həmin məbləğ sığortaçı tərəfindən ödənilmir. 

10.2.


 

Mülki  məsuliyyət  sığortası  üzrə  sığorta  məbləği  (məsuliyyət  həddi)  ümumi  və/və  ya  ayrılıqda 

digər  şəxslərin  həyatına  və  sağlamlığına,  eləcə  də  əmlakına  vurulan  zərərə  görə  sığortalı  ilə  sığortaçı 

arasında  razılaşma  əsasında  müəyyən  edilir.  Tərəflərin  razılaşmasına  əsasən  heyvanların  sahiblərinin 

mülki  məsuliyyətinin  sığortasında  sığorta  ödənişinin  həddi  ayrıca  bir  şəxsin  həyatına  və  sağlamlığına 

vurulan zərərə və ya hər bir sığorta hadisəsinə görə müəyyən edilə bilər.  

10.3.

 

Sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği (məsuliyyət həddi) həmin müqavilə üzrə 



verilmiş sığorta ödənişi həcmində azalmış hesab olunur.  

10.4.


 

Kökəltmək  məqsədilə  yetişdirilən  kənd  təsərrüfatı  əmtəə  istehsalçılarına  məxsus  heyvanların  (o 

cümlədən quşların) sığorta məbləği əmtəə məhsulunun, yəni planlaşdırılmış kəsilmə vaxtında orta hesabla 

dəyərindən artıq olmamaqla müəyyən edilir.    

10.5.

 

Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortalı sığortaçı ilə razılaşma əsasında bu 



Qaydaların  10.1  və  10.3  bəndləri  nəzərə  alınmaqla,  sığorta  məbləğinin  artırılmasını  tələb  edə  bilər.  Bu 

halda sığorta müqaviləsinə əlavə tərtib edilməli və əlavə sığorta haqqı ödənilməlidir. Sığorta müqaviləsi 

üzrə tam olmayan ay üçün sığorta haqqı tam ayın haqqı kimi ödənilir. 

10.6.


 

Bu Qaydalara əsasən sığorta məbləği sığortaçının son məsuliyyət həddi hesab olunur və bir və ya 

bir neçə sığorta hadisəsi üzrə sığorta ödənişinin məcmu məbləği sığorta məbləğindən yüksək ola bilməz. 

Maddə 11. Sığorta haqqı 

11.1.


 

Sığorta  haqqı  sığorta  şəhadətnaməsində  göstərilən  müddətdə  və  qaydada  sığortalı  tərəfindən 

sığorta üçün ödənilən haqdır. 

11.2.


 

Sığorta haqqının miqdarı sığorta məbləği, sığorta təminatı verilən risklər, sığorta müddəti, sığorta 

tarifləri,  sığortalanan  heyvanların  yaşından  və  saxlanıldığı  şəraitdən  asılı  olaraq  hesablanır.  Sığortalının 

təqdim etdiyi məlumatlar əsasında sığortaçı riskin dərəcəsini və sığorta tarifini müəyyən edir.  

11.3.

 

Sığorta müqaviləsi bağlanarkən sığortaçı sığorta hadisəsinin baş verməsi ehtimalını nəzərə alaraq 



baza sığorta tarif dərəcələrinə artırma və azaltma əmsalları tətbiq edə bilər. 

 

 



11.4.

 

Bir  ildən  az  müddətə  bağlanan  sığorta  müqavilələri  üzrə  sığorta  haqları  illik  sığorta  haqqından 



aşağıdakı faizlərlə hesablanır: 

 

Sığorta müddəti   1 aydan çox olmazsa 



Sığorta müddəti   2 aydan çox olmazsa  

Sığorta müddəti   3 aydan çox olmazsa  

Sığorta müddəti   4 aydan çox olmazsa  

Sığorta müddəti   5 aydan çox olmazsa   

Sığorta müddəti   6 aydan çox olmazsa  

Sığorta müddəti   7 aydan çox olmazsa  

Sığorta müddəti   8 aydan çox olmazsa 

Sığorta müddəti   9 aydan çox olmazsa 

Sığorta müddəti 10 aydan çox olmazsa 

Sığorta müddəti 11 aydan çox olmazsa 









illik sığorta haqqının 25 % 



illik sığorta haqqının 30 % 

illik sığorta haqqının 40 % 

illik sığorta haqqının 50 % 

illik sığorta haqqının 60 % 

illik sığorta haqqının 70 % 

illik sığorta haqqının 75 % 

illik sığorta haqqının 80 % 

illik sığorta haqqının 85 % 

illik sığorta haqqının 90 % 

illik sığorta haqqının 95 % 



Maddə 12. Sığorta haqqının ödənilməsi 

12.1.


 

Sığorta  müqaviləsinə  əsasən  sığorta  haqqı  sığortalı  tərəfindən  nağd  və  ya  köçürmə  yolu  ilə 

birdəfəyə və ya hissə-hissə ödənilə bilər. Sığorta haqqının ödənildiyi gün onun sığortaçının bank hesabına 

və ya nağd ödəmə zamanı sığortaçının kassasına daxil olduğu gün hesab olunur.  



«BakıSığorta» ASC                                                                                                                  Heyvanların sığortası qaydaları 

 



12.2.

 

Sığorta  müqaviləsində  başqa  hal  nəzərdə  tutulmamışdırsa,  sığorta  haqqı  (və  ya  onun 



razılaşdırılmış  ilkin  hissəsi)  sığorta  şəhadətnaməsi  imzalandığı  gündən  etibarən  ən  gec  15  gün  ərzində 

(hissə-hissə ödənilməsi razılaşdırılarsa, qalan hissələr isə sığorta şəhadətnaməsində göstərilən tarixlərdə) 

sığortaçıya ödənilməlidir. 

12.3.


 

Əgər  sığorta  haqqı  (və  ya  onun  ilkin  hissəsi)  müəyyən  olunmuş  müddət(lər)də  sığortaçıya 

ödənilməzsə,  sığorta  şəhadətnaməsi  öz  qüvvəsini  itirir  və  sığortaçı  həmin  müqavilə  üzrə  heç  bir 

məsuliyyət daşımır. 

12.4.

 

Əgər sığorta haqqını sığortalının tapşırığı  əsasında başqa bir şəxs ödəyirsə, həmin şəxs bununla 



əlaqədar olaraq sığorta müqaviləsindən irəli gələn heç bir hüquq əldə etmir. 

BÖLMƏ 5. SIĞORTA MÜQAVİLƏSİ  

Maddə 13. Sığorta müqaviləsinin bağlanması 

13.1.


 

Sığorta müqaviləsinin bağlanması üçün sığortalı və yaxud onun nümayəndəsi müqavilə bağlamaq 

niyyəti barəsində sığortaçıya ərizə-anket formasını doldurmaqla müraciət edir.  

13.2.


 

Müraciətdə  heyvanlar  haqqında  dəqiq  məlumat  (növü,  cinsi,  yaşı,  rəngi,  nişanələri,  saxlanıldığı 

yer, sığorta məbləği, seçilən sığorta riskləri, sığorta müddəti və s. bu kimi) və aşağıdakı sənədləri təqdim 

etməlidir: 

13.2.1.

 

sığortalanan heyvanların siyahısı (siyahıda həmçinin əgər varsa, eyniləşdirmə nişanlarını, 



damğa və ya heyvanın (birka) nömrəsi də qeyd edilməlidir); 

13.2.2.


 

rayon  baytarlıq  idarəsindən  heyvanların  sağlamlıq  vəziyyəti  ilə  əlaqədar  arayış  (edilmiş 

peyvəndlər və onlara qarşı reaksiyalar da qeyd edilməlidir); 

13.2.3.


 

sığortalanan heyvanların pasportu (və ya onu əvəz edən digər sənəd).    

13.3.

 

Sığorta  müqaviləsinin  bağlanması  faktı  bu  Qaydalar  əsasında  hazırlanmış  sığorta  şərtləri  əlavə 



edilməklə, sığortalıya verilən sığorta şəhadətnaməsi ilə təsdiq edilir. 

13.4.


 

Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının (və 

ya onun razılaşdırılmış ilk hissəsinin) ödənilməsindən sonra qüvvəyə minir.  


Yüklə 355,81 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin