31
366
“Diaspor” qədim yunan sözü olub, hərfi mənada
“səpələnmə” deməkdir. Bu sözün yaranma tarixi
yunanların eramızdan xeyli əvvəl başladıqları işğal və
köçürülmə dövrünə təsadüf edir. Müxtəlif ölkələrə
hərbi yürüşlər zamanı yunan ordusu əsgərlərinin bir
hissəsi işğal edilmiş ərazilərdə məskunlaşmış və
buranın daimi sakinlərinə çevrilmişdilər. “Diaspor”
kəlməsi də məhz onların dilindən yaranmışdır.
Azərbaycanda “diaspor” anlayışı haqqında ilkin
təsəvvürlər indi yaranmağa başlasa da, qeyd etmək
lazımdır ki, həmvətənlərimizin dünyanın müxtəlif
ölkələrində məskunlaşması prosesi hələ bir neçə əsr
əvvəl başlanmışdı. Digər xalqlarla müqayisədə
azərbaycanlıların doğma torpağa daha çox bağlılığı
üzündən Vətəni tərk edib qürbətdə yaşamaqları onlar
üçün mənəvi baxımdan ağır olmuşdur. Təsadüfi deyil
ki, Azərbaycan şifahi xalq ədəbiyyatında “Vətən –
qürbət” mövzusu mühüm yer tutmuşdur. Bu mənəvi
amilin özü də Azərbaycan diasporunun yaranmasının
kifayət qədər qədim tarixə malik olduğunu təsdiqləyir.
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik
Günü bayramı dünyanın 70-dən çox ölkəsində
azərbaycanlılar tərəfindən qeyd olunur. Həmrəylik
günü Azərbaycan diasporu üçün ən mühüm bayrama
çevrilib, Yeni il isə ikinci plana keçib. Həmrəylik
gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin
Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli
diaspor nümayəndələri də qeyd edirlər.
Azərbaycanlılar minilliklər boyu özlərinin doğma
torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq
dünya sivilizasiyasına böyük töhfələr vermişlər.
Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada
gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində
Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi
öz yurd-yuvalarından didərgin salınmış, deporta-
siyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür. İş
tapmaq, təhsil almaq məq-
sədilə doğma yurdu tərk
edərək başqa ölkələrdə qə-
rar tutub yaşayan azərbay-
canlılar da vardır. Beləliklə
də, azərbaycanlılar tarixi
Azərbaycan torpaqlarından
bütün dünyaya yayılmışlar.
Hazırda onlar dünyanın bir
çox ölkələrində yaşayırlar.
Rusiyada, Ukraynada, Müs-
təqil Dövlətlər Birliyinin
digər ölkələrində, Baltik-
yanı ölkələrdə, Avropada,
Amerikada, Şərq ölkələ-
rində iri Azərbaycan icma-
ları yaranmışdır.
SSRİ-nin son günləri,
Azərbaycan millətinin,
Arazın hər iki sahilində sər-
həd yürüşü, dəmir tikanlı
məftilləri qırması, özünü
suya vurub öz doğma qar-
daş bacısına qovuşmaları
iki totalitar dövlətin ciddi
təzyiqlərinə baxmayaraq, o
taylı – bu taylı millətin həf-
tələrlə Araz qırağında gecə-
gündüz birləşmək şüarı,
azərbaycanlıların bir millət
olduğunu dünya tarixində
bir daha canlandırdı. Həm-
rəylik günü bu birləşmək
istəyinin simvolik nişanıdır.
367
Maraql
ı
Dünya Azərbaycanlıları
Dünyada yaşayan Azərbaycan diasporu ilə dövlət
səviyyəsində iş aparılması üçün ümummilli lider
Heydər Əliyevin fərmanı ilə, 2002-ci il iyulun 5-də
Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət
Komitəsi yaradılmışdır. Hazırda dünyanın əksər
ölkəsində ümumilikdə 300-dən çox Azərbaycan icması
fəaliyyət göstərir. Dünyada yaşayan azərbaycanlıların
sayı ilə bağlı isə fərqli məlumatlar mövcuddur. Dövlət
Komitəsindən alınan məlumatda dünyanın 43 ölkəsində yaşayan azərbaycanlıların
statistikası verilib. Azərbayan Respublikası istisna olmaqla, 43 ölkədə
azərbaycanlıların ümumi sayı rəsmi məlumatlara əsasən 23 milyon, qeyri-rəsmi
məlumatlara görə 36 milyon 425 min nəfərdir.
Azərbaycanlıların sayı barədə statistika YUNESKO-nun hesabatı, Xarici
Ölkələrdə yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin apardığı
araşdırmalar, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin verdiyi məlumatlar və
Dünya Azərbaycanlılarının I Qurultayının hesabat məruzəsi əsasında hazırlanmışdır.
Bəzi beynəlxalq təşkilatların və xarici ölkələrdə fəaliyyət göstərən qeyri-hökumət
təşkilatlarının hesabatlarında İrandan köçmüş miqrantların bir hissəsinin digər
millətləri təmsil etmələrinə baxmayaraq azərbaycanlı kimi qeydə alınması
azərbaycanlıların dəqiq sayını müəyyənləşdirməkdə çətinlik yaradır.
Buna baxmayaraq, Dövlət Komitəsi hazırda Azərbaycanın xarici ölkələrdəki
səfirlikləri ilə birgə dünyada yaşayan azərbaycanlıların sayının dəqiqləşdirilməsi
istiqamətində iş aparır.
Dünya Azərbaycanlıları Konqresinin (DAK) təqdim etdiyi statistik məlumatlar isə
fərqlidir. DAK 67 ölkənin təsnifatını aparıb və onun məlumatına görə, dünya
azərbaycanlılarının sayı 50 milyonu keçib. Onların siyahısı aşağıdakı kimidir:
368
№ Ölkə
Sayı
1.
ABŞ
1.000.000
2.
Avstraliya
8.000
3.
Avstriya
19.000
4.
Albaniya
12.000
5.
Argentina
12.000
6.
Əlcəzair
260.000
7.
Əfqanıstan
50.000
8.
Banqladeş
175.000
9.
Belçika
13.000
10 Birma
8.000
11
Bolqarıstan
65.000
12
Braziliya
75.000
13
Butan
1500
14
Böyük Britaniya
170.000
15
Macarıstan
27.000
16 Yunanıstan
13.000
17
Danimarka
60.000
18
Misir
900.000
19
Hindistan
300.000
20
İndoneziya
44.000
21
İordaniya
450.000
22
İraq
1.000.000
23
İran
30.000.000
24
İrlandiya
4.000
25
İspaniya
14.000
26
İtaliya
33.000
27
Yəmən
Ərəb
Respublikası
62.000
28
Kanada
170.000
29
Çin 30.000
30
Küveyt
19.000
31
Malta
2500
32
Meksika
27.000
33
Monqolustan
5.000
34
Norveç
50.000
35
Birləşmiş
Ərəb
Əmirlikləri
55.000
36
Omman
19.000
369
37
Pakistan
650.000
38
Polşa
12.000
39
Portuqaliya
7.000
40
Rumıniya
45.000
41 Səudiyyə Ərəbistanı 40.000
42
Suriya
95.000
43
Sudan
17.000
44
Türkiyə
3.000.000
45
Finlandiya
12.000
46
Fransa
70.000
47
Almaniya
300.000
48
Çexiya
2.000
49
Slovakiya 2.000
50
İsveç
2.000
51
Yuqoslaviya
6.000
52
Yaponiya
10.000
53
Ukrayna 500.000
54
Belarus
7.000
55 Rusiya Federasiyası 3.000.000
56
Özbəkistan
60.000
57
Qazaxıstan
100.000
58
Gürcüstan
600.000
59
Litva
2.000
60
Moldova
5.000
61
Latviya
4.000
62
Qırğızıstan
16.000
63
Tacikistan
14.000
64
Türkmənistan
45.000
65
Estoniya
3.000
66 Azərbaycan
Respublikası
9.000.000.
370
Ədəbiyyat
Azərbaycanlıların həmrəylik günü haqqında Azərbaycan Respublikası Ali
Sovetinin Milli Şurasının qərarı, 1991-ci il 25 dekabr //Azərbaycan.- 1997.-24
dekabr.- S.1.
31 dekabr dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında Naxçıvan
Muxtar Respublikası Ali məclisinin qərarı, 16 dekabr, 1991 //Azərbaycan.- 1997.-23
dekabr.- S.1.
Əliyev, İlham. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il
münasibətilə Prezident İlham Əliyevin Azərbaycan xalqına təbriki //Azərbaycan.-
2009.- 1 yanvar.- S.1.
Əmircanov, P. Diaspor təşkilatlarının tez-tez görüşməsi müsbət haldır
/P.Əmircanov //Xalq qəzeti.- 2008.- 21 dekabr.- S.2.
Hacıalıyev, E. Dünya azərbaycanlılarının birlik günü: Prezident İlham Əliyev 50
milyonluq azərbaycanlının şəriksiz lideridir /E.Hacıalıyev //Azərbaycan.- 2008.-
1 yanvar.- S.1-2.
İbrahimov, N. Heydər Əliyev: Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən
azərbaycanlıyam: Dünya Azərbaycanlılarının həmrəyliyindən birliyinə doğru
/N.İbrahimov //Xalq qəzeti.- 2007.- 31 dekabr.- S.4.
Vəfa, Z. Azərbaycanımız və azərbaycançılığımız /Z.Vəfa //Azərbaycan.- 2008.-
1 yanvar.- S.2.
İnternetdə
www.azerbaijan.az
www.azr.baybak.com
www.az.wikipedia.org
www.diaspora.az
www.qeribler.com
Nailə Alışova
371
Əl a v ə l ər
Bu bölmədə siz 2011-ci ildə qeyd olunacaq,
lakin “ayı, günü” bilinməyən yubileylər
haqqında məlumatlar əldə edəcəksiniz...
372
Milli ədəbiyyat
Şair, mütəfəkkir Əfzələddin İbrahim ibn Əli Nəccar Şirvaninin (Xaqani
Şirvani) (1126-1199) anadan olmasının 885 illiyi
Dünya şöhrətli şair və mütəfəkkir Gəncəvi İlyas Yusif oğlunun (Nizami
Gəncəvi) (1141-1209) anadan olmasının 870 illiyi
Şair, görkəmli mütəfəkkir Şah Qasım Ənvarın (1356-1434) anadan
olmasının 655 illiyi
Şair Mirzə Məhəmmədəli Mirzə Əbdürrəhim oğlunun (Saib Təbrizi)
(1601-1676) anadan olmasının 410 illiyi
Şair Məhəmməd bəy Aşiqin (1776-1861) anadan olmasının 235 illiyi
Şair Ordubadi Salikin (Məmmədqulu Salik) (1806) anadan olmasının
205 illiyi
Şair Ordubadi Hacıağa Məhəmməd oğlunun (Fəqir) (1836-1886)
anadan olmasının 175 illiyi
Şair Mirzə Rəhim Mirzə Məhəmmədbağır oğlunun (Fəna) (1841-1929)
anadan olmasının 170 illiyi
Şairə Kəminə Fatma xanımın (1841-1898) anadan olmasının 170 illiyi
Yazıçı, jurnalist, teatr tənqidçisi Qasımov Hacı İbrahim oğlunun (1886-
1936) anadan olmasının 125 illiyi
Şair, publisist, dramaturq Şamçızadə Əli Yəhya oğlunun (Əli Razi)
(1886-1938) anadan olmasının 125 illiyi
Şair Yusifzadə Əbdülbaqi Yusif oğlunun (Fövzi) (1901-10.01.1956)
anadan olmasının 110 illiyi
Xalq yazıçısı Ələkbərzadə Əbülhəsən Əlibaba oğlunun (03.1906-
21.05.1986) anadan olmasının 105 illiyi
Azərbaycan şairi Seyid Məhəmmədhüseyn Behcət Təbrizinin
373
(Seyid Məmmədhüseyn Şəhriyar) (1906-18.09.1988) аnаdаn оlmаsının
105 illiyi
Şairə Pərvin xanım Ehtisaminin (1906-1941) anadan olmasının 105
illiyi
Dilçi, filologiya elmləri doktoru, professor Bayramov Hüseyn Abbas
oğlunun (1916-04.11.1982) anadan olmasının 95 illiyi
Şair, dramaturq, tərcüməçi Əyyubov Tələt Ömər oğlunun (1916-
21.02.1977) anadan olmasının 95 illiyi
Xarici ədəbiyyat
Orta Asiya şairi, alim və mütəfəkkir Balasaquni Yusif Xass Hacib
oğlunun (1021) anadan olmasının 990 illiyi
İngilis yazıçısı Smollet Tobayas Corcun (03.1721-17.09.1771) anadan
olmasının 290 illiyi
Yeni türk ədəbiyyatının banisi, türk yazıçısı, publisist Şinasi İbrahimin
(1826-13.09.1871) anadan olmasının 185 illiyi
Türk şairi Əşrəf (Eşref) Mehmetin (1846-25.05.1912) anadan olmasının
165 illiyi
Cənubi Azərbaycan maarifpərvəri, pedaqoq, publisist Rüşdiyyə Təbrizi
Hacı Mirzə Həsən Mehdi oğlunun (1851-1944) anadan olmasının 160
illiyi
Türkçülüyün əsas ideoloqlarından biri, sosioloq, şair və publisist
Mehmet Ziya (Ziya Göyalp) (1876-25.10.1924) anadan olmasının 135
illiyi
Qazax şairi Süleymenov Oljas Öməroviçin (1936) anadan olmasının 75
illiyi
Tarixi günlər
374
Salarilər sülaləsinin hakimiyyətə gəlməsinin (941-983) 1070 illiyi
Şəddadilər sülaləsinin hakimiyyətə gəlməsinin (971-1075) 1040 illiyi
Atabəylər dövlətinin (1136-1225) yaradılmasının 875 illiyi
Mömünə Xatın türbəsinin inşasının (Naxçıvan, 1186) 825 illiyi
Gəncə sənətkarlarının və şəhər yoxsullarının üsyanı (1231)
Hülakülər sülaləsinin hakimiyyətə gəlməsinin (1256-1357) 755 illiyi
Səfəvilər sülaləsinin hakimiyyətə gəlməsinin (1501-1736) 510 illiyi
Səfəvi hökmdarı I Şah İsmayıl Xətainin hakimiyyətə gəlməsinin (1501-
1524) 510 illiyi
Gəncə Cümə Məscidinin yaradılmasının (1606) 405 illiyi
Şah İsmayıl Xətai tərəfindən poçt rabitəsinin dövlət səviyyəsində
təşkilinin təməli qoyulmasının (1501) 510 illiyi
Əfşarlar sülaləsinin hakimiyyətə gəlməsinin (1736-1760) 275 illiyi
Əfşar hökmdarı Nadir şahın hakimiyyətə gəlməsinin (1736-1747) 275
illiyi
Qacarlar sülaləsinin hakimiyyətə gəlməsinin (1796-1925) 215 illiyi
Ağa Məhəmməd Şah Qacarın hakimiyyətə gəlməsinin (1796-97) 215
illiyi
Təbriz üsyanının rəhbərlərindən biri Bağırxanın (1861-1917) anadan
olmasının 150 illiyi
İlk telefon aparatının ixtirasının (1876, A.Q.Bell) 135 illiyi
Zaqafqaziyada Qori Müəllimlər Seminariyasının (1876) yaradılmasının
135 illiyi
“Kaspiy” qəzetinin (1881) nəşr edilməsinin 130 illiyi
Bakı Vaqon Təmiri zavodunun (1891) yaradılmasının 120 illiyi
İlk Beynəlxalq Nobel mükafatının verilməsinin (1901) 110 illiyi
Bakı kommersiya məktəbinin yaradılmasının (1901) 110 illiyi
375
“Orucov Qardaşları” mətbəə-nəşriyyatının (1906-1917) yaradılmasının
105 illiyi
“Dəbistan” adlı həftəlik uşaq jurnalının (1906-1908) nəşrə başlamasının
105 illiyi
“Nəşri-Maarif” mədəni-maarif işləri sahəsində fəaliyyət göstərmiş
xeyriyyə cəmiyyətinin (01.08.1906) yaradılmasının 105 illiyi
“Bakinskiy raboçiy” qəzetinin (05.1906) nəşr olunmasının 105 illiyi
“Nicat” adlı maarif cəmiyyətinin yaradılmasının (1906) 105 illiyi
“Füyuzat” jurnalının (1906) nəşr olunmasının 105 illiyi
“Məktəb” adlı ədəbi, elmi jurnalın nəşr olunmasının (1911) 100 illiyi
“Ölülər” əsərinin Bakıda ilk dəfə səhnəyə qoyulmasının
(C.Məmmədquluzadə, 1916-cı il) 95 illiyi
Bakı Azad Tənqid-Təbliğ Teatrının (1921) yaradılmasının 90 illiyi
Beynəlxalq Yazıçılar Birliyi – “PEN-KLUB”un yaradılmasının (1921)
90 illiyi
Azərbaycan Dövlət Konservatoriyasının (Musiqi Akademiyası)
(26.08.1921) təşkil edilməsinin 90 illiyi
Azərbaycan Dövlət Pedaqoji Universitetin (1921) təsis edilməsinin 90
illiyi
Bakıda ilk Dövlət Arxivinin yaradılmasının (01.1921) 90 illiyi
M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbinin (1926) yaradılmasının 85
illiyi
Bakı Rabitə Elektrotexnikumunun (2002-ci ildən Bakı Dövlət Rabitə və
Nəqliyyat Kolleci) (1931) təsis edilməsinın 80 illiyi
Azərbaycan Elmi-Tədqiqat Neft Maşınqayırma
İnstitutunun
(AzETNMİ) (1931) yaradılmasının 80 illiyi
Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblının (1931)
yaradılmasının 80 illiyi
Azərbaycan Kukla Teatrının (1931) təşkil edilməsinin 80 illiyi
376
Bakı Gəmi Təmiri zavodunun (1931) yaradılmasının 80 illiyi
“Neftçi” könüllü idman cəmiyyətinin (1936) yaradılmasının 75 illiyi
Azərbaycan Dövlət İncəsənət Muzeyinin (1936) yaradılmasının 75 illiyi
Bakı Zərgərlik zavodunun (1936) yaradılmasının 75 illiyi
Elmi tədqiqat Onkologiya, Rentgenologiya və Radiologiya İnstitutunun
(indiki Onkologiya Elmi Mərkəzi) (1936) yaradılmasının 75 illiyi
Bakı Biskvit Fabrikinin (1941) istifadəyə verilməsinin 70 illiyi
Azərbaycan şair və ədiblər cəmiyyəti ədəbi təşkilatının (1946, Təbriz)
yaradılmasının 65 illiyi
Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr
Cəmiyyətinin (1946) yaradılmasının 65 illiyi
Bakı Kimya Əczaçılıq zavodunun (1946) yaradılmasının 65 illiyi
Beynəlxalq Əmək Təşkilatının (1946) yaradılmasının 65 illiyi
Beynəlxalq Jurnalistlər Təşkilatının (1946) yaradılmasının 65 illiyi
Beynəlxalq Radio və Televiziya Verilişləri Təşkilatının (1946)
yaradılmasının 65 illiyi
Qaz Emalı Zavodunun (1961) istifadəyə verilməsinin 50 illiyi
Mərdəkan Dendrarisinin (1966) yaradılmasının 45 illiyi
Sumqayıt Kimya sənaye müəssisələri istehsal birliyinin (1971)
yaradılmasının 40 illiyi
C.Naxçıvanski adına Hərbi Liseyin yaradılmasının (1971) 40 illiyi
Bülbülün ev-muzeyinin yaradılmasının (1976) 35 illiyi
Hüseyn Cavidin ev - muzeyinin yaradılmasının (1981) 30 illiyi
Cabbar Qaryağdıoğlu adına I Respublika müsabiqəsinin (1986)
keçirilməsinin 25 illiyi
“Azərbaycan-İrs” mədəni-maarifçilik yönümlü jurnalın (1996) çap
olunmasının 15 illiyi
377
Teleqramların poçt şöbələrində kompyuter şəbəkəsi vasitəsilə
ötürülməsinə başlanmasının (05.2001) 10 illiyi
Olimpiya muzeyinin yaradılmasının (2001) 10 illiyi
Azərbaycanda ilk psixologiya laboratoriyasının (1926, Fuad
İbrahimbəyov) yaradılmasının 85 illiyi
Siyasət. Hərbi iş
Məşhur sərkərdə, Hun imperiyasının hökmdarı Atillanın (406-453)
anadan olmasının 1611 illiyi
Dövlət xadimi, böyük sərkərdə Cavanşirin (616-680/81) anadan
olmasının 1395 illiyi
Eldənizlər sülaləsinin hökmdarı Qızıl Arslanın (1186-91) anadan
olmasının 825 illiyi
Rus donanmasının zabiti, dəniz səyyahı Berinq Vitus İonassenin (1681-
08.12.1741) anadan olmasının 330 illiyi
Dövlət xadimi, diplomat, sərkərdə və Quba xanı Fətəli xan Hüseynəli
xan oğlunun (1736-1789) anadan olmasının 275 illiyi
Türkiyə Respublikasının banisi və ilk Prezidenti, Türkiyə dövlət, siyasi
və hərbi xadimi Atatürk Qazi Mustafa Kamalın (1881-10.11.1938)
anadan olmasının 130 illiyi
İctimai-siyasi və dövlət xadimi Yusifbəyli Nəsib bəy Yusif oğlunun
(1881-31.05.1920) anadan olmasının 130 illiyi
Diplomat Şahtaxtinski Behbud ağanın (1881-30.05.1924) anadan
olmasının 130 illiyi
Dövlət xadimi Heydərov Nəzər Heydər oğlunun (1896-30.12.1968)
anadan olmasının 115 illiyi
Dövlət xadimi Qasımov Yusif İbad oğlunun (1896-15.11.1957) anadan
olmasının 115 illiyi
378
Tarix
Tarixçi Mir Yəhya əl Hüseyni Qəzvininin (1481-1555) anadan
olmasının 530 illiyi
Görkəmli tarixçi Bəhmən Mirzə Qacarın (1811-1884) anadan olmasının
200 illiyi
Fəlsəfə
Qədim yunan filosofu və alimi Aristotelin (Ərəstun) (e.ə. 384-322)
anadan olmasının 2395 illiyi
Qədim yunan filosofu və alimi, musiqi nəzəriyyəçisi Aristoksenin (e.ə.
354-300) anadan olmasının 2365 illiyi
Dostları ilə paylaş: |