Mikayıl Hüseyn oğlu Abdullayev
1921-ci il dekabr ayının 19-da Bakı
şəhərində anadan olmuşdur.1939-cu
ildə Əzim Əzimzadə adına Azərbay-
can Rəssamlıq məktəbini, 1949-cu
ildə V.İ.Surikov adına Moskva
Dövlət Rəssamlıq İnstitutunu bitir-
mişdir.
Mikayıl Abdullayev Ə.Əzimzadə, İ.E.Qrabar,
V.V.Favorskaya, S.V.Gerasimov kimi görkəmli rəs-
samlardan dərs almış, hələ 18-20 yaşlarından böyük
sənətkarların diqqətini cəlb etmişdi. İlk fərdi sərgisi
36 yaşında Moskvada keçirilmişdi. O, SSRİ Rəs-
samlıq Akademiyasının müxbir üzvü, SSRİ Rəssamlar
İttifaqının katibi seçilmişdi.
Mikayıl Abdullayev əli fırça tutandan son nəfəsinə
qədər yalnız istedadına, gecəli-gündüzlü qatlaşdığı
zəhmətinə güvənmişdi. Gərgin axtarışları, cəfaları isə
hədər getməmişdi. Müxtəlif fəxri adlara, təltiflərə
layiq görülmüşdü. SSRİ Xalq rəssamı, SSRİ Dövlət
və C.Nehru adına Beynəlxalq mükafatlar laureatı,
professor, ən əsası zərif qəlbli, kövrək ürəkli insan
kimi tanınmışdı.
Mikayıl Abdullayev iki min, üç min illiklərin qaya
rəsmləri olan Qobustan təsvirlərindən, Şərqin bir çox
sənətkarlarını riqqətə gətirən böyük rəssam Manidən,
Təbriz miniatür məktəbinin klassik nümayəndələrinin
yaradıcılığından ruhlanaraq yüksək sənətkarlıq möv-
qeyinə qalxmışdır. Rəssamlarımız arasında Mikayıl
Abdullayev kimi ikinci bir fırça ustası tapılmaz ki, o
öz yaradıcılığı ilə klassik və
müasir Azərbaycan ədəbiy-
yatına möhkəm bağlı olsun.
Dahi Nizamidən başlamış
bu gün yazıb-yaradan şair
və nasirlərimizə qədər o,
bir çox sənətkarların da
portretlərini yaratmış, ya da
onların əsərlərinə - poema,
hekayə və romanlarına
illüstrasiyalar çəkmişdir.
Bunların arasında Nizami-
nin, Nəsiminin, Füzulinin,
Vaqifin, M.F.Axundovun,
Aşıq Ələsgərin, M.Ə.Sabi-
rin, C.Cabbarlının, S.Vur-
ğunun, Rəsul Rzanın və
başqalarının əsərləri vardır.
Mikayıl Abdullayevin ki-
tab qrafikasında Azərbay-
can ədəbiyyatı nümunələri
böyük yer tutmuşdur. Şifa-
hi xalq ədəbiyyatından “Ki-
tabi-Dədə Qorqud”, “Molla
Nəsrəddin lətifələri”, yazılı
ədəbiyyatımızdan “Leyli və
Məcnun”, “Danabaş kəndi-
nin məktəbi”, “Poçt qutu-
su”, “Gələcək gün”, “Şa-
mo”, “Şəbi-hicran” əsərlə-
Dekabr
90 illiyi
Mikayıl Abdullayev
1921-2002
Rəssam
19
339
rinə çəkdiyi illüstrasiyalar Azərbaycan kitab qrafikası
sənətinin bitkin nümunələrindəndir.
Mikayıl Abdullayev müasir Azərbaycan boyakarlı-
ğının nəhəng sütunlarından biri olaraq Azərbaycan tə-
biətinin, xalqımızın mənəvi və mədəni həyatının təbli-
ğində mühüm işlər görmüşdür. Onun portret boyakar-
lığı, qrafikası, kitab rəssamlığı da təqdirə layiqdir.
Əsərləri ölkəmizin sənət muzeylərini bəzədiyi kimi,
xarici ölkələrin sərgi salonlarında da nümayiş etdi-
rilmişdir.
1956-1971-ci illərdə Hindistan, Əfqanıstan, Maca-
rıstan, Polşa, İtaliya və başqa ölkələrə səfərlər zamanı
çəkdiyi rəsmlər silsiləsində “Benqal qızları”, “Ra-
cəstan qadınları”, “Qoca əfqan” və s. rəsm əsərlərində
milli və fərdi xarakteristika, plastika, kolorit zən-
ginliyi əsas yer tutmuşdur. Mikayıl Abdullayevin
əsərləri Paris, London, Berlin, Praqa, Budapeşt,
Belqrad, Sofiya, Varşava, Dehli, Qahirə, Brüssel kimi
şəhərlərdə nümayiş etdirilmişdir. 1966-1967-ci illərdə
Berlin və Leypsiqdə rəssamın fərdi sərgisi ke-
çirilmişdir.
Son vaxtlara kimi sənət həvəskarları Mikayıl Ab-
dullayevi rəngkarlıq əsərləri, qrafika və səhnə tərtibatı
ustası kimi tanıyırdılar. Mikayıl Abdullayevin yara-
dıcılığında Bakı metrosunun “Nizami” stansiyasının
interyerinin tərtibatı xüsusi yer tutmuşdur. Oradakı
rəsmlər mozaika sənətinin
ən gözəl nümunələri kimi
zövq oxşayır. Bu yeni sil-
silə göstərir ki, Mikayıl
Abdullayev həm də orijinal
dəst-xəttə malik monumen-
tal sənət ustası olmuşdur.
Ölkədə baş verən icti-
mai-siyasi hadisələrə də bi-
ganə qalmayan rəssam XX
əsrin böyük cinayəti hesab
etdiyi 20 Yanvar faciəsin-
dən təsirlənmiş və 1992-ci
ildə “Nakamların dəfni”
əsərini yaratmış və hisslə-
rini fırçası vasitəsilə ifadə
etmişdir.
Görkəmli rəssam, Döv-
lət mükafatı və Beynəlxalq
Nehru mükafatı laureatı
Abdullayev Mikayıl Hü-
seyn oğlu 21 avqust 2002-
ci ildə Bakı şəhərində vəfat
etmişdir.
Ədəbiyyat
Quliyev, Ə. Xalq rəssamı Mikayıl Abdullayev /Ə.Quliyev //Respublika.- 2010.-
29 avqust.- S. 3.
Mehdixanlı, T. Rənglərin də dili var... /T.Mehdixanlı //Azərbaycan.- 2006.- 12
sentyabr.- S.7.
Mükərrəmoğlu, M. Rənglərin poeziyasını yaradan sənətkar /M.Mükərrəmoğlu
//Xalq qəzeti.- 2010.- 29 aprel.- S. 8.
Mükərrəmoğlu, M. “Sənin dilin olmasa da, çəkərsən” /M.Mükərrəmoğlu //Xalq
qəzeti.- 2008.- 20 dekabr.- S.7.
Rafiqqızı, N. Öz Pikassomuz - Mikayıl Abdullayev /N.Rafiqqızı //Olaylar.- 2010.-
12 noyabr.- S. 12.
Sabutay. Mikayıl Abdullayevin əsərləri Azərbaycana qaytarıldı/Sabutay
//Mədəniyyət.- 2008.-14 iyun.- S.4.
Samirə Eminova
340
Riad Fikrət oğlu Əhmədov
1956-cı il dekabr ayının 20-də
Bakı şəhərində ziyalı ailəsində
dünyaya göz açıb. 1972-ci ildə
Bakıdakı 134 saylı məktəbi bitirib,
Azərbaycan Dövlət Universitetinə
(indiki Bakı Dövlət Universitetinə)
daxil oldu. O, 1976-ci ildə Hüquq fakültəsini bitirib,
1981-ci ilə qədər Respublika Ədliyyə Nazirliyində
hüquq məsləhətçisi vəzifəsində işləmişdir. 1982-ci
ildə Minsk Ali Hərbi Məktəbini bitirmişdir. Bakıya
qayıtmış və Milli Təhlükəsizlik Nazirliyinin əks-
kəşfiyyat idarəsində fəaliyyətə başlamışdı.
Azərbaycan torpağında gedən müharibə bir zabit
kimi onu rahat buraxmırdı. Elə buna görə də o, bütün
bacarığını Milli Ordunun yaradılmasına sərf etdi.
Riad Əhmədov 1989-cu ildən etibarən tez-tez
Qarabağın sərhəd bölgələrinə getdi. O, döyüşlərin fəal
iştirakçısına çevrildi. 1991-ci ildə erməni yaraqlıları-
nın mühüm strateji dayaq məntəqələrindən biri sayılan
Çaykəndin azad edilməsi əməliyyatında xüsusi xidmət
göstərdiyinə görə yüksək mükafata layiq görüldü. O,
artıq polkovnik-leytinant rütbəsində idi.
1992-ci ilin yanvar ayında keçmiş Əfqanıstan
döyüşçülərindən xüsusi təyinatlı dəstə yaradan
R.Əhmədov Şuşaya göndə-
rilir. Yanvarın 26-da ona
daha bir çətin döyüş tapşı-
rılır.
Riad dəstədən 11 nəfər
götürdü. Dəstə Şuşa-Laçın
yolunun üstündə ən böyük
maneə olan Daşaltının düş-
məndən təmizlənməsində
iştirak edənlərə kömək gös-
tərməli idi. Vəziyyət çox
ağır idi. Qeyri-bərabər ge-
dən döyüşdə Riad itkin düş-
dü. Sonrakı taleyi haqqında
məlumat yoxdur.
Ailəli idi. İki qızı yadi-
gar qalıb.
Azərbaycan Respublika-
sı Prezidentinin 7 iyul
1992-ci il tarixli 833 saylı
Fərmanı ilə Əhmədov Riad
Fikrət oğluna “Azərbayca-
nın Milli Qəhrəmanı” adı
verilmişdir.
Hazırda 203 saylı orta
məktəb onun adını daşıyır.
Ədəbiyyat
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında [Əhmədov Riad Fikrət
oğlu - podpolkovnik - Azərbaycan Respublikasının suverenliyi və ərazi
Dekabr
55 illiyi
Riad Əhmədov
1956-1992
Milli
Q əhr əman
20
341
bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində
göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin
Fərmanı, 7 iyun 1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.-
1992.-№13.-S.25.-(Ölümündən sonra).
Əsgərov, V. Əhmədov Riad Fikrət oğlu /V.Əsgərov //Azərbaycanın Milli
Qəhrəmanları.- Bakı, 2005.- S.48.
Əhmədov Riad Fikrət oğlu //Azərbaycanın Milli Qəhrəmanları /tərt. ed.
H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.52.
Süleymanov, B. Ordumuza Riad Əhmədov kimi igidlər gərəkdir /B.Süleyma-
nov //Azərbaycan.- 2005.- 12 iyun.- S.4.
Saqibə Mehrəliyeva
Məhəmməd peyğəmbər (s.ə.s.) camaatla namaz qılarkən bir nəfər onlara
qoşularaq belə dua etmişdir: “Allahım! Səndən əməli saleh bəndələrinə verdiyin
nemətlərin ən üstününü istəyirəm”. Namazdan sonra Peyğəmbər əfəndimiz (s.ə.s.)
həmin adama demiş ki, bu duanın təsiri ilə Allah yolunda şəhid olacaqsan.
Peygamberimizin tavsiye ettiği 100 dua.-
İstanbul: Osmanlı Yayınev,2007.- S.9.
342
Görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi,
Azərbaycan Respublikasının Prezidenti İlham Heydər
oğlu Əliyev 1961-ci il dekabr ayının 24-də Bakı şəhərin-
də anadan olmuşdur.
1967-1977-ci illərdə orta
təhsilini Bakıda almışdır.
1977-ci ildə Moskva
Dövlət Beynəlxalq Əlaqələr
İnstitutuna (MDBƏİ) qəbul olmuşdur. MDBƏİ-ni
bitirdikdən sonra 1982-ci ildə institutun aspirantura-
sına daxil olmuş, 1985-ci ildə dissertasiya müdafiə
edərək tarix elmləri namizədi dərəcəsi almışdır. İlham
Əliyev 1985-1990-cı illərdə Moskva Dövlət Bey-
nəlxalq Əlaqələr İnstitutunda müəllim işləmişdir.
1991-1994-cü illərdə özəl biznes sahəsində çalışmış,
bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik
etmişdir. Cənab İlham Əliyev 1994-cü ildən 2003-cü
ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-
prezidenti olmuşdur. Ulu öndər Heydər Əliyevin neft
strategiyasının həyata keçirilməsində fəal iştirak et-
mişdir. Suveren Azərbaycanın neft siyasətinin geosi-
yasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəlli-
fidir. Siyasi elmlər doktorudur. İlham Əliyev iki dəfə-
1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası
Milli Məclisinə millət vəkili seçilmişdir. 1997-ci ildən
Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti-
dir. İdmanın və Olimpiya hərəkatının inkişafında bö-
yük xidmətlərinə görə Bey-
nəlxalq Olimpiya Komitə-
sinin ali ordeni ilə təltif
edilmişdir. 1999-cu ildə
“Yeni Azərbaycan Par-
tiyası” sədrinin müavini,
2001-ci ildə sədrin birinci
müavini, 2005-ci ildə isə
partiyanın sədri seçilmişdir.
2001-2003-cü illərdə Avro-
pa Şurası Parlament As-
sambleyasında (AŞPA)
Azərbaycan Respublikası
Milli Məclisinin nümayən-
də heyətinin rəhbəri olmuş-
dur. 2003-cü ilin yanvarın-
da Avropa Şurası Parla-
ment Assambleyası sədri-
nin müavini, AŞPA-nın
Büro üzvü seçilmişdir.
2004-cü ilin aprelində AŞ-
PA-nın fəaliyyətində fəal
iştirakına və Avropa ideal-
larına sədaqətinə görə
Dekabr
50 illiyi
İlham Əliyev
1961
Az ərbaycan
Respublikasının
Prezidenti
24
343
AŞPA-nın Fəxri üzvü diplomu və AŞPA medalı ilə
təltif edilmişdir. 2003-cü il avqustun 4-də Milli
Məclis tərəfindən təsdiq edildikdən sonra İlham
Əliyev Azərbaycan Respublikasının Baş naziri təyin
edilmişdir. 2003-cü ilin oktyabr ayının 15-də
Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Prezident seçkilərində seçicilərin 76%-dən çoxu
İlham Əliyevin lehinə səs vermişdir. XXI əsrin ilk
Prezident seçkilərində xalqımızın iradəsinə arxalanan,
siyasətini milli maraqlarımızın tam təmin olunması
üzərində quran, ümummilli liderimiz Heydər Əliyevin
müəyyənləşdirdiyi dinamik inkişaf strategiyasını
rəhbər tutan və regionda çox böyük nüfuza malik olan
İlham Əliyevin dövlətimizin başçısı seçilməsi ilə
müasir tariximizdə keyfiyyətcə yeni mərhələnin
başlanğıcı qoyuldu. 2003-cü il oktyabrın 31-də cənab
Prezident vəzifəsinin icrasına başlamışdır. Pre-
zidentliyinin ilk günlərindən özünü peşəkar siyasətçi
kimi təsdiqləyən İlham Əliyevin siyasi-psixoloji por-
tretinin əsasını təşkil edən komponentlər onun Azər-
baycan siyasi arenası üçün son dərəcə uğurlu dövlət
başçısı olduğunu sübut etdi. O, öz siyasi simasında
Qərb standartlarının, aristokratik siyasi rəftarın, ra-
sional düşüncə tərzinin, praqmatizmin milli mentali-
tetlə son dərəcə dəqiqliklə uzlaşdırılmış ansamblını
yaratmağa nail olmuşdur. Cənab İlham Əliyev bu key-
fiyyətləri ilə Azərbaycan siyasətinə yeni nəfəs, siyasi
ab-hava və müasirlik gətirdi. Başqalarından fərqli
olaraq siyasi romantizm, saxta vətənpərvərlik, arxaik
siyasi ideologiyalar kimi amillər onun bir siyasətçi
kimi formalaşmasına zəmin yaradan komponentlər sı-
rasında mövcud deyildir. Ötən beş il ərzində ümum-
milli liderimiz Heydər Əliyevin siyasi kursunun
layiqli davamçısı olan Prezident İlham Əliyevin apar-
dığı məqsədyönlü siyasət ictimai tərəqqiyə yeni güclü
təkan verməklə, cəmiyyətin bütün təbəqələrinin maraq
və mənafelərini özündə əks etdirmişdir. Heydər
Əliyev siyasi kursunun layiqli davamçısı olan cənab
İlham Əliyev 2008-ci ildə yenidən Prezident seçilmiş
və hazırda Prezident vəzifəsini icra edir. Prezident
İlham Əliyev seçki qabağı platformasının bütün
istiqamətləri üzrə xalqa
verdiyi vədləri ardıcıl ola-
raq yerinə yetirdiyi üçün
seçicilər məhz növbəti 5
ildə də taleyini ona etibar
etdilər. Azərbaycanın hər-
tərəfli və dinamik inkişafı,
yeni iş yerlərinin açılması,
enerji sahəsi ilə yanaşı,
qeyri-neft sektorunun tərəq-
qisinə nail olmaq, milli sa-
hibkarlığın formalaşması və
inkişafı, əhalinin aztəmi-
natlı hissəsinin, bütövlükdə
isə hər bir vətəndaşın mad-
di rifah halının yüksəldil-
məsi, diaspor və lobbiçilik
fəaliyyətinin gücləndirilmə-
si, Azərbaycanın milli mə-
nafeyinə cavab verən ba-
lanslaşdırılmış xarici siya-
sətin yürüdülməsi, Qərbə
inteqrasiya prosesinin sü-
rətləndirilməsi vahid siyasi
platformaya söykənən, çox-
şaxəli və genişmiqyaslı bu
qlobal strateji xəttin
prioritet istiqamətləridir.
Cənab Prezident rus, in-
gilis, fransız və türk dil-
lərini bilir. Ailəlidir. Üç öv-
ladı, 2 nəvəsi var. Xalqının
rifahı və inkişafı naminə
344
əzmlə çalışan və buna müvəffəqiyyətlə nail olan
cənab Prezident ailəsinin bütün üzvləri ilə birlikdə -
həyat yoldaşı, ziyalı bir ailənin yetirməsi, Heydər
Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban
Əliyeva və Heydər Əliyev Fondunun Moskva təm-
silçisi Leyla Əliyeva da çiyin-çiyinə çalışır.
Prezident İlham Əliyev indiyə kimi aşağıdakı
orden, mükafat və fəxri adlarla təltif olunmuşdur:
“Heydər Əliyev” ordeni (Azərbaycan Respublika-
sı), Beynəlxalq münasibətlər və sülh naminə İhsan
Doğramacı mükafatı (Türkiyə), “Rumıniya Ulduzu”
ordeni (Rumıniya), “Kral Əbdüləziz” ordeni (Səudiy-
yə Ərəbistanı Krallığı), “Şərəf” ordeni (Gürcüstan),
“Şərəf Legionunun Böyük Xaçı” ordeni (Fransa),
“Şeyxülislam” ordeni (Azərbaycan Respublikası),
Rusiya Pravoslav Kilsəsinin “Prepodobnıy Serqiy
Radonejskiy” birinci dərəcəli ordeni, “Böyük Kor-
don” Şərəf ordeni (Beynəlxalq Hərbi-İdman Şurası),
MDB ölkələrinin İdman Təşkilatlarının Beynəlxalq
Konfederasiyasının “Şərəf” ordeni, FİLA-nın Şərəf
Zalının ən yüksək “İdman Əfsanəsi” ordeni, Polşa
Respublikasının “Xidmətlərə görə” Böyük Xaç ordeni
(Polşa), “I dərəcəli Knyaz Yaroslav Mudrı” ordeni
(Ukrayna), “Mübarək əl-Kəbir” ordeni (Küveyt
dövləti), Yunanıstan Parlamentinin Qızıl medalı
(Yunanıstan), Avropa Ədalətli Oyunlar Hərəkatının
“Şərəf” nişanı, “Üç ulduz” ordeninin “Böyük xaç
kavaleri” dərəcəsi; Linkoln Universitetinin Fəxri
doktoru (ABŞ), Moskva Dövlət Beynəlxalq Müna-
sibətlər Universitetinin Fəxri doktoru, L.N.Qumilyov
- Avrasiya Milli Universitetinin professoru (Qazaxıs-
tan), Bilkənt Universitetinin Fəxri doktoru (Türkiyə),
Vergilər üzrə Milli Akademiyanın Fəxri doktoru (Uk-
rayna), Ploesti Neft və Qaz Universitetinin Fəxri dok-
toru (Rumıniya), Milli və Dünya İqtisadiyyatı Univer-
sitetinin Fəxri professoru (Bolqarıstan), Kyung Hee
Universitetinin Fəxri doktoru (Cənubi Koreya),
İordaniya Universitetinin Fəxri doktoru (İordaniya),
Korvinus Universitetinin ictimai elmlər üzrə Fəxri
doktoru (Macarıstan), M.V.Lomonosov adına Moskva
Dövlət Universitetinin Fəxri professoru (Rusiya Fede-
rasiyası), Taras Şevçenko
adına Kiyev Milli Universi-
tetinin Fəxri doktoru (Uk-
rayna), Məhdumqulu adına
Türkmənistan Dövlət Uni-
versitetinin Fəxri professo-
ru (Türkmənistan Respubli-
kası), Bakı Dövlət Univer-
sitetinin Fəxri doktoru
(Azərbaycan), Belarus
Dövlət Universitetinin Fəx-
ri professoru (Belarus Res-
publikası).
Hazırda Azərbaycan
dövlətinin daxili və xarici
siyasəti dünyada gedən
geosiyasi və iqtisadi pro-
seslər və bu sahədəki bey-
nəlxalq təcrübə nəzərə alı-
naraq müəyyənləşdirilib.
Qloballaşma, sivilizasiya-
lararası dialoq, ümumbəşəri
dəyərlərin tərkib hissəsi
olan demokratik prinsiplər,
eləcə də cəmiyyətin inkişaf
qanunauyğunluqlarından
irəli gələn məsələlər İlham
Əliyevin yürütdüyü siyasə-
tin nəzəri bazasını və kon-
septual əsaslarını təşkil
edir. Dövlətimizin başçısı-
nın yürütdüyü uğurlu daxili
və xarici siyasət bir-birini
tamamlayaraq Azərbayca-
nın milli maraqlarının mak-
simum dərəcədə təmin
olunmasına yönəlib. Həm
ölkə daxilində gedən pro-
seslər, həm də Azərbayca-
nın dünyada daim möh-
kəmlənən mövqeyi deməyə
345
əsas verir ki, indiyədək aparılmış və bu gün də davam
etdirilən siyasət düzgün istiqamətdədir. Dövlətimizin
başçısı İlham Əliyevin Azərbaycanın sosial-iqtisadi
inkişafı ilə bağlı imzaladığı fərmanlar, onun
sərəncamı ilə təsdiq olunmuş regional inkişafa dair
Dövlət Proqramı ölkəmizin hərtərəfli inkişafına güclü
təkan vermişdir. Təsadüfi deyil ki, 2003-cü il
prezident seçkilərindən sonra iqtisadi siyasətin yeni
prioritetləri, inkişaf perspektivləri müəyyən-
ləşdirilmişdir. Bu istiqamətdə qlobal konsepsiya iş-
lənib hazırlanmış, konkret dövlət proqramları qəbul
olunmuşdur. Uğurlarımız isə göz qabağındadır. Ötən
illər ərzində iqtisadiyyatımızın artım tempi dünyada
analoqu olmayan səviyyəyə yüksəlmişdir. Dövlətimi-
zin başçısı neft sektoru ilə yanaşı, qeyri-neft sektoru-
nun, özəl bölmənin, sahibkarlığın inkişafını ən ümdə
məsələ kimi, prioritet vəzifə kimi qarşıya qoymuş, son
illərdə bu istiqamətdə çox böyük işlər görülmüşdür.
Müstəqil Azərbaycan dövləti bu gün regionun realla-
şan bütün irimiqyaslı transmilli layihələrinin təşəb-
büskarı, əsas iştirakçısıdır. Bakı-Tbilisi-Ceyhan neft,
Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin tam gücü
ilə işə düşməsi Azərbaycanın həm də dünyanın enerji
təhlükəsizliyi məsələlərinin həllinə sanballı töhfəsi sa-
yılmalıdır. Prezident İlham Əliyevin vurğuladığı kimi,
enerji sahəsindəki uğurlar, Azərbaycanın gələcəyi
üçün tarixi məna daşıyır və vaxt keçdikcə bizim möv-
qelərimiz daha da möhkəmlənəcəkdir.
Regional layihələrin gerçəkləşməsi bölgə ölkələ-
rinə və xalqlarına sülh, əminamanlıq, rifah və iqtisadi
inkişaf gətirməkdədir. Bakı-Tbilisi-Qars dəmir yolu
layihəsinin reallaşması Azərbaycanın nəinki regionda,
eləcə də dünyadakı siyasi nüfuzunun, iqtisadi qüdrəti-
nin bariz nümunəsidir. Beləliklə, Azərbaycan Avropa
və Asiya üçün həm enerji, həm də əvəzolunmaz nəq-
liyyat mərkəzinə çevrilir. Cənab İlham Əliyev son
illərdə ölkədə və regionda nəhəng quruculuq layihələ-
rini uğurla həyata keçirdiyinə görə Azərbaycanın tari-
xinə artıq Qurucu Prezident kimi düşüb.
Regional sosial-iqtisadi inkişaf Dövlət Proqramı
bütün bölgələrin, hətta ən ucqar kəndlərin belə tərəq-
qisi, müasir infrastrukturun
formalaşması üçün bütün
zəruri məqamları özündə
əks etdirən mühüm sənəd-
dir. Son illərdə yüzminlərlə
yeni iş yerlərinin açılması,
yoxsulluq səviyyəsinin kəs-
kin aşağı düşməsi rayon və
kəndlərimizdə minlərlə sə-
naye və emal müəssisələri-
nin, yüksək standartlara ca-
vab verən təhsil və səhiyyə
ocaqlarının, xidmət obyekt-
lərinin inşası uğurlarımızın
yalnız bir hissəsidir. Aparı-
lan geniş quruculuq və
abadlıq işləri ölkəmizin
hərtərəfli tərəqqisinə, dün-
yada lider səviyyəyə yük-
səlməsinə səbəb olmuşdur.
Qarşıda duran istər iqtisadi-
sosial sahədə, istərsə də di-
gər istiqamətlərdə bütün
vəzifələr öz həllini tapır.
Son 5 ildə Azərbaycan iqti-
sadi inkişaf sürətinə görə
dünyada lider ölkədir. Bu
liderliyi əldə etmək və onu
qoruyub saxlamaq çətin
məsələdir. İldən-ilə iqtisadi
potensialın artımına nail
olmaq, onu yüksək səviy-
yədə saxlamaq çox böyük
fədakarlıq tələb edir. Döv-
lətimizin başçısının vurğu-
ladığı kimi, bu inkişaf bi-
zim üçün çox böyük im-
kanlar açıb. Azərbaycan
xalqı bu gözəl imkanlardan
artıq bəhrələnir.
346
Xalqımız həm də ona əmindir ki, tariximizə qızıl hərflərlə yazılacaq Qələbənin
müəllifi də məhz Prezident İlham Əliyev olacaq!
Dostları ilə paylaş: |