Fyodor Mixayloviç Dostoyevski
1821-ci il noyabr ayının 11-də Ru-
siya Federasiyasının Moskva şə-
hərində atasının həkim olaraq və-
zifə yerinə yetirdiyi Yoxsullar
Xəstəxanasına aid bir mənzildə
doğulmuşdur. 1837-ci ildə anası-
nın ölümündən sonra atasının ya-
nından ayrılaraq Sankt-Peterburqa köçmüş və orada
Əsgəri mühəndislik məktəbinə qəbul edilmişdi.
Mühəndislik məktəbindəki imtahanlarının ardından,
Dostoyevski baş leytenantlığa gətirilmişdir. Lakin
akademiyanı bitirdikdən sonra 1848-ci ildə ixtisasını
atmış, özünü bütövlükdə ədəbi yaradıcılığa həsr
etmişdir. Böyük rus yazıçısı Fyodor Mixayloviç Dos-
toyevskinin yaradıcılığı XX əsrin mənəvi həyatına tə-
sir göstərmiş, ədəbi modernizm, ekzistensializm, psi-
xologiya, ilahiyyat və ədəbi tənqidin müxtəlif
məktəbləri onun ideyalarının bilavasitə təsiri altında
formalaşmışdır.
1846-cı ildə ilk romanı “İnsancıqlar”ın çap olun-
ması ilə, gənc yazarlar arasında ən böyük gələcək vəd
edən yazıçı kimi şöhrət qazanmışdır. 1847-ci ildə
Dostoyevski sosialistlər dərnəyinə getməyə başlamış
və tədricən dərnək pərdəsi altında fəaliyyət göstərən
inqilabi terrorçu təşkilata cəlb edilmişdir. Terrorçular
çara qarşı sui-qəsd etməyə cəhd göstərmişlər. Qəsd
baş tutmamış, 1849-cu ildə dərnək üzvləri həbs
olunmuş və ölüm cəzasına məhkum edilmişlər. Lakin
çar güllələnmə ərəfəsində
edamı Sibirə sürgünlə əvəz
etmişdir. Yaşanmış iztirab-
lar Dostoyevskinin dünya-
görüşünü büsbütün dəyiş-
dirmişdir. 10 ildən sonra
sürgündən qayıdan Dosto-
yevski ədəbi yaradıcılığını
davam etdirmiş, 1859-cu
ildə qardaşı Mixail və dostu
Straxov ilə birlikdə “Vrem-
ya” və “Epoxa” adlı jurnal-
ları nəşr etdirmişdir. Bu
dövrdə yazdığı “Alçaldıl-
mışlar və təhqir olunmuş-
lar”, “Ölü evindən xatirə-
lər” romanları ilə tanınmış-
dır. 1863-cü ildə Avropaya
səfər etmiş, xəstəliyi və
qumar səbəbi ilə maddi
problemlər yaşayan yazıçı
1864-cü ildə “Yer altından
məktublar” adlı romanını
nəşr etdirmişdir. Onun dün-
ya şöhrətli “Cinayət və cə-
za” ilə “Qumarbaz” adlı
əsərləri 1866-cı ildə işıq
üzü görmüşdür. 1875-ci il-
də “Dəliqanlı”, 1876-cı ildə
Noyabr
190 illiyi
Fyodor Dostoyevski
1821-1881
Rus yazıçısı
11
303
“Bir yazıçının gündəliyi”, 1879-cu ildə isə “Kara-
mazov qardaşlar” romanları nəşr edilmişdir. “Bir
böyük günahkarın həyatı” adlı əsərini isə tamamlaya
bilməmişdir. 1881-ci il yan-
var ayının 28-də vəfat et-
mişdir.
Ədəbiyyat
Alçaldılmış və təhqir edilmiş insanlar: roman /F.Dostoyevski.- Bakı: Şərq-Qərb,
2007.-374 s.
Cinayət və cəza / F.Dostoyevski.- Bakı: Öndər, 2004.-558 s.
İdiot /F.Dostoyevski.- Bakı: Şərq-Qərb, 2006.-727 s.
Baxtin, M. Dostoyevski poetikasının problemləri /M.Baxtin.- Bakı: “Kitab aləmi”
NPM, 2005.- 381 s.
Rus dilində
Нуриев, С.Ш. Проблемы поэтики раннего Достоевского /С.Ш.Нуриев.- Баку,
2008.- 268 с.
İnternetdə
www.az.wikipedia.org
www.elibrary.az
www.xariciedebiyyat.azeriblog.com
www.joy.az
Adilə Abdullayeva
304
Güllü Hacağa qızı Mustafaye-
va 1921-ci il noyabr ayının 12-də
Türkmənistanın Cərco şəhərində
anadan olmuşdur.
1938-ci ildə Azərbaycan
Dövlət Rəssamlıq Texnikumunu
bitirmişdir.
“Leyli və Məcnun məktəb-
də” (1941), “Şairə Məhsətinin
portreti” (1947), “Professor Y.Musabəyovanın por-
treti” (1957), “Paris. Rəssamlar meydanı” (1961) adlı
tematik tablolar və portretlər yaratmışdır.
Güllü xanım Mustafayevanın yaradıcılığında uşaq
portretləri, xüsusilə “Bizim uşaqlar” silsiləsi xüsusi
yer tutur.
1973-cü ildə Azərbay-
can SSR Əməkdar rəssamı
adına layiq görülmüşdür.
Hazırda onun əsərləri
R.Mustafayev adına Azər-
baycan Dövlət İncəsənət
Muzeyində və Azərbaycan
Dövlət Şəkil Qalereyasında
saxlanılır.
Rəssam 1993-cü ildə
dünyasını dəyişmişdir.
Ədəbiyyat
Güllü Mustafayevanın doğum günü //Həftə içi.- 2009.- 13 noyabr.- S.7.
İnternetdə
www.az.wikipedia.org
www.mct.gov.az
Nailə Alışova
Noyabr
90 illiyi
Güllü Mustafayeva
1921-1993
R əssam
12
305
Diabet – ailələr, dövlət-
lər və bütünlükdə dünya üçün
ciddi təhlükə törədən, kəskin
ağırlaşmalarla müşayiət olu-
nan, müalicəsi çoxlu vəsait
tələb edən xroniki xəstəlik-
dir.
Dünyada diabetlə xəstələnmə dərəcəsinə görə ən
yüksək nəticələr Finlandiya, İsveç və Norveçdə qeydə
alınıb. Azərbaycan diabet cəmiyyəti isə hazırda öl-
kədə 62 mindən artıq diabetli xəstəsinin rəsmən qey-
diyyatda olduğu barədə məlumat yayıb. Hər il dün-
yada vəfat edən insanların 5 faizinin ölüm səbəbi
diabetdir.
Ümumdünya diabet günü 155-dən artıq ölkə-
də, o cümlədən də Azərbaycanda qeyd edilir. Bu gün
qeyd edilməsi ilk dəfə 2006-ci ildə BMT tərəfindən
qəbul edilib. Mütəxəssislərin qənaətinə görə yaxın
vaxtlara qədər lazımi tədbirlər görülməsə, növbəti
10 il üçün şəkərli diabetdən dünyasını dəyişən insan-
ların 50 faizə qədər artacağı proqnozlaşdırılır.
İlin bu günü diabet epidemiyasına ictimaiyyətin
diqqətini cəlb etmək məqsədilə bir çox ölkələrdə 800-
dən artıq dünya əhəmiyyətli abidə və binalar mavi
rənglə işıqlandırılır. Ümumdünya Diabet Gününün
rəmzi mavi rəngdir. Mavi rəng BMT-nin bayrağını və
səma rəngini əks etdirir və dünya miqyasında yayılan
bu xəstəliyə qarşı mübarizədə birliyi simvolizə edir.
Belə abidələr sırasında Almaniyada “Brandenburq
qapıları”, Kanadada “Niaqara şəlaləsi”, Yaponiyada
“Tokio qülləsi”, Avstra-
liyada “Sidney opera evi”
və bir çox digər bu kimi
abidələri qeyd etmək olar.
Ümumdünya Diabet Günü
kampaniyasının əsas məq-
sədi ictimaiyyətə bu xəstə-
lik haqqında geniş məlumat
vermək, diabet xəstələrinin
vəziyyətini yaxşılaşdırmaq,
insanları bu xəstəliyə qarşı
birgə mübarizəyə səsləmək-
dir.
Müasir tibb elmi hazır-
da şəkərli diabetin insan or-
qanizmində əsasən ürəyə,
gözə, böyrəklərə və ayaq-
lara zərərinin öyrənilməsinə
çalışır. Azərbaycanda dia-
betli xəstələrə kömək məq-
sədilə həyata keçirilən döv-
lət proqramları çərçivəsin-
də hər il belə xəstələrə dər-
manların pulsuz verilməsi
üçün büdcədən vəsait ayrı-
lır.
Beynəlxalq Diabet Fe-
derasiyasının məlumatına
görə yer kürəsində
240
milyondan artıq insan dia-
Noyabr
Ümumdünya Diabet Günü
2006
14
306
bet xəstəliyindən əziyyət çəkir. 20 il ərzində bu rə-
qəmin 380 milyona çatacağı gözlənilir.
Ədəbiyyat
I tip şəkərli diabet xəstələri üçün qidalanma və fiziki iş barədə məlumat kitabçası
/Azərbaycan Diabet Cəmiyyəti.- Bakı, 2009.
Hüseynova, G. Heç bir uşaq diabet nəticəsində məhv olmamalıdır: 14 noyabr
Ümumdünya Diabet Günüdür /G.Hüseynova //Respublika.- 2008.- 14 noyabr.- S.6.
Ümumdünya Diabet Gününə həsr olunmuş tədbir keçirilmişdir: 14 noyabr
Ümumdünya Diabet Günüdür //Azərbaycan.- 2009.- 14 noyabr.- S.6.
Rus dilində
Астамирова, Х.С. Большая энциклопедия диабетика: [основные сведения о
сахарном диабете, лечение диабета, новые марки инсулина, диета,
биологически активные добавки, гликемический индекс продуктов,
организация помощи диабетикам, контроль диабета] /Х.Астамирова, М.Ахма-
нов.- М.: Эксмо, 2008.
İnternetdə
www.azdiabetliqa.org
www.hayad.org.
Nailə Alışova
307
Lətif Hüseyn oğlu Kəri-
mov 1906-cı il noyabr ayının
17-də Şuşa şəhərində anadan
olmuşdur.
Onların nəsli bütün “Al-
lahvеrənlər” tayfası toхu-
duqları qəşəng хalçaları ilə
Qarabağ mahalında məşhur olmuşdur.
1912-ci ildə onların ailəsi İranın Məşhəd şəhərinə
köçmüşdür. Хalça sənətinə məhəbbəti Lətifi burada
Mirzə Ələkbər Hüsеynzadənin еmalatхanasına gətirib
çıхarmışdır. Müstəsna bacarığı sayəsində üç illik
şagirdliyi üç aya başa vuran Lətif usta köməkçisi
vəzifəsinə irəli çəkilmişdir. Sənətini təkcə Məşhəd
еmalatхanasında öyrəndikləri ilə məhdudlaşdırmaq
istəməyən gənc Lətif, Təbriz və Ərdəbil şəhərlərində
məşhur хalça mərkəzlərini gəzmiş, hər sənətkardan,
hər toхucudan bir təkrarsız ilmə vurmaq, bir naхış
salmaq öyrənmişdir.
Şuşa şəhərində “Qarabağхalça” artеlində 1928-ci
ildə təlimatçı kimi fəaliyyət göstərən Lətif Kərimov,
başqa rayonlarda da yеrli хalçatoхuma işinin sirlərini
öyrənmişdir.
O, 1930-cu ildən хalça sənəti mütəхəssisi kimi
“Azərbaycanхalça” birliyində rəssam-təlimatçı, son-
ralar oranın bədii-texniki rəhbəri vəzifəsində fəaliyyət
göstərmişdir.
1932-1936-cı illərdə ilk
dəfə olaraq Bakıda və Qu-
bada хalça məktəblərinin
açılmasında Lətif Kərimo-
vun böyük zəhmətləri ol-
muşdur. Lətif Kərimov tək-
cə хalçaçılıq sahəsində dе-
yil, dеkorativ tətbiqi sənətin
başqa sahələrində də fəaliy-
yət göstərmişdir. 1932-ci
ildə onun eskizləri əsasında
“Əfşar” xalçası toxunmuş-
dur.
1930-1937-ci illər Lətif
Kərimovun yaradıcılığında
хüsusi yеr tutmuşdur. Onun
Firdovsinin anadan olması-
nın 1000 illiyinə həsr еtdiyi
хalça, 1934-cü ildə Parisdə
ümumdünya sərgisində
uğurla nümayiş еtdirilmiş-
dir. O, min illərdən başla-
yaraq Azərbaycan хalçaçı-
larının müхtəlif növlərinə
aid kompozisiya və naхış-
ları toplamış və bеləliklə
Quba, Şirvan, Bakı, Qazaх,
Gəncə, Qarabağ, Təbriz və
Noyabr
105 illiyi
Lətif Kərimov
1906-1991
Rəssam
17
308
Borçalı хalça qruplarına daхil olan 150-dən artıq хov-
lu və хovsuz хalça məmulatı çеşidlərini yığıb, onların
rəngli rеproduksiyasını hazırlamışdır.
Lətif Kərimov tanınmış rəssamlarımız K.Kazımza-
də, İ.Aхundov və başqaları ilə birlikdə 1940-1941-ci
illərdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin yu-
bilеyinə həsr еdilmiş bеş хalça hazırlamışdır. Bu
хalçalarda şairin “Хəmsə”sinə daхil olan poеmalardan
götürülmüş еpizodlar təsvir еdilmişdir.
Azərbaycan хalça sənətinin qocaman ustadı Lətif
Kərimovun onlarca bədii sənət nümunələri sayılan
хalçaları muzеylərimizin gözəl еksponatlarındandır.
Хalq sənətimizin ulu örnəklərindən olan хalçaçılı-
ğın еlm sahəsi kimi tədqiq еdilib öyrənilməsində,
onun profеssional sənət növü kimi yüksək səviyyəyə
çatdırılmasında və kütləvi istеhsal sahələrindən birinə
çеvrilməsində ustad sənətkarın əvəzsiz хidmətləri
olmuşdur.
Еlmi-yaradıcılıq fəaliyyətinə Azərbaycan Еlmlər
Akademiyasının Mеmarlıq və İncəsənət İnstitutunda
başlayan Lətif Kərimov 1945-ci ildə ayrıca Xalça şö-
bəsinin açılmasına nail olmuşdur.
1947-ci ildə Lətif Kərimovun eskizi ilə “Moskva-
nın 800 illiyinə” xalçası toxunmuşdur.
Onun “Azərbaycan хalçalarında ornamеnt” kitabı
хalçalarımızdakı naхışların, ornamеntlərin öyrənil-
məsi baхımından misilsiz əhəmiyyətə malikdir.
Böyük еlmi əhəmiyyəti olan bu əsərə görə 1950-ci il-
də Lətif Kərimova Sankt-Peterburq şəhərində sənət-
şünaslıq namizədi – alimlik dərəcəsi vеrilmişdir.
1955-ci ildə Lətif Kərimov Azərbaycanın Əməkdar
incəsənət xadimi adına layiq görülmüşdür.
Onun monumеntal tədqiqat işlərindən biri də çoх-
cildli “Azərbaycan хalçası” monoqrafiyasıdır. Dünya
хalça alimlərinin stolüstü
kitabına çеvrilən ilk cilddə
Azərbaycan хalçalarında is-
tifadə olunan 1200 еlеmеnt
haqqında dəyərli еlmi mə-
lumat vеrilmişdir. Lətif Kə-
rimovun təşəbbüsü ilə
1972-ci ildə Bakıda хalça
muzеyi təşkil olunmuşdur.
Həmin ildə onun eskizi ilə
“Nəsimi”, 1976-cı ildə
“Əcəmi”, 1977-ci ildə isə
“Zərxara” xalçası toxun-
muşdur.
Lətif Kərimovun bir sə-
nətkar və alim kimi əməyi
dövlət tərəfindən yüksək
qiymətləndirilmişdir. O,
1949-cu ildə İ.Stalinin ana-
dan olmasının 70 illiyinə
töhfə olunan nəhəng və nə-
fis хalçanı toхuyan kol-
lеktivə bacarıqla rəhbərlik
еtdiyinə görə öz həmkarları
ilə birgə Stalin mükafatı
laurеatı adına layiq görül-
müşdür.“Хalqlar Dostluğu”
ordеni ilə təltif olunmuşdur.
Azərbaycan xalça sənə-
tinin yorulmaz təbliğatçısı,
rəssam Lətif Hüseyn oğlu
Kərimov 1991-ci il sentya-
br ayının 9-da Bakıda vəfat
etmişdir.
Ədəbiyyat
Azərbaycan xalçalarının naxış elementlərindən nümunələr /L.Kərimov.- Bakı,
1983.-130 s.
Əliyeva, K. Lətif Kərimov: həyat və yaradıcılığı.- Bakı,2007.- 347 s.
Mehdixanlı, T. İlmələrin nağılı (Azərbaycanın Xalq rəssamı, mahir xalçaçı Lətif
Kərimov haqqında) /T.Mehdixanlı //Azərbaycan.- 2005.- 16 yanvar.- S.4.
Samirə Eminova
309
Aqşin Əlisəttar oğlu Babayev
1936-cı il noyabr ayının 23-də
anadan olmuşdur. Orta məktəbi
bitirdikdən sonra 1954-1959-cu
illərdə ADU-nun (indiki BDU)
Fliologiya fakültəsində təhsil al-
mışdır. Ədəbi yaradıcılığa tələbəlik dövrü “Oktyabr
işıqları” almanaxında çap olunmuş “Azadlıq uğrunda”
hekayəsi ilə başlamışdır. Əziz Nesinin hekayələrini,
Haldun Tenezin “Katanlı Əli dastanı” pyesini,
Terensin “Qardaşlar” pyesini, Stefan Sveyqin
“Naməlum qadının məktubu” əsərini doğma dilə çe-
virmişdir. 1958-1959-cü illərdə “Avtomobil nəqliy-
yatçısı” qəzetində korrektor işləmişdir.
1961-1965-ci illərdə ADU-nun Şərqşünaslıq
fakültəsində Türk ədəbiyyatı üzrə qiyabi aspirantura-
sını bitirmişdir. “Nazim Hikmətin dramaturgiyası”
mövzusunda namizədlik dissertasiyasını müdafiə et-
mişdir. 1959-1972-ci illərdə Azərbaycan Dövlət Tele-
viziya və Radio Verilişləri Komitəsində kiçik redak-
tor, redaktor, böyük redaktor, baş redaktorun müavini,
baş redaktor olmuşdur. 1972-1975-ci illərdə Tür-
kiyənin İskəndərun şəhərində tərcüməçilik etmişdir.
1975-1990-cı illərdə Azərbaycan Dövlət Televiziya
və Radio Verilişləri Şirkətində sədr müavini işləmiş-
dir. Onun “Yaralar”, “Cəza”, “Tufan”, “Düşmən”,
“Bir parça həyat” səhnə əsərləri tamaşaya qoyulmuş-
dur. 1996-cı ildə “Kişilər az yaşadı” povest və
hekayələr toplusu Moskvada rus dilində kütləvi tirajla
nəşr olunmuşdur. 1991-ci ildən Azərbaycan Respub-
likası Milli Məclisinin Mət-
buat xidməti şöbəsinin
müdiridir.
1961-ci ildən Azərbay-
can Jurnalistlər Birliyinin
üzvüdür. “Ədəbiyyat qəze-
ti”, “Açıq söz” və “Baki-
nets” qəzetləri redaksiya
heyətlərinin üzvüdür.
Xidmətlərinə görə
1970-ci ildə “Əmək rəşa-
dəti”, 1986-cı ildən Əmək
Veteranı medalları, 1986-cı
ildən Azərbaycan SSR Ali
Sovetinin Fəxri fərmanı ilə
tətif edilmişdir.
O, 1978-ci ildən Azər-
baycan Yazıçılar Birliyinin
üzvü, 1987-ci ildən Azər-
baycan Əməkdar Jurnalisti,
1996-cı ildən filologiya
elmləri doktoru, 1998-ci
ildən professordur. 1993-cü
ildən “Qızıl qələm” və
1994-cü ildən “Həsən bəy
Zərdabi”, “Əməkdar sənət-
kar”, “Araz” ali ədəbi mü-
kafatı laureatıdır.
Noyabr
75 illiyi
Aqşin Babayev
1936
Nasir
23
310
Ədəbiyyat
Seçilmiş əsərləri /A.Babayev.- Bakı: Səda, 2005.- C.1.- 315 s.
Azərbaycan Parlamenti və beynəlxalq təşkilatlar /A.Babayev.- Bakı: Elm, 2004.-
185 s.
Başımıza gələnlər /A.Babayev.- Bakı: Azərnəşr, 1995.- 190 s.
Dünyanın axırı /A.Babayev.- Bakı: Gənclik, 1992.- 307 s.
Heydər Əliyev və Azərbaycan Parlamenti /A.Babayev.- Bakı: Azərnəşr, 2003.-
172 s.
Qurtuluş /A.Babayev.- Bakı: Azərnəşr, 1998.- 240 s.
Müstəqil dövlətimiz və parlamentimiz /A.Babayev.- Bakı: Elm, 2001.- 250 s.
Səhnə, Ekran, Efir: pyeslər və s. /A.Babayev.- Bakı: Borçalı, 2008.- 436 s.
İnternetdə
www.adam.az
www.az.wikipedia.org
www.science.gov.az
Bəybala Ələsgərov
311
Çox vaxt zorakılıq sözünü eşi-
dəndə mütləq kiməsə fiziki güc
tətbiq olunduğunu düşünürük.
Amma bu belə deyil. BMT Baş
Assambleyası 25 Noyabr Günü-
nü Qadınlara Qarşı Zorakılıqla Mübarizə Günü elan
edib. Bu tarix təsadüfi seçilməyib. Öz hüquqları
uğrunda mübarizə aparan Dominikan qadınları 1960-
cı ildə, diktator Rafael Truxilyonun əmri ilə vəh-
şicəsinə qətlə yetiriliblər.
Bu gün 1999-cu ildən etibarən qeyd edilir.
Birləşmiş Millətlər Təşkilatı, dünya dövlətləri və
insan hüquqları təşkilatları qadınlara qarşı zorakılıqla
mübarizə aparmağa çağırırlar. Qadın hüquqları fəal-
ları dünyada qadınların təhqir olunmasından döyül-
məsinə kimi zorakılıqları qadağan edən qanunların
qəbul edilməsini tələb edirlər.
Qadın hüquqları fəallarının fikrincə, dünyanın heç
bir regionunda, ölkəsində, mədəniyyətində qadın zo-
rakılıqlardan azad deyil. Fəallar bildirirlər ki, qadın-
lara qarşı zorakılıq qadınların inkişafı üçün ən böyük
maneələrdən biri olaraq onların əsas insan hüququnun
pozulmasıdır.
Qadın zorakılığı ilə bağlı statistik göstəricilər də
ürəkaçan deyil. Yer üzündə hər üç qadından biri ən
yaxşı halda fiziki zorakılığa məruz qalır. Özü də ona
doğma olan insanlar tərəfindən. Cinsi zorakılığa mə-
ruz qalan qadınların əksəriyyəti isə cəmiyyətdə yeni
problemlərin yaradıcısına çevrilir. Son 50 ildə dünya-
da qadına münasibət müəy-
yən qədər dəyişsə də, prob-
lem demək olar ki, tam həl-
lini tapmayıb. Planetin ayrı-
ayrı nöqtələrində baş verən
hərbi münaqişələr zamanı
zorakılığa məruz qalanların
sırasında qadınlar daha
çoxdur. Ermənistan – Azər-
baycan Dağlıq Qarabağ
munaqişəsi nəticəsində zo-
rakılığa məruz qalan həm-
vətənlərimiz arasında qa-
dınlar kifayət qədərdir. Əsir
və itkin düşmüş, girov gö-
türülmüş vətəndaşlarla əla-
qədar Dövlət Komissiyası-
nın 1 iyun 2008-ci ilə olan
məlumatına görə, əsir, itkin
düşmüş və girov götürül-
müş şəxslərin 262 nəfəri
qadın, o cümlədən 16 nəfəri
azyaşlı qız və 156-sı yaşlı
qadındır.
Əsir və girovluqdan 343
nəfər qadın, o cümlədən 65
nəfər azyaşlı qız, 112 nəfər
yaşlı qadın azad edilib. 550
nəfərin əsir və girovluqda
qətlə yetirildiyi və ya
Noyabr
Qadınlara Qarşı Zorakılığa
Son Qoyulması Günü
1999
25
312
müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilib.
Onlardan 104 nəfəri qadındır.
Həm münaqişə, həm də gündəlik həyatımızda fəa-
liyyətini mövcud problemlərin həllinə kömək
üzərində quran Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi məhz bu məqsədlə yaradıldı.
Reallaşdırılan layihələrdən biri də Azərbaycanda qa-
dınlara qarşı zorakılığın azaldılmasına yönəlib.
25 noyabr – Qadınlara Qarşı Zorakılığın Aradan
Qaldırılması Günü münasibətilə BMT-nin baş katibi
Pan Gi Mun dünya ölkələrinə müraciət ünvanlayıb.
Müraciətdə deyilir: “Dünyanın həm inkişaf etmiş,
həm də yoxsul ölkələrində qadınların döyülməsi, alı-
nıb-satılması, zorlanması və öldürülməsi halları baş
verir. Bu insan hüquqları pozuntuları yalnız fərdlərə
ziyan vurmur, bütün cəmiyyətin inkişafını, sülhü və
təhlükəsizliyi sarsıdır. Qadınlar hər yerdə müəyyən
risk altındadırlar, lakin onların arasında silahlı
münaqişələrin mövcud olduğu ərazilərdə yaşayanlar
daha ciddi təhlükələrlə üzləşirlər. Qadınlar artıq
nəinki döyüşlər getdiyi zaman, hətta nisbi sakitliyin
bərqərar olduğu dövrdə belə ordu, hərbi dəstələr,
üsyançılar, kriminal qruplar və hətta polislər tə-
rəfindən hücumlara məruz qalırlar”.
Zorakılığa məruz qalan
qadınların dəqiq sayının
bilinmədiyini vurğulayan
Baş Katib bütün dünya
ölkələrini “Zorakılığa son
qoymaq üçün birləş!” kam-
paniyası başlatmağa çağı-
rıb: “Qadınlara qarşı zora-
kılığa son qoyulmasına yar-
dım etmək üçün biz hamı-
mız – kişilər və qadınlar,
əsgərlər və sülhməramlılar,
vətəndaşlar və liderlər mə-
suliyyət daşıyırıq. Hər bir
dövlət zorakılığın qarşısını
almaq, təqsirkarları məsu-
liyyətə cəlb etmək və qur-
banların hüquqi müdafiəsi-
ni təmin etmək kimi öhdə-
liklərini yerinə yetirməli-
dir”.
Dostları ilə paylaş: |