Azərbaycan Milli Kitabxanası



Yüklə 5,2 Mb.
Pdf görüntüsü
səhifə22/37
tarix24.01.2017
ölçüsü5,2 Mb.
#6263
1   ...   18   19   20   21   22   23   24   25   ...   37

 

  Seymur  Qəhrəman oğlu Məmmədov 

1971-ci il sentyabr ayının 18-də Füzuli 

rayonunda  dünyaya göz açmışdır.  

1991-ci ildə  hərbi xidmətə gön-

dərilmişdir. O, Vladimir vilayətinin 

Kovrov  şəhərində artilleriya üzrə 6 

aylıq kurs keçmiş, sonra Almaniyaya 

göndərilmişdir. Bir müddətdən sonra isə Ukrayna 

Respublikasının Çerniqov şəhərində xidmətini davam 

etdirmişdir. Hərbi xidmətdən qayıtdığı gündən, 

könüllü olaraq 814 saylı özünümüdafiə batalyonuna 

yazılmışdır. 

O, çox gənc olmasına baxmayaraq həmişə qaynar 

nöqtələrdə olmuş,  ən çətin  əməliyyatlarda iştirak 

etmişdir. Seymur onlarla azərbaycanlı  əsirin azad 

edilməsində, 11 nəfər əsgərin mühasirədən çıxarılma-

sında və bir neçə  kəndin erməni işğalçılardan təmiz-

lənməsində  əsl igidlik göstərmişdir. 1 aprel 1992-ci 

ildə Seymurun son döyüşü oldu. Məlikcan kəndi 

uğrunda gedən döyüşdə  hər birində 10 nəfərə yaxın 

erməni yaraqlısı olan 15 post darmadağın edilmişdi. 

Bu qeyri-bərabər döyüşdə 

düşmən snayperinin gülləsi 

onun ömrünü yarımçıq 

qoydu. 


Subay idi. 

Azərbaycan Respublika-

sı Prezidentinin 11 avqust 

1992-ci il tarixli 131 saylı 

Fərmanı ilə  Məmmədov 

Seymur Qəhrəman oğluna 

ölümündən sonra “Azər-

baycanın Milli Qəhrəmanı” 

adı verilmişdir. 

Bakı  şəhərinin  Şəhidlər 

Xiyabanında dəfn edilmiş-

dir. 


Oxuduğu məktəb onun 

adını daşıyır. 

 

Ədəbiyyat 

Seymur Qəhrəman oğlu Məmmədova “Azərbaycanın Milli Qəhrəmanı” adı 

verilməsi haqqında: [Sıravi - Azərbaycan Respublikasının suverenliyinin və  ərazi 

bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində 

göstərdiyi  şəxsi igidlik və  şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin 

Fərmanı, 11 avqust 1991-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı. - 

1992.- № 15.- S.70.- (Ölümündən sonra) 

Əsgərov, V. Məmmədov Seymur Qəhrəman oğlu /V.Əsgərov  //Azərbaycanın 

Milli Qəhrəmanları.- Bakı, 2005.- S.147.                                        Samirə   Eminova   

 

Sentyabr  



 

40 illiyi 

Seymur Məmmədov    

1971-1992 

 

 

 



 

Milli 


Qəhrəman 

18 


257 

                        



                

    


    Arif  Vəliş oğlu  Qubadov 1966-cı il 

sentyabr ayının 20-də    Cəlilabad rayo-

nunun  Əliqasımlı  kəndində doğul-

muşdur. 1983-cü ildə  Əliqasımlı  kənd 

orta məktəbini bitirmişdir. 1984-cü ildə 

Cəlilabad rayon Hərbi Komissarlığı 

tərəfindən hərbi xidmətə çağırılmışdır. 

Xidmətini SSRİ-nin müxtəlif yerlərində keçirmişdir. 

       A.Qubadov  Azərbaycanda baş verən hadisələri 

nigarançılıqla izləyirdi. Erməni quldurlarının Qərbi 

Azərbaycanda və Qarabağda soydaşlarımızın başına 

gətirdikləri müsibətlər onu çox narahat edirdi. O, Vətə-

nə dönməyə, burada xidmət etməyə can atırdı. 

      1992-ci  ildə arzusuna qovuşdu. O, Azərbaycana 

gələrək Milli Ordumuzda xidmət etməyə başladı. 

1992-ci ilin iyun ayında Qədim  Naxçıvanın  Sədərək 

bölgəsində qanlı döyüşlər gedirdi. Arif də silaha 

sarılmışdı. O, qəhrəmancasına vuruşurdu. Onun ko-

mandir olduğu tabor düşmənin xeyli canlı qüvvəsini və 

döyüş texnikasını  məhv etdi. Sədərəklilər onun rəşa-

dətindən necə də ürək dolusu danışırdılar.  

    A.Qubadovun  dəstəsi 1993-cü ilin iyun ayında 

Ağdam rayonuna göndərildi. Rayonun Əfətli, Yusif-

canlı  kəndlərinin düşmən tapdağından azad edilmə-

sində ölüm-dirim mübarizəsinə girişən dəstə, düşmənə 

layiqli cavab verdi. Kəndlər tezliklə azad edildi. 

   O, 1993-cü ilin avqustunda öz taboru ilə Füzuli böl-

gəsinə yollandı.  Əhmədbəyli, Aşağı  və Yuxarı Kürd-

mahmudlu, Alxanlı kəndləri 

məhz Arif  Qubadovun rəh-

bərliyi altında  düşməndən 

təmizləndi. 

     O, 1994-cü ildə Tərtər və 

Ağdərə döyüşlərində də fəal 

iştirak etmişdi. Burada  da 

o, öz  döyüşkənliyi və rəşa-

dəti ilə fərqlənmişdi.  

     Bu  xidmətlərinə görə, 

Azərbaycan Respublikası 

Prezidentinin 4 aprel 1995-

ci il tarixli 307 saylı  Fər-

manı ilə Qubadov Arif Vəliş 

oğluna “Azərbaycanın Milli 

Qəhrəmanı” adı verilmişdir. 

   O,    1996-cı ildə Bakı Ali 

Birləşmış Komandirlər 

Məktəbininə daxil olmuş, 

2001-ci ildə oranı bitirmiş, 

Azərbaycan  Respublikası  

Sərhəd Qoşunları  Hərbi 

Akademiyasına daxil olmuş 

və 2003-cü ildə oranı mü-

vəffəqiyyətlə bitirmişdir. 

      A.Qubadov  polkovnik-

leytenant rütbəsindədir. O, 

yenə Vətənin keşiyindədir. 

 

Sentyabr  



 

45 illiyi 

Arif  Qubadov 

1966 


 

 

 



Milli 

Qəhrəman 

20 


258 

       Ailəlidir, iki oğul, iki qız atasıdır. 

 

Ədəbiyyat 

 

 Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupuna 

“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Qubadov Arif Vəliş oğlu-

Müdafiə Nazirliyi, baş leytenant - Azərbaycan Respublikasının  Konstitusiya, dövlət 

quruluşunun müdafiəsi, onun müstəqilliyinin qorunub saxlanması və dövlət çevrilişi 

cəhdinin qarşısının alınması zamanı şəxsi qəhrəmanlıq və şücaət göstərdiyinə görə]: 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 4 aprel 1995-ci il //Azərbaycan.-

1995.- 5 aprel.- S.1. 

 

   Əsgərov, V. Qubadov Arif Vəliş  oğlu /V.Əsgərov //Azərbaycanın Milli 



Qəhrəmanları.- Bakı, 2005.- S.236. 

   Qubadov  Arif  Vəliş  oğlu //Azərbaycanın Milli Qəhrəmanları /tərt. ed. 

H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.119. 

 

         Saqibə Mehrəliyeva



 

259 

 

    Xanlar  Məmməd oğlu Haqverdiyev 



1906-cı il sentyabr ayının 26-da Ağ-

dam rayonunun Seyidli kəndində  bəy 

ailəsində anadan olmuşdur.  

1928-ci ildə Xanlar Haqverdiyev 

Azərbaycan Dövlət Konservatoriya-

sının Vokal şöbəsininə daxil olmuşdur. 

Professor H.Speranskidən rus və Avropa  musiqisini,  

Seyid  Şuşinskidən isə klassik muğamlarımızın incə-

liklərini öyrənmişdir. 

1929-cu ildə Azərbaycan  Dövlət Opera və Balet 

Teatrına xorda oxumaq üçün qəbul edilmişdi. Xanlar 

xorda çıxış etməklə yanaşı, gələcəyin böyük sı-

naqlarına hazırlaşırdı. Çox keçmədi ki, “Əsli və 

Kərəm” operasında Sofi rolunu ona tapşırdılar. Gənc 

opera müğənnisi üçün Sofi rolunda səhnəyə  çıxmaq, 

Hüseynqulu Sarabski (Kərəm) kimi sənətkarın tərəf - 

müqabili olmaq, həm böyük səadət, həm də  çətin 

imtahan idi. 

1932-1933-cü illərdə Türkmənistanda Azərbay-

can  Dövlət Opera və Dram Teatrı yaradılmışdı. Aşqa-

bad Azərbaycan Teatrının inkişafında bir çox sənət-

karlarla yanaşı görkəmli aktyor Rza Əfqanlının, opera 

müğənnisi Xanlar Haqverdiyevin də rolu olduqca 

böyük olmuşdur. O, türkmən xalqının böyük rəğbətini 

qazanmışdı. Heç bir şənlik, teatr, el şənlikləri onsuz 

keçmirdi. Məhz bunun nəticəsi olaraq müğənninin 

əməyi yüksək qiymətləndirilmiş, 1939-cu ildə ona  

Türkmənistan SSR Əməkdar artisti fəxri adı verilmiş-

dir. 

 

Aktyor 1959-cu ildə 



Moskvada Azərbaycan in-

cəsənəti və  ədəbiyyatı on-

günlüyündə  iştirak etmiş, 

“Sevil”,  “Koroğlu” opera-

larında çıxış etmişdir. Mos-

kva tamaşaçılarının alqış-

larında onun da payı var 

idi. Teatr incəsənəti sahə-

sində görkəmli fəaliyyətinə 

və  zəhmətkeşlər qarşısında 

mədəni xidmətlərinə görə 

1956-cı ildə ona Azərbay-

can Respublikasının Əmək-

dar artisti fəxri adı veril-

mişdir. O, Azərbaycan 

Teatr Cəmiyyətinin üzvü 

idi. Musiqili səhnə incəsə-

nətini inkişaf etdirmək 

sahəsində göstərdiyi xid-

mətlərinə görə o, dəfələrlə 

Azərbaycan SSR Ali Soveti 

Rəyasət heyətinin, qardaş 

respublikaların fəxri fər-

manları ilə  təltif edilmiş 

“Əməkdə  fərqlənməyə gö-

rə” medalına layiq görül-

müşdür. 

Azərbaycan və Türk-

mənistan Respublikalarının 

 

Sentyabr  



 

105 illiyi 

Xanlar Haqverdiyev    

1906-1980 

 

 

 



 

Xanəndə 

26 


260 

Əməkdar artisti Xanlar Haqverdiyevin opera səh-

nəmizdə, musiqimizin inkişafında xidmətləri olduqca 

böyük olmuşdur.  

1962-ci ilin dekabr ayında Xanlar Haqverdiyev  

təqaüdə  çıxsa da, səhnə onu özünə  çəkmiş, müğənni 

bir neçə il yenidən opera teatrında  fəaliyyət gös-

tərmiş, gənc müğənnilərin 

kamilləşməsində yaxından 

kömək etmişdir. 

5 dekabr 1980-ci ildə 

vəfat etmişdir. 

 

Ədəbiyyat 

 

Çəmənli, M. Sənətkar ömrünün izləri /M.Çəmənli.- Bakı: Adiloğlu, 2006.-128 s. 



Rəhimli,  İ. Xanlar Məhəmməd oğlu Haqverdiyev //Azərbaycan Dövlət Akade-

mik Opera və Balet Teatrı /İ.Rəhimli.- Bakı, 2008.- S.332 



 

İnternetdə 

 

www.anl.az 

www.uzeyirbook.musigi-dunya.az 

 

Nailə Alışova 



 

 

 

                                          

261 

 

 

Zakir Tofiq oğlu Yusifov 1956-



cı il sentyabr ayının 29-da Bakı 

şəhərində doğulmuşdur.  

1974-cü ildə 194 saylı orta 

məktəbi bitirdikən sonra Sasovski  

adına Mülki Təyyarəçilik Məktəbinə 

daxil olmuşdur.  

1977-ci ildə  təhsilini başa vuraraq, Yevlax 

aviadəstəsində  əmək fəaliyyətinə başlamışdır. AN-2 

təyyarəsinin komandiri, eskadrilya komandirinin 

müavini, eskadrilya komandiri, uçuşu təşkil və  tə-

minetmə müfəttişliyinin təyyarəçi-müfəttişi və b. və-

zifələrində çalışmışdı.  Belə  çətin, məsul vəzifələrdə 

çalışsa da ali təhsil almağı da unutmurdu.  

O, 1988-ci ildə Bakı Dövlət Universitetinin Hü-

quq fakültəsinin qiyabi şöbəsini bitirmişdir. Respubli-

kada ilk hərbi vertolyot eskadrilyasının yaradılması nə 

qədər ağır və  çətin iş olsa da, o, Azərbaycanın Milli 

Qəhrəmanı Yavər Əliyevlə birlikdə bu işi öz öhdəsinə 

götürmüşdü. Zakir Yusifov az vaxtda Mİ-24 vertolyo-

tunu bütün incəliklərinədək öyrənmişdi. Uçuşlar ara-

sında ən yadda qalanlardan biri, sözsüz ki, aprel ayı-

nın 11-də Füzuli-Xocavənd istiqamətində  həyata 

keçirdikləri uçuş idi. Zakir Yusifov həmin gün ilk 

dəfə idi ki, hərbi vertolyot komandiri kimi havaya 

qalxmış, uçuş uğurlu olmuşdu.  

 

 



 

 

Onlar döyüş tapşırığını 



müvəffəqiyyətlə yerinə ye-

tirib geri qayıtmışdılar. 

Cəsur komandir yüz-

dən artıq hərbi uçuş keçirə-

rək  Əsgəran, Füzuli, Xoca-

vənd, Tərtər, Ağdərə, Şuşa-

kənd uğrunda gedən döyüş-

lərdə iştirak etmiş və Azər-

baycan Hərbi Aviasiyasının 

döyüş salnaməsinə  şanlı 

səhifələr yazmışdı.   Zakir 

Yusifovun son uçuşu  11 

oktyabr 1992-ci ildə olmuş-

dur. Səfiyan kəndində növ-

bəti əməliyyat zamanı onun 

vertolyotu vuruldu. Bütün 

heyət həlak oldu. 

Ailəli idi. İki qızı ya-

digar qalıb. 

Azərbaycan Respubli-

kası Prezidentinin 5 fevral 

1993-cü il tarixli 457 saylı 

Fərmanı ilə Yusifov Zakir 

Tofiq oğluna ölümündən 

sonra “Azərbaycanın Milli 

Qəhrəmanı” adı verilmiş-

dir. 

 

Sentyabr  



 

55 illiyi 

Zakir  Yusifov  

1956-1992 

 

 

 



Milli 

Qəhrəman 

29 


262 

Bakı  şəhərinin  Şəhidlər Xiyabanında dəfn edil-

mişdir. 

Vaxtilə oxuduğu 194 saylı orta məktəb və Bakı-

nın Nizami rayonundakı küçələrdən biri onun adını 

daşıyır. 

 

Ədəbiyyat 

 

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına 

“Azərbaycanın Milli Qəhrəmanı“ adı verilməsi haqqında: - [Yusifov Zakir Tofiq 

oğlu - mayor - Azərbaycan Respublikasının suverenliyi və  ərazi bütövlüyünün 

qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində şəxsi igidlik və şü-

caət göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 5 fevral 

1993-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1993.- №3.- S.11.-

(Ölümündən sonra).  

 

Əsgərov, V. Yusifov Zakir Tofiq oğlu /V.Əsgərov //Azərbaycanın Milli 



Qəhrəmanları.- Bakı, 2005.- S.217. 

Faxralı, R. Zakir Yusifov /R.Faxralı //Ömrün üfüqləri.- Bakı, 1996.- S.118. 

Süleymanov, M. Mübarizlər: [Zakir Yusifovu yaxından tanıyanların və ailə 

üzvlərinin xatirələri] /M.Süleymanov //Səma şahinləri.- Bakı, 1996.- S.114-139. 

Yusifov Zakir Tofiq oğlu //Azərbaycanın Milli Qəhrəmanları /tərt. ed. 

H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.201. 



 

İnternetdə 

 

www.azerbaycanturkleri.com 

www.zengilan.com 

www.joy.az 



 

Nailə Alışova 

 

263 

 

 

Mirələkbər Mirələsgər  оğlu 

İbrаhimоv  1961-ci il sentyabr 

ayının 30-da Qərbi  Аzərbаycаnın 

Vеdibаsаr mаhаlının  Хаlisа  kən-

dində ziyаlı  аiləsində  dоğulmuş-

dur.  


Birinci sinifə  dоğmа  kəndlə-

rində gеtmişdir. Sоnrа аilələri Bа-

kıyа köçmüşdür. 1978-ci ildə 

Bаkıdаkı 158 sаylı оrtа məktəbi bitirdikdən sоnrа hər-

bi хidmətə gеtmişdir.  

1980-ci ildə  hərbi  хidmətini bаşа vurmuş,  Аzər-

bаycаn Dövlət Pеdаqоji Univеrsitеtinin  İdmаn və 

hərbi hаzırlıq fаkültəsinə dахil оlmuşdur. Təyinаtı ilə 

Lənkərаndа üç il müəllim işləmiş, sоnrа isə  Bаkıyа 

qаyıtmış  və 153 sаylı  оrtа  məktəbdə ibtidаi hərbi 

hаzırlıq müəllimi kimi pеdаqоji fəаliyyətini dаvаm 

еtdirmişdir. 

1990-cı ilin 20 Yаnvаr hаdisəsindən sоnrа özünə 

yеr tаpа bilmirdi. Dаşаltı, Mаlıbəyli, Kərkicаhаn 

qırğınlаrındаn sоnrа  cəbhəyə  gеtməyi qərаrа  аlmışdı. 

Bu məqsədlə о, Yаsаmаl rаyоn Hərbi Kоmissаrlığınа 

mürаciət еtmişdi. 1993-cü ildə оnu yеnicə yаrаdılmış 

5-ci Yаsаmаl tаbоrunа  kоmаndir təyin  еdirlər. 

Mirələkbər öz tаbоru ilə Füzuli rаyоnunun  Аlхаnlı, 

Kürdmаhmudlu,  Аşаğı  Sеyidəhmədli kəndləri uğrun-

dа  gеdən döyüşlərdə  iştirаk  еdərək, mərdliklə vuruş-

muşdur. Mirələkbərin sоn döyüşü 5 mаrt 1994-cü ildə 

olmuşdur. Döyüşçülərimiz Qоrqаn kəndini  еrməni 

işğаlçılаrındаn  аzаd  еtmiş, bir аz dincəlməyi qərаrа 

аlmışdılаr. Kəşfiyyаtçı  хə-

bər gətirmişdi ki, yаrаqlılаr 

iki kəndi işğаl еdiblər. İgid 

kоmаndir öz döyüşçüləri ilə 

silаhа  sаrılmışdı.  Аğır dö-

yüşdən sоnrа  hər iki kənd 

gеri qаytаrılsа  dа, düşmə-

nin gülləsi Mirələkbəri hаq-

lаmışdı.  О, Füzuli döyüş 

bölgəsində gözlərini  ədəbi 

yumdu. 

Еvli idi. Bir övlаdı yа-



digаr qаlıb. 

Аzərbаycаn Rеspubli-

kаsı Prеzidеntinin 16 sеnt-

yаbr 1994-cü il tаriхli 203 

sаylı  Fərmаnı ilə  kаpitаn 

İbrаhimоv Mirələkbər Mir-

ələsgər  оğlunа ölümündən 

sоnrа  “Аzərbаycаnın Milli 

Qəhrəmаnı”  аdı  vеrilmiş-

dir. 


Bаkı şəhərinin Şəhidlər 

Хiyаbаnındа  dəfn  еdilmiş-

dir. 

Vахtilə dərs dеdiyi 153 



sаylı оrtа məktəb indi оnun 

аdını dаyışır. 

 

Sentyabr  



 

50 illiyi 

Mirələkbər İbrаhimоv

  

1961-1994 

 

 

 



Milli 

Qəhrəman 

30 


264 

Ədəbiyyаt 

 

  Аzərbаycаn Rеspublikаsının Müdаfiə  Nаzirliyinin hərbi qulluqçulаrınа 

“Аzərbаycаnın Milli Qəhrəmаnı”  аdı  vеrilməsi hаqqındа: [İbrаhimоv Mirələkbər 

Mirələsgər  оğlu – kаpitаn – Аzərbаycаn Rеspublikаsının suvеrеnliyinin və  ərаzi 

bütövlüyünün qоrunmаsındа, vətənimizin tоrpаqlаrının  еrməni işğаlçılаrındаn 

müdаfiə  еdilməsində  gеdən döyüşlərdə  qəhrəmаnlıqlа vuruşаrаq göstərdiyi  şəхsi 

igidlik və sücаətə, öz müqəddəs  əsgəri və  хidməti bоrcunun yеrinə  yеtirilməsində 

göstərdiyi misilsiz хidmətlərə görə]:  Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin 

Fərmаnı, 16 sеntyаbr 1994-cü il //Аzərbаycаn.- 1994.- 21 sеntyаbr.- S.1. 

(Ölümündən sоnrа). 

 

Əliyеvа, C. Vətən bizi böyütdü ki… /C.Əliyeva //Аzərbаycаn.-  1995.-               



10 sеntyаbr.- S.3. 

Əsgərоv, V. İbrаhimоv Mirələkbər Mirələsgər  оğlu /V.Əsgərоv //Аzərbаycаnın 

Milli Qəhrəmаnlаrı.- Bakı, 2005.- S.98. 

İbrаhimоv Mirələkbər Mirələsgər  оğlu //Azərbaycanın Milli Qəhrəmanları /tərt. 

ed. H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.101. 

 

İnternetdə 

www.az.wikipedia.org 

www.science.gov.az 

 

Məmməd Məmmədov 


265 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

1 oktyabr 

Gün çıxır 

06:47   


Gün batır 

19:24 


31 oktyabr   

Gün çıxır  

06:38   

Gün batır 

17:40 

O

kt



yabr

 

 



 

24 sentyabr- 

23 oktyabr 

Tərəzi bürcü 

Nişanı havadır. 

Veneranın 

himayəsindədir. 

Günəşin Tərəzi 

bürcündən keçdiyi 

dövrdə? 


doğulanlar yumşaq 

xasiyyətli, parlaq 

zəkalı olurlar.  

Ş 1 

B 2 

Be 3 

Ça 4 

Ç 5 

Ca 6 

C 7 

Ş 8 

B 9 

Be 10 

Ça 11 

Ç 12 

Ca 13 

C 14 

Ş 15 

B 16 

Be 17 

Ça 18 

Ç 19 

Ca 20 

C 21 

Ş 22 

B 23 

Be 24 

Ça 25 

Ç 26 

Ca 27 

C 28 

Ş 29 

B 30 

Be 31 

   2011      

 

      Əlamətdar və  



      tarixi günlə

Xocavənd rayonunun işğal günü 

     Oktyabrın 2-si Xocavənd rayonunun işğalı günüdür. 

Sahəsi 1458 km

2

 hektar olan Xocavənd rayonu 1992-ci il 2 



oktyabr tarixində Ermənistan Respublikası  tərəfindən işğal 

olunub.  



     Ümumi sahəsi 25,5 min hektar olan Xocavənd meşəsində 

palıd ağacları  qırılaraq ermənilər tərəfindən daşınıb, Xocaşın 

çayının kənarlarında bitən təbii meşə  məhv edilib. 

Azərbaycan Respublikası Ekologiya və  Təbii Sərvətlə

Nazirliyinin “İşğal olunmuş Azərbaycan  ərazilərində  ətraf 

mühitə  və  təbii sərvətlərə dağıdıcı  təsiri müəyyənləşdirə

(izləyən) operativ mərkəz”in  əldə etdiyi məlumatlara  əsasən, 

rayon  ərazisində  əkilib-becərilən narkotik vasitələr müxtəlif 

ölkələrə satılır, ərazilər mütəmadi yandırılaraq fauna və flora 

tamamən məhv edilir, içlik materialına yararlı ağaclar qırılaraq 

Ermənistana aparılır və digər ölkələrə satılır. 

 

 

 

 

 

1. Prоkurоrluq İşçiləri Günü  

1. Bеynəlxalq Ahıllar Günü  

2. Xocavənd rayonunun

  

işğal günü



 

5. Müəllim Günü  

18. Dövlət Müstəqilliyi Günü   

24. Birləşmiş Millətlər Təşkilatı Günü  

30. Zəngilan  rayonunun  işğal günü 

 

 


266 

Oktyabr - Qriqorian təqvimi ilə ilin onuncu ayıdır. 31 gündən ibarətdir. 

Qədim Roma təqvimində ilin səkkizinci ayı olmuş (latın dilində “səkkiz” 

mənasını verən octo sözündən), lakin təqvimə yanvar və fevral ayları  əlavə 

edildikdən sonra da öz adını saxlamışdır. Qədim Romada təqvim ili mart ayında 

(müharibə allahı Marsın şərəfinə) başlayırdı. Oktyabr ayı Şimal yarımkürəsində 

payız, cənub yarımkürəsində isə yaz fəslinə  təsadüf edir. Burada o, şimaldakı 

aprel ayının ekvivalentidir və əksinə. 

Qısa illərdə oktyabr və yanvar ayları həftənin eyni günündə başlayır. Uzun 

illərdə isə bu cür üst-üstə düşmə halı ümumiyyətlə olmur. 

 

 Milli ədəbiyyat  

 

  Ədəbiyyatşünas, tənqidçi, mətnşünas alim Zamanov Abbas Fəttah 



oğlunun (10.10.1911-01.04.1993) anadan olmasının 100 illiyi 

Nasir Ələkbərzadə Çingiz Əbülhəsən oğlunun (17.10.1936-07.01.1999) 

anadan olmasının 75 illiyi 

Xalq yazıçısı, dramaturq, ictimai xadim İbrahimov Mirzə Əjdər oğlunun 

(28.10.1911-17.12.1993) anadan olmasının 100 illiyi 

Ədəbiyyatşünas, alim, professor Musayeva-İbrahimova Azadə Şahbaz 

qızının (28.10.1946) anadan olmasının 65 illiyi


Yüklə 5,2 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin