Azərbaycan Milli Kitabxanası



Yüklə 5,2 Mb.
Pdf görüntüsü
səhifə21/37
tarix24.01.2017
ölçüsü5,2 Mb.
#6263
1   ...   17   18   19   20   21   22   23   24   ...   37

Ca 1 

C 2 

Ş 3 

B 4 

Be 5 

Ça 6 

Ç 7 

Ca 8 

C 9 

Ş 10 

B 11 

Be 12 

Ça 13 

Ç 14 

Ca 15 

C 16 

Ş 17 

B 18 

Be 19 

Ça 20 

Ç 21 

Ca 22 

C 23 

Ş 24 

B 25 

Be 26 

Ça 27 

Ç 28 

Ca 29 

C 30 

 

   2011      

 

      Əlamətdar və  



      tarixi günlə

Milli Musiqi Günü 

 

Hər il Şərqdə ilk operanın yaradıcısı, gör-



kəmli bəstəkar Üzeyir Hacıbəyovun doğum günündə 

qeyd olunan bu bayram musiqi ictimaiyyətini bir 

araya yığmışdır. Xatırladaq ki, uzun illər qeyd olunan 

bu gün 1995-ci ildə ümummilli liderimiz Heydə



Əliyevin fərmanı ilə  rəsmiləşdirilib. 1995-ci ildə

etibarən 18 Sentyabr təqvimə Milli Musiqi Günü  

kimi düşüb. 

 

1. 



Bakıda Şərq xalqlarının I qurultayı  

      keçirilmişdir

 

15. Bilik Günü  



18. Milli Musiqi Günü  

20. Neftçilər Günü  

27.

 

Beynəlxalq Turizm Günü

 

 

 



245 

Sentyabr 

- Qriqorian təqvimi ilə ilin doqquzuncu ayıdır. 30 gündən ibarətdir. 

 

 Milli ədəbiyyat 

 

Şair, dramaturq Sadıqov Novruz İsmayıl oğlu (Novruz Gəncəli) 



(12.09.1921-19.10.1995) anadan olmasının 90 illiyi 

Şair Nəsirli Müzəffər Qasım oğlunun (14.09.1911-01.01.1980) anadan 

olmasının 100 illiyi 

  Tarixi günlər 

   Azərbaycan Kommunist Partiyası ləğv edilmişdir (14.09.1991) 

   Bilik Günü (15.09.2004) 

                     Milli Musiqi Günü (18.09.1995) 

Neftçilər Günü (20.09.1994) 

Beynəlxalq Sülh Günü (21.09.) 

Gəncə şəhərinin 2505 illiyi (23.09.) 

Beynəlxalq Turizm Günü (27.09.1970) 



  Milli Qəhrəmanlar

 

   Azərbaycanın Milli Qəhrəmanı Kərimov Kazımağa Mövsüm oğlunun 

   (01.09.1951-15.06.1992) anadan olmasının 60 illiyi 

Azərbaycanın Milli Qəhrəmanı Məmmədov Seymur Qəhrəman oğlunun 

(18.09.1971-01.04.1992) anadan olmasının 40 illiyi 

Azərbaycanın Milli Qəhrəmanı Qubadov Arif Vəliş  oğlunun 

(20.09.1966) anadan olmasının 45 illiyi 

Azərbaycanın Milli Qəhrəmanı Yusifov Zakir Tofiq oğlunun 

(29.09.1956-11.10.1992) anadan olmasının 55 illiyi 


246 

Azərbaycanın Milli Qəhrəmanı  İbrahimov Mirələkbər Mirələsgər 

oğlunun (30.09.1961-05.03.1994) anadan olmasının 50 illiyi

  

 

       Mühəndis işi. Texnika  

          Əməkdar mühəndis, neft və qaz quyuları qazılması sahəsində  

 mütəxəssis Rüstəmbəyov Əsəd Fətulla oğlunun (02.09.1911- 

 17.10.1982) anadan olmasının 100 illiyi 

 Coğrafiya. Geologiya  

  Rus geoloqu, neft geologiyasının banilərindən biri Qubkin İvan  

  Mixayloviçin (21.09.1871-21.04.1939) anadan olmasının 140 illiyi 

     Riyaziyyat. Fizika 

      Rus riyaziyyatçısı, Dövlət mükafatı laureatı Vinoqradov İvan  

Matveyeviçin (14.09.1891-20.03.1983) anadan olmasının 120  

 illiyi 


Əməkdar elm və texnika xadimi, fizika-riyaziyyat elmləri doktoru  

Sultanov Hacıbəy Fərəculla oğlunun (20.09.1921-05.03.2008)  

anadan olmasının 90 illiyi 

 İngilis fiziki, kimyaçı, elektromaqnit sahəsi təliminin banisi  

Faradey Mayklın (22.09.1791-25.08.1867) anadan olmasının 220 

 illiyi

 

     Kimya. Biologiya. Tibb   

      Əməkdar elm xadimi, professor Namazova Adilə Əvəz qızının 

 (09.09.1926) anadan olmasının 85 illiyi 

Azərbaycan bioloqu, professor Quliyev Ələkbər Məmməd oğlunun 

(27.09.1911) anadan olmasının 100 illiyi 


247 

 

   Musiqi. Opera. Balet 



 

    Çex bəstəkarı, çex klassik musiqisinin banilərindən biri Dvorjak  

    Antoninin (08.09.1841-01.05.1904) anadan olmasının 170 illiyi 

  Əməkdar incəsənət xadimi, bəstəkar Abdullazadə Gülnaz Abutalıb 

  qızının (07.09.1946) anadan olmasının 65 illiyi 

  Musiqişünas, sənətşünaslıq doktoru Əliyeva Fərəh Şirməmməd 

  qızının  (07.09.1961) anadan olmasının 50 illiyi 

  Əməkdar artist, müğənni Haqverdiyev Xanlar Məmməd oğlunun  

  (25.09.1906-05.12.1980) anadan olmasının 105 illiyi 

  Rus bəstəkarı,  SSRİ Xalq artisti Şostakoviç Dmitri Dmitriyeviçin 

    (25.09.1906-09.08.1975) anadan olmasının 105 illiyi 

   Teatr. Kino 

     Xalq artisti Nuriyev Yaşar Məmmədsadıq oğlunun (Yaşar Nuri) 

    (03.09.1951) anadan olmasının 60 illiyi 

     


Rəssamlıq  

      Əməkdar incəsənət xadimi, boyakar Hüseynov Əyyub Müseyib 

      oğlunun   (03.09.1916-17.04.1998) anadan olmasının 95 illiyi 

   Fransız boyakarı və qrafiki Jeriko Teodorun (26.09.1791-26.01.1824)  

   anadan olmasının 220 illiyi 

 Kitabxana işi. Kitabxanaşünaslıq

 

  Sədərək rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (04.09.1991)  



yaradılmasının 20 illiyi 

248 

 

   Kazımağa Mövsüm oğlu Kərimov 

1951-ci il sentyabr ayının 1-də 

Qubadlı rayonunun Sarıyataq kən-

dində anadan olmuşdur. Qara 

İlyasov adına Qubadlı  şəhər orta 

məktəbini bitirdikdən sonra rayo-

nun “Avanqard” qəzetinin mətbə-

əsində  yığıcı  işləmişdir. 1970-ci 

ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakül-

təsinə daxil olmuşdur. Kazımağa Kərimov təhsil illə-

rində həm respublika, həm də rayon qəzetlərində ma-

raqlı yazılarla çıxış etmişdir. 

Universiteti bitirdikdən sonra o, təyinatla “Azər-

baycan məktəbi” jurnalına göndərilmiş, bir müddət 

keçdikdən sonra Goranboy rayonunun Qızılhacılı kən-

dini ozünə yurd seçmişdi. O, rayon Aqrar Sənaye Bir-

liyində hüquq məsləhətçisi kimi işə  qəbul olunmuş-

dur. Ancaq onun bu sakit həyatı uzun sürməmiş, 

yaşıdları kimi, o da silaha sarılmalı olmuşdur. 1991-ci 

ildə birinci Goranboy özünümüdafiə batalyonunun 

yaradılmasında xüsusi fəallıq göstərmiş, sonralar isə 

orada ikinci özünümüdafiə batalyonu yarananda, 

batalyon komandirinin müavini təyin edilmişdi. 

Universitetdə  təhsil aldığı illərdə  hərbi texnikanın 

sirlərinə müəyyən qədər bələd olan baş leytenant 

Kazımağa Kərimov qələmi silahla əvəz etmişdir. 

Beləcə Kazımağanın döyüş yolu başlamışdır. Erkəc, 

Qaraçinar, Meşəli və bir sıra başqa kəndlərdə ke-

çirilən  əməliyyatlarda rəşadətlə vuruşmuşdur. Axı-

rıncı döyüşü Meşəli  ərazisində olmuşdur. Komandir 

müavini  əsgərlərə son dö-

yüş tapşırığı vermişdir. On-

lar bu ərazini erməni iş-

ğalından azad etməli idilər. 

Əsgərlər cəld silaha sarıl-

mış  və bir az sonra erməni 

quldurları  tərksilah olun-

muşdur. O, bu döyüşdə 

ayağından ağır yaralanmış-

dır. Yoldaşları vaxt itirmə-

dən, onu vertolyotla Bakıya 

yola salmışdılar. Lakin çox-

lu qan itirdiyindən Kazım-

ağa Kərimov 15 iyun 1992-

ci ildə Bakıda hospitalda 

dünyasını dəyişmişdir. 

Evli idi. Bir oğul övladı 

yadigar qalıb. 

Azərbaycan Respublika-

sı Prezidentinin 23 iyun 

1992-ci il tarixli 6 saylı 

Fərmanı ilə  Kərimov Ka-

zımağa Mövsüm oğluna 

ölümündən sonra “Azər-

baycanın Milli Qəhrəmanı” 

adı verilmişdir. 

Bakı  şəhərinin  Şəhidlər 

Xiyabanında dəfn edil-

mişdir. 


 

Sentyabr  

 

60 illiyi 



Kazımağa

  

Kərimov 



1951-1992 

 

 



 

 

Milli 



Qəhrəman 



249 

Qızılhacılı kənd Mədəniyyət evi onun adını daşıyır. 

Goranboy şəhərində büstü qoyulmuşdur. 

 

Ədəbiyyat 

 

Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularına 



“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Kərimov Kazımağa 

Mövsüm oğlu - baş leytenant - Azərbaycan Respublikasının suverenliyi və  ərazi 

bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində 

göstərdiyi  şəxsi igidlik və  şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin 

Fərmanı, 23 iyun 1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 

1992.- № 12.- S.35.- (Ölümündən sonra). 

 

Aslan, Q. Qəhrəman jurnalist /Q.Aslan //Goranboy qartalları.- Bakı, 1994.- S.43. 



Əsgərov, V. Kərimov Kazımağa Mövsüm oğlu /V.Əsgərov //Azərbaycanın Milli 

Qəhrəmanları.- Bakı, 2005.- S.111. 

Kərimov Kazımağa Mövsüm oğlu: (1951-1992) //Qubadlının Milli Qəhrəmanları: 

(Plakat).- Bakı: İşıq, 1993. 

     Kərimov Kazımağa Mövsüm oğlu //Azərbaycanın Milli Qəhrəmanları /tərt. ed. 

H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.112. 

Mehdixanlı, T. Əbədi yaşayanlar /T.Mehdixanlı //Azərbaycan.- 2007.- 10 iyun.- 

S.5. 


 

 

                                                              Samirə   Eminova   



250 

 

 



Əyyub Müseyib oğlu Hüseynov 1916-cı il sentyabr 

ayının 3-də Naxçıvan Muxtar Respublikasının 

Noraşen rayonunun (indiki Şərur) Xok kəndində 

anadan olub.  

Sonralar fərəhlə, qürur hissi ilə deyərdi ki, mənim 

ilk sənət müəllimim anadan olduğum yurdun tə-

biətidir.  

1935-ci ildə Azəbaycan Dövlət Rəssamlıq Texni-

kumunu, 1941-ci ildə Tbilisi Rəssamlıq Akademiyası-

nı bitirmişdir. 1948-1998-ci ildən  Ə.Əzimzadə adına 

Azərbaycan Dövlət Rəssamlıq məktəbində (indiki 

Rəssamlıq Akademiyası) dərs demişdir. 1948-ci ildən 

pedaqoji fəaliyyətə başlamış, doqquz il Əzim Əzimza-

də adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinin 

direktoru işləmişdir. Ömrünün 50 ilini bu gün adları, 

yaradıcılıqları ilə  şöhrət qazanan neçə-neçə  fırça-tişə 

ustalarının  əhatəli bilgi qazanmalarına sərf etmişdi. 

Onun tələbələri etimadı doğruldub müəllimlərinin, us-

tadlarının adını yaradıcılıqları ilə uca ediblər. 

Onun timsalında əsl vətənpərvərliyin, el-oba qədri 

bilməyin şahidi oluruq. Bəlkə elə bu sevginin nəticəsi-

dir ki, Əyyubun əsərlərində torpaq, səma, təbiət can-

lıymış kimi nəzər-diqqəti çəkir. Onun görkəmli fırça 

ustası olmasına səbəbkar ilk dəfə ayaq açdığı, yeridiyi 

torpaq, gördüyü əlvan mənzərələr, eşitdiyi Araz çayı-

nın səsi olmuşdu. “Araz sahilində” mənzərə tablosu-

nun yaranmasından 70 ildən artıq vaxt keçməsinə 

baxmayaraq, bu gün də onu görənlər dərin 

düşüncələrə dalırlar. Ümumiyyətlə, onun bu mövzuda 

olan  əsərlərinə  həyəcansız 

baxmaq mümkün deyil. 

“Dərd” tablosunda çiynində 

ağır yükü olan, erməni 

qəddarlarından can qurtar-

maq üçün qaçan ahıl kişi 

həmin dövrün ümumiləş-

miş obrazıdır. Bu əsər za-

man-zaman törədilən milli 

faciəmizi canlandıran, ya-

şadan  əsl sənət nümunəsi 

kimi yadigar qalıb. 

Əyyub Hüseynov sovet 

dövründə  əsərləri ilə Azər-

baycanı dünyada tanıtdıran-

lardan biri olmuşdu. Müx-

təlif janrlarda çəkdiyi rəsm-

lərində milli dəyərlərimizi 

təsvir etmişdi. Yaratdığı 

tablolar dünya muzeyləri-

nin eksponatıdır... 

Əyyub Hüseynov nümu-

nə göstəriləsi yaradıcılıq 

qabiliyyətinə malik insan 

idi. Onun bir amalı, məq-

sədi vardı: Azərbaycan in-

kişaf etsin, o da yeni-yeni 

əsərlər yaratsın. O, bu arzu-

suna ötən  əsrin 70-ci illə-

 

Sentyabr  



 

95 illiyi 



Əyyub Hüseynov 

1916-1998 

 

 

 



 

Rəssam 



251 

rində çatdı. Milli tariximizə intibah dövrü kimi 

yazılan həmin vaxtlarda məhsuldar işlədi, yaratdığı 

əsərləri ilə  təsviri sənətimizin zirvəsinə ucaldı. Ulu 

öndər Heydər  Əliyev onu yeniyetmə, gənclik 

illərindən tanıyırdı. Ölkəmizə ilk rəhbərliyi illərində 

ulu öndər tez-tez rayonlara, əyalətlərə  səfər edərdi. 

Yol yoldaşlarından biri də özünə, yaradıcılığına 

hörmət etdiyi Əyyub Hüseynov olardı. Çünki 

unudulmaz lider istedadlı  fırça ustasının yaratdığı 

əsərlərə yaxşı  bələd idi. Əmək mövzusunda çəkdiyi 

“Kömək gəlib”, “Yaylaqda”, “Çobanlar”, mənzərə 

janrında “Şahbuz”, “Yağışdan sonra”, “Aşıq Ələsgər”, 

“Əmək qəhrəmanı” portretləri hazırda müxtəlif mu-

zeylərdə saxlanılır. 

1980-ci ildə  o, Əməkdar 

incəsənət xadimi adına 

layiq görülüb. 

O, 82 il ömür yaşadı. 

Bacarığını, istedadını xalqı-

mızın tərəqqisinə, tanınma-

sına sərf etdi.  

Əyyub Hüseynov, 17 

aprel 1998-ci ildə dünyasını 

dəyişmişdir. Rəssamın doğ-

malarına son sözü: “Xalqım 

yaşadıqca, mən də yaşa-

yacağam” olmuşdur. 

 

Ədəbiyyat 

 

Ağaoğlu, T. Təsviri sənət zirvəsində /T.Ağaoğlu //Azərbaycan.-  2009.-             

21 aprel.- S.7. 

Hüseynov Əyyub Müseyib oğlu //Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə.-

Bakı, 1987.- C.10.- S.285. 

Hüseynov  Əyyub Müseyib oğlu //Naxçıvan ensiklopediyası; Azərbaycan Milli 

EA.- Bakı, 2002.- S.192. 

İnternetdə 

 

www.anl.az 



 

 

Nailə Alışova 



252 

 

Yaşar Məmmədsadıq oğlu Nuriyev 



(Yaşar Nuri) 1951-ci il sentyabr 

ayının 3-də Bakıda tanınmış  və unu-

dulmaz aktyorumuz Məmmədsadıq 

Nuriyevin ailəsində dünyaya gəlmiş-

dir. Səhnəyə ilk dəfə on bir yaşında 

“Toy kimindir?” (dramaturq Məhər-

rəm  Əlizadə, bəstəkar Ağası  Məşədi-

bəyov) tamaşasında Tapdıq rolunda çıxmışdır. Mək-

təbli vaxtlarında dövlət televiziyasının “Yelkən” veri-

lişinin aparıcılarından olmuşdur. Bundan başqa o, 

“Buratino”, “Qaranquş”, “Pioner” uşaq verilişi-teatr-

larında müntəzəm iştirak etmişdir. Müxtəlif dram dər-

nəklərinə getmiş, keçmiş 26 Bakı Komissarı adına 

Mədəniyyət Sarayı Xalq Teatrının tamaşalarında çıxış 

etmişdir. 

10 yaşından Azərbaycan televiziyasında uşaq veri-

lişlərində  çəkilən və teatr səhnələrində  uşaq rollarını 

ifa edən aktyor, 1968-ci ildə Bakıdakı 173 saylı orta 

məktəbi bitirmişdir. Azərbaycan Dövlət İncəsənət İns-

titutunun (indiki ADMİU) Dram və kino aktyorluğu 

fakültəsinə daxil olmuşdur. Kurs rəhbərləri, tanınmış 

səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbə-

rovdan aktyorluq sənətinin incəliklərini öyrənmişdir. 

İnstitut dövründə “Sevil”də (Cəfər Cabbarlı) Balaş, 

“Toy”da (S.Rəhman) Salmanov, “Günahsız Müqəssir-

lər”də (A.N.Ostrovski) Neznamov və s. obrazları ya-

ratmışdır.  

 1974-cü il dekabr ayının 1-də Akademik Milli 

Dram Teatrının baş rejissoru Tofiq Kazımovun 

dəvətilə bu kollektivin aktyor truppasına qəbul 

olunmuşdur. Yaşar Nuri 

Milli Dram Teatrında 

işlədiyi gündən indiyədək 

repertuarda olan bir çox 

tamaşalarda iştirak etmiş-

dir. Akademik Milli Dram 

Teatrının səhnəsində ilk 

rolu Aleksandr Vampilovun 

“Övlad” (“Böyük oğul” 28 

dekabr, 1974) komediyası-

nın tamaşasında Silva rolu 

olmuşdur. Bundan başqa o, 

İlyas  Əfəndiyevin “Bağlar-

dan gələn səs” dramında 

Pərviz (1 oktyabr, 1975), 

Əkrəm  Əylislinin “Quşu 

uçan budaqlar” pyesində 

Qasım (29 oktyabr, 1978), 

Mehdi Məmmədovun təf-

sirindəki “Dəli yığıncağı” 

faciəsində  Sərsəm Salman 

(6 may, 1978), Fuad və 

Zəminə Hacıyevlərin hazır-

ladığı “Sevil”də  Əbdüləli 

bəy (18 noyabr, 1978) və s. 

Obrazlarını yaratmışdır.  

 Teatr aktyoru kimi gör-

kəmli sənətkar olan Yaşar 

Nuri həm də  məşhur kino 

ustasıdır. Əlliyə yaxın bədii 

filmə çəkilmiş, Azərbaycan 

 

Sentyabr  



 

60 illiyi 

 

Yaşar Nuri 



1951 

 

 



 

Aktyor 




253 

Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tama-

şada, bədii kompozisiyada, satirik səhnəciklərdə 

iştirak etmişdir. Onun əsasən baş rolları ifa etdiyi tele-

tamaşalar televiziyanın fondunda daimi sənət nümu-

nələri kimi qorunur. Bunlara Ramiz Həsənoğlunun 

hazırladığı Ruhəngiz Qasımovanın “Yollar görüşən-

də...”, “Ömrün yolları”,  İsi Məlikzadənin “Qatarda”, 

Anarın “Evləri köndələn yar”, Mövlud Süleymanlının 

“Kökdən düşmüş piano”, Hüseyn Cavidin “Topal 

Teymur”, Aslan Qəhrəmanovun  əsərləri  əsasında 

T.Vəliyevin lentə aldığı “Səni axtarıram”, “Bağışla”, 

“Səndən xəbərsiz” trilogiyası  və s. televiziya tama-

şalarını misal göstərmək olar. 

1981-ci ildə 30 illik yubileyində o, ilk fəxri adını - 

Əməkdar artist adını almışdır. 1989-cu ildə Azər-

baycan Respublikasının Xalq artisti fəxri adına layiq 

görülmüş, 1991-ci ildə 40 

illik yubileyində ona “Ya-

ramaz” filmindəki roluna 

görə Dövlət mükafatı veril-

miş, 1992-ci ildə “Qızıl 

dərviş” mükafatına layiq 

görülmüşdür.  

Aktyor özünü həm kino-

da, həm də teatrda rejissor 

kimi sınamışdır. Teatrda İsi 

Məlikzadənin “Subayları-

nızdan görəsiniz”  əsərinə 

quruluş vermiş, kinoda isə 

“Spasibo” filmini ekranlaş-

dırmışdır.  



 

Ədəbiyyat 

 

Behbudqızı, S. Gənc və həmişəyaşar “Yaramaz” Yaşar Nuri: “Vaqif Mustafayev 

bir dənə də “Qanmaz” çəkməlidir” /S.Behbudqızı //Həftə içi.- 2009.- 21 may.- S.7. 

Rəhimli,  İ. Yaşar Nuriyev /İ.Rəhimli //Üç əsrin yüz otuz ili: (Akademik Milli 

Dram Teatrı bu gün) /İ.Rəhimli; red. T.Əfəndiyev.- Bakı, 2003.- S.113-118. 

Rəhimli,  İ. Yaşar Nuriyev (3 Sentyabr 1951) /İ.Rəhimli //Azərbaycan teatr 

tarixi: Dərslik /İ.Rəhimli; elmi red. Timurçin Əfəndiyev.- Bakı, 2005.- S.388-389. 

Zaman ömrümüzdən illəri qoparır //Mövqe.- 2009.- 12-14 sentyabr.- S.13. 

 

İnternetdə 

www.az.apa.az.news.   

www.az.wikipedia.org                                                                     

 Adilə Abdullayeva 



254 

                                            

    Adilə  Əvəz qızı Namazova  

1926-cı il sentyabr ayının 9-da Ağ-

dam rayonunun Seyidli kəndində 

anadan olmuşdur. Orta məktəbi bitir-

dikdən sonra Azərbaycan Dövlət 

Tibb Universitetinin Pediatriya fa-

kültəsinə daxil olmuşdur (1944). 

1949-cu ildə oranı müvəffəqiyyətlə 

bitirdikdən sonra Ağdama qayıdaraq 

işləməyə başlamışdır. 1953-cü ildə aspiranturaya daxil 

olmuşdur. 1965-ci ildən tibb elmləri doktoru və 

Azərbaycan Tibb Universiteti 1-ci Uşaq xəstəlikləri 

kafedrasının müdiri, 1966-cı ildən  professor, SSRİ 

Tibb EA müxbir üzvü (1971), Səhiyyə  əlaçısı, 

Azərbaycan SSR Əməkdar elm xadimi (1981), 

Azərbaycanın  Əməkdar həkimi, Azərbaycan SSR 

Dövlət mükafatı laureatı (1982), 1994-cü ildən Rusiya 

Tibb Elmləri Akademiyasının müxbir üzvü, Bey-

nəlxalq Pediatrlar Assosiasiyasının üzvü, Türkdilli 

ölkələrin Mərkəzi Asiya Pediatrlar Assosiasiyasının 

(Beynəlxalq iştirakla) IV konqresinin prezidenti, 

Türkdilli ölkələrin, Mərkəzi Asiya Pediatrlar 

Assosiasiyasının vitse-prezidenti, Türkiyə “Pediat-

riya” jurnalının redaksiya kollegiya üzvü, “Türkiyə 

Beynəlxalq Pediatiriya” jurnalının redaksiya kollegiya   

üzvüdür. 1996-cı ildə “Şöh-

rət” ordeni, medal və bir sı-

ra fəxri fərmanla təltif olun-

muşdur. 

Alimin tədqiqatı, əsasən, 

uşaqlarda revmatizm və 

ürək xəstəliklərinə  həsr 

olunmuşdur. Ölkəmizdə ilk 

dəfə olaraq ürək çəpərinin 

anadangəlmə qüsurlarının 

klinik xüsusiyyətlərini öy-

rənmiş, süni qan dövranı 

şəraitində  cərrahi müalicə-

yə göstəriş  və  əks göstəriş 

kriteriyasını müəyyənləş-

dirmiş, həmin qüsurların 

təsnifatını təklif etmişdir. 

O, indiyə qədər  40 elm-

lər namizədi və 3 elmlər 

doktoru hazırlamışdır. Ali-

min 350 elmi əsəri çapdan 

çıxmışdır. Bunlardan 200-ü 

xaricdə çap olunmuşdur. 



Ədəbiyyat 

Təbabət etikası: dərs vəsaiti /Ə.Namazova, Q.Əliyev.- Bakı: Təhsil, 2004.- 237 s. 

Namazova Adilə //Azərbaycan qadın ensiklopediyası.- Bakı: AME,2002.-S.309  

                                                                                   Səmayə Quliyeva 

 

Sentyabr  



 

85 illiyi 

Adilə Namazova 

1926 


 

 

 



 

Pediatr 




255 

 

Nоvruz  İsmаyıl  оğlu Sаdıqоv 

(Novruz Gəncəli) 1921-ci il sеnt-

yаbrın 12-də  Bаkı  şəhərində  də-

mirçi  аiləsində  аnаdаn  оlmuşdur. 

H.Z.Tаğıyеv аdınа Tохuculuq fаb-

riki nəzdindəki 63 sаylı оrtа mək-

təbdə ibtidаi təhsil аlmışdır (1929-

1934).  Аliləlikcə  Gəncəyə köç-

müşlər. 1938-ci ildə böyük qаr-

dаşının vахtsız vəfаtı  аilənin vəziyyətini  аğırlаşdır-

mışdır. О, həm tохuculuq fаbrikində işləməli, həm də 

təhsilini dаvаm  еtdirməli  оlmuşdur. 3 sаylı  bеynəl-

miləl  şəhər  оrtа  məktəbini bitirib АDU-nun (indiki 

BDU) Filоlоgiyа  fаkültəsinə  dахil  оlmuşdur (1939). 

Еyni zаmаndа kitаbхаnаdа  Аzərbаycаn  şöbəsinin 

müdiri (1939-1940), İncəsənət muzеyində  еkskursiyа 

rəhbəri (1940-1941) işləmişdir. Lеrik rаyоnunun 

kəndlərində müəllim və  məktəb müdiri vəzifələrində 

işləmişdir (1941-1943). Bаkıdа Dövlət Təhlükəsizliyi 

оrqаnlаrındа (1943-1946), “Аzərbаycаn gəncləri” qə-

zеti rеdаksiyаsındа,  Аzərbаycаn Yаzıçılаr  İttifаqının 

“Nаtəvаn” klubundа (1949-1950) çаlışmışdır. “Ədə-

biyyаt” qəzеti rеdаksiyаsındа  Tənqid  şöbəsinin 

müdiri, “Аzərbаycаn gənc-

ləri” qəzеti rеdаksiyаsındа 

ədəbi işçi,  Аzərbаycаn KP 

MK Təbliğаt və təşviqаt şö-

bəsində  təlimаtçı (1950-

1960), “Аzərbaycаn” jur-

nаlı  rеdаksiyаsındа  bаş 

rеdаktоrun müаvini (1960-

1976)  оlmuşdur.  Аzərbаy-

cаn Yаzıçılаr  İttifаqındа 

pоеziyа üzrə  məsləhətçi iş-

ləmişdir (1976-cı ildən). 

C.Bаyronun “Kаur”, Y.Çа-

rеntsin “Hаmı üçün” pое-

mаlаrını,  А.Mаkаyоnоkun 

“Tribunаl”, C.Pаtrikin 

“Missis Səvinc”, B.Brехtin 

“Kurаj  аnа  və  оnun uşаq-

lаrı” pyеslərini dоğmа dilə 

çеvirmişdir. SSRİ mеdаllаrı 

ilə təltif еdilmişdir. 

1995-ci il 19 oktyabrda 

Bakıda vəfat etmişdir. 

Ədəbiyyаt 

Sеçilmiş əsərləri: Şеirlər və pоеmаlаr /N.Gəncəli.- Bakı: Аzərnəşr, 1974.- 194 s. 

Ədəbi dоst: Şеirlər və pоеmаlаr /N.Gəncəli.- Bakı: Yаzıçı, 1984.- 384 s. 

Əhmədоv, T. Novruz Gəncəli /T.Əhmədov //ХХ  əsr  Аzərbаycаn yаzıçılаrı:  

Еnsiklоpеdik məlumаt kitаbı.- Bakı, 2004.- S.682 

Məmməd Məmmədov

 

Sentyabr 



 

90 illiyi 

Nоvruz Gəncəli   

1921-1995 

 

 

 



 

Şair 


12 

256 

Yüklə 5,2 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin