23
Ərazisi – 1,15 min km
2
Əhalisinin sayı – 177,6 min nəfər
İnzibati mərkəzi –
AĞDAM
İşğal tarixi
–
23 iyul 1993
Ağdam Bakıdan 358 kilomеtr, Qarqar çayının
sahilindən 3 kilomеtr aralı, Qarabağ düzünün cənub-qər-
bindədir. Dəniz səviyyəsindən yüksəkliyi 410 mеtr, mak-
simum yüksəkliyi 1365 mеtrdir. İqlimi, əsasən, mülayim is-
ti, quraq subtropikdir.
Ağdam ağır, yеyinti və yüngül sənayеyə, inkişaf еtmiş
kənd təsərrüfatına malik olan rayondur. Ağdamda dəzgah
avadanlıqları, aеrokosmik və rabitə cihazları, mеtiz-furnitur,
traktor və avtomobil təmiri, konsеrv, tikinti matеrialları zavodu, ət kombinatları, iki
dəmir yolu vağzalı və aеroport, Kənd təsərrüfatının mеxanikləşdirilməsi və еlеktrik-
ləşdirilməsi zavodu, Ü.Hacıbəyov adına Musiqi Tеxnikumu və Ə.Haqvеrdiyеv
adına Ağdam Dövlət Dram Tеatrı fəaliyyət göstərirdi.
Rеspublikanın ən inkişaf еtmiş, güclü sənayеsi və kənd təsərrüfatı, böyük
iqtisadi potеnsialı olan rayonlarından idi, Ağdam. Rayonda 134 kənd, 36 kolxoz və
sovxoz, 12 sənayе, 196 mədəni-maarif, 158 səhiyyə obyеkti, 103 məktəb var idi.
23 iyul, 1993-cü il, saat 17 radələri. Bu, Ağdamın işğala məruz qaldığı qara
tarixdir. İyulun 23-də 43 gün düşmənə sinə gərmiş Ağdam şəhəri süqut еtdi. Yağı
düşmən еvlərə od vurur, mədəniyyət abidələrini dağıdır, insanların əmlaklarını qarət
еdir, şəhəri tərk еdə bilməyən dinc əhaliyə amansız divan tuturdu. Ağdam rayonunun
1094 km
2
ərazisi hakimiyyət uğrunda gеdən siyasi didişmələrin, təxribat və
xəyanətlərin qurbanı oldu. Ağdam vuruşmuşdur, döyüşmüşdür, böyük itkilər vеrmiş-
dir. Ağdam indi ərazisinin 20 faizinə sığınıb, 1094 km
2
ərazisinin 247 km
2
-də
(ümumi ərazisinin 22,6%) Ağdamın 60 min sakini məskunlaşıb.
208
Flora Ələkbər qızı Kərimova
1941-ci il iyul ayının 23-də ana-
dan olmuşdur. Səhnəyə ilk gəlişi
1956-1957-ci illərdə keçirilən
Azərbaycan gənclərinin festiva-
lında iştirakı ilə başlamışdır. 14
yaşından Şmidt zavodunun bədii
özfəaliyyət kollektivində, Azərbaycan Dövlət Tibb
İnstitutunun (indiki ADTU) “Çinar” ansamblında,
1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında
çıxış etmişdir. O, 1964-cü ildə Asəf Zeynallı adına
Bakı Musiqi Texnikumunu bitirmişdir. 1983-cü ildən
Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir.
Repertuarında Azərbaycan bəstəkarlarının (Tofiq
Quliyev, Emin Sabitoğlu, Elza İbrahimova, Oqtay
Rəcəbov, Ramiz Mirişli və b.) mahnıları başlıca yer
tutan müğənni özünəməxsus ifa tərzi ilə seçilir. 1966-
cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında
Leyli (“Leyli və Məcnun”, Ü.Hacıbəyli) partiyasında
6 tamaşada çıxış etmiş, 1969-cu ildə “Qanun naminə”
bədii filmində Züleyxa roluna çəkilmişdir. 1971-ci
ildə Azərbaycan Dövlət Tibb İnstitutunda (indiki
ADTU) və 1977-ci ildə Azərbaycan Dövlət Konser-
vatoriyasında təhsilini müvəffəqiyyətlə başa vurmuş-
dur. “Böyük Dayaq” (1962), “O qızı tapın” (1970),
“Gün Keçdi” (1971), “Həyat Bizi Sınayır” (1972),
“Qız, oğlan və şir” (1974), “Payız melodiyaları”
(1974), “Şahzadə-qara qızıl” (1974), “Alma almaya
Bənzər” (1975), “Toplan və kölgəsi” (1977),
“Sonrakı peşmançılıq” (1978), “Qayınana”(1978),
“Yollar görüşəndə...”
(1979), “Onun bəlalı sevgi-
si” (1980), “Nəğməkar tor-
paq” (1981), “Evləri köndə-
lən yar” (1982), “Əzablı
yollar” (1982), “Bağışla”
(1983), “Humayın yuxusu”
(1985), “Səndən xəbərsiz”
(1985), “Xüsusi vəziyyət”
(1986), “Ağ atlı oğlan”
(1995) adlı film və tamaşa-
larda mahnıların ifaçısı
kimi çıxış etmişdir. Flora
xanımın ifasında səslənən
“Yoxluğunu bilə bilə”,
“Yalan imiş”, “İlahi”, “Ru-
humuz qovuşacaq”, “Qara-
bağ”, “Əzizim”, “Bakı sa-
bahın xeyir”, “Bir axşam
taksidən...”, “Bir daha”,
“Dünya köhnə dünyadır”,
“Əlvida”, “Onun bəlalı sev-
gisi”, “Unut sən məni”,
“Saçlarına gül düzüm”,
“Unutma”, “Sən uzaq yaşıl
ada” mahnıları bu gün də
sevə-sevə dinlənilir.
1997-ci ildə insan hü-
quqlarının ən yaxşı müda-
fiəçisi kimi Sülh və De-
İyul
70 illiyi
Flora K ərimova
1941
Müğ ənni
23
209
mokratiya İnstitutu İnsan hüquqları Müdafiəsi Depar-
tamentinin baş mükafatını almışdır. Azərbaycan
musiqi ifaçılığı sənətinin inkişafındakı xidmətlərinə
görə Flora Ələkbər qızı Kərimova 17 noyabr, 1992-ci
ildə Azərbaycan Respubli-
kasının Xalq artisti adına
layiq
görülmüşdür.
Ədəbiyyat
Müğənni Flora Ələkbər qızı Kərimovaya Azərbaycan Respublikasının Xalq
artisti fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin
Fərmanı, 17 noyabr 1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.-
1992.- № 22.- S. 57.
İradəmi bir daha yoxladım /F.Kərimova //Şərq.- 2007.- 31 yanvar.- S. 15.
“Sənət həyatımda 2 insana borcluyam” /F.Kərimova //Həftə içi.- 2009.- 26-29
iyun.- S.7.
Ol, Ə. Səsindən tanınan /Əjdər Ol.-Bakı: Şur və Cik-cik, 1993.- 48 s.
İnternetdə
www. az.wikipedia.org
www.load.az.
www. mp3.open.az
www. musiqi.az.
Adilə Abdullayeva
210
Maral Yusif qızı Rəhmanzadə 1916-
cı il iyul ayının 23-də Bakının
Mərdəkan qəsəbəsində zərgər ailəsində
anadan olmuşdur. Onu 1922-ci ildə
Bakıdakı Hüseyn Cavid adına 8 saylı
qız məktəbinə qoymuşlar. Maral Rəh-
manzadə hələ məktəbli ikən “Ana dili”
kitabını oxuyaraq orada dərc edilmiş xalq nağıllarına
və “Aran köçü” hekayəsinə ilk şəkillərini çəkmişdir.
1928-ci ildə Maral Rəhmanzadə 8 Mart Qadınlar
bayramına həsr edilmiş məktəb yığıncağında öz
rəfiqələri ilə birlikdə çadrasını atmış və bu onun
həyatında böyük dəyişikliklərə səbəb olmuşdur.
Maral Rəhmanzadə 1930-cu ildə Əzim Əzimzadə
adına Rəssamlıq məktəbinə daxil olmuş, 1933-cü ildə
bitirmişdir. 1934-1940-cı illərdə Moskva Dövlət Təs-
viri İncəsənət İnstitutunda oxumuşdur.
1939-1940-cı illərdə Maral Rəhmanzadə N.E.Rad-
lov və M.S.Radionovun rəhbərliyi altında illüstra-
siyadan, Qrabarın və İstominin rəhbərliyi altında
rəngkarlıqdan, D.N.Moorun rəhbərliyi altında plakat-
dan dərs almışdır.
Yaradıcılığının erkən dövründə çəkdiyi dəzgah
rəsmləri silsilələrindən olan “Azərbaycan qadını
keçmişdə və indi” (1940), “Qadınlar müharibə
illərində” (1942) əsərlərində Azərbaycan qadınlarının
həyatı, məişəti, qəhrəmanlığı öz əksini tapmışdır.
Maral Rəhmanzadə əsasən qrafika sahəsində
fəaliyyət göstərmişdir. Bir sıra xarici ölkələrdə olmuş,
həmin ölkələrin həyatını
təsvir edən silsilə qravü-
ralar yaratmışdır.
Böyük Vətən müharibə-
sindən sonrakı illərdə, əsa-
sən qrafika sahəsində (li-
toqrafiya, linoqravüra) fəa-
liyyət göstərmiş, yaradıcılı-
ğında əmək və məişət möv-
zuları üstün yer tutmuşdur.
1946-cı ildən başlayaraq
onun əsərləri ümumittifaq,
Zaqafqaziya respublikaları
və bir sıra respublikaların
sərgilərində nümayiş etdi-
rilmişdir.
1957-ci ildə rəssamın
Moskvada təşkil edilib yük-
sək qiymət almış şəxsi sər-
gisindən sonra “Sovetskiy
xudojnik” nəşriyyatı tərə-
findən onun xüsusi albomu
nəşr edilmişdir.
1953-1960-cı illərdə
“Bizim qızlar”, “Doğma
vətənim”, “Azərbaycan”,
“Mənim bacılarım” kitab
qrafikası sahəsində də geniş
fəaliyyət göstərmiş, bədii
İyul
95 illiyi
Maral R əhmanzad ə
1916-2008
Rəssam
23
211
əsərlərə illüstrasiyalar çəkmişdir.
Əsərləri xarici ölkələrdəki incəsənət sərgilərində
İngiltərə, Fransa, İtaliya, Yaponiya, Avstraliya, Belçi-
ka, Suriya, Livan və s. ölkələrdə nümayiş etdirilmiş,
Şrilanka və Kubada fərdi sərgiləri keçirilmişdir.
Maral Rəhmanzadə 1964-cü ildə Azərbaycanın
Xalq rəssamı adına layiq görülmüşdür. O, “Qırmızı
Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri, həmçinin
bir sıra medallarla, 1996-ci ildə isə Azərbaycan Res-
publikası Prezidentinin Fər-
manı ilə “Şöhrət” ordeni ilə
təltif edilmişdir.
Görkəmli rəssam Rəh-
manzadə Maral Yusif qızı
16 mart 2008-ci ildə Bakı
şəhərində vəfat etmişdir.
Ədəbiyyat
Xalq rəssamı Maral xanım Rəhmanzadəyə: 80 illiyi münasibəti ilə Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyevin təbriki //Azərbaycan.-1996.-23 iyul.-S.1.
İncəsənətimizin zəngin səhifəsi: Azərbaycan Prezidenti Heydər Əliyev Xalq
rəssamı Maral Rəhmanzadənin yubiley sərgisinin açılışında olmuşdur: 80 illiyi
münasibətilə //Azərbaycan.- 1996.- 6 avqust.- S.4.
Rzalı, R. Azərbaycan qrafikasının ustadı: Maral Rəhmanzadənin anadan
olmasının 85 illiyinə həsr olunmuş “Gözəllikdən doymur ürək” yubiley sərgisi
haqqında /R.Rzalı //Azərbaycan.- 2001.- 30 sentyabr.- S.6.
Ürəkdə qalmaq üçün: Xalq rəssamı ilə müsahibə //Ədəbiyyat qəzeti.- 1996.-
9 avqust.- S.1.
Samirə Eminova
212
Corc Bernard Şou 1856-cı il iyul
ayının 26-da Dublin şəhərində ana-
dan olmuşdur.
O, ingilis dramaturqu olub, 1925-
ci ildə Nobel mükafatı almışdır. Mən-
şəcə irlanddır. 1871-ci ildə kolleci
bitirmiş, lakin maddi çətinlik üzündən
universitetə daxil ola bilməmişdi.
1876-cı ildə Londona köçmüş və
jurnalistliklə məşğul olmuşdur. “Ağılsız kəbin”
(1880), “Artistin məhəbbəti” (1881), “Keşel Bay-
ronun sənəti” (1882) və kəskin mövzulu “Həvəskar
sosialist” (1883) romanları ilə ədəbi ictimaiyyətin rəğ-
bətini qazanmışdır. “Fobi cəmiyyəti”nin fəal üzvü
olan Şou sosialist ideyalarını təbliğ etmiş, lakin
marksizmə islahatçılıq mövqeyindən yanaşmışdır.
1890-cı illərdən dramaturq kimi tanınmışdır. “Silah və
insan”, “Kandida”, “Taleyin sevimlisi”, “Yaşayarıq,
görərik” pyeslərində kapitalizm cəmiyyətinin təzadları
əksini tapmış, aktual sosial-etik problemlər qal-
dırılmışdır. “İnsan və fövqəlbəşər”, “Mayor Barbara”,
“Həkimin dilemması”, “Piqmolion”, “Ürək sındırılan
evdə”, “Alma arabası”,
“Əngəl”, “Milyoner arva-
dı”, “Cenevrə” və s. pyes-
lərində kapitalizm cəmiy-
yətinin antihumanist ma-
hiyyəti, burjua demokrati-
yası ifşa olunur.
Yeganə faciə əsəri “Mü-
qəddəs
İoanna” Janna
d’Arka həsr olunmuşdur.
Ömrünün son illərində
“Boyantın milyardları”,
“Uydurma təmsillər” pyes-
lərini yazmışdır.
“Şeytanın şagirdi” pyesi
Azərbaycan səhnəsində ta-
maşaya qoyulmuşdur. Şou
Corc Bernard 1950-ci ilin
noyabr ayının 2-də Eyot-
Sant-Lorens şəhərində vəfat
etmişdir.
Ədəbiyyat
Bernard, C.Ş. Şeytanın şagirdi /Ş.C.Bernard //Azərbaycan.- 1985.- № 12.-
S.4-36.
Şıxlı, İ. XX əsr xarici ədəbiyyat tarixi /İ.Şıxlı.- Bakı: Azərnəşr, 1972.- 345 s.
Bəybala Ələsgərov
İ
yul
155 illiyi
Corc Bernard Şou
1856-1950
İngilis
dramaturqu
26
213
Sadıq Dayandur oğlu Hüseynov
1961-ci il iyul ayının 29-da Ağcabədi
rayonunun Xocavənd kəndində doğul-
muşdur. 1968-ci ildə burada birinci
sinifə getmiş və 1978-ci ildə orta
məktəbi bitirmişdir. 1980-ci ildə
Xankəndi Pedaqoji İnstitutunun İbti-
dai metodika fakültəsinin qiyabi şöbəsinə daxil
olmuşdur. Elə həmin il ordu sıralarına çağırılmışdır.
O, hərbi xidmətini başa vurduqdan sonra yarımçıq
qalmış təhsilini davam etdirmış, 1987-ci ildə institutu
bitirərək doğma kəndlərinə qayıtmışdır. Sadıq vaxtilə
oxuduğu məktəbdə əvvəl pioner baş dəstə rəhbəri,
sonra isə müəllim işləmişdir. O, 1989-cu ildə DİN-in
sərəncamı ilə Şuşa rayon Daxili İşlər Şöbəsində sahə
müvəkkili vəzifəsinə təyin edilmişdi. Erməni qul-
durları Şuşaya hücum edəndə Sadıq da digər polis
əməkdaşları kimi şəhərin müdafiəsində yaxından
iştirak etmiş, düşmənə ağır zərbələr endirmişdir. O, 29
mart 1992-ci ildə ağır yaralanır. Buna baxmayaraq,
yenə də silahı yerə qoymur, döyüşə atılır.
13 aprel 1992-ci ildə erməni silahlı birləşmələri
Şuşanı ağır raket atəşinə tutmuşdu. Sadıq Hüseynov
yaralı yoldaşlarını xilas
edərək qəhrəmancasına hə-
lak oldu.
Ailəli idi. Həyatda bir
qızı yadigar qalıb.
Azərbaycan Respublikası
Prezidentinin 8 oktyabr
1992-ci il tarixli 264 saylı
Fərmanı ilə Hüseynov Sa-
dıq Dayandur oğluna ölü-
mündən sonra “Azərbay-
canın Milli Qəhrəmanı” adı
verilmişdir.
Ağcabədi rayonunun Xo-
cavənd kəndində dəfn edil-
mişdir.
Xocavənd kənd orta
məktəbinə onun adı veril-
mişdir.
Ədəbiyyat
Əsgərov, V. Hüseynov Sadıq Dayandur oğlu /V.Əsgərov //Azərbaycanın Milli
Qəhrəmanları.- Bakı, 2002.- S.91.
Sadıq Dayandur oğlu Hüseynov //Azərbaycanın Milli Qəhrəmanları /tərt. ed.
H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.91.
Bəybala Ələsgərov
İyul
50 illiyi
Sadıq Hüseynov
1961-1992
Milli
Qəhrəman
29
214
1 avqust
Gün çıxır
0649
Gün batır
20:56
31 avqust
Gün çıxır
06.31
Gün batır
20:15
Av
qust
22 iyul-
23 avqust
Şirin Nişanəsi
oddur. Ulduzlar
padşahı olan
Günəşin
himayəsindədir.
Günəşin şir
bürcündən keçdiyi
dövrdə doğulanlar
hökmlü və daxili
aləmləri zəngin
olur.
Be 1
Ça 2
Ç 3
Ca 4
C 5
Ş 6
B 7
Be 8
Ça 9
Ç 10
Ca 11
C 12
Ş 13
B 14
Be 15
Ça 16
Ç 17
Ca 18
C 19
Ş 20
B 21
Be 22
Ça 23
Ç 24
Ca 25
C 26
Ş 27
B 28
Be 29
Ça 30
Ç 31
2011
Əlamətdar və
tarixi günl ər
Azərbaycan Əlifbası və Azər-
baycan Dili günü
1. Azərbaycan Əlifbası və Azərbay-
can Dili Günü
5. Hərbi Dоnanma Günü
12. Bеynəlxalq Gənclər Günü
23. Cəbrayıl rayonunun işğalı günü
23. Füzuli rayonunun işğalı
günü
20
. Ümumxalq Hüzn Günü
29. Gömrük İşçil əri Günü
31.Qubadlı rayonunun işğalı günü
Azərbaycanda sovet hökuməti qurulduqdan
sonra Az ərbaycan əlifbası bir neç ə d əf ə d əyişib.
Müstəqillik yenidən qazanıldıqdan sonra ölkədə
latın əlifbasına keçilsə də, uzun müddət mətbuat
kiril əlifbasından istifadə edib. Yalnız 2001-ci il
iyunun 18-də ümummilli lider Heydər Əliyev
ölkədə 2001-ci il avqustun 1-dən etibarən
tamamilə latın əlifbasına keçməklə bağlı fərman
imzalayıb. Elə həmin il avqustun 9-da imzaladığı
digər fərmana görə isə avqustun 1-i ölkədə
“Azərbaycan Əlifbası və Dili Günü” elan edilib.
215
Avqust
- Qriqorian təqvimi ilə ilin səkkizinci ayıdır. 31 gündən ibarətdir.
Milli ədəbiyyat
Əməkdar mədəniyyət işçisi, şair Tahiri Söhrab Əbülfəz oğlunun (06.08.
1926) anadan olmasının 85 illiyi
Nasir, tərcüməçi Abdullayev Aydın Ələkbər oğlunun (10.08.1946-
15.12.1995) anadan olmasının 65 illiyi
Şair, nasir və filosof Hüseynov Əlisa Qulam oğlunun (Əlisa Nicat)
(10.08.1936) anadan olmasının 75 illiyi
Görkəmli yazıçı Babayeva Ələviyyə Hənifə qızının (12.08.1921)
anadan olmasının 90 illiyi
Xalq şairi, Əməkdar incəsənət xadimi İmamverdiyev Qabil Allahverdi
oğlunun (12.08.1926-03.04.2007) anadan olmasının 85 illiyi
Tənqidçi, türkoloq alim, professor Vəliyev Kamil Nəriman oğlunun
(18.08.1946) anadan olmasının 65 illiyi
Yazıçı, dramaturq Abbasov Seyfəddin Əliağa (Seyfəddin Dağlı)
oğlunun (21.(27).08.1921-28.01.1983) anadan olmasının 90 illiyi
Xarici ədəbiyyat
İngilis yazıçısı Skot Valterin (15.08.1771-21.09.1832) anadan
olmasının 240 illiyi
Amerika ədəbiyyatında realizmin görkəmli nümayəndələrindən biri,
ictimai xadim, yazıçı Drayzer Teodorun (27.08.1871-28.12.1945)
anadan olmasının 140 illiyi
216
Tarixi günlər
Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü (01.08.2001)
Azərbaycan Kinosu Günü (02.08.1898)
Hərbi Dоnanma Günü (05.08.1992)
Bеynəlxalq Gənclər Günü (12.08.1999)
Azərbaycan Sərhəd Qoşunlarının Yaranması Günü (18.08.1994)
Beynəlxalq Humanitar Yardım Günü (19.08.2003)
Xüsusi Dövlət Mühafizə Xidməti Əməkdaşlarının Peşə Bayramı Günü
(23.08.2008)
Cəbrayıl rayonunun işğalı günü (23.08. 1993)
Füzuli rayonunun işğalı günü (23.08. 1993)
Türkiyə Cümhuriyyətinin Zəfər Bayramı Günü (30.08.1936)
Ramazan bayramı (30-31.08.)
Qubadlı rayonunun işğalı günü (31.08.1993)
Milli Qəhrəmanlar
Azərbaycanın Milli Qəhrəmanı Quliyev Emin Ələkbər oğlunun
(12.08.1976-13.03.1995) anadan olmasının 35 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Aznaurov İsgəndər Söhrab oğlunun
(16.08.1956-22.04.1992) anadan olmasının 55 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Xəlilov Eldar Xəlil oğlunun
(19.08.1976-17.03.1995) anadan olmasının 35 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Mehdiyev Fazil Umud oğlunun
(20.08.1966-24.09.1991) anadan olmasının 45 illiyi
Siyasət
.
Hərbi iş
Dövlət xadimi Cəlilov Afiyəddin Cəlil oğlunun (01.08.1946-
29.09.1994) anadan olmasının 65 illiyi
217
Mədəniyyət. Maarif. Təhsil
Sənətşünas alim Ağaoğlu Məhəmmədin (24.08.1896-04.06.1949)
anadan olmasının 115 illiyi
Coğrafiya. Geologiya
Coğrafiyaçı, iqlimşünas alim Əyyubov Əsgər Cabbar oğlunun
(03.08.1926-2000) anadan olmasının 85 illiyi
Coğrafiyaşünas alim, hidroloq Rüstəmov Saleh Hacı oğlunun
(25.08.1911-1985) anadan olmasının 100 illiyi
Kimya. Biologiya. Tibb
Gigiyenist, tibb elmləri doktoru, professor Məmmədov Əbülfəz
Meybulla oğlunun (15.08.1926) anadan olmasının 85 illiyi
Fizika. Riyaziyyat
Əməkdar elm və texnika xadimi, riyaziyyatçı Hüseynzadə Məcid Əziz
oğlunun (16.08.1916) anadan olmasının 95 illiyi
İngilis fiziki Rezerford Ernestin (30.08.1871-19.10.1937) anadan
olmasının 140 illiyi
Musiqi
Azərbaycanın balet artisti, baletmeyster, Xalq artisti Axundova Rəfiqə
Hacı qızının (07.08.1931) anadan olmasının 80 illiyi
Xalq artisti, müğənni Rəhimova Elmira Allahverdi qızının (13.08.1941)
anadan olmasının 70 illiyi
Xalq artisti, xanəndə Cavanşirov İsfəndiyar Aslan oğlunun (Xan
Şuşinski) (20.08.1901-18.03.1979) anadan olmasının 110 illiyi
Xalq artisti, musiqiçi alim, professor Məmmədova Adilənin
(22.08.1921) anadan olmasının 90 illiyi
Dostları ilə paylaş: |