Azərbaycan Milli Kitabxanası


  Ərazisi – 1,84 min km



Yüklə 5,2 Mb.
Pdf görüntüsü
səhifə14/37
tarix24.01.2017
ölçüsü5,2 Mb.
#6263
1   ...   10   11   12   13   14   15   16   17   ...   37

 

18 


Ərazisi – 1,84 min km

2

 

Əhalisinin sayı -73,1 min nəfər 

İnzibati mərkəzi – LAÇIN 

İşğal tarixi 18.05.1992  

 

 



 

Laçın rayonu Azərbaycan Respublikasının cənub-

qərbində, dağlıq  ərazidə yerləşir.  Şimaldan Kəlbəcər, 

şərqdən Xocalı,  Şuşa və Xocavənd, cənubdan Qubadlı 

rayonları, qərbdən isə Ermənistan Respublikası ilə 

həmsərhəddir.

 

 

1992-ci il xalqımızın tarixinə ən ağır, müdhiş bir il kimi 



daxil olmuşdur.  Dağlar qoynunda yerləşərək öz gözəlliyi 

ilə aləmə meydan oxuyan, hər daşında bir sirr yatan Laçın 

düşmənə təslim edildi. Laçın da Şuşa kimi mühüm hərbi-

strateji əhəmiyyətə malik idi. Şuşanın işğalı günü Laçın da güclü top və raket atəşinə 

məruz qalmışdı. Xəyanət və  xəyanətə  bərabər məsuliyyətsizlik Dağlıq Qarabağın, 

bütünlükdə isə Azərbaycanın gələcək taleyi üçün mühüm əhəmiyyətə malik olan vü-

qarlı Laçını düşmənə  təslim etdi. Bu təslim nəticəsində  təbii səngərlərlə  əhatə 

olunmuş Laçın odlara qalanaraq tamamilə dağıdıldı. Sərvəti talan olunaraq 

Ermənistana daşındı, mədəniyyət ocaqlarımız, tarixi-memarlıq abidələrimiz o torpaq-

lardan silindi, minlərlə baş mal-qara aparıldı.  

Artıq 19 ildir ki, dağlar gözəli Laçın erməni daşnaklarının ayaqları altında 

inildəyir, laçınlılar isə ölkənin müxtəlif ərazilərində köçkün vəziyyətində yaşayırlar. 

Laçınlılara dövlətimiz və soydaşlarımız tərəfindən nə  qədər qayğı  və diqqət gös-

tərilməsinə baxmayaraq, onlar yurd həsrəti ilə  çırpınırlar. Ölkə başçısı  İlham 

Əliyevin bu istiqamətdə apardığı siyasət deməyə  əsas verir ki, torpaqlarımızın 

işğaldan azad ediləcəyi, bir milyondan artıq qaçqın-köçkünümüzün, o cümlədən 

laçınlıların öz yurdlarına qayıdacaqları gün uzaqda deyil. 


161 

 

Sabir Xudu oğlu Rüstəmxanlı 

1946-cı il may ayının 20-də Azər-

baycanın Yardımlı rayonunun Ha-

markənd kəndində anadan olmuş-

dur. Yardımlıda onbirillik məktəbi 

bitirdikdən sonra 1963-1968-ci ildə  

ADU-nun (indiki BDU) Filologiya 

fakültəsində təhsil almışdır. On bir yaşında yazdığı ilk 

mətbu şeiri “Kəndim” 1957-ci ildə “Yeni kənd” rayon 

qəzetində  dərc edilmişdir. “Azərbaycan gəncləri” 

qəzetində çıxan “Kənd yolu” şeiri ilə respublika mət-

buatına ayaq açmışdır (1964).  

1967-1978-ci illərdə  əmək fəaliyyətinə  “Ədə-

biyyat və incəsənət” qəzetində kiçik ədəbi işçi kimi 

başlamış, sonra ədəbi işçi, xüsusi müxbir, Teatr və 

kino, Tənqid və ədəbiyyatşünaslıq şöbələrinin müdiri 

vəzifələrində işləmişdir.  

1978-1990-cı illərdə “Yazıçı” nəşriyyatında  İncə-

sənət redaksiyasının müdiri, baş redaktorun müavini, 

baş redaktor olmuşdur. 1989-1991-ci illərdə Müstəqil 

demokratik mətbuatın öncüllərindən olan “Azər-

baycan” qəzetinin təsisçisi və baş redaktoru, Azər-

baycan Respublikası  Mətbuat və  İnformasiya naziri 

olmuşdur. Azərbaycan Yazıçılar Birliyi katibliyinə 

seçilmişdir. Azərbaycan Yazıçılar Birliyi idarə he-

yətinin üzvüdür.  

Türkiyə,  İran, Misir, ABŞ, Hollandiya, Almaniya 

və b. ölkələrdə, Quzey Kıprıs Türk Cümhuriyyətində 

və Türk-İslam dünyasının müxtəlif qurultaylarında 

milli mücadiləmizlə bağlı  çıxışlar etmişdir. Demok-

ratik mətbuat  ənənələrinin 

bərpası  və inkişafında xid-

mətlərinə görə Azərbaycan 

Jurnalistlər Birliyinin mü-

kafatına (1990) və “Qızıl 

qələm” kamil sənətkar dip-

lomuna (1993) layiq görül-

müşdür. 1996-cı illərdə 

Azərbaycan  ədəbiyyatının 

inkişafındakı xidmətlərinə 

və ictimai-siyasi fəaliyyə-

tinə görə “Şöhrət” ordeninə 

layiq görülmüş, lakin etiraz 

əlaməti olaraq ordeni al-

maqdan imtina etmişdir.  

1992-ci ildə “Vətəndaş 

həmrəyliyi” partiyasını ya-

ratmışdır və bugünədək 

onun sədridir.

 

1990-cı ildə 



Azərbaycan Respublikası 

Ali Sovetinin deputatı,  

Milli Məclisin üzvü (ya-

ranandan bugünədək), 

“Vektor” Beynəlxalq Elm 

Mərkəzinin direktorudur.  

    Azərbaycan Respublikası 

prezidentliyinə seçkilərdə 

namizədliyi irəli sürülmüş-

dür (2003). 

 

 May 


 

65 illiyi 

 

Sabir Rüstəmxanlı  



 1946 

 

 



 

 

Yazıçı 



20 

162 

Ədəbiyyat 

 

Seçilmiş əsərləri /S.Rüstəmxanlı.- Bakı: Şərq-Qərb,  2004.- 344 s. 

Atamın ruhu (hekayə, povest və pyeslər) /S.Rüstəmxanlı.- Bakı: “Sabir” yazarlar 

ocağı, 2002.- 382 s. 

Xətai yurdu (roman) /S.Rüstəmxanlı.- Bakı: Qanun, 2003.- 556 s. 

 

Bəşirov, S. Sabir Rüstəmxanlı: Sərhədsiz ruhumuzun yolçusu: Portret cizgiləri 



/S.Bəşirov.- Bakı, 2006.- 228 s. 

Əhmədov, T. Sabir Rüstəmxanlı //XX əsr Azərbaycan yazıçıları. Ensiklopedik 

məlumat kitabı /T.Əhmədov.- Bakı, 2004.- S.760-761. 

 

İnternetdə 



 

www.az.wikipedia.orq 

www.deyerler.orq 

                                                              



Məmməd Məmmədov 

 

163 

 

 

Azərbaycan Respublikasının 



Prezidenti  İlham  Əliyevin imza-

ladığı sərəncama əsasən, ölkəmizdə 

hər il 23 may günü Ekologiya və 

Təbii Sərvətlər Nazirliyi işçilərinin 

peşə bayramı kimi qeyd olunur.  

Ölkəmiz müstəqillik əldə etdikdən sonra məhz ulu 

öndər Heydər  Əliyevin ekologiya və  ətraf mühitin 

mühafizəsi sahəsinə qayğıkeş münasibəti nəticəsində 

onun imzaladığı 2001-ci il 23 may tarixli Sərəncamla 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır.  

Son bir neçə ildə ekoloji vəziyyətin sağlamlaş-

dırılması,  ətraf mühitin mühafizəsi sahəsində ölkə 

Prezidentinin rəhbərliyi altında ardıcıl, məqsədyönlü 

işlər görülmüş, uzun illər  ərzində  yığılaraq müstəqil 

Azərbaycana miras qalmış ekoloji problemlər təhlil 

edilərək, onların kompleks həllinə yönəlmiş 5 Milli və 

Dövlət Proqramı  təsdiq edilmiş, ekologiya və  ətraf 

mühitin mühafizəsi sahəsində hüquqi baza təkmilləş-

dirilmişdir. 

Əvvəllər bir Milli Parkı belə olmayan Azərbay-

canda son 5 ildə Xüsusi Mühafizə Olunan Təbiət 

Ərazilərinin ümumi sahəsi 750 min hektara, yəni ölkə 

ərazisinin 8,7 faizinə catdırılaraq 8 Milli Park, 4 

Qoruq, 3 Yasaqlıq yaradılmış, 5 mövcud qoruğun 

ərazisi genişləndirilmiş, 3 Təbiət Abidəsi təşkil edil-

mişdir.  

Respublika Prezidenti İlham  Əliyevin imzaladığı 

“Xəzər dənizinin çirklənmədən qorunması üzrə  bəzi 

tədbirlər haqqında” və  “Əhalinin ekoloji cəhətdən 

təmiz su ilə  təminatının 

yaxşılaşdırılması ilə  əlaqə-

dar bəzi tədbirlər haqqında” 

sərəncamlardan irəli gələn 

məsələlərin həlli istiqamə-

tində beynəlxalq standart-

lara cavab verən modul tipli 

lokal təmizləyici qurğular 

alınmış, Abşeron yarıma-

dasının  şimal hissəsinin 61 

km-lik sahil zolağında qu-

raşdırılaraq istismara bura-

xılmışdır. Kür və Araz çay-

larının suyundan istifadə 

edən ölkənin xeyli yaşayış 

məntəqəsində Beynəlxalq 

Səhiyyə  Təşkilatının stan-

dartlarına cavab verən su 

təmizləyici qurğular quraş-

dırılaraq  əhalinin istifa-

dəsinə verilmişdir. Hazırda 

bu işlər davam etdirilmək-

dədir. 


Ölkə Prezidentinin im-

zaladığı “Magistral avto-

mobil yollarının mühafizə 

zolaqlarının yaşıllaşdırıl-

ması haqqında” sərəncama 

uyğun olaraq, Atbulaq - 

Hacıqabul qəsəbəsi avto-

 

 May 



 

10 illiyi 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 

işçilərinin peşə bayramı 

 

23 


164 

mobil yolunun 28 km məsafəsinin hər iki tərəfində 

müxtəlif cinslərdən olan 100 min ağac əkilmiş, eləcə 

də tenderdə qalib gəlmiş Bolqarıstan  şirkəti ilə 

bağlanmış müqavilə üzrə sifariş olunmuş 22 638 ədəd 

müxtəlif çeşiddə dekorativ ağac və kol bitkilərinin bir 

hissəsi respublikaya gətirilərək həmin  ərazidə  əkil-

mişdir.  

Magistral yol boyu yaşıllaşdırma işlərinə də böyük 

diqqət ayrılmışdır. Belə ki, Zığ-Aeroport yolu boyu 

144 hektar ərazidə torpaq hamarlama işləri 

yekunlaşdırılaraq, yaşıllıqsalma işlərinə başlanmışdır. 

Aparılan yaşıllaşdırma tədbirləri nəticəsində 180000 

ədədə  qədər müxtəlif növ ağac  əkilmişdir ki, 

bunlardan da 139000-i zeytun, Eldar şamı və akasiya-

dan ibarətdir. Su hövzələrində bioloji resursların 

artırılması  və mühafizəsi istiqamətində müvafiq 

tədbirlər həyata keçirilmişdir. Hidrometeoroloji müşa-

hidə  şəbəkəsinin bərpası, inkişafı, yeni texnologiya-

ların tətbiqi və  tərtib olunan hidrometeoroloji proq-

nozların keyfiyyətinin yaxşılaşdırılması istiqamətində 

bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, Şəki, 

Ələt, Xınalıq, Mərəzə, Al-

tıağac, Qəbələ, Ağsu stan-

siyaları üçün yeni binalar 

tikilmiş, Neftçala, Çilov, 

Ələt, Tərtər, Xınalıq, Xal-

dan, Kırız, Mərəzə, Al-

tıağac, Ağsu stansiyalarının 

meteomeydançaları müasir 

standartlara uyğun yenidən 

qurulmuşdur. Finlandiyanın 

istehsalı olan 16 ədəd 

kompleks avtomat meteo-

roloji stansiyanın 13 ədədi 

istismara verilmişdir. Bu 

avtomatik stansiyalar inter-

netdən məlumatları alır və 

müşahidə 

məlumatlarını 

birbaşa mərkəzə ötürə bilir. 

 

Ədəbiyyat 

Azərbaycan Respublikası Ekologiya və  Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə 

bayramının təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 

Sərəncamı, 16 may 2007-ci il //Azərbaycan.- 2007.- 17 may.- S.1. 

 

      Ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və təbii sərvətlər-



dən səmərəli istifadə  məsələləri dövlətimizin xüsusi diqqət mərkəzindədir //Yeni 

Azərbaycan. - 2009.-21 aprel. - № 69.- S.5. 

Cəfərli, R. Ekoloji tarazlığın təminatı Prezidentin nəzarətindədir /R.Cəfərli  

//Azərbaycan. - 2009.- 28 aprel.- № 89.- S.1. 

Mükərrəmoğlu,  M. Gələcəyimizin təminatçıları /M.Mükərrəmoğlu //Xalq qəzeti.- 

2009.- 23 may.- S.5. 



İnternetdə 

www.anl.az 

www.azerbaijan-news.az 

www.press-release.az 

 

Nailə Alışova


165 

 

 

Azərbaycan Dövlət Filar-

moniyasının binası 1910-1912-

ci illərdə  “İctimai toplantıların 

yay binası” layihəsi kimi inşa 

edilmişdi. Azərbaycanda Sovet 

hakimiyyəti qurulduqdan sonra 1920-ci ildə pərakən-

də fəaliyyət göstərən ansambllar, orkestrlər və musiqi 

həvəskarları bu binada fəaliyyət göstərməyə 

başlamışdır. 1936-cı il mayın 25-də SSRİ-nin (MDB) 

başqa respublikalarında olduğu kimi Azərbaycanda da 

filarmoniya yaranmışdı. 1937-ci il avqust ayının 11-

də isə Xalq Komissarları Sovetinin 5021 saylı ic-

lasının qərarı ilə AK (b) MK-dan xahiş edildi ki, 

Əməkdar incəsənət xadimi Müslüm Maqomayevin 

adını  əbədiləşdirmək məqsədilə Azərbaycan Dövlət 

Filarmoniyasına bəstəkarın adı verilsin. 

Elə həmin ildən Azərbaycan Dövlət Filarmoniya-

sı respublikamızın mədəni həyatında əvəzedilməz rol 

oynamağa başlamışdır. Filarmoniya milli və klassik 

musiqiçilərin təkrarsız təbliğat ocağıdır. 

Bu möhtəşəm konsert təşkilatında 7 kollektiv fəa-

liyyət göstərir. Bunlar Azərbaycan Respublikasının 

Xalq artisti, Dövlət Mükafatı laureatı, professor Rauf 

Abdullayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Sim-

fonik Orkestri, Azərbaycan Respublikasının Əməkdar 

incəsənət xadimi Gulbacı  İmanovanın rəhbərliyi ilə 

Azərbaycan Dövlət Xor Kapellası, Əməkdar incəsənət 

xadimi Teymur Göyçayevin rəhbərliyi ilə Q.Qarayev 

adına Azərbaycan Dövlət Kamera Orkestri, Azərbay-

can Dövlət Fortepiano Tri-

osu, Azərbaycan Dövlət 

Simli Kvarteti, F.Əmirov 

adına  Əməkdar kollektiv, 

Azərbaycan Dövlət Mahnı 

və  Rəqs ansamblı, bu kol-

lektivin nəzdində  fəaliyyət 

göstərən Azərbaycan Döv-

lət Xalq Çalğı Alətləri or-

kestridir. 

   Ulu 


öndər Heydər 

Əliyevin şəxsi səyi və istəyi 

nəticəsində 8 aylıq təmir-

dən sonra Dövlət Filarmo-

niyası 27 yanvar, 2004-cü 

ildə  təntənəli surətdə ta-

maşaçılara təhvil verilmiş-

dir. Açılışda Prezident 

İlham 

Əliyev, dünya 



şöhrətli violonçel ustası 

Mstislav Rostropoviç və 

başqaları iştirak etmişdilər. 

Son illər ərzində Azər-

baycan Respublikası Mədə-

niyyət və Turizm Nazirliyi 

filarmoniyanın müxtəlif 

kollektivləri ilə  çıxış edən 

xarici artistləri Respublika-

mıza dəvət edir. Bu siya-

 

 May 


 

75 illiyi 

 

Azərbaycan Dövlət Filarmoniyası 



1936 

 

25 



166 

hıda V.V.Andreyev adına Dövlət Akademik Rus 

Orkestrinin bədii rəhbəri və baş dirijoru Dmitri 

Xoxlov, Norveç Opera və Balet Teatrının solisti 

İngeborq Kosmo, Boyük Britaniya pianoçusu Deniel 

Qrimvud, Ukrayna Respublikasının Xalq artisti, Vo-

kalçıların Beynəlxalq Müsabiqələr laureatı Tatyana 

Pimenova, “Bazel” Musiqi Akademiyasının professo-

ru, Fransız “Diapazon D′OR” mükafatı laureatı  İvan 

Moniqetti, Ukrayna Milli Opera Teatrının solisti İrina 

Dats,  İohan Straüs adına Vyana ansamblı, Ukrayna 

Respublikasının Əməkdar artisti Oksana Dika, Rusiya 

Dövlət Akademik Boyük Teatrının solisti Marqarita 

Maruna, Türkiyə fleytaçısı Sefika Kutluer, Almaniyalı 

dirijor Pyer Domenik Pon-

nellenin və digərlərinin adı 

var. Bundan əlavə fransız 

pianoçu Fransua Saplen, 

pianoçuların Beynəlxalq 

müsabiqələr laureatı Denis 

Matsuyev (Moskva), Mos-

kva solistləri orkestrinin 

baş dirijoru və solisti Yuriy 

Basmetin filarmoniyada çı-

xışları planlaşdırılır. 

 

Ədəbiyyat

 

Cahandarov, B. “Filarmoniya” bağı istifadəyə verilib: Prezident İlham Əliyev 

bağda aparılan yenidənqurma işləri ilə tanış olub  /B.Cahandarov  //Paritet.- 2009.- 8-

9 oktyabr.- S.3. 

Prezident İlham Əliyev paytaxtın “Filarmoniya” bağında aparılmış əsaslı təmir 

və yenidənqurma işləri ilə tanış olmuşdur //Azərbaycan.- 2009.- 8 oktyabr.- S.1. 

 

İnternetdə 

www.az.apa.az  

www.az.baku-art.com  

www.kultaz.com  

www.mct.gov.az  

www.philarmonia.az 



Adilə Abdullayeva 

167 

 

   Müsəlman  Şərqində ilk demokratik respublika olan 



Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-

iqtisadi, ictimai-siyasi və  mədəni inkişafının, xalqımızın milli 

oyanışı  və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana 

çıxmışdır. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin 

elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və 

fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin - 

Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, 

Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa 

Şıxlinski və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət 

xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına 

əbədi həkk olunmuşdur. 

 Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə  Şərq 

mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və  cəmiyyət 

nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika 

dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması 

və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb 

etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mən-

subiyyətdən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, hətta bir 

çox Avropa ölkələrindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azər-

baycan dilinin dövlət dili elan edilməsi, təhsil və  mədəniyyətin inkişafına xüsusi 

diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və 

sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət 

və mənasını əyani şəkildə səciyyələndirir.  

1920-ci ilin aprelində bolşevik işğalı nəticəsində Cümhuriyyət süqut etdikdən sonra 

da müstəqillik hissləri azərbaycanlıları sonrakı dövrdə heç zaman tərk etmədi, 

azadlıq ideyaları şüurlara hakim kəsildi. XX əsrin 80-ci illərinin sonu - 90-cı illərin 

əvvəlində Azərbaycanda başlamış milli-azadlıq hərəkatı bolşevik rejiminin süqutunu 

yaxınlaşdırdı. Xalqın təkidi və tələbi ilə 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali 

Sovetinin sessiyası dövlətin adını  dəyişdirərək “Azərbaycan Respublikası” adlan-

dırdı. AXC-nin üçrəngli, ay-ulduzlu bayrağı bu respublikanın da dövlət bayrağı kimi 

təsdiq olundu. Həmin il mayın 21-də verilmiş xüsusi fərmanla 28 may Respublika 

Günü elan edildi. 

 

May 


 

 

Respublika Günü  



1918 

28 


168 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

1 iyun 



Gün çıxır 

06:12  


Gün batır 

21:05 


30 iyun 

Gün çıxır  

06:10  

Gün batır 



21:15 

İy

un



 

 

 



22 may- 

21 iyun 


 

Əkizlər bürcünün 

Nişanı Havadır. 

Merkurinin 

himayəsindədir. 

Günəşin Əkizlər 

bürcünün keçdiyi 

dövrdə doğulanlar 

çox ağıllı olub, hər 

şeyi bilməyə həvəs 

göstərir, şəraitə 

asanlıqla 

uyğunlaşırlar.  

Ç 1 

Ca 2 

C 3 

Ş 4 

B 5 

Be 6 

Ça 7 

Ç 8 

Ca 9 

C 10 

Ş 11 

B 12 

Be 13 

Ça 14 

Ç 15 

Ca 16 

C 17 

Ş 18 

B 19 

Be 20 

Ça 21 

Ç 22 

Ca 23 

C 24 

Ş 25 

B 26 

Be 27 

Ça 28 

Ç 29 

Ca 30 

 

   2011    



 

      Əlamətdar və  

      tarixi günlə

Narkоmaniyaya və Nоrkоbiznеsə 

qarşı Bеynəlxalq mübarizə Günü 

Azərbaycan Respublikasının Prezidenti HeydəƏliyev  

Narkomanlığa və narkotik vəsitələrin qanunsuz 

dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab 

edərək, 1996-cı il avqustun 26-da müvafiq fərman imzalamış və 

problemin həlli üçün keçirilən tədbirlər keyfiyyətcə yeni 

mərhələyə qədəm qoymuşdur. 

Bu fərman  əsasında ölkəmizdə 2000-ci ilədə

narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop 

maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 

Ümummilli Proqram hazırlanmış, Narkomanlığa və Narkotik 

Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə 

Dövlət Komissiyası yaradılmış, 18 iyun 1999-cu ildə isə Milli 

Məclis tərəfindən «Narkotik vasitələrin, psixotrop maddələrin 

qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Azərbaycan 

Respublikası Qanunu qəbul olunmuşdur. Bu Qanunun başlıca 



əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanda narkotik tərkibli 

bitkilərin kultivasiyası, narkotik vasitələrin və psixotrop 

maddələrin istehsalı, dərman preparatlarının və xammalın 

hazırlanması qanunla qadağan edilmişdir. 

1. Uşaqları Bеynəlxalq Müdafiə Günü  

5.  Ətraf Mühitin Mühafizəsi Günü  

15. Milli Qurtuluş Günü  

17. Səhiyyə İşçiləri Günü  

18. İnsan Hüquqları Günü  

23. Dövlət Qulluqçularının Pеşə Bayramı  

26. Milli Silahlı Qüvvələr Günü  

26. Narkоmaniyaya və Nоrkоbiznеsə  

      qarşı Bеynəlxalq mübarizə Günü   

 


169 

İyun -


 Qriqorian təqvimi ilə ilin altıncı ayıdır. 30 gündən ibarətdir. 

   


 

 

        Xarici ədəbiyyat 

       

          Rus inqilabçı demokratı, ədəbi tənqidçi, publisist Belinski Vissarion  



    Qriqoryeviçin (11.06.1811-07.06.1848) anadan olmasının 200 illiyi 

   


Tarixi  günlər 

   Uşaqların Bеynəlxalq Müdafiə Günü (01.06.1950) 

   Ətraf Mühitin Mühafizəsi Günü (05.06.1972) 

Beynəlxalq Qan Donor Günü (14.06.2001) 

Milli Qurtuluş Günü (15.06.1993) 

Səhiyyə İşçiləri Günü (17.06.2001) 

İnsan Hüquqları Günü (18.06.2007) 

Dövlət dilinin tətbiqinin təkmilləşdirilməsi haqqında fərman 

verilmişdir (18.06.2001) 

Ümumdünya Qaçqınlar Günü (20.06.2000) 

Beynəlxalq Olimpiya Günü (23.06.1967) 

Dövlət Qulluqçularının Pеşə Bayramı (23.06.2006) 

Milli Silahlı Qüvvələr Günü (26.06.1918) 

Narkоmaniyaya və Narkоbiznеsə qarşı  Bеynəlxalq Mübarizə  Günü   

(26.06.1987) 


Yüklə 5,2 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin