Azərbaycan Milli Kitabxanası



Yüklə 5,2 Mb.
Pdf görüntüsü
səhifə12/37
tarix24.01.2017
ölçüsü5,2 Mb.
#6263
1   ...   8   9   10   11   12   13   14   15   ...   37

 

   Kitab  və müəlliflik, ya-

ranma anından bir-biri ilə 

ayrılmaz  əlaqədə, daimi 

təmasda olan və bir-birini 

tamamlayan anlayışlar, 

məfhumlardır.  Əslində isə 

müəlliflik hüququ əsər an-

layışı ilə bağlı olduğundan 

onun tarixi daha qədimdir, insan mədəniyyətinin və 

biliklərin uzaq keçmişindən bəhrələnən məhsuldur. 

Volterin kitablarla bağlı sözləri tam mənada 

müəlliflik hüququna da aid edilə bilər: “Bunlar 

ocaqlarımızdakı oda bənzəyir: onu qonşudan götürüb, 

özümüzdə yandırıb, digərlərinə veririk və beləliklə, 

hamıya məxsus olur”. 

Müəlliflik hüququnun tarixi “müəlliflik” anlayışın-

dan irəli gəlir. Bu uzun yol əsrlər boyu ibtidai icma, 

təbii anonim (adsız), tanrılaşdırılmış  təxəllüs mər-

hələlərini keçmiş  və  nəticədə  şəxsi müəlliflik səviy-

yəsinə çatmışdır. 

Artıq 5 əsrdir ki, müəlliflik hüququ və kitab dünya-

da birgə, yanaşı addımlayırlar. 

Bu cütlüyün müasir nüfuzu cəmiyyətin intellek-

tuallaşmasında və  mədəniyyətin zənginləşməsindəki 

rolu ilə izah edilir. Müəllif hüququ əqli mülkiyyətin 

ən vacib, mürəkkəb və  dəyərli elə bir hissəsidir ki, 

onun qorunması və idarə edilməsi ilə dünya miqyasın-

da iki böyük Beynəlxalq Təşkilat - 160-a yaxın üzvü 

olan ÜƏMT-nın Bern Konvensiyası və digər sazişlər 

vasitəsilə və YUNESKO-nun 80-dən artıq  

 

üzvü olan “Müəllif hü-



quqları haqqında” Ümum-

dünya Konvensiyası  məş-

ğul olur. 

Bunlardan YUNESKO 

özünün 25 oktyabr - 16 no-

yabr 1995-ci il tarixində 

keçirilmiş 28-ci sessiyasın-

da 23 aprelin Ümumdünya 

Kitab və Müəlliflik Hüququ 

Günü elan edilməsi bərədə 

qərar verib. 

Həmin bayramla əlaqə-

dar Azərbaycan Respubli-

kasında artıq bir neçə ildir 

ki, tədbirlər keçirilir və bu 

sahəyə aid tədbirlər semi-

nar - disskusiyalarla ta-

mamlanır. YUNESKO-nun 

məlumatına əsasən 23 aprel 

tarixi İspaniya əyaləti Kata-

loniya ilə bağlıdır və Mü-

qəddəs Georgi günü kimi 

səciyyələnir. Həmin gün 

hər hansı satılan kitaba ənə-

nəvi olaraq bir qızılgül qo-

şulurdu. Aydındır ki, 23 ap-

rel gününün bayram kimi 

qeyd edilməsi üçün digər 

əsaslı  səbəblər də mövcud-

 

 Aprel 



 

 

Ümumdünya Kitab və Müəllif  



Hüquqları

  

Günü 


1996 

 

23 



139 

dur. Bir sıra məşhur yazıçı  və  şairlərin anadan olma 

və ya vəfat etmə günü (Migel de la Servantesin, 

Vilyam  Şekspirin, Moris Dryüonun, Vladimir Nabo-

kovun, Azərbaycanın məşhur sərkərdəsi, artilleriya 

üzrə  dərsliklərin müəllifi general Şıxlinskinin) bu 

tarixlə bağlıdır. 

YUNESKO-nun  İnternetdəki Web-saytında bayra-

mın qeyd edilməsi ilə bağlı gözəl bir kəlam vardır: 

“Kitab və oxumaq həmişəki kimi vacibdirlər. Bunlar 

mətnin müəllifi tərəfindən virtual aləmlə (kainatla) in-

teraktiv dialoq yaranması alətləridir və yaranan intel-

lektual təsəvvürlər unikal, hər hansı oxucu 

təxəyyülündən asılılıqdadır”. 

Müəlliflik hüququnun qorunması ilə əsər yaradıcı-

larını stimullaşdırmaq və oxucuları oxumağa cəlb et-

mək məqsədi ilə YUNESKO hər il 2000-dən artıq ad-

da nəşrlər buraxır, yeganə sayılan Beynəlxalq Tərcü-

mələr Biblioqrafiyasını (100 ölkəni təmsil edən və 

müəllif haqqında, onun hansı əsəri, hansı dilə və kim 

tərəfindən tərcümə edil-

məsini işıqlandıran kataloq) 

aparır, Ümumdünya Müəl-

liflik hüququ haqqında 

Konvensiyaya başçılıq edir.  

23 Aprel Ümumdünya 

Kitab və Müəllif Hüquqları 

Günü bəşəriyyətin sosial və 

mədəni inkişafında kitabın 

əvəzsiz rolunu qiymətlən-

dirmək məqsədilə təsis olu-

nub. 


Azərbaycanda “Ümum-

dünya kitab və müəllif gü-

nü” mövzusunda tədbirlər 

23 aprel 2001-ci il tarixin-

dən keçirilir.  

 

Ədəbiyyat 



 

İmanov, K.   Ümumdünya Kitab və Müəllifik Hüququ Günü və Azərbaycan 

müəllifik hüquq tarixindən /K.İmanov //Musiqi dünyası.- 2000.-№ 2 (3).- S.4. 

 

İnternetdə 

www.azadinform.az  

www.aztv.az 

www.baku-icc-2009.az  

www.news.xazar.com 

Adilə Abdullayeva 

 

 



140 

 

      Sultanməcid Hacı Murtuzəli oğlu 

Qənizadə 1866-cı il aprel ayının 24-

də Azərbaycanın qədim  şеir, sənət 

bеşiyi  Şamaхı  şəhərində ziyalı tacir 

ailəsində anadan olmuşdur. Onun əsli 

Şamaхının qədim, köklu-binəli sakin-

lərindən sayılan Sultan Dədəgünəş 

nəslinə  mənsubdur. Bu nəslin  Şirvan 

torpağında səkkizyüzillik bir tariхi 

vardır. 

Sultan Məcid də qardaşları və bacıları kimi qələm 

tutmağı, yazı yazmağı atasından öyrənmişdi. Atası 

Sultan Məcidə еvdə savad öyrətdikdən sonra, qoydu-

ğu qayda üzrə onu da məhəllə məktəbinə vеrmişdi. 

S.M.Qənizadə 1882-ci il iyun ayının 10-da 

Şamaхı şəhər məktəbini “əla” qiymətlə bitirmək haq-

qında attеstat almışdı. 

Sultanməcid Qənizadə 1883-cu ildə Tiflisdə 

Alеksandrovski Müəllimlər  İnstitutuna daхil olmuş-

dur. O, 1887-ci il sеntyabrın 2-də  Həbibbəy Mah-

mudbəyovla birlikdə Bakıya gəlmişdir. Tələbə pal-

tarında Bakıya gələn S.M.Qənizadənin və H.Mah-

mudbəyovun nəinki məktəb açmağa, hətta gündəlik 

çörək almağa da pulu olmamışdı. Buna baхmayaraq, 

onlar məktəbdən ötrü bina kirayə  еtməli,  tədris 

ləvazimatı hazırlamalı idilər. Ağır günlərdə onlara kö-

mək əli uzadan хеyirхah adamlar tapılmışdı. 

O, 1889-cu ildə “İstilahi-Azərbaycan” dərsliyinin 

əlyazmasını hazır etmişdi və    dərslik 1890-cı ildə 

Bakıda K.Kasabovun mət-

bəəsində 2400 nüsхə tirajla 

çap olunmuşdu.  

1890-cı ildə  “İstilahi-

Azərbaycan” dərsliyinin III 

hissəsi, 1894-cü ildə IV 

hissəsi nəşr olunmuşdu. 

“İstilahi-Azərbaycan” dərs-

liyinin qarşısında duran 

başlıca məqsəd ana dilini 

uşaqlara praktik şəkildə öy-

rətməkdən ibarət idi. 

Milli Azərbaycan tеat-

rının inkişafında S.M.Qə-

nizadənin bir rеjissor kimi 

хidməti böyük olmuşdur. 

S.M.Qənizadənin rеjis-

sorluq fəaliyyəti Azərbay-

can səhnəsinin gələcək 

inkişafını təmin еtmək üçün 

profеssional aktyor kadrları 

hazırlamaq baхımından  хü-

susilə faydalı olmuşdur. 

H.Mahmudbəyov, N.Nəri-

manov, S.S.Aхundov, N.Və-

liyеv,  İ.Məlikov və başqa-

ları tam on il onun quruluş 

vеrdiyi tamaşalarda səhnə-

yə çıхmışlar. 

 

 Aprel 



 

145 illiyi 

 

Sultanməcid  Qənizadə   



 1866-1942 

 

 



 

 

 



Yazıçı 

24 


141 

S.M.Qənizadə 1905-ci ildə Qori sеminariyası 

Müsəlman  şöbəsinin müfəttişi, 1908-ci ildə Bakı qu-

bеrniyası Dağıstan vilayət хalq məktəblərinin 2-ci ra-

yonu üzrə müfəttişi, 1917-ci ildə vilayət хalq məktəb-

lərinin dirеktoru təyin olunmuşdu.  

Azərbaycanda ana dilində məktəblərin açılmasın-

da, dərsliklər yazılmasında, milli mətbuat və  tеatrın 

inkişafında Sultanməcid Qənizadənin  хidmətləri 

böyük olmuşdur.  

“Həyat”, “İrşad”, “Dəbistan”, “Rəhbər”, sonralar 

“Maarif və mədəniyyət”, “Ədəbiyyat qəzеti” kimi qə-

zеt və jurnallarda publisistik məqalələr dərc еtdirmiş-

dir. O, 1918-1919-cu illərdə “İttihad” partiyasının üz-

vü olmuşdur. 

S.M.Qənizadənin, M.Ə.Sa-

bir, N.Nərimanov, H. Ərəb-

linski haqqında  хatirələri 

qələmə almışdır. Rus ədə-

biyyatından  L.N.Tolstoyun 

“Əvvəlimci  şərabçı” pyе-

sini,  A.F.Poqoskinin “Al-

lah divanı” hеkayələrini  

tərcümə etmişdir. 

Görkəmli maarif xadi-

mi, yazıçı Sultanməcid Ha-

cı Murtuzəli oğlu Qənizadə 

1942-ci ildə 76 yaşında və-

fat еtmişdir. 

 

Ədəbiyyat 

 

Gəlinlər həmayili /S.M.Qənizadə.- Bakı: Yazıçı, 1986.- 272 s. 



Nağıllar /S.M.Qənizadə - Bakı: Gənclik, 1986.- 18 s. 

 

Əfəndiyev, H. M.F.Axundov realist nəsrinin davamçıları /N.Əfəndiyev.- Bakı: 



Azərnəşr, 1974.- 72 s. 

Məmmədov, X. Sultanməcid Qənizadə /X.Məmmədov.- Bakı: Yazıçı,1983.-     

214 s. 

Zamanov, A. Əməl dostları /A.Zamanov.- Bakı: Yazıçı, 1979.- 146 s. 



 

Rus dilində 

 

Мамедов, Х. Султан Меджид Гани-заде: (Жизнь и творчество).- Баку, 1963.-

33 с. 

İnternetdə 

 

www.adam.az 

www.az.wikipedia.org 

www.science.gov.az 



Samirə Eminova  

142 

 

Samuel Finli Briz Morze 1791-ci il 

aprel ayının 27-də ABŞ-da (Çarlstaun, 

Massaçusetsdə) anadan olmuşdur. Te-

leqrafda istifadə olunan Morze əlifba-

sını da o yaratmışdır. On doqquz ya-

şında Yel Universitetindən məzun ol-

muş, Londona gedib qayıtdıqdan sonra 

portret şəkli gündəmdə olduğu üçün diqqətini portretə 

vermişdir. 1826-cı ildə Milli İncəsənət Akademiya-

sının qurulmasında rol oynamış  və akademiyanın ilk 

başçısı olmuşdur. 1832-ci ildə Nyu York Universiteti 

Şəkil və heykəl  şöbəsi professorluğuna gətirilmişdir. 

Morzenin mexaniki araşdırmalara marağı  gənc 

yaşlarında başlamışdı. 1832-ci ildə okean səyahətinə 

çıxmış, Çarles Tomas Ceksonun elektriklə  əlaqədar 

son məqalələri və Nyu York Universitetində elektro-

maqnetik mövzusunda öyrəndikləri ilə əlaqədar başın-

da elektrikli teleqraf yaratmaq fikri doğmuşdu. 

Morzenin elektrikli teleqrafı, bir elektrik dövrəsində 

barabanın bir qolu çəkməsi ilə rulo kağızı üzərinə 

izlər buraxması prinsipi ilə çalışırdı. Morze ilk elek-

trikli teleqraf sınağını 1844-cü ildə Vaşinqton ilə Bal-

timor arasında 65 kilometr-

lik bir xətt çəkilişiylə 

etmişdi. Osmanlı Dövləti 

ilk dəfə 1855-ci ildə Krım 

döyüşü əsnasında Morzenin 

teleqraf sistemindən isti-

fadə etmişdir. Morze bir 

daşı, ya da mərməri 3 fərqli 

ölçüdə yona bilən mərmər 

kəsmə maşınını icad etmiş-

di.  İxtiraçı bunun patentini 

ala bilmədi, çünki 1820-ci 

ildə Tomas Blançardın bən-

zər bir icadı vardı.  

 Samuel Finli Briz Mor-

ze 1872-ci ildə 80 yaşında 

Nyu Yorkda vəfat etmiş və 

Qrin-Vud qəbiristanlığında 

dəfn edilmişdi. 



 

 

Ədəbiyyat 

 

Morze Samuel Finli Briz //Azərbaycan Sovet Ensiklopediyası.- 10 cilddə.- Bakı, 

1983.- C.7.- S.61-62. 

İnternetdə 

www.az.wikipedia.org 



Adilə Abdullayeva 

 

Aprel 



 

220 illiyi 

Samuel Finli Briz 

Morze


 

1791-1872 

 

 

 



Amerika 

ixtiraçısı 

27 


143 

 

29 aprel peşəkar və ya hə-

vəskar rəqslə məşğul olan, rəqsi 

sevən hər kəsin bayramıdır. 

Beynəlxalq Rəqs Günü 1982-ci 

ildən bəri “YUNESKO”nun qə-

rarı ilə qeyd olunmağa başla-

mışdır. Bu tarix hər il Fransız baletmeysteri Jan Jorj 

Noverin doğum günü, yəni aprelin 29-na təsadüf edir. 

Jan Jorj Nover müasir baletin nəzəriyyəçisi hesab 

olunur. Dünyanın  əksər ölkələrində olduğu kimi 

Azərbaycanda da Beynəlxalq Rəqs Günü təsis olduğu 

tarixdən  ənənəvi olaraq hər il qeyd olunur. Azərbay-

canda rəqslərin tarixi olduqca zəngin və  qədimdir. 

İncəsənətin bir qolu olan rəqslərimiz ülvilik, gözəllik 

və birlik rəmzi sayılır. Hələ eramızdan 2-3 min il 

əvvəl, Azərbaycan  ərazisində  rəqslər insanların 

həyatında müəyyən yer tutmuşdu. Bu baxımdan 

Qobustan qayaüstü təsvirləri arasında “Yallı” oynayan 

insanların təsviri xüsusilə maraq doğurur. Bu təsvirlər 

Azərbaycan xalqının qədim dövrdən rəqsə olan 

marağından xəbər verir.  

Bir-birindən maraqlı, məzmunlu xalq rəqslərimiz 

nəinki Vətəndə, dünyanın böyük konsert salonlarında 

da sevilir. Onların simasında Azərbaycan milli xore-

oqrafiya sənəti inkişaf yolunu tapmışdır.  İncəsənətin 

ayrılmaz hissəsi olan milli rəqslərimiz gözəlliyi, bə-

diiliyi və  zərifliyi ilə  sənətsevərlərə nümayiş olunur. 

Folklor, qədim xalq oyunları, rəqs havaları milli incə-

sənətimizin qızıl fonduna həmişəlik daxil olmuşdur.  

 

 

“Tərəkəmə”, “Naz elə-



mə”, “Turacı”, “Uzundərə”, 

“Qoçəli”, “Heyvagülü”, “Vağ-

zalı” xalq rəqslərinə tamaşa 

etmək kifayətdir ki, xalqı-

mızın zəngin musiqiyə, kök-

lü adət-ənənəyə bağlı oldu-

ğunu duyasan. Filmləri-

mizdə da rəqslərdən ele-

mentlərə rast gəlmək olar 

ki, bu da milli rəqs sənə-

tinin inkişafı  və  təbliğində 

mühüm rol oynayır. “O ol-

masın, bu olsun”, “Əhməd 

haradadır”,  “Bəyin oğur-

lanması”, “Arşın mal alan” 

və digər belə filmlərdə milli 

rəqslərə yer verilmişdir. 

Müasir dövrdə Azərbaycan 

xalq rəqslərini səhnəyə  çı-

xarmaq və inkişaf etdirmək 

ağırlığını  Əminə Dilbazi, 

Roza Cəlilova, Xoşbəxt Məm-

mədova, Böyükağa Məm-

mədov, Kamil Dadaşov, 

Əlikram Aslanov və digər 

sənətkarlar çiyinləri üzərinə 

götürmüşlər. Bütün dünya 

xalqlarını öz gözəlliyi ilə 

heyrətə  gətirən rəqslərimi-

 

 Aprel 



 

Beynəlxalq Rəqs Günü 

1982 

29 


144 

zi, bu gün qocaman sənətkarların yetirmələri davam 

etdirir. Bir sözlə, Azərbaycanın milli rəqs məktəbi ya-

şayır.  


Beynəlxalq Rəqs Günü Azərbaycanda ilk dəfə ola-

raq, Milli Konservatoriyanın nəzdindəki Dövlət Gim-

naziyasının rəqs qrupunun iştirakı ilə Xalq artisti Tə-

ranə Muradova və  Əmək-

dar artist Kamil Dadaşovun 

rəhbərliyi altında keçi-

rilmişdir. 

 

 

Ədəbiyyat 

 

Sevda. Beynəlxalq Rəqs Günü qeyd olunub /Sevda //Kaspi.- 2009.- 30 aprel.- S.11. 

 

İnternetdə 

 

www.az.apa.az. 

www.big.az.  

www.bye.az. 

www.hafta-ichi.com. 

www.lidertv.com. 



Adilə Abdullayeva 

 

 



145 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

1 may 



Gün çıxır 

06:43   


Gün batır 

20:36   


31 may 

Gün çıxır 

05:13   

Gün batır 

21:04 

Ma



 

 

21 aprel- 



21 may 

 

Buğa bürcünün 



Nişanı Yerdir. 

Veneranın 

himayəsindədir. 

Günəşin Buğa 

bürcündən keçdiyi 

dövrdə doğulanlar 

təbiətcə emosional 

olurlar.  



B 1 

Be 2 

Ça 3 

Ç 4 

Ca 5 

C 6 

Ş 7 

B 8 

Be 9 

Ça 10 

Ç 11 

Ca 12 

C 13 

Ş 14 

B 15 

Be 16 

Ça 17 

Ç 18 

Ca 19 

C 20 

Ş 21 

B 22 

Be 23 

Ça 24 

Ç 25 

Ca 26 

C 27 

Ş 28 

B 29 

Be 30 

Ça 31 

 2011      

 

   Əlamətdar və  



   tarixi günlə

Rеspublika Günü 

3.  Bеynəlxalq Söz və Mətbuat Azadlığı Günü  

8.  Şuşa rayonunun işğal günü 

9.  Faşizm üzərində Qələbə Günü  

10. Ümummilli lider HeydəƏliyevin doğum  

       günü  

15. Bеynəlxalq Ailə Günü   

17.

 

Ümumdünya İnformasiya Cəmiyyəti Günü

 

18. Bеynəlxalq Muzеylər Günü  



18. Laçın rayonunun  işğalı günü  

 28. Rеspublika Günü  

 

 

XX  əsr tarixə  təkcə elm və texnika əsri kimi deyil, həm də milli 



dirçəliş, müstəmləkə imperiyalarının dağılması, milli dövlətlərin 

yaranması əsri kimi düşmüşdür. 

1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı  nəticəsində çar 

mütləqiyyəti devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı 

xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq 

Cümhuriyyəti (1918-1920) - müsəlman  Şərqində ilk dünyəvi demokratik 

dövlət yaradıldı. Bu respublika millətimizin tarixi yaddaşında 

Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur. 

1990-cı ildən Respublika Günü – dövlət müstəqilliyinin bərpa 

edilməsi  günü - dövlət bayramı kimi qeyd edilir. 

 

     


146 

      


May -

 latınca ( Majus ) - Qriqorian təqviminin beşinci ayı . Adını qədim 

Roma allahı Маyyadan götürüb. 31 günü var. 

“May” sözü ( kilsə kitablarında Маiy yazılır) bəşəriyyətə Vizantiya 

imperiyasından keçib. 

 

 Milli ədəbiyyat



 

Ədəbiyyatşünas, tənqidçi, professor Hacıyev Tofiq İsmayıl oğlunun 

(01.05.1936) anadan olmasının 75 illiyi 

Yazıçı, publisist Sultanov Eynəli bəy Çölübəy oğlunun (05.05.1866-

05.06.1935) anadan olmasının 145 illiyi 

Nasir, ssenarist Qurbanov Əhmədağa  Əkbər oğlunun (Əhmədağa 

Muğanlı) (10.05.1926-04.08.2001) anadan olmasının 85 illiyi 

Ədəbiyyatşünas, professor Allahverdiyev Mahmud Qara oğlunun 

(15.05.1931-02.12.1999) anadan olmasının 80 illiyi 

Şair, tənqidçi, publisist Rüstəmxanlı Sabir Xudu oğlunun (20.05.1946) 

anadan olmasının 65 illiyi 

Şair, publisist İsmayılov Abbas Məhəmməd oğlunun (Abbas Arazlı) 

(24.05.1936) anadan olmasının 75 illiyi 

    Xarici ədəbiyyat 

      Tacikistanın Xalq şairi Tursunzadə Mirzənin (02.05.1911-24.09.1977) 

anadan olmasının 100 illiyi 

Hind yazıçısı, ictimai xadim Taqor Rabindranatın (07.05.1861-

07.08.1941) anadan olmasının 150 illiyi 

Rus yazıçısı Bulqakov Mixail Afanasyeviçin (15.05.1891-10.03.1940) 

anadan olmasının 120 illiyi 


147 

Alman  şairi, incəsənət nəzəriyyəçisi, ictimai xadim Bexer İohannes 

Robertin (22.05.1891-11.10.1958) anadan olmasının 120 illiyi 

Tarixi günlər 

 Bеynəlxalq Söz və Mətbuat Azadlığı Günü (03.05.1993) 

Şuşa rayonunun işğalı günü (08.05.1992) 

Faşizm Üzərində Qələbə Günü (09.05.1945) 

Ümummilli lider Heydər  Əliyevin Doğum Günü (10.05.1923-

12.12.2003) 

Bеynəlxalq Ailə Günü (15.05.1994) 

Ümumdünya İnformasiya Cəmiyyəti Günü (17.05.2006) 

Bеynəlxalq Muzеylər Günü (18.05.1977) 

Laçın rayonunun işğalı günü (18.05.1992) 

Ümumdünya “Dioloq və  İnkişaf üçün Mədəni Müxtəliflik” Günü 

(21.05.2001)  

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Əməkdaşlarının Peşə Bayramı 

Günü (23.05.2007) 

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının 

(25.05.1936) yaradılmasının 75 illiyi 

Rеspublika Günü (28.05.1918.) 

                     

Ümumdünya Tütünlə Mübarizə Günü (31.05.1987) 

 

     Milli Qəhrəmanlar

 

      Azərbaycanın Milli Qəhrəmanı Paşayev Baxşeyiş Xanəhməd oğlunun 

      (01.05.1936-12.07.1992) anadan olmasının 75 illiyi 

       Azərbaycanın Milli Qəhrəmanı  Yəhyayev Elşad Məmmədhənifə 

oğlunun (05.05.1966-20.06.1992) anadan olmasının 45 illiyi 


148 

Azərbaycanın Milli Qəhrəmanı  Əliyev  İlham Müzəffər oğlunun 

(05.05.1961-19.08.1990) anadan olmasının 50 illiyi 

Azərbaycanın Milli Qəhrəmanı  Həsənov  İlham Gülbala oğlunun 

(06.05.1976-17.03.1995) anadan olmasının 35 illiyi 

   Siyasət. Hərbi iş 

    Hərbi xadim, general-mayor Abbasov Akim Əli oğlunun (25.05.1911-

29.02.1992) anadan olmasının 100 illiyi 

     Tarix 

        İran tarixçisi Qumi Qazi Əhmədin (18.05.1546-1606) anadan 

        olmasının 465 illiyi 

   Mədəniyyət. Maarif. Təhsil  

    İlk maarifçi qadınlardan biri Məlikova-Abayeva Hənifə xanımın 

(05.05.1856-1929) anadan olmasının 155 illiyi 

      


Kimya. Biologiya. Tibb  

      Əməkdar elm xadimi, məşhur terapevt, kardioloq Abdullayev Cahangir 

Məmməd oğlunun (01.05.1901-04.01.1973) anadan olmasının 110 illiyi 

Əməkdar həkim, nevropotoloq Kəngərli  Əsgər Aslan bəy oğlunun 

(08.05.1911-07.03.1998) anadan olmasının 100 illiyi 

Biologiya elmləri doktoru Qurbanov Maqsud Rüstəm oğlunun 

(09.05.1941) anadan olmasının 70 illiyi  

Akademik Axundov Vəli Yusif oğlunun (14.05.1916-1986) anadan 

olmasının 95 illiyi 

Kimyaçı-texnoloq,  Əməkdar ixtiraçı  Məmmədov Məmmədağa  Əhməd 

oğlunun (30.05.1926-23.01.1971) anadan olmasının 85 illiyi 


149 


Yüklə 5,2 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin