Azərbaycan Milli Kitabxanası



Yüklə 5,2 Mb.
Pdf görüntüsü
səhifə10/37
tarix24.01.2017
ölçüsü5,2 Mb.
#6263
1   ...   6   7   8   9   10   11   12   13   ...   37

Siyasət. Hərbi iş 

Orta Asiya dövlət xadimi, sərkərdə, əmir, Teymurilər imperiyasının banisi 

 Əmir Teymurun (09.04.1336-18.02.1405) anadan olmasının 675 illiyi 

   Mədəniyyət. Maarif. Təhsil   

   Ziyalı, maarif və teatr xadimi Sultanov Əbülqasımın (12.04.1866-1916) 

anadan olmasının 145 illiyi 

Əməkdar elm xadimi, dilçi alim Tağıyev Məmməd Tağı  oğlunun 

(28.04.1921) anadan olmasının 90 illiyi 

Coğrafiya. Geologiya 

 Geologiya-mineralogiya alimi Əlizadə Ələşrəf  Əbdülhüseyn oğlunun  

 (24.04.1911) anadan olmasının 100 illiyi 

 Geoloq, professor Şıxəlibəyli Ədhəm Şahlarbəy oğlunun (30.04.1911- 

 1996) anadan olmasının 100 illiyi 

   Fizika. Riyaziyyat 


111 

Seysmoloq, fizika-riyaziyyat elmləri namizədi Rəhimov Şamo Süleyman 

  oğlunun (02.04.1931-24.07.1964) anadan olmasının 80 illiyi 

Görkəmli fizik Abaszadə Abasqulu Ağabala oğlunun (10.04.1906-

18.02.1969) anadan olmasının 105 illiyi 

Fizika-riyaziyyat elmləri doktoru, professor Abdullayev Aydın Həsən 

oğlunun (25.04.1951) anadan olmasının 60 illiyi 

   Neft 

   Neft  maşınqayırması sahəsində alim Əliverdizadə  Kərim Səlim oğlunun 

(01.04.1911) anadan olmasının 100 illiyi 

Görkəmli neftçi-geoloq, geologiya-minerologiya elmləri doktoru Babazadə 

Baba Qurbanqulu oğlunun (25.04.1911-18.08.1962) anadan olmasının  100 

illiyi 


 

   Kimya. Biologiya. Tibb 

     Seleksiyaçı alim, Dövlət mükafatı laureatı  Vəlizadə  İsgəndər Mahmud 

oğlunun (15.04.1896-11.05.1974) anadan olmasının 115 illiyi 

 

Teatr. Kino 

  Xalq artisti Zeynalova Nəsibə Cahangir qızının (20.04.1916-10.03.2004) 

 anadan olmasının 95 illiyi 

 Əməkdar artist Axundova Elmiranın (25.04.1911-26.11.1998) anadan  

 olmasının 100 illiyi 



 Musiqi.Opera.Balet  

  İtalyan pianoçusu, bəstəkar, dirijor, yazıçı və pedaqoq Buzoni Ferruçço 

  Benvenutonun (01.04.1866-27.07.1924) anadan olmasının 145 illiyi 

  Baletmeyster Nəzirova Nailə Məmməd qızının (04.04.1936) anadan  

  olmasının 75 illiyi 

  Görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Hüseynli Qəmbər Muxtar 



112 

  oğlunun (16.04.1916-01.08.1961) anadan olmasının 95 illiyi 

  Əməkdar incəsənət xadimi, ilk azərbaycanlı musiqişünas qadın Ağayeva   

  Xurşid Həsən bəy qızının (20.04.1906-03.12.1953) anadan olmasının 105 

   illiyi 

Əməkdar artist tarzən Hüseynov Əlikram Həsən oğlunun (20.04.1926-

2006) anadan olmasının 85 illiyi 

Xalq artisti, pianoçu Mahmudova Tamilla Zahid qızının (21.04.1931) 

anadan olmasının 80 illiyi 

Rus bəstəkarı, pianoçu, dirijor, Xalq artisti Prokofyev Sergey Sergeyeviçin 

(23.04.1891-05.03.1953) anadan olmasının 120 illiyi 

Əməkdar artist, kamança ifaçısı  Vəzirov  Ədalət Səfərəli oğlunun 

(27.04.1951-05.10.2002) anadan olmasının 60 illiyi 

Əməkdar incəsənət xadimi, bəstəkar Hüseynzadə  Ədilə Hacağa qızının 

(29.04.1916-2005) anadan olmasının 95 illiyi 

   Rəssamlıq. Memarlıq 

    Xalq rəssamı Əliyev Hüseyn Əlirza oğlunun (22.04.1911-25.05.1991)  

    anadan olmasının 100 illiyi 

 Amerika  rəssamı  və teleqrafiya sahəsində ixtiraçı Samuel Finli Briz 

Morze (27.04.1791-02.04.1872) anadan olmasının 220 illiyi 

 Əməkdar incəsənət xadimi, teatr rəssamı Abbasov Əsgər Məmmədismayıl  

 oğlunun (28.04.1916-09.02.1970) anadan olmasının 95 illiyi 

      İdman 

      Əməkdar idman ustası Dadaşov İbrahimpaşa Hüseyn oğlunun 

      (10.04.1926)  anadan olmasının 85 illiyi 


113 

    


     Ənvər  Əliverdi oğlu  Əlibəyov 

1916-cı il aprel ayının 1-də Bakıda 

anadan olmuşdur.  Əvvəl tibb tex-

nikumunda, sonra ADU-nun (indi-

ki BDU) fəhlə fakültəsində, Azər-

baycan Dövlət Pedaqoji İnstitutu-

nun (indiki APU) Filologiya fakül-

təsində təhsil almışdır.  

  1938-ci ildən II Dünya Müharibəsi başlayana qədər 

Azərbaycan radiоsunda çalışmışdır. Müharibə dövrün-

də 416-cı atıcı diviziyasının tərkibində döyüş  yоlu 

keçmiş, Qafqazın və Ukraynanın azad оlunmasında iş-

tirak etmiş,  оrden və medallarla təltif  оlunmuşdur. 

1944-cü ildə ağır yaralandıqdan sоnra Bakıya qayıdıb 

yaradıcılığını davam etdirmişdir. Bir müddət “Vətən 

uğrunda” jurnalında məsul katib, sonra Azərbaycan 

KP MK-da təlimatçı, “Təbliğat” jurnalının, “Ədəbiy-

yat” qəzetinin redaktoru, “İnqilab və mədəniyyət” jur-

nalında  şöbə müdiri, nəhayət, 1964-1968-ci illərdə 

Azərbaycan Radiо  və Televiziya Verilişləri Kоmitə-

sinin sədri  оlmuşdur. Cəbhəçi-şairin “Qaranquş” adlı 

ilk şeirlər kitabı 1947-ci ildə buraxılmış, sonrakı illər-

də ona qədər kitabı  işıq üzü görmüşdür. Onların ara-

sında “Sənin adınla”, “İlk məhəbbət”, “Dostluq körpü-

sü” və başqalarını qeyd etmək olar. Bütün vəzifələrin 

öhdəsindən layiqincə gələn şair üçün poetik yaradıcılıq 

daha önəmli mahiyyət daşıyırdı. 

Şeirlərinə musiqi bəstələnib. Dünya şöhrətli Rəşid 

Behbudovun ifasında bəstəkar Rauf Hacıyevin “Azər-

baycanım” mahnısı hər dəfə 

səslənəndə  xəyallarda ölkə-

mizin al-əlvan təbiət mən-

zərələri - uca dağlar, sıldı-

rım qayalar, gur şəlalələr, 

üfüqə doğru uzanan bərə-

kətli düzlər, bəhrəli çöllər, 

möhtəşəm sənaye müəssisə-

ləri, neft buruqları canlanır. 

Sevgidən süzülüb gələn, 

ürəkləri oxşayan, xalqımı-

zın vətənpərvərlik simvolu-

na çevrilmiş  həmin nəğmə-

nin sözləri  şair  Ənvər  Əli-

bəylinindir. O, doğma el-

obamızı minbir həvəslə  tə-

rənnüm etmiş, insan qəlbi-

nin dərinliklərinə varıb incə 

duyğuları, zərif hissləri aş-

kar edən, onları  mənalandı-

rıb poetik təsvirlərə çevir-

məyi məharətlə bacaran əsl 

söz sərrafı idi.  

Şair, tərcüməçi, ictimai 

xadim,  Əməkdar incəsənət 

xadimi Ənvər Əlibəyli 1968-

ci il mayın 7-də  vəfat et-

mişdir. 

 

 

Aprel  



 

95 illiyi 



Ənvər  Əlibəyli     

 1916-1968 

 

 

 



 

Şair 




114 

Ədəbiyyat 

 

Seçilmiş əsərləri /Ə.Əlibəyli; red. M.Şükür.- Bakı: Azərnəşr, 1975.- 286 s. 

Ürəyimdəsən: şeirlər, nəğmələr və poemalar /Ə.Əlibəyli.- Bakı: Gənclik, 1971.- 

110 s. 


Hacıyev, A. Gənclik və gözəllik  şairi /A.Hacıyev //Yazıçı  şəxsiyyəti və  bədii 

qanunauyğunluq.- Bakı, 1986.- S.58-65. 

Mehdixanlı, T. Nəğməyə  bənzər ömür: Ənvər  Əlibəyli - 90 /T.Mehdixanlı 

//Azərbaycan.- 2006.- S.4. 

Məhərrəmova, T. Dağlarda duman gözəldi /T.Məhərrəmova  //Kaspi.-  2008.-       

2 dekabr.- S.11. 



 

İnternetdə 

 

www.anl.az. 

www.az.wikipedia.org  

www.kinozal.az 

www.medeniyyet.az 

Nailə Alışova 


115 

 

...Kəlbəcər həm təbii sərvətlərlə  zənginliyinə görə, həm iqliminin gözəlliyinə 

görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox 

hörmətə, ehtirama layiq olubdur. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, 

hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı 

qüvvələrinin işğalından azad olacaq və  Kəlbəcərin vətəndaşları, sakinləri, bizim 

soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar. 

Heydər Əliyev, ümummilli lider 

 

 Kəlbəcər Azərbaycanın  ən yüksək dağ rayonudur. 

Ən hündür zirvə Kamış dağındadır (3724m). Ərazisinin 

çox hissəsi meşəlikdir. Kəlbəcər rayonunun gözəl və 

zəngin təbiətə, yeraltı və yerüstü sərvətlərə, münbit tor-

paqlara malikdir. Kənd təsərrüfatında  əsasən heyvan-

darlıq və əkinçilik inkişaf etmişdir. 

 Rayonun ərazisi 1993-cü ildə erməni silahlı dəstələ-

ri tərəfindən işğal edilmişdir.  İşğala qədər rayonda 132 yaşayış məntəqəsi var idi. 

Düşmənlər strateji əhəmiyyətli bir neçə yüksəkliyi tutdular. Təkəqaya, Zağalar, 

Çıraq kəndlərinə soxulub, evlərə od vurub, dinc əhalini diri-diri yandırmışdılar. Ən 

əhəmiyyətli Keçiliqaya yüksəkliyinə sahib çıxdılar. Aprelin 2-də  Kəlbəcər artıq er-

məni quldurlarının əlində idi. 

İşğal nəticəsində Kəlbəcərdə: 511 nəfər şəhid olmuş, 231 nəfər itkin düşmüş, 100-

lərlə adam şikəst olmuşdur. 130 yaşayış məntəqəsi, dünya şöhrətli, “İstisu” sanatori-

yası, 500-dən artıq sənaye, tikinti, məişət, ticarət obyekti, 172 mədəniyyət obyekti, 

96 ümumtəhsil məktəbi, 76 səhiyyə obyekti, 1 muzey darmadağın edildi. 100 min 

baş qaramal, 500 min baş qoyun-quzu, 100-lərlə maşın, texnika, avadanlıq talan 

olundu. Kəlbəcər rayonunda erməni təcavüzü nəticəsində 24279 uşaq zərər çəkmiş, 

onlardan 734 nəfəri yetim qalmışdır. 

1993-cü ilin qiymətləri ilə  Kəlbəcərə azı 761 mln. ABŞ dolları  dəyərində ziyan 

dəydi. Mənəvi ziyanlar isə heç deyiləsi deyil. Kəlbəcər faciəsi Ağdamın, Füzulinin, 

Qubadlının, Cəbrayılın işğalına yol açdı. Bu artıq Qarabağın iflası demək idi.  

Aprel 


 

 

Kəlbəcərin işğalı günü 



 



Ərazisi - 3054 km



2

 

Əhalisinin sayı – 79,0 min nəfər 

İnzibati mərkəzi – KƏLBƏCƏR 

İşğal  tarixi - 02 - 04 aprel 1993-cü il

   


116 

 

     2 Aprel Beynəlxalq Uşaq Ki-



tabı Günüdür. 1953-cü ildən eti-

barən uşaq ədəbiyyatının inkişa-

fındakı xidmətlərinə görə  məş-

hur nağılçı Hans Xristian Ander-

senin doğum günü uşaq kitabı 

günü kimi qeyd olunur. Hər il bu 

günün qeyd edilməsində məqsəd 

cəmiyyətin diqqətini uşaq ədəbiyyatına və onun prob-

lemlərinə cəlb etməkdir. Amma nədənsə, uşaq ədəbiy-

yatı sahəsində problemlərin günbəgün artdığı bir vaxt-

da ölkəmizdə 2 aprel xüsusi gün kimi qeyd olunmur. 

Kitab mağazalarında  əcnəbi uşaq  ədəbiyyatı kifayət 

qədərdir. Milli ədəbiyyata dair nümunələr isə yox də-

rəcəsindədir. Bununla belə, uşaqların kitaba marağı 

azalmayıb. Amma onlar çox vaxt axtardıqlarını tapa 

bilmirlər. Psixoloqlar uşaqların kitaba marağını artır-

maq üçün rəng və tərtibat seçiminə ciddi önəm vermə-

yi tövsiyə edirlər. Mağazalarda rast gəldiyimiz əcnəbi 

nəşrlər nəinki azyaşlıların, hətta böyüklərin diqqətini 

çəkəcək qədər nəfis tərtibata malikdir. Milli ədəbiyyat  

 

 

qıtlığı kitabxanalara da təsir 



edir. Xüsusən də uşaq kitab-

xanalarına müraciət edən 

uşaq oxucularımızın tələ-

batlarını ödəmək üçün ki-

tabxananın fondunun milli 

ədəbiyyatla komplektləşdi-

rilməsi qarşıda duran başlı-

ca problemlərdəndir. 

 Uşaqlar üçün yazıb-yara-

dan qələm  əhli isə  gənc 

nəsli uşaq ədəbiyyatına ma-

rağı artırmağa çağırır. Al-

maniyalı pedaqoqlar deyir 

ki, nağıllara inamın öldüyü 

gün uşaqların inkişafı daya-

nacaq. Bu inamı yaşatmaq 

üçün isə uşaq ədəbiyyatının 

nəşrini gücləndirmək, sə-

mərəli təcrübələrdən yarar-

lanmaq gərəkdir. 



 

Ədəbiyyat 

Elmin. “Uşaq Kitabı Festivalının nəşriyyat və muğam günü “Beşik” 

nəşriyyatından ərməğan kitab sərgisinin nümayişi də keçirildi /Elmin  //Mədəniyyət.- 

2009.- 22 may.- S.2. 



İnternetdə 

www.azadliq.org 

www.azerinter.net                                                                        Adilə Abdullayeva 

 

Aprel 



 

Beynəlxalq Uşaq Kitabı Günü 

1953 

 



117 

 

 

     Etibar Firudin oğlu Hacıyev  1971-

ci il aprel ayının 5-də Qərbi Azərbay-

canın Vardenis rayonunun Zod kən-

dində doğulmuşdur. Orta məktəbi  bi-

tirdikdən sonra bir müddət sovxozda 

işləmişdir. “Böyük Ermənistan”  xül-

yası ilə yaşayan ermənilər 1988-ci il-

də orada yaşayan azərbaycanlıları öz dədə-baba yurd-

larından qovduğu zaman Etibar ailəsi ilə birlikdə Kəl-

bəcər rayonuna pənah  gətirmişdi.  

O, 1989-cu il iyun ayının 13-də hərbi xidmətə ça-

ğırılmışdır. Perm vilayətində  hərbi xidmətini başa 

vurduqdan sonra ailəsinin məskunlaşdığı Xanlar rayo-

nuna gəlmişdi. Öz dədə-baba yurdlarından zorla qo-

vulması onda ermənilərə qarşı dərin nifrət hissi oyat-

mışdı. Hər zaman mənfur düşməndən qisas almaq ba-

rədə düşünürdü. 

1992-ci ildə Etibar Hacıyev könüllü olaraq Milli 

Qvardiyaya yazılır və torpaqlarımızın müdafiəsinə 

qalxır. O, bir çox döyüşlərdə rəşadətlə vuruşur. Böyük 

Canbar, Kiçik Canbar, Buzlaq, Erkəs kəndlərinin düş-

mən tapdağından azad edilməsində xüsusi fədakarlıq 

göstərir. E.Hacıyev 1992-ci 

il iyun ayının 15-də Goran-

boy rayonunda Ağcakənd 

kəndinin azad edilməsi uğ-

runda gedən döyüşlərdə 

qəhrəmancasına həlak ol-

muşdur.  

Subay idi. 

Azərbaycan Respubli-

kası Prezidentinin 23 iyun 

1992-ci il tarixli 6 saylı 

Fərmanı ilə Hacıyev Etibar 

Firudin oğluna ölümündən 

sonra “Azərbaycanın Milli 

Qəhrəmanı” adı verilmişdir. 

Xanlar rayonunun Şə-

hidlər Xiyabanında dəfn 

edilmişdir. 

Xanlar rayonunun Ye-

ni Zod kəndində küçələrdən  

biri onun adını daşıyır. 



 

Ədəbiyyat 

 

Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularına 

“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Hacıyev Etibar Firudin 

oğlu - sıravi - Azərbaycan Respublikasının suverenliyi və  ərazi bütövlüyünün 

 

 Aprel 


 

40 illiyi 

Etibar  Hacıyev

  

 

 

1971-1992 

 

 



 

 

Milli 



Qəhrəman 



118 

qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi  şəxsi 

igidlik və  şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 23 iyun 

1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1992.- № 12.- S.35.-

(Ölümündən sonra). 

 

Aslan, Q.Göyçə həsrəti /Q.Aslan //Goranboy qartalları.- Bakı,1994.- S.85. 



Əsgərov, V. Hacıyev Etibar Firudin oğlu /V.Əsgərov //Azərbaycanın Milli 

Qəhrəmanları.- Bakı, 2005.- S.74.  

Ənsər, B. Göyçəli Etibar: [Təhsili, həyatı  və döyüş  şücaəti haqqında] /B.Ənsər 

//Ağrıdağlı qəhrəmanlar.- Bakı, 2004.- S.33-37. 

Hacıyev Etibar Firudin oğlu //Azərbaycanın Milli Qəhrəmanları /tərt. ed. 

H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.77. 

Zeynalov, R. Hacıyev Etibar Firudin oğlu: (1971-1992) /R.Zeynalov 

//Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 1996.- S.55.   



 

İnternetdə 

www.az.wikipedia.org

 

www.azerinter.net. 



www.gunaz.tv/xaber 

Samirə Eminova  

 

 



 

 

 

“Şəhid olanları heç də ölü zənn etməyin”..., “Şəhidlər, Allahın nemət  verdiyi 

peyğəmbərlər, zahidlər  və əməli salehlərə tay tutular”.  

 

Qurani-Kərim 



119 

 

    Bu  gün  cəmiyyətin bütün 



qrupları iqlim dəyişiklikləri-

nin, qeyri-sabitliyinin və kəs-

kin hava şəraitinin təsirinə 

məruz qalır. İnsan sağlamlığı-

na olan təsirlər artıq ÜST-nın 

Avropa Regionunda müşahidə olunmuşdur. 12 Avro-

pa ölkəsindən alınmış  məlumatlara  əsasən 2003-cü 

ilin yayında havaların həddindən artıq isti keçməsi nə-

ticəsində 70000 nəfərdən artıq insan ölmüşdür. Müqa-

yisə üçün qeyd etmək lazımdır ki, ötən beş il ərzində 

yalnız bir həyəcan doğurucu hal baş vermişdir. 

 1948-ci  ildə birinci Ümumdünya Səhiyyə Assam-

bleyası Ümumdünya Səhiyyə  Təşkilatının yaradılma-

sını qeyd etmək üçün Ümumdünya Sağlamlıq Günü-

nün təsis edilməsi təşəbbüsü ilə çıxış etdi. 1950-ci il-

dən başlayaraq Ümumdünya Sağlamlıq Günü hər il 7 

aprel tarixində qeyd edilir.  

  Hər il Ümumdünya Sağlamlıq Gününün mövzusu 

ÜST üçün prioritet sayılan bir problemi diqqət mərkə-

zinə gətirir. Ümumdünya Sağlamlıq Günü diqqəti sə-

hiyyə sahəsində beynəlxalq ictimaiyyətə təsir göstərən 

başlıca problemlərə yönəltmək üçün dünya səviyyə-

sində bir imkandır. Ümumdünya Sağlamlıq Günü 7 

apreldən sonra belə davam edən uzunmüddətli ictimai 

maarifləndirmə proqramlarının başlanması ilə  səciy-

yələnir.  

  Ümumdünya Səhiyyə Təşkilatı Birləşmiş Millətlər 

Təşkilatının səhiyyə  məsələləri üzrə ixtisaslaşmış 

agentliyidir. ÜST-ün Ni-

zamnaməsində müəyyən 

olunduğu kimi, onun əsas 

məqsədi bütün insanların 

mümkün ola biləcək  ən 

yüksək sağlamlıq səviyyə-

sinə nail olmalarını  təmin 

etməkdir. Sağlamlıq ÜST-

ün Nizamnaməsində yalnız 

xəstəliklərin, yaxud fiziki 

qüsurların olmamağı ilə de-

yil, tam fiziki, psixi və sosi-

al sağlamlıq vəziyyəti kimi 

müəyyən olunur. 

 ÜST özünün Ümumdün-

ya Səhiyyə Assambleyası 

vasitəsilə 193 üzv dövlət tə-

rəfindən idarə olunur. Bu 

Assambleya ÜST-ə üzv döv-

lətlərdən olan nümayəndə-

lərdən ibarətdir. Ümum-

dünya Səhiyyə Assamble-

yasının  əsas vəzifəsi ÜST-

ün proqramı və növbəti iki-

illik müddət üzrə büdcəsi-

nin təsdiqi və siyasət məsə-

lələri üzrə  qərarların qəbul 

edilməsidir.  



 

 

Aprel  



 

Ümumdünya Sağlamlıq Günü  

1950 

 



120 

Ədəbiyyаt 

 

Ümumdünya Səhiyyə  Təşkilatı //Аzərbаycаn Sоvеt  Еnsiklоpеdiyаsı: 10 cilddə.- 

Bakı, 1986.- C.9.- S.488. 

Ümumdünya Səhiyyə  Təşkilatı //Bеynəlхаlq hüquq: Dərs vəsаiti.- Bakı: 

Аzərbаycаn Univеrsitеti nəşriyyаtı, 2000.- 390 s. 

 

Rus dilində 



 

    Международные  организации  /под  ред.  И.П.Блищенко.-  М.:  Наука, 1994.- 

436 с. 

İntеrnetdə 

 

www.ecolex-az.org  



www.sehiyye.gov.az 

www.az.newsazerbaijan.ru 



Məmməd Məmmədov 

121 

 

                                                                                   



Azərbaycan milli mətbuatının 

inkişafında  ən uca zirvəni böyük 

demokrat, yazıçı və görkəmli icti-

mai  xadim C.Məmmədquluzadə-

nin (1869-1932) redaktorluğu ilə 

nəşr olunan “Molla Nəsrəddin” 

jurnalı təşkil edir. “Molla Nəsrəd-

din” jurnalı ilə Azərbaycanda mil-

li satirik mətbuatın  əsası qoyul-

muşdur. 


  1906-cı il aprelin 7-də (köhnə  təqvimlə 20-də)  

Azərbaycan mətbuatı tarixində  ən önəmli hadisələr-

dən olan “Molla Nəsrəddin” adlı həftəlik satirik jurna-

lı Tiflisdə  işıq üzü görmüşdür. Daima məhrumiyyət-

lərlə və çətinliklərlə üzləşən, çar senzurası tərəfindən 

təqib olunan jurnal 1906-1918-ci illərdə Tiflisdə, 

1921-ci ildə  Təbrizdə, 1922-1931-ci illərdə Bakıda 

nəşr edilib. Redaktoru və müəllifi Cəlil Məmmədqu-

luzadə olub. 25 il ərzində 748 nömrəsi (340-ı Tiflisdə, 

8-i Təbrizdə, 400-ü Bakıda) çap olunmuşdur. 

 Azərbaycan  ədəbiyyatında böyük bir məktəb ya-

ratmış “Molla Nəsrəddin” jurnalı, eyni zamanda təsvi-

ri sənətimizdə  də yeni bir məktəbin yaranmasına sə-

bəb oldu. Bilavasitə “Molla Nəsrəddin”in təsiri nə-ti-

cəsində Bakıda Azərbaycan dilində “Bəhlul” (1907), 

“Zənbur” (1909-1910),

 

“Mirat” (1910), “Arı” (1910-



1911), “Kəlniyyət” (1912-1913), “Lək-lək” (1914), 

“Tuti” (1914-1917), “Məzəli” (1914-1915), “Babayi-

Əmir” (1915-1916), “Tar-

tan-partan” (1918), “Şeypur” 

(1918-1919), “Məşəl” (1919 

-1920) kimi illüstrasiyalı 

jurnallarla yanaşı bu dövrdə 

Azərbaycanda rus dilində 

də çoxsaylı satirik məcmu-

ələr: “Cigit” (1907-1918), 

“Vay-vay” (”Bakinskie 

streli” (1910), “Baraban” 

(1912-1913) və digərləri 

nəşr olunurdu. Daha uzun 

ömürlü olan “Molla Nəs-

rəddin” jurnalı müəyyən fa-

silələrlə 1931-ci ilə  qədər 

dərc olunmuşdur. 

Bu mübariz jurnal Azər-

baycanın  milli istiqlalına 

mütəşəkkil, nizamlı bir or-

dudan artıq xidmət göstər-

mişdir. “Molla Nəsrəddin” 

jurnalı Azərbaycan xalqının 

milli dirçəliş ideyalarından 

və səfərbərlik ruhundan yoğ-

rulmuş  mənalı bir istiqlal 

kitabıdır. 

Həftədə bir dəfə nəşr olu-

nan bu jurnal rəngli və  şə-

 

Aprel  


 

105 illiyi 

 

Molla Nəsrəddin jurnalı 



1906 

 



122 

killi satira jurnalı idi. Onun səhifələrində ictimai bəla-

ların tənqid və ifşası əsas yer tuturdu. Hər sayı 8 səhi-

fə olan jurnalda rəngli karikaturalara geniş yer verilir-

di. Nasirlər cəmiyyətdəki kəsirləri açıb göstərməklə 

doğma xalqın ictimai-siyasi süurunu inkişaf etdirmək, 

onu dünyanın ən qabaqcıl, mədəni xalqları sırasına çı-

xarmaq istəyirdilər. Bunlardan başqa jurnalın səhifələ-

rində gülməli xəbərlər, məktublar, elanlar, atalar söz-

ləri, məsəllər, atmacalar geniş yer tuturdu. 

“Molla Nəsrəddin” Azərbaycan xalqının mütərəqqi 

qüvvələrini, demokratik düşüncəli insanlarını öz ətra-

fında toplaya bilmişdi. Jurnalda Ömər Faiq Neman-

zadə, Mirzə  Ələkbər Sabir, Əbdürrəhim bəy Haqver-

diyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid 

Ordubadi, Mirzəli Möcüz və başqa şair, yazıçı və jur-

nalistlər, o cümlədən, O.Şmerlinq,  İ.Rotter,  Əzim 

Əzimzadə kimi rəssamlar fəaliyyət göstərirdilər. 

 Səhifələrində beynəlxalq hadisələrə, imperialist 

dövlətlərin müstəmləkəçilik siyasətinin tənqidinə, 

Şərq xalqlarının azadlıq uğrunda mübarizəsinə geniş 

yer verən “Molla Nəsrəddin”  jurnalının şöhrəti  Rusi-

yanın, Qafqazın, Orta Asiyanın hər yerinə yayılmış, 

türk və müsəlman xalqlarının ictimai-siyasi inkişafın-

da  əhəmiyyətli rol oynamışdır. Jurnal İran, Türkiyə, 

Misir, Hindistan, Mərakes kimi ölkələrə də yayılaraq, 

oradakı xalqların sosial-mədəni tərəqqisinə xeyirli tə-

sir göstərmişdir. 

Yeni mərhələ və yenidən tanışlıq bir daha göstərir 

ki, “Molla Nəsrəddin” jurnalı  təkcə öz dövründə de-

yil, bütün zamanlar üçün aktual və müasirdir. “Molla 

Nəsrəddin” jurnalının yeni nəşrinin meydana çıxması 

Azərbaycan Republikası Pre-

zidenti  İlham  Əliyevin 

”Azərbaycan dilində latın 

qrafikası ilə kütləvi nəşrlə-

rin həyata keçirilməsi haq-

qında”kı 12 yanvar 2004-cü 

il tarixli Sərəncamının işı-

ğında respublikamızda irə-

liyə doğru atılmış daha bir 

sanballı addım kimi də mü-

hüm əhəmiyyətə malikdir.  

Azərbaycançılıq proqra-

mının həyata keçirilməsin-

də, milli-mənəvi özünüdərk 

proseslərinin, müstəqil döv-

lətçilik düşüncələrinin də-

rinləşməsində, dostu və 

düşməni  düzgün tanıya bil-

məkdə XX  əsrin  əvvəllə-

rində  nəşr olunmuş “Molla 

Nəsrəddin” jurnalı bugünkü 

oxucusuna da etibarlı su-

rətdə  bələdçilik edə bilir. 

Heç  şübhə yoxdur ki, 

“Molla Nəsrəddin” jurnalı 

Vətənimizin və xalqımızın 

bundan sonrakı yüksəlişinə, 

daha da inkişaf edib möh-

kəmlənməsinə  şərəflə xid-

mət edəcək, gur işıq sala-

caqdır. 

 

Ədəbiyyat 



 

Molla Nəsrəddin: on cilddə (1906-1931).- Bakı: Çinar-çap nəşriyyatı, 2005.- 700 

s.- C.3: 1909- (№ 23-52)- 1910-cu illər; C.4: 1911-1914-cü illər.- 2008.- 882 s. 

Ağayev,  İ. “Molla Nəsrəddin”in poetikası  /İ.Ağayev; red. K.Məmmədov; 

Azərbaycan SSR EA, Nizami adına Ədəbiyyat İnstitutu.- Bakı: Elm, 1985.  

Hüseynov, F. “Molla Nəsrəddin” və mollanəsrəddinçilər /F.Hüseynov.- Bakı: 

Yazıçı, 1986.  


123 

Üzeyir bəy Hacıbəyov və “Molla Nəsrəddin” /tərt ed. T.Aydınoğlu, S.Qarabağlı; 

red. M.Nazimoğlu; Azərbaycanda Vətəndaş  Cəmiyyətinin  İnkişafına Yardım 

Assosiasiyası; Söz Azadlığı Müdafiə Fondu.- Bakı: Adiloğlu, 2007.- 88 s.  

Zümrüd. 7 aprel “Molla Nəsrəddin”in yaranma günüdür: Əsrlərin möhtəşəm 

abidəsinə çevrilən nəşrin dərcindən 103 il ötür /Zümrüd //Səs.- 2009.- 7 aprel.- S.12.  



 

Rus dilində 

 

Агаев,  И.  Великое  достояние  нашей  исторической  памяти: 100-летие 

сатирического  журнала  “Молла  Насреддин” /И.Агаев;  ред.  Б.Набиев.-  Баку: 

Элм, 2007.- 64 с. 



İnternetdə 

 

www.anl.az  



www.az.wikipedia.org 

www.forum.azeri 



 

Nailə Alışova  

124 

Yüklə 5,2 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin