Əmir Tеymur 1336-cı il ap-
rel ayının 9-da indiki Qаşqаdəryа
vilаyətinin Хоcа İlqаr kəndində
аnаdаn оlmuşdur. О, türkləşmiş
bаrlаs tаyfаsındаndır. Əmir Tеy-
mur 1361-ci ildə Tоğluq Tеymu-
run yаnındа хidmətə girmiş və
Qаşqаdəryа vilаyətini idаrə еt-
mişdir. Sаğ dizindən və çiynindən аldığı yаrаdаn аyа-
ğı qаtlаnmаdığınа görə оnа “Tеymurləng” (Tоpаl
Tеymur) ləqəbi vеrilmişdir. Səmərqənd və Bəlх hаki-
mi Hüsеynlə ittifаq bаğlаyıb, uzun müddət Tоğluq
Tеymurа və оnun оğlu İlyаs Хоcаyа qаrşı mübаrizə
аpаrmışdır. Hаkimiyyət uğrundа mübаrizədə 1370-ci
ildə Hüsеynə qаlib gələn Tеymur, əmir titulu qəbul
еdərək Çingiz хаnın nəsli аdındаn Mаvərаünnəhri tək
idаrə еtməyə bаşlаdı və Səmərqəndi dövlətin pаytахtı
еlаn еtdi.
1380-ci ildən Tеymurun işğаlçılıq yürüşləri dаhа
dа gеnişləndi. 1386-cı ildə о, Sultаniyyəni tutub
Təbrizə, Nахçıvаnа, Qаrsа, Tiflisə, Şəkiyə, Qəbələyə
hücum еtmiş, 1387-ci ildə Sаlmаs, Urmiyа və Mаrа-
ğadan kеçib Gilаnа, оrаdаn isə məğlubеdilməz sərkər-
də kimi Səmərqəndə qаyıdan Tеymur sоnrаlаr “bеş-
illik” və “yеddiillik” yürüşlər zаmаnı dа Аzərbаycаnа
hücum еtmişdir.
Qеyd еtmək lаzımdır ki, ХIV əsrin 70-80-ci illə-
rində Аzərbаycаndаkı siyаsi sаbitlik Əmir Tеymurun
bu ölkəyə hücumu üçün əlvеrişli şərаit yаrаtmışdı.
Аzərbаycаn 1386-cı ilin bаhаrındа yеnidən İrаnа və
Cənubi Qаfqаzа yürüş еt-
miş Tеymurun hücumunа
məruz qаldı.
Əlincə qаlаsı istisnа
оlunmаqlа bütün Аzərbаy-
cаnı zəbt еtmiş Tеymur,
оğlu Mirаnşаhı Dərbənddən
Bаğdаdа, Həmədаndаn Ru-
mа qədər оlаn böyük bir
ərаziyə hаkim təyin еtdi.
1398-ci ildə Tеymur
Hindistаnа hücum еdərək
Dеhli şəhərini də tutdu.
1402-ci ildə Аnkаrа döyü-
şündə Türkiyə sultаnı İldı-
rım Bаyаzidə qаlib gəlmiş-
di.
Mirаnşаhın yеritdiyi
mənfur siyаsətdən хəbərdаr
оlаn Tеymur Hindistаn sə-
fərindən qаyıtdıqdаn sоnrа
yеnidən Аzərbаycаnа yürüş
еtdi. Bu yürüş tаriхdə “yеd-
diillik mühаribə” аdlаnır.
Tеymurun bu yürüşü zаmа-
nı uzun müddət cəsаrətlə
müdаfiə оlunаn Əlincə qа-
lаsı dа işğalçılara tаbе еdildi.
Tеymurun işğаlçılıq,
tаlаnçılıq məqsədi dаşıyаn
Aprel
675 illiyi
Əmir Tеymur
1336-1405
Sərkərdə
9
125
hərbi yürüşləri bir çох хаlqlаrın sоsiаl-iqtisаdi və
mədəni inkişаfınа хеyli zərər vurdu. Təkcə bu fаktı
göstərmək lаzımdır ki, о, 1383-cü ildə İsfаhаndа 70
min, 1401-ci ildə isə Bаğdаddа 90 min dinc əhаlini
qılıncdаn kеçirmişdir. Mühаribələr zаmаnı əldə еdil-
miş vаr-dövlət, əsir аlınmış sənətkаrlаr, mеmаrlаr və
b. Səmərqəndə göndərilir və оnlаr burаdа dəbdəbəli
sаrаylаr, məscidlər və еvlər tikirdi.
Əmir Tеymur 1405-ci il,
fеvrаlın 18-də Çinə yürüşü
ərəfəsində vəfаt еtdi. Sə-
mərqənddə Əmir Tеymur
məqbərəsində dəfn оlun-
muşdur. Əmir Tеymur tаriх
səhnəsində məğlubеdilməz
sərkərdə kimi qаlmışdır.
Ədəbiyyаt
Əmir Teymur //Аzərbаycаn tаriхi: Yеddi cilddə.- Bakı, 1999.- C.3.- S.43.
Əmir Teymur //Аzərbаycаn Sоvеt Еnsiklоpеdiyаsı: Оn cilddə.- Bakı, 1986.- C. 9.-
S.186.
Rus dilində
Новосельцев, А.П. Об исторической оценке Тимура /А.П.Новосельцев
//Вопросы истории.- 1983.- №3.- С.43-46.
İnternetdə
www.adam.az
www.az.wikipedia.org
www.science.gov.az
Məmməd Məmmədov
126
Yelmar Şahmar oğlu Edilov
1946-cı il aprel ayının 10-da Ağdam
rayonunda anadan olmuşdur. 1954-
1964-cü illərdə Əlimədədli kənd orta
məktəbində təhsil almış, sonra isə
Ağdam Kənd Təsərrüfatı Texniku-
muna daxil olmuşdur. O, 1964-cü
ildə Minsk şəhərində hərbi xidmətə
başlamış, hərbi xidmətdən ikinci qrup əlil kimi tərxis
olunaraq texnikumda yarımçıq qalmış təhsilini davam
etdirmişdir. 1988-ci ildə Qərbi Azərbaycan ərazisin-
dən soydaşlarımızın deportasiya edilməsi zamanı Yel-
mar könüllü özünümüdafiə batalyonlarının yaradılma-
sını təkid etmiş və bu iş yalnız 1990-cı ildən sonra gö-
rülməyə başlanmışdı. 1991-ci ilin əvvəllərindən başla-
yaraq Ağdamın bir çox kəndləri erməni işğalçıları tə-
rəfindən gecə-gündüz atəşə tutulmuşdu. Yelmar Edi-
lovun rəhbərliyi ilə Kolanı kəndində özünümüdafiə
batalyonu yaradılmış, bu dəstə Ağdamda böyük hünər
göstərmiş, onlar dəfələrlə ermənilərə lazımi cavab
vermişdilər. 1994-cü il aprel ayının 11-də düşmən bö-
yük qüvvə ilə hücuma keçmiş, düşmənə sol cinahdan
əks hücuma keçən Edilovun taboru erməni faşistlə-
rinin iki tankını vurmuş, la-
kin döyüş bitməmişdi. Yel-
marın yanında partlamış
mərmi ona bu döyüşü sona
çatdırmağa imkan vermə-
miş, Vətənimizin cəsur öv-
ladı Edilov Yelmar 48 ya-
şında gözlərini həyata əbədi
yummuşdu. Evli idi. 7 öv-
ladı yadigar qalmışdır.
Azərbaycan Respublika-
sı Prezidentinin 16 sentyabr
1994-cü il tarixli 203 saylı
Fərmanı ilə Edilov Yelmar
Şahmar oğlu ölümündən
sonra “Azərbaycanın Milli
Qəhrəmanı” adına layiq gö-
rülmüşdür. Bakı şəhərində-
ki ikinci Şəhidlər Xiyaba-
nında dəfn edilmişdir.
Ədəbiyyat
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Edilov Yelmar Şahmar
oğlu - sıravi - Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün
qorunmasında, Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə
Aprel
65 illiyi
Yelmar Edilov
1946-1994
Milli
Qəhrəman
10
127
edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və
şücaətə, öz müqəddəs əsgəri və xidməti borcunun yerinə yetirilməsində göstərdiyi
misilsiz xidmətlərə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 16
sentyabr 1994-cü il //Azərbaycan.- 1994.- 21 sentyabr.- S.1.- (Ölümündən sonra).
Abbasoğlu, B. Yelmar Şahmar oğlu Edilov haqqında /B.Abbasoğlu //Ölərkən
dünyaya gələn oğullar.- Bakı, 2004.- S.109-126.
Cəfərov, S. Qüdrətdən səngərli qalalı dağlar /S.Cəfərov.- Bakı, 2000.- S.213.
Edilov Yelmar Şahmar oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya
/tərt. ed. H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.47-48.
Əsgərov, V. Edilov Yelmar Şahmar oğlu /V.Əsgərov //Azərbaycanın Milli
Qəhrəmanları.- Bakı, 2005.- S.42.
Səmədov, V. Yelmar Şahmar oğlu Edilov: (1946-1994) /V.Səmədov, S.Aslanov
//Vətən üçün lazım gəlsə.- Bakı, 1994.- S.175-184.
İnternetdə
www.agdam.org.
www.azerbaycanturkleri.com
www azerinter.net
www.disput.az
www.zengilan.com
Adilə Abdullayeva
128
Qəmbər Muxtar oğlu Hüseynli
1916-cı il aprel ayının 16-da Gəncə
şə hərində anadan olmuşdur. Hələ
gənc yaşlarından onda xalq musiqisi-
nə dərindən maraq oyanmışdır. Gənc
Qəmbər muğamları, təsnifləri, el ha-
valarını, aşıq musiqisini sevə-sevə
dinlərdir. Məhz xalq musiqisinə son-
suz məhəbbəti, klassik muğamlarımızın lad-məqam və
guşə əsaslarını öyrənməsi sonralar onun bəstəkarlıq
fəaliyyətində mühüm rol oynamışdır.
Gəncə Musiqi texnikumunu tar sinfi üzrə fərqlən-
mə diplomu ilə bitirən Qəmbər təhsilini davam etdir-
mək məqsədilə 1935-ci ildə Bakıya gəlmiş, Asəf Zey-
nallı adına orta ixtisas musiqi məktəbinin nəzəri-bəs-
təkarlıq şöbəsinə daxil olmuş, görkəmli pedaqoq, pro-
fessor Boris Zeydmandan sevib-seçdiyi sənətin sirrini
öyrənmişdir.
Texnikumda təhsil aldığı illərdə o, bir sıra iri
həcmli əsərlər, o cümlədən Şərq xalqlarının musiqi
mövzuları əsasında simli kvartet, fortepiano üçün va-
riasiyalar və digər əsərlər yaratmışdır. Onun ilk bəstə-
lərindən biri fortepiano üçün 7 uşaq pyesi 1970-ci ildə
ayrıca məcmuə şəklində “Azərnəşr” tərəfindən çapdan
buraxılmışdır.
Texnikumu bitirdikdən sonra musiqi yazma texni-
kasına yiyələnmiş bəstəkar müxtəlif formalı əsərlər
yazmağa böyük həvəs göstərsə də, onun yaradıcılığın-
da əsas yeri vokal miniatürləri tutmuşdur. O, üç yüzə
qədər mahnı və romansın müəllifidir.
Bəstəkar Azərbaycan ra-
diosunun və Dövlət Filar-
moniyasının xalq çalğı alət-
ləri orkestrlərində dirijor
vəzifəsində çalışmış, həmin
kollektivlər üçün bir sıra
instrumental əsərlər yarat-
mışdır.
Dahi bəstəkarımız Üze-
yir Hacıbəylinin şəxsi tə-
şəbbüsü ilə 1940-cı ildə
Azərbaycan Dövlət Filar-
moniyasının nəzdində yara-
dılmış sazçı qızlar ansamb-
lına rəhbərlik etmək Qəm-
bər Hüseynliyə tapşırılmış-
dır. O, aşıq Teymur Hüsey-
novun ifasından 55 ənnəvi
aşıq havasını nota köçür-
müş, onları “Sazçı qızlar
ansamblı” üçün işləmişdir.
Q.Hüseynli Gəncə filar-
moniyasında bədii rəhbər
olduğu 4 il ərzində şəhərin
uşaq və məktəblilər sara-
yında Vətənə həsr olunmuş
müxtəlif səpkili montajlar
hazırlamışdı. Eyni zamanda
Gəncə Dövlət Dram Teat-
rında tamaşaya qoyulmuş 6
Aprel
95 illiyi
Qəmbər Hüseynli
1916-1961
B əst əkar
16
129
pyesə, o cümlədən “Şeyx Sənan”, “Qatır Məmməd”,
“Almaz”, “Bəxtsiz cavan”, “Solğun çiçəklər”, “Na-
mus” dramlarına musiqi yazmış, çoxlu mahnılar bəs-
tələmişdir.
O, geniş yayılmış bir sıra uşaq nəğmələrinin müəl-
lifi kimi də şöhrət qazanmışdır. “Uşaq və buz”, “Məs-
tan pişik”, “Qaranquşla söhbət”, “Yürüş mahnısı”,
“Salam doğma məktəb”, “İdmançılar mahnısı” və baş-
qaları uşaqlar arasında daha çox yayılmışdır. Xüsusilə
“Cücələrim” mahnısı bəstəkara böyük şöhrət gətirmiş-
dir. Otuza yaxın dildə oxunan “Cücələrim” aydın,
yaddaqalan melodiyasına, musiqisinin koloritinə görə
dünya uşaqlarının sevimli mahnılarındandır.
Bəstəkarın “İlk məhəbbət”, “Ay işığında”, “Tel na-
zik”, “Tellər oynadı”, “Çeşmə başında”, “Düşər yadı-
ma”, “Gecələr uzanaydı”, “Dolanım başına” və digər
mahnıları xalq tərəfindən sevə-sevə dinlənilir.
Q.Hüseynli öz qələmini
mürəkkəb janr olan operada
sınamış, şair Mirmehdi
Seyidzadənin librettosu əsa-
sında üç pərdəli “Qızıl quş”
əsərini bəstələmişdir.
Bəstəkar 1961-ci ildə
Azərbaycanın Əməkdar in-
cəsənət xadimi fəxri adına
layiq görülmüş, “Şərəf ni-
şanı” ordeni ilə təltif edil-
mişdir.
Qəmbər Hüseynli 1961-
ci il avqust ayının 1-də, 45
yaşında vəfat etmişdir.
Ədəbiyyat
Hüseynli, B. Bəstəkar Qəmbər Hüseynli /B.Hüseynli, V.Xəlilov.- Bakı: Gənclik,
1997.- 99 s.
Hüseynli Qəmbər //Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə.- Bakı, 1987.-
C.10.- S.284.
Zöhrabov, R. Nəğmələrdə yaşayan ömür /R.Zöhrabov //Bəstəkarlarımız haqqında
söz.- Bakı, 1995.- Kitab 1.- S.44-47.
İnternetdə
www.wikipedia.org
Səmayə Quliyeva
130
Hazırda dünyanın 102
ölkəsində 47 ildir ki, apre-
lin 17-si Ümumdünya He-
mofiliya Günü kimi qeyd
olunur. Təbabətdə bu xəs-
təliyə kral xəstəliyi deyir-
lər. Belə ki, Fransada kral Lüdoviklər nəslində əsasən
oğlan uşaqları bu xəstəlikdən əziyyət çəkirdi. Bu gün
isə qan çatışmazlığı dünyada bir problem kimi yaşa-
nan hemofiliya xəstəliyinin yaranmasına səbəb olmuş-
dur. İrsi qan xəstəliyi olan hemofiliya dünyanın bir
çox ölkələrində əsasən Asiya və Afrika qitəsində,
Aralıq dənizi hövzəsində daha çox yayılmışdır. Xəstə-
liyin əsas səbəbləri kimi mütəxəssislər yaxın qohum-
ların nigahı, radiasiyalı ətraf mühit, qida və tütün mə-
mulatlarının təsirini göstərirlər. İndi dünyada 400 min
hemofiliyalı xəstə var. Azərbaycanda Səhiyyə Nazirli-
yinin qeydiyyatında minə qədər talassemiyalı və he-
mofiliyalı irsi qan xəstəsi var, əhalinin hər 12 nəfərin-
dən biri talassemiyanın əlamətlərini özündə daşıyır.
Hər il talassemiya xəstəsi olan təqribən 200 uşaq dün-
yaya gəlir, bu kiçik bir ölkə üçün böyük göstəricidir.
2005-ci ildə Prezident İlham Əliyev tərəfindən “He-
mofiliya və talassemiyalı irsi qan xəstəliyinə düçar ol-
muş şəxslərə dövlət qayğısı” haqqında fərman imza-
lanmışdır. Bununla əlaqədar 2006-cı ilin yanvarında
isə Nazirlər Kabineti Səhiyyə Nazirliyinin hazırladığı
“Hemofiliyalı və talassemiya irsi qan xəstəlikləri üzrə
Dövlət Proqramı”nı təsdiq etmişdir. Məqsəd ictimaiy-
yətin diqqətini hemofiliyalı xəstələrin problemlərinə
cəlb etmək və onların həyat tərzlərinin yaxşılaşdırıl-
masına və ömürlərinin uza-
dılmasına dəstək olmaqdır.
Proqramda hemofiliya və
talassemiyanın fəsadların-
dan əmələ gələn əlilliyin və
ölüm hallarının azaldılması,
bu fəsadların profilaktikası-
nın təşkili və belə xəstə
uşaqların doğulmasının qar-
şısının alınması sisteminin
yaradılması əsas yer almış-
dır. Nəzərdə tutulan digər
tədbirlər hemofiliya və ta-
lassemiyalı xəstələrə göstə-
rilən tibbi xidmət strukturu-
nun təkmilləşdirilməsi, bu
xəstəliyə düçar olan şəxslə-
rin qeydiyyatının aparılma-
sı, xəstələrin müalicəsi və
profilaktikası üzrə tibb mü-
təxəssislərinin hazırlanma-
sı, onların ixtisaslarının ar-
tırılmasıdır. Dövlət proq-
ramı çərçivəsində xəstələrin
dərman preparatları ilə pul-
suz təmin olunması nəzərdə
tutulmuşdur. H.Əliyev Fon-
du, fondun prezidenti,
YUNESKO və İSESKO-
nun xoşməramlı səfiri, mil-
lət vəkili Mehriban Əliye-
Aprel
Ümumdünya Hemofiliya Günü
1964
17
131
vanın talassemiyalı uşaqlara diqqət və qayğısı isə hə-
min insanlar üçün böyük mənəvi dəstəyə çevrilmişdir.
Fond 2005-ci ildən “Talassemiyasız həyat naminə”
layihəsi çərçivəsində bir sıra mühüm işlər görüb və
görməkdədir. Talassemiyalı xəstələr üçün Fond tərə-
findən paytaxtda 5 mərtəbəli Talassemiya Mərkəzi ti-
kilmişdir. İl boyu bu məq-
sədlə keçirilən müxtəlif
xeyriyyəçilik aksiyaları əsl
xeyirxahlıq nümunəsidir.
Ədəbiyyat
Hemofiliya və talassemiya irsi qan xəstəlikləri haqqında sənədlər toplusu:
Azərbaycan Respublikasının Qanunu.- Bakı, 2006.- 16 s.
Qədimova, E. Azərbaycanda hemofiliyalı xəstələrin müayinəsi və müalicəsi
yüksək səviyədə aparılır: 17 aprel Dünya Hemofiliya günüdür /E.Qədimova //Xalq
qəzeti.- 2008.- 16 aprel.- S.5.
İnternetdə
www.az.apa.az
www.aztrend.az
www.bizimyol.az
www.olaylar.az
Adilə Abdullayeva
132
Nəsibə Cahangir qızı Zeynalova
1916-cı il aprel ayının 20-də Bakıda
doğulmuşdur. Atası Kərbəlayı Ca-
hangir tanınmış tacir və sevimli akt-
yor idi. Azərbaycan milli realist akt-
yor məktəbinin banisi məhz Cahangir
Zeynalov olmuşdur. Arzusu ilk və
yeganə övladının onun sənətini
davam etdirməsi idi.
Atasını erkən itirən Nəsibə Zeynalova Bakıda orta
məktəbi bitirdikdən sonra Bakı Teatr Texnikumuna
daxil olmuşdur. Burada M.Haşımov və A.Tuqanovdan
dərs almışdır. Texnikumu bitirdikdən sonra 1941-ci il-
də Azərbaycan Musiqili Komediya Teatrına işə qəbul
olunmuşdur. Bu hadisə onun həyatında həlledici rol
oynamışdır.
Müharibə dövründə cəbhələrdə və hospitallarda əs-
gərlər qarşısında tamaşalarda iştirak edən aktrisa fa-şi-
zm üzərində qələbənin qazanılmasına öz töhfəsini ver-
mişdir. Dinc dövrdə teatr bir sıra maraqlı tamaşalar
qoymuşdur ki, onlarda Nəsibə Zeynalova özünəməx-
sus aktyorluq istedadını nümayiş etdirmişdir. S.Rüstə-
movun “Beş manatlıq gəlin” tamaşasında Gülnaz,
A.Məşədibəyovun “Toy kimindir?” tamaşasında Məs-
mə, F.Əmirovun “Gözün aydın” tamaşasında Nargilə,
S.Ələsgərovun “Ulduz” tamaşasında Züleyxa, V.Do-
lidzenin “Keto və Kote” tamaşasında Kabato obrazları
aktrisanı tamaşaçılara sevdirmişdir.
XX əsrin 50-ci illərində aktrisanın sənətkarlığı da-
ha da püxtələşmişdir. Onun bu dövrdə yaratdığı səhnə
obrazları Azərbaycan ko-
mediya teatrı tarixinə iri
hərflərlə yazılmışdır. Nə-
sibə Zeynalova T.Quliyevin
“Qızılaxtaranlar” tamaşa-
sında Rəxşəndə, S.Rüstə-
movun “Rəisin arvadı” ta-
maşasında Afərin, Ş.Milor-
avanın “Tbilisi nəğməsi”
tamaşasında Gesiya, A.Rza-
yevin “Hacı Kərimin Aya
səyahəti” tamaşasında Kəb-
lə Fatma, S.Ələsgərovun
“Həmşəxanım” tamaşasın-
da Həmşəxanım, “Sevindik
qız axtarır” tamaşasında
Xeyransa kimi bir-birindən
maraqlı obrazlar yaratmış-
dır. Bura T.Bakıxanov və
H.Məmmədovun “Altı qızın
biri Pəri” tamaşasında Cəh-
rə, E.Sabitoğlunun “Hicran”
tamaşasında Qızbacı obraz-
larını da əlavə etsək, çox
zəngin və rəngarəng bir ob-
razlar qalereyası yaranmış
olar. “Qaynana” tamaşasın-
da Cənnət rolu aktrisanı
yaddaşlara ilk növbədə qay-
nana kimi həkk etdirmişdir.
Aprel
95 illiyi
Nəsibə Zeynalova
1916-2004
Aktrisa
20
133
Bu obrazı yaradarkən aktrisa xəsislik etməmiş, yaradı-
cılıq imkanlarını sanki tamamilə açmış, onun aktyor
sənəti üçün səciyyəvi olan zəngin mimika və məharə-
tini nümayiş etdirmişdir.
Aktrisa kino sahəsində də öz sözünü demişdir.
“Ögey ana” (1959), “Böyük dayaq” (1963), “Ulduz”
(1964), “Qanun naminə” (1969), “Bizim Cəbiş
müəllim” (1970) filmlərində müxtəlif səpkili, yadda-
qalan obrazlar yaratmışdır.
Nəsibə Zeynalovanın 1979-cu ildə “Qaynana” fil-
mində oynadığı qaynana obrazı onun kinoda yaratdığı
ən məşhur obrazdır. Təsadüfi deyil ki, həm filmin
özü, həm onun baş qəhrəmanı, həm də bu rolun ifaçısı
xalqımız tərəfindən həmişə sevilməkdədir.
Aktrisanın həyat və yaradıcılıq yolunu əks etdirən
bir neçə televiziya filmi də xalqımız tərəfindən böyük
rəğbətlə qarşılanmışdır.
Musiqili teatrın inkişa-
fında böyük xidmətlərinə
görə Nəsibə xanım 24 may
1960-cı ildə Azərbaycan
Respublikasının Əməkdar
artisti, 1967-ci ildə isə Xalq
artisti fəxri adlarına layiq
görülmüşdür. “Hicran” ta-
maşasındakı Qızbacı roluna
görə Azərbaycan Dövlət
mükafatı laureatıdır.
Aktrisa 2004-cü il mart
ayının 10-da Bakıda vəfat
etmiş və Fəxri Xiyabanda
dəfn edilmişdir.
Ədəbiyyat
Əhmədov, S. Nəsibə Zeynalova /S.Əhmədov //Azərbaycan tarixindən yüz
şəxsiyyət.- Bakı, 2006.- S.256-257.
Xəlilzadə, F. Azərbaycan teatrının parlaq ulduzu: [Nəsibə Zeynalova-90]
/F.Xəlilzadə //Azərbaycan.- 2007.- 20 aprel.- S. 7.
İbrahimova, A.Tamaşaçını zorla güldürmək mümkün deyil və yaxud sözün əsl
mənasında güldürən sənətkar: [Nəsibə Zeynalova haq.] /A.İbrahimova //Hərbi and.-
2007.- 21 aprel.- S.15.
Qurbanlı, R. Bir ulduz axıb söndü: və ya Nəsibə Zeynalovanın gerçəkləşməyən
arzusu /R.Qurbanlı //Yaddaş.- 2007.- 26 aprel.- S. 11.
Rəhimli, İ. Nəsibə Zeynalova /İ.Rəhimli //Azərbaycan teatr tarixi.- Bakı, 2005.-
S.669-673.
İnternetdə
www.anl.az
www.az.wikipedia.org
Səmayə Quliyeva
134
Hüseyn Əlirza oğlu Əliyev
1911-ci il aprel ayının 22-də Sis-
yan rayonunun Comərdli kəndin-
də anadan olmuşdur.
1923-cü ildə ailəsi ilə birlikdə
Naxçıvana köçən Hüseyn Əliyev
taleyin hökmü ilə görkəmli rəs-
sam Bəhruz Kəngərli ilə qonşuluqda yaşamış, elə bu
sənətin incəliklərini də məşhur rəssamdan öyrənmiş-
dir. Orta məktəbdə oxuyarkən fitri istedadı müəllim-
lərinin diqqətindən yayınmamışdı. 1927-ci ildə Rəs-
samlıq Texnikumuna göndərilən Hüseyn Əliyev peşə-
kar rəssam kimi fəaliyyətinə də məhz bu dövrdən baş-
lamış və imzası məşhur “Molla Nəsrəddin” jurnalında
nüfuzlu rəssamların imzası ilə bir sırada yer almışdır.
Dərgidə Hüseyn Əliyevin 8 karikaturası çap olun-
muşdu. 1932-1935-ci illərdə rəssamlığa olan həvəs və
tükənməz sevgisi onu Leninqrad Rəssamlıq Aka-
demiyasının nəzdindəki instituta aparmış, orada təh-
silini başa vurub Bakıya qayıtmışdı. Repressiya qur-
banlarından tutmuş, sadə kənd zəhmətkeşlərinə qədər
hər kəsin əziyyətini kətan və kağız üzərində əbədiləş-
dirməyə çalışmışdı.
İndi onun əsərləri ölkəmizin hüdudlarından çox -
çox uzaqlarda, dünyanın müxtəlif ölkələrində sər-
gilənir.
Hüseyn Əliyev əlinə fırça alan gündən istedadını,
duyğu və düşüncələrini yalnız bu istiqamətlərə -
millətinin estetik zövqünün düzgün formalaşmasına,
soydaşlarını Vətənə, təbiətə məhəbbətə, fədakarlığa
çağırışa yönəldib. Hüseyn
Əliyev Leninqrad Rəngkar-
lıq, Heykəltəraşlıq və Me-
marlıq İnstitutunu bitirdiyi
il-dən (1935) təqaüdə çıxa-
nadək “Kommunist” qəze-
tində rəssam işləmişdir.
1940-1945-ci illərdə Azər-
baycan Dövlət Rəssamlıq
Məktəbində dərs demişdir.
Əlbəttə, qəzetçiliyin gün-
dəlik qayğıları, operativlik
bir rəssam kimi vaxtını çox
alsa da, o, öz istedadı və
zəhməti sayəsində sənət
imtahanından həmişə şərəf-
lə çıxmışdır. 1939-cu ildə
M.F.Axundovun portretini
yaratmaq üçün elan edilmiş
respublika müsabiqəsinə
Hüseyn Əliyevin təqdim
olunan əsəri mükafata layiq
görülmüşdü. Dövrün, za-
manın tələbləri ilə bağlı
çəkdiyi onlarca plakatı icti-
mai-siyasi məzmununa, sa-
dəliyinə və eyni zamanda
orijinal həllinə görə fərq-
lənmişdir. Hələ o illərdə
azərbaycanlı rəssamın yara-
Aprel
100 illiyi
Hüseyn Əliyev
1911-1991
R əssam
22
135
dıcı əməyi “Xalqlar dostluğu” ordeni ilə təltif olun-
muşdur.
Əsasən qrafika ilə məşğul olan Hüseyn Əliyev
həm də mənzərə ustası kimi məşhur idi. Onun Azər-
baycan təbiətinə, eləcə də Zəngəzur mövzusuna həsr
etdiyi akvarel seriyaları da maraqlıdır. Uşaqlıq döv-
ründə yaşadığı bu yerlərin hər qarışını böyük məhəb-
bətlə öz duyğularından, təxəyyülündən yaradıcılıqla
keçirən görkəmli rəssamın “Zəngəzur dağları”, “Urud
qalası”, “Meşədə qış”, “Payız”, “Qürub çağı”, “İlanlı
dağ” və s. kimi əsərləri də-
rin müşahidə və incə zöv-
qün, fitri istedadın məhsulu
idi.
O, 1982-ci ildə Xalq rəs-
samı adına layiq görülmüş-
dür.
Görkəmli rəssam 1991-
ci ildə, mayın 25-də vəfat
etmişdir.
Ədəbiyyat
Hüseyn Əliyev: Foto-albom.- Bakı, 2001.- 502 s.
Əliyev Hüseyn Əlirza oğlu //Naxçıvan ensiklopediyası.- Bakı, 2002.- S.142-143.
O, gözəlliyi görür və təsvir edirdi //Azərbaycan.- 2010.- 26 may.- S.4.
İnternetdə
www.anl.az
www.baku-art.az
www.bizimasr.media-az.com
www.lidertv.com
Nailə Alışova
136
Allahverdi Teymur oğlu Bağırov
1946-cı il aprel ayının 22-də Ağ-
dam şəhərində anadan olmuşdur.
1965-ci ildə 1 saylı Ağdam şəhər
orta məktəbini bitirmişdir. Allah-
verdi uşaqlıqdan idmana böyük ma-
raq göstərirdi. Yüngül atletika,
voleybol və futbolla məşğul olurdu.
Qarabağ hadisələri başlayana qədər o, Ağdamda fut-
bolçu kimi tanınmış, ad-san qazanmışdı. 1966-cı ildən
1983-cü ilədək Ağdam Uşaq-gənclər idman məktəbin-
də məşqçi işləməklə yanaşı, “Qarabağ” futbol koman-
dasında fəaliyyət göstərirdi.
Allahverdi haqsızlıqla barışmayan, sözubütöv,
mərd insan idi.
O, 1988-ci ildə ermənilərin Qarabağa təcavüzünün
ilk günlərindən Xalq hərəkatına qoşulur və onun fəal-
larından olur. 20 Yanvar faciəsi onun düşmənə qəzə-
bini daha da şiddətləndirir. A.Bağırovun yaratdığı kö-
nüllülər batalyonu Ağdamın bir sıra kəndlərinin mü-
dafiəsində mərdliklə vuruşmuşdur. 1992-ci ildə Allah-
verdi, bəlkə də ömrünün ən həyəcanlı, ən narahat gün-
lərini yaşayırdı. Mühasirədə olan kəndlərə kömək et-
mək, ərzaq çatdırmaq heç də asan iş deyildi. O, var
gücü ilə həmin kəndləri azad etməyə çalışırdı.
1992-ci ilin fevralında Xocalı faciəsi zamanı Al-
lahverdi Bağırovun batalyonu Əsgəran yaxınlığında
yüzlərlə soydaşımızı xilas
edə bilmişdi. 1992-ci il
iyun ayının 12-də məhz ba-
talyonun səyi nəticəsində
Aranzəmin, Naxçıvanik, Dəh-
raz, Mirkənd, Pircamal
kəndləri düşməndən azad
edildi. O, inanırdı ki, tezlik-
lə müharibə bitəcək və qo-
şunlarımız Xankəndinədək
irəliləyəcəkdir. Lakin cəsur
komandir arzusuna çata bil-
mədi. Gözətçi məntəqəsini
yoxlayıb qərargaha dönər-
kən sürücü ilə birlikdə mi-
naya düşüb həlak oldu.
Ailəli idi. Bir oğlu, iki
qızı var.
Azərbaycan Respublikası
Prezidentinin 24 fevral
1993-cü il tarixli 476 saylı
Fərmanı ilə Bağırov Allah-
verdi Teymur oğluna ölü-
mündən sonra “Azərbayca-
nın Milli Qəhrəmanı” adı
verilib.
Ağdam rayonunun Şə-
hidlər Xiyabanında dəfn
edilib.
Aprel
65 illiyi
Allahverdi Bağırov
1946-1993
Milli
Q əhr əman
22
137
Ədəbiyyat
Allahverdi Teymur oğlu Bağırova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi
haqqında: [E.Bağırov adına qoşun hissələrinin komandiri-Azərbaycan
Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin
təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]:
Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 24 fevral 1993-cü il //Azərbaycan
Respublikası Ali Sovetinin Məlumatı.- 1993.- № 4.- S.15.- (Ölümündən sonra).
Abbasoğlu, B. Mətin komandir /B.Abbasoğlu //Ölərkən dünyaya gələn oğullar.-
Bakı, 2004.- S.35-53.
Bağırov Allahverdi Teymur oğlu //Azərbaycanın Milli Qəhrəmanları:
biblioqrafiya /tərt. ed. H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı,
2008.- S.38-40.
Əsgərov, V. Bağırov Allahverdi Teymur oğlu /V.Əsgərov //Azərbaycanın Milli
Qəhrəmanları.- Bakı, 2005.- S.33.
İnternetdə
www.anl.az
www.az.wikipedia.org
Səmayə Quliyeva
|