Azərbaycan Milli Kitabxanası



Yüklə 5,2 Mb.
Pdf görüntüsü
səhifə9/37
tarix24.01.2017
ölçüsü5,2 Mb.
#6263
1   ...   5   6   7   8   9   10   11   12   ...   37

 

Ədəbiyyat 

 

    C.Ə.Əliyevin “Şöhrət ordeni” ilə təltif edilməsi haqqında Azərbaycan Respubli-

kası Prezidentinin Sərəncamı, 29 mart 2006-cı il //Azərbaycan.- 2006.- 30 mart.-S.1. 

 

 Əliyev, C. Görkəmli elm xadimi, tanınmış onkoloq /C.Əliyev, Ə.Əmiraslanov 



//Xalq qəzeti.- 2008.- 4 aprel.- S.4.  

Əmiraslanov, Ə. Şərəfli və şəfqətli alim yolu: Onkoloji elmi mərkəzin direktoru, 

professor Cəmil Əliyev haqqında //Xalq qəzeti.- 2006.- 24 mart.- S.5. 

 

İnternetdə 



 

     www.adam.az 

www.az.wikipedia.orq 

www.deyerler.orq 



 

Məmməd Məmmədov

101 

   

     Cabbar  Məşədi  İsmayıl oğlu 

(Cabbar Qaryağdı oğlu) 1861-ci 

il mart ayının 31-də Şuşada bo-

yaqçı ailəsində anadan olmuş-

dur. O, lap uşaq yaşlarından xa-

nəndəlik sənətinə  həvəs göstər-

miş  və ilk musiqi təhsilini  Şuşada Xarrat Qulunun 

məktəbində almışdır. 

C.Qaryağdı oğlu muğam, dəstgah, təsnif, el mahnı-

larını xalq şənliklərində məharətlə oxumuş və tezliklə 

Qarabağda şöhrət qazanmışdır. Əbdürrəhim bəy Haq-

verdiyevin 1887-ci ildə hazırladığı “Məcnun Leylinin 

məzarı üstündə” musiqili səhnəsində  Məcnun rolunu 

ifa etmişdir. Bir müddət tarzən Sadıq  Əsəd oğlunun 

(Sadıqcan) sazandalar dəstəsi ilə çıxış etmiş, sonralar 

isə məşhur xanəndə kimi Bakı, Gəncə, Şamaxı, Ağdaş 

şəhərlərinə dəvət olunmuşdur. 

1900-1905-ci illərdə C.Qaryağdı  oğlu tarzən 

M.F.Rzayev və kamançaçalan Məşədi Qulu ilə Bakıda 

müvəffəqiyyətlə çıxış etmişdir. 

1905-ci ildə xanəndə tarzən Q.Pirimov və kaman-

çaçalan S.Oqanezaşvilidən ibarət trio yaratmışdır. 

1906-1912-ci illərdə “Qrammafon”, “Sportrekord”, 

“Ekstrafon” aksioner cəmiyyətləri  tərəfindən Kiyev, 

Moskva və Varşavada səsi qrammafon valında yazıl-

mışdır. 1912-ci ildə Varşavadan qayıdarkən Cabbar 

Qaryağdı  oğlu Moskvada “Şərq konsertləri” vermiş-

dir. O, “Kürd-şahnaz”, “Mahur”, “Bayatı-Qacar”, 

“Heyratı”, xüsusilə “Mənsuriyyə” muğamlarını müs-

təsna ustalıqla ifa etmiş, repertuarına daxil etdiyi 

gürcü, türkmən, özbək, fars 

mahnılarını da həmin dil-

lərdə oxumuşdur. 

C.Qaryağdı  oğlu Azər-

baycan Dövlət Konserva-

toriyasının yaradıcılarından 

olmuş, burada klassik xalq 

musiqisindən dərs demiş, 

gənc kadrların yetişdirilmə-

sində böyük iş görmüşdür. 

Onun ifasında Azərbaycan 

Dövlət Konservatoriyası nəz-

dindəki Bülbülün rəhbərlik 

etdiyi xalq musiqisini öyrə-

nən elmi-tədqiqat kabine-

tində 300-ə yaxın mahnı və 

təsnif, təqribən 70 xalq mu-

siqi parçası lentə yazılmış, 

S.Rüstəmov isə 50 xalq 

mahnısını nota köçürmüşdür. 

Xanəndə öz şeir, qəzəl 

və qoşmalarına, eləcə  də 

başqa  şairlərin sözlərinə 

30-dan artıq mahnı bəstələ-

mişdir. O, 1934-cü ildə Fir-

dovsinin 1000 illik yubileyi 

münasibətilə 6 musiqi par-

çası hazırlamışdı. 

C.Qaryağdı  oğlu Azər-

baycan Dövlət Filarmoni-

 

 Mart 



 

150 illiyi 

Cabbar Qaryağdı oğlu 

1861-1944 

 

 

 



 

Xanəndə 

31 


102 

yasının və Azərbaycan Radiosunun solisti olmuşdur. 

O, fitri istedada, zil və olduqca güclü, gözəl tembrli, 

geniş diapazonlu, yüksək tessituralı (tenor) səsə, 

qeyri-adi musiqi hafizəsinə malik sənətkar idi. Onu 

məşhur italyan müğənnisi E.Karuzo ilə müqayisə 

etmişlər. 

Görkəmli xanəndə  əsərlərində klassik xalq musi-

qisindən istifadə edən sovet bəstəkarlarına  yaradıcılıq 

köməyi göstərmişdir. O, bir çox muğama yeni his-

sələr, xallar əlavə etmiş, xeyriyyə məqsədilə konsert-

lər vermiş, musiqi və  mədəniyyət xadimlərinə maddi 

yardım, kömək göstərmişdir. 

Cabbar Qaryağdı  oğlu Gürcüstan, Orta Asiya və 

Yaxın  Şərqdə  də tanınmışdır. F.Şalyapin və S.Ye-

seninlə tanış olmuşdur. Yesenin onu “Şərq musi-

qisinin peyğəmbəri” adlandırmışdır. O, həm də musiqi 

tədqiqatçısı idi. Onun “Azərbaycan musiqisinin keç-

mişi haqqında xatirələr”  əlyazmasında XIX əsrin 

xanəndə  və musiqiçilərindən, muğamların tarixindən, 

təsnif və mahnılardan bəhs edilir. Görkəmli xanəndə 

və müğənnilərdən S.Şu-

şinski, Bülbül, X.Şuşinski, 

Z.Adıgözəlov, Y.Kələntər-

li, S.Qacar, H.Kələntərli və 

başqaları C.Qaryağdı  oğlu 

məktəbinin davamçıları ol-

muşlar.  

Azərbaycan xanəndəlik 

sənətinin  ən görkəmli nü-

mayəndələrindən biri olan 

Cabbar Qaryağdı oğlu 1935-

ci ildə Azərbaycan SSR 

Xalq artisti fəxri adına la-

yiq görülmüş  və  “Şərəf ni-

şanı” ordeni ilə  təltif edil-

mişdir. 

Məşhur xanəndə 1944-

cü il aprel ayının 20-də, 84 

yaşında vəfat etmişdir. 



 

Ədəbiyyat 

 

Cabbar Qaryağdı  oğlu //Muğam ensiklopediyası; Heydər  Əliyev Fondu.- Bakı, 

2009.- S.47-48. 

Cabbar Qaryağdı  oğlu //Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə.- Bakı, 

1987.- C.10.- S.387. 

Şuşinski, F. Cabbar Qaryağdı oğlu /F.Şuşinski.- Bakı: İşıq, 1987.- 128 s. 

Şuşinski, F. Cabbar Qaryağdı  oğlu /F.Şuşinski //Azərbaycan xalq musiqiçiləri.- 

Bakı, 1985.- S.131-165. 

 

İnternetdə 

www.anl.az 

www.az.wikipedia.org 

 

 



                                                    Səmayə Quliyeva 

103 

 

  Rаfiq Fərzi  оğlu Bаbаyеv  

1936-cı il mart ayının 31-də  Bа-

kıdа аnаdаn оlmuşdur. 1950-ci il-

lərdə  Аzərbаycаn Dövlət Musiqi 

Məktəbində və Аzərbаycаn Döv-

lət Kоnsеrvаtоriyаsındа  təhsil  аl-

mışdır. Gənc yаşlаrındаn cаz mu-

siqisi ilə  mаrаqlаnmış, özünün 

cаz kоmpоzisiyаsını  yаrаtmışdır. 

1955-ci ildə cаz kvаrtеti təşkil еtmişdir. Еyni zаmаndа 

Аnаtоllu Qəniyеvin xаlq çаlğı  аlətləri  аnsаmblındа, 

Tоfiq Əhmədоvun еstrаdа аnsаmblındа çаlışаrаq, bö-

yük təcrübə qаzаnmışdır. 1960-cı ildə Rаfiq Bаbаyеv 

SSRİ Xаlq аrtisti Rəşid Bеhbudоvun dəvəti ilə Аzər-

bаycаn Dövlət Filаrmоniyаsının nəzdində  fəаliyyət 

göstərən аnsаmbldа işləməyə bаşlаmışdır. 20 il müd-

dətində  dаvаm  еdən bu yаrаdıcılıq  əməkdаşlığı yük-

sək sənət nümunələrini mеydаnа  gətirdi. Rəşid Bеh-

budоvun bədii rəhbər, Rаfiq Bаbаyеvin musiqi rəhbə-

ri оlduğu аnsаmbl dünyаnın bir çох ölkələrində Аzər-

bаycаn musiqisini ləyаqətlə təmsil еtmişdir.  

Rаfiq Bаbаyеv həmçinin “Qаyа”  аnsаmblı, Müs-

lüm Mаqоmаyеv, Pоlаd Bülbülоğlu ilə də yаrаdıcılıq 

əlаqələri qurmuşdur. Bаkıdа ilk cаz fеstivаlının təşkili 

də оnun аdı ilə bаğlıdır.  

1967-ci ildə yаrаtdığı “Bаyаtı-Kürd” muğаmı əsа-

sındа cаz kоmpоzisiyаsı çох məşhurdur. Rаfiq Bаbа-

yеv bir sırа kinоfilmlərə, məsələn, “Аzərbаycаn hаq-

qındа еtüd”, “Gеcə söhbəti” və s. musiqi bəstələmişdir. 

 

 

1983-cü ildən Аzərbаy-



cаn Dövlət Rаdiо  və  Tеlе-

viziyа  Vеrilişləri Qаpаlı 

Səhmdаr Cəmiyyəti  Еstrа-

dа-simfоnik  оrkеstrinə  rəh-

bərlik еtmişdir.  

1991-ci ildə Rafiq Baba-

yev “Cəngi” folklor-caz 

kollektivini təşkil etmiş  və 

musiqi layihələrinin həyata 

keçirilməsinə kömək edən 

səsyazma studiyası  təşkil 

etmişdi. O, folklor çalğı 

alətlərindən istifadə etmək-

lə, onları qeyri-adi harmo-

niya ilə  zənginləşdirərək, 

dünyanın ilk baxışda bir-bi-

rinə zidd cəhətlərinə - Qər-

bə və Şərqə xas olan musi-

qini melodik tərzdə birləş-

dirərək gözəl kompozisiya-

lar yaratmışdı. 

Daim öz üzərində  işlə-

yən bu bəstəkar və pianoçu 

həm də gözəl pedaqoji iste-

dada malik idi. Rafiq Baba-

yev yaxşı  təşkilatçı  və  rəh-

bər olmaqla təkcə musiqi 

sahəsində deyil, texnika, 

çəkiliş, quruluş  və s. 

 

 Mart 



 

75 illiyi 

Rаfiq  Bаbаyеv  

1936-1994 

 

 

 



 

Pianoçu 


31 

104 

sahələrin bütün incəliklərini dərindən bilirdi.  

R.Babayevin fitri istedadı, yüksək professionalizmi 

və qeyri-adi əməksevərliyi yüksək qiymətləndirilmiş, 

1993-cü ildə ona Azərbaycanın Xalq artisti adı ve-

rilmişdir. 

1994-cü il martın 19-da heç bir günahı olmayan 

onlarca sakin, o cümlədən qadınlar, uşaqlar və qocalar 

erməni ekstremistlərinin təşkil etdiyi qanlı terrorun 

qurbanı oldu. Onlardan biri də Rafiq Babayev idi. Ra-

fiq Babayevin faciəli şəkildə həlak olması təkcə Azər-

baycan xalqını deyil, bütün 

dünya musiqi ictimaiyyətini 

sarsıtdı. Metro stansiyasın-

da baş vermiş partlayış  nə-

ticəsində bu gözəl musiqiçi

həyatsevər insan yaradıcılı-

ğının  ən mühüm və  məsul 

dövründə həyatla vidalaşdı. 

 

 

Ədəbiyyаt 

 

Babayev Rafiq Fərzi oğlu //Muğаm  Еnsiklоpediyаsı; Heydər  Əliyev Fondu /rеd. 

hеy. sədri Mеhribаn хаnım Əliyеva.- Bakı, 2008.- S.30. 

Rafiq Babayev //Üzеyir Hаcıbəyli Еnsiklоpеdiyаsı: Аzərbаycаn Mədəniyyətinin 

Dоstlаrı Fоndu; burах. məs. Əziz Güləliyеv.- Bakı, 2008.- S.30.      

 

İnternetdə 



 

www az.wikipedia.org 

www jazzdunyasi.jazz.az  

www.mia.az 

www.mp3-az.com 

 

 

Məmməd Məmmədov 


105 

 

    Dekart  Rene  1596-cı il mart 

ayının 31-də Las (Turen) şəhə-

rində  anadan olmuşdur. O, fran-

sız filosofu və riyaziyyatçısıdır. 

Zadəgan ailəsində anadan olmuş 

Rene, Anjuda La Fleş yezuit 

məktəbində  təhsil almışdır. Or-

duda xidmət etmiş, bir neçə illik 

səyahətdən sonra 1629-cu ildə dövrün qabaqcıl ölkəsi 

olan Niderlanda köçmüş, burada tənha  şəraitdə 20 il 

elmlə məşğul olmuşdur. 

 Dekartın fəlsəfəsi onun tədqiq etdiyi fizika və 

riyaziyyat məsələləri ilə  sıx bağlı idi. Dekart insan 

ağlının qüdrətinə inanmış, zəkanın vəzifəsini insanın 

təbiət üzərində hökmranlığında, səbəb və  hərəkətin 

dərkində, insanın təbiətinin təkmilləşdirilməsində gö- 

rürdü.  


Dekart fəlsəfəsinin  əsas məsələsinin həllində 

dualist olmuşdur. Dekartın fəlsəfəsi iki hissədən: 

fizika və metafizikadan ibarətdir. Dekart idrak nəzə-

riyyəsində rasionalizmin banilərindəndir. O, biliyin 

mənbəyi və onun həqiqiliyinin meyarını xarici aləm 

deyil, insan zəkası hesab et-

mişdir. Dekarta görə, idra-

kın başlanğıc nöqtəsi intel-

lektual intuisiya, insanı 

heyvandan fərqləndirən 

onun fitri ideyalara malik 

olmasıdır. Dekart materiya-

nın hərəkətini onun ən sadə 

formasına - fəzada maddi 

cisimlərin yerdəyişməsinə 

müncər etmişdir. O, hərə-

kətin də ümumi səbəbini al-

lahla bağlayırdı. Beləliklə, 

zəkanın müstəqilliyinin fitri 

ideyalar haqqındakı təlimilə 

o, idealist filosof kimi çıxış 

etmişdir.  

     Dekart 11 fevral 1650-ci 

ildə Stokholmda vəfat et-

mişdir. 

 

Ədəbiyyat 

Избранные произведения /Р.Декарт.- М., 1950.-712 с. 

Ляткер, Я.А. Декарт /Я.А.Ляткер.- М., 1975.-198 с. 

Мотвиевская, Г.П. Рене Декарт /Г.П Мотвиевская.- М., 1976. -196 с.  

Чарский, И.С. Западноевропейская философия XVII века /И.С. Чарский.- М., 

1978.-349 с.   

 

 

 



 

 

 



 

Bəybala Ələsgərov 

 

 Mart 



 

415 illiyi 

Dekart Rene  

1596-1650 

 

 

 



Filosof və 

riyaziyyatçı 

31 


106 

 

 Ötən əsrdə dörd dəfə - 1905-1906, 1918-1920, 1948-



1953 və 1988-1989-cu illərdə ermənilərin azərbaycanlı-

lara qarşı törətdikləri soyqırımı  və deportasiya siyasəti 

bu gün özünü Dağlıq Qarabağla bağlı məlum hadisələrdə 

büruzə verir, həm də onu göstərir ki, ermənilərin xalqı-

mıza olan tarixi münasibəti dəyişməyib. 

Ermənilər təkcə bu gün Ermənistan adlanan ərazi de-

yil, Bakı quberniyasının Bakı, Şamaxı, Quba şəhərlərin-

də, Göyçay qəzasında, Qarabağda, Zəngəzurda, Naxçı-

vanda da vaxtaşırı xalqımıza qarşı  qırğınlar, talanlar, 

yanğınlar, terror və digər zorakılıq aktları  həyata keçirmişlər. Erməni faşistləri bu 

ərazilərdə on minlərlə dinc azərbaycanlı  əhalini - qadını, uşağı, qocanı yalnız milli 

mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirmiş, yaşayış yerlərini talan edərək yan-

dırıb viran qoymuş, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıtmış və 

yandırmışlar. 

   1998-ci  ildən etibarən Azərbaycan Respublikası  31 Martı dövlət səviyyəsində 

azərbaycanlıların genosidi günü kimi qeyd edir. Azərbaycan xalqının ümummilli 

lideri Heydər  Əliyev 1998-ci ildə  31 Martı Azərbaycanlıların Soyqırımı Günü 

elan etməsi ilə bağlı  fərman verməklə xalqımıza mənəvi təskinlik bəxş etdi, nahaq 

qanın yerdə qalmayacağına inamı artırdı.  

   XX  əsrin birinci yarısında Zaqafqaziyada baş vermiş iki qırğın zamanı (1905-

1907-ci illər, 1918-1920-ci illər) 2 milyona yaxın azərbaycanlı ermənilər tərəfindən 

qətlə yetirilmiş, öz ev-eşiyindən zorla qovulmuşdur. 

   Ən ağrılısı odur ki, 1918-ci ilin martında baş vermiş azərbaycanlıların soyqırımı 

məsələsini hələ də dünyanın diqqət mərkəzinə gətirə bilməmişik. Biz xalqımıza qarşı  

törədilən soyqırımı, tarixini və  şəhidləri unutmamalı, başımıza gətirilənləri   dünya 

ictimaiyyətinə çatdırmalıyıq. Çatdırmalıyıq ona görə ki, qoy bütün dünya üzdəniraq 

qonşularımızın, azğın ermənilərin kim olduğunu bilsin. 

Mart 


 

 

 



Azərbaycanlıların Soyqırımı Günü 

1918 


31 

 


107 

 

Bunları unutmaq olmaz! 



 

1813-1828-ci illərə  qədər Azərbaycan dövlətinin sahəsi təхminən 410  min 

kv.km. оlmuşdur. 

1813-1828-ci illərdə işğal еdilmiş Azərbaycan əraziləri: İran əsarəti altındakı 

Cənubi Azərbaycan əraziləri:  -sahəsi təхminən 280 min kv.km. оlmuşdur. 

Rusiya əsarəti altındakı Şimali Azərbaycan-sahəsi təхminən 130 min kv.km. 

оlmuşdur. 

1918-ci ildə  Rusiyanın təzyiqi ilə еrmənilərə vеrilmiş İrəvan хanlığı - sahəsi 9 

min kv.km. оlmuşdur. 

Rusiya  əsarəti altındakı  Dərbənd хanlığı – sahəsi 7 min kv.km. оlmuşdur. 

1918-1920-ci illərdə Azərbaycan Dеmоkratik Rеspublikasının qurulduğu  

ərazinin sahəsi - təхminən 114 min kv.km. оlmuşdur. 

Еrmənistan Sоvеt Sоsialist Rеspublikasının qismən nəzarətinə  vеrilən 

Zəngəzur, Göyçə,  Şərur, Dərələyəz, Dilican və Gürcüstan SSRİ-nin qismən 

nəzarətinə vеrilən Bоrçalı - birlikdə sahəsi 27,4 min kv.km. оlmuşdur. 

1920-1991-ci illərdə SSRİ əsarəti altında qalmış Azərbaycan SSR-nin ərazisi 

86,6 min kv.km. оlmuşdur. 

   


  Ermənistanda yaşamış azərbaycanlıların kütləvi şəkildə sonuncu deportasiya əmə-

liyyatı 1988-ci ilin aprelində başlayıb. Ermənistanda yaşayan azərbaycanlılar öncə 

hissə-hissə, noyabrın sonu, dekabrın birinci ongünlüyündə isə kütləvi şəkildə depor-

tasiyaya məruz qalıblar.  Əməliyyat nəticəsində Ermənistan Respublikasında 8 min 

kvadrat kilometrlik ərazidə (172 yaşayış  məntəqəsi) kompakt şəkildə yaşayan 200 

mindən çox azərbaycanlı illərlə yaşadığı torpaqlardan didərgin düşdü.  

 


108 

 

     



                                                            

 

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



1 aprel 

Gün çıxır 

07:50  

Gün batır 



20:06 

30 aprel 

Gün çıxır  

07:56   


Gün batır 

20:36 


A

pre


 

 



21 mart- 

20 aprel 

 

Qoç bürcünün 



Nişanəsi oddur. 

Marsın 


himayəsindədir. 

Günəşin Qoç 

bürcündən keçdiyi 

dövrdə doğulanlar 

qüvvətli və çevik 

olurlar.


 

C 1 

Ş 2 

B 3 

Be 4 

Ça 5 

Ç 6 

Ca 7 

C 8 

Ş 9 

B 10 

Be 11 

Ça 12 

Ç 13 

Ca 14 

C 15 

Ş 16 

B 17 

Be 18 

Ça 19 

Ç 20 

Ca 21 

C 22 

Ş 23 

B 24 

Be 25 

Ça 26 

Ç 27 

Ca 28 

C 29 

Ş 30 

 

  2011      

 

    Əlamətdar və  



    tarixi günlə

Beynəlxalq Kitab və Müəllif 

Hüquqları Günü 

     


əllif hüququ əqli mülkiyyətin  ən vacib, mürəkkəb və 

dəyərli elə bir hissəsidir ki, onun qorunması və idarə edilməsi ilə 

dünya miqyasında iki böyük Beynəlxalq Təşkilat - 160-a yaxın 

üzvü olan ÜƏMT-nın Bern Konvensiyası  və digər sazişlə

vasitəsilə və YÜNESKO-nun 80-dən artıq üzvü olan “Müəllif 

hüquqları haqqında” Ümumdünya Konvensiyası məşğul olur. 

Bunlardan YUNESKO özünün 25 oktyabr - 16 noyabr 1995-ci 

il tarixində keçirilmiş 28-ci sessiyasında 23 aprelin Ümumdünya 

Kitab və Müəlliflik Hüququ Günü elan edilməsi bərədə  qərar 

verib. 


YUNESKO-nun məlumatına  əsasən 23 aprel tarixi 

İspaniya  əyaləti Kataloniya ilə bağlıdır və Müqəddəs Georgi 

Günü kimi səciyyələnir. Həmin gün hər hansı satılan kitaba 

ənənəvi olaraq bir qızılgül qoşulurdu.. Aydındır ki, 23 aprel 

gününün bayram kimi qeyd edilməsi üçün digəəsaslı səbəblə

də mövcuddur. Bir sıra məşhur yazıçı və şairlərin anadan olma 

və ya vəfat etmə günü (Migel de la Servantesin, Vilyam 

Şekspirin, Moris Dryüonun, Vladimir Nabokovun, 

Azərbaycanın məşhür sərkərdəsi, artilleriya üzrə  dərsliklərin 

əllifi general Şıxlinskinin) bu tarixlə bağlıdır. 

1 Ümumdünya Gülüş Günü 

2. Kəlbəcər rayonunun işğalı  günü 

7.Umumdünya  Səhiyyə Günü 

12. Ümumdünya Aviasiya

  

və Kosmonavtika  



Günü 

18. Tarixi abidələrin Mühafizəsi Günü   

 29. Beynəlxalq Rəqs Günü 

 

 

 

 

 


109 

          

Aprel 

— Qriqorian təqvimi ilə ilin dördüncü ayıdır. 30 gündən ibarətdir.   



Qondarma “erməni soyqırımı”nı boykot ayı. 

 Milli ədəbiyyat  

Şair  Əlibəyli  Ənvər  Əliverdi oğlunun (01.04.1916-07.05.1968) anadan 

olmasının 95 illiyi 

Nasir Rzayev Yaşar Hüccətulla oğlunun (07.04.1941) anadan olmasının 70 

illiyi 

Şair, publisist, tərcüməçi Qarayeva Xanım  İsmayıl qızının (10.04.1956) 



anadan olmasının 55 illiyi 

Tənqidçi,  ədəbiyyatşünas alim, nasir Eminov Allahverdi İsgəndər oğlunun 

(10.04.1941) anadan olmasının 70 illiyi 

Maarif xadimi, yazıçı  Qənizadə Soltanməcid Hacı Murtuzəli oğlunun 

(24.04.1866-1937(1942)) anadan olmasının 145 illiyi 

  

Tarixi günlər 

  Ümumdünya Gülüş Günü (01.04.1564) 

  Kəlbəcər rayonunun işğalı günü (02.04. 1993) 

Beynəlxalq Uşaq Kitabı günü (02.04.1953) 

“Molla Nəsrəddin” jurnalının nəşr olunmasının (07.04.1906) 105 illiyi 

Ümumdünya Sağlamlıq Günü (07.04.1950) 

Ümumdünya Aviasiya və Kosmonavtika Günü (12.04.1962) 

Beynəlxalq Mədəniyyət Günü (15.04.1935) 

Ümumdünya Hemofiliya Günü (17.04.1964) 

Tarixi Abidələrin Mühafizəsi Günü (18.04.1983) 

Ümumdünya Yer Günü (22.04.1970) 

Ümumdünya Kitab və Müəllif Hüquqları Günü (23.04.1996) 



110 

Ukraynanın Çernobl şəhərində AES-də baş vermiş qəzanın (26.04.1986) 25-

ci ildönümü 

Ümumdünya Əməyin Mühafizəsi Günü (28.04.1996) 

Beynəlxalq Rəqs Günü (29.04.1982) 

   Milli Qəhrəmanlar 

    Azərbaycanın Milli Qəhrəmanı Hacıyev Etibar Firudin oğlunun 

    (05.04.1971-15.06.1992) anadan olmasının 40 illiyi 

 Azərbaycanın Milli Qəhrəmanı Edilov Yelmar Şahmar oğlunun   

(10.04.1946-11.04.1994) anadan olmasının 65 illiyi 

 Azərbaycanın Milli Qəhrəmanı Bağırov Allahverdi Teymur oğlunun  

(22.04.1946-24.02.1993) anadan olmasının 65 illiyi 


Yüklə 5,2 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin