C 1
Ş 2
B 3
Be 4
Ça 5
Ç 6
Ca 7
C 8
Ş 9
B 10
Be 11
Ça 12
Ç 13
Ca 14
C 15
Ş 16
B 17
Be 18
Ça 19
Ç 20
Ca 21
C 22
Ş 23
B 24
Be 25
Ça 26
Ç 27
Ca 28
C 29
Ş 30
B 31
2011
Əlamətdar və
tarixi günlər
Milli Mətbuat və Jurnalistika
Günü
1991-ci il iyulun 5-dən Azərbaycanın ilk mətbu orqanı
“Əkinçi” qəzetinin nəşrə başladığı gün - iyulun 22-si ölkə
jurnalistlərinin peşə bayramı kimi qeyd edilir.
Maarifçilik hərəkatının görkəmli xadimlərindən olan Həsən
bəy Zərdabi 1875-ci ilin 22 iyulunda Bakıda qubernator
mətbəəsində Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrinə
nail olur. Bununla da milli mətbuatın əsası qoyulur. 1877-ci ilin
29 sentyabrına qədər çapını davam etdirən qəzet ayda iki dəfə
300-400 tirajla nəşr olunurdu. Bu illər ərzində qəzetin 56
nömrəsi çıxıb.
2. Azərbaycan Pоlisi Günü
22. Milli Mətbuat və Jurnalistika Günü
23. Ağdam rayonunun işğalı günü
194
İyul -
Qriqorian təqvimi ilə ilin yeddinci ayıdır. 31 gündən ibarətdir.
Milli ədəbiyyat
Nasir Azayev Əlisəfa Soltan oğlunun (01.07.1951) anadan olmasının
60 illiyi
Nasir, “Qızıl qələm” mükafatı laureatı Rəhimov Arif Süleyman oğlu-
nun (Şamo Arif) (09.07.1936) anadan olmasının 75 illiyi
Xarici ədəbiyyat
Fransız şairi Lafonten Janın (08.07.1621-13.04.1695) anadan
olmasının 390 illiyi
İngilis dramaturqu, Nobel mükafatı laureatı Şou Corc Bernardın
(26.07.1856-02.11.1950) anadan olmasının 155 illiyi
Türk yazıçısı, dövlət xadimi Uşaqlıgil Xalid Ziyanın (31.07.1866-
27.03.1945) anadan olmasının 145 illiyi
Tarixi günlər
Azərbaycan Pоlisi Günü (02.07.1998)
Bakı-Sabunçu-Suraxanı xəttində SSRİ-də ilk dəfə olaraq elektrik
qatarının hərəkət etməsinin (06.07.1926) 85 illiyi
Məhəmməd Əleyhissalamın (s.) mövludu (08.07) günü
Milli Mətbuat və Jurnalistika Günü (22.07.1875)
Almaniya SSRİ-yə hücum etmişdir (22.07.1941)
Ağdam rayonunun işğalı (23.07. 1993) günü
Milli Qəhrəmanlar
Azərbaycanın Milli Qəhrəmanı Kərimov Kərim Məhəmməd oğlunun
(02.07.1971-05.05.1992) anadan olmasının 40 illiyi
195
Azərbaycanın Milli Qəhrəmanı Zülfüqarov Samir Xəlil oğlunun
(03.07.1976-17.03.1995) anadan olmasının 35 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Hüseynov Sadıq Dayandur oğlunun
(29.07.1961-13.04.1992) anadan olmasının 50 illiyi
Siyasət. Hərbi iş
Azərbaycan Respublikası Fövqəladə Hallar naziri Heydərov
Kəmaləddin Fəttah oğlunun (15.07.1961) anadan olmasının 50 illiyi
Tarix
Azərbaycan tarixçisi Tağıyeva Şövkət Əzizağa qızının (11.06.1926)
anadan olmasının 85 illiyi
Mədəniyyət. Maarif. Təhsil
Ziyalı, jurnalist, alim və ictimai xadim Şahtaxtinski İsasultan
Nəcəfqulu oğlunun (05.07.1851-18.10.1894) anadan olmasının 160
illiyi
Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının akademiki, Əməkdar ali
məktəb işçisi Əhmədov Hüseyn Mustafa oğlunun (17.07.1926) anadan
olmasının 85 illiyi
Mühəndis işi. Texnika
Əməkdar elm xadimi, istilik texnikası sahəsində alim Məmmədov
Əliqulu Məmmədqulu oğlunun (09.07.1906-10.03.1982) anadan olma-
sının 105 illiyi
Əməkdar mühəndis, neftçi-geoloq Səmədov Fuad İbrahim oğlunun
(09.07.1926-22.12.1969) anadan olmasının 85 illiyi
Əməkdar elm və texnika xadimi, maşınqayırma texnologiyası sahə-
sində alim Mustafayev Əbdüləli Cabbar oğlunun (23.07.1906) anadan
olmasının 105 illiyi
196
AMEA-nın Neft və Qaz yataqları Problemləri İnstitutunun direktoru,
texnika elmləri doktoru, professor Abbasov Midhət Teymur oğlunun
(31.07.1926) anadan olmasının 85 illiyi
Riyaziyyat. Fizika
Riyaziyyatçı alim, professor Rəsulov Məcid Lətif oğlunun
(09.07.1916-11.02.1993) anadan olmasının 95 illiyi
Coğrafiya. Geologiya.
Rus alimi, səyyah və etnoqraf Mikluxo-Maklayın (17.07.1846-
14.04.1888) anadan olmasının 165 illiyi
Kimya. Biologiya
Kimyaçı alim, Dövlət mükafatı laureatı Rəfiyev Mahmud
Məmmədtağı oğlunun (20.07.1916) anadan olmasının 95 illiyi
Musiqi
Xalq artisti, müğənni Kərimova Flora Ələkbər qızının (23.07.1941)
anadan olmasının 70 illiyi
Teatr. Kino
İtalyan kino rejissoru və kino aktyoru De Sika Vittorionun
(07.07.1901-14.11.1974) anadan olmasının 110 illiyi
Əməkdar incəsənət xadimi, kino operator İsmayılov Rasim Rza
oğlunun (13.07.1936) anadan olmasının 75 illiyi
Xalq artisti Mustafayeva Sədayə İsmayıl qızının (15.07.1926-
13.08.2004) anadan olmasının 85 illiyi
Rəssamlıq. Heykəltəraşlıq
Xalq rəssamı Nərimanbəyov Vidadi Yaqub oğlunun (13.07.1926-
2001) anadan olmasının 85 illiyi
197
Holland boyakarı və qrafiki Rembrandt Harmens Van Reynin
(15.07.1606-04.10.1669) anadan olmasının 405 illiyi
Azərbaycanın Xalq rəssamı, qrafik Rəhmanzadə Maral Yusif qızının
(23.07.1916-16.03.2008) anadan olmasının 95 illiyi
Rus boyakarı və qrafiki, Xalq rəssamı Reşetnikov Fyodor Pavloviçin
(26.07.1906-1988) anadan olmasının 105 illiyi
Fəlsəfə
Alman filosofu, riyaziyyatçı, fizik, hüquqşünas Leybnits
Qotfrid Vilhelmin (01.07.1646-14.11.1716) anadan olmasının 365
illiyi
İdman
Əməkdar idman ustası, beynəlxalq dərəcəli hakim, boksçu Ağalarov
Abbas Fərhad oğlunun (15.07.1911-05.03.1969) anadan olmasının 100
illiyi
198
Kərim Məhəmməd oğlu Kərimov
1971-ci il iyul ayının 2-də Şərur rayo-
nunun Qarahəsənli kəndində anadan
olmuşdur.
Orta məktəbi bitirdikdən sonra Tü-
menə getmiş və Ali Hərbi Mühəndis -
Komandirlər Məktəbinə qəbul olun-
muşdur. Siyasi və hərbi hazırlıq əlaçısı idi. Ürəyi hər
zaman Vətən eşqi ilə döyünürdü.
Qarabağda hadisələr şiddətlənəndə onunla təhsil
alan 15 nəfər azərbaycanlı kursantı ətrafına toplayaraq
“Uşaqlar, bu gün Vətənimizin ağır günüdür. Ölkənin
hərbi mütəxəssislərə böyük ehtiyacı var. Əgər biz
günahsız insanların Qarabağda axıdılan qanına biganə
qalsaq, onda torpaq bizi bağışlamaz” demişdi.
Beləliklə, Tümen Ali Hərbi Mühəndis-Komandirlər
Məktəbinin son kursunda təhsil alan tələbələr
Azərbaycana qayıdıb, təhsillərini Bakı Ali Birləşmiş
Komandirlər Məktəbində davam etdirirlər. Onlar
Biləcəridə təlim keçdikdən sonra aprelin 15-də
Goranboy rayonuna yola düşürlər. İlk gündən
“Tümendən gələn zabit” kimi tanınan 21 yaşlı
K.Kərimov istehkamçılar bölməsinə komandir təyin
olunur. O, verilən bütün tapşırıqları itki vermədən,
layiqincə yerinə yetirirdi.
1992-ci il mayın 1-də Tap-Qaraqoyunlu kəndi
ətrafında minalanmış sahələrin zərərsizləşdirilməsi
əməliyyatı başlanmışdı. Əməliyyat zamanı bir nəfər
əsgərimiz yaralanmışdı. Döyüşçüyə birinci qrup qan
lazım olanda ilk dəfə Kərim özü qan vermişdi. Mayın
5-də Kərim bir neçə döyüş
yoldaşı ilə birlikdə quldurlar
yuvası Talış təpəsinə qalx-
mış, onların döyüş hünəri
sayəsində 40 nəfərə yaxın
erməni qulduru məhv edil-
mişdi. Bölmə döyüşə-döyü-
şə yüksəkliyi ələ keçirir.
Səhər saat 5 radələrində Ta-
lış kəndindən baş qaldıran
düşmən, güclü hərbi texni-
kanın köməyilə onları mü-
hasirəyə salır. Şiddətli dö-
yüş başlanır. Kərim öz avto-
matını yoldaşına verir və
qumbaraatanla hücuma ke-
çir. Düşmənin bir döyüş
maşını vurulur. İkinci ma-
şına atəş açılanda artıq Kə-
rim yaralanmışdı. O, əsir
düşməmək üçün odlu siqnal
fişəngini sinəsinə sıxır.
Erməni quldurları Kərimin
və onun bir neçə döyüş
yoldaşının cəsədlərini götü-
rüb aradan çıxartmışdılar.
İyunun 12-də kəndlərin
erməni silahlı quldur dəstə-
lərindən təmizlənməsi əmə-
liyyatı başlanıldı. Qısa müd-
İyul
40 illiyi
Kərim Kərimov
1971-1992
Milli
Qəhrəman
2
199
dət ərzində 14 kənd geri alındı. Ayın 16-da səhər 12-
də Talış kəndinin azad olunması barədə əmr veriləndə
Kərimin atası və əmisi də döyüşlərə qoşulmuşdu. Milli
Ordumuzun tutduğu iki erməninin köməyi nəticəsində
Kərimin fermanın yanında basdırılmış cəsədi tapıldı.
Onun cəsədi Gəncə aeroportuna gətirilərək Naxçıvana
yola salındı.
1992-ci il mayın 5-də Goranboy döyüşlərində
qəhramancasına şəhid olmuş Kərim Kərimov iyunun
17-də doğma kəndi Qarahəsənlidə torpağa tapşırıldı.
Subay idi.
Azərbaycan Respublikası
Prezidentinin 11 sentyabr
1992-ci il tarixli 193 saylı
Fərmanı ilə Kərimov Kərim
Məhəmməd oğlu ölümün-
dən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” adına la-
yiq görüldü. Qarahəsənli
kəndində onun büstü qoyu-
lub. Goranboy və Şərur ra-
yonlarında adına məktəb və
küçə var.
Ədəbiyyat
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Kərimov Kərim
Məhəmməd oğlu - istehkamçılar bölməsinin komandiri - Azərbaycan Respublikasının
suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətənimizin torpaqlarının
erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla
vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti
borcunun yerinə yetirilməsində göstərdiyi misilsiz xidmətlərə görə]: Azərbaycan
Respublikası Prezidentinin Fərmanı, 16 sentyabr 1994-cü il //Azərbaycan.- 1994.- 21
sentyabr.- S.1.- (Ölümündən sonra).
Əsgərov, V. Kərimov Kərim Məhəmməd oğlu /V.Əsgərov //Azərbaycanın Milli
Qəhrəmanları.- Bakı, 2005.- S.112-113.
Yusifoğlu, İ. Yarımçıq ömrün son akkordu /İ.Yusifoğlu //Ölümü tanrıdan
gələnlər.- Bakı, 1999.- S.10-14.
Kərimov Kərim Məhəmməd oğlu //Azərbaycanın Milli Qəhrəmanları /tərt. ed.
H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.133.
Saqibə Mehrəliyeva
200
Samir Xəlil oğlu Zülfüqarov
1976-cı il iyul aynın 3-də Dəvəçi
rayonunun Ağbaş kəndində anadan
olmuşdu. O, səkkizinci sinifə kimi
burada oxumuşdu. Ailə vəziyyəti
ağır olduğu üçün, məktəbi yarımçıq
qoyaraq atası ilə bərabər işləmiş,
ailələrinə dayaq olmuşdu. 1994-cü ilin avqustunda
Dəvəçi rayon Hərbi Komissarlığı tərəfindən Milli
Ordu sıralarına həqiqi hərbi xidmətə göndərilmişdi.
Samir Zülfüqarov Yaşma qəsəbəsində yerləşən
hərbi hissələrin birində xidmət etmişdi. Komandirləri
nizam-intizamlı, nümunəvi əsgər olduğunu nəzərə
alaraq ona qısamüddətli məzuniyyət vermişdilər. Bu
vaxt respublikada vəziyyət yenidən gərginləşmişdi.
Bir qrup cinayətkar ünsürlərdən ibarət silahlı dəstə
hakimiyyəti ələ keçirmək üçün dövlət çevrilişi etmək
istəyirdi. Baş verən hadisələrə biganə qala bilməyən
Samir, məzuniyyətini yarımçıq qoyub döyüş yoldaş-
larının yanına qayıtmışdı. Milli Ordunun əsgərləri
dövlət çevrilişinə cəhd edən qüvvələrlə üz-üzə dayan-
mışdı. Onlarla aparılan danışıqlar nəticə vermədi. Qan
töküldü. Samir dövlətçiliyimiz, suverenliyimiz uğrun-
da canını qurban verdi. 17
mart 1995-ci ildə o əbədiy-
yətə qovuşdu.
Subay idi.
Azərbaycan Respublikası
Prezidentinin 4 aprel 1995-
ci il tarixli 307 saylı Fər-
manı ilə Zülfüqarov Samir
Xəlil oğluna ölümündən
sonra “Azərbaycanın Milli
Qəhrəmanı” adı verilmiş-
dir.
Dəvəçi rayonunun Ağbaş
kəndində dəfn edilmişdir.
Dəvəçi rayon 3 saylı orta
məktəb onun adını daşıyır.
Məktəbdə büstü qoyulmuş-
dur.
Ədəbiyyat
Əsgərov, V. Zülfüqarov Samir Xəlil oğlu /V.Əsgərov //Azərbaycanın Milli
Qəhrəmanları.- Bakı, 2005.- S.219.
Zülfüqarov Samir Xəlil oğlu //Azərbaycanın Milli Qəhrəmanları: Biblioqrafiya
/tərt. ed. H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.203.
Bəybala Ələsgərov
İyul
35 illiyi
Samir Zülfüqarov
1976-1995
Milli
Qəhrəman
3
201
Arif Süleyman oğlu Rəhimov
(Şamo Arif) 1936-cı il iyul ayının
9-da Qubadlı rayonunun Əyin
kəndində anadan olmuşdur. O, qar-
daşının xatirəsini əziz tutaraq, özü-
nə Şamo Arif təxəllüsünü götür-
müşdür.
Bakıda 7 saylı orta məktəbi
bitirdikdən sonra 1954-1959-cu illərdə Azərbaycan
Dövlət Neft və Kimya İnstitutunun Geoloji Kəşfiyyat
fakültəsində təhsil almışdır. 1959-2003-cü illərdə
Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat Layihə
İnstitutunda kollektor-fəhlə, texnik, baş mexanik,
mühəndis, aspirant, baş mühəndis, kiçik elmi işçi, baş
elmi işçi, aparıcı elmi işçi, eyni zamanda
“Azərekspertiza” Birliyinin direktoru vəzifələrində
işləmişdir. 1965-ci ildə o, ölkəmizdə ilk dəfə olaraq
“Yer səthinin geotekton inkişafının öyrənilməsində
Elektron Hesablama Maşınlarının tətbiqi” mövzusun-
da namizədlik dissertasiyası müdafiə edib. Neft geolo-
giyasına dair 50-dək elmi məqalələrin, “Xəzər və
neft” adlı elmi-kütləvi monoqrafiyanın müəllifidir.
Ədəbi fəaliyyətə 1957-ci ildə “Azərbaycan qadını”
jurnalında çap olunan “Qoşa çinar” hekayə-əfsanəsi
ilə başlamışdır. Çoxlu sayda roman, povest və
hekayələrin müəllifi olan Şamo Arifin əsərləri dövri
mətbuatda da vaxtaşırı dərc edilmişdir. Bu əsərlər
arasında “Səhra”, “Mənim payız çiçəyim”,
“Qınamayın məni”, “Ki-
şi kimi olmalı” və digər-
lərini göstərmək olar.
“Qınamayın məni” ro-
manının motivləri əsasında
yazdığı pyes səhnələşdiril-
mişdir. Şamo Arif “Qızıl
qələm” mükafatına layiq
görülmüşdür.
1990-cı illərdə baş verən
ictimai-siyasi hadisələr
haqqında mülahizələri ölkə-
də və xarici mətbuatda dərc
olunmuş, efirdə yayılmış-
dır. Bakıda Qanlı Yanvar
günlərində “Azadlıq” ra-
diosu ilə “İnsanlığa bəla gə-
lir”, “Qorbaçova açıq mək-
tub” ittiham bəyanatlarına
etiraz əlaməti olaraq Kom-
munist partiyası sıralarını
tərk etdiyinə görə təqib
olunmuş, tutduğu vəzifə-
lərdən kənar edilmişdir.
Sonradan ona qarşı səhvən
cinayət işi açılması rəsmən
etiraf edilsə də, uzun müd-
dət işsiz qalmışdır. Nəhayət
1995-ci ildə öz doğma
İyul
75 illiyi
Şamo Arif
1936
Yazıçı
9
202
institutuna bərpa olunmuşdur.
Hazırda orada geoloji-kəşfiyyat ümumiləşdirilməsi
laboratoriyasında aparıcı elmi işçidir.
Ədəbiyyat
Dədə Süleyman dünyası: Xatirələr /tərt. ed. və ixtis. red. Şamo Arif; red. Əbülfəs
Naxçıvanlı.- Bakı: Maarif, 2002.- 400 s.
Qınamayın məni... : [Roman] /Ş.Arif; red. M.Ələkbərli.- Bakı: Gənclik, 1992.-
516 s.
Etiraflarla tarixi həqiqətləri xatırlayarkən: Azərbaycanın özü qədər əbədi /Ş.Arif
//Azərbaycan. - 2008.- 29 aprel.- S.4.
İnternetdə
www.anl.az
www.bizimyol.az
www.gelgor.azeriblog.com
Nailə Alışova
203
Rembrandt Harmens Van Reyn
1606-cı il iyul ayının 15-də Ley-
den şəhərində dəyirmançı ailəsində
doğulmuşdur. Bir müddət Leyden
Universitetində oxumuş (1620),
sonralar Leydendə Y.Van Svanen-
bürxdən (təqr. 1620-1623) və
Amsterdamda P.Lastmandan (1623) rəssamlıq dərsi
almışdır.
O, 1627-ci ildə xüsusi emalatxana açmış və ora
şagirdlər toplamışdır. Qısa müddətdə məşhurluq qa-
zanmışdır.
1627-1631-ci illərdə Leydendə işləmiş, 1632-ci
ildə Amsterdama köçmüşdür. Burada Rembrandtın
Saskiya van Eylenbürx (1634-1642), sonra isə
Hendrikye Stoffels (təqr. 1649-1663) ilə evlənməsi
onun sonrakı həyat və yaradıcılığına mühüm təsir gös-
tərmişdir (Saskiyaya dərin məhəbbəti, əsərlərində tez-
tez onun obrazını əks etdirməsi, hər iki qadının
həyatdan vaxtsız getməsi və s.). 1630-1640-cı illərin
əvvəlləri Rembrandt yaradıcılığının uğurlu dövrü və
şəxsi həyatının xoşbəxt çağları olmuşdur. Bu illərdə
portretlər ustası kimi şöhrət qazanan Rembrandt külli
miqdarda sifariş almış, yanına çoxlu şagird gəlmişdir.
Rembrandt yaratdığı portretlərdə (“Doktor Tülpün
anatomiya dərsi”(1632), “Saskiyanın portreti” (təqr.
1634), “Saskiya ilə avtoportret” (təqr. 1635 və s.)
obrazların səciyyəvi cizgilərini məharətlə verə bil-
mişdir. Onun bu dövrdə
çəkdiyi süjetli kompozisi-
yalarda (“Çarmıxdan endi-
rilmə” (1634), “İbrahimin
qurban verməsi” (1635),
“Danaya” (1636), “Samso-
nun gözlərinin çıxardılma-
sı” (1636)) bir tərəfdən ba-
rokko incəsənətinə xas de-
korativ əlamətlər, digər tə-
rəfdən isə obrazların realist
şərhi özünü büruzə vermiş-
dir. 1642-ci ildə Rembrandt
“Gecə gözətçisi” əsərini ba-
şa çatdırmışdır. Rembrandt
ümumilikdə 250 şəkil, 300
qravür, 1000 rəsm yarat-
mışdır.
Sənətşünasların fikrin-
cə, Rembrandtın üç məşhur
əsəri onun üç üslubundan,
üç yaradıcılıq manerasın-
dan xəbər verir. Bu əsərlə-
rin birincisi ilə sonuncusu
arasında 30 illik bir zaman
məsafəsi var. Birinci əsər-
“Anatomiya dərsi” 1632-ci
ildə, ikincisi - “Gecə gözət-
İyul
405 illiyi
Rembrandt Harmens Van
Reyn
1606-1669
Holland
boyakarı
15
204
çisi” 1642-ci ildə, üçüncüsü “Sindiki” tablosu isə
1661-ci ildə fırçaya alınmışdır. Böyük zaman
fasilələrinə baxmayaraq hər üç tabloda eyni ruh
hakimdir. Bu göstərir ki, Rembrandtın bir üslubu var,
onun manerası dəyişməyib, sadəcə fırçası kamil-
ləşib. “Saksiya ilə avtoportret” kompozisiyasını
rəssam 1636-cı ildə çəkmişdir. Əsər Drezden Qalere-
yasının kolleksiyasında saxlanılır.
Görkəmli rəssam Rem-
brandt Harmens Van Reyn
4 oktyabr 1669-cu ildə 63
yaşında vəfat etmişdir.
Ədəbiyyat
Rembrandt Harmens Van Reyn (15.07.1606-04.10.1669) //Azərbaycan Sovet
Ensiklopediyası: 10 cilddə.- Bakı, 1984.- C.8.- S.111.
İnternetdə
www.antiqbook.com
www.archive.org
www.az.wikipedia.org
www.ekspress.az
www.filestube.com
Adilə Abdullayeva
205
Hüseyn Mustafa oğlu Əhmədov
1926-cı il iyul ayının 17-də Qərbi
Azərbaycanın qədim Göyçə maha-
lında - Krasnoselo rayonunun Toxluca
kəndində anadan olmuşdur.
1947-1951-ci illərdə H.Zərdabi
adına Kirovabad (Gəncə) Pedaqoji
İnstitutunun Tarix fakültəsində oxumuş və oranı
bitirmişdir. 1958-ci ildə professor Ə.Y.Seyidovun
rəhbərliyi altında “İbtidai məktəb şagirdlərinin kom-
munist əxlaqı tərbiyəsində nümunənin rolu və ondan
istifadə etmək yolları” mövzusunda dissertasiya
müdafiə edərək pedaqoji elmlər namizədi alimlik
dərəcəsi almışdır.
SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə
1946-cı ildə “Böyük Vətən müharibəsində (1941-
1945-ci illər) rəşadətli əməyə görə” medalı ilə təltif
edilmişdir.
1973-cü ildə Azərbaycan SSR “Qabaqcıl maarif
xadimi” döş nişanı ilə təltif edilmişdir. 1977-ci ildə
ona Ali Attestasiya Komissiyası tərəfindən pe-
daqogika kafedrası üzrə professor adı verilmişdir.
1972-ci ildə pedaqoji elmlər doktoru, 1977-ci ildə
SSRİ-nin Maarif əlaçısı, 1978-ci ildə Azərbaycan
SSR-nin Qabaqcıl maarif xadimi, 1981-ci ildə Azər-
baycan SSR-nin Əməkdar ali məktəb işçisi, 1990-cı
ildə SSRİ PEA-nın müxbir üzvü, 1993-cü ildə Bey-
nəlxalq PEA-nın akademiki, 1999-cu ildə Rusiya
Təhsil Akademiyasının xarici üzvü seçilmişdir. 1999-
cu ildə “Əmək veteranı” adına layiq görülmüşdür.
2000-ci ildə “Böyük Vətən
müharibəsində
qələbənin
55 illiyi” döş nişanına la-
yiq görülmüşdür.
2005-ci ildə Türk Dün-
yası Araşdırmaları Ulus-
lararası Elmlər Akademi-
yası tərəfindən “Türk Dün-
yasına Hizmet” qızıl medalı
ilə təltif edilmişdir. 2006-cı
ildə Amerika Beynəlxalq
Ekspert və Bioqrafiya
Araşdırmalar İnstitutu tə-
rəfindən pedaqogika elmi-
nin məharətli bilicisi elan
edilmiş və ona ixtisaslaşdı-
rılmış bilik sertifikatı gön-
dərilmilşdir.
Əmək və müharibə ve-
teranı Hüseyn Mustafa oğlu
Əhmədov özünün zəngin
elmi-pedaqoji fəaliyyəti ilə
haqlı olaraq daha bir titul -
Azərbaycan pedaqoji elmi-
nin ağsaqqalı titulunu qa-
zanmışdır. H.Əhmədov bu
gün təkcə özünün çoxsaylı
yetirmələrinin deyil, həm
də bütünlükdə Azərbaycan
və MDB ölkələrinin elmi-
İyul
85 illiyi
Hüseyn Əhm ədov
1926
Akademik
17
206
pedaqoji ictimaiyyətinin nəzərində pedaqogikanın ko-
rifeylərindən biridir. Azərbaycan Beynəlxalq Univer-
sitetində onun adına pedaqoji muzey yaradılmış, uni-
versitetin əsaslı kitabxana-
sına onun adı verilmiş və
kitabxananın girəcəyində
onun büstü qoyulmuşdur.
Ədəbiyyat
Seçilmiş pedaqoji əsərləri: 12 cilddə /H.Əhmədov.- Bakı: Təhsil, 2006.- C.1.-
456 s.; C.2.- 504 s.; C.3.- 440 s.; C.4.- 580 s.; C.5.- 366 s.; C.6.- 284 s.; C.7.- 320 s.;
C.8.- 320 s.; C.9.- 212 s.; C.12.- 272 s.
XIX əsr Azərbaycan məktəbi /H.Əhmədov.- Bakı: Nurlan, 2006.- 580 s.
Bəybala Ələsgərov
207
İyul
Ağdamın işğalı günü
Dostları ilə paylaş: |