Azərbaycan Milli Kitabxanası



Yüklə 5,2 Mb.
Pdf görüntüsü
səhifə13/37
tarix24.01.2017
ölçüsü5,2 Mb.
#6263
1   ...   9   10   11   12   13   14   15   16   ...   37

        Fəlsəfə

 

           Əməkdar elm xadimi, filosof Ağamirov Midhət Mirmusa oğlunun 



(15.05.1921) anadan olmasının 90 illiyi 

Fəlsəfə elmləri doktoru Qasımov Mehbalı  Məhəmməd oğlunun 

(18.05.1906-07.1963) anadan olmasının 105 illiyi 

      Folklor 

        Aşıq-şair Qarayev Bəhmən İbrahim oğlunun (Aşıq Bəhmən Göyçəli) 

        (01.05.1901-13.11.1976) anadan olmasının 110 illiyi 

     


Teatr. Kino 

     Xalq artisti, Əməkdar incəsənət xadimi, rejissor Dadaşov Soltan Baba 

     oğlunun (27.05.1906-07.09.1969) anadan olmasının 105 illiyi 

  

Rəssamlıq. İncəsənət. Heykəltəraşlıq  

  Əməkdar rəssam Əzimov Cəbrayıl Əlimuxtar oğlunun (07.05.1926- 

  10.07.1969) anadan olmasının 85 illiyi 

Alman boyakarı, qravüraçı  və incəsənət nəzəriyyəçisi Dürer Albrextin 

(21.05.1471-06.04.1528) anadan olmasının 540 illiyi 



   İdman  

   Rus  şahmatçısı,  Əməkdar idman ustası Qaprindaşvili Nona 

Terentyevnanın (03.05.1941) anadan olmasının 70 illiyi 

                    Azərbaycan basketbolçusu, idman ustası Məmmədyarov Əliyar Müslüm 

                    oğlunun (11.05.1936-26.02.1970) anadan olmasının 75 illiyi 


150 

 

     Tofiq  İsmayıl oğlu Hacıyev 



1936-cı il may ayının 1-də  Cəbrayıl 

rayonunun Soltanlı  kəndində doğul-

muşdur. 1958-ci ildə Bakı Dövlət 

Universitetinin Filologiya fakültəsini 

fərqlənmə diplomu ilə bitirmişdir. 

    T.Hacıyev 1962-ci ildə “Azərbay-

can dilinin Cəbrayıl  şivəsi” mövzu-

sunda namizədlik, 1969-cu ildə  “XX əsrin əvvəllərin-

də Azərbaycan ədəbi dili” adlı doktorluq dissertasiya-

larını müdafiə etmişdir. T.Hacıyev həm dil, həm də 

ədəbiyyat məsələləri ilə məşğul olmuşdur. Onun: “Sa-

bir: qaynaqlar və  sələflər” (1980), “Şeirimiz, nəsri-

miz, əbədi dilimiz, düşüncəmiz” (1999) kitabları, kol-

lektiv tərəfindən ali məktəblər üçün hazırlanmış, 

“Azərbaycan sovet ədəbiyyatı”  (1988) dərsliyində 

müəllif kimi iştirak bu ümumi filoloji yaradıcılığın 

nəticəsidir. T.Hacıyev Azərbaycan türk ədəbi dili ta-

rixi sahəsində  də görkəmli mütəxəssisdir. O, “Azər-

baycan ədəbi dili tarixi” (1976, 2-ci hissə 1987), “XX 

əsrin  əvvəllərində Azərbaycan  ədəbi dili” (1977), 

“Azərbaycan dili tarixi” (1983, həmmüəllif), “Azər-

baycan dili” (1993, həmmüəllif) kimi monoqrafiya və 

dərs vəsaitlərinin müəllifidir.  

     T. Hacıyev tarixli üslubiyyat sahəsində də səmərəli 

fəaliyyət göstərmişdir. Klassiklərimizin dili-üslubu ilə 

bağlı onlarla məqalələri, “Satira dili” (1975),  “Yazıçı 

dili və ideya-bədii təhlil” (1979), “Molla Nəsrəddin”-

in dili və üslubu (1983), “Füzuli: dil sənətkarlığı” 

(1994) kitabları həmin mövzudadır. T.Hacıyev ümum-

təhsil məktəbləri üçün proq-

ram və  dərsliklərin hazır-

lanmasında təşkilatçı  və 

müəllif kimi iştirak etmiş-

dir. Onun rəhbərliyi ilə ye-

niləşdirilmiş  “Orta ümum-

təhsil məktəblərinin V-XI 

sinifləri üçün türk dili proq-

ramı” (1993) çap olunmuş-

dur. İlk dəfə orta məktəblər 

üçün “Türk dili” (IX sinif 

üçün, 1994, şərikli), “Türk 

dili” (X-XI sinifləri üçün, 

1994,  şərikli) dərslikləri 

nəşr edilmişdir. 

    M.Adcının türklər haq-

qında obyektiv tarixi məlu-

mat verən “Qıpçaq çölünün 

yovşanı” və B.Serebrenni-

kovla N.Hacıyevanın  “Türk 

dillərinin müqayisəli tarixi 

qrammatikası”  əsərlərini rus-

cadan Azərbaycan türkcə-

sinə tərcümə etmişdir. 

   Ümumiyyətlə, T.Hacıyev 

20-dən çox kitabın, 400-ə 

yaxın elmi məqalənin mü-

əllifidir. 

   O,  SSRİ dövründə Kişin-

yov, Odessa, Nalçik, Tbili-

 

May  



 

75 illiyi 

    

 

Tofiq Hacıyev  



1936 

 

 



 

 

 



    Ədəbiyyatşünas



151 

si, Moskva, Alma-Ata, Düşənbə, Nukus, Bişkək, Ufa 

və başqa  şəhərlərində keçirilmiş ümumittifaq dilçilik 

müşavirə  və konqreslərinin fəal iştirakçısı olmuşdur. 

Sonra o, Qayseri (1990), Tehran (1993, 1995), 

Antalya (1993), Bakı (1992, 1994, 1996), Ankara 

(sentyabr 1996, dekabr 1997, sentyabr 2002), Urmiya 

(1997), Bursa (1996), Konya (oktyabr 1998), Təbriz 

(dekabr 1998), İzmir (2000) şəhərlərində keçirilmiş 

uluslararası elmi konqres və qurultaylarda dəyərli 

məruzələrlə çıxış etmişdir. 

    T.Hacıyev müəyyən müddət (1993) Azərbaycan 

Respublikasının Maarif naziri vəzifəsində  işləmişdir. 

1984-cü ildən BDU Türkologiya kafedrasına rəhbərlik 

edir. 1995-ci ildən Türkiyə Cümhuriyyəti Atatürk Dil, 

Tarix Kültür Qurumunun fəxri üzvüdür. 

    1998-ci  ildə T.Hacıyev Türkiyə Cümhuriyyətinin 

“Ləyaqət nişanı” (orden) ilə təltif olunmuşdur. Türki-

yə Atatürk Qurumunun hazırladığı 30 cildlik  “Türk 

dünyası  ədəbiyyatı tarixi”nin müəlliflərindən biridir. 

Türkiyənin Sanatçılar və Yazarlar Vəqfinin 2002-ci il 

üzrə  “Türk dünyasına xidmət” ödülünün sahibidir. 

    2004-cü  ilin  mayında 

Qaraman Türk Dili müka-

fatına, iyulun 17-də Atatürk 

Dil Qurumunun Üstün Hiz-

mət Baratına layiq görül-

müşdür. 


   İki cildlik “Dədə Qorqud 

kitabı ensiklopediyası”nın 

aparıcı müəlliflərindən biri 

və birinci cildinin (Bakı, 

2000) redaktorudur. 

   “Üzeyir Hacıbəyov ensik-

lopediyası” (Bakı, 1996), 

AMEA-nın altı cildlik  “Azər-

baycan  ədəbiyyatı tari-

xi”nin müəlliflərindəndir. 

    Əməkdar elm xadimidir, 

AMEA-nın müxbir üzvü-

dür. 

 

 



                                                    

Ədəbiyyat 

 

    Azərbaycan dili: (orta ümumtəhsil məktəblərinin X-XI sinifləri üçün dərslik) 

/T.Hacıyev.- Bakı: Təhsil, 2004.- 295 s. 

   Azərbaycan  ədəbiyyatı tarixi: 6 cilddə /T.Hacıyev.- Bakı, 2004.- C.1.: “Dədə 

Qorqud kitabı” bölməsi.- S.398-462. 

   Dədə Qorqud: Ensiklopedik lüğət  /tərt. T.Hacıyev.- Bakı: Öndər, 2004.-365 s. 

   Dədə Qorqud dünyası:  Məqalələr  /tərt. T.Hacıyev.- Bakı: Öndər, 2004. -239 s. 

   Qorqud ədəbiyyatı (KDQ bədii ədəbiyyat) /T.Hacıyev.- Bakı: Öndər, 2004.-366 s. 

 

Bəybala Ələsgərov


152 

 

İlham Müzəffər oğlu  Əliyev   



1961-ci il may ayının 5-də Gədəbəy 

rayonunda anadan olmuşdur. Orta 

məktəbi 1978-ci ildə bitirmiş, 1980-

ci ildə  hərbi xidmətə çagırılmışdır. 

1982-ci ildə ordudan  tərxis olun-

duqdan sonra Gədəbəy rayonunda 

Kommunal Təsərrüfatı  İdarəsində, 

sonra isə  İsmayıllı rayonunda mexanikləşdirilmiş 

dəstədə çalışmışdır. 1983-cü ildə onu DİN-in təyinatı 

ilə  İsmayıllı rayon DİŞ-nə  qəbul edirlər. Bir müd-

dətdən sonra işini Gədəbəy rayon DİŞ-nin mühafizə 

bölməsinə dəyişirlər.  

İ.Əliyev 1985-ci ildə Bryansk Xüsusi Orta Milis 

Məktəbinə daxil olmuşdur. 1987-ci ildə  Gədəbəy 

rayonunda sahə müvəkkili, Gəncə  şəhər DİŞ-də sahə 

müfəttişi, sonra isə cinayət-axtarış bölməsində  əmə-

liyyatçı  vəzifələrində çalışmışdır. O, rəhbərlik tə-

rəfindən dəfələrlə mükafatlandırılmış, “Milis əlaçısı” 

döş nişanına layiq görülmüşdür. 

   1988-1990-cı illərdə erməni quldurları müxtəlif 

səmtlərdən Azərbaycanın ayrı-ayrı bölgələrinə silahlı 

basqınlar edirdi, dinc əhalini gülləbarana tuturdular. 

19 avqust 1990-cı ildə leytenant İ.Əliyev torpaqla-

rımızın müdafiəsinə göndərildi. 

   Qazax  rayonunun Aşağı Əskipara kəndi od-alov 

içində yanırdı. Ermənistanla həmsərhəd olan bu kənd 

fasiləsiz olaraq erməni yaraqlıları tərəfindən atəşə  

 

 



 

tutulurdu. İlham 11 nəfərlik 

dəstə ilə  məktəbin binasını 

özünə mövqe seçir, quldur-

ların kəndə soxulmasına 

mane olurdu. Düşmən ağır 

itki verməsinə baxmayaraq 

geri çəkilmək istəmir, kəndi 

mühasirəyə almağa çalışırdı. 

Artıq məktəb də  təhlükə 

altında idi. İlham yoldaş-

larını xilas etmək üçün 

düşməni özünə cəlb etmişdi. 

Vəziyyət anbaan çətinlə-

şirdi. O, qarın nahiyəsindən 

ağır yaralandı. Onu Qazax 

rayon xəstəxanasına çatdır-

salar da, artıq gec idi... 

Evli idi. Bir övladı var. 

“Qırmızı Ulduz” orde-

ninə layiq görülüb. 

 Azərbaycan Respubli-

kası Prezidentinin 6 iyul 

1992-ci il tarixli 831 saylı 

Fərmanı ilə İlham Müzəffər 

oğlu  Əliyev ölümündən 

sonra “Azərbaycanın Milli 

Qəhrəmanı” adına layiq gö-

rülmüşdür.  

Gədəbəy rayonunda 

dəfn edilib. Gədəbəy  şəhə-

 

May  



 

50 illiyi 

İlham  Əliyev    

1961-1990 

 

 

 



Milli 

Qəhrəman 



153 

rindəki 1 saylı orta məktəb qəhrəmanın adını daşıyır. 

Məktəbin önündə büstü qoyulmuşdur. 

 

Ədəbiyyat 



 

Azərbaycan  Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına 

“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Əliyev  İlham Müzəffər 

oğlu - Gəncə  şəhəri PDİŞ Cinayət axtarış bölməsinin  əməliyyat müvəkkili, milis 

leytenantı - Azərbaycan Respublikasının suverenliyi və  ərazi bütövlüyünün qo-

runmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik 

və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 6 iyun 1992-ci il 

//Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1992.- №13.- S.24.- 

(Ölümündən sonra). 

 

     Əliyev  İlham Müzəffər oğlu //Azərbaycanın Milli Qəhrəmanları /tərt. ed. 



H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.60. 

Əsgərov, V. Əliyev  İlham Müzəffər oğlu /V.Əsgərov //Azərbaycanın Milli 

Qəhrəmanları.- Bakı, 2005.- S.56. 

Zeynalov, R. Əliyev  İlham Müzəffər oğlu /R.Zeynalov //Azərbaycanın Milli 

Qəhrəmanları.- Bakı, 1996.- S.56. 

 

 



Saqibə Mehrəliyeva 

 

 

 

 



Bu yolda əyilənə: 

“Ölüm haqdı”,- deyirik. 

Əbədi məzarımız 

Bu torpaqdı, deyirik. 

Vətən göyü dəyişməz 

Göy bayraqdı, deyirik. 

Qılınc çap, Vətən oğlu, Bizi Vətən çağırır! 

Məmməd Araz 

Xalq şairi 

154 

 

  Elşad Məmmədhənifə oğlu Yəhyayev 

5 may 1966-cı ildə  Şəki  şəhərində 

doğulmuşdur. 1973-cü ildə orta təhsili-

nə  Şəkidəki 12 saylı  məktəbdə başla-

mış, lakin 1977-ci ildə ailəsinin Bakıya 

köçməsi ilə  əlaqədar olaraq təhsilini 

Xətai rayonundakı 56 saylı orta məktəbdə başa vur-

muşdu. 1984-1986-cı illərdə  hərbi xidmətdə olmuş-

dur. Elşad 1987-ci ildə Saratov Ali Hərbi Komandirlər 

Məktəbinə daxil olmuş, 1991-ci ildə leytenant rütbəsi 

ilə  Vətənə dönmüşdür. Bu zaman artıq Qarabağ 

müharibəsi başlamışdı. Elşad könüllü olaraq DİN-ə 

müraciət etmiş və onu N saylı hissəyə taqım koman-

diri təyin etmişlər. Cəsur komandir Sırxavənd, Nax-

çıvanik, Papravənd kəndlərində gedən döyüşlərdə 

iştirak edərək azğın ermənilərə öz şücaətini göstərmiş, 

xeyli qulduru məhv etmişdir. Naxçıvanik kəndində 

gedən qaynar döyüşlərdə Elşad xeyli düşməni məhv 

etmişdi, lakin qəfil snayper gülləsi onun gənc ömrünü 

tamamlamışdır. 20 iyun 

1992-ci ildə o, qəhrəmanca-

sına şəhid olmuşdur.  

Azərbaycan Respubli-

kası Prezidentinin 8 ok-

tyabr 1992-ci il tarixli 264 

saylı Fərmanı ilə Yəhyayev 

Elşad Məmmədhənifə  oğ-

luna olümündən sonra 

“Azərbaycanın Milli Qəh-

rəmanı” adı verilmişdir.  

Bakı  şəhərinin  Şəhidlər 

Xiyabanında dəfn edilmiş-

dir.  Şəki rayonundakı 12 

saylı  məktəb qəhrəmanın 

adını daşıyır. Bakı  şəhərin-

dəki 56 saylı orta məktəbdə 

isə onun büstü qoyulub. 



Ədəbiyyat 

       Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına 

“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Yəhyayev Elşad 

Məmmədhənifə  oğlu - daxili qoşunların poçta komandiri - Azərbaycan 

Respublikasının suverenliyinin və  ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin 

təhlükəsizliyinin təmin edilməsində göstərdiyi  şəxsi igidlik və  şücaətə görə]: 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 8 oktyabr 1992-ci il //Azərbaycan.- 

1992.- 9 oktyabr.- S.1.- (Ölümündən sonra). 

Şahmar, E. “Elşad kimi oğlu olan ağlamaz!” /E.Şahmar //İsmayıllı qartalları.- Bakı, 

1996.- S.51-54.                                                                                Adilə Abdullayeva 



 

 

   May 



 

45 illiyi 

Elşad Yəhyayev 

1966-1992 

 

 

 



Milli 

Qəhrəman 



155 

 

 İlham Gülbala oğlu Həsənov 



1976-cı il may ayının 6-da Ağstafa ra-

yonunun Xətai kəndində anadan ol-

muşdur. 

1994-cü ilin sentyabrında Milli 

Orduya çağırılan  İ.Həsənov Bakıda 

hərbi hissələrin birində xidmətə başla-

mışdır.  

Təzə  təyinat yerində  İlham öz döyüş hazırlığını 

daha da təkmilləşdirməyə yenicə başlamışdı ki, 

məlum mart hadisələri onun planlarını yarımçıq 

qoydu. 

1995-ci ilin 13 martında bir qrup silahlı  dəstə 



xəyanət yolunu tutaraq, dövlət çevrilişinə  cəhd 

göstərdi. Təbii ki, dövlətçiliyimiz naminə bu cəhdin 

qarşısı vaxtında alınmalı idi və alındı da! Artıq mart 

ayının 17-də qiyamçı  dəstə  təmamilə  tərksilah edil-

mişdi. Çox təəssüf ki, bu çətin  əməliyyat neçə-neçə 

Vətən oğlunun qanı bahasına başa gəlmişdi. Həmin  

 

qarşıdurmada öz vətəndaş-



lıq borcunu vicdanla yerinə 

yetirən İlham Həsənov qar-

şı  tərəfdən atılan gülləyə 

tuş gəldi. 

Azərbaycan Respubli-

kası Prezidentinin 4 aprel 

1995-ci il tarixli 307 saylı 

Fərmanı ilə Həsənov İlham 

Gülbala oğluna ölümündən 

sonra “Azərbaycanın Milli 

Qəhrəmanı” adı verilmiş-

dir. 


Ağstafa şəhərinin Şəhid-

lər Xiyabanında dəfn edil-

mişdir. Ağstafa rayonunda 

İlham Həsənovun adına kü-

çə var. 

Ədəbiyyat 

Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupuna  

“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Həsənov  İlham Gülbala 

oğlu - Müdafiə Nazirliyi, sıravi - Azərbaycan Respublikasının Konstitusiya, dövlət 

quruluşunun müdafiəsi, onun müstəqilliyinin qorunub saxlanılması və dövlət çevrilişi 

cəhdinin qarşısının alınması zamanı şəxsi qəhrəmanlıq və şücaət göstərdiyinə görə ]: 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 4 aprel 1995-ci il //Azərbaycan.-

1995.- 5 aprel.- S.1.- (Ölümündən sonra). 

Əsgərov, V. Həsənov  İlham Gülbala oğlu /V.Əsgərov  //Azərbaycanın Milli 

Qəhrəmanları.- Bakı, 2005.- 215 s. 



Samirə Eminova  

 

 

 May 



 

35 illiyi 

İlham Həsənov  

1976-1995 

 

 

 



 

Milli 


Qəhrəman 



156 

 

Tаqоr Rаbindrаnаt 1861-ci il 



may ayının 7-də  Kəlkətə  şəhərində 

аnаdаn  оlmuşdur.  Оrtа  məktəbi bi-

tirdikdən sоnrа  Kəlkətə  və  Lоndоn 

univеrsitеtlərində аli təhsil аlmışdır. 

    Əsərləri 1875-ci ildən çаp еdilir. 

80-ci illərin  əvvəllərindən gеniş 

ictimаi-siyаsi fəаliyyət göstərmiş, 

“Brаhmо Çаmаc” dini-islаhаt və mааrif cəmiyyətinin 

kаtibi оlmuşdur. 

1905-ci ildən Tаqоr Bеnqаl milli аzаdlıq hə-

rəkаtının rəhbərlərindən  оlmuş, vətənpərvər ruhlu 

şеirlər yаzmışdır. “İntiqаm” (1909), “Mühаfizəkаrlıq 

qаlаsı” (1911) pyеslərində  Tаqоr dinindən  аsılı 

оlmаyаrаq bütün hindliləri milli istiqlаliyyət uğrundа 

mübаrizədə birliyə  çаğırmışdır. “Bаğlаn”, “Köçən 

quşlаr” lirik şеir tоplulаrı  Tаqоrа  gеniş  şöhrət gə-

tirmişdir. Həmin tоplulаrdаkı şеirlərə görə о, 1913-cü 

ildə Nоbеl mükаfаtınа lаyiq görülmüşdür.  

 

Yаrаdıcılığı 



bеnqаl və 

ümumiyyətlə hind ədəbiy-

yаtındа  tənqidi rеаlizmin, 

müаsir bеnqаl ədəbi dilinin 

təşəkkülündə mühüm rоl 

оynаmışdır. 

Tаqоrun “Хаlqın ruhu” 

(1911)  şеiri Hindistаnın 

milli himninə  çеvrilmişdir. 

Yаrаdıcılığı dünyа  mədə-

niyyəti  хəzinəsinə  dахil  оl-

muş, əsərləri bir çох dillərə, 

о cümlədən Аzərbаycаn di-

linə tərcümə оlunmuşdur.  

   О, 1941-ci il аvqustun 

7-də vəfаt еtmişdir.  



Ədəbiyyаt 

Sеçilmiş əsərləri: 8 cilddə /R.Tаqоr.- Bakı: Аzərnəşr, 1963-1967.- C.1-8. 

Аzərbаycаn Sоvеt  Еnsiklоpеdiyаsı: 10 cilddə /bаş  rеdаktоr C.Quliyеv.- Bakı, 

1986.- C.9.- S.118-119. 



Rus dilində 

Собрание сочинений: В 19-ти томах. Пер. с бенгал. языка Е.Быковой  

/Тагор Рабиндранат.- М.: Госплтиздарт, 1961-1965.- Т.1-12. 

Крилалани  К.  Рабиндранат  Тагор: [пер.  с  англ.] /Крилалани  Кришна; 

послесл. И.Д.Серебякова.- М.: Молодая гвардия, 1989.- 285 с. 

 

Məmməd Məmmədov 

 

 May 



 

150  illiyi 

 

Tаqоr Rаbindrаnаt 



 1861-1941 

 

 



 

 

Hind yazıçısı 





157 

 

 



 May 

 

 



 

Şuşanın işğalı günü  



 



Ərazisi – 0.29 min km



2

  

Əhalisinin sayı – 29,0 min nəfər 

İnzibati mərkəzi – Şuşa 

İşğal tarixi- 8 may 1992 

 

 

Şuşanın işğal altında olması  qəlbimizi kədərləndirir, sıxır, incidir... Şuşanın 

işğalına şərait yaradanlar, onu sadəcə olaraq hakimiyyət mübarizəsi zamanı qurban 

veriblər ki, bu da dəhşətdir.

 

Heydər Əliyev, ümummilli lider 

  

   1992-ci  il  mayın 8-i düz 19 il əvvəl Ermənistan ordusunun əs-

gərləri, Şuşanı işğal etdi. Azərbaycanın bu qədim, zəngin tarixə və 

mədəniyyətə malik şəhərinin ermənilərin əlinə keçməsi ilə Dağlıq 

Qarabağın işğalı başa çatdırıldı. Bununla ermənilər bölgənin 

Azərbaycandan faktiki qoparılmasına nail oldular.  

Lakin bu işğal ermənilərə o qədər də asan başa gəlməyib. 11 min erməni əskərinə 

cox az sayda azərbaycanlı müqavimət göstərirdi. Azlıqda olan Azərbaycan əsgərləri 

isə kömək gözləyirdilər. 10 saatdan artıq davam edən döyüşlərdə 1860 azərbaycanlı 

yaralandı, 480-i həlak oldu, 22 min nəfər öz yurdundan didərgin düşdü.  Əsir 

götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə  qədər məlumat yoxdur. İşğal 

nəticəsində  Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan 

edildi.  

Bu siyahıya Xan mağarası, Qaxal mağarası,  Şuşa qalası da olmaqla bütövlükdə 

279 dini, tarixi və  mədəni abidə daxildir. Ermənilər Azərbaycana məxsus olan bir 

çox abidənin məhv edilməsinə və ya onların erməniləşdirilməsinə nail olublar. Onlar 

Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, Mədəni-

maarif, Kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitab-

xananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar. Ümumilikdə 

1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələrinin Şuşanı işğal etməsi nəticəsin-

də Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib. 

Düşmənlərimiz  Şuşanı müvəqqəti işğal etsələr də, kənd-kəsəklərinə yabançı ad 

qoysalar da onu heç vaxt özününküləşdirə bilməyəcəklər.    


158 

 

Vəli Yusif oğlu Axundov 1916-cı il 

mayın 14-də Bakı quberniyasının 

Saray kəndində fəhlə ailəsində anadan 

olmuşdur. 

İlk təhsilini Saray kənd məktəbində 

alan Vəli, 1929-cu ildə həmin məktəbi 

bitirib Biləcəri stansiyasındakı fabrik-

zavod məktəbinə daxil olmuşdur. O, 

1931-ci ildə  sənət məktəbini bitirib Bakı  Sənaye 

texnikumuna daxil olmuşdur. 1935-ci ildə texnikumun 

Kimya  şöbəsini bitirib kimyaçı texnik peşəsinə 

yiyələnmişdir. O, təhsilini davam etdirmək və ali 

təhsil almaq məqsədilə  əvvəlcə Azərbaycan Sənaye 

İnstitutunun hazırlıq kursunda oxumuş, 1937-ci ildə 

isə Azərbaycan Tibb İnstitutuna daxil olmuşdur. 

V.Axundov institutda oxumaqla yanaşı ATİ-nin 

ictimai elmlər kafedrasının laborantı, “Tibbi kadrlar 

uğrunda” qəzetin redaktoru və komsomol komitəsinin 

katibi vəzifəsində çalışmışdır. 

1941-ci ildə ATİ-ni müvəffəqiyyətlə bitirən 

V.Axundov orduya çağırılır. V.Axundov 1941-1945-

ci illər Böyük Vətən müharibəsində 20-ci atıcı 

diviziyanın tərkibində bir həkim kimi adi həkim-

əsgərdən xüsusi tibbi-sanitar batalyonunun komandiri 

vəzifəsinədək yüksəlmiş, Rusiya, Belorusiya, Alma-

niya, Çexoslovakiya ərazisində gedən döyüşlərdə 

iştirak etmişdir. 

1946-cı ildə ordudan tərxis olunan V.Axundov 

ATİ-na qayıtmış, Tibb tarixi kafedrasının assistenti 

qəbul edilmiş  və Epidemiologiya, Mikrobiologiya və 

Gigiyena  İnstitutunun elmi 

işçisi, direktoru olmuşdur. 

Tezliklə Azərbaycan Tibb 

İşçiləri Həmkarlar  İttifaqı 

Respublika Komitəsinin 

sədri seçilir və 1946-1949-

cu illərdə bu vəzifədə ça-

lışır. 

V.Axundov 1949-1952-



ci illərdə Azərbaycan SSR 

Səhiyyə nazirinin müavini, 

1952-1953-cü illərdə isə 

Bakı Vilayəti Səhiyyə 

şöbəsinin müdiri olmuşdur. 

1953-1954-cü illərdə 

V.Axundov Azərbaycan 

KP MK-da İnzibati, ticarət-

maliyyə  və plan orqanları 

şöbəsi müdirinin müavini 

vəzifəsində 

işləmişdir. 

V.Axundov 1954-1958-ci 

illərdə isə Azərbaycan SSR 

Səhiyyə naziri vəzifəsini 

aparmışdır. 

O, 1958-ci ilin fevral 

ayında Azərbaycan KP MK 

katiblərindən biri seçilmiş, 

bir qədərdən sonra - 1958-

ci ilin iyulunda isə Azər-

baycan SSR Nazirlər 

 

 May 


 

95 illiyi 

Vəli Axundov  

1916-1986 

 

 

 



 

Həkim 

14 


159 

Sovetinin sədri vəzifəsinə  təyin edilmişdir. O, bu 

məsul dövlət vəzifəsində 1959-cu ilin iyuluna qədər 

çalışmışdır. 

1959-1969-cu illərdə Azərbaycan KP MK-nın 

birinci katibi vəzifəsində çalışmışdır.  

V.Axundov 1956-cı ildə namizədlik dissertasiya-

sını müdafiə etmiş  və SSRİ Ali Attestasiya Komis-

siyası ona tibb elmləri namizədi, 1964-cü ildə isə tibb 

elmləri doktoru elmi dərəcəsi vermişdir. 

1969-cu il iyulun 14-də birinci katib vəzifəsindən 

azad edilmişdir. H.Əliyevin sədrliyi ilə keçirilən 

Azərbaycan KP MK bürosunun iclasında V.Y.Axun-

dovun birinci katib olarkən istifadə etdiyi tibbi və 

məişət xidmətləri özündə saxlanılmışdır. 

V.Axundov 1969-cu ildə isə Azərbaycan Elmlər 

Akademiyasının akademiki seçilmişdir. 1969-1972-ci 

illərdə V.Axundov Azərbaycan SSR Elmlər Akade-

miyasının vitse-prezidenti olmuş  və akademiyanın 

səhiyyə sahəsinə  rəhbərlik etmişdir. V.Axundov 

1972-1986-cı illərdə Q.M.Musabəyov adına Virusolo-

giya, Mikrobiologiya və Gigiyena İnstitutunun direk-

toru olmuşdur. 

V.Axundov ictimai və 

siyasi fəaliyyət göstərdiyi 

dövrdə dəfələrlə AKP, Sov. 

İKP MK, Azərbaycan AKP 

MK bürosunun üzvü, Azər-

baycan, SSRİ Ali sovetləri-

nin, Azərbaycan SSR Ali 

Soveti rəyasət heyətinin 

üzvü olmuşdur. 

V.Axundov Lenin orde-

ni, II dərəcəli Vətən müha-

ribəsi, Qırmızı Ulduz or-

denləri və müxtəlif medal-

larla təltif olunmuşdur. 

V.Axundov 1986-cı il 

avqustun 22-də Bakı  şəhə-

rində  vəfat etmiş  və  Fəxri 

Xiyabanda dəfn olunmuş-

dur. 


Ədəbiyyat 

Vəli Axundov //Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə.- Bakı, 1976.- C.1.-

S.495. 

Qasımlı, M. Azərbaycanın Baş nazirləri /M.Qasımlı, C.Hüseynov.- Bakı, 2005.-



S.25. 

Rus dilində 

Некоторые  вопросы  гигиены  сельских  населенных  мест  Азербайджанской 

ССР / В.Ахундов.- Баку, 1972. 

İnternetdə 

www. adam.az 

www.az.wikipedia.org                                                 Məmməd Məmmədov


160 

 

 

 May 



 

 

Laçının işğalı günü  



Yüklə 5,2 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin