Azərbaycan Milli Kitabxanası



Yüklə 5,2 Mb.
Pdf görüntüsü
səhifə15/37
tarix24.01.2017
ölçüsü5,2 Mb.
#6263
1   ...   11   12   13   14   15   16   17   18   ...   37

       Milli Qəhrəmanlar

 

         Azərbaycanın Milli Qəhrəmanı Salahov Şakir Şamil oğlunun 

         (15.06.1966-28.01.1992) anadan olmasının 45 illiyi 

         Azərbaycanın Milli Qəhrəmanı  Sədiyev Vəzir  İsa oğlunun 

(06.06.1961-19.02.1993) anadan olmasının 50 illiyi 


170 

Azərbaycanın Milli Qəhrəmanı  Məcidov Zakir Nüsrət oğlunun 

(26.06.1956-06.08.1992) anadan olmasının 55 illiyi 

                      Azərbaycanın Milli Qəhrəmanı Əliyev Yavər Yaqub oğlunun  

 (27.06.1956-29.02.1992) anadan olmasının 55 illiyi 

Azərbaycanın Milli Qəhrəmanı Hüseynov Elşən  İbrahim oğlunun 

(30.06.1976-17.03.1995) anadan olmasının 35 illiyi 

     Siyasət. Hərbi iş 

       Daxili xidmət general-leytenantı Heydərov Arif  Nəzər oğlunun 

      (28.06.1926-29.06.1978) anadan olmasının 85 illiyi 

    


      Mühəndis işi. Texnika  

          Əməkdar inşaatçı mühəndis, Sosialist Əməyi Qəhrəmanı Abdullayev 

Məzahir Ağaverdi oğlunun (03.06.1911) anadan olmasının 100 illiyi 

      Fizika 

         İngilis fiziki, klassik elektrodinamikanın banisi Maksvell Ceym 

         Klerkın (13.06.1831-05.11.1879) anadan olmasının 180 illiyi 

 

       Kimya. Biologiya 

         Neyrocərrahlıq elminin banilərindən biri Burdenko Nikolay Niloviçin  

         (03.06.1876-11.11.1946) anadan olmasının 135 illiyi 

Dövlət mükafatı laureatı, biologiya elmləri doktoru, professor Hacıyeva 

Nina Alekseyevnanın (14.06.1926) anadan olmasının 85 illiyi 

AMEA-nın müxbir üzvü, Fiziologiya İnstitutu Ekoloji fiziologiya 

laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor Qasımov 

Rafiq Yunisəli oğlunun (26.06.1931) anadan olmasının 80 illiyi 

       Musiqi 

        Xalq artisti, dirijor, professor Əzimov Nəriman Abbasqulu oğlunun  



171 

 (01.06.1936) anadan olmasının 75 illiyi 

Azərbaycanın  Əməkdar artisti, xanəndə Mehrəliyeva Fatma Yusif 

qızının (04.06.1926-04.01.2000) anadan olmasının 85 illiyi 

SSRİ  və Azərbaycanın Xalq artisti, istedadlı müğənni Qasımova 

Xuraman Əkrəm qızının (06.06.1951) anadan olmasının 60 illiyi  

Xalq artisti, tarzən Bayramov Həbib  Əbdülhüseyn oğlunun 

(14.06.1926-15.08.1994) anadan olmasının 85 illiyi 

Xalq artisti, bəstəkar Cahangirov Cahangir Şirgəşt oğlunun 

(20.06.1921-25.03.1992) anadan olmasının 90 illiyi 



 Teatr.Kino 

  Rus kino rejissoru, kinodramaturq və kino nəzəriyyəçisi, SSRİ Xalq 

artisti Gerasimov Sergey Apollinariyeviçin (03.06.1906-26.11.1985) 

anadan olmasının 105 illiyi 

Azərbaycanın Xalq artisti Xanızadə Hamlet Bəbir oğlunun (05.06.1941-

23.02.1990) anadan olmasının 70 illiyi 



Kitabxana işi. Kitabxanaşünaslıq 

Gözdən Əlillər üçün Respublika Kitabxanasının (01.06.1981) 

yaradılmasının 30 illiyi

 

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının 

direktoru, filologiya elmləri doktoru Əliyeva-Kəngərli Aybəniz İbrahim 

qızının (06.06.1946) anadan olmasının 65 illiyi 



172 

 

Fatma Yusif qızı Mehrəliyeva 

1926-cı il iyun ayının 4-də Quba 

şəhərində anadan olmuşdur. Hələ 

12 yaşında ikən Bülbülün seçimi 

ilə bu sənətə  qədəm qoymuşdur. 

Üzeyir Hacıbəyli onu öz hima-

yəsinə götürərək, atalıq etmiş  və 

sənətin sirlərini ona öyrətməyə 

nail olmuşdur. Məhz dahi Üzeyir bəyin onun ya-

radıcılığında böyük rolu olmuşdur. F.Mehrəliyeva 

sənət aləmində Ü.Hacıbəylini, S.Rüstəmovu, 

X.Şuşinskini, C.Qaryağdıoğlunu, Q.Əsgərovu, A.Ba-

bayevi, Ş.Ələkbərovanı, H.Əliyevi çox sevirdi. 

O,  əmək fəaliyyətinə 1940-cı ildə “Sazçı  qızlar” 

ansamblında başlamışdır. Elə həmin ildən Azərbaycan 

Dövlət Filarmoniyasının solisti olmuş, geniş konsert 

fəaliyyəti göstərmişdir. Ü.Hacıbəylinin “Şəfqət 

bacısı” mahnısının ilk ifası ona uğur qazandırmışdır. 

Müğənni “Kəsmə  şi-

kəstə”nin  əvəzsiz ifaçısı 

olmuşdur.  

F.Mehrəliyevanın ifa 

etdiyi muğamlar və mah-

nılar radionun “Qızıl fon-

dun”a daxil edilmişdir. 

1945-ci ildə  çəkilmiş “Ar-

şın mal alan” filmində Telli 

rolunun ifaçısı olmuşdur. 

Müğənni 1956-cı ildə 

Respublikanın 

Əməkdar 


artisti fəxri adına layiq gö-

rülmüş, bir çox orden və 

medallarla təltif edilmişdir. 

Fatma Mehrəliyeva 

2000-ci ildə yanvar ayının 

4-də vəfat etmişdir. 



 

Ədəbiyyat 

     Fatma Mehrəliyeva //Azərbaycan musiqi dünyası.- Bakı, 2001.- S.31. 

Mehrəliyeva Fatma //Muğam ensiklopediyası;

 

Heydər  Əliyev Fondu.- Bakı, 



2009.- S.125. 

Təhmirazqızı, Sədaqət. “Kəsmə  şikəstə”nin Fatma zirvəsi: (Fatma Mehrəliyeva 

haq.) //Mədəniyyət.- 2010.- 9 iyun.- S. 11. 

İnternetdə 

www.anl.az 

www.az.wikipedia.org 

Səmayə Quliyeva 

 

 

  İ



yun 

 

85 illiyi 



 

 

Fatma Mehrəliyeva



 

 

 

1926-2000 

 

 

 



 

 

Xanəndə 





173 

 

Hamlet Bəbir oğlu Xanızadə 



1941-ci il iyun ayının 5-də    Ba-

kıda doğulmuşdur. 1965-ci ildə 

Azərbaycan Dövlət Teatr İnsti-

tutunun  Dram və kino aktyorluğu 

fakültəsini bitirmişdir. Son kursda 

oxuyanda institutda oynadığı ma-

raqlı rollara görə Azərbaycan Milli Dram Teatrının 

aktyor heyətinə qəbul edilmişdir. 

Mürəkkəb faciə rollarını, ziddiyyətli xarakterə malik 

romantik-dramatik obrazları ustalıqla yaratmışdır.  

1982-ci ildə Azərbaycan Respublikasının  Əməkdar 

artisti adına layiq görülmüşdür. 1984-cü ildə Hüseyn 

Cavidin “İblis” faciəsindəki  İblis roluna görə Dövlət 

mükafatı ilə təltif edilmişdir. 

 

 

 



Aktyor iyirmiyə yaxın 

bədii filmə  çəkilmişdir. 

“Yeddi oğul istərəm”, “Ba-

bək” və “Arxadan vurulan 

zərbə” kinolentlərindəki 

Gizir, Xəlifə Mötəsim və 

İmaş onun ən maraqlı ekran 

obrazlarıdır. 

Aktyor, 1986-cı il may 

ayının 5-dən etibarən teatr-

dan Cəfər Cabbarlı adına 

“Azərbaycanfilm” kinostu-

diyasına getmişdir. 

Hamlet Xanızadə 23 fev-

ral 1990-cı ildə Bakıda 

vəfat etmiş və doğma kəndi 

Şağanda dəfn edilmişdir. 

Ədəbiyyat

Xanızadə Hamlet //Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə.- Bakı, 1987.-  

C.10.- S.48. 

Mehdixanlı, T. Onu unutmaq olmur: [Əməkdar artist Hamlet Xanızadə haq.] 

/T.Mehdixanlı  //Azərbaycan.- 2005.- 20 fevral.- S. 5. 

Mükərrəmoğlu, M. Dramatik rolların ölməz ifaçısı: [Hamlet Xanızadə haq.] 

/M.Mükərrəmoğlu //Xalq qəzeti.- 2005.- 27 yanvar.- S. 5.  

Rəhimli,  İ. Hamlet Xanızadə  /İ.Rəhimli //Azərbaycan teatr tarixi.- Bakı, 2005.- 

S.372-373. 

 

 



İnternetdə  

www.az.wikipedia.org                                                                        Səmayə Quliyeva 



 

              

 

İyun 



 

70 illiyi 

Hamlet Xanızadə        

1941-1990 

 

 

 



 

Aktyor 




174 

 

      Vəzir  İsa oğlu Sədiyev 1961-ci 

il iyun ayının 6-da Gürcüstan 

Respublikasının Marneuli rayonu-

nun Aşağı  Qullar kəndində do-

ğulmuşdur.  İbtidai təhsilini doğma 

kəndlərində, orta təhsilini isə Qərbi 

Azərbaycanın Körpülü kəndində 

almışdır. Tbilisi Ali Hərbi Artilleriya Məktəbinə daxil 

olmuşdur. Hərbi məktəbi  müvəffəqiyyətlə bitirdikdən 

sonra onu təyinatla Rusiyanın Qorki şəhərindəki hərbi 

məktəblərdən birinə müəllim göndərilmişdir. O, bura-

da üç  il müəllimlik etdikdən sonra könüllü olaraq 

Əfqanıstana gedir. Batalyon komandiri kimi Əfqanıs-

tan müharibəsində 2 il 4 ay iştirak edir. Döyüşlərin 

birində ağır yaralanaraq müalicə alır. Yenidən Zabay-

kal hərbi dairəsinə qayıdır. O, 122 saylı artilleriya və 

raket qoşunları məktəbində 41659 saylı hərbi hissənin 

qərargah rəisinin müavini vəzifəsinə təyin edilir. Ona 

mayor rütbəsi verilir. Bununla yanaşı o, ikinci 

dərəcəli “Peşəkar zabit” döş nişanına layiq görülmüş-

dür. 


      Dəhşətli Xocalı Soyqırımı xəbərini eşidərkən onu 

Zabaykalda heç bir qüvvə saxlaya bilməmişdi.  O, 

Azərbaycanın Müdafiə Nazirliyinə müraciət etmiş, 

nazirliyin 26 avqust 1992-ci il 01529 saylı  Əmrinə 

əsasən Artilleriya və Hərbi Hava Qüvvələri İdarəsində 

Döyüş hazırlığı  şöbəsinin rəis müavini vəzifəsinə 

təyin edilmişdir. Vəzir Sədiyev Laçın, Qubadlı, Füzu-

li, Ağdərə rayonlarında gedən döyüşlərdə  iştirak et-

mişdi. Milli Orduda artil-

leriyanın  yaradılmasında 

böyük rolu olan Vəzir, xü-

susilə, Ağdərə  uğrunda ge-

dən dəhşətli döyüşlərdə  əsl 

hərbçi olduğunu bir daha 

sübut etmişdir.  

     1993-cü  ilin  fevral  ayı-

nın 19-da cəsur komandir 

Vəzir Sədiyev Ağdərənin  

Aterk kəndi uğrunda gedən 

döyüşlərdə  qəhrəmancasına 

həlak olmuşdur. 

     Vəzir Sədiyev hərbi xid-

məti zamanı 2 orden, 3 me-

dal və eləcə  də keçmiş 

SSRİ Ali Sovetinin fəxri 

fərmanları ilə təltif edilmiş-

dir. 

 Ailəli idi. Bir qızı  yadi-



gar qalıb. 

 Azərbaycan Respubli-

kası Prezidentinin 15 yan-

var 1995-ci il tarixli 262 

saylı  Fərmanı ilə mayor 

 

Sədiyev Vəzir  İsa oğluna 



ölümündən sonra “Azər-

baycanın Milli Qəhrəmanı” 

adı verilmişdir. 

 

İyun  



 

50 illiyi 

Vəzir Sədiyev 

1961-1993   

 

 

 



Milli 

Qəhrəman 



175 

      Bakı  şəhərinin  Şəhidlər Xiyabanında dəfn edilmişdir. 

 

Ədəbiyyat 

 

Azərbaycan Respublikasının bir qrup hərbi qulluqçusuna və polis işçilərinə 



“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Sədiyev Vəzir İsa oğlu –

mayor - Azərbaycan Respublikasının suverenliyi və  ərazi bütövlüyünün qorun-

masında, Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində 

gedən döyüşlərdə  qəhrəmanlıqla vuruşaraq göstərdiyi  şəxsi igidlik və  şücaətə, öz 

müqəddəs  əsgəri və xidməti borcunu şərəflə yerinə yetirilməsindəki misilsiz 

xidmətlərinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 15 yanvar 1995 

ci il  //Azərbaycan.- 1995.-17 yanvar.- S.1.- (Ölümündən sonra). 

 

Əsgərov, V. Sədiyev Vəzir  İsa oğlu /V.Əsgərov  //Azərbaycanın Milli Qəhrə-



manları.-Bakı, 2005.- S.200. 

Sədiyev Vəzir İsa oğlu: (1961-1993) //Azərbaycanın Milli Qəhrəmanları /tərt. ed. 

H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.187. 

Zeynalov, R. Sədiyev Vəzir  İsa oğlu: (1961-1993) /R.Zeynalov, R.Sədiyev 

//Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 1996.- S.57. 

         Saqibə Mehrəliyeva 

 

 



 

 

 



Yazma mənim qismətimə nəhs taleyi, puç günü, 

Güllələrdən qaçan günü - günah günüm, suç günüm, 

Ölüm nədir - yer üstündən yer altına köç günüm 

Tanrım, məni şəhid elə bu torpağın yolunda! 

 

Qəzəbimi şəhid elə qeyrət kimi cücərsin, 



Gəncliyimi şəhid elə şəhidliyi becərsin. 

Oğul gərək varlıq üçün yox olmağı bacarsın, 

Tanrım, məni şəhid elə bu torpağın yolunda, 

Bu məsləkin, bu millətin, bu bayrağın yolunda! 



 

 

 

 

 

 

 

 

 

Zəlimxan Yaqub,  

 Xalq şairi 

176 

 

Aybəniz İbrahim qızı Əliyeva-

Kəngərli 1946-cı il iyun ayının 6-

da Naxçıvan Muxtar Respublika-

sının  Şərur rayonunda ziyalı ailə-

sində anadan olmuşdur. 

1968-ci ildə Bakı Dövlət Uni-

versitetinin Kitabxanaçılıq fakültəsini fərqlənmə 

diplomu ilə bitirərək, elə həmin il təyinat üzrə Elmlər 

Akademiyasının Nizami Gəncəvi adına  Ədəbiyyat 

Muzeyində kitabxana müdiri vəzifəsində  işləməyə 

başlamışdır. Bu illər ərzində müxtəlif beynəlxalq elmi 

konfranslarda iştirak etmiş, Azərbaycanda kitabxana-

çılığın, informasiya texnologiyalarının inkişafına 

xidmət edən simpozium və seminarlarda məruzələrlə 

çıxış etmişdir. 1992-ci ildə “Azərbaycan nağıllarında 

qadın obrazı” adlı namizədlik dissertasiyası müdafiə 

edərək alimlik dərəcəsi almışdır. Bir neçə kitabın, 

100-ə yaxın elmi-nəzəri tənqidi məqalənin, 20 

biblioqrafik göstəricinin müəllifi, redaktorudur. 

2000-ci ildən Azərbaycan Milli Elmlər Akademi-

yasının Mərkəzi Elmi Kitabxanasında direktor müa-

vini, 2002-ci ildən direktor 

vəzifəsində çalışır. 2010-cu 

ildə “Azərbaycan folklor 

kitabı: qaynaqları, təşək-

külü və inkişaf mərhələləri” 

adlı doktorluq dissertasi-

yasını müvəffəqiyyətlə mü-

dafiə etmişdir. 

Azərbaycan Milli Elm-

lər Akademiyasının Fəxri 

Fərmanı ilə  təltif edilmiş-

dir.  


Azərbaycan “Lider qa-

dınlar” konfederasiyasının 

AMEA üzrə idarə heyyəti-

nin sədridir. Ailəlidir. 2 

qızı, 2 nəvəsi var. 

 

Ədəbiyyat 

 

Abdulla İsmayıl oğlu Qarayev: biblioqrafiya /AMEA Mərkəzi Elmi Kitabxana; 

tərt. A.İ.Əliyeva-Kəngərli; red. T.M.Ağayev.- Bakı: Elm, 2009.- 290 s. - (Azərbayca-

nın elm və mədəniyyət xadimləri)  

Aida Nəsir qızı  İmanquliyeva: biblioqrafiya /tərt.-müəl. A.Əliyeva-Kəngərli, 

İ.Səfərov; red. V.Məmmədəliyev; AMEA, Mərkəzi Elmi Kitabxana.- Bakı: Elm, 

2009.- 245 s. (Azərbaycanın elm və mədəniyyət xadimləri) 

 

  İ



yun 

 

65 illiyi 



Aybəniz  Əliyeva-

Kəngərli 

1946 

 

 



 

Folklorşünas 

alim 



177 

Azərbaycan folkloru və kitab mədəniyyəti /A.Əliyeva-Kəngərli.-B.: Elm, 2008.-

423 s. 

Müasir Azərbaycanda elmin informasiya təminatı  və kitabxanalar /A.Əliyeva-



Kəngərli; elmi red.A.Xələfov; rəyçi. R.Kazımov, X.İsmayılov.- Bakı: Elm, 2007.- 

394 s. 


AMEA Mərkəzi Elmi Kitabxanası müasir informasiya məkanında /A.Əliyeva-

Kəngərli //Respublika.- 2010.- 1 iyul.- S.8. 

Azərbaycan elmi kitabı postsovet məkanında /A.Əliyeva-Kəngərli //Elm .-2007.- 

30 oktyabr.- S. 7.  

Azərbaycan folklor kitabının hazırlanmasında Hənəfi Zeynallının rolu //AMEA 

Mərkəzi Elmi Kitabxanası. Elmi əsərlər.- 2009.- № 10.- S.139-144. 

Kitabxana informasiya cəmiyyətinin  əsas infrastruktur elementidir /A.Əliyeva-

Kəngərli //Kitabxanalar biliklər cəmiyyətində: (ikidilli Azərbaycan-Rusiya layihəsi).-

Bakı, 2006.- S.128-132.  

Müstəqillik dövründə  Mərkəzi Elmi Kitabxananın fondlarının formalaşması: 

inkişafı  və  təkmilləşdirilməsi tendensiyaları (tədqiqat materialları  əsasında) 

/A.İ.Əliyeva-Kəngərli //Kitabxanaşünaslıq və informasiya: jurnal.- 2010.-№ 1.- S.32-

39. 

Rus dilində 

 

Алиева-Кенгерли  А.И.  Книжное  дело  в  средневековом  Азербайджане   



/А.И.Алиева-Кенгерли, Мамедова Л.Г. //AMEA Mərkəzi Elmi Kitabxanası. Elmi 

əsərlər.- 2009.- № 10.- 124-130. 

 

İnternetdə 

www.csl-az.com 

www.elibrary.az 

www.meqale.lit.az 

   Adilə Abdullayeva 


178 

 

     Xuraman Əkrəm qızı Qasımova  

1951-ci il iyun ayının 6-da Bakı 

şəhərində anadan olmuşdur.  

1975-ci ildə Azərbaycan Dövlət 

Konservatoriyasını bitirmişdir. 

1976-cı ildən Azərbaycan Opera və Balet Teatrının 

solistidir. Səsinin tembri sopranodur. Çox az müddət 

Musiqili Komediya Teatrında işləmişdir. 

   Birinci  mükafatı 1977-ci ildə  İfaçıların 5-ci Zaqaf-

qaziya müsabiqəsində almışdır. Həmin ildə vokalist-

lərin M.Qlinka adına 7-ci Ümumittifaq müsabiqəsinin 

laureatı olmuşdur.  

  Onun  əsas partiyaları F.Əmirovun “Sevil” opera-

sında Sevil və Dilbər, Üzeyir Hacıbəylinin “Koroğlu” 

operasında Nigar, C.Puççininin “Bohema” operasında 

Mimi və Müzetta, C.Verdinin “Otello” və “Aida” 

operasında Dezdemona və Aida, P.Çaykovskinin 

“Yevgeni Onegin” operasında Tatyana, Covanni 

Perqomzininin “Xanımın qulluqçusu” operasında 

Serpina, Şarl Qunonun “Faust” operasında Marqarita, 

Zakir Bağırovun “Qoca Xottabıç” operasında Leyla 

və başqa operalarda yaratdığı obrazlar Xuraman 

Qasımovanın hərarətli sənət axtarışlarının parlaq 

nailiyyətləridir.  

    1981-ci ildə  Mariya Kallas adına Beynəlxalq mü-

sabiqənin laureatı olmış, “Qran pri” mükafatının qızıl 

medalına layiq görülmüşdür. 1982-ci  

ildə  Moskvada keçirilən ifaçıların P.Çaykovski adına 

8-ci Beynəlxalq müsabiqəsinin laureatı olmuşdur. 

    

 

Xuraman Qasımova Opera 



və Balet Teatrına solist 

götürülməmişdən 

əvvəl, 

məktəbli vaxtlarından bir 



neçə  bədii filmdə baş 

rollara çəkilmişdir. Buna 

görə də hələ vokal sənətin-

də tanınmamışdan əvvəl ki-

no aktrisası kimi populyar 

olmuşdur. O, “Liftçi qız” 

filmində baş rolu ifa etmiş-

dir. Sonralar “Mən ki, gözəl 

deyildim”, “Həyat bizi sı-

nayır” filmlərində  də ma-

raqlı rollar oynamışdır. Vo-

kal ifaçılığında isə bir qədər 

sonralar uğur qazanmışdır.  

    1982-ci  ildən Bakı Mu-

siqi Akademiyasında peda-

qoji fəaliyyətlə  məşğuldur.   

Xuraman Qasımova sənət 

nailiyyətlərinə görə 1984-

cü ildə Azərbaycan Dövlət 

mükafatı laureatı,  1986-cı 

ildə isə Azərbaycan Res-

publikasının Xalq artisti 

fəxri adlarına layiq görül-

müşdür. 1988-ci ildə 8-ci 

 

  İ


yun 

 

60  illiyi 



Xuraman Qasımova 

1951 


 

 

 



 

Müğənni 



179 

Beynəlxalq Çaykovski müsabiqəsinin gümüş meda-

lına layiq görülmüşdür.  

    1994-cü  ildən  İstanbul Dövlət Universitetinin 

Konservatoriyasının professorudur. 1996-cı ildən 

professor adı almışdır. 2001-ci ildə isə  “Şöhrət” 

ordeni ilə təltif edilmişdir. 

   Xuraman  Qasımova bir sıra xarici ölkələrdə Bol-

qarıstanda, Çexoslovakiyada, Maltada, Fransada, 

Avstriyada, Norveçdə, Türkiyədə, Finlandiyada çı-

xışlar etmişdir. 

   Xuraman  Qasımova hal-

hazırda öz şərəfli sənət 

yolunu yorulmadan sevə-

sevə davam etdirir. O, ifa-

çılıq vokal ustalığı ilə vokal 

yaradıcılıq sahəsində  həm 

respublikamızda, həm də 

respublikadan kənar ölkə-

lərdə də tanınır. 

 

Ədəbiyyat 

 

Abdultalıbzadə, G. Xuraman Qasımova otuz illik sənət yolu /G.Abdultalıbzadə 

//Musiqi dünyası.-2008.- №1-2.-S.127-130. 

Bakı Musiqi Akademiyası:Yeni tədris kurslarında solo oxuyan tələbələr üçün /elmi 

redaktoru Xuraman Qasımova.- Bakı, 2008.- 39 s. 

Musiqini sevirəm deməklə  sənətkar olmaq mümkün deyil //Paritet.-2008.-18-19 

sentyabr.-S.13. 

Nəcəfova, G. O ki, gözəldir /G.Nəcəfova // Mədəniyyət.- 2009.- 26 iyun.- S.4.  

 

İnternetdə 

   www.anl.az 

 

                                                             Samirə Eminova 


180 

 

 Həbib  Əbdülhüseyn oğlu Bayra-

mov  1926-ci il iyun ayının 14-də 

Bakı şəhərində anadan olmuşdur. 

   Həbib Bayramov hələ kiçik yaş-

larından tara bağlanmış, sonralar 

ömrü boyu onu doğma balası kimi 

sinəsinə  sıxaraq “oxşamış”, din-

ləyicilərin də ürəyini oxşaya bil-

mişdir. Onların evində musiqiçi olmamışdır. Atası 

onun tara olan sevgisini hiss etmişdi və 13 yaşı tamam 

olan günü ona tar hədiyyə almışdı. Elə  həmin gün 

atası onu musiqi məktəbinə,  Əhməd Bakıxanovun 

yanına aparmışdı. 

 H.Bayramov 1941-ci ildən  Əhməd Bakıxanovun 

rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında 

çalışmışdır. 1943-cü ildə Asəf Zeynallı adına Orta 

İxtisas Musiqi məktəbində müəllim çatışmadığı üçün 

Həbib Bayramov həm muğamat sinfində  dərs demiş, 

həm də əlaçı tələbə kimi təhsil almışdır. 

 1949-cu  ildən M.Maqomayev adına Azərbaycan 

Dövlət  Filarmoniyasının, Azərbaycan Qastrol-konsert 

Birliyi təşkil olunandan sonra isə bu birliyin solisti ol-

muşdur.  

 Həbib Bayramov musiqi aləmində  şərəfli həyat 

yolu keçmişdir. Bu yolda nə qədər uğur, sevinc, yad-

daqalan konsertlər, xarici səfərlər, maraqlı epizodlar, 

təltiflər, fəxri adlar həmişə  sənətkarı müşayiət etmiş-

dir. 

  İstedadlı tarzənin xaricə ilk səfəri 1951-ci ildə ol-



muşdur. O, Berlində keçirilən tələbələrin üçüncü 

ümumdünya festivalında 

iştirak etmiş, festivalın lau-

reatı adına layiq görülmüş-

dür. Sonralar Polşaya, Ka-

nadaya,  İraqa, Suriyaya, 

Yəmənə, Küveytə,  İordani-

yaya, Əfqanıstana, Türkiyə-

yə, Danimarkaya, Avstriya-

ya,  İngiltərəyə, Hindistana, 

Nepala, İtaliyaya, İspaniya-

ya, Fransaya qastrol səfər-

ləri etmiş, Azərbaycan mu-

siqisini, Azərbaycan tarını 

həmin ölkələrdə bir daha 

sevdirmiş,  şöhrətləndirmiş-

dir. 

Həbib Bayramov həm də 



gözəl saz ifaçısı olmuşdur. 

Onun sazda ifa etdiyi 

“Segah”, “Humayun”, “Ba-

yatı-Qacar” muğamları ra-

dionun qızıl fondunda sax-

lanılır.   

1973-cü ildən ömrünün 

sonunadək Azərbaycan 

Dövlət Televiziya və Radio 

Verilişləri Komitəsinin  

Əhməd Bakıxanov adına 

Xalq Çalğı Alətləri ansam-

blının bədii rəhbəri olmuş-

 

  İ



yun 

 

85 illiyi 



Həbib Bayramov 

1926-1994 

 

 

 



 

Tarzən 

14 


181 

dur. 1983-cü ildə o, Azərbaycanın Xalq artisti adına 

layiq görülmüşdür. 

Həbib Bayramov Bülbül, Xan Şuşinski, Zülfü Adı-

gözəlov, Yavər Kələntərli, Həqiqət Rzayeva, Tükəz-

ban  İsmayılova,  Şövkət  Ələkbərova,  Əbülfət  Əliyev, 

Rübabə Muradova, Zeynəb Xanlarova, Sara Qədimo-

va kimi sənətkarları tarda müşayiət etmişdir. 

 Onun  sənəti yüksək ifaçılıq mədəniyyəti ilə daim 

fərqlənmişdir. Repertuarında “Rast”, “Şur”, “Çahar-

gah”, “Segah”, “Xaric se-

gah”, “Orta mahur”  və di-

gər muğamlar  əsas yer tut-

muşdur. 


Görkəmli tarzən Həbib 

Bayramov  15 avqust 1994-

cü ildə Bakı şəhərində vəfat 

etmişdir və ikinci Fəxri Xi-

yabanda dəfn olunmuşdur. 

 

Ədəbiyyat 



 

Bayramov Həbib Əbdülhüseyn oğlu //Müğam ensiklopediyası.-Bakı, 2009.- S.39. 

Bayramov Həbib  Əbdülhüseyn oğlu //Üzeyir Hacıbəyli ensiklopediyası.-Bakı, 

2008.- S.33.   

 

   Samirə Eminova 



 

182 


Yüklə 5,2 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin