Azərbaycan Milli Kitabxanası



Yüklə 5,2 Mb.
Pdf görüntüsü
səhifə23/37
tarix24.01.2017
ölçüsü5,2 Mb.
#6263
1   ...   19   20   21   22   23   24   25   26   ...   37

 

    Xarici ədəbiyyat 

      Alman yazıçısı Qrünberq Karlın (05.11.1891) anadan olmasının 120 



  illiyi 

Tarixi günlər 

 

 Prоkurоrluq İşçiləri Günü (01.10.1998) 

 Bеynəlxalq Ahıllar Günü (01.10.1992) 



 Xocavənd rayonunun işğalı günü (02.10.2008) 

 Müəllim Günü (05.10.1996) 

 Ümumdünya Poçt Günü (09.10.1970) 


267 

Azərbaycan Respublikası Ali Soveti “Azərbaycanın milli özünümüdafiə 

qüvvələri haqqında” Qanun qəbul etmişdir (09.10.1991) 

 Dövlət Müstəqilliyi Günü  (18.10.1991) 

 Beynəlxalq Kulinariya Günü (20.10.2004) 

 Birləşmiş Millətlər Təşkilatı Günü (24.10.1945) 



 Zəngilan  rayonunun işğalı günü (30.10. 1993) 

     Milli Qəhrəmanlar  

      Azərbaycanın Milli Qəhrəmanı Nəsibov Kamil Balədə oğlunun  

      (08.10.1946-29.06.1992) anadan olmasının 65 illiyi 

Azərbaycanın Milli Qəhrəmanı Bayramov Soltanağa Nəhmət oğlunun 

(17.10.1936-23.08.1993) anadan olmasının 75 illiyi 

Azərbaycanın Milli Qəhrəmanı Makeyev İqor Vladimiroviçin 

(27.10.1971-02.08.1992) anadan olmasının 40 illiyi 

   Neft 

 

    Neftçi Nağıyev Salman Ağaş oğlunun (14.10.1926) anadan olmasının  

    85 illiyi 

Neftçi alim, texnika elmləri doktoru Qasımzadə  Məmmədcavad 

Süleyman oğlunun (06.10.1911) anadan olmasının 100 illiyi 

Fəxri neftçi, dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı 

Abbasov Qurban Abbasqulu oğlunun (26.10.1926-14.09.1994) anadan 

olmasının 85 illiyi 



     Mədəniyyət. Maarif. Təhsil

 

     Azərbaycan Respublikasının Təhsil naziri Mərdanov Misir Cumayıl 



oğlunun (03.10.1946) anadan olmasının 65 illiyi 

    Kimya. Biologiya. Tibb  

     Əməkdar elm xadimi, pedaqoq Əliyev Tamerlan Əziz oğlunun 



268 

(03.10.1921-1997) anadan olmasının 90 illiyi 

Pediator, tibb elmləri doktoru, professor İsrafilova Nilufər Möhsün 

qızının (04.10.1926) anadan olmasının 85 illiyi 

     

 Tarix. Din  

      Etnoqraf  Nəsirli Məmməd Nəsir oğlunun  (24.10.1911-1979)    anadan    

olmasının 100 illiyi 

    Musiqi  

      Xalq artisti, bəstəkar Mustafayev Ramiz Hacı oğlunun (16.10.1926- 

       10.04.2008) anadan olmasının 85 illiyi 

Rus estrada artisti, rejissor, SSRİ  Xalq  artisti  Raykin  Arkadi               

İsaakoviçin  (24.10.1911-17.12.1987) anadan olmasının 100 illiyi 

       Rəssamlıq. Heykəltəraşlıq  

         Xalq rəssamı Əliyev Kamil Müseyib oğlunun (22.10.1921-01.03.2005)  

         anadan olmasının 90 illiyi 

  Fransız rəssamı Pikasso Pablonun (25.10.1881-08.04.1973) anadan 

  olmasının 130 illiyi 

 

  Teatr. Kino  

   Xalq  artisti  Məlikova Nəcibə Haşım qızının (25.10.1921-06.07.1992) 

anadan olmasının 90 illiyi 

Xalq artisti Quliyev Nurəddin  Əzulla oğlunun (Nurəddin Mehdixanlı) 

(06.10.1956) anadan olmasının 55 illiyi



 

Kitabxana işi. Kitabxanaşünaslıq 

Biblioqraf,  ədəbiyyatşünas, pedaqoq Qəhrəmanov  Əliheydər Bala 

oğlunun (25.10.1911-23.03.1959) anadan olmasının 100 illiyi 

 

       


269 

 

 



     Xocavənd rayonu 1991-ci ildə Dağlıq Qarabağ 

Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və 

Hadrut rayonlarının bazası  əsasında yaradılmışdır. 

Rayonun sahəsi 1458 km

2  

əhalisi 41216 nəfərdir. Ərazisi 



alçaq dağlıq və düzənlikdən ibarət olan Xocavənd 

rayonunun ümumi sahəsi 145647 hektardır. Rayonda bir 

şəhər (Xocavənd şəhəri – rayon mərkəzi), iki iri qəsəbə 

(Qırmızı bazar və Hadrut), 83 kənd var. 

Azərbaycanı  qədim yaşayış  məskəni kimi dünyada 

tanıdan abidələrdən biri, dəniz səviyyəsindən 900 metr 

hündürlükdə yerləşən, uzunluğu 190 metr, əhəng daşları oksfordkimeric dövrünə aid 

olan Azıx mağarası Xocavəndin Füzuli rayonuna yaxın Azıx kəndinin 1 kilometr 

cənub-şərqində yerləşir.  

Rayon 2 oktyabr 1992-ci ildə Ermənistan Respublikası tərəfindən işğal edilmişdir.  

İşğal altında olan Xocavəndin ərazisi bütövlükdə ekoloji terrora məruz qalıb. Azıx 

mağarasını ermənilər silah anbarına çeviriblər. Rayonun ərazisində yerləşən və 

ümumi sahəsi 25,5 min hektar olan Xocavənd meşəsində palıd ağacları  qırılaraq 

ermənilər tərəfindən daşınıb, Xonaşen çayının kənarlarında bitən təbii meşə isə 

tamamilə məhv edilib. Xocavəndin Yelli Gədik sahəsində Füzuliyə gedən yolun sağ 

və sol tərəflərində avtomobil yollarının mühafizəsi məqsədilə  əkilən ağaclar da 

kəsilib. 

     Məlum Qarabağ hadisələri başlayandan sonra Xocavəndin kəndləri işğal olunmuş, 

sakinləri respublikamızın 39 rayon və şəhərində məskunlaşmışlar. 

    Xocavənd qəhrəman rayondur. Yüzdən çox xocavəndli vətən uğrunda döyüşlərdə 

şəhid olmuşdur.  

Oktyabr 


 

 

 



Xocavəndin işğalı günü 

 

 2 



 

Ərazisi – 1,46 min  km

2

 

Əhalinin  sayı – 41,8 min nəfər 

İşğal  tarixi -  02.10.1992-ci il  

 

270 

 

 



Oktyabr ayının 9-u bütün 

dünyada poçt sahəsi işçilərinin 

peşə bayramı – Ümumdünya 

Poçt Günüdür. Ümumdünya 

Poçt  İttifaqının (ÜPİ) XIV 

konqresinin qərarı ilə Ümum-

dünya Poçt Günü 1874-cü ildə 

oktyabrın 9-da beynəlxalq poçt 

təşkilatı – Ümümdünya Poçt İttifaqı (ÜPİ) yaradılmış-

dır. Ümumdünya Poçt Günü BPİ-yə üzv olan 191 

ölkənin hamısında qeyd olunur. 

 1939-cu  ildə ÜPİ-nin Buenos-Ayresdəki Konq-

resində oktyabrın 9-nun ÜPİ Günü kimi qeyd olun-

ması barədə təklif ilk dəfə səslənmişdir. Lakin həmin 

toplantıda bu barədə  qərar qəbul olunmayıb. Analoji 

addım 1969-cu ildə ÜPİ-nin Tokioda keçirilən 16-cı 

Konqresində atılmışdır. 

ÜPİ Günü beynəlxalq bayram kimi ilk dəfə 1970-ci 

ildə qeyd olunmuşdur. 1984-cü ildə ÜPİ-nin Ham-

burqdakı Konqresində poçt işçilərinin peşə bay-

ramının Ümumdünya Poçt Günü adlandırılması ba-

rədə qərar qəbul edilmişdir. Bayram BMT-nin ümum-

dünya və beynəlxalq günlər sisteminə daxildir. 

Azərbaycan 1993-cü ilin aprelində ÜPİ üzvlüyünə 

qəbul olunub. Bu hadisə respublikanın poçt sahəsi 

üzrə  fəaliyyətinin genişlənməsinə böyük imkanlar 

yaratmışdır. Azərbaycanda poçt sahəsini “Azərpoçt” 

Birgə Müəssisəsi təmsil edir. XX əsrin sonunda SSRİ-

nin dağılması  və respub-

likamızın müstəqillik  əldə 

etməsi ilə poçt rabitəsinin 

inkişafında da yeni mər-

hələyə start verilmişdir. 

Respublikada poçt və elek-

trik rabitəsinin təşkili və 

xidmətlərin göstərilməsi 

“Azərpoçt”  İstehsalat Bir-

liyi tərəfindən həyata ke-

çirilməyə başlanmışdır. 

“Azərpoçt” İstehsalat Birli-

yinin sələfi olan “Azər-

poçt” Dövlət Müəssisəsi isə 

Azərbaycan Respublikası 

Rabitə Nazirliyinin 23 

sentyabr 1999-cu il tarixli 

151 saylı “Poçt rabitəsi 

sahəsində islahatların dava-

mı  və strukturun təkmilləş-

dirilməsi haqqında”  əmri 

ilə yaradılmışdır. Müəssisə, 

“Azərpoçt”  İstehsalat Bir-

liyinin bazasında yaradıl-

mış  və onun hüquqi varisi-

dir. 


 

Oktyabr  

 

Ümumdünya Poçt Günü 



1970 



271 

Ədəbiyyat 

 

Azərbaycan Respublikası Prezidentinin Ümumdünya Poçt İttifaqının 

Nizamnaməsinin yeddinci Əlavə Protokolunun təsdiq edilməsi haqqında 1 aprel, 

2008-ci il Qanunu   //Azərbaycan.- 2008.- 17 may.- S. 2.  

 

Azərbaycan xalqının ümummilli lideri Heydər  Əliyevin  əziz xatirəsinə  həsr 



olunmuş “Müstəqil dövlətin müstəqil rabitəsi olmalıdır” devizi altında keçirilən  

“Azərbaycan poçtu inkişaf yollarında” adlı Beynəlxalq Elmi-Praktik Konfransın 

materialları, may 2005-ci il, Gəncə /elmi red. T.M.Mansurov.-Gəncə: Elm, 2005.-

146 s. 


Rabitə tarixindən: (Radiotexnika fakültəsinin tələbələri üçün metodik göstəriş) 

/elmi red. L.M.Vəliyev; rəyçi. K.Ə.Hacıyev, L.İ.Hüseynova; tərt.  İ.H.Tağıyev; 

Respublika Tədris-Metodika Mərkəzi; Ç.İldırım adına APİ.- Bakı, 1991- H. I.- 56 s.  

 

İnternetdə 

 

www.az.wikipedia.org 

www.az.trend.az 

 

Nailə Alışova  


272 

 

     Abbas  Fəttah oğlu Zamanov 



1911-ci il oktyabr ayının 10-da 

Naxçıvan Muxtar Respublika-

sının  Şərur rayonunun Maxta 

kəndində anadan olmuşdur. 

1921-1927-ci illərdə Naxçıvan və 

Bakı  şəhərlərində  uşaq evlərində 

yaşamışdır. O, Bakı Pedaqoji 

Texnikumunu bitirdikdən sonra, 

1929-1937-ci illərdə  rəhbər komsomol işçisi kimi 

çalışmışdır.  İki il (1933-1934) “Gənc işçi” qəzeti 

redaksiyasında məsul redaktorun müavini vəzifəsində 

işləmişdir. Sonra “Ədəbiyyat” qəzetində  məsul katib 

və Azərnəşrin Bədii  ədəbiyyat  şöbəsində müdir 

(1937-1939) olmuşdur. 1939-cu ildə Azərbaycan 

Dövlət Pedaqoji İnstitutunun (indiki APU) Dil-

ədəbiyyat fakültəsini qiyabi bitirmiş  və oraya 

müəllimliyə dəvət olunmuşdur. 

Abbas Zamanov 1940-1941-ci illərdə M.F. 

Axundov adına Opera və Balet Teatrının direktoru 

olmuşdur. 1941-ci ildə Teatrın Təbrizə qastrol 

səfərinə  rəhbərlik etmişdir.  İkinci dünya müharibəsi 

illərində Ordu sıralarında xidmət etmiş, tərxis 

olunandan sonra Azərbaycan Dövlət Universitetinin 

Filologiya fakültəsində baş müəllim (1948-1960), 

Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun 

elmi  əməkdaşı (1960-1968), Azərbaycan EA Nizami 

adına  Ədəbiyyat Muzeyinin direktoru (1968-1971), 

ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri 

(1971-1979) vəzifələrində çalışmışdır. 1979-cu ildən 

universitetdə Azərbaycan 

ədəbiyyatı tarixi kafedra-

sının professoru olmuşdur.  

Ədəbi fəaliyyətə 1937-

ci ildə çap etdirdiyi pub-

lisist və elmi-kütləvi məqa-

lələrlə başlamışdır. Həmin 

vaxtdan ölkəmizdə və ölkə-

mizin hüdudlarından uzaq-

larda XX əsr Azərbaycan 

ədəbiyyatına dair elmi-təd-

qiqat  əsərləri müntəzəm 

dərc olunmuşdur. Bolqa-

rıstan,  İran, Türkiyə,  İraq, 

Avstriya və digər ölkələrdə 

məqalələri çıxmışdır. “Sa-

bir və müasirləri” monoqra-

fiyası  Əsəd Behrənginin 

tərcüməsində 

Təbrizdə, 

“Cəlil Məmmədquluzadə” 

oçerki  Ələkbər Qəhrəma-

ninin tərcüməsində Teh-

randa fars dilində  nəşr 

olunmuşdur. Türk dil Quru-

munun (Türkiyə) müxbir 

üzvü (1971), Konya və 

Səlcuq Universitetlərinin 

(Türkiyə) fəxri doktoru 

(1988) seçilmişdir.  

 

Oktyabr  



 

100 illiyi 

Abbas Zamanov  

1911-1993 

 

 

 



Tənqidçi 

10 


273 

Mətnşünaslıq sahəsində ciddi fəaliyyət göstərmiş, 

Cəlil Məmmədquluzadə, M.Ə.Sabir,  Ə.Haqverdiyev, 

N.Nərimanov, S.S.Axundov, S.Hüseyn, H.Nəzərli, 

S.Ə.Şirvani, S.M.Qənizadə və Q.Zakirin əsərlərini rus 

və Azərbaycan dillərində tərtib və nəşr etdirmişdir. O, 

M.Ə.Sabir, H.Cavid haqqında xatirə  və  məqalələri 

toplayıb ön sözlə “Sabir xatirələrdə” (1982), “Cavidi 

xatırlarkən” (1982) adı ilə kütləvi tirajla çap etdir-

mişdir.  

Abbas Zamanov 1968-ci ildə filologiya elmləri 

doktoru, professor (1971), Azərbaycanın  Əməkdar 

elm xadimi (1980), 1982-ci ildən Azərbaycan Yazı-

çılar Birliyinin üzvü, Azər-

baycan EA müxbir üzvü 

(1983) olmuşdur. I dərəcəli 

“Vətən müharibəsi” ordeni, 

döyüş xidmətlərinə görə 

medalı və bir sıra digər me-

dallarla təltif edilmişdir. 

1993-cü il aprelin 1-də 

vəfat etmiş, Fəxri Xiyaban-

da dəfn olunmuşdur. 

 

 



Ədəbiyyat 

 

Seçilmiş əsərləri /A.Zamanov.- Bakı: Çinar-çap, 2003.- 310 s. 

Bu dünyadan Rəsul Rza gəlib keçdi: məqalələr-xatirələr /A.Zamanov.- Bakı: 

MBM, 2008.- 71 s.  

Müasirləri Abbas Zamanov haqqında /topl. Tərt. və müqəd. İ.Həbibbəyli.- Bakı: 

Çinar-çap, 2003.- 333 s. 

Əhmədov, T. Abbas Zamanov /Teymur Əhmədov //XX əsr Azərbaycan yazıçıları: 

ensiklopedik məlumat kitabı.- Bakı, 2004.- S.20-21. 

 

İnternetdə 

 

www. az.wikipedia.orq 

www. tourism.az 

 

 

                                                                                    Səmayə Quliyeva 



274 

 

 



Ramiz Hacı  oğlu  Mustafayev   

1926-cı il oktyabr ayının 16-da 

Türkmənistan Respublikasının Cər-

co  şəhərində anadan olmuşdur. 1 

ildən sonra onun ailəsi Bakı  səhə-

rinə köçmüşdür. Uşaq yaşlarından 

teatra böyük həvəs göstərən  Ramiz 

15 yaşına qədər  müxtəlif özfəaliy-

yət dram dərnəklərində fəal iştirak etmişdir. 

1941-ci ildə teatr texnikumunun aktyorluq şö-

bəsinə daxil olmuş, bu illərdə o, əvvəl Gənc Tama-

şaçılar Teatrında, texnikumu bitirdikdən sonra isə 

Azərbaycan Dövlət Akademik Dram Teatrında akt-

yorluq etmişdir. 

Vokal sənətinə olan həvəsi onu Üzeyir Hacıbəyli 

adına Azərbaycan Dövlət Konservatoriyasına gətirib 

çıxarmış  və o, burada professor Bülbülün vokal 

sinifində müğənnilik sənətinin sirlərinə yiyələnmişdir. 

1952-ci ildə konservatoriyanın vokal sinfini  bitirən 

Ramiz, həmin illərdə  bəstəkarlıqla da məşğul olmuş-

dur. O, professor Boris Zeydmanın sinifində  təhsil 

almış, müəlliminin rəhbərliyi ilə  tələbəlik illərində 

skripka ilə fortepiano üçün sonata, skerso, viola üçün 

variasiyalar, simli kvartet, simfonik orkestr üçün 

uvertüra, poema, neçə-neçə mahnı  və romanslar yaz-

mışdır. 


Əvvəllər teatr sənətinə həvəs göstərən Ramiz mu-

siqi aləminə atıldıqdan sonra səhnə əsərləri ilə maraq-

lanmışdır. 1960-cı ildə  Səməd Vurğunun eyniadlı 

əsəri əsasında yazdığı “Va-

qif” operasının tamaşası ol-

muşdur. 1966-cı ildə bəstə-

karlıq sahəsində ali musiqi 

təhsilini başa vurduqda o, 

Səməd Vurğunun “Fərhad 

və Şirin” pyesi əsasında bir 

pərdəli “Şirin” operasını 

bəstələmişdir.  

1967-ci ildə R.Mustafa-

yev digər janrlı musiqili 

səhnə  əsərinə - operettaya 

da müraciət etmiş,  Ş.Qur-

banov adına Azərbaycan 

Dövlət Musiqili Komediya 

Teatrında tamaşaya qoyul-

muş “Axırı yaxşı olar” ope-

rettasını yazmışdır.  

R.Mustafayevin yaradı-

cılıq tərcümeyi-halında xü-

susi yeri xor musiqisi tutur. 

Bu gün xor sənətimizin 

nailiyyətlərindən sayılan 

“Ana”, “Hüseyn Cavid”, 

“Nəriman Nərimanov”, 

“İnam”, “Mənim müasi-

rim”, “Salatın”, “Nizami” 

oratoriyaları, “Haqq səndə-

dir”, “Şevçenko”, “Səməd 

 

Oktyabr  



 

85 illiyi 

 

Ramiz Mustafayev 



1926-2008 

 

 



 

 

 



Bəstəkar 

16 


275 

Vurğun”, “Kür-Abşeron” kantataları  və digər  əsərlər 

məhz R.Mustafayevin qələminin məhsuludur. 

50 illik yaradıcılığı dövründə  bəstəkar 5 opera, 5 

operetta, 9 oratoriya, 8 simfoniya, 5 vokal-simfonik 

poema, 500-dən artıq mahnı və romans bəstələmişdir. 

Görkəmli bəstəkar, dirijor, pedaqoq və ictimai xa-

dim, Azərbaycanın Əməkdar incəsənət xadimi (1973), 

Azərbaycan Respublikasının Xalq artisti (1987), pro-

fessor  (2001), “Şöhrət or-

deni”  ilə təltif olunmuşdur 

(2001).  

Ramiz Mustafayev 10 

aprel 2008-ci ildə  vəfat et-

mişdir. 

 

Ədəbiyyat 

 

Ramiz Mustafayev /R.Zöhrabov.- Bakı: Ergün, 1995.- 23 s. 

Aktyorluqdan bəstəkarlığa //Bəstəkarlarımız haqqında söz.- Bakı, 1995.- S.59-62. 

Mustafayev Ramiz //Üzeyir Hacıbəyli ensiklopediyası.- Bakı, 2008.- S.161. 

 

İnternetdə 

www. apa.az 

 

www. gunaz.tv 



  

www. xalqqazeti.com 

 

 

                                                                             Səmayə Quliyeva 

 

 

                                        



276 

 

   Soltanağa Nəhmət oğlu Bayramov  



1936-cı il oktyabr ayının 17-də Lən-

kəran rayonunun Şürük kəndində 

anadan olmuşdur. Orta təhsilini As-

tara rayonunda almışdır. 1957-ci ildə 

Lənkəran Tibb Məktəbini bitirərək, 

təyinatla hərbi hospitalda əmək 

fəaliyyətinə başlamışdır. 1967-ci ildə 

fizioterapevt, sonra isə rentgenoloq-texnik vəzifəsində 

işləmişdir. 

Soltanağa Bayramov hospitalda çalışdığı müddət 

ərzində kollektivin dərin hörmətini qazanmışdır. Hamı 

onu qayğıkeş, prinsipial, qanunpərəst, ədalətli bir insan 

kimi tanıyırdı. “Səhiyyə  əlaçısı” adını qazanmışdı. 

Milli Ordumuzun neçə-neçə  əsgərinin sağalıb fəal 

həyata qaytarılmasında Soltanağa Bayramovun böyük 

əməyi olmuşdur. 

1990-cı il... Xalqımız çətin sınaqlarla üz-üzə dur-

muşdu.  


Xarici dövlətlərin havadarlığı ilə daxili düşmənlər, 

vətən xainləri, nankorlar, satqınlar respublikanı 

parçalamaq üçün hər cür rəzil  əməllərə  əl atırdılar. 

“Talış Muğan Respublikası” yaratmaq xülyası ilə 

yaşayan  Əlikram Hümbətov öz quldur dəstəsi ilə 

Azərbaycanın cənub bölgələrində  ağır cinayətlər 

törədirdi. Soltanağa həkim kimi neçə-neçə insan 

separatçı  dəstənin  şəxsi ambisiyasının qurbanı oldu, 

onun haqsız  əməllərinin güdazına getdi. Lakin 

Azərbaycanın  mərd oğulları bütün bu çətinliklərə sinə 

gərərək, cinayətkar dəstələri məhv etdi. 23 avqust 

1993-cü ildə keçirilən  əmə-

liyyatda qəlbi Vətənə, xalqa 

sədaqətlə dolu olan Soltan-

ağa Bayramov da öz vətən-

pərvərlik borcunu  ləyaqətlə 

yerinə yetirdi, quldurlar hər-

bi hospitala hücum edərkən 

onlara ciddi müqavimət 

göstərdi. Lakin döyüşdə o, 

faciəli surətdə  həlak oldu. 

Ailəli idi. Dörd övladı 

var. 

Azərbaycan Respublikası 



Prezidentinin 24 avqust 

1993-cü il tarixli 740 saylı 

Fərmanı ilə Bayramov Sol-

tanağa Nəhmət oğlu ölü-

mündən sonra “Azərbayca-

nın Milli Qəhrəmanı” adına 

layiq görulmüşdür. 

Lənkəran  şəhərinin  Şə-

hidlər Xiyabanında dəfn 

edilmişdir. Lənkəran  şəhə-

rindəki küçələrdən birinə 

onun adı verilmiş  və büstü 

qoyulmuşdur. Yaşadığı bi-

nanın önünə xatirə lövhəsi 

vurulmuşdur. 

 

Oktyabr  



 

75 illiyi 

Soltanağa  Bayramov   

1936-1993 

 

 

 



Milli 

Qəhrəman 

17 


277 

 

Ədəbiyyat 

 

Soltanağa Nəhmət oğlu Bayramova “Azərbaycanın Milli Qəhrəmanı” adı 



verilməsi haqqında: [Lənkəran hərbi hospitalının rentgen-texniki-Azərbaycan 

Respublikasının dövlətçiliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasında, 

Azərbaycan xalqına təcavüz edən cinayətkar ünsürlərə qarşı mübarizədə göstərdiyi 

igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 24 avqust 

1993-cü il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.-1993.-  №16.- S.19; 

Azərbaycan.- 1993.- 26 avqust.- S.1.-(Ölümündən sonra). 

 

Bayramov Soltanağa Nəhmət oğlu //Azərbaycanın Milli Qəhrəmanları /tərt. ed. 



H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.41. 

Əsgərov, V. Bayramov Soltanağa Nəhmət oğlu /V.Əsgərov //Azərbaycanın Milli 

Qəhrəmanları.- Bakı, 2005.- S.35. 

Lənkəran hadisələrinin il dönümü: [Lənkəran  şəhərində büstün açılışı haqqında] 

//Azərbaycan.- 1997.- 24 avqust.- S.1.  

             



 Saqibə Mehrəliyeva 

278 

 

Kamil Müseyib oğlu  Əliyev  



1921-ci il oktyabr ayının 22-də 

Oğuz yurdu Qərbi Azərbaycanda, 

İrəvan xanlığının mərkəzi  İrəvan 

şəhərində  Əliyevlər ailəsində ana-

dan olmuşdur. 

1936-cı ilin sentyabr ayında ana-

sı Xanım, onu Bakı  Rəssamlıq 

məktəbinə, tanınmış  rəssam  Əzim 

Əzimzadənin yanına aparır. K.Əliyev 3 il burada 

Dekorasiya şöbəsində oxuyur və müəllimlərinin məs-

ləhəti ilə oxuya-oxuya “Azərxalça” birliyində eks-

perimental laboratoriyada köçürücü rəssam kimi 

işləməyə başlayır. 

 K.Əliyev Böyük Vətən müharibəsində  iştirak 

etmiş, Vətənə 22 orden və medalla qəhrəman kimi 

dönmüşdür. 

 Kamil  Əliyev Bakı  Bədii Rəssamlıq Fondunda 

çalışarkən fil sümüyündən, qızıldan, gümüşdən on-

larla orijinal əntiq  əşyanın,   gümüş dolça, çaydan, 

armudu stəkan dəstlərinin bədii tərtibatçısı,  rəssam – 

müəllifi kimi özünü təsdiqləmişdi. Və  Bədii Sənət 

Üzrə  Fəxri Fərmanın da, Respublikanın Tətbiqi in-

cəsənət ustası adının da (1960) ilk sahibi olmuşdu. 

 1958-ci  ildə toxunan Füzulinin portret-xalçası 

Kamil  Əliyevə  böyük sənət uğuru gətirmişdi. Kamil 

Əliyev Heydər  Əliyevin ölkənin Ali Baş Komandanı 

kimi general libasında portret xalçasını yaratmışdır. 

Bu portret ictimaiyyət arasında böyük rəğbətlə qar-

şılanmışdır. Ümummilli liderimiz Heydər Əliyev xal-

çaya baxarkən susmuş, əlini 

ilmələrə sürtərək demişdi 

ki: “Kamil, sənin xalçaların 

dil açıb danışır, insanı söh-

bətə çağırır”. Həqiqətən də, 

bu xalçada ulu öndərimizin 

müdrikliyi, qətiyyəti, qüd-

rəti  ən müxtəlif rəng çalar-

ları fonunda elə  məharətlə 

təsvir olunmuşdur ki, tama-

şa edən hər kəsi heyrətlən-

dirir. Dahi sənətkarın yarat-

dığı  əsərlər və naxış alə-

mində apardığı araşdırma-

lar günü bu günə kimi bu 

sənətlə məşğul olanlara bö-

yük tövsiyədir. Onun yarat-

dığı  əsərlər daima yaddaş-

lardan silinməyəcək. Kamil 

Əliyev sənətinin gücünü 

göstərən digər bir misal: 

Türkiyənin 9-cu Prezidenti 

Süleyman Dəmirəl özünün 

portreti toxunmuş xalçanı 

görəndə heyrətini gizlədə 

bilməyərək demişdi: “Bu, 

Süleyman Dəmirəldir, onda 

bəs mən kiməm?” 

Onun yaratdığı “Niza-

mi”, “Füzuli”, “Nəsimi”, 

 

Oktyabr  



 

90 illiyi 

Kamil   Əliyev     

1921–2005 

 

 

 



Rəssam 

22 


279 

“Atatürk”, “Heydər  Əliyev”, “İlham  Əliyev”, “Mir 

Möhsün ağa”, “A.S.Puşkin”, “İndira Qandi”, “Ra-

bindranat Taqor”, “Mənim anam” və digər onlarla 

görkəmli şəxsiyyətlərin portretləri və milli ornament-

lər nəqş olunmuş xalçalar bütün dünyanı heyrətə 

gətirmişdir.  

Azərbaycanda ilk dəfə xalça muzeyinin açılması da 

Kamil  Əliyevin adı ilə bağlıdır. Daha çox Abşeron 

ornamentlərinə üstünlük verən Kamil Əliyev 

ümumilikdə bütün milli naxışlar üzərində  işləyərək 

onlara yeni bir ruh, yeni nəfəs verirdi.  

Mədəniyyətimizin  ən qədim növlərindən olan 

xalçaçılıq sənətini XX əsrin sonlarında yüksək zirvəyə 

qaldırmış, ömrünün son illərini gənc xalçaçıların 

yetişməsinə  həsr etmiş Kamil Əliyevin çeşniləri 

əsasında toxunmuş xalçalar respublikamız müstəqillik 

qazandıqdan sonra dünyanın bir çox ölkələrində uğur-

la nümayiş etdirilmişdir. Azərbaycan xalçasının  şöh-

rətini daha da artıran bu qədim el sənətinin nümunə-

ləri ən mötəbər muzeylərdə, 

o cümlədən Londonun məş-

hur “Viktoriya və Albert” 

muzeyində saxlanılır.  

 Kamil Əliyevin xidmət-

ləri həmişə yüksək qiymət-

ləndirilmiş, o, fəxri adlara: 

Xalq rəssamı, Dövlət 

mükafatı laureatı, Azərbay-

can Respublikası Preziden-

tinin fərdi təqaüdçüsü adla-

rına layiq görülmüş, müstə-

qil dövlətimizin  ən ali mü-

kafatı olan “İstiqlal” ordeni 

ilə təltif edilmişdir.  

2005-ci il martın 2-də  

Kamil Müseyib oğlu  Əli-

yev vəfat etmişdir. 



 

Ədəbiyyat 

 

Fuad Esmira (Şükürova). Azərbaycan xalça sənətinin Kamili: (K.Əliyev 

haqqında) /F.Esmira.- Bakı: Altun Kitab, 2006.- 125 s. 

Xalq rəssamı Kamil Əliyev – naxışlarda əbədiləşən ömür //Xalq qəzeti.- 2007.- 

27 oktyabr.- S.5.  

 Xalçaçı-rəssam Kamil Əliyevin ad günüdür //Xalq qəzeti.- 2007.- 23 iyun.- S.5. 



 

İnternetdə 

 

www.anl.az 

www.lidertv.com 

 

Nailə Alışova  



280 

Yüklə 5,2 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin