Azərbaycan Milli Kitabxanası


  Bəstəkar  Əliverdibəyov Nazim Ağalar oğlunun (24.08.1926- 16.02.1986) anadan olmasının 85



Yüklə 5,2 Mb.
Pdf görüntüsü
səhifə19/37
tarix24.01.2017
ölçüsü5,2 Mb.
#6263
1   ...   15   16   17   18   19   20   21   22   ...   37

 

218 

Bəstəkar  Əliverdibəyov Nazim Ağalar oğlunun (24.08.1926-

16.02.1986) anadan olmasının 85 illiyi 

    Teatr. Kino  

     Əməkdar incəsənət xadimi, teatr rəssamı  və qrafiki Mustafayev 

Həsənağa Hacağa oğlunun (01.08.1896-22.04.1977) anadan olmasının 

115 illiyi 

Rejissor və teatr xadimi, aktyor Hidayətzadə  İsmayıl Hüseyn oğlunun 

(19.08.1901-11.11.1951) anadan olmasının 110 illiyi 

Kitabxana işi. Kitabxanaşünaslıq

 

Bakı  şəhəri  Ş.İ.Xətai adına kütləvi kitabxananın (01.08.1991) 



yaradılmasının 20 illiyi 

Azərbaycan Milli Konservatoriyasının kitabxanasının (10.08.2001) 

yaradılmasının 10 ili 


219 

 

 Nazim Ağalar oğlu Əliverdibəyov 



1926-cı il avqust ayının 4-də Bakıda 

anadan olmuşdur.  

N.Əliverdibəyov yaradıcılıq yo-

luna 1940-cı illərin axırlarında qədəm 

qoymuş  və  təxminən 30 il ərzində 

Azərbaycan musiqisində müəyyən yer 

tutan  əsərlər yaratmışdır. Bəstəkarın atası dövrünün 

qabaqcıl ziyalısı, mahir muğam bilicisi və ifaçısı 

Ağalar  Əliverdibəyov doğma bacısı  oğlu balaca 

Üzeyirin ilk musiqi müəllimi olmuş, muğamatın 

sirlərini ona sevə-sevə öyrətmişdi. O dövrün görkəmli 

xanəndələri, sazəndələri Əliverdibəyovlar evində tez-

tez toplaşırdılar. Bu evdən həmişə musiqi sədaları 

eşidilirdi. Onillik musiqi məktəbinin buraxılış im-

tahanı zamanı Nazim özünün bəstələdiyi ilk 

pyeslərindən birini çalmış,  Ü.Hacıbəyli onu dinləmiş, 

əsər onun xoşuna gəlmişdi. Üzeyir bəyin məsləhəti ilə 

o, Azərbaycan Dövlət Konservatoriyasına daxil 

olmuşdur. Konservatoriyada o, violonçeldə çalmağı 

gözəl müəllim A.Şvartsdan, sonralar İ.Turindən 

öyrənmiş, Ü.Hacıbəylinin sinfində isə  bəstəkarlıq 

fənni keçmişdir. Sonralar o,  Simli alətlər fakültəsində 

təhsilini yarımçıq qoyaraq bəstəkarlığa meyl etmişdir.  

1964-1985-ci illərdə Bülbül adına orta ixtisas mək-

təbində  direktor işləmişdir. 

     Nazim Əliverdibəyov Konservatoriyada bir vaxt-

lar Üzeyir bəyin özünün yaratdığı  və  tədris etdiyi 

“Azərbaycan xalq musiqi-

sinin  əsasları” fənninin 

aparıcı mütəxəssislərindən 

biri kimi böyük hörmət 

qazanmışdır. Xalq yaradı-

cılığının köklərini və üslu-

bunu həssaslıqla duyan 

Nazim müəllim onun təd-

risi sahəsində  rəhbərlik et-

diyi məktəbdə  də xeyli iş 

görmüş, bir sıra islahatlar 

aparmışdır. Onun təşəbbüsü 

ilə  təməli 1960-cı ildə qo-

yulmuş Xalq çalğı alətləri 

şöbəsi xeyli genişlənmiş, 

1980-ci ildə burada xa-

nəndə bölümü açılmışdır. 

Bu münasibətlə ustad sə-

nətkarlar - Şövkət  Ələkbə-

rova,  İslam Rzayev, Arif 

Babayev,  Əlibaba Məm-

mədov məktəbdə  dərs de-

mək üçün dəvət olunmuş-

dular. Hal-hazırda bu şöbə-

nin yetirmələri xalq arasın-

da sevilən məşhur çalğıçı 

və xanəndələrdir. 

 

Avqust  


 

85 illiyi 

Nazim  Əliverdibəyov    

  1926-1986  

 

 

 



 

Bəstəkar 



220 

 Azərbaycan Dövlət Konservatoriyasında  dərs de-

mişdir. Eyni zamanda Konservatoriyanın dosenti olan 

N.Əliverdibəyov tələbələrinə Azərbaycan xalq 

musiqisinin əsasları fənnindən dərs demişdir. 

Nazim  Əliverdibəyovun yaradıcılığı opera və 

simfoniya bəstələmələri, uşaqlar üçün musiqi, 

kamera-instrumental və vokal əsərləri səmimiliyi, 

emosional ifadəliliyi ilə  fərqlənir. Bu əsərlərdən bir 

çoxu, o cümlədən “Qəhrəmanlıq uvertürası”, “Min-

gəçevir” simfonik poeması, “Cırtdan” uşaq operası, 

“Muğam” xoreoqrafiya lövhəsi, “Bayatı  Şiraz” xoru 

və başqa  əsərlər ifaçı kollektivlərin repertuarına 

möhkəm daxil olmuşdur. 

O, Üzeyir Hacıbəylinin “Əsli və Kərəm”, “Leyli və 

Məcnun” operalarını yenidən orkestrləşdirmişdir. 

Ü.Hacıbəylinin nəşr edilmiş “Leyli və  Məcnun” 

(1983), “Koroğlu” (1985) operalarının partituralarının 

redaktoru və tərtibçisi  olmuşdur. 

  “Bayatı-şiraz”  muğamı  əsasında kapella xoru 

üçün  əsər yaratmış, sonradan onu orqan aləti üçün 

işləmişdir. Əsər həm xor kapellasının, həm də orqan-

ifaçılarının konsert repertuarında görkəmli yer tutur. 

Bu  əsərin orqan versiyası  əsasında “Muğam” adlı 

xoreoqrafik lövhə balet artistləri tərəfindən səhnə-

ləşdirilmişdir.  

Bəstəkar uzun müddət 

onillik musiqi məktəbinin 

direktoru olmuş, müəllim-

lərin və  şagirdlərin dərin 

hörmətini və  məhəbbətini 

qazanmışdır. Nazim Əliver-

dibəyovun yaradıcılıq yolu-

nun müəyyənləşdirilməsi-

nin, uşaqlar üçün musiqi 

yaratmasının səbəbini də 

məhz bununla izah etmək 

lazımdır.  

Azərbaycan musiqi sə-

nətinin istedadlı xadimlə-

rindən olan Nazim Əliver-

dibəyovun musiqisi və xe-

yirxah işləri bu gün də unu-

dulmur, onun əsərləri kon-

sert salonlarında səsləndi-

rilir. 


Nazim Əliverdibəyov 16 

fevral 1986-cı ildə Bakıda 

vəfat etmişdir. 

 

Ədəbiyyat 

Əliverdibəyov Nazim Ağalar oğu //Muğam ensiklopediyası; Heydər  Əliyev 

fondu.- Bakı, 2008.- S.64. 

Əliverdibəyov Nazim Ağalar oğlu //Üzeyir Hacıbəyli ensiklopediyası; 

Azərbaycan Mədəniyyətinin  Dostları Fondu.- Bakı, 2008.- S.47. 

 

Rus dilində 

Абдуллаева, М. Назим Аливердибеков  /М.Абдуллаева.- Баку, 1981.- 23 с. 

İnternetdə 

 

www.anl.az  



www.az.wikipedia.org  

www.musigi-dunya.az                                                                        



Nailə Alışova  

221 

 

Söhrab Əbülfəz oğlu Tahir 1926-

cı il avqust ayının 6-da Cənubi 

Azərbaycanın Astara şəhərində 

sənətkar ailəsində anadan olmuşdur. 

Burada həkim Nizam məktəbinin 

hazırlıq sinfində ikən  İran  şah 

hakimiyyəti onu ailəlikcə Kirman-

şah şəhərinə sürgün etmişdir. 1939-

1943-cü illər sürgün dövründə “Səadət” və  “Şahpur” 

məktəblərində 9-cu sinifədək oxumuş, ailə  vəziyyəti-

nin ağırlığı üzündən atası ilə  “İran-İngilis neft 

şirkəti”ndə işləməyə məcbur olmuşdur. Burada torna-

çı, qaynaqçı, motorçu işləmişdir. 

1941-ci ildə Sovet Ordusunun İrana daxil olması, 

ailəliklə sürgündən Təbrizə qayıtmalarına imkan ver-

mişdir. Təbrizdə bir müddət atasının qaynaqçı sexində 

işləmişdir. Azərbaycanda Milli hökumət qurulan za-

man Azərbaycan Demokrat Partiyası Mərkəzi Komitə-

si təşkilat şöbəsinin partiya bilet bölməsində möhürdar 

işləmişdir. 

“Yaşa qüdrətli qoşun” adlı ilk mətbu  şeiri “Azər-

baycan” qəzetinin 30 aprel 1949-cu il tarixli sayında 

dərc olunmuşdur. O vaxtdan dövri mətbuatda  şeir, 

hekayə, ədəbi-tənqidi və publisistik məqalələrini dərc 

etdirir. 

O, 1946-cı ildə Bakıya təhsil almağa göndərilmiş-

dir. 1950-ci ildə Bakı diş həkimliyi və feldşerlik mək-

təbini də bitirmişdir. O, 1952-1957-ci illərdə Azər- 

 

baycan Dövlət Universi-



tetinin Filologiya fakültə-

sində  təhsil almışdır. 1959-

1961-ci illərdə Moskvada 

M.Qorki adına Ali Ədəbiy-

yat kurslarında müdavim 

olmuşdur. Eyni zamanda 

ADF MK-da (Azərbaycan 

Demokrat Firqəsi Mərkəzi 

Komitəsində) təlimatçı, 

ADF-nin Bakı  şəhər komi-

təsinin birinci katibi, Cənu-

bi Azərbaycan Yazıçılar 

Cəmiyyətinin sədri vəzifə-

sində işləmişdir. 

1962-1966-cı illərdə 

ADF-in Bakı komitəsində 

birinci katib, 1967-1973-cü 

illərdə “Azərbaycan” jurnalı 

redaksiyasında məsul katib, 

1974-1980-ci illərdə ADF 

MK orqanı “Azərbaycan” 

qəzetinin və “Azərbaycan” 

jurnalının redaksiyalarında 

bədii 


şöbələrdə müdir, 

ADF-in nəzdində  çıxan 

“Səhər”  ədəbi-tarixi jurna-

lında baş redaktor müavini, 

 

Avqust  


 

85 illiyi 

 

Söhrab Tahir 



1926 

 

 



 

 

Şair 





222 

1984-cü ildə isə ADR MK-nın siyasi-nəzəri orqanı 

olan “Azərbaycan” jurnalının redaktoru olmuşdur. 

1986-1991-ci illərdə Azərbaycan Yazıçılar Birliyi 

idarə heyətinin, “Literaturnı Azerbaydjan” jurnalı 

redaksiya heyətinin, “Yazıçı” nəşriyyatının bədii  şu-

rasının, Azərbaycan  Ədəbiyyat fondu idarə heyətinin 

üzvü, SSRİ  Ədəbiyyat fondu plenumunun üzvü, 

Azərbaycan Yazıçılar Birliyi şeir  şurasının sədri ol-

muşdur. 


1991-ci ildən  Bədii ədəbiyyat təbliğat bürosu idarə 

heyətinin sədri təyin olunmuşdur. 

1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü-

dür. 


1993-2003-cü illərdə Azərbaycan Respublikası 

Elmlər Akademiyasının Milli Münasibətlər  İnstitu-

tunda aparıcı elmi işçi olmuşdur. 2003-cü ildən hal- 

hazıra kimi Azərbaycan Milli Elmlər Akademiyasının 

Şərqşünaslıq İnstitutunun böyük elmi işçisidir. 

Ölkəmizdə ümumittifaq 

səviyyəsində keçirilən  ədə-

bi tədbirlərdə, poeziya gün-

lərində, Azərbaycan ədəbiy-

yatı ongünlüklərində, yubi-

ley təntənələrində  və bir 

sıra tədbirlərdə  iştirak et-

mişdir.  İnqilabi,  ədəbi-icti-

mai fəaliyyətinə görə  Təb-

rizdə “21 Azər” medalı  və 

bir sıra medallarla, Azər-

baycan SSR Ali Soveti 

Rəyasət Heyətinin Fəxri 

fərmanı ilə  təltif olunmuş-

dur. 


1998-ci ildən Azərbay-

canın Xalq şairidir. 

 

Ədəbiyyat 

 

Ata: Poema-epos: 2 kitabda /Söhrab Tahir.- Bakı: Ağrıdağ, 2000.- Kitab 1.- 386 s.; 

2002.- Kitab 2.- 207 s. 

Qonşu qızın məktubları. İki dəfə yox olmuş adam: Romanlar /Söhrab Tahir.- Bakı: 

Yazıçı, 1988.- 383 s.  

Sevgi, sevinc, ayrılıq /Söhrab Tahir.- Bakı: Qartal nəşriyyatı, 1996.- 184 s.  

Sevgisində itən qız /Söhrab Tahir.- Bakı: Ağrıdağ, 2001.- 434 s. 

Sonuncu şah /Söhrab Tahir.- Bakı: Ağrıdağ, 2001.- 498 s. 

Quliyeva, Z. Yaradıcılıq gecəsi: Xalq şairi Söhrab Tahirin 80 yaşı münasibətilə  

/Z.Quliyeva //Azərbaycan.- 2007.- 25 aprel.- S.8. 

 

İnternetdə 

www.anl.az 

www.az.wikipedia.orq 

www.google.az 

 

 

                                                              Samirə   Eminova    



223 

 

 

Əlisa Qulam oğlu Hüseynov 



(Əlisa Nicat) 1936-cı il avqust ayının 

10-da Azərbaycanın Lerik rayonu 

Yuxarı  Gədik kəndində anadan ol-

muşdur. 1957-1963-cü illərdə  Lən-

kəran şəhər orta məktəbini bitirdikdən 

sonra Azərbaycan Dövlət Universite-

tinin Filologiya fakültəsinin Biblioqrafiya şöbəsində 

təhsil almışdır. 

Bədii yaradıcılığa orta məktəbdə ikən başla-

mışdır. Onun “Bircə söz” adlı ilk mətbu şeiri 1956-cı 

ildə  “Ədəbiyyat və incəsənət” qəzetində  dərc olun-

muşdur. 


1967-1972-ci illərdə Azərbaycan Dövlət Televi-

ziya və Radio Verilişləri Komitəsində redaktor vəzifə-

sində çalışmışdır. 

1974-1983-cü illərdə 

“Elm və  həyat” jurnalında 

ədəbi işçi və daha sonra 

şöbə müdiri olmuşdur. 

Bir müddət Lənkəran 

rayonunun  Şağlaküçə  kən-

dində yaşamışdır. Orada 

olarkən yaradıcılıqla məş-

ğul olmuşdur. 1990-cı ildən  

“Turan” jurnalının təsisçisi 

və baş redaktorudur. 

 

Ədəbiyyat 

 

Seçilmiş əsərləri  /Ə.Nicat.- Bakı: Qanun, 2000.- 759 s. 



Dünya fəlsəfi irsindən yarpaqlar /Ə.Nicat.- Bakı: Azərnəşr, 1991.- 164 s. 

Dünya filosofları /Ə.Nicat.- Bakı: Sabah, 1995.- 541 s. 

Dünya tarixçiləri /Ə.Nicat.- Bakı: Qanun, 1998.- 375 s. 

Qızılbaşlar: Roman /Ə.Nicat.-Bakı: Azərnəşr, 1993.- 229 s. 

Karvan: Seçilmiş əsərlər /Ə.Nicat.- Bakı: Qanun, 2000.- 759 s. 

Plutarx. İsgəndər Zülqərneyn /Ə.Nicat.- Bakı: Azərnəşr, 1993.- 163 s. 



                                                                 Samirə Eminova

 

Avqust  



 

75 illiyi 



Əlisa  Nicat  

1936 


 

 

 



 

Şair 


10 

224 

              

  Qabil  Allahverdi oğlu İmamver-

diyev  1926-cı il avqust ayının 12-

də Bakıda dəmiryolçu ailəsində 

anadan olmuşdur. 

1948-ci ildə Pedaqoji İnstitutun 

(indiki APU) Dil və  ədəbiyyat fa-

kültəsini bitirmişdir. Tələbə ikən, 2 aprel 1944-cü ildə 

“Ədəbiyyat qəzeti”ndə “Gəl, baharım!” adlı ilk şeiri 

çap olunmuşdur. Bir müddət Yardımlı rayonunda 

müəllimlik etmişdir, sonra isə Bakıdakı 40 saylı fəhlə 

gənclər orta məktəbində dərs hissə müdiri işləmişdir. 

1950-ci ildə “Səhər açılır” adlı ilk kitabı nəşr olun-

muşdur. 


1951-1954-cü illərdə respublika qəzetlərində əmək-

daşlıq etmiş, redaksiyaların tapşırığı ilə yazılar 

hazırlamaq üçün Azərbaycanın bölgələrini qarış-qarış 

gəzmişdir. 

1956-cı ildə Moskvada ikiillik Ali ədəbiyyat 

kurslarını bitirmişdir. Bakıya gəlib Radio və Te-

leviziya Komitəsində redaktor, “Ədəbiyyat və incə-

sənət” qəzeti redaksiyasında  şöbə müdiri, “Azər-

baycan” jurnalının redaksiyasında redaktor müavini 

işləmişdir. 

1957-1958-ci illərdə Bakıda Azərbaycan Dövlət 

Televiziya və Radio Verilişləri Komitəsində  Ədəbi-

dram verilişləri redaksiyasının məsul redaktoru, 1960-

1972-ci illərdə  “Ədəbiyyat və incəsənət” qəzeti re-

daksiyasında Poeziya şöbəsinin müdiri, 1970-1975-ci 

illərdə isə “Azərbaycan” jurnalı redaksiyasında  şeir 

üzrə  ədəbi işçi, baş redak-

torun müavini vəzifəsində 

işləmişdir.  

Qabil lirik şair olmuşdur. 

Azərbaycan poeziyasının 

sevilən və təqdir edilən nü-

munələrindən olan “Saman 

çöpü”, “İki şair”, “Sonuncu 

kibrit çöpü”, “Paravoz”, 

“Təndir”, “Vətəndaş  sərni-

şinlər”, “Cırtdan”, “Məhəb-

bət deyil”, “Qarışdırma”, 

“Səhv düşəndə yerimiz” ki-

mi elə xrestomatik şeirləri 

də var ki, ədəbi prosesin 

faktı olmaqla yanaşı, məişə-

timizin, zehniyyətimizin, 

bütünlükdə xalq mənəviy-

yatının faktına çevrilmişdir. 

Qabil uşaq  şairi kimi 

 

məşhur olmasa da onun 



 

uşaqlar və yeniyetmələr 

üçün  əsərlərindən ibarət 

“Nağaraçı” adlı xüsusi ki-

tabı çapdan çıxmışdır. Bu 

kitabda toplanmış  şeirlər 

şairin uşaq psixologiyasına 

yaxından bələd olması, on-

ların qavrayış imkanlarına 

 

Avqust  



 

85 illiyi 

 

 

Qabil İmamverdiyev  



1926-2007 

 

 



 

 

 



Şair 

12 


225 

uyar təsvir və ifadə vasitələri, maraqlı qafiyələri ilə 

cazibədardır. 

Onun klassik ənənələrimizə əsaslanıb yeni məzmun 

aşıladığı rübailəri, “Nəsimi” mənzum romanı, “Ömür 

həbləri” satirik romanı, bir sıra  ədəbi məqalələri bu 

fikri söyləməyə ciddi əsas verir. O, təqribən minə 

yaxın rübai yazıb onların böyük bir hissəsini ayrıca 

kitabda nəşr etdirmişdir. 

Qabil ömrünün təqribən on ilini sərf edərək saysız-

hesabsız  ədəbi, tarixi mənbələr oxumuş, “Nəsimi” 

mövzusu  ətrafında böyük axtarışlar aparmalı 

olmuşdur. O, Nəsiminin faciəli ölümünün  şahidi olan 

qədim Hələbdə onun qərib şəhid qəbrini ziyarət etmiş, 

şairin məzar torpağından bir ovuc götürüb Bakıya, 

onun böyük istedadının və  təkrarsız qəhrəmanlığının 

pərəstişkarı olan həmyerlilərinə ərməğan gətirmişdir. 

1974-cü ildə  Nəsiminin 600 illik yubileyi ərəfə-

sində bu bir ovuc müqəddəs torpağı,  şeirsevənlərin 

tutiya sandığı bu ərməğanı Nizami muzeyinə bağış-

lamışdı. 

O, 1976-cı ildə Azərbay-

can Dövlət mükafatı lau-

reatı, 1984-cü ildə Əməkdar 

incəsənət xadimi, 1992-ci 

ildə isə Azərbaycan Xalq 

şairi adlarına layiq görül-

müşdür. 


1996-cı ildə anadan ol-

masının 70 illiyi münasi-

bətilə Qabil, Azərbaycan 

Prezidentinin fərmanı ilə 

“Şöhrət” ordeni ilə  təltif 

edilmişdir. 

2001-ci ildə “Azərbay-

can Telefilm Yaradıcılıq 

Birliyi”ndə şairə həsr edilən 

“Qabil” adlı film istehsal 

edilmişdir. 

   Şair 3 aprel 2007-ci ildə 

vəfat etmişdir.

 

Ədəbiyyat 

 

Q.A.İmamverdiyevin “İstiqlal” ordeni ilə  təltif edilməsi haqqında Azərbaycan 

Respublikası Prezidentinin Sərəncamı //Azərbaycan.- 2006.- 12 avqust.- S.1. 

 

Seçilmiş əsərləri /Qabil.- Bakı: Şərq-Qərb, 2004.- 247 s. 

Dənizlər mavidir, meşələr yaşıl:  Şeirlər və hekayə /Qabil.- Bakı:  Şirvannəşr, 

2003.- 216 s. 

Dostlarım, tanışlarım: (Şeirlər, məqalələr, çıxışlar və povest) /Qabil.- Bakı: 

Şirvannəşr, 2002.- 572 s. 

Rübailər /Qabil.- Bakı: Şirvannəşr, 2004.- 280 s. 

İbrahimova, A. Ömür sona çatır,  əməllər isə daim yaşayır?:  Şair Qabilin ölümü 

haqqında /A.İbrahimova //Hərbi and.- 2007.- 14 aprel.- S.15.  

İnternetdə 

www.azeribaijan.az 

www.google.az                                                               

Samirə   Eminova     


226 

 

Ələviyyə  Hənifə  qızı Babayeva 



1921-ci il avqust ayının 12-də Bakıda 

anadan olmuşdur. Orta məktəbi bitir-

dikdən sonra S.M.Kirov adına ADU -

nun (indiki BDU) Fılologiya fakül-

təsində  təhsil almışdır.  Ələviyyə 

xanım bədii yaradıcılığa çox erkən 

yaşlarından başlamışdır. Bir uşaq yazıçısı kimi ədə-

biyyat aləminə  qədəm qoymuş, uzun illər uşaqlar 

üçün kiçik hekayələr yazmış, onların mənəvi 

dünyasının zənginləşməsinə, vətənpərvərlik ruhunda 

tərbiyələnməsinə kömək etmişdir.  Ədəbi fəaliyyətə 

1936-cı ildə “Ədəbiyyat qəzeti”ndə dərc olunmuş “İki 

həyat” adlı hekayəsi ilə başlamışdır.  Onun “Mənim 

müəllimim”, “Kənd yoları”, “Yenə baharda”, “Sehrli 

pillələr” kitablarına toplanmış hekayələr kiçik yaşlı 

uşaqların həyatından bəhs edir. 

Ələviyyə Babayevanın yaradıcılığında ikinci xətt 

gənclərin həyatı, problemləri və taleyi məsələsidir. 

Yazıçı “Kölgə”, “Yarpaqlar nə haqda pıçıldaşır”, 

“Tut” adlı hekayələr kitabını, “Adamlar və talelər”, 

“Hardasan dost, harada”, “Anadil  ağlayırdı”, “Yanar 

su”, “Ölürəm, a dağlar” povest və romanlarını bu 

mövzulara həsr etmişdir. 

Hekayə, povest və romanlar yazmaqla yanaşı, 

müasir rus ədəbiyyatından tərcümələr etmişdir. 

A.Qaydarın “Uzaq ölkələr” (1950), V.Biankinin “İz 

ilə” (1947), “Ayı balası” (1959), “Qırmızı  təpə” 

(1963), K.Paustovskinin “Oğru pişik” (1951), 

V.Q.Korolenkonun “Satın alınmış uşaqlar” (1962),  

 

Y.Sotnikin “Əcaib quş” 



(1964), V.Astafyevin “Ul-

duz xəzanı” (1970), Y.Ça-

ruşinin “Nikitanın oyun-

caqları” (1984) və b. onun 

tərcüməsində kütləvi tirajla 

çap olunmuşdur.  

Ələviyyə xanımın bir 

sıra  əsərləri rus, ingilis, 

türk, bolqar, çin, yapon və 

başqa dillərə tərcümə olun-

muş  və  həmin ölkələrin 

nəşriyyatlarında çapdan 

çıxmışdır. 

Ə.Babayeva 25-dən ar-

tıq kitabın müəllifidir.  

O, 1951-1973-cü illər-

də “Azərbaycan qadını” 

jurnalında məsul katib, 

1973-1976-cı illərdə 

“Gənclik” nəşriyyatında 

Müasir ədəbiyyat şöbəsinin 

müdiri, 1976-1985-ci illər-

də baş redaktor olmuşdur. 

Moskvada Azərbaycan ədə-

biyyatı ongünlüyündə, 

həmçinin ölkəmizin bir çox 

yerlərində ədəbi tədbirlərdə 

iştirak etmişdir.  

 

Avqust  


 

90 illiyi 



Ələviyyə  Babayeva   

  1921  


 

 

Yazıçı 



12 

227 

O, 1951-ci ildən Azərbaycan Yazıçılar Birliyinin 

üzvü, 1979-cu ildən Azərbaycanın  Əməkdar mədə-

niyyət işçisidir.  



 

Ədəbiyyat 

 

Cırtdan şəhərdən qaçıb (povest və hekayələr) /Ə.Babayeva.- Bakı: Turan, 2001.- 

110 s.  

Dəli Sona (roman) /Ə.Babayeva.- Bakı: Şirvan, 1998.- 419 s. 

Yanar su: roman /Ə.Babayeva;  red. Z.Şahsevənli.- Bakı: Qapp-Poliqraf Npk, 

2002.- 216 s.  

Rəngbərəng yuxular: 60 ildə gördüklərim, sevdiklərim və sevmədiklərim:  

Həyat-behişt və cəhənnəm əzabı /Ə.Babayeva; red. Arif Şamo.- Bakı: Araz, 2000.- 

232 s. 

Son döngə: roman /Ə.Babayeva.-Bakı: Azərnəşr, 2000.- 430 s.  



Rəssam Rasim haqqında sözlərim: rəssam Rasim Babayev haqqında 

/Ə.Babayeva //Ədəbiyyat qəzeti.- 2008.- 8 avqust.- S.3.  

Ələviyyə Babayeva /S.Gəncəli //Qadın, Gözəllik və Ülviyyət: Ensiklopedik 

toplu.- Bakı, 2001.- S.265. 

 

İnternetdə 

www az.wikipedia.org 

www big.az 

www.kitab.az                                                                                      



 

Nailə Alışova 

 

 



228 

 

    



Emin  Ələkbər oğlu Quliyev 

1976-cı il avqust ayının 12-də Bakı-

nın Qaradağ rayonunun Sahil qəsə-

bəsində doğulmuşdur. 

 25 avqust 1994-cü ildə Qaradağ 

rayon Hərbi Komissarlığı tərəfindən 

Milli Orduya çağırılmışdır. O, Ya-

lamada hərbi təlim keçdikdən sonra 

776 saylı hərbi hissəyə göndərilmişdir. 

   E.Quliyevin  xidmət etdiyi batalyonun əsgərləri 

1995-ci ilin fevral ayının əvvəllərində Şubanıya ezam 

olundu. Artıq bu ərəfədə ölkədə siyasi sabitlik pozul-

muşdu. Bir dəstə hakimiyyət hərisi dövlət çevrilişinə 

can atırdı. Bunun qarşısı vaxtında alınmasaydı, ölkə 

ağır fəlakətlərlə üzləşə bilərdi. 13 mart 1995-ci ildə 

çağırışlara tabe olmayan bu dəstə öz çirkin əməllərini 

həyata keçirmək üçün silahlı  əməliyyata başladı. 

Eminin xidmət etdiyi alayın əsgərləri bu qarşıdurmanı 

yatırmaq üçün hadisə yerinə göndərildilər. Milli 

Ordunun  əsgərləri hadisə yerinə çatanda silahlı 

toqquşma artıq başlamışdı. Emin cinayətkarlara qarşı 

aparılan əməliyyatda fəal iştirak edir, yaralıların  

döyüş meydanından çıxarıl-

masında  əsl qəhrəmanlıq 

nümunəsi göstərirdi. Lakin 

güllələrdən biri ondan yan 

keçmədi. O, gözlərini əbədi 

yumdu. 


   Subay idi. 

   Azərbaycan Respublikası 

Prezidentinin 4 aprel 1995-

ci il tarixli 307 saylı  Fər-

manı ilə Quliyev Emin 

Ələkbər oğluna ölümündən 

sonra “Azərbaycanın Milli 

Qəhrəmanı” adı verilmış-

dir. 

   Məzarı doğulduğu Sahil 



qəsəbəsindəki  Şəhidlər Xi-

yabanındadır. 

   Bakının Qaradağ rayo-

nunun Sahil qəsəbəsindəki 

14 saylı Xüsusi İnternat 

məktəbi, Qaradağ rayonun-

da küçə və park onun adını 

daşıyır. 



Ədəbiyyat 

    Emin  Ələkbər oğlu  Quliyev //Azərbaycanın Milli Qəhrəmanları /tərt. ed. 

H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.121-122. 

     Əsgərov, V. Quliyev Emin Ələkbər oğlu /V.Əsgərov //Azərbaycanın Milli 

Qəhrəmanları.- Bakı, 2005.- S.121.   

                                                                                                Bəybala Ələsgərov 

 

Avqust  


 

35 illiyi 

 

Emin Quliyev 



1976-1995 

 

 



 

 

Milli 



Qəhrəman 

12 


229 

Yüklə 5,2 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin