Azərbaycan Milli Kitabxanası



Yüklə 5,2 Mb.
Pdf görüntüsü
səhifə27/37
tarix24.01.2017
ölçüsü5,2 Mb.
#6263
1   ...   23   24   25   26   27   28   29   30   ...   37

Qadın zorakılığına yox 

deyək! 

Ədəbiyyat 

Xəlilova, L. Qadın yerli demokratiya quruculuğunda aktiv iştirakçı olmalıdır  

/L.Xəlilova //Respublika.- 2009.- 11 avqust.- S.6.  

Qadın  əməyinin tətbiqi qadağan olunan, əmək  şəraiti zərərli və  ağır olan 

istehsalatların, peşələrin, habelə yeraltı işlərin siyahısının təsdiq edilməsi haqqında: 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı.- Bakı, 1999. 

Möhsümova, V. Qadına qayğı  və ehtiram cəmiyyəti yüksəldir /V.Möhsümova  

//Xalq qəzeti.- 2008.- 5 sentyabr.- S.3.  



Rus dilində 

Тюленева,  Н.  Тайны  великих  женщин  /Н.Тюленева.-  М.:  АСТ;  Санкт-

Петербург : Астрель-СПб , 2008.- 317 с.  

İnternetdə 

www.az.apa.az 

www.gender-az.org                                                                    Nailə Alışova 


313 

 

Əli Qara oğlu Vəliyev   1901-ci il 

noyabr ayının 28-də Ermənistanın 

Sisyan rayonunun Ağdü kəndində 

anadan olmuşdur. 1917-ci ildə  Ağdü 

kəndindəki üçsinifli rus məktəbini 

bitirmişdir. Bakıda neft mədənlərində 

fəhləlik edən Qara kişinin oğlu Əlinin 

həyata göz açan  gündən nəsibi yox-

sulluq, müzdurluq, təhqir olmuşdur.  

1923-cü ildə  Şuşa firqə  məktəbinə daxil olan 

Ə.Vəliyev daha sonra Bakı mərkəzi firqə məktəbində 

və mühazirəçilər qrupunda təhsilini davam 

etdirmişdir. Fəal fəhlə-kəndli müxbiri kimi “Kommu-

nist”, “Kəndli”, “Gənc işçi”, “Yeni fikir” qəzetlərinin 

səhifələrində çıxışlar etmişdir. 

1927-ci ildə ilk hekayəsi “Gülarə” nəşr olunanda 

Əli Vəliyev artıq onillik məşəqqətli, lakin çox maraqlı 

və şərəfli bir həyat yolu keçmişdi. 

1925-1928-ci illərdə Kürdüstan qəzasında müxtəlif 

vəzifələrdə çalışmışdır. Yay pedaqoji kurslarında təh-

silini artırmış  və  Şuşada orta təhsil haqqında diplom 

almışdır. 

1928-ci ildə Azərbaycan Dövlət Darülfünunun Pe-

daqoji fakültəsinin Tarix-ictimaiyyət  şöbəsinə daxil 

olmuşdur. “İnqilab və  mədəniyyət”, “Hücum” və 

“Ədəbiyyat cəbhəsində” jurnallarında hekayələri çap 

olunmuşdur. 

1931-ci ildə Azərbaycan Dövlət Darülfünunun Pe-

daqoji fakültəsini bitirmişdir. Ali məktəbi bitirmək 

barədə diplom almasına baxmayaraq, Əli Vəliyev 

yaşadığı dövrdə baş verən 

ictimai siyasi hadisələrdən 

geri qalmamış, aktiv fəaliy-

yət göstərmişdir.  

1933-1934-cü illərdə 

“Şərq qapısı” qəzetinin re-

daktoru vəzifəsində çalış-

mışdır. 

1941-1942-ci illərdə Bö-

yük Vətən müharibəsi cəb-

hələrində yazıçı-jurnalist 

kimi iştirak etmiş, gördüyü, 

şahidi olduğu insanlar və 

onların qəhrəmanlığını  tə-

cəssüm edən “Cəbhə he-

kayələri” kitabını yazmış-

dır. 1945-ci ildə “1941-

1945-ci illərdəki Böyük Və-

tən müharibəsində  şərəfli 

əməyə görə” medalı ilə  təl-

tif olunmuşdur. 

1950-1954-cü illərdə 

Azərbaycan Yazıçılar İttifa-

qının məsul katibi vəzifə-

sində işləmişdir. 

1954-cü ildə “Gülşən” 

povesti və “Çiçəkli” romanı 

M.F.Axundov adına  Dövlət 

mükafatına layiq görülmüş-

dür. 

 

Noyabr  



 

110 illiyi 



Əli Vəliyev    

1901-1983 

 

 

 



 

 

Yazıçı 



28 

314 

Əli Vəliyev 1954-1959-cu illərdə “Azərbaycan” 

jurnalının məsul redaktoru vəzifəsində çalışmışdır. 

Həmin illərdə yazıçının “Madarın dastanı”, “Ürək 

dostları”, Azərbaycan, Rus, Ukrayna dillərində    “Çi-

çəkli” romanı, “Seçilmiş əsərləri”nin I cildi oxuculara 

təqdim olunmuşdur. 

1974-cü ildə Azərbaycan Xalq yazıçısı  fəxri adına 

layiq görülmüşdür. Bu illərdə “Budağın xatirələri” 

romanını və “Yeni həyat” hekayələr kitabını çap etdir-

mişdir. 

1976-cı ildə anadan  olmasının 75 illiyi münasibəti-

lə SSRİ Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı 

ilə təltif edilmişdir. 

1977-1980-ci illər “Qarabağda qalan izlər”, “Nara-

hat adam”, “Turaclıya gedən yol” romanları, “Qənirsiz 

gözəl”, “Zamanın ulduzları” povest və hekayələri, 

“Şamama Həsənova” oçerki çap edilmiş, bir sıra po-

vest, hekayə, oçerk və  ədəbi-tənqidi məqalələri dövri 

mətbuatda çap olunmuşdur. 

O, 1959-cu ildə  Qırmızı  Əmək Bayrağı ordeni,  

1971-ci ildə anadan olmasının 70 illiyi  və ədəbiyyatı-

mızın inkişafındakı böyük 

xidmətlərinə görə Lenin or-

deni və  “Əmək veteranı” 

medalı, 1981-ci ildə  ana-

dan olmasının 80  illiyi ilə 

əlaqədar olaraq “Oktyabr 

İnqilabı” ordeni ilə  təltif 

edilmişdir.  

Jurnalistlər 

İttifaqının 

“Qızıl qələm” mükafatına 

və “Xalq maarifi əlaçısı” 

döş nişanına layiq görül-

müşdür. 


Əli Vəliyev 2 fevral 

1983-cü ildə Bakı şəhərində 

vəfat etmişdir. Fəxri Xiya-

banda dəfn olunmuşdur. 



Ədəbiyyat 

Seçilmiş  əsərləri  /Ə.Vəliyev; tərt.: Tofiq Qaraqaya, Sevil Vəliyeva.- Bakı: 

Avrasiya Press, 2005.- 320 s. 

Turaclıya gedən yol: Roman. /Ə.Vəliyev.- Bakı: Gənclik, 1980.- 456 s. 

Cahangir, T. Təcili yardım:  Əli Vəliyev haqqında /T.Cahangir //Yeni 

Azərbaycan.- 2002.- 9 aprel.- S.5 

Xalq yazıçısının yubileyi: Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Xalq 

yazıçısı  Əli Vəliyevin 100 illik yubileyinə  həsr olunmuş  yığıncaq haqqında 

//Azərbaycan.-2001.-22 aprel.-S.4. 

Qasımov,  İ.  Əli Vəliyev: Yazıçının  şəxsiyyəti və yaradıcılığı  /İ.Qasımov.- Bakı: 

Yazıçı, 1987.- 129 s. 

İnternetdə 

www.anl.az 

www.google.az. 

                                                                              Samirə   Eminova  


315 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

1 dekabr 

Gün çıxır 

07:08   


Gün batır 

17:15 


31 dekabr    

Gün çıxır  

06:26   

Gün batır 

17:24 

De

kabr



 

 

 



23 noyabr- 

21 dekabr 

 

Oxatanın Nişanı 



oddur. Yupiterin 

himayəsindədir. 

Günəşin Oxatan 

bürcündən keçdiyi 

dövrdə doğulanlar 

təmkinli, fəal 

olurlar. Kişilər 

qadınların xoşuna 

gəlirlər.  

Ca 1 

C 2 

Ş 3 

B 4 

Be 5 

Ça 6 

Ç 7 

Ca 8 

C 9 

Ş 10 

B 11 

Be 12 

Ç0a 13 

Ç 14 

Ca 15 

C 16 

Ş 17 

B 18 

Be 19 

Ça 20 

Ç 21 

Ca 22 

C 23 

Ş 24 

B 25 

Be 26 

Ça 27 

Ç 28 

Ca 29 

C 30 

Ş 31 

  2011      

 

     Əlamətdar və  



     tarixi günlə

Xankəndinin işğalı 

     Xan babalarımızın əli ilə ilk bünövrə daşları düzülən, 

Azərbaycan xalqının varı-dövləti hesabına tikilib müasir 

şəhər görkəmi alan Xankəndi Qarabağın başqa yaşayış 

məntəqələri kimi Ermənistan ordusunun tapdağı 

altındadır.  İşğala qədər Xankəndində yüzlərlə 

azərbaycanlı ailəsi yaşayırdı, yurd-yuvasından didərgin 

düşən soydaşlarımız orada Kərkicahanda yaşamışdılar. 

Bütün Azərbaycan xalqı inanır ki, Dağlıq Qarabağ 

problemi ən yaxın zamanlarda birdəfəlik və ədalətlə həll 

ediləcək, Xankəndi də, Kərkicahan da, Xocalı da, Şuşa 

da, Laçın da əsl sahiblərinə - azərbaycanlı övladlarına 

qovuşacaq. 

    

Hal-hazırda rayonun ərazisi erməni silahlı  dəstələri 



tərəfindən işğal olunub! 

1.   QİÇS-ə Qarşı Mübarizə Günü  

3.   Bеynəlxalq Əlillər Günü  

6.

 



Rabitə  və  İnformasiya Texnologiyaları Sahəsi 

İşçilərinin Peşə Bayramı



 

(06.12.2006) 

11. Uşaqların Bеynəlxalq  Tеlеviziya və Radiо  

       Vеrilişləri Günü   

16.  Sərhəd Qоşunları Günü  

26 Xankəndinin işğalı (26.12.1991) günü 

31.Dünya Azərbaycanlılarının Həmrəylik Günü 

(31.12.1991) 

 


316 

Dekabr –


 Qriqorian təqvimi ilə ilin on ikinci, sonuncu ayıdır. 31  gündən 

ibarətdir. 

 

 

 Milli ədəbiyyat 

 

Əməkdar incəsənət xadimi, şair, publisist, dramaturq Qurbani Abdulla 



Novruz oğlunun (13.12.1956) anadan olmasının 55 illiyi 

Şair, kinodramaturq Əliyev Rövşən Məmmədəli oğlunun (Ramiz 

Rövşən) (15.12.1946) anadan olmasının 65 illiyi 

Əməkdar mədəniyyət işçisi, yazıçı  Vəliyev Süleyman Vəli oğlunun 

(21.12.1916-07.03.1996) anadan olmasının 95 illiyi 

Ədəbiyyatşünas,  şair, tərcüməçi  Əlizadə  Məmməd  Əli oğlunun 

(Mübariz  Əlizadə) (23.12.1911-08.04.1994) anadan olmasının  100 

illiyi 


Ədəbiyyatşünas, professor Sultanlı Əli Abdulla oğlunun (25.12.1906-

18.07.1960) anadan olmasının 105 illiyi 

Yazıçı,  ədəbiyyatşünas Cəfərzadə  Əzizə  Məmməd qızının 

(29.12.1921-04.09.2003) anadan olmasının 90 illiyi 

Şair, publisist Kəsəmənli Nüsrət Yusif oğlunun (29.12.1946-

16.10.2003) anadan olmasının 65 illiyi 



      Xarici ədəbiyyat 

        Rus yazıçısı, ictimai xadim, dövlət mükafatı laureatı Tixonov Nikolay 

Semyonoviçin (04.12.1896-08.02.1979) anadan olmasının 115 illiyi 

İran  şairi, filoloq və ictimai xadim Bahar Məhəmmədtağı  Məlik Üş-

şüəranın (10.12.1886-21.04.1951) anadan olmasının 125 illiyi 


317 

Rus şairi Nekrasov Nikolay Alekseyeviçin (10.12.1821-08.01.1878) 

anadan olmasının 190 illiyi 

Rus yazıçısı, publisist, tarixçi Karamzin Nikolay Mixayloviçin 

(12.12.1766-03.06.1826) anadan olmasının 245 illiyi 

Fransız yazıçısı Flober Qustavın (12.12.1821-08.05.1880) anadan 

olmasının 190 illiyi 

Rus yazıçısı, ictimai xadim Fadeyev Aleksandr Aleksandroviçin 

(24.12.1901-13.05.1956) anadan olmasının 110 illiyi 

 Tarixi günlər 

 QİÇS-ə Qarşı Mübarizə Günü (01.12.1996) 

 Bеynəlxalq Əlillər Günü (03.12.1992) 

 Rabitə  və  İnformasiya Texnologiyaları Sahəsi  İşçilərinin Peşə 

Bayramı  (06.12.2006) 

“Müstəqil Dövlətlər Birliyi”nin (MDB) yaradılması haqqında 

müqavilə bağlanmışdır (08.12.1991) 

Uşaqların Bеynəlxalq Tеlеviziya və Radiо Vеrilişləri Günü  

(12  dekabr) 

Sərhəd Qоşunları Günü (16.12.2000) 

Latın qrafikalı Azərbaycan əlifbasının bərpa olunması haqqında qanun 

qəbul edilmişdir (25.12.1991) 

Azərbaycan Respublikası Pensiya Fondunun (16.12.1991) yaradılması 

Xankəndinin işğalı günü (26.12.1991

Dünya Azərbaycanlılarının Həmrəylik Günü (31.12.1991) 



    Milli Qəhrəmanlar 

       Azərbaycanın Milli Qəhrəmanı Əsgərova Salatın Əziz qızının 

       (16.12.1961-09.01.1991) anadan olmasının 50 illiyi 


318 

Azərbaycanın Milli Qəhrəmanı  Əhmədov Riad Fikrət oğlunun 

(20.12.1956-22.01.1992) anadan olmasının 55 illiyi 

Azərbaycanın Milli Qəhrəmanı Orucov Vəzir Surxay oğlunun 

(26.12.1956-22.03.1993) anadan olmasının 55 illiyi 

     Siyasət. Hərbi iş 

      Dövlət xadimi, general-mayor Əsədov Məhəmməd Nəbi oğlunun 

(05.12.1941-20.11.1991) anadan olmasının 70 illiyi 

Azərbaycan Respublikasının Prezidenti, görkəmli siyasi və dövlət 

xadimi Əliyev İlham Heydər oğlunun (24.12.1961) anadan olmasının 

50 illiyi 

     İqtisadiyyat

 

       Əməkdar elm xadimi, iqtisadçı alim Əliyev Aqil Əlirza oğlunun 



(10.12.1926-07.03.2006) anadan olmasının 85 illiyi 

Əməkdar elm xadimi, iqtisadçı alim Qasımov  Əbülfəz Cəbrayıl 

oğlunun (20.12.1931) anadan olmasının 80 illiyi 

      Mədəniyyət. Maarif. Təhsil 

         Əməkdar elm xadimi, Beynəlxalq İnformasiyalaşdırma 

Akademiyasının akademiki, professor Xələfov Abuzər Alı  oğlunun 

(25.12.1931) anadan olmasının 80 illiyi 

 

Coğrafiya. Geologiya  

Danimarka astronomu Brahe Tixonun (14.12.1546-13.10.1601) 

anadan olmasının 465 illiyi 

Poleontoloq, geoloq alim Ağalarova Dünya Ələkbər qızının 

(15.12.1906-1981) anadan olmasının 105 illiyi 

 


319 

        Kimya. Biologiya. Tibb 

           Əməkdar həkim, cərrah  Əlikişibəyov Mustafa Məmməd oğlunun 

(07.12.1901) anadan olmasının 110 illiyi 

Azərbaycanda patoloji anatomiyanın banilərindən biri, professor 

Hüseynov Cəlil Yusif oğlunun (20.12.1896-21.03.1979) anadan 

olmasının 115 illiyi 

İlk qadın travmatoloq, tibb elmləri doktoru Seyidova Həqiqət  Əli 

qızının (26.12.1916) anadan olmasının 95 illiyi 

Məşhur parazitoloq və protozooloq alim, AMEA-nın həqiqi üzvü 

Musayev Musa Əbdürrəhman oğlunun (27.12.1921) anadan olmasının 



90 illiyi 

Zooloq-entomoloq, biologiya elmləri doktoru Səmədov Niyazi Həmid 

oğlunun (31.12.1916) anadan olmasının 95 illiyi 

      Tarix 

        Tanınmış  şərqşünas alim, tarix elmləri doktoru, professor Bünyadov 

Ziya Musa oğlunun (24.12.1921-21.02.1997) anadan olmasının  90 

illiyi 


      Fizika. Riyaziyyat  

          İngilis fiziki Tomson Cozef Conun (18.12.1856-30.08.1940) anadan 

olmasının 155 illiyi 

Görkəmli fizik, fizika-riyaziyyat elmləri doktoru Quliyev Nəriman 

Ağaqulu oğlunun (28.12.1926) anadan olmasının 85 illiyi 

      Mühəndis işi. Texnika 

        Alman elektrotexniki və sahibkarı Simens Ernst Vernerin (13.12.1816-

06.12.1892) anadan olmasının 195 illiyi 


320 

Əməkdar elm və texnika xadimi, texnika elmləri doktoru, professor 

Süleymanov  Ələkbər Bağır oğlunun (31.12.1916) anadan olmasının 

95 illiyi 

   Teatr. Kino. Sirk 

    Xalq  artisti,  görkəmli aktyor Yusifzadə  Əşrəf  Əmrah oğlunun 

(05.12.1906-07.03.1963) anadan olmasının 105 illiyi 

Amerika kino rejissoru, prodüser Disney Uoltun (05.12.1901-

15.12.1966) anadan olmasının 110 illiyi 

Xalq artisti Salayev Həsənağa Dərya oğlunun (05.12.1921-

22.10.1981) anadan olmasının 90 illiyi 

Xalq artisti, Dövlət mükafatı laureatı Davudova Mərziyə Yusif qızının 

(08.12.1901-05.01.1962) anadan olmasının 110 illiyi 

Rusiyanın Xalq artisti,

 

sirk ustası  və kloun Nikulin Yuri 



Vladimiroviçin (18.12.1921-21.08.1997) anadan olmasının 90 illiyi 

   Kino operatoru, rejissor və rəssam Atakişiyev Əlisəttar Ələsgər  

   oğlunun (25.12.1906-1990) anadan olmasının 105 illiyi 

    Rəssamlıq 

     Alman  boyakarı  və qrafiki Diks Ottonun (02.12.1891-25.07.1969) 

anadan olmasının 120 illiyi 

Rəssam, Dövlət mükafatı  və Beynəlxalq Nehru mükafatı laureatı 

Abdullayev Mikayıl Hüseyn oğlunun (19.12.1921-21.08.2002) anadan 

olmasının 90 illiyi 



      Musiqi. Opera. Balet 

        


Xalq artisti, balerina Şirəliyeva Tamilla Xudadat qızının  

         (08.12.1946) anadan olmasının 65 illiyi 



321 

Xalq artisti, müğənni Sadıqov  Əlövsət  Şirəli oğlunun (22.12.1906-

17.10.1971) anadan olmasının 105 illiyi 

Xalq artisti, balerina Babayeva Çimnaz Məmməd qızının 

(23.12.1946) anadan olmasının 65 illiyi 

Əməkdar artist, balaban və klarnet ifaçısı Zeynalov Bəhruz Mahmud 

oğlunun (24.12.1926-25.05.1998) anadan olmasının 85 illiyi 

SSRİ və Azərbaycanın Xalq artisti Xanlarova Zeynəb Yəhya qızının 

(28.12.1936) anadan olmasının 75 illiyi 

Xalq artisti, müğənni  Əliyev  Əbülfət  Əsəd oğlunun (30.12.1926-

1990) anadan olmasının 85 illiyi 

       Folklor 

         Əməkdar mədəniyyət işçisi Pənahov Əlipənah Ələsgər oğlunun (Aşıq 

Pənah) (12.12.1926-26.08.1978) anadan olmasının 85 illiyi 


322 

 

     Əlipənаh  Ələsgər  оğlu Pənаhоv 

(Аşıq Pənаh) 1926-cı il dekabr 

ayının 1-də indiki Nеftçаlа  rаyо-

nunun Аşаğı Surrа kəndində аnаdаn 

оlmuşdur.  

Tədricən  оnun  şаir təbi püхtə-

ləşmiş, qоl-qаnаd  аçmışdır. Gənc 

yаşlаrındаn şеirə, sənətə, sаzа böyük 

həvəs göstərən  Аşıq Pənаh sоnrаlаr 

bütün həyаtını bu sənətə bаğlаmışdır. 

Zаmаn kеçdikcə  аşığın sənət mеydаnı  gеnişlən-

mişdir. Surrа  kəndindən pərvəriş  tаpаn sırаvi səhnə 

həvəskаrı, kitаb müəllifi və  bənzərsiz sənətkаr kimi 

tаnınmış, sеvilmiş  və  sеvildikcə ilhаmlı  mаhnılаrı 

hisslərə, duyğulаrа hаkim kəsilmişdir. 

Аşıqlıq sənətinə 15 yаşındа ikən – 1941-ci ildə 

bаşlаyıb. 25 yаşındа ikən Sаlyаndа “Kür” аşıqlаr 

аnsаmblı  təşkil  еtmişdi. 1944-1947-ci illərdə  Sаlyаn 

Dövlət Drаm Tеаtrındа çаlışmışdır. 

Tеаtrın rеpеrtuаrındа оpеrаlаr, оpеrеttаlаr, musiqili 

kоmеdiyаlаr  əsаs yеr tutduğundаn yаpışıqlı  səsi  оlаn 

Pənаh həmişə  bаş  rоllаrın ifаçısı  оlmuşdur. Məcnun, 

Kərəm, Qərib,  Əsgər, Vаqif  оbrаzlаrı  оnun uğurlu 

ifаsındа  tеаtrsеvərlərin, tаmаşаçılаrın  аlqışlаrını  qа-

zаnmışdır. 

Sоnrаlаr  Аşıq Pənаh bunu dönə-dönə  qеyd  еtmiş, 

tеаtr səhnəsinin  оnun qоl-qаnаd  аçmаsındа, din-

ləyicilər qаrşısınа  sıхılmаdаn çıхmаsındа, sərbəst 

çıхış еtməsində mühüm rоl оynаdığını хüsusi vurğulа-

mışdı. 

Bеləcə, аşıq həmişə хаl-



qın  şаd və  qəmgin günlə-

rində оnunlа birlikdə sеvin-

miş, kədərlənmişdir. О, tоy 

məclislərində  zаmаnın sı-

nаğındаn çıхmış qəhrəmаn-

lıq və  məhəbbət dаstаn-

lаrını özünəməхsus  şövqlə 

söyləmiş, hаmını еl qеyrəti-

ni çəkməyə, düşmən qаbа-

ğındа  mərdаnə  dаyаnmаğа, 

dоstluqdа, sеvgidə dəyаnət-

li оlmаğа səsləmişdir. 

      Aşıq 1967-ci ildə Azər-

baycanın  Əməkdar mədə-

niyyət işçisi adına layiq 

görülmüşdür. 

    Bütövlükdə,  Аşıq Pənаh 

Аzərbаycаn mədəniyyəti-

nin inkişаfı  və  təbliği üçün 

аz iş görməmişdir.  Аşıq 

Pənаh çох  yаşаmаmışdır. 

Cəmi 52 il ömür sürmüş-

dür. Аmmа о, bu qısа həyа-

tındа  dа  аşıq sənətimizin 

inkişаfındа mühüm rоl  оy-

nаmışdır. Sazda 32 ənənəvi 

aşıq havasını ustalıqla ifa 

etmişdir. Aşıq Pənah 18 

aşıq havası (“Dilbər”, 

 

Dekabr  



 

85 illiyi 



 

 

Əlipənаh Pənаhоv  

1926-1978 

 

 

 



 

 

 



Aşıq 

 



323 

“Yeddi qardaş”, “Azərbaycan” və s.) bəstələmişdir. 

“Qəhrəman  şah Nəcəf”, “Əsli və  Kərəm”, “Aşıq 

Qərib” və s. dastanları  məclislərdə  məharətlə ifa 

etmişdir. Aşıq Pənah 2 dastanın (“Sülh”, “Pam-

bıqçılar”) və 128-ə  qədər qoşmanın müəllifi ol-

muşdur.  

Аşıq Pənаh kеçmiş SSRİ-nin müхtəlif şəhərlərində, 

bir sırа хаrici ölkələrdə Аzərbаycаnı müvəffəqiyyətlə 

təmsil  еtmişdir.  Əsl sənət-

kаr, böyük еl  аğsаqqаlı, 

məclislər yаrаşığı оlаn аşıq 

1978-ci il аvqustun 8-də 

vəfаt еtmişdir. 

 

Ədəbiyyаt 

 

Əfəndiyеv, P. Аzərbаycаn şifаhi хаlq ədəbiyyаtı /P.Əfəndiyеv.- Bakı: İşıq, 1981.- 

365 s. 

Rəhimоv,  Ə.  Аşıq Pənаh və  Аzərbаycаn mədəniyyəti /Ə.Rəhimоv //Mədəni-



Mааrif.- 2007.- № 10-11.- S.46-49. 

 

İntеrnеtdə 

www.azerbaijan-news.az  

www.az.wikipedia.org 

www.medeniyyet.az 

 

Məmməd Məmmədov 

 


324 

 

Həsənağa Dərya oğlu Salayev 

1921-ci il dekabr ayının 1-də Bakıda 

doğulmuşdur. 1937-ci ildə 9-cu sinfi 

yüksək qiymətlərlə bitirərək Bakı 

Teatr Texnikumuna daxil olmuşdur. 

Tələbə ikən 1938-ci ildə Akademik 

Milli Dram teatrının aktyor heyətinə 

qəbul edilmişdir. 1941-ci ildə müha-

ribəyə getmiş  və 1946-cı ildə teatra 

qayıtmışdır. 

Müxtəlif  illərdə  Səməd Vurğunun “Xanlar”  

(Mamuliya), “Fərhad və Şirin” (Fərhad), “Vaqif” (El-

dar, Qacar və Vaqif), Zeynal Xəlilin “Qatır Məmməd” 

(Əziz),  Ənvər Məmmədxanlının “Şərqin səhəri” 

(Mustafa), Vilyam Şekspirin “Otello” (Montano), 

Hüseyn Cavidin “Səyavuş” (Keykavus)  və s. əsərlə-

rinin tamaşalarında xarakterik səhnə surətləri yarat-

mışdır. 

Aktyor eyni zamanda “Azərbaycanfilm” kinostu-

diyasının istehsal etdiyi “Fətəli xan”, Görüş”, “O ol-

masın, bu olsun”, “Onu bağışlamaq olarmı?”, “Koroğ-

lu”, “İstintaq davam edir” bədii və “Aygün” televiziya 

filmlərində Süleyman, Musa, Əzim  Əzimzadə, 

Qüdrət, Eyvaz, Mayor Rüs-

təmov,  Əmirxan rollarına 

çəkilmişdir. 

Gurultulu və cingiltili 

səsini məharətlə  tənzim-

ləyən aktyor romantik rol-

larla realist personajları, 

mürəkkəb psixoloji dönüşlü 

dramatik obrazları eyni mə-

harətlə oynaya bilirdi. 

Həsənağa Salayev ak-

tyorluq sənətində qazandığı 

qələbələrə görə 10 iyun 

1959-cu ildə Azərbaycan 

Respublikasının  Əməkdar 

artisti, 1974-cü ildə isə 

Xalq artisti fəxri adlarına 

layiq görülmüşdür.  

Aktyor yaradıcılığının 

ən müdrik çağında, 54 ya-

şında 22 oktyabr 1981-ci 

ildə dünyasını dəyişmişdir.   

 

 

Ədəbiyyat 



Rəhimli,  İ. Həsənağa Salayev /İ.Rəhimli //Azərbaycan teatr tarixi.- Bakı, 2005.- 

S.328-329. 

Salayev Həsənağa //Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə.- Bakı, 1984.- 

C.8.- S.265. 



                                      Səmayə Quliyeva 

 

Dekabr  



 

90 illiyi 

 

 

Həsənağa Salayev 



1921-1980 

 

 



 

 

 



 

Aktyor 


 



325 

Yüklə 5,2 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin