Azərbaycan Milli Kitabxanası



Yüklə 5,2 Mb.
Pdf görüntüsü
səhifə35/37
tarix24.01.2017
ölçüsü5,2 Mb.
#6263
1   ...   29   30   31   32   33   34   35   36   37

 

   Hüseyn  Məmməd oğlu  Ərəblinski 

(Hüseynbala Xələfov) 1881-ci ildə 

Bakıda doğulmuşdur. Azərbaycan 

romantik aktyor məktəbinin banisi 

sayılan Hüseyn, ilk təhsilini mol-

laxanada aldıqdan sonra, 1893-cü 

ildə rus-tatar məktəbində oxumuş-

dur. Məktəb illərində teatr dərnə-

yinin qoyduğu tamaşalarda həvəslə oynayan Hüseyn, 

qohumlarının və yaxınlarının etirazlarına baxmayaraq 

həyatını teatra bağlamaq qərarına gəlmişdir. 

Rus dilini və  ədəbiyyatını mükəmməl öyrənən 

aktyor, 1900-cü ildə hərbi məktəbə daxil olmaq üçün 

Tiflisə getmiş, ancaq nəslən hərbi qulluqçu ol-

madığına və özünün həmin sahədə müəyyən iş 

stajının yoxluğuna görə onu məktəbə  qəbul etmə-

mişlər. 


Hüseyn  Ərəblinski ilk dəfə  səhnəyə 1897-ci ildə 

Mirzə  Fətəli Axundovun “Lənkəran xanının vəziri” 

komediyasında Mehtər Kərim rolunda çıxmışdır. 

1905-ci ildə  Lənkəran qastrolu zamanı  Nəcəf bəy 

Vəzirovun “Müsibəti Fəxrəddin” tamaşasında oyna-

dığı Fəxrəddin obrazı Hüseynə şöhrət qazandırmışdır. 

1906-cı ildə  Ərəblinski “Nicat” cəmiyyəti nəz-

dindəki teatr truppasına daxil olmuş və 1913-cü ilədək 

bu truppa ilə tamaşalarda iştirak etmişdir. Sonralar o, 

“Səfa” cəmiyyətinin truppasına keçmiş, 1918-ci ildən 

isə Zülfüqar və Üzeyir Hacıbəyli qardaşlarının teatr 

truppasında işləməyə başlamışdır.  

 

 

Bu müddət  ərzində o, 



həm də rejissor kimi fəaliy-

yət göstərmiş  və teatra baş 

rejissor təyin olunmuşdur.  

H.Ərəblinski Azərbay-

canın ilk peşəkar rejissoru 

hesab edilir. Obrazın daxili 

aləmini dərindən duymaq 

və açmaq, əsərin səciyyəvi 

xüsusiyyətlərini incə detal-

larla verə bilmək qabiliy-

yəti  Ərəblinskinin rejis-

sorluq sənətinin  əsas mə-

ziyyətlərindən olmuşdur. 

Onun hazırladığı tamaşalar 

böyük maraqla qarşılanırdı. 

Azərbaycan teatrının re-

pertuarına Azərbaycan ta-

rixi və milli müstəqillik uğ-

runda hərəkatla bağlı səhnə 

əsərlərinin daxil edilməsin-

də  Ərəblinskinin böyük ro-

lu olmuşdur. 

Ərəblinskinin aktyor tə-

biətinə faciəvilik və roman-

tik pafos daha yaxın olmuş-

dur. O, S.Lanskoyun “Qə-

zavat”  əsərində  Əhmədbəy 

Şamxal, Ş.Şaminin “Dəmir-

çi Gavə”  əsərində Gavə, 

 

2011 



 

130 illiyi 

Hüseyn  Ərəblinski  

  1881-1919 

 

 

 



 

Aktyor 


401 

Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz çavan”ında 

Fərhad, N.Nərimanovun “Nadir şah”  əsərində Nadir 

şah və s. rolları yüksək sənətkarlıqla oynamışdır. 

Yaradıcılığında milli teatr ənənələri ilə klassik 

Avropa teatr mədəniyyətini üzvi surətdə birləşdirən 

Ərəblinski müxtəlif janrlı  əsərlərdə inandırıcı  və 

parlaq obrazlar yaratmışdır. 1910-cu ildə V.Şekspirin 

“Otello”  əsərində yaratdığı Otello obrazı  Ərəblinski 

yaradıcılığının zirvəsi sayılır. 

Ərəblinski musiqili teatr səhnəsində  də  fəaliyyət 

göstərmişdir. Azərbaycan operasının birinci və  ən 

məşhur tamaşası olan Üzeyir Hacıbəylinin “Leyli və 

Məcnun” operası 1908-ci ildə H.Ərəblinski tərəfindən 

tamaşaya qoyulmuşdur. Bundan sonra Ü.Hacıbəylinin 

“Əsli və Kərəm”, “O olmasın , bu olsun”, “Şah Abbas 

və Xurşidbanu”, “Aşıq Qərib”, “Evliykən subay”, 

“Əlli yaşında cavan” və s. əsərlərinin quruluşçu re-

jissoru olmuşdur. 

Azərbaycanda peşəkar səhnə ustalarının yetiş-

dirilməsində  Ərəblinskinin böyük xidməti olmuşdur. 

O, Azərbaycan dramaturgiyası  və teatrının fəal 

təbliğatçısı olmuş  və bu işdən ötrü Cənubi Qafqaz, 

Şimali Qafqaz, Volqaboyu, Orta Asiya və Krım  şə-

hərlərinə qastrol səfərləri etmişdir. 

Azərbaycanda kino sənətinin yaradılmasında da 

Ərəblinskinin rolu olmuşdur. 1916-cı ildə “Neft və 

milyonlar səltənətində” adli ilk Azərbaycan bədii fil-

mində  Ərəblinski baş rolda 

– Lütfəli bəy rolunda çə-

kilmişdir. Azərbaycan teat-

rını dünya səviyyəsində 

təbliğ etmək, ölkədə kino 

sənətini inkişaf etdirmək 

kimi böyük arzularla yaşa-

yan Hüseyn Ərəblinskinin 

həyatına xaincəsinə sui-

qəsd edilmişdir. Qohumla-

rından birisi onların nəslin-

dən aktyor olmayacağını 

bildirərək  Ərəblinskini hə-

dələmiş, ondan peşəsini də-

yişməyi tələb etmişdir.  Hər 

dəfə rədd cavabı alan dayısı 

oğlu Əbdülxalıq  1919-cu il 

martın 17-də  Ərəblinskini 

öldürmüşdür. 

Hüseyn 


Ərəblinskinin 

məzarı Fəxri Xiyabandadır. 

Sumqayıt Dövlət Musiqili 

Dram Teatrı  və Bakı küçə-

lərinin biri görkəmli sənət-

karın adını daşıyır. Sabit 

Rəhmanın “Son faciə” po-

vesti ona həsr olunmuşdur. 

 

Ədəbiyyat 

 

Əhmədov, S. Hüseyn Ərəblinski /S.Əhmədov //Azərbaycan tarixindən yüz 

şəxsiyyət.- Bakı, 2006.- S.142-143. 

Məhərrəmova, T. Bir aktyorun faciəsi: görkəmli aktyor və rejissor Hüseyn 

Ərəblinski haq. /T.Məhərrəmova //Kaspi.- 2006.- 17 mart.- S.6. 

Rəhimli, İ. Hüseyn Ərəblinski /İ.Rəhimli //Azərbaycan teatr tarixi.- Bakı, 2005.- 

S.157-162. 

İnternetdə 

www.anl.az 

www.az.wikipedia.org 

 

                                                    Səmayə Quliyeva 



402 

                                 

  Nobel Mükafatları – (illik bey-

nəlxalq mükafatlar) onları  təsis 

etmiş  İsveç mühəndis-kimya-

çısı, ixtiraçı və sənayeçi Alfred 

Bernhard Nobelin adınadır. 

1901-ci ildən verilir. Nobelin 

vəsiyyətinə  əsasən onun ölü-

mündən sonra qalan kapital 

Nobel fondunu təşkil etmişdir; əvvəllər 32 mln. İsveç 

kronası olan həmin məbləğin 12.4%-i (3.74 mln 

krona) Bakıdakı “Nobel qardaşları”  şirkətindən 

A.Nobelə düşən səhmin hesabına idi. Bu vəsait səhm, 

istiqraz və borcda yerləşdirilmişdi. Onlardan götü-

rülən  gəlir  hər il bərabər hissəyə bölünür və Nobel 

Mükafatları formasında fizika, kimya, fiziologiya, 

yaxud tibb, ədəbiyyat sahəsində  ən yeni nailiyyətlər 

və  əvvəlki işlərə  (əgər onların  əhəmiyyəti sonradan 

aşkar edilibsə), həmçinin sülhü möhkəmləndirmək 

sahəsindəki fəaliyyətə görə verilir. 1968-ci ildə İsveç 

Dövlət Bankı özünün 300 illiyi münasibətilə iq-

tisadiyyat elmləri sahəsində  işlərə görə Nobel xatirə 

mükafatını  təsis etmişdir. Nobel mükafatı – üzərində 

A.Nobelin təsviri və müvafiq yazı olan qızıl medal, 

diplom və müəyyən məbləğdə pul çekindən ( Nobel 

fondunun illik gəlirindən asılı olaraq 30-70 min 

dollar) ibarətdir. Nobel Mükafatlarını Nobelin 

vəsiyyətinə görə Stokholmda Kral EA, Kral Karolina  

Tibb-Cərrahiyyə  İnstitutu,  İsveç  Ədəbiyyat Akade-

miyası, sülh mükafatını isə Norveç parlamentinin xü-

susi Nobel  Komitəsi verir. Sülh mükafatından başqa  

 

bütün mükafatlar yalnız 



fərdi (yəni ayrı-ayrı  şəxs-

lərə) və ancaq bir dəfə veri-

lir.  İstisna olaraq M.Sklo-

dovskaya-Küriyə (1903 və 

1911-ci ildə), L.Polinqə 

(1954 və 1962) və C.Bar-

dinə (1956 və 1972) Nobel 

mükafatı iki dəfə verilmiş-

dir.  

Bir qayda olaraq, Nobel 



Mükafatları yalnız sağ olan 

şəxslərə verilir. Nobel Mü-

kafatları namizədləri irəli 

sürmək hüququ olan şəxslər 

(təşkilatların hüququ yox-

dur) Nobel Mükafatları 

haqqında  əsasnamədə mü-

əyyən edilmişdir. (Məsələn 

Nobel Mükafatları laureat-

ları bu hüquqa malikdir). 

Namizədlər haqqında tək-

liflər fevralın 1-dək Nobel 

Mükafatları üzrə 6 müvafiq 

komitəyə göndərilir. Təq-

dim olunmuş  işlərin müza-

kirəsi və  səsvermə  məxfi 

şəraitdə keçir. Mətbuatda 

yalnız qisa şəkildə  əsas-

landırılmış  qərar dərc olu-

 

2011 



 

110 illiyi 

 

Nobel  Mükafatları 



1901 

 

 



 

 

 



403 

nur (sülh mükafatlarının verilmə  səbəbi göstərilmir). 

Mükafat verilməsi haqqında qərardan şikayət vermək 

və ya onu ləğv etmək olmaz. Nobel mükafatının 

təqdim olunması  mərasimi dekabrın 10-da, Nobelin 

ölümünün il dönümü günü – Stokholmda və Osloda 

keçirilir. Nobel mükafatlarından bəzən qərəzli 

məqsədlər üçün istifadə olunur. 

   Bu  vaxta  kimi  815  şəxs Nobel mükafatına layiq 

görülmüşdür. Bunun da 25 nəfəri qadındır. Nobel 

mükafatı alanların 60-65% ABŞ, Almaniya, İngil-

tərənin payına düşür. Bunun da əsas səbəbi həmin 

ölkələrdə xüsusi təyinatlı  mərkəzlərin fəaliyyəti ilə 

bağlıdır. 

   Keçmiş SSRİ-də 21 nəfər Nobel mükafatı almışdır. 

Bu vaxta kimi 6 nəfər müsəlman Nobel Mükafatı 

almışdır:  Ə.Sədat, A.Salam, N.Maxfuz, Y.Ərəfat, 

Ş.Ədabi, O.Pamuk. 

   Nazirlər Kabinetinin 3 

iyun 1996-cı il 70 saylı qə-

rarı  əsasında Azərbayanda 

Nobel İnformasiya Mərkəzi 

yaradılmışdır. Bu dünyada 

sayca 5-ci mərkəzdir (ABŞ, 

Almaniya,  İngiltərə, Rusi-

yadan sonra). Mərkəzin 

nəzdində xüsusi ekspertlər 

qrupları  fəaliyyət göstərir. 

Hazırda Beynəlxalq Nobel 

İnformasiya Mərkəzinin hə-

qiqi üzvü, BNİM Qafqaz və 

Orta Asiya ölkələri üzrə sə-

lahiyyətli nümayəndəsi 

B.Ələsgərovdur. 

 

Ədəbiyyat 

 

Əliyeva, A. Ədəbiyyat üzrə Nobel Mükafatı laureatları /A.Əliyeva.-Bakı: Elm, 

2004.- 234 s. 

Xəlilov,  Ə. Nobel mükafatı laureatları görkəmli kimyaçılar /Ə.Xəlilov.- Bakı: 

Nərgiz. 2003.- 187 s. 

Mirzəyev, M. Nobelçi fiziklər /M.Mirzəyev.- Bakı: Nasir, 2001.- 98 s. 

Şəkərəliyev, A. Nobel mükafatı alan iqtisadçılar /A.Şəkərəliyev.-Bakı: Elm, 

2005.- 240 s. 

 

Rus dilində 

 

Лауреаты Нобелевской премии: энциклопедия.- М.: Прогресс, 1992.-740 с. 

Нобелевская премия.- М.: Наука, 2009.-290 с. 

 

İnternetdə 

www.cabmin.gov.az 

 

Bəybala Ələsgərov 


404 

 

    Əbülhəsən Əlibaba oğlu Ələkbərzadə 



1906-cı ildə İsmayıllı rayonunun Basqal 

kəndində, kəndli ailəsində anadan ol-

muşdur. 1912-ci ildə burada kənd ib-

tidai məktəbini bitirmişdir. Erkən yaş-

larından məşəqqətli əməyin bütün ağır-

lığını duymuşdur. Bu da onun xarakte-

rini bir çox cəhətdən formalaşdırmış  və  mətinləşdir-

mişdir. Sovet hakimiyyəti qurulduqdan sonra 1925-ci 

ildə Bakı Darülmüəllimini bitirmişdir.  

İnqilabın ilk illərində o, Dərbənd  şəhərində 

Pedaqoji texnikumda müəllim işləmiş, böyüməkdə 

olan nəslə savad öyrətmişdir. Ə.Əbülhəsən ədəbiyyata 

20-ci illərin  əvvəlində  gəlmişdir.  Ədəbi fəaliyyətə 

“Maarif və mədəniyyət” jurnalında çap olunan “Sofi” 

hekayəsi ilə başlamışdır. Onun ilk hekayələri 

kəndlilərin həyatına həsr olunmuşdur. Yazıçının ilk 

romanı olan “Yoxuşlar”, kənddə barışmaz sinfi 

mübarizədən bəhs edir. İstedadla yazılmış bu əsər 

Azərbaycan romanında müasir mövzunun bünövrəsini 

qoymuşdur. Ə.Əbülhəsənin ədəbiyyatımızda görkəmli 

hadisəyə çevrilən “Dünya qopur” romanı sovetlər 

hakimiyyətinin təşəkkülü və möhkəmlənməsi uğrunda 

Azərbaycan xalqının mübarizəsinə  həsr edilmişdir. 

Ədibin bunun ardınca yazdığı bir çox povestləri və 

hekayələri Azərbaycan nəsrinin inkişafına sanballı 

töhvə olmuşdur. Moskvada sovet yazıçılarının 

qurultaylarında, Azərbaycan  ədəbiyyatı  və incəsənəti 

günlərində, ayrı-ayrı respublikaların ongünlüklərində 

və s. tədbirlərdə iştirak etmişdir. 

Böyük Vətən mühari-

bəsi illərində  Əbülhəsən 

silaha sarılaraq mənfur düş-

mənə qarşı vuruşmuş, eyni 

zamanda yaradıcılıq fəaliy-

yətini də davam etdirmiş-

dir. Müharibədən bəhs edən 

bir sıra  əsərləri vardır. 

Bunlara “Krım hekayələri”, 

“Oğullar və atalar”, “Dost-

luq qalası” və s. əsərlərini 

misal göstərmək olar.  

Ə.Əbülhəsən   Azərbay-

can Kinematoqrafiya Ko-

mitəsində baş redaktor iş-

ləmiş, uzun müddət “Azər-

baycan”  ədəbi-bədii jurna-

lına başçılıq etmiş, Azər-

baycan Yazıçılar İttifaqının 

məsləhətçisi olmuşdur.  

Döyüş  və  ədəbi-ictimai 

fəaliyyətinə görə 1979-cu 

ildə Azərbaycanın Xalq 

yazıçısı adına layiq görül-

müş, üç dəfə “Qırmızı 

Əmək Bayrağı” ordeni 

(1966, 1971, 1976), fəxri 

fərmanlar və döyüş medal-

ları ilə təltif edilmişdir. 

 

2011 


 

105 illiyi 

 

Əbülhəsən  Ələkbərzadə 

1906-1986 

 

 

 



Yazıçı 

405 

    Əbülhəsən  Əlibaba oğlu  Ələkbərzadə uzun sürən 

ağır xəstəlikdən sonra 1986-cı il mayın 21-də 81 

yaşında vəfat etmişdir. Doğma kəndində  dəfn olun-

muşdur. Bakı küçələrindən biri onun adını daşıyır. 

 

 



Ədəbiyyat 

 

 Povestlər və hekayələr /Əbülhəsən; red. C.Bağırov; Azərbaycan Respublikası 

Mədəniyyət və Turizm Nazirliyi.- Bakı: “E.L” NPŞ MMC, 2006.- 400 s 

İsmayılov, Y. Əbülhəsənin yaradıcılığı.- Bakı: Elm, 1986.- 208 s. 

Cəfərov, M. Ə.Əbülhəsənin nəsrinin dili.- Bakı: APU, 1992.- 97 s. 

 

İnternetdə 

 

 



www.az.wikipedia.org 

www.ismayilli.aztelekom.org 

www.kataloq.az 

 

Nailə Alışova

 


406 

 

    Seyid  Məhəmmədhüseyn Behcət 

Təbrizi (Məmmədhüseyn  Şəhriyar) 

1906-cı ildə Təbriz şəhərinin Bağme-

şə bölgəsində, o zamanın tanınmış hü-

quqşünaslarından Hacı Mirağa Xoş-

ginabinin ailəsində dünyaya gəlmiş-

dir.  İlk təhsilini kənd məktəbində 

Molla İbrahim adlı bir axunddan almış və bu savadlı, 

qayğıkeş, mehriban müəllimini həmişə böyük 

hörmətlə yad etmişdir. O, ibtidai və orta məktəbləri 

Təbrizdə başa çatdırmış, məşhur “Talibiyyə” ruhani 

mədrəsəsində isə görkəmli müəllimlərdən ərəb dili və 

ədəbiyyatından dərs almışdır.  İlk  şeirini Təbrizdəki 

“Məhəmmədiyyə”orta məktəbinin buraxdığı  “Ədəb” 

adlı jurnalda dərc etdirmişdir. 

Şəhriyar Təbrizdə orta təhsilini bitirdikdən sonra 

Tehrana gedərək, əvvəlcə 1921-ci ildə Tehran Dar-ül-

fünununda, sonra isə Tibb fakultəsində ali təhsil 

almağa başlamışdır. Lakin fakültənin sonuncu kur-

sunda təhsilini yarımçıq qoyub dövlət qulluğuna gir-

məyə məcbur olmuşdur. 

XX  əsr Azərbaycan poeziyasının  ən görkəmli 

nümayəndələrindən biri olan Məhəmməd Hüseyn 

Şəhriyar öz əsərləri ilə sağlığında klassiklər səviy-

yəsinə yüksəlmişdir.  Şəhriyar klassik şeirin bütün 

janrlarında yazmış,  ədəbiyyatı yüksək məzmunlu 

qəzəl, qəsidə, məsnəvi, qitə və rübailərlə zənginləşdir-

mişdir. 

İlk yazdığı  qəzəllərində nakam məhəbbətdən bəhs 

edən şairin “Sızlayır əhvalıma sübhə kimi tarım  

 

mənim” misrası ilə başla-



nan qəzəli də bu qəbildən-

dir. Ziyalıların acınacaqlı 

taleyindən bəhs etdiyi şeir-

ləri “Elm və hikmət”, “Kə-

malülmülkün  ziyarəti” ad-

lanır. “Eynşteynə müraciət” 

adlı  məsnəvisi də  məşhur 

əsərlərindən biridir. Şair 

“El 

 bülbülü”, “Qafqazlı 



qardaşlar ilə görüş”, “Gö-

züm aydın” şeirlərində Ara-

zın bu tayında olan qardaş-

lar ilə görüş  həsrətini dilə 

gətirir.  

Şəhriyarın ilk şeir kitabı 

1931-ci ildə Tehranda üç 

böyük şair və alimin – Mə-

liküşşüəra Baharın, Səid 

Nəfisinin və Pəjman Bəxti-

yarinin müqəddimələri ilə 

nəşr olunmuşdur. Milli ədə-

biyyatın və  mədəniyyətin 

qorunması  və inkişafı  uğ-

runda fədakarlıqla çalışan 

vətənpərvərlərin səyi ilə 

“Heydərbabaya salam” əsə-

ri 1954-cü ilin mart ayında 

Təbrizdə  nəşr olunmuşdur. 

Şəhriyarın  ən məşhur  əsəri 

 

2011 


 

105 illiyi 

 

Məmmədhüseyn Şəhriyar 



1906-1988 

 

 



 

Şair 


407 

“Heydər Babaya salam” adlanır. Bu əsər 1954-cü ildə 

Heydərbaba dağının  ətəyində keçən uşaqlıq illəri 

xatirəsinə həsr edilmişdir. 

Həmin nəşrə müqəddimə yazmış alimlər – Mehdi 

Rövşənzəmir və Əbdüləli Karəng onu yüksək qiymət-

ləndirmiş, haqlı olaraq bu poemanın dünya ədəbiyya-

tının bir sıra nadir əsərləri ilə eyni səviyyədə dayandı-

ğını göstərmişlər. 

Şair ömrü boyu Şimali Azərbaycanı, Bakını görə 

bilməsə  də, bu mövzuda xəyali səyahət etmiş, vüsal 

şeirləri yazmış, Şimali Azərbaycan şairlərindən Süley-

man Rüstəm, Məmməd Rahim, Bəxtiyar Vahabzadə, 

Nəbi Xəzri və başqaları ilə əlaqə saxlamış, öz əsərlə-

rində tez-tez, Sabiri, Üzeyir 

bəyi, Səməd Vurğunu xatır-

layaraq yad etmişdir.  

Daha çox Şəhriyar təxəl-

lüsü ilə tanınan böyük 

Azərbaycan-İran  şairi  şeir-

lərini Azərbaycan və fars 

dillərində yazmışdır. 

Məhəmməd Hüseyn 

Şəhriyar 18 sentyabr 1988-

ci ildə  vəfat edib. Onun və-

fat etdiyi gün, yəni 18 

sentyabr hər il İranda “Milli 

şeir günü” kimi qeyd edilir. 



Ədəbiyyat 

Seçilmiş əsərləri /M.Şəhriyar; tərt. ed. N.Rizvan, X.Quliyeva, İ.Qəribov; ön sözün 

müəl. B.Nəbiyev.- Bakı: Avrasiya Press, 2005.- 480 s.  

Seçilmiş  əsərləri  /M.Şəhriyar; red. Hey. Ə.Quliyev (baş red.) və b.; tərt. və ön 

söz. Müəl.  İ.Həbibbəyli; red. T.Əhmədov.- Bakı: Çaşıoğlu, 2004.-272 s.; 

 

(Azərbaycan ədəbiyyatı)  



Şəhriyarın divanı /M.Şəhriyar; haz. M.İsmayılzadə.- Bakı: Beynəlxalq  Əlhuda, 

2003.


  

Heydər babaya salam /M.Şəhriyar; tərc. K.Məşrutəçi.- Tehran: Neqahe Səbz 

Xelağan, 2009. 

Nəbiyev, B. Kəlamın vüsəti //M.Şəhriyar. Seçilmiş əsərləri.- Bakı, 2005.- S.4-34. 

Şəhriyar fars dilli ədəbiyyatşünaslıqda:  [fars dilindən tərcümə] /tərc. ed. 

S.Nabioğlu; ön söz. Müəl. Qulamrza, S.; elmi red. V.Sultanlı; Dünya 

Azərbaycanlarının Əlaqələndirmə Şurası; Ana dili fondu.- Bakı: Nurlan, 2006.  

Quliyev, E. Şəhriyar poeziyası  və milli təkamül: [monoqrafiya] /E.Quliyev; red. 

H.Qasımov.- Bakı: Elm, 2004.  

 

İnternetdə 

www.abiyeshan.blogcu.com 

www.anl.az  

www.az.wikipedia.org 

www.edebiyyat.az 

www.vatanbaku.turkblog.com  

www.adam.az                                                                        

  Nailə Alışova



408 

 

Mikayıl Cabbar oğlu Zeynalov 



1926-cı ildə Tovuz rayonunun 

Azaflı kəndində anadan olub. Erkən 

yaşlarından “Solğun”,  “Coşqun” 

təxəllüsləri ilə  şeirlər yazan aşıq-

şair az sonra təxəllüs kimi doğma kəndinin adını 

götürüb. 

Mikayıl Azaflı o xoşbəxt insanlardandır ki, xalqın 

yaddaşında ozan, ustad aşıq, saz-söz ustası, el sə-

nətkarı – şair, bəstəkar kimi yaşayır. Qurbani kimi, 

Ələsgər kimi, indi onu da “aşıq” adlandırırıq. Onların 

keçdiyi yol böyük yoldur. Bu yolun başlanğıcında 

adlarını bilmədiyimiz çox qədim ozanlar durur, 

onların bizə çatan son və ən qədim nümayəndəsi Dədə 

Qorqud dayanır. Sonralar bu yol Qurbani, Abbas 

Tufarqanlı, Xəstə Qasım, Valeh, Alı,  Ələsgər sənəti 

ilə inkişaf edib.  

Mikayıl Azaflı XX əsrin ikinci yarısında xalqın 

yetişdirdiyi görkəmli el sənətkarıdır,  şairdir, eyni za-

manda görkəmli saz havaları yaradan ustaddır.  Sovet 

dövründə Mikayıl Azaflının əsərləri toplu şəkildə işıq 

üzü görə bilməyib.  

Mikayıl Azaflının təcnis yaradıcılığı çox zəngindir. 

Aşıq, təcnisin 28 növündə  şeirlər yazmış, struktur-

forma tələbləri ilə  bərabər, mənaya da ciddi diqqət 

yetirmişdir. Bunlar onun yaradıcılığının nə  qədər  əl-

van olduğunu aydın göstərir.  

Mikayıl Azaflının gözəl müxəmməsləri də var. 16-

lıq  şəklində yazılmış bu müxəmməslərin misralarını 

aşıqlar asanlıqla 8 hecalı  şeir kimi bölüb oxuyurlar. 

Adi müxəmməslərlə yanaşı, 

qoşayarpaq cığalı müxəm-

məsləri də maraqlıdır. 

Vücudnaməsi, divaniləri, 

sicilləmələri, ustadnamələ-

ri, cahannamələri vardır.  

Mikayıl Azaflı bir vaxt-

lar “Dövlət Təhlükəsizlik 

Komitəsinin qara siyahısına 

düşmüş” və 1961-1964-cü 

illərdə  həbsxana həyatı ke-

çirmişdir. Həbsxanada bir 

sıra  şeirlər yazmışdır. Tər-

tibçilər həmin şeirləri “Zin-

dan şeirləri” adı altında ver-

mişlər. Azaflı – Şəhriyara, 

Səməd Vurğuna, Qarslı 

Aşıq  İslama, Hüseyn Bo-

zalqanlıya, Aşıq  Ələsgərə, 

Aşıq Alıya, Aşıq  Şəmşirə, 

Aşıq  İmrana, qızı Marala, 

Aşıq Pəri məclisinə, Mül-

külü Həsənə, Cahan Əfru-

za,  Əli Kafkasiyalıya, Os-

man Sarıvəlliyə, Aşıq Mir-

zəyə və bir sıra başqa şəxs-

lərə ithaflar yazmışdır. Qar-

şılıqlı olaraq ona da baş-

qalarının ithafları vardır. 

Bunlardan əlavə, Azaflı bir 

 

2011 



 

85 illiyi 

Mikayıl  Azaflı 

  1926-1990  

 

 

 



Aşıq 

409 

sıra görkəmli aşıqların,  şairlərin ünvanına mərsiyələr 

yazmışdır.  

Mikayıl Azaflı coşqunluqla yazıb-yaradan, aşıq 

sənətini inkişaf etdirən, sağlığında klassikləşən ustad 

aşıq idi.  

Mikayıl Azaflı 1990-cı 

ildə dünyasını  dəyişmiş, 

doğma kəndində 

dəfn 


edilmişdir. 

 

Ədəbiyyat 



 

Qoca Azaflıyam  /M.Azaflı; tərt. ed. Və  ön  söz.  Q.Paşayev, M.Azaflı; red. 

M.Qasımlı, G.Azaflı.- Bakı: Nurlan, 2008.-128 s. 

Kazımov, Q. Azaflı yaradıcılığına salınan işıq /Q.Kazımov //Azərbaycan.- 2009.-

13 yanvar.- № 8.- S.5. 

Paşayev, Q. Azaflı /Q.Paşayev //Mədəni maarif.- 2009.-№ ½.- S.51-53.  

Yaqub, Z. Azaflı çinarı: aşıq Mikayıl Azaflı haqqında /Z.Yaqub //Ədəbiyyat 

qəzeti.- 2008.- 18 aprel.- S.8.  

 

İnternetdə 

www.anl.az 

www.az.wikipedia.org 

www.kitab.az 



Nailə Alışova  

410 

YUBİLYARLARIN   ƏLİFBA  

 GÖSTƏRİCİSİ   

 



Abbasov Akim Əli oğlu-100 148 

Abbasov  Əsgər Məmmədis-

mayıl oğlu-95 

112 


Abbasov Qurban Abbasqulu 

oğlu-85 


267, 

285 


Abbasov Midhət Teymur 

oğlu-85 


196 

Abaszadə Abasqulu Ağabala 

oğlu-105 

111 


Abdullayev Aydın  Ələkbər 

oğlu-65 


215 

Abdullayev Aydın Həsən 

oğlu-60 

111 


Abdullayev Cahangir 

Məmməd oğlu-110 

148 

Abdullayev  İslam  Əbdül 



oğlu-135 

380 


Abdullayev Məzahir 

Ağaverdi oğlu-100 

170 

Abdullayev Mikayıl Hüseyn 



oğlu-90 

320,338


Abdullazadə Gülnaz 

Abutalıb qızı-65 

247 

Ağalarov Abbas Fərhad oğlu-



100 

197 


Ağalarova Dünya Ələkbər 

qızı-105 

318 

Ağaoğlu Məhəmməd-115 217 



Ağamirov Midhət Mirmusa 

oğlu-90 


149 

Ağayeva Xurşid Həsən bəy 

qızı-105 

112 


Axundov Vəli Yusif oğlu-95 148, 

158 


Axundova-Bağırbəyova Sona 

Əbdül qızı-115 

378 

Axundova Elmira-100 



111 

Axundova Rəfiqə Hacı  qızı-

80 

217 


Allahverdiyev Mahmud Qara 

oğlu-80 


146 

Aristoksen (e.ə. 354-300) 

2365  

378 


Aristotel (Ərəstun) (e.ə. 384-

322) 2395  

378 

Arazlı Abbas-75 



146 

Aslanov Aslan Məmməd 

oğlu-85 

7,12 


Aşıq Əhməd-90 381 

Aşıq Ələsgər-190 381, 

391 

Aşıq Hüseyn Cavan-95 



381 

Aşurbəyli Sara Balabəy qızı-

105 

5,32 


Atakişiyev Əlisəttar Ələsgər  

  oğlu-105 

320, 

350 


Atakişiyev Rafiq (Rauf) 

İsrafil oğlu-85 

380 

Atatürk Mustafa Kamal-130 



377, 

397 


Atillanın (406-453) anadan 

olmasının 1611 illiyi 

377 

Azaflı Mikayıl-85 381, 



408 

Azayev  Əlisəfa Soltan oğlu-

60 

194 


Azəroğlu Balaş-90 292,300

Aznaurov İsgəndər Söhrab 

oğlu-55 

216, 


230 

 

 



411 

 



Babayev Aqşin Əlisəttar 

oğlu-75


 

292,309


Babayev Rafiq Fərzi oğlu-75 69,103 

Babayeva Ələviyyə Hənifə 

qızı-90 

215, 


226 

Babayeva Çimnaz Məmməd 

qızı-65 

321 


Babazadə Baba Qurbanqulu 

oğlu-100 

111 

Bağırov Allahverdi Teymur 



oğlu-65 

110,136


Bağırov Zakir Cavad oğlu-95 69,86 

Bağırova Bəsti Məsim qızı-

105 

378 


Bağırzadə Faiq Məmməd 

oğlu-85 


68 

Balasaquni Yusif Xass Hacib 

oğlu-990 

373 


Barto Aqniya Lvovna-105 

37 


Bartok Bela-130 

69 


Bayramov Həbib 

Əbdülhüseyn oğlu-85 

171, 

180 


Bayramov Hüseyn Abbas 

oğlu-95 


373 

Bayramov Soltanağa Nəhmət 

oğlu-75 

267, 


276 

Bayramzadə Əlirza Baxşəli 

oğlu-100 

67 


Bexer İohannes Robert-120 

147 


Belinski Vissarion 

Qriqoryeviç-200 

169 

Bellini Vinçenso-210 



294 

Berinq Vitus İonassen-330 377 

Berq Lev Semyonoviç-135 

68 


Bədəlbəyli Şəmsi Bədəl 40,58 

oğlu-100 

Bəktaşi İnayət Heydər oğlu-

80 


66 

Billuri Hökumə İbrahim qızı-

85 

65,70 


Brahe Tixon-465 

318 


Bulqakov Mixail 

Afanasyeviç-120 

146 

Burdenko Nikolay Niloviçin-



135 

170 


Buzoni Ferruçço Benvenuto-

145 


111 

Bünyadov Ziya Musa oğlu-

90 

319, 


348 

 

 



 

Cahangirov Cahangir Şirgəşt 



oğlu-90 

171, 


191 

Cavanşir-1395 377, 

384 

Cəfərzadə Əzizə Məmməd 



qızı-90 

316, 


359 

Cəlil Musa-105 

37, 53 

Cəlilov Afiyəddin Cəlil oğlu-



65 

216 


Cuvarlı (Cuvarlinski) Cavad 

Nəcəf oğlu-125 

39 

 

 



Ç 

 

Çələbi Övliya-400 



68 

 

 



 

Dadaşov İbrahimpaşa 



Hüseyn oğlu-85 

112 


Dadaşov Rafael Məlik oğlu-



412 

65 


Dadaşov Soltan Baba oğlu-

105 


149 

Dadaşzadə Araz Məmməd 

oğlu-75

 

4,34 



Dağlı Seyfəddin-90 215, 

240 


Davudova Mərziyə Yusif 

qızı-110 

320, 

329 


De Sika Vittorion-110 

196 


Dekart Rene-415 

68,105 


Diks Otto-120 

320 


Disney Uolt-110 

320,325


Donatello-625 379 

Dostoyevski Fyodor 

Mixayloviç-190 

292, 


302 

Drayzer Teodor-140 

215, 

241 


Dürer Albrext-540 

149 


Dvorjak Antoni-170 

247 


 

 



 

Edilov Yelmar Şahmar oğlu-

65 

110, 


126 

Ehtisami Pərvin-105 373 

Elcanlı Sadıq-55 4 

Eminov Allahverdi İsgəndər 

oğlu-70 

109 


Eyvazov Fərman Allahverdi 

oğlu-80 


65 

 

 



Ə 

 

Əhmədov Həsən Əbdüləli 



oğlu-135

 

379 



Əhmədov Hüseyn Mustafa 

oğlu-85 


195, 

205 


Əhmədov Riad Fikrət oğlu-

318, 


55 340 

Ələkbərzadə Çingiz Əbülhə-

sən oğlu-75 

266 


Ələkbərzadə Əbülhəsən 

Əlibaba oğlu-105 

372, 

404 


Əlibəyli Ənvər Əliverdi 

oğlu-95 


109,113

Əlikişibəyov Mustafa 

Məmməd oğlu-110 

319 


Əliverdibəyov Nazim Ağalar 

oğlu-85 


218, 

219 


Əliverdizadə Kərim Səlim 

oğlu-100 

111 

Əliyev Aqil Əlirza oğlu-85 318, 



331 

Əliyev Cəmil Əziz oğlu-65 68,99 

Əliyev Əbülfət Əsəd oğlu-85 321,363

Əliyev Firudin Əli oğlu-75 39 

Əliyev Hüseyn Əlirza 

oğlu100 


112, 

134 


Əliyev İlham Heydər oğlu-50 318, 

342 


Əliyev İlham Müzəffər oğlu-

50 


148, 

152 


Əliyev Kamil Müseyib oğlu-

90 


268, 

278 


Əliyev Tamerlan Əziz oğlu-

90 


267 

Əliyev Yavər Yaqub oğlu-55 170 

Əliyeva Fərəh Şirməmməd 

qızı-50 


247 

Əliyeva-Kəngərli Aybəniz 

İbrahim qızı-65 

171, 


176 

Əlizadə  Əbdülkərim 

Əli 

oğlu-105 



Əlizadə Ələşrəf Əbdülhüseyn 

oğlu-100 

110 


Əlizadə Mübariz-100 

316 


Əmir Teymur-675 

110, 


124 

413 

Ərəblinski Hüseyn -130 

379, 

400 


Əsədov Əsəd Soltan oğlu-55 67 

Əsədov Məhəmməd Nəbi 

oğlu-70 

318 


Əsədullayev Şəmsi-170 378, 

393 


Əsgərova Salatın  Əziz qızı-

50 


317, 

336 


Əşrəf (Eşref) Mehmet-165 

373 


Əyyubov Əsgər Cabbar oğlu-

85 


217 

Əyyubov Tələt Ömər oğlu-95

373 

Əzimi Səfurə-65 7 



Əzimov Cəbrayıl  Əlimuxtar 

oğlu-85 


149 

Əzimov Nəriman Abbasqulu 

oğlu-75 

170 


Əzizbəyov 

Şamil 


Əbdürrəhim                   oğlu-

105 


39 

 

 



 

Fadeyev Aleksandr Aleksan-



droviç-110 

317 


Faradey Maykl-220 

246 


Fəqir Hacıağa -175 

372 


Fəna Mirzə Rəhim-170 372 

Fətəli xan Hüseynəli xan 

oğlu-275 

377 


Flober Qustav-190 

317 


Franklin Bencamin-305 

5,20 


 

 



 

Gerasimov Sergey Apollina-

riyeviç-105 

171 


Gəncəli Novruz-90 

245, 


255 

Gəncəvi Nizami-870 

372, 

389 


Göyalp Ziya-135 

373, 


395 

Göyçəli Bəhmən-95 

149 

Gülgün Mədinə-85 4,19 



 

 



 

Hacıbəyli Ceyhun bəy  Əb-

dülhüseyn oğlu-120 

37, 42 


Hacıyev Aydın Səfər oğlu-75 5 

Hacıyev Etibar Firudin oğlu-

40 

110,117


Hacıyev Tofiq İsmayıl oğlu-

75 


146, 

150 


Hacıyeva Nina Alekseyevna-

85 


170 

Haqverdiyev 

Əyyub 

Məmmədəli oğlu-100 



69 

Haqverdiyev Xanlar Məm-

məd oğlu-105 

247, 


259 

Haqverdiyev Məşədi Zeynal-

150 

380 


Haşımov Bakir Musa oğlu-85 380 

Heydərov Arif Nəzər oğlu-85 170 

Heydərov Kəmaləddin Fəttah 

oğlu-50 


195 

Heydərov Nəzər Heydər 

oğlu-115 

377 


Həbibzadə Əmir Şamil oğlu-

95 


Həsənov İlham Gülbala oğlu-

35 

148, 


155 

Həsənzadə Nəriman 

Əliməmməd oğlu-80 

37, 54 


Hidayətzadə İsmayıl Hüseyn 

oğlu-110 

218 

Hüseynli Qəmbər Muxtar 



oğlu-95 

111, 


128 

414 

Hüseynov Böyükağa 

Murtuza oğlu-85 

65 


Hüseynov Cəlil Yusif oğlu-

115 

319 

Hüseynov Elşən İbrahim 



oğlu-35 

170 


Hüseynov Əlikram Həsən 

oğlu-85 


112 

Hüseynov Əyyub Müseyib 

oğlu-95 

247, 


250 

Hüseynov Sadıq Dayandur 

oğlu-50 

195, 


213 

Hüseynova Sofiya Həsən 

qızı-85 

39 


Hüseynzadə  Ədilə Hacağa 

qızı-95 


112 

Hüseynzadə  Məcid  Əziz 

oğlu-95 

217 


Yüklə 5,2 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin