Аrkаdi İsааkоviç Rаykin 1911-ci
il oktyabr ayının 24-də Riqа şəhərində
аnаdаn оlmuşdur. Оrtа məktəbi bitir-
dikdən sоnrа 1935-ci ildə Lеninqrаd
(indiki Sаnkt-Pеtеrburq) Tеаtr Tехni-
kumunu bitirmişdir. Əvvəllər Lеnin-
qrаd fəhlə-gənclər tеаtrındа, sоnrаlаr
Lеnin kоmsоmоlu аdınа tеаtrdа, еyni
zаmаndа еstrаdаdа çıхış еtmişdir.
1939-cu ildə Mоskvаdа kеçirilən Ümumittifаq еstrаdа
аrtistləri müsаbiqəsinin lаurеаtı оlmuşdur. 1939-cu
ildə Lеninqrаd Еstrаdа və Miniаtür Tеаtrının аrtisti,
sоnrаdаn bədii rəhbəri və quruluşçu rеjissоru
оlmuşdur. 1982-ci ildən tеаtr Mоskvаdаdır.
Rаykinin yarаdıcılığı üçün zəngin ifаdə vаsitələri,
dərin ictimаi kəskinlik, güclü sаtirа səciyyəvidir.
Rаykin həmçinin pаntоmimа və lirik mоnоlоq ifаçısı
kimi də məşhur оlmuşdur. Rаykin tеаtrının ən yахşı
tаmаşаlаrı аşаğıdаkılаrdır: “80 günlük dünyа
səyаhəti” (1956), “Məhəbbət və üç pоrtаğаl” (1956),
“İkidən əlliyədək” (1961), “Svеtоfоr” (1969), “Sеç-
mələr-73” (1973), “Əlаhəzrət tеаtr” (1981) və s.
О, istər kеçmiş sоvеt
ittifаqındа, istərsə də хаrici
ölkələrdə məşhur idi. Оnа
görə də хаrici ölkələrə tеz-
tеz səfərlər еdir və tаmа-
şаçılаrı kоmik rоllаrı ilə
sеvindirirdi.
Qаzаndığı sənət uğur-
lаrınа görə o, 1968-ci ildə
SSRİ Хаlq аrtisti, 1981-ci
ildə Sоsiаlist Əməyi Qəhrə-
mаnı kimi fəхri аdlаrа lаyiq
görülmüşdür. 1980-ci ildə
məşhur gülüş ustаsı Lеnin
mükаfаtı lаurеаtı аdını аl-
mışdır.
Аrkаdi Rаykin
1987-ci il dеkаbr ayının 17-
də Mоskvа şəhərində vəfаt
еtmişdir.
Ədəbiyyаt
Arkadi Raykin //Аzərbаycаn Sоvеt Еnsiklоpеdiyаsı: Оn cillddə.- Bakı, 1984.-
C.8.- S.77.
Rus dilində
Уварова, Е.Д. Аркадий Райкин /Е.Д.Уварова.- М.: Искусство, 1986.- 311 с.
İnternetdə
www.az.wikipedia.org
www.anl.az
Məmməd Məmmədov
Oktyabr
90 illiyi
Аrkаdi Rаykin
1911-1987
Aktyor
24
281
Nəcibə Haşım qızı Məlikova 1921-
ci il oktyabr ayının 25-də Bakının
Buzovna kəndində anadan olmuşdur.
İlk təhsilini kənddə və Bakıda al-
mışdır. Sonra Bakı Teatr Məktəbin-
də Xalq artisti Fatma Qədrinin
(1940-1943) sinifini bitirmişdir. Bir
müddət Gəncə Dövlət Dram Teat-
rında işləmişdir. Burada bir neçə tamaşada çıxış edə-
rək Bakıya gəlmiş və təzəcə təşkil olunmuş Azərbay-
can Dövlət Teatr İnstitutuna daxil olmuşdur. 1951-ci
ildə ali məktəbi bitirmişdir.
Nəcibə Məlikova klassik və çağdaş Azərbaycan
dramaturqlarının, dünya ədiblərinin, əsasən, dram
əsərlərində və bir qədər də komediyalarında rollar
oynamışdır. Hüseyn Cavidin “Şeyx Sənan” (Xumar),
“Səyavuş” (Firəngiz), Əbdürrəhim bəy Haqverdiyevin
“Pəri cadu” (Şamama cadu), Cəfər Cabbarlının
“Aydın” (Böyükxanım), “1905-ci ildə” (Sona), “Se-
vil” (Dilbər), Mirzə İbrahimovun “Həyat” (Atlas),
İlyas Əfəndiyevin “Büllur sarayda” (Qönçə), “Qəribə
oğlan” (Məlahət), Sabit Rəhmanın “Əliqulu evlənir”
(Yasəmən), “Küləklər” (Fi-
ruzə) və s. tamaşalarda çı-
xış etmişdir.
Aktrisa bir sıra kinofilm-
lərə çəkilmişdir. “Ögey
ana”da Dilarə, “Aygün”də
Aygün, “Arşın mal alan”da
Cahan xala, “Əhməd hara-
dadır?”da Nərgiz xala rol-
larının mahir ifaçısı kimi
şöhrət qazanmışdır.
Nəcibə Məlikova 10 iyun
1959-cu ildə Azərbaycan
Respublikasının Əməkdar
artisti, 1 iyun 1974-cü ildə
isə Xalq artisti fəxri ad-
larına layiq görülmüşdür.
Aktrisa 6 iyul 1992-ci
ildə Bakıda vəfat etmiş və
ikinci Fəxri Xiyabanda
dəfn olunmuşdur.
Ədəbiyyat
Mükərrəmoğlu, M. İstedad və şəxsiyyət vəhdətdə olanda: [Xalq artisti Nəcibə
Məlikova haq.] /M.Mükərrəmoğlu //Xalq qəzeti.- 2007.- 26 oktyabr.- S.8.
Rəhimli, İ. Nəcibə Məlikova /İ.Rəhimli //Azərbaycan teatr tarixi.- Bakı, 2005.-
S.351-352.
İnternetdə
www.anl.az
www.az.wikipedia.org
Səmayə Quliyeva
Oktyabr
90 illiyi
Nəcibə Məlikova
1921 – 1992
Aktrisa
25
282
Əliheydər Baba oğlu Qəhrəmanov
25 oktyabr 1911-ci ildə Bakının
Biləcəri kəndində (indiki Binəqədi
rayonunun Biləcəri qəsəbəsi) anadan
olmuşdur. 1925-ci ildə 50 saylı I
dərəcəli məktəbi bitirdikdən sonra
BXMŞ-nin Pedaqoji texnikumuna
daxil olmuş və 1929-cu ildə həmin
texnikumu bitirmişdir. O, təhsil aldığı
illərdə və texnikumu qurtardıqdan sonra A.Səhhət
adına kitabxanada kitabxanaçı və orta məktəbdə
müəllim işləmişdir.
Ə.Qəhrəmanov 1932-ci ildə Azərbaycan Pedaqoji
Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakül-
təsinə daxil olmuş və oranı 1932-ci ildə bitirmişdir.
Bu dövr ərzində Ə.Qəhrəmanovun ədəbiyyat və
biblioqrafiya sahələrinə olan marağı daha da artmış-
dır.
1937-ci ildə Ə.Qəhrəmanov Azərbaycan Dövlət
Kitab Palatasına işləməyə dəvət edilmişdir. Həmin
vaxtdan etibarən onun adı Azərbaycan dövlət bib-
lioqrafiyası ilə ayrılmaz surətdə bağlı olmuşdur. O,
bütün qüvvəsini Kitab Palatasının və kitabxanaçı
kadrların hazırlanması işinə sərf etmişdir.
Dövlət biblioqrafiyası sahəsində işləməklə yanaşı
o, 1932-ci ildən Bakıda kitabxanaçılıq kurslarında
biblioqrafiya fənnindən dərs demişdir. 1940-cı ildən
Bakı Mədəni-Maarif Texnikumunda müəllimlik etmə-
yə başlayan Ə.Qəhrəmanov 1942-ci ildən 1948-ci ilə
kimi texnikumun direktoru vəzifəsində işləmişdir.
1944-cü ildən başlaya-
raq Ə.Qəhrəmanov həm
Bakı Dövlət Universitetin-
də, həm də Azərbaycan Pe-
daqoji Universitetində
müəllimlik etmişdir.
1947-ci ildə onun səyi
nəticəsində Bakı Dövlət
Universitetinin (keçmiş
S.M.Kirov adına ADU) Fi-
lologiya fakültəsində Kitab-
xanaşünaslıq şöbəsi açılmış
və həmin ildən də Ə.Qəhrə-
manov orada biblioqrafiya
kursu üzrə mühazirələr
oxumağa başlamışdır. O,
1948-ci ildən ömrünün axı-
rına kimi universitetin Ki-
tabxanaşünaslıq və biblioq-
rafiya kafedrasına rəhbərlik
etmişdir.
1937-ci ildən Kitab Pa-
latasında əməkdaşlıq edən
Ə.Qəhrəmanov 1942-ci ildə
elmi katib, 1941-1942-ci il-
lərdə palatanın çapdan bu-
raxdığı “Azərbaycan kitab
letopisi”, “Azərbaycan qə-
zet məqalələri letopisi”nin
tərtibçisi, 1943-cü ildən pa-
Oktyabr
100 illiyi
Əliheyd ər Q əhr əmanov
1911 – 1959
Alim
biblioqraf
25
283
latanın direktoru, 1946-cı ildən başlayaraq ömrünün
axırına kimi müntəzəm olaraq Kitab Palatasının
çapdan buraxdığı letopislərin redaktoru olmuşdur.
Ə.Qəhrəmanov Azərbaycan Dövlət Kitab Palata-
sının salnamələrindən başqa həm palatanın, həm də
digər nəşriyyatların müxtəlif müəlliflərin tərtibi ilə
çap edilən bir neçə göstəricisini də redaktə etmişdir.
Ə.Əliyevin tərtib etdiyi “Nə oxumalı” (1949) bib-
lioqrafik göstəricinin və S.Əliyevin tərtibi ilə Respub-
lika Kitab Palatası tərəfindən çapdan buraxılan
“Azərbaycan kitabı” biblioqrafik göstəricisinin
(1951) redaktoru və giriş məqaləsinin müəllifi də
Ə.Qəhrəmanovdur.
Görkəmli biblioqraf Ə.Qəhrəmanovun Azərbay-
canda həm də sahəvi retrospektiv biblioqrafiyanın
inkişafında böyük xidmətləri olmuşdur.
Ötən əsrin 40-cı illərindən başlayaraq Ə.Qəhrə-
manovun bədii ədəbiyyata, görkəmli ədəbi simaların
bədii irsinə aid tərtib etdiyi 8 retrospektiv və şəxsi
biblioqrafik göstəricilər daima böyük marağa səbəb
olmuşdur.
Ə.Qəhrəmanov yalnız biblioqrafik göstəricilər
tərtib etməklə kifayətlənməmişdir. O, eyni zamanda
tarixi və əlamətdar günlər, yazıçıların yubileyləri
münasibətilə dövri mətbu-
atda fəal çıxış edərək res-
publikada biblioqrafik fik-
rin təbliğində, geniş yayıl-
masında böyük xidmətlər
göstərmişdir.
Azərbaycan xalqının ilk
görkəmli biblioqraf alimi
Ə.Qəhrəmanovun vəfatın-
dan sonra onun dissertasiya
işinin birinci hissəsi 1962-
ci ildə Azərnəşr tərəfindən
“Rus-Azərbaycan
ədəbi
əlaqələrinə dair” adı altında
çapdan buraxılmışdır.
Azərbaycan dilində bib-
lioqrafiyadan ilk dərsliklə-
rin, “Kitabxana-biblioqrafi-
ya terminləri lüğəti”nin
müəllifi, istedadlı alim-bib-
lioqraf
Ə.Qəhrəmanov
1959-cu il mart ayının 23-
də 48 yaşında vəfat etmiş-
dir.
Ədəbiyyat
Kitabxana-biblioqrafiya terminləri lüğəti.- Bakı: Azərnəşr, 1964.- 96 s.
Kitabxanaçılıq-informasiya fakültəsi – 60: biblioqrafik məlumat kitabı /BDU.-
Bakı, 2008.- S.7-11.
Qəhrəmanov Əliheydər //Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə.- Bakı,
1979.-C.3.- S.145.
Rus dilində
Исламова, Э. Известный Азербайджанский ученый-литературавед и
библиограф А.Каграманов /Э.Исламова //Mütərcim.- 2005.- № 1.- С.93-94.
Səmayə Quliyeva
284
Pablo Pikasso 1881-ci il okt-
yabr ayının 25-də İspaniyanın Ma-
laqa şəhərində anadan olmuşdur.
O, fransız rəssamı olub, mən-
şəcə ispandır. Rəssamlığı əvvəlcə
atası X.Ruisdən öyrənmiş, sonra
1894-1895-ci illərdə La-Korunya,
1845-ci ildə Barselona, 1897-1898-
ci illərdə Madrid Zərif sənətlər məktəbində oxu-
muşdur.
1904-cü ildən Parisdə yaşamışdır. Pikassonun
yaradıcılığı mürəkkəb ziddiyyətli və çoxcəhətlidir.
Müxtəlif dövrlərdə yaratdığı əsərlərdə ekspres-
sionizm, neoklassizm, kubizm, sürrealizm və s.
cərəyanların yaradıcılıq prinsiplərinə əsaslanmışdır.
1936-1939-cu illərdə ispan xalqının faşizmə qarşı
mübarizəsində fəal iştirak etmiş Pikasso, II Dünya
müharibəsi illərində Fransa Müqavimət hərəkatına
qoşulmuş, müharibədən sonra sülh və demokratiya
uğrunda mübarizələrin ön cərgəsində olmuşdur.
Pikassonun mütərəqqi, humanist görüşləri onun
əsərlərində öz əksini tapmışdır: “Gerniko”,“Sülh
göyərçini”, “Sülh məbədi”, “Müharibə” nonnaları və
s. üslub, bədii forma, mövzu və obrazların qayəsinə
görə müxtəlif boyakarlıq əsərləri ilə yanaşı heykəl-
təraşlıq, keramika və qra-
fika əsərləri yaratmışdır.
Müasir burjua incəsənətinin
qabaqcıl təmayüllərini və
ziddiyyətlərini əks etdirən
Pikasso mürəkkəb yaradıcı-
lıq yolu keçmişdir.
1944-cü ildən Fransa
Kommunist Partiyasının
üzvü, 1950-ci ildə Beynəl-
xalq Sülh mükafatı və
1962-ci ildə “Xalqlar ara-
sında sülhü möhkəmləndir-
məyə görə” mükafatlarına
layiq görülmüşdür. 1950-ci
ildə Ümumdünya Sülh Şu-
rasına seçilmişdir.
P.Pikasso 1973-cü il
aprel ayının 8-də Fransanın
Mujen
şəhərində
vəfat
etmişdir. Madriddə Pikas-
sonun abidəsi və adına
meydan var.
Ədəbiyyat
Дмитриева, А.И. Пабло Пикассо (Албом) /А.И.Дмитриева – М., 1976.
Зорнов, В.А. Пабло Пикассо против фашизма /В.А.Зорнов.- М., 1971.
Шедевр Пикассо в Испании //За рубежом.- 1981.-№ 43.
Bəybala Ələsgərov
Oktyabr
130 illiyi
Pablo Pikasso
1881 – 1973
Rəssam
25
285
Qurbаn Аbbаsqulu оğlu Аbbа-
sоv 1926-cı il oktyabr ayının 26-da
indiki Bаbək rаyоnunun Pаiz
kəndində anadan olmuşdur.
Əmək fəаliyyətinə 1944-cü ildə
“Аrtyоmnеft” trеstində fəhlə kimi
bаşlаyаn Аbbаsоv Qurbаn “Аzər-
nеft” Birliyinin qаzmа kоntоrundа
qаzmаçı, buruq ustаsı, “Gürgаnnеft” Nеft Mədənləri
İdаrəsinin Şimаl qаzmа sаhəsi kоntоrunun rəisi
vəzifələrində işləmişdir.
1967-1983-cü illərdə “Хəzərdəniznеftkəşfiyyаt”
trеstinin müdiri, “Хəzərdəniznеft”
İstеhsаlаt
Birliyinin (İB) bаş dirеktоr müаvini, “Nеft dаşlаrı”
Nеft və Qаzçıxаrmа İdаrəsinin rəisi, 1980-1988-ci
illərdə “Хəzərdəniznеftqаzsənаyе” Ümumittifаq İB-
nin bаş dirеktоru, 1988-1992-ci illərdə “Хəzərdə-
niznеft” İB-nin bаş dirеktоru, 1992-1994-cü illərdə
Аzərbаycаn Dövlət Nеft Şirkətinin bаş müşаviri
оlmuşdur.
Qurbаn Аbbаsоv аçıq dənizdə nеft və qаz çı-
хаrılmаsının ilk təşkilаtçılаrındаndır. “Şеlf-1” tipli
yаrımdаlmа
üzən qаzmа qurğulаrının Хəzər dənizi
şərаitində mənimsənilməsində, “Günəşli”, “Çırаq”,
“Аzəri”, “Kəpəz” və s. iri yаtаqlаrın kəşf еdilməsində
хüsusi хidmətləri vаr. SSRİ Аli Sоvеtinin (6-11-ci çа-
ğırış) və Аzərbаycаn SSR Аli Sоvеtinin (6-9-cu çа-
ğırış) dеputаtı оlmuşdur.
Аdınа krаn-gəmi, mədəniy-
yət sаrаyı, küçə, məktəb,
körpü vаr. Bəstəkаr А.Rzа-
yеvаnın məşhur “Nеftçi
Qurbаn” mаhnısı оnа həsr
оlunmuşdur. Tələbə və аs-
pirаntlаr üçün “Nеftçi Qur-
bаn” təqаüdü təsis еdil-
mişdir.
Xidmətlərinə görə o, 2
dəfə Lеnin оrdеni, Qırmızı
Əmək Bаyrаğı və Şərəf ni-
şаnı оrdеnləri ilə təltif еdil-
miş, 1959-cu ildə Sоsiаlist
Əməyi Qəhrəmаnı, 1975-ci
ildə Аzərbаycаnın Əmək-
dаr mühəndisi, 1951-ci ildə
SSRİ-nin fəхri nеftçisi,
1972-ci ildə SSRİ və Аzər-
bаycаn Rеspublikаsı Döv-
lət mükаfаtlаrı lаurеаtı ad-
larına layiq görülmüşdür.
14 sentyabr 1994-cü
ildə Bаkıda vəfat etmişdir.
Ədəbiyyаt
Qurban Abbasov //Naxçıvan Milli Еnsiklоpеdiyаsı.- Bakı, 2005.- S.9.
Məmməd Məmmədov
Oktyabr
85 illiyi
Qurbаn Аbbаsоv
1926 – 1994
Neftçi
26
286
İqor Vladimiroviç Makayev 1971-
ci il oktyabr ayının 27-də Gəncə şəhə-
rində fəhlə ailəsində doğulmuşdur.
1979-cu ildə Mir Cəlal adına Kəpəz
rayon 19 saylı məktəbin birinci
sinifinə getmiş, 1987-ci ildə həmin
məktəbin səkkizinci sinifini bitir-
mişdir. 1987-1990-cı illərdə 8 saylı texniki-peşə
məktəbində avtomobil çilingəri peşəsinə yiyələn-
mişdir. 1990-ci il noyabrın 26-da Kəpəz Rayon Hərbi
Komissarlığından hərbi xidmətə göndərilmişdir. İqor
Bakıda desant qoşunları hissəsində xidmət edirdi.
Sonra onu Rusiyanın Rostov vilayətinə göndərmiş-
dilər. Burada 6 ay çavuş məktəbində təhsil almışdı.
O, Bakıya gəlmiş və Daxili İşlər Nazirliyinin qoşun
hissələrindən birinə yazılmış, elə həmin gündən də
həyatını cəbhəyə bağlamışdı. O, çox mərd, cəsur
döyüşçü idi. Tez bir zamanda bütün silahlardan
istifadə etməyi öyrənmişdi. Çox keçmədi ki, onu
taqım komandirinin müavini vəzifəsinə təyin etdilər.
1992-ci il iyunun 5-də erməni quldurları Naxçivanik
kəndinə qəflətən hücuma keçmişdilər. İqorun qoru-
duğu post kənd qəbiristanlığının yaxınlığında yerlə-
şirdi.
Bu zaman o, istirahətdə olan bütün əsgərləri ayağa
qaldırıb postu möhkəmləndirdi. Ermənilər xeyli canlı
qüvvə ilə hücuma keçmişdilər. Döyüş bir saata yaxın
davam etdi. İqor öz əsgərləri ilə postu qoruyurdu. La-
kin əsgərlərdən 7-8 nəfəri yaralandı. Qalanları isə
geriyə çəkilməyə məcbur
oldular. İqorla birlikdə 3-4
əsgər öz yaralı dostlarını
maşına çatdırdılar. Həmin
döyüşdə ermənilər kəndi
aldılar. Lakin bu cəmi 3-4
saat çəkmişdi. Döyüşçü-
lərimiz yenidən hücuma ke-
çərək kəndi geri aldılar.
2 avqust 1992-ci ildə
“Vışka” yüksəkliyi alınmalı
idi. Düşmən çox güclü idi.
İqor “Nikulin” ləqəbli bir
azərbaycanlı igidlə birlikdə
pulemyotla ön cərgədə
düşmənə öz gücünü göstə-
rirdi. O, 28 nəfərin müha-
sirədən çıxmasına kömək
edərək onların həyatını xi-
las etmişdi. Lakin onun özü
xilas ola bilmədi. Bu ağır
döyüşdə İqor qəhrəmanca-
sına həlak oldu.
Subay idi.
Azərbaycan Respublikası
Prezidentinin 6 noyabr
1992-ci il tarixli 290 saylı
Fərmanı ilə Makayev İqor
Vladimiroviçə ölümündən
sonra “Azərbaycanın Milli
Oktyabr
40 illiyi
İqor Makayev
1971-1992
Milli
Q əhr əman
27
287
Qəhrəmanı” adı verilmişdir. Gəncə şəhərinin Şəhidlər
Xiyabanında dəfn edilmişdir.
Sadıllı qəsəbəsində adına
küçə var.
Ədəbiyyat
Makayev İqor Vladimiroviç //Azərbaycanın Milli Qəhrəmanları /tərt. ed.
H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.129.
Əsgərov, V. Makayev İqor Vladimiroviç /V.Əsgərov //Azərbaycanın Milli
Qəhrəmanları.- Bakı, 1996.- S.128-129.
Zeynalov, R. Makayev İqor Vladimiroviç /V.Zeynalov //Azərbaycanın Milli
Qəhrəmanları.- Bakı, 1996.- S.107.
Bəybala Ələsgərov
288
Mirzə Əjdər oğlu İbrahimov
1911-ci il oktyabr ayının 28-də Cə-
nubi Azərbaycanın Sərab şəhəri
yaxınlığındakı Evə kəndində yoxsul
kəndli ailəsində anadan olmuşdur.
Kiçik yaşlarında ikən anasını itir-
mişdir. 1918-ci ildə atası Əjdər neft
mədənlərində işləmək üçün iki oğlu
ilə bərabər Cənubi Azərbaycandan
Bakıya gəlmiş, az sonra atası və qardaşı da vəfat et-
mişdir. Valideynlərini erkən itirən kiçik Mirzə, dayı-
sının himayəsində böyümüşdür.
1926-cı ildə o, Suraxanıda açılan ilk sovet Fabrik-
zavod məktəbinə daxil olmuşdur. Bu məktəbi bitir-
dikdən sonra Mirzə mədəndə usta köməkçisi işləmiş,
sonra Neft Sənaye Texnikumuna daxil olmuşdur.
1929-1930-cu illərdə Mirzə İbrahimov “Qazılan
buruq” şeiri ilə bədii yaradıcılığa başlamışdır. O
zaman Zabratda təşkil olunmuş fəhlə ədəbiyyat
dərnəyində iştirak etmişdir.
1930-cu ildə texnikumu bitirərkən Mirzə İbrahimov
partiyanın üzvü olmuşdur. Sonralar Mirzə İbrahimovu
müxtəlif vəzifələrə irəli çəkmişlər.
1932-1933-cü illərdə Sovet Yazıçılar İttifaqı
təşkilat komitəsinin məsul katibi vəzifəsinə seçilmiş
və Azərbaycan Dövlət Elmi-tədqiqat İnstitutunun
hazırlıq şöbəsində oxumuşdur. 1933-cü ildə partiyanın
tapşırığı ilə Mirzə İbrahimov Naxçıvanda çapdan
çıxan “Sürət” qəzetinin redaktoru vəzifəsində işlə-
mişdir. Bu illərdə o, “Həyat üçün”, “Sənət aşiqləri”,
“Qorxulu səs”, “Yol ayrı-
cında”, “Üfüqlər qızaran-
da”, “Qaçaq” adlı hekayə-
lərini və məşhur “Həyat”
dramını yazmışdır.
Mirzə İbrahimov bütün
yaradıcılığı və şəxsiyyəti ilə
XX əsr Azərbaycanını təm-
sil etmişdir. “Cənub heka-
yələri” və “Gələcək gün”
Mirzə İbrahimovun şah
əsərlərindəndir. Bu günün
özündə də o əsərlər öz və-
tənpərvərlik missiyasını
uğurla yerinə yetirirlər.
Onun “Pərvanə” romanı
klassik Azərbaycan romanı-
nın ən möhtəşəm nümu-
nələrindən biri və bəlkə də
sonuncusudur.
Mirzə İbrahimov bütün
janrlarda yazıb yaratmış və
heç bir janrda bədii söz
ustası kimi kəsəri azalma-
mışdır. “Həyat”, “Madrid”,
“Məhəbbət”, “Kəndçi qızı”,
“Közərən ocaqlar” Azər-
baycan teatrlarının bəzəyi
olmuşdur. O, 1950-ci illər-
də Azərbaycan SSR Ali
Oktyabr
100 illiyi
Mirzə İbrahimov
1911-1993
Yazıçı
28
289
Soveti Rəyasət Heyətinin sədri işləmişdir.
Moskvada keçirilən birinci Azərbaycan İncəsənəti
dekadasının müvəffəqiyyətləri ilə əlaqədar olaraq
“Qızıl Əmək Bayrağı” ordeni ilə təltif edilmişdir.
Azərbaycan Yazıçılar İttifaqının birinci katibi və
Azərbaycan Elmlər Akademiyasının Nizami adına
Ədəbiyyat və Dil İnstitutunun XIX əsr ədəbiyyatı
şöbəsinin müdiri işləmişdir.
Mirzə İbrahimov çox ölkələr gəzib dolaşmışdır.
1979-cu ildə Hindistanın Cəvahirləl-Nehru mükafatını
almışdır. Dünyada baş verən ictimai-siyasi olaylardan
yazmış, Xosrov Ruzbehin həyatını qələmə almış,
Çandranın üsyanına səs vermişdir. Lakin onun bütün
yaradıcılığı Azərbaycanla bağlı olmuşdur. Onun
akademikliyi Azərbaycan ədəbi nəzəri fikrinin uğurla-
rını, yetişdiyi yüksək inkişaf mərhələsini əks etdir-
mişdir. Görkəmli yazıçı
həm də ictimai xadim ol-
muşdur.
Ədəbiyyat və incəsənət
sahəsində göstərdiyi xid-
mətlərinə görə 1961-ci ildə
Xalq yazıçısı, 1965-ci ildə
Azərbaycan Dövlət müka-
fatı laureatı, 1981-ci ildə
Sosialist Əməyi Qəhrəmanı
adlarına layiq görülmüşdür.
Mirzə İbrahimov 17
dekabr 1993-cü ildə Bakıda
vəfat etmişdir.
Ədəbiyyat
Mirzə Əjdər oğlu İbrahimovun 90 illik yubileyi haqqında: Azərbaycan Respub-
likası Prezidentinin Sərəncamı //Azərbaycan.- 2001.- 28 oktyabr.- S.1.
Seçilmiş əsərləri: İki cilddə /M.İbrahimov.- Bakı: Şərq-Qərb, 2005.- C.1- 432 s.
Anama deyərəm ha!: Hekayələr və povestlər /M.İbrahimov.-Bakı: Gənclik, 1986.-
336 s.
Niyəsiz, necəsiz bir yazısan sən /M.İbrahimov.-Bakı: Yazıçı, 1985.- 552 s.
Rəhimqızı, S. Bir görüşün xoşbəxtliyi: [M.İbrahimov haqqında] /S.Rəhimqızı
//Xalq qəzeti.-2002.- 16 yanvar.- S.5.
İbrahimova, S. Atamın dostları və xeyirxahları: Mirzə İbrahimov-90 /S.İbrahimo-
va //Azərbaycan.- 2002.- 26 iyul.- S.6.
Niftəliyev, E. Elmi sessiya keçirilmişdir: Mirzə İbrahimovun anadan olmasının 90
illiyi münasibətilə /E.Niftəliyev //Azərbaycan.- 2001.- 21 dekabr.- S.5.
İnternetdə
www.anl.az
www.wikipedia.org
Samirə Eminova
290
Oktyabr
Zəngilanın işğalı günü
30
Ərazisi – 0,71min km
2
Əhalisinin sayı – 39,8 min nəfər
İnzibati mərkəzi – ZƏNGİLAN
İşğal tarixi 30 oktyabr 1993-cü il
Zəngilanda Azərbaycan xalqının milli mədəniyyətini əks etdirən tarixi abidələr
var. Zəngilanda keçmiş əsrlərdə də xalqımızın çox hörmətli, dəyərli insanları
yaşayıblar, yaradıblar və beləliklə də Zəngilan həm öz təbiətinə görə, həm o torpaq
üzərində insanların qurduqlarına, yaratdıqlarına görə və bugünkü nəsillərə
çatdırdıqları irsə görə Azərbaycanın qiymətli bir diyarıdır, qiymətli bir hissəsidir.
Heydər Əliyev, ümummilli lider
Zəngilan rayonunun ərazisi ən qədim insanların
yaşayış məskənlərindən hesab olunur. Bölgə ərazisində
mövcud olan bir neçə mağara (Əsgülüm və Süsən
dağlarında) burada ibtidai insanların yaşayışından xəbər
verir. Ancaq rayon kimi Zəngilan 1930-cu ildə təşkil
olunmuşdur.
Dostları ilə paylaş: |