Sədi Şirazi GÜLÜstan



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə12/17
tarix31.01.2017
ölçüsü1,13 Mb.
#6772
1   ...   9   10   11   12   13   14   15   16   17

 
Məvzum hekayət 
 
Gülərüz bir gözəl, xoşsifət cavan 
Gəmidə olmuşdu yarla mehriban. 
Belə oxumuşam, ümmanda bir gün, 
Girdabə düşdülər bəxtləri küskün. 
Gəmiçi atıldı dəryaya həmən 
Cavanı qurtarsın bəlkə ölümdən. 
O isə dalğada əl-qol ataraq, 
Deyirdi yarımı xilas et ancaq, 
Bu sözü deyincə qaraldı gözü, 
Bu oldu cavanın sonuncu sözü. 
Eşqə sadiq sanma hər riyakarı
Ki, bərk gündə ata yarı ilğarı
Sevənlər bax belə yaşadı, bil sən, 
Bir söz də gəl dinlə, qoca Sədidən 
Sədi bilir eşqin hər dəlilini, 
Bağdadlı bilən tək ərəb dilini. 
Könül veribsənsə bir canana sən, 
Gərək göz yumasan bu cahana sən, 
Leylinin Məcnunu dirilsə əgər, 
Eşqin hədisini burdan öyrənər. 
 
185
 
VI FƏSİL 
 
ZƏİFLİK VƏ QOCALIQ HAQQINDA 
 
 1. 
Hekayət 
 
 
Dəməşq məscidində bir neçə alimlə mübahisə edirdik. Bu zaman 
bir gənc məscidə girib soruşdu: 
 –Sizlərdən fars dilini bilən varmı?  
 Hamı məni göstərdi, mən ondan soruşdum: 
 –Nə sözün var?  
 Dedi: 
 –Yüz 
əlli yaşında bir qoca can üstdədir. O, fars dilində  nə isə 
danışır, biz isə başa düşmürük, mərhəmət göstərib qocanın yanına 
getmək zəhmətini qəbul etsəniz savab olar, bəlkə vəsiyyət edir. 
 
Mən qocanın başı üstə çatan zaman o, bu şeri oxuyurdu: 
 
Şer 
 
Bir zaman dedim ki, kamə çataram, 
Bilmədim bu arzu boş bir həvəsdir.  
Təəssüf ki, ömrün bol süfrəsindən,  
Bir tikə götürdük, dedilər, bəsdir. 
 
 Beytin 
mənasını şamlılara ərəbcə dedim. Onlar qocanın ömrünün 
uzunluğuna, eləcə  də  həyatın vəfasızlığına etdiyi təəssüfə  təəccüb-
ləndilər. Mən qocadan soruşdum: 
 –Özünü 
necə hiss edirsən? Cavab verdi: 
 –Nə deyim? 
 
Şer 
 
Bilmirsənmi bir adamın çıxarsalar dişini, 
Kefi necə pozular və halı olar pərişan? 
İndi özün hesab elə necə olar əhvalı
O kəsin ki, bədənindən çıxıb gedə əziz can 
 

 
186
 Dedim: 
 
–Ölüm fikrini başından çıxart. Özünü qorxutma, çünki yunan fi-
losofları demişlər: – Bədən nə qədər sağlam olsa, onun həmişə belə 
qalacağına ümid bağlamaq olmaz, xəstəlik nə  qədər ağır olsa, onun 
həmişə ölümlə  nəticələnəcəyinə hökm vermək yaramaz. Müalicə 
etdirmək istəyirsənsə  həkim çağıra bilərəm. Qoca üzünü çevirib 
güldü və dedi: 
 
Şer 
 
Bir təbib görsə ki, yamandır xəstə, 
Əlini tez qoyar əlinin üstə. 
Xacənin xəyalı, nəqşi-eyvandır, 
Ev isə binadən belə virandır. 
Qocanın işləri olarkən əngəl. 
Sürtürdü arvadı hey ona səndəl. 
Əhval ki, dolaşdı, pozuldu məzac,  
Nə əfsun saqaldar, nə də ki, əlac. 
 
 
2. Hekayət 
 
 
Bir qoca belə  nəql edirdi ki, bir qızla evlənmişdim, evi gül-
çiçəklə  bəzəmiş, aranı  xəlvət eləmişdim, könlümü ona vermiş, 
gözümü ona dikmişdim. Uzun gecələri yatmaz, ona lətifələr və 
məzhəkələr deyərdim ki, bəlkə ürəyini  ələ alam, qorxudan çıxa, 
mənimlə ünsiyyət bağlaya, o cümlədən bir gecə deyirdim: «Baxtı
sayıq, dövlətin ayıq imiş ki, tərbiyyəli, təcrübəli, dünyagörmüş, 
zamanın isti–soyuğunu dadmış, yaxşı–pisi tanıyan, qədir bilən, söz 
anlayan, təbiəti xoş, dili şirin, dostluq bacaran mənim kimi mehriban 
bir qocaya rast gəldin». 
 
Şer 
 
Çalışıb qəlbini alaram ələ, 
İncitsən dözərəm zülmə cananım. 
Tuti tək xorəyin qənd olsa əgər, 
Bax sənə qurbandır bu şirin canım. 
 
 
187
 
Nə yaxşı ki, sən  şorgöz, acısöz, hərdən bir xəyalə düşən, ayağı 
sürüşkən, hər gecə bir yerdə yatan, hər gün bir yarla dostluq qatan, 
qocaların  əksinə olaraq, əql ilə deyil, cəhl ilə  rəftar edən bir nadan 
cavanın çənginə keçməyibsən. 
 
Şer 
 
Gözəl, ay camallı nazlı hər cavan, 
Olmaz məhəbbətdə sadiq çox zaman. 
Bülbülü eşqinə sanma vəfadar, 
Ki hərdəm bir gülün üstünə qonar. 
 
Beyt 
 
Özündən yaxşıyla gəz axşam–səhər, 
Özün kimisiylə vaxtın boş keçər. 
 
 O 
qədər belə yağlı dil tokdüm, elə bildim könlünü ələ ala bilmiş, 
özünü tələyə sala bilmişəm. Elə bu zaman dərdli sinəsindən soyuq, 
dərin bir ah çəkib dedi: – Sənin dediyin bu sözlərin çəkisi mənim ağı
tərəzımdəki çəkisi, vaxtı ilə  məni tutmuş mamaçadan eşitdiyim bir 
söz qədəri də deyildir. Mamaçam deyirdi: 
 –Cavan 
gəlinin yanında tirin uzanması, pirin oturmasından 
yaxşıdır. 
 
Şer 
 
Arvad ər önündə bir şey gördü ki, 
Oruc dodaqlartək büzülüb qalmış. 
Dedi ki, ölüyə əfsun kar etməz, 
Bu yazıq əbədi yuxuya dalmış. 
 
Şer 
 
Əgər arvad ər yanından acıqlanıb durarsa, 
Belə evdə cəngü–cədəl, fitnə–fəsad törəyər. 
Bir qoca ki, əsa ilə qalxıb durur ayağa, 
Öz əsası qalxarmı heç çalışsa da nə qədər. 

 
188
 
 Xülasə razılıq olmadığı üçün ayrılmalı olduq. İddə
104
 vaxtı 
qurtardıqdan sonra onu tünd xasiyyət, acıdil, bədtinət, yoxsul bir 
cavana ərə verdilər. Qadın döyülür, söyülür, əzab, əziyyət çəkirdi. 
 Bununla 
belə ağızdolusu deyirdi: – Allaha şükür o əzablı dəhşət-
dən qurtarıb bu nəşəli nemətə çatmışam. 
 
Şer 
 
Tünd xasiyyət, inadla mənə çox zülm etdin sən, 
Yenə nazın çəkirəm, çünki ay tək gözəlsən. 
Cəhənnəmdə səninlə birkə yaimaq yaxşıdır, 
Başqasila çənnətdə könülsüz kef çəkməkdən. 
Bir gözəlin ağzından soğan iyi gələrsə, 
Xoşdur çirkii əlində tutduğu gül–çiçəkdən. 
 
 3. 
Hekayət 
 
 Diyarbəkrdə bir qocaya qonaq oldum. Onun çoxlu malı və gözəl 
bir oğlu var idi. Bir gecə qoca dedi: 
 –Ömrümdə bundan başqa övladım olmayıbdır. Bu vadidə 
ziyarətgah deyən bir ağac vardır ki, adamlar dilədiklərini almaq üçün 
ora gedirlər. Mən həmən ağacın altında uzun gecələr oturub ağlamış 
və çoxlu dua etdikdən sonra allah bunu mənə əta etmişdir. 
 
Oğlan isə bu vaxtda astadan yoldaşlarına deyirdi: 
 –Kaş o ağacın yerini biləydim, gedib dua eləyəydim, atam 
öləydi. 
 
Ata sevinirdi ki, oğlum ağla çatıb; oğul deyinirdi ki, atam nə 
üçün ölmür. 
 
Şer 
 
İllər keçir lakin güzər etmirsən, 
Öz atanın məzarına heç zaman. 
Sən atana nə hörmətlər etdin ki, 
O hörməti gözləyirsən oğlundan? 
 
 4. 
Hekayət 
 
189
 
 
Bir gün cavanlığıma salıb bərk qaçmış, yorulub gecəni bir dağı
ətəyində qalmışdım. Karvanın arxasınca asta–asta gələn bir qoca 
dedi: – Nə oturubsan, bura yatmaq yeri deyil! 
 
 Dedim: 
–Necə yeriyim, ayağım getmir. 
 Dedi: 
–Eşitməmisən ki, deyiblər: «Yeriyib oturmaq, qaçıb yıxıl-
maqdan yaxşıdır». 
 
Şer 
 
Ey mənzilə çatmaq üçün tələsərək can atan, 
Heç tələsmə, səbrli ol, mənə qulaq as bir az, 
Ərəb atı tələsərək qoşa çapar, yorular, 
Dəvə isə gecə-gündüz asta gedər yorulmaz. 
 
 5. 
Hekayət 
 
 
Cəld, gülər üz, şirin söz bir cavan oğlan mənimlə dostluq edirdi, 
heç bir dərdi ürəyinə salmaz, heç bir qəmi yaxına buraxmaz, 
dodaqları gülüşdən əskik olmazdı
 
Çoxdan idi ki, görüşmürdük, bir dəfə ona rast gəldim, gerdüm 
arvad almış, övlad basmış,  şadlığın kökü kəsilmiş,  şənlik gülü 
solmuş. Dedim: 
 –Kefin 
necədir, neçə dolanırsan?  
 Dedi: 
 –Uşaqlar olandan uşaqlığı buraxmışam. 
 
Beyt 
 
Uşaqlıq və gənclik, qocalıq nədir? 
Bizi xofa salan bu zəmanədir. 
 
Şer 
 
Qocaldınsa əl götür uşaqlıq şıltağından 
Burax qalsın gənclərə hər oyun, hər zarafat. 
Cavanlığın şövqani qocalardan gəl umma, 

 
190
Gedən sular dübarə arxa qayıtmaz, əlbət. 
 
Şer 
 
Keçdi cavanlıq daha yox iqtidar, 
Ah nə yaman getdi o xoş ruzigar. 
Getdi qolumdan necə şir qüvvətim, 
Şadlanaram olsa penir qismətim. 
Qaraltmışdı tüklərini bir qarı
Ona dedim: ey kecən il kaftarı
Saçlarını rəngləmək olmaz çətin, 
Amma düzəlməz bu kəman qamətin. 
 
 6. 
Hekayət 
 
 
 
Bir gün cavanlıqda nadanlıq ədib anamın üstünə bərk qışqırdım. 
O, qəlbi incimiş halda güncdə oturdu, ağlayıb dedi:  
 – 
Görpəliyini unudubsan ki, belə kobudluq edirsən? 
 
Ana oğlunu zorlu görçək haman,Belə söylədi: – Ey 
pələig ovlayan!Yada düşsə idi uşaqlıq çağın,Ki, 
qoyiumda güçsüz çƏgərdin fəğan.Bu gün eyləməzdin 
mənə zülmlər,Ki, sən güclüsən indi, mən natəvan. 
 
 7.Hekayət 
 
 
Xəsis bir dövlətlinin xəstə bir oğlu vardı. Xeyirxah adam lar ona 
dedilər: 
 Bu 
oğluna ya bir quran xətm etdir, ya bir qurban kəsdir. Bir az 
fikirləşdikdən sonra dedi: 
 –Quran 
otaqdadır, sürü uzaqda. Quran yaxşıdır. Bir arnf bunu 
eşidib dedi: 
 
–Quran ona görə yaxşı oldu ki, o, dil ilə başa gəlir, qurban isə 
pul ilə. 
 
Şer 
 
İtaət olsaydı pul ilə əgər, 
 
191
Çoxları ulağtək batardı gilə. 
Yüz dəfə əlhəmdü oxuyar amma, 
Zərərə qatlaşmaz bir dinar belə. 
 
 8. 
Hekayət 
 
 
Bir qoca kişiyə dedilər: – Nə üçün evlənmirsən? 
 
Dedi: – Qoca arvadın nə ləzzəti. Dedilər: – İmkanın ki var, ca-
van al. Dedi: – Mən qoca ola–ola qoca arvadı bəyənmirəm, o cavan 
ikən mən qocanı necə sevə biqər? 
 
Beyt 
 
Yetmiş yaşlı bir qoca cavanlıqdan vursa dəm 
Deməli kor istəyir görsün işıqlı aləm. 
 
Beyt 
 
Xanımı zor ilə razı etməzsən, 
Ona zor yaxşıdır on batman ətdən 
 
Lətifə 
 
Eşitmişəm bu günlərdə əldən düşmüş bir qoca,  
İstədi ki, bu yaşında alsın cavan bir arvad.  
Göhər adlı bir qız tapdı, gözəl, göyçək dilaram.  
Ki, dünyada tapılmazdı gizli qalmış belə zad.  
Bütün qayda-qanun ilə elçi saldı, toy etdi,  
Lakin əvvəl həmləsində boşa getdi hər murad.  
Kaman çəkib ox atdısa hədəfindən yan keçdi.  
Qalın paltar tikmək üçün iynə olmalı polad  
Dostlarına gileylənib qoca dedi: bu şux qız  
Necə yıxdı evimi, gör, etdi işimi bərbad.  
Ərlə arvad arasında dava düşdü, belə ki,  
Darğa, qazi işə baxdı, Sədi qopardı fəryad,  
Dedi: – Qızda nə günah var, axmaq qoca bir utan,  
Titrək əllə inci deşə bilərsənmi sən? Heyhat! 
 

 
192
 
VII FƏSİL 
 
TƏRBİYƏNİN TƏSİRİ HAQQINDA 
 
1. Hekayət 
 
 Bir 
vəzirin bir kütbeyin oğlu varidi. Bir alimin yanına göndərdi 
ki, buna tərbiyə ver, bəlkə ağıllana. 
 Alim 
bir 
müddət ona tərbiyə verdi, təsiri olmadı. Atacsını
yanına adam göndərib xəbər çatdırdı ki: – Oğlun ağıllanmır, amma 
məni dəli edib. 
 
Şer 
 
Heç seyqəl götürməz zatı pis dəmir, 
Nə qədər çalışsan bədgöhər olar. 
İti yeddi dəniz su ilə yusan, 
Yaş olcaq daha da beş-bətər olar. 
İsanın eşşəyi Məkkəyə getsə, 
Qayıdıb gələndə yenə xər olar. 
 
 2. 
Hekayət 
 
 
Bir alim oğlanlarına öyüd–nəsihət verib dedi:  
 
–Əziz oğlanlarım, sənət öyrənin ki, dünya malına etibar yoxdur. 
Səfərdə  qızıl-gümüşün qorxusu var, ya oğru aparar, ya xərçlənib 
qurtarar, sənət isə qaynar bulaq, tükənməz bir xəzinədir. Sənət sahibi 
dövlətdən məhrum olsa da, qorxusu yoxdur, çünki sənət özü elə bir 
dövlətdir ki, ona sahib olan hara getsə, hörmət qazanıb yuxarı başda 
oturar. Sənətsiz adam isə dara düşdükdə əl açıb dilənçiliklə dolanar. 
 
Beyt 
 
ırdır rütbodən düşüb qul olmaq, 
Naza öyrəşəndən sonrakı danlaq. 
 
 
193
Şer 
 
Nagahan Şamda bir iğtişaş düşdü
Hərə baş götürüb qaçdı bir yina. 
Elmli, kamallı kəndli övladı
Gedib vəzir oldu şaha, sultana. 
Lakin fərasətsiz vəzir balası
Kəndlərdə diləndi hey yana-yana. 
 
Şer 
 
Ata mirasını istəyirsənsə, 
Çalışıb atanın elmini öyrən! 
Çünki dövlətini bir gün içində, 
Havaya sovurub xərc edəcəksən. 
 
 3. 
Hekayət 
 
 Alimlərdən biri bir şahzadəyə dərs deyir, lakin rəhmsizcə döyür, 
olmazın əziyyətlər vesrirdi. Bir dəfə uşaq tab gətirə bilməyib atasını
yanına  şikayətə getdi. Köynəyini çıxarıb göyərmiş  bədənini atasına 
göstərdi. Atasının ürəyi yandı, müəllimini çağırtdırıb dedi:  
 –Mənim oğluma etdiyin o əziyyət və  tənbihi heç bir rəiyyət 
övladına etmirsən, bunun səbəbi nədir? 
 Dedi: 
–Səbəbi odur ki, gərək hamı danışanda ağzının sozünü 
bilsin, xalq yanında özünü yaxşı aparsın, xüsusilə padşahlar; çünki 
şahların dediyi hər söz dillər əzbəri, tutduqu hər iş əllər vərdişi olur, 
qara camaatınkına isə o qədər əhəmiyyət verən olmaz. 
 
Şer 
 
Yüz nalayiq iş görərsə bir kasıb, 
Yüzdən birin bilmoz dostlar–aşnalar. 
Amma sultan bircə gülünc sez desə, 
Dilə düşər ölkə-ölkə dolanar. 
 
 Deməli, boyüklərin uşaqlarının tərbiyəsilə daha çox məşğul ol-
maq, onların əxlaqının gözəlliyinə daha çox fikir vermək müəllimin 

 
194
borcudur. 
 
Şer 
 
Kiçik ikən har uşaq edilməzsə tərbiyət, 
Böyüyəndə görünməz onda ədəb, nəzəkət. 
Yaş çubuğu, istəsən hər şəkilə salarsan 
Od qurudub düzəldər o çubuğu nəhayət. 
 
 Alimin 
çavabı, oğluna qarşı  tələbkarlığı  şahın xoşuna gəldi. 
Ənam bağışladı, xələt verdi, rütbəsini artırdı
 
 4. 
Hekayət 
 
 
Məğrib ölkəsində qaraqabaq, acıdil, tündxasiyyət, mərdümazar, 
gəda təbiət, bədgirdar bir mədrəsə müəllimi gördüm. Sir-sifətini 
görən müsəlmanların işi düz gətirməz, quran oxumasına qulaq 
asanların üzü gülməzdi. Bakirə  qızlar, pakizə  oğlanlar onun əlindən 
zara gəlmişdilər, nə gülməyə cürət edirdilər, nə danışmağa cəsarət: 
Gah birinin al yanağına sillə vurardı, gah o birinin əl-ayağını 
fələqqəyə qoyardı. Müxtəsəri axırda, valideynlər onun qəddarlığını 
başa düşdülər, döydülər, incitdilər, mədrəsədən qovdular. Dərsləri 
həlim, yumşaq xasiyyət, mehriban, ehtiyacı olmayınca danışmayan, 
heç kəsin qəlbinə  dəyməyən, könlünə toxunmayan bir müəllimə 
tapşırdılar. 
 Birinci 
müəllimin qorxusu şagirdlərin ürəyindən çıxdı, ikinci 
müəllimin mələk təbiətli olduğunu görüb div xasiyyətli olmağa 
başladılar. Onun həlimliyinə bel bağlayıb elm oyrənməyi tərk etdilər, 
oxumaq  əvəzinə oyun çıxardır, min bir gələk qururdular, əlindəki 
yazı lövhələrini bir-birinin başına vurub qırırdılar. 
 
Beyt 
 
Müəllim olarsa səssiz, mülayim, 
Uşaqlar bazarda oynayır daim. 
 
 
İki həftədən sonra həmən mədrəsənin yanından keçirdim, 
gördüm birinci müəllimin könlün alıb yenə öz yerinə qaytarmışlar. 
 
195
ığını deyim ki, bərk incidim, ixtiyarsız olaraq dedim: «Yenə də bu 
iblisi bu mələklərə müəllim ediblər?!» Dünyagörmüş hazırcavab bir 
qoca dedi: 

 
196
Şer 
 
Mədrəsəyə göndərdi oğlunu bir padşah, 
Gümüş bir lövhə qoydu onun yanına həmən. 
Lövhün başı üstündə qızıl xətlə yazdırdı
Xoşdur ustad cəfası ata məhəbbətindən. 
 
 
 
5. Hekayət 
 
 
Bir zahid oğluna  əmilərindən çoxlu miras qaldı. O, bunu eyş 
işrətə israf etməyə başladı. Görmədiyi yaramaz iş, dadmadığı içki 
qalmadı. Nəhayət ona nəsihət verib dedim: 
 –Oğul, adamın gəliri çaya, eyş–işrət isə dəyirmana oxşar. Yalnı
o adam kefi istədiyi kimi xərcləyə bilər ki, kifayət qədər gəliri olsun. 
 
Xərçini az elə, yoxdursa gəlir, 
«Dəniz mahnısında» belə deyilir. 
«Yağmasa dağlara əgər yağış, qar, 
Bir ilin içində Dəclə quruyar». 
 
 –Ağlını başına toplayıb eyş–işrətdən  əl çək. Var–dövlətin 
tükənər, darlığa düşüb peşmançılıq çəkərsən! 
 Kef 
məclisində çalğıya qulaq asmaq oğlana xoş  gəldiyi üçün 
sözüm qulağına batmadı, etiraz edərək dedi. 
 –Bu 
günün 
şadlıq və sevincini sabahkı  qəm qorxusu ilə puç 
etməyi aqıllı adamlar bəyənməzlər. 
 
Şer 
 
O varlı-dövlətli bəxtəvərlərin, 
Bəd gündən varmıdır qorxusu bəyəm?  
Kefindən əl çəkmə bir anda, dostum, 
Sabahkı gün üçün bü gün çəkmə qəm. 
 
 Bundan 
əlavə  mən səxavət taxtında oturub, mərhəmət kəmərini 
belimə bağlamışam və əliaçıqlıqda camaat içində şöhrət qazanmışam. 
 
 
197
Şer 
 
Kimin səxavətdə çıxdısa adı
Pulu saxlamağı o bacarmadı
Elə ki, yaxşı ad qazandı insan, 
Kərəm qapısını bağlamaz bir an. 
 
 
Nəsihət qəbul etmədiyini və  mənim isti nəfəsimin onun soyuq 
dəmirinə  təsir etmədiyini gördükdə, öyüd verməkdan  əl çəkdim, 
onunla dostluğu kəsdim və filosofların bu sözünü yerinə yetirdim: 
«Sən sözünü de, qəbul etməsələr, özləri təqsirkardırlar». 
 
Şer 
 
Sözünə yoxsa da bir qulaq asan, 
Sən yenə öyüd ver mərd-mərdana. 
Çox çəkməz görərsən döşünə döyən 
İlişib düşəndə dara, zindana, 
Əlini dizinə vurub söyləyir: 
Kaş qulaq asaydım o mərd insana. 
 
 Az 
keçdikdən sonra, necə ki, düşünmüşdüm, elə  də oldu. Onu 
acınacaqlı bir vəziyyətdə gördüm: paltarlarına yamağı yamaq üstün 
dən vurub, bir loğma çorək üçün dilənirdi. Əhvalına ürəyim yandı, bu 
halda onu, danlamağı və yaralı ürəyinə duz səpməyi insafsızlıq hesab 
edib öz-özümə dedim: 
 
Şer 
 
Yaramaz bir hərif məstlik zamanı
Düşünməz ki, sabah qalacaq darda. 
Ağaclar baharda meyvə versə də, 
Qış fəsli lüt qalar soyuqda, qarda. 
 
 
 6. 
Hekayət 
 
 Bir 
şah oğlunu bir ədibə tapşırıb dedi: 
 –Bunu 
öz 
övladın kimi tərbiyə et! 

 
198
 
Ədib baş, əyib hökmdarın tapşırığını qəbul etdi. O, uzun müddət 
oğlanın tarbiyəsilə  məşğul olub, səy göstərdisə  də, heç bir fayda 
vermədi. Ədibin öz oğlanları isə elm və bilikdə şöhrət tapdılar. Şah 
ədibə qəzəblənib dedi: 
 –Vədə xilaf çıxıb, tapşırığımı sədaqətlə yeriiə yetirmədnn. Ədib 
dedi: 
 –Böyük 
hökmdar 
bilməlidir ki, tərbiyə eyni idi, qabiliyyət isə 
müxtəlif! 
 
Şer 
 
Doğrudur ki, daşdan çıxar cəvahir, 
Lakin hər daşda bil cəvahir olmaz. 
Hər yerdən görünər Süheyl
105
 ulduzu, 
Lakin hər məkanda təsir bir olmaz. 
 
 7. 
Hekayət 
 
 Bir 
mürşüdün öz müridinə belə dediyini eşitdim: – Əgər insan 
övladı ruziyə bağlı olduğu qədər ruzi verənə baqlı olsaydı, mövqeyi 
mələklərdən üstün olardı
 
Şer 
 
Allah səni unutmadı öz ananın bətnində, 
Ki huşsuz və hissiz olan bir nütfəydin o zaman. 
Belə yazıq vəziyyətdə qaranlıq bir guşədə. 
Əta etdi sənə: əqal, nitq, şüur, camal, can. 
Əllərində yaratdı o xoş düzülmüş on barmaq, 
İki güclü qol düzəldib asdı iki yanından. 
Ey hümmətsiz, indi necə xəyalına gəlir ki, 
Gün keçdikcə unudacaq səni böyük yaradan. 
 
 8. 
Hekayət 
 
 Gördüm 
bir 
ərəb oğluna hey belə deyir: – Ey oğul, qiyamət günü 
səndən soruşacaqlar əməlin nədir, soruşmayacaqlar atan kimdir. 
 
 
199
Şer 
 
Gəbə örtüyünü öpməyirlər ki, 
Onu toxumuşdur bir ipək qurdu. 
Bəlkə o, bir əziz kəslə oturub, 
Onun şərəfilə möhtərəm oldu. 
 
9. Hekayət 
Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin